[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Fiqh » Hecde ticaret ve ictimayi fealiyyet.
Hecde ticaret ve ictimayi fealiyyet.
XEDICE73Tarix: Cümə axşamı, 21.05.2009, 13:53 | Yazı # 1
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Allah Təala İbrahim peyğəmbərə (ə. s.) belə əmr etmişdi:

“Həcc üçün insanları dəvət et ki, (onlar) piyada və yorğun-arğın miniklər üzərində dərin vadilərdən adlayıb sənə (tərəf) gəlsinlər. Gəlsinlər ki, özləri üçün bir sıra mənfəətlər görsünlər və onlara ruzi kimi verdiyi kiçik və böyük baş heyvanların üzərində müəyyən günlərdə Allahın adını ansınlar. Onlardan yeyin, darda qalmış yoxsula da yedizdirin. Sonra Ərəfat vəqfəsini[1] başa vursunlar. Nəzirlərini yerinə yetirsinlər və beyti-ətiqi (Kəbə) təvaf etsinlər” (Həcc, 22/27-28).

Əgər diqqət yetirsək, görərik ki, ayələr bir-birindən fərqlənən iki şeyi vurğulayır. Bunlardan biri əldə olunacaq mənfəət, digəri isə yerinə yetirilən ibadətdir. Bunların hər ikisi də mənfəətdir: Biri din ilə əlaqədardır, digəri isə dünyaya aiddir.
Bu ayədə də buna oxşar bir məqam var:
“(Həcc mövsümündə) Rəbbinizdən ruzi diləməyiniz sizin üçün günah deyildir. Ərəfatdan qayıdıb, axın etdiyiniz zaman Məşərul-Haramın yanında Allahı xatırlayın. Sizə necə göstəribsə, Onu o cür xatırlayın. Siz bundan əvvəl həqiqətən, yanlış yolda idiniz!” (Bəqərə, 2/198).
Əshabədən Abdulla ibn Abbas nəql edib:
“Həcc ibadəti başlamamışdan əvvəl insanlar Mina, Ərəfat və Zul-məcaz yarmarkasında və digər bazarlarda ticarətlə məşğul olurdular. Alan alır, satan satırdı. Sonra ehramlı halda bu işlə məşğul olmaqdan qorxub çəkindilər. Bunun üstündən Allah tərəfindən yuxarıdakı ayə nazil oldu”.[2]
Bu bazar və yarmarkalar İslamdan sonra da qurulmağa davam etdi. İlk tərk edilən Ukaz bazarı oldu. Xaricilərin dövründə (hicri 129-cu ildə) qurula bilmədi və ondan sonra tamamilə tərk olundu.[3]
Həcc ibadəti hər insanın can və mal-mülk təhlükəsizliyinin təmin edildiyi haram ayların ortasında yerinə yetirilir. Bu aylar zilqədə, zilhiccə və məhərrəm aylarıdır. Hacı namizədləri zilhiccənin 9-unda Ərəfata çıxırlar və həcc ibadəti bu ayın 13-ünədək davam edir. Bu aylardan başqa rəcəb ayı da var. Bu minvalla haram ayların sayı 4-ə çatır. Allah Təala belə buyurur:
“Göyləri və yeri yaratdığı gündən bəri Allah yanında – Allahın kitabında ayların sayı 12-dir. Bunlardan 4-ü haram aylardır. Bu, düppədüz bir hesabdır. Nəbadə, özünüzü bu aylarda yanliş bir şeyə atasınız (səhvə yol verəsiniz)” (Tövbə, 9/36).
Həcc ibadəti İbrahim peyğəmbərin (ə. s.) dəvəti ilə başladı və Kəbə onun nəslindən olan Qureyşilərin[4](عـكاظ) bazarı,[7] zilhiccənin 1-ci günündən 9-cu tövriyə gününə qədər Mina yaxınlığında Zul-məcaz yarmarkası təşkil olunur, sonra Minaya gedilir və həccə başlanırdı.[8] Bazar və yarmarkalarda ticarətlə məşğul olur, şeir oxuyur və söhbət edirdilər. cəhdlərilə həmişə ibadətə açıq vəziyyətdə saxlandı. Buraya gələn hacılara müxtəlif xidmətlər göstərildi[5] və həccin iqtisadı və ictimai cəhəti məsələsində səhlənkarlığa yol verilmədi. Ayələrə müvafiq olaraq zilqədə ayının 1-indən 20-sinə qədər[6] Ərəfat yaxınlığında Ukaz
Muhəmməd peyğəmbər (ə. s.) də bazar və yarmarkalarda iştirak etmiş və bunu peyğəmbər olduqdan sonra da davam etdirmişdir. Ətraf yerlərdəki qəbilələrdən gələn insanları Allahın dininə dəvət etmək üçün həmin yarmarkalarda onlarla üzbəüz görüşmüşdür.[9] Bəzi Mədinə sakinlərinin müsəlman olaraq Əqəbədə peyğəmbərimizlə (ə. s.) etdiyi biətlər də məhz bu dövrdə baş vermişdir.
Xəlifə Ömər də bu mövsümdə valilərini Haramda toplayır, xalqın qarşısında haqq-hesaba çəkirdi. Şikayəti olanlar şikayətlərini danışırdılar. Lazım gələrsə, elə xəlifənin hüzurundaca mühakimə edilirdilər.[10]
Hicrətin 9-cu ilində müşriklərin həcc və ömrə ziyarəti qadağan olundu. Bu da öz növbəsində ticarətin canlılığını itirəcəyinə dair təşviş doğurdu. Buna qarşı aşağıdakı ayə nazil oldu:
“Ey iman gətirənlər! Müşriklər sadəcə olaraq murdardırlar. Nəbadə, bu ildən sonra məscidi-harama yaxınlaşalar. Əgər yoxsulluqdan qorxursunuzsa, (bilin ki) Allah fürsət verən kimi sizi öz ikramı ilə zəngin edəcək. Şübhəsiz ki, Allah biləndir, doğru qərar verir!” (Tövbə, 9/28).
Haram ayları ilə əlaqədar hökmlər Qiyamətə qədər qüvvədədir.[11] Həmin aylarda bizimlə müharibə halında olmayan hər insanın can və mal təhlükəsizliyini təmin etmək Allah tərəfindən bizə verilmiş vəzifədir. Unudulan bu vəzifəni (borcu) yerinə yetirəcəyimizi elan etməli və Haram hüdudlarından kənarda müşriklərin də iştirak edə bilmələri üçün hamıya açıq olan bazarlar qurmalıyıq.
Allah Təala müşriklərin Harama daxil olmasını qadağan etdikdən sonra bizə bu əmri verib:
“O müşriklərdən biri sənin yanında olmaq istəsə, ona bu imkanı ver ki, gəlsin, Allahın sözünü (Quranı) dinləsin. Sonra onu özünü təhlükəsiz hiss edəcəyi yerə çatdır. Belə et, çünki onlar (Quranı) bilməyən bir cəmiyyətdir” (Tövbə, 9/6).
Müşriklər Qurana qulaq asmaq üçün Harama girə biləcəkləri üçün Haram daxilində onların öz dilləri ilə Qurana qulaq asacaqları şərait hazırlanmalıdır. Bu yolla onların Quranla əlaqədar məlumatları ilk mənbədən almaqları təmin edilər.
Müsəlmanların Quran məlumatları kifayət qədər olmadığına görə eyni şərait onlar üçün də təmin olunmalıdır.
Orada başqa fəaliyyətlərlə məşğul olmaq da mümkündür. Misal üçün, hər bir sahədə inkişafa dəstək olanlara mükafat vermək yoluyla insanları xeyir əməllərdə yarışdırmaq olar. Mükafatlara Kəbə mükafatı adı verib Məkkə və ətrafını dünyanın bir nömrəli cazibə mərkəzi halına gətirmək olar.
Müsəlman olmaq insanın şəxsi seçimi, necə deyərlər, öz qərarıdır. Hamının özünə görə tutduğu bir yol var. Bizim öhdəmizə düşən şey sadəcə olaraq təbliğ etməkdir. Dünya işlərinə gəldikdə, biz insanları insanlığın xeyrinə olan şeylərdə yarışdıra bilərik. Allah Təala belə buyurur:
“Hər kəsin üz tutduğu bir yolu vardır, siz onlarla yaxşı işlər görməkdə yarışın! Harada olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!” (Bəqərə, 2/148).

--------------------------------------------------------------------------------

QEYD: Bu yazı İstanbul Universitetinin İlahiyyat fakültəsinin professoru Abdulaziz Bayındır tərəfindən qələmə alınmışdır.
[1] Ayədəki “təfəs” (تفث) sözünə Ərəfat vəqfəsi mənası verməyimizin səbəbi belədir:
Tay qəbiləsindən Urvə ibn Müdərris nəql edir ki, mən rəsulullaha (ə. s.) Cəmdə (Müzdəlifə) vəqfə yerində çatdım. Mən soruşdum ki, ey peyğəmbər, Tay dağından gəlirəm, miniyim pis vəziyyətə düşdü, özümü də yordum. Vallah, elə bir qum təpəsi qalmadı ki, dayanıb üstündə dincəlməyim. Mən hacı ola bilərəm? Rəsulullah (ə. s.) mənə cavab olaraq: “Kim bizimlə bu namazı qılsa və daha əvvəl gecə, ya da gündüz vaxtı Ərəfata gəlmiş olsa, həccini başa vurmuş, təfəsini də yerinə yetirmiş hesab edilir”, - deyə buyurdu (Əbu Davud, Mənasik, 69).
[2] Əbu Davud, Sünən, Mənasik, 7, hədis nömrə 1734.
[3] İbrahim Canan, Kutubu-sittə tərcümə və şərhi, Akçağ nəşriyyatı, 3/288-289.
[4] İbn Hişam, Sirətun-nəbi, təhqiq edən Mühyiddin Əbdülhəmid, Beyrut, hicri 1401, miladi 1981-ci il, 1-ci cild, s. 216.
[5] Onlar bu xidmətlə öyündükləri üçün Allah belə buyurmuşdur:
“Siz hacılara su vermək və məscidi-haramı ibadətə açıq saxlamağı Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə birmi hesab edirsiniz? Onlar Allah yanında eyni olmazlar. Allah zalımlar dəstəsini hidayətə çatdırmaz” (Tövbə, 9/19).
[6] Cavad Əli, Tarixul-Ərəb qəbləl-İslam (İslamdan əvvəl Ərəblərin tarixi), 7-ci cild, s. 377 və digər səhifələr. Bağdad universitetinin köməyilə nəşr edilmişdir. Tarix və yer göstərilməyib.
[7] Məhəmməd Həmidullah, İslam peyğəmbəri, 2-ci cild, s. 946, abzas 1593, Ankara, 2003.
[8] Cavad Əli, eyni əsər və cild, s. 375.
[9] Cavad Əli, eyni əsər və cild, s. 382.
[10] Hakkı Dursun Yıldızın rəhbərlik etdiyi bir heyət, Böyük İslam tarixi, 2-ci cild, s. 179 və digər səhifələr, İstanbul, 1992.
[11] Baxın: Maidə sursəi, 2-ci ayə.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Cümə axşamı, 21.05.2009, 21:55 | Yazı # 2
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
XEDICE73, BACI ALLAH SÄNÄ BIZÄDÄ CÄMI ARZULAYIB GEDÄ BILMÄYÄN MÖMÜN BACI VÄ GARDASLARA HÄCCÄ GETMÄYI NÄSIB ETSIN ! O, MÜBARÄK YERLÄRI GÖRMÄYI , NAMAZ GILMAGI BIR SÖZLÄ BU GÖZZÄLIYI YASAMAGI GISMÄT ETSIN VÄ BIZLÄRI CÄNNÄT AHLINDÄN ETSIN ! AMIN

ALLAH bizləri haqq yoldan çıxartmasın!

Yazını medine - Cümə axşamı, 21.05.2009, 21:56
 
Forum » İslam » Fiqh » Hecde ticaret ve ictimayi fealiyyet.
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru