[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Heyz (aybaşı), nifas və istihazə
TeraneTarix: Cümə, 28.09.2012, 16:31 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Bu bölmədə aşağıdakı mövzulardan bəhs edilir:
1. Heyz və nifasla bağlı hökmlər
2. Heyz və nifas səbəbi ilə haram olan əməllər
3. Heyzli qadına cinsi yaxınlıq edənin hökmü
4. İstihazə
5. İstihazəli qadınla əlaqədar hökmlər

Heyz və nifasla bağlı hökmlər
Heyz (aybaşı), qadınların yaxşı bildikləri bir qandır. Onun çox və ya az miqdarı üçün şəriətdə heç bir məhdudiyyət yoxdur. Bu məsələ adətlə ölçülür.
Nifas, doğum səbəbi ilə axan qandır. Bu qanın ən çox müddəti qırx gündür.
Ummu Sələmə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zamanında nifaslı qadınlar qırx gün nifas müddəti saxlayardılar»[1].
Qanın qırx gündən tez bir vaxtda kəsildiyini görən nifaslı qadın çimib təmizlənir. Əgər qanaxma qırx gündən çox davam etsə, qırx günün tamamında çimib təmizlənir.

Heyz və nifas səbəbi ilə haram olan əməllər
Dəstəmazsız şəxsə qadağan olan əməllər, heyzli və nifaslılara da qadağandır[2]. Bundan əlavə qadağan olunan əməllər bunlardır:
1. Oruc tutmaq:
Qadın təmizlənəndən sonra orucunu qəza etməlidir. Muazə deyir ki, mən Aişədən (Allah ondan razı olsun) belə bir sual soruşdum: «Nə üçün heyzli qadın orucu qəza edir, amma namazı isə qəza etmir?» Aişə dedi: «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında belə halda bizə orucu qəza etmək əmr olunurdu, namazın qəzası isə əmr olunmurdu»[3].
2. Cinsi yaxınlıq etmək: Uca Allah buyurur: «(Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!” Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!»[4]
Həmçinin Peyğəmbər demişdir ki, «Cinsi yaxınlıqdan savayı istədiynizi edin (yəni, istədiyiniz qaydada əylənin)»[5]

Heyzli qadına cinsi yaxınlıq edənin hökmü
İmam Nəvəvi (Allah ona rəhmət etsin) Müslimin şərhində (3/ 204) deyir:
«Əgər hər hansı müsəlman, heyzli qadınla cinsi yaxınlığın halal olduğunu etiqad edərsə artıq mürtəd, kafir olar. Kimsə bunun halal olduğunu etiqad etmədən edərsə hökmü belədir: Əgər o qadının heyzli olmasını unudubsa və ya bilməyibsə, yaxud haram olmasını eşitməyibsə, yaxud bu işə məcbur edilibsə, ona heç bir günah yazılmır və boynuna kəffarə düşmür. Əgər qadının heyzli olduğunu və belə vəziyyətdə qadına yaxınlıq etməyin haram olduğunu bildiyi halda, heç bir məcburiyyət olmadan qəsdən cinsi yaxınlıq edərsə böyük günah edər. İmam Şafii belə əməlin böyük günah olduğunu təsdiqləmişdir. Həmin insan tövbə etməlidir. Kəffarənin ona vacib edilməsi haqqında isə iki fikir mövcuddur...»
Mən isə deyirəm ki, həmin iki rəyin ən doğrusu kəffarənin vacib olmasıdır. Çünki İbn Abbas (Allah ondan razı olsun) heyzli qadınla cinsi yaxınlıq edənin kəffarəsi haqqında Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə rəvayət edir: «O, bir və ya yarım dinar sədəqə etməlidir»[6].
Hədisdə deyilən kəffarə dəyərinin fərqli olması heyzin əvvəl və ya son vaxtlarına görədir. Demək, İbn Abbas demişdir ki, «əgər heyzin ilk vaxtlarında cinsi yaxınlıq edərsə bir dinar, axır vaxtlarında edərsə yarım dinar sədəqə verməlidir»[7].

İstihazə
İstihazə, qeyri heyz və ya nifas vaxtlarında, yaxud bu hallardan dərhal sonra ifraz olunan qandır. Birinci vəziyyətdə, yəni qeyri heyz və nifas vaxtlarında, istihazə qanını ayırd etmək rahatdır[8]. İkinci halda isə belədir[9]:
Demək, əgər qadın daim bəlli vaxtlarda heyz olursa (yəni, daimi adəti varsa), bundan əlavə günlərdə gələn qan istihazə qanıdır. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Ummu Həbibəyə belə demişdi: «Əvvəlki heyzinin müddəti qədər gözlə, sonra çim və namazını qıl»[10].
Əgər qadın qanı fərqləndirə bilirsə, bu fərqə görə hərəkət etməlidir. Demək, hamının bildiyi kimi heyz qanı qara olur. Bundan əlavə gələn qan isə istihazədir. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Fatimə bint Ənu Hubeyşə demişdir ki, «əgər heyz qanıdırsa, namaz qılma. Bu qan qara olur və tanınır. Yox əgər başqa qandırsa, bu istihazədir və belə halda dəstəmaz al (namazlarını qıl)»[11].
Əgər qadın istihazə olub qanı fərqləndirə bilmirsə onda yaşadığı yerdə əksər qadınların adətinə uyğun hərəkət etsin[12]. Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Həmnə bint Cəhşə demişdir: «Bu, şeytanın əziyyətlərindən biridir. Sən, Allahın bildiyi qədər, altı və ya yeddi gün heyz ol, sonra qüsl et. Təmizləndikdən və heyzdən qurtulduqdan sonra ayın iyirmi dörd və ya iyirmi beş gününü namaz qıl və orucunu tut. Bu sənə kifayətdir. Hər ay belə et. Digər qadınlar heyz və təmizlik müddətinə görə necə heyz olur və təmizlənirlərsə, sən də elə et»[13].

İstihazəli qadınla əlaqədar hökmlər
Heyzlə haram olan əməllərin heç biri, istihazəylə haram olmur. İstihazəli qadın, sadəcə olaraq hər namaz üçün dəstəmaz almalıdır. Çünki Peyğəmbər Fatimə bint Əbu Hubeyşə demişdi ki, «sonra hər namaz üçün dəstəmaz al»[14].
Əvvəldə, “Hansı hallarda qüsl almaq bəyənilir” adlı fəsildə, qeyd etmişdik ki, istihazəli qadının hər namaz üçün qüsl alması bəyənilir (müstəhəb sayılır).


[1] Həsənin Səhih. Səhih Sünən İbn Macə: ? 530. Əbu Davud: 1/ 501/ ? 307. Tirmizi: 1/ 92/ ? 139. İbn Macə: 1/ 213/ ? 648.
[2] «Hansı hallarda dəstəmaz almaq vacib sayılır» - fəslinə bax.
[3] Buxari: 1/ 421/ ? 321. Müslim: 1/ 265/ ? 335. Hədisin bu tərtibatı da ona məxsusdur. Tirmizi: 1/ 87/ ? 130. Əbu Davud: 1/ 444/ ? 259. İbn Macə: 1/ 207/ ? 631.
[4] əl-Bəqərə: 222.
[5] Hədis səhihdir. Səhih Sünən İbn Macə: 527. Müslim: 1/ 246/ ? 302. Əbu Davud: 1/ 439/ ?255. Tirmizi: 4/ 282/ ? 4060. İbn Macə: 1/ 211/ ? 644.
[6] Hədis səhihdir. Səhih Sünən İbn Macə: 523. Əbu Davud: 1/ 445/ ? 261. Nəsai: 1/ 153. İbn Macə: 1/ 210/ ? 640.
[7] Hədis İbn Abbasın sözü kimi səhihdir (ərəb. Səhih Movquf). Səhih Sünən Əbu Davud: ? 238. Əbu Davud: 1/ 249/ ? 262.
[8] Yəni, əgər nə heyz, nə də nifas olmayan bir gündə qadından qan ifraz olunursa bu istihazə qanıdır. Bunu bilmək rahatdır. (tərc.)
[9] Bu fərqlərə ardıcıllıqla əməl edilməlidir. Yəni, ilk olaraq əvvəlki adətinə baxmalı, əgər bunu bilməsə o zaman qanı fərqləndirməlidir. Bunu da bacarmasa o zaman yaşadığı yerdə digər qadınların heyz adətinə baxmalıdır. (tərc.)
[10] Hədis səhihdir. əl-İrva: 202. Müslim: 1/ 264/ ? 334.
[11] Hədis səhihdir. əl-İrva: 204. Nəsai: 1/ 185. Əbu Davud: 1/ 470/ ? 283.
[12] Yəni, əgər yaşadığı yerdə əksər qadınlar adətən altı və ya yeddi gün heyz olurlarsa, o da özü üçün altı və ya yeddi gün heyz vaxtı təyin edir, bundan əlavə günlərdə gələn qan istihazə sayılır. (tərc.)
[13] Hədis həsəndir. əl-İrva: 205. Əbu Davud: 1/ 475/ ? 284. Tirmizi: 1/ 83/ ? 128. İbn Macə: 1/ 205/ ? 628 həmin məna ilə.
[14] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 507. Əbu Davud: 1/ 490/ ? 195. İbn Macə: 1/ 204/ ? 624.

---------------
Rahim Muradlı



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru