Sual: Xristian tanışlarımdan biri məndən Peyğəmbərin (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) altmış yaşına vardığı, Aişənin isə ( Allah ondan razı olsun) doqquz yaşında olarkən onunla evləndiyinin səbəbini və bu yaşda onunla yaxınlıq edib-etmədiyini soruşur. Əslində mən buna necə cavab verəcəyimi bilmirəm. Cavab: Həmd olsun Allaha.
Peyğəmbər (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) Aişə ( Allah ondan razı olsun) ilə Sevda bint Zəma (Allah ondan razı olsun) ilə evliliyindən sonra evlənmişdir. Aişə onun (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) evləndiyi yeganə bakirə qız idi. Və o onunla doqquz yaşında olarkən izdivaca daxil olmuşdur.
Bu evliliyin üstün cəhətləri (fəzilətləri) arasında həqiqətlərdən biri budur ki, ondan başqa hər hansı bir zövcəsi ilə bir yataqda olarkən vəhy nazil olmamışdır. O, Peyğəmbərə (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) bütün insanlar içərisində ən sevimlisi, əziz olanı idi və onun günahsız olduğu xəbəri göyün yeddi qatının üstündən nazil olmuşdu. O peyğəmbərin zövcələri arasında və bütövlükdə isə ümmətin qadınlarının ən bilikli, fəqih qadını idi. Peyğəmbərin (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) böyük səhabələri onun rəyi üçün ona baş vurur və onunla məsləhətləşirdilər.
Onunla evlilik hekayəsinə gəlincə, Peyğəmbər (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) ona dəstək verən və daima onun yanında olan Möminlərin Anası Xədicənin (Allah ondan razı olsun) ölümünə görə kədərlənmiş və onun vəfat etdiyi ili Hüzn İli adlandırmışdır. Sonra o, (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) yaşlı qadın və çox gözəl olmayan Sevda ilə evləndi; daha doğrusu onun əri öldükdən və müşriklərin arasında qaldıqdan sonra ona təsəlli vermək üçün onunla evləndi. Dörd ildən sonra Peyğəmbər (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) Aişə (Allah ondan razı olsun) ilə evləndi və bu vaxt onun əllidən çox yaşı var idi. Evlilik üçün hikmət aşağıdakılardan ibarət ola bilər:
1-O (Ona Allahın salavatı və salamı olsun) onunla evləndiyini yuxuda görmüşdü. Buxaridə Aişədən (Allah ondan razı olsun) gələn hədisdə Peyğəmbərin (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) Aişəyə belə söylədiyi sübuta yetirilib: “Səni mənə yuxuda iki dəfə göstəriblər. Gördüm ki, səni bir ipək parçasına büküblər və `Bu sənin zövcəndir` deyildi. Mən onu açdım və onun sən olduğunu gördüm. Dedim, `Əgər bu Allahdandırsa onda bu baş verəcək ” “Buxari”, (3682)
Bunun zahirinə görə peyğəmbər yuxusu və yaxud təvilə ehtiyac olub-olmadığına gəlincə, Fəth al-Bari əsəri, 9-cu cild 181-ci səhifədə Hafiz tərəfindən qeyd edildiyi kimi elm əhli arasında bu barədə fikir ayrlığı var.
2- Peyğəmbər (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) hələ balaca uşaq ikən Aişədə iti ağıl və fərasət, dərrakə kimi səciyyəvi xüsusiyyətləri müşahidə etmişdi, ona görə də etdikləri və söylədiklərini başqalarından daha yaxşı ötürməsi üçün onunla evlənməyə qərar vermişdi. Həqiqətən də, yuxarıda qeyd edildiyi kimi o, Səhabələrin (Allah onlardan razı olsun) işlərdə və hökmlərdə baş vurduğu istinad, mənbə nöqtəsi idi.
3- Peyğəmbərin (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) onun atası Əbu Bəkrə (Allah ondan razı olsun) olan sevgisi və Əbu Bəkrin ( Allah ondan razı olsun) haqqa dəvət yolunda səbrlə tab gətirdiyi əziyyətlər. O, insanlar arasında iman baxımından ən qüvvətlisi və nəbilərdən sonra imanda ən sadiq insan idi.
Qeyd etmək lazımdır ki, onun zövcələri arasında yaşlı və cavan, qatı düşməninin qızı, yaxın dostunun qızı olub. Onlardan biri yetimlərin tərbiyəsi ilə məşğul olur, digəri isə başqalarından oruc tutmaq və qiyamda çox durmaqla fərqlənirdi. Onlar müxtəlif insanlar üçün ayrı-ayrılıqda bir örnək, nümunə idilər. Müxtəlif insanlarla münasib şəkildə necə rəftar etməyi onların timsalında göstərməklə Allahın Elçisi müsəlmanlar üçün bir yol müəyyən etmişdir. [Bax:Sirah əl-Nəbəviyyə fi Dəu əl-Məsədir əl-Əsliyyə, s. 711].
Onun cavan olması və sizin buna görə çaşqınlığınıza gəlincə nəzərə almalısınız ki, Peyğəmbər (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) isti ölkədə, Ərəbistan yarımadasında böyümüşdü. Adətən isti ölkələrdə həddi büluğ yaşına tez çatırlar və insanlar tez evlənir. Elə bu yaxın zamanlara qədər bu belə davam etmişdir. Üstəlik, qadınlar inkişafına və evliliyə fiziki hazırlığına görə fərqlənirlər, onların arasında bu məsələdə böyük fərqlər var.
Əgər Allahın Elçisinin (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) Aişədən (Allah ondan razı olsun) başqa heç bir bakirə qızla evlənmədiyini və onun digər bütün zövcələrinin əvvəl evli olduğunu düşünsəniz, -Allah sizə hidayət versin- bu, bir çox düşmən mənbələr tərəfindən yayılan, Peyğəmbərin evliliklərinin arxasında əsas motivin qadınlara olan fiziki ehtiras, şəhvət və həzz olduğu iddiasını təkzib, rədd edəcək. Çünki bu onun məqsədi olsaydı o yalnız bakirə, gözəl və s. olanları seçərdi.
Rəhmət elçisinə (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) kafirlər və bu qəbildən olan digərləri tərəfindən belə tənələr, böhtanlar, Allah dərgahından nazil olan dində və şəriətdə qüsur, səhv tapmaqdan aciz olduqlarına dəlalət edir. Ona görə də onlar şəriətin xaricində olan məsələlərə dair İslama tənə etməyin yollarını tapmağa keçiblər. LAKİN, Allaha and olsun ki, kafirlər istəməsə də, Allah Öz Nurunu tamamlayacaqdır.
Lakin müvəffəq edən Alahhdır. Allahın salamı və xeyir-duası peyğəmbərimiz Muhəmmədin,onun ailəsinin və səhabələrinin üzərinə olsun. Daha ətraflı məlumat üçün bax. “Zəad əl-Məad”, (1/106)
Muhammad Saleh əlMunəccid