[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Fiqh » Corablar üzərinə məsh çəkmək
Corablar üzərinə məsh çəkmək
UmarTarix: Cümə, 03.10.2008, 06:11 | Yazı # 1
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Əs-Sələmu aleylum va rahmətullah. Əziz qardaş və bacılarım. Çox önəmli və mühüm bir məsələ barədə söz açmaq istədim. Forumların birində məsh barədə hədislər zikr olunmuşdu:

1. Muğirə ibn Şubədən rəvayət olunur ki, Peyğəmbərlə, (səlləllahu əleyhi və səlləm), bir yerdə idim. O dəstəmaz almaq istədikdə əyildim ki, onun dəridən olan corablarını çıxaram, o isə: «Onlara dəymə, mən onları dəstəmazlı olarkən geyinmişəm» – deyib onlara məsh çəkdi. Hədisi Buxari və Müslim rəvayət etmişdir.
2. Əlinin belə deməsi rəvayət olunur: «Əgər din insanın məntiqi ilə qurulsaydı, onda dəri corabın alt tərəfinə məsh çəkmək üst tərəfinə məsh çəkməkdən üstün olardı, lakin mən Allahın elçisinin məshi dəri corabın üstünə çəkdiyinin şahidi olmuşam». Hədisi Əbu Davud yaxşı isnadla rəvayət etmişdir.
3. Səfvan ibn Əssaldan belə deməsi rəvayət olunur: «Peyğəmbər, (səlləllahu əleyhi və səlləm), bizə səfərdə olarkən cənabət halı müstəsna olmaq şərti ilə üç gün, üç gecə ərzində hətta böyük və kiçik ayaqyoluna ehtiyacımız olsa və ya yatsaq belə, dəri corablarımızı çıxarmamağımızı əmr etmişdir».
Hədisi Nəsai və Tirmizi rəvayət etmişdir. Hədisin mətni sonuncuya aiddir. Tirmizi və İbn Xüzeymə onu səhih hesab etmişdir.
4. Əlinin belə deməsi rəvayət olunur: «Peyğəmbər, (səlləllahu əleyhi və səlləm), müsafirə dəri corab üzərinə məsh çəkmək üçün üç gün, üç gecə, müsafir olmayana isə bir gün, bir gecə icazə verdi». Hədisi Müslim rəvayət etmişdir.
5. Saubəndən rəvayət olunur ki, Allahın elçisi,(səlləllahu əleyhi və səlləm), hərbi ekspedisiyanı göndərərkən onlara əmmamələrinin və dəri corablarının üstünə məsh çəkməyi əmr etmişdir. Hədisi Əhməd və Əbu Davud rəvayət etmiş, Hakim isə səhih hesab etmişdir.
6. Ənəsdən rəvayət olunur ki, Allahın elçisi,(səlləllahu əleyhi və səlləm), buyurmuşdur: «Əgər sizlərdən biriniz dəstəmaz alıb dəri corablarını geyinərsə, qoy onda onlara məsh çəksin və əgər istəsə onları cünub olmayınca da çıxarmasın». Hədisi Dəraqutni və Hakim rəvayət etmişdir, sonuncu isə onu səhih hesab etmişdir.
7. Əbu Bəkrdən rəvayət olunur ki, Peyğəmbər, (səlləllahu əleyhi və səlləm), müsafirə dəri corab üzərinə məsh çəkmək üçün üç gün, üç gecə, müsafir olmayana isə bir gün, bir gecə icazə verdi. Hədisi Dəraqutni rəvayət etmiş, İbn Xüzeymə isə səhih hesab etmişdir.

Bu hədislərdə yalnız dəridən hazırlanmış corabların üzərindən məsh etmək gəlir. Hədislərdən də göründüyü kimi bizim geyindiyimiz corablar məsh hökmünə düşmür. Bu haqda fikirlərinizi bilmək istərdim.


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını ğurabə - Cümə, 03.10.2008, 22:47
 
AisaTarix: Cümə, 03.10.2008, 20:47 | Yazı # 2
MÜSƏLMAN-BACİ
Qrup: İdarəçilər
Yazı: 33
Reputasiya: 2
Status: Saytda deyil
salam aleykum
Allah razı olsun ğurabə qardaş. Əgər mümkünsə, şriftin ölçüsünü bir az böyük seçin və ya kursivlə yazmayın. oxumaq çətin olur.


(Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!
Nəhl surəsi, 125
 
UmarTarix: Cümə, 03.10.2008, 23:03 | Yazı # 3
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
aleykumus-Sələm va rahmətullah. Allah sizdən də razı olsun.

Hədislərdən də görünür ki, məsh qalın, su keçirməyən materialın üstündən çəkilməlidir. Lakin bəziləri camaatı bu məsələdə yalnız bir rəyə üstünlük verir və bu rəyi müsəlmanlara öyrədirlər. İşin qapalı tərəfi budur ki, insanlara öyrədilən rəyin az bir qrup alimin rəyi olduğunu bilmirlər.


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
AisaTarix: Şənbə, 04.10.2008, 11:57 | Yazı # 4
MÜSƏLMAN-BACİ
Qrup: İdarəçilər
Yazı: 33
Reputasiya: 2
Status: Saytda deyil
peyğəmbərimizin (s.a.s) dövründə sintetik mallar yox idi və ya bəlkə də var idi, amma geniş yayılmamışdı. ona görə peyğəmbərimiz (s.a.s) və səhabələr dövrlərində geniş yayılan dəri corab geyib onun üstündən məsh çəkirmişlər.
fikrimdə haqlı olduğumu iddia edə bilmərəm, çünki sadəcə məntiqi cəhətdən belə nəticəyə gəlmişəm. ümumiyyətlə isə, mən sintetik corabların üstündən məsh çəkirəm, çünki bu barədə elmim yoxdur. ona görə də, elmli olub söz deyənlərin rəyinə əsaslanıram.


(Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!
Nəhl surəsi, 125
 
UmarTarix: Bazar, 05.10.2008, 02:10 | Yazı # 5
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Əs-Sələmu aleykum va rahmətullah. Gözəl bacım. İslamda elm söz və əməldən öncədir. Əgər sizin bu sintetik corabların üzərindən məsh etməyə dəliliniz yoxdursa, bunu dindən sayıb etmək nə dərəcədə məntiqə uyğundur? Dəstəmazın şərtləri şərii dəlillərlə bizlərə gəlib çatıb və özündən kimdir elə şəriət çıxardan və hansı əsasla? Məgər bizə Quran və sünnə kifayət deyilmi? Vallah təəccüb...

"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
leyla10Tarix: Bazar, 31.05.2009, 16:44 | Yazı # 6
Qrup: İstifadəçi
Yazı: 12
Reputasiya: 0
Status: Saytda deyil
Təyəmmüm

Lüğəti mənada qəsd etmək (yönəlmək), dində isə (istilahi mənada) təmiz torpağa qəsd edib onunla üz və əlləri məsh etmək deməkdir.
Uca Allah buyurur:
«Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaqyolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün.» (əl-Maidə surəsi, 6-cı ayə)


İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər…» (Ənbiya surəsi, ayə 1)
 
medineTarix: Bazar ertəsi, 01.06.2009, 18:57 | Yazı # 7
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Umm Sälämänin belä demäsi rävayät olunur ki, bir däfä Allahin elcisindän , sorusdum ;"Ey Allahin elcisi! Mänim sacim hörüklüdür. Cänabät güsulu alarkän onu acimmi? " Allahin elcisi isä " Xeyir kifayätdir ki, basina üc ovuc su tökäsän " deyä cavab verdi. Hädisi Müslim rävayät etmisdir.

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Çərşənbə, 10.06.2009, 12:02 | Yazı # 8
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Dəstəmazın bəyənilən əməlləri (sünnələri)

1. Dəstəmaza başladıqda «bismilləh» demək ;
Əbu Hureyrə (r.a) Peyğəmbərdən - səllallahu aleyhi və səlləm – rəvayət etmişdir: «Dəstəmazsız namaz qılmayın, "bismilləh" demədən dəstəmaz almayın!». («Müsnəd» 2/418; İrvau-l-Ğalil, 1/122 – 81-ci hədis. [Hədis həsəndir])

2. Misvakla dişləri təmizləmək;
Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Ümmətimə əziyyət olmasaydı, hər namaz üçün dişlərini misvakla təmizləməyi onlara əmr edərdim». (Səhihu-l-Buxari, 887; Səhih Müslim, 1450)

3. Dəstəmaza başladıqda əlləri yumaq;
Amr ibn Əbu-l-Həsən Abdullah ibn Zeyddən (r.a) Peyğəmbərin - səllallahu aleyhi və səlləm - dəstəmazı haqqında soruşdu. O, bir qab su istədi və Peyğəmbərin - səllallahu aleyhi və səlləm - dəstəmazı kimi dəstəmaz aldı: qabdan su töküb üç dəfə əllərini yudu… (Səhihu-l-Buxari, 186; Səhih Müslim, 554)

4. Barmaqların arasını yumaq;
Sələmə ibn Qeys əl-Əşgəi (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Dəstəmaz aldıqda əl və ayaq barmaqlarının arasını yu!» («Müsnəd» 1/287; «Silsilətu-l-əhadisi-s-sahihə» 3/291 – 1306-cı hədis)

5. Sıx saqqalın dibinə su çatdırmaq (seyrək saqqalın dibinə suçatdırmaq isə vacibdir);
Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dəstəmaz alarkən su götürüb onu saqqalının dibinə çatdırdı və dedi: «Rəbbim mənə belə əmr etdi». («Sünənu Əbi Davud» 1/167 – 145-ci hədis; İrvau-l-Ğalil 1/130 – 92-ci hədis. [Hədis səhihdir])

6. Əzaları iki və ya üç dəfə yumaq;
Amr ibn Əbu-l-Həsən Abdullah ibn Zeyddən (r.a) Peyğəmbərin - səllallahu aleyhi və səlləm - dəstəmazı haqqında soruşdu. O, bir qab su istədi və Peyğəmbərin - səllallahu aleyhi və səlləm - dəstəmazı kimi dəstəmaz aldı: qabdan su töküb üç dəfə əllərini yudu. Sonra sağ əli ilə qabdan su götürərək üç dəfə ağzını yaxaladı və burnunu (burnuna su alıb çıxarmaqla) təmizlədi. Sonra üç dəfə üzünü, iki dəfə də qollarını dirsəklərə qədər yudu, sonra əllərini suya saldı və yaş əllərini başının önündən arxasına doğru və əksinə çəkməklə bir dəfə məsh etdi və daha sonra ayaqlarını yudu. (Səhihu-l-Buxari, 186; Səhih Müslim, 554)

7. Əzaları sağ tərəfdən başlayaraq yumaq;
Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – geyindikdə, darandıqda, yuyunduqda və hər bir işində sağdan başlamağı xoşlayardı» (Səhihu-l-Buxari, 426; Səhih Müslim, 615)

8. Dəstəmazdan sonra aşağıdakı duanı oxumaq;
Ömər ibnu-l-Xəttab (r.a) Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - rəvayət etmişdir: «Sizdən biriniz dəstəmaz aldıqdan sonra bu duanı oxuyarsa: "Əşhədu ən lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu va əşhədu ənnə muhammədən abduhu va rasuluhu"- onun üçün Cənnətin səkkiz qapısı açılar və o istədiyi qapıdan daxil olar.» («Müsnəd» 4/145; Səhih Muslim, 552; İrvau-l-Ğalil, 1/134 – 96-cı hədis. [Hədis səhihdir])
Duanın tərcüməsi: Mən şahidlik edirəm ki, Allahdan başqa (ibadətə layiq olan) məbud (ilah) yoxdur, təkdir heç bir şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir».

9. Suyu israf etməmək.
Əlinin (r.a) nəvəsi Məhəmməd rəvayət edir ki, o, atası Hüseyn (r.a) və bir dəstə camaat Cabir ibn Abdullahdan (r.a) qüsl haqqında soruşdular. O dedi: «Bir saa(Yəni, dörd ovuc) kifayət edər». Bir kişi: «Mənə kifayət etmir» – dedikdə, Cabir ona: «Səndən çox saçı olan və səndən də xeyirlisinə (yəni Peyğəmbərə - səllallahu aleyhi və səlləm -) kifayət edərdi» – deyib sonra bizə imamlıq edib namazı qıldırdı. (Səhihu-l-Buxari, 252; Səhih Müslim, 731)

Əlixan Musayev (Şəriət Risaləsi)


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Fiqh » Corablar üzərinə məsh çəkmək
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru