[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Fiqh » ÖNCƏ DİZLƏRMİ ƏLLƏRMİ? (BISMILLAH)
ÖNCƏ DİZLƏRMİ ƏLLƏRMİ?
Muslimah_92Tarix: Cümə, 13.07.2012, 22:44 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Namazda səcdəyə gedərkən öncə dizlər sonra əllərmi yerə qoyular? Yoxsa əksinə öncə əllər sonra dizlər?
Bu mövzunun əslində müsəlmanlar üçün öncəlikli məsələlərdən olmadığı aydındır. Lakin, mövzu zatı etibari ilə önəmli olmasada, dolayısıyla "önəm" qazanıb.
Beləki, öz "ictihadları"nı əsas alaraq bütün müsəlmanları qınamağı və incitməyi adət halına gətirmiş məlum firqə, bu məsələdə də müsəlmanları narahat edir, məscidlərdə onlara yanaşıb "öncə dizi yerə qoymanın bidət olduğunu" onlara başa salmağa çalışırlar...
Hansı hədisin daha səhih olduğunu və hansıyla əməl edilməsinin lüzumunu "izah" edirlər...
Məhz onların bu əsassız iddialarına cavab vermək və müsəlmanları onların hücumlarından müdafiə etmək üçün bu məsələni təhqiq edib, mövzudakı görüşlərə nəzər salaq.
Elm əhlinin əksəriyyəti bu iki görüşdən hansını tərcih ediblər?


Yazını Muslimah_92 - Cümə, 13.07.2012, 22:45
 
Muslimah_92Tarix: Cümə, 13.07.2012, 22:46 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənbəli alimlərindən İbn Teymiyyə (661–768 h/1263–1328 m) "Əl Fətəvəl Kubra" adlı əsərində belə deyir:

مسألة : في الصلاة ، واتقاءِ الأرضِ بوضْع ركْبتيه قبل يديه ، أو يديه قبل ركبتيه ؟

الجواب : أما الصلاة بكِليْهما فجائزةٌ باتفاق العلماء ، إن شاء المصلي يضَعُ ركبتيْه قبْل يديه ، وإن شاء وضَع يديْه ثم ركبتيْه ، وصلاته صحيحة في الحالتين باتفاق العلماء
ولكن تنازعوا في الأفضل , فقيل: الأول كما هو مذهب أبي حنيفة، والشافعي، وأحمد في إحدى الروايتين
وقيل : الثاني ، كما هو مذهب مالكٍ ، وأحمدَ في الرواية الأخرى , وقد روي بكلٍّ منهما حديثٌ في السنن عن النبي صلى الله عليه وسلم

"Məsələ: Namazda əllərdən öncə dizlərmi yerə qoyular? Yoxsa dizlərdən öncə əllər?

Cavab: Alimlərin ittifaqıyla, hər iki şəkildə də namaz caizdir. Namaz qılan istərsə əllərindən öncə dizlərini, istərsə öncə əllərini sonra dizlərini qoyar.
Alimlərin ittifaqıyla hər iki haldada namazı səhihdir. Lakin alimlər hansı variantın daha fəzilətli olduğunda ixtilaf etmişlər.
Birinci variantın (öncə dizlər) daha əfzəl olduğu söylənmişdir. Bu İmam Əbu Hənifənin, Şafinin və iki rəvayətdən birinə görə Əhmədin görüşüdür.
İkincinin (öncə əllər) daha əfzəl olduğuda söylənmişdir. Bu İmam Malikin və iki rəvayətdən digərinə görə Əhmədin görüşüdür.
Hər ikisi haqqında da Nəbidən – sallallahu aleyhi və səlləm – hədis varid olmuşdur."

Qaynaq: Əhməd İbn Teymiyyə: Əl Fətava Əl Kubra: 2/187
Beyrut: Darul Kutubil İlmiyyə: 1408/1987
 
Muslimah_92Tarix: Cümə, 13.07.2012, 22:46 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hədis imamlarından Əbu İsa Ət Tirmizi (209-279 h/824-892 m) "Əl Camiul Kəbir" adlı əsərində bu barədə deyir:

رأيتُ رسولَ الله صلى الله عليه وسلم إذا سجَد يضَع ركْبتيْه قبْل يديه وإذا نهَض رفَع يديْه قبل ركْبتيه
والعملُ عليه عندَ أكثر أهل العلم يرون أن يضَعَ الرجلُ رُكْبتيْه قبْل يديه وإذا نهَض رفَع يديه قبل ركبتيه
"(Vail bin Hucr dedi) : Rəsulullahın – sallallahu aleyhi və səlləm – səcdə etdiyi zaman əllərindən öncə dizlərini qoyduğunu, qalxdığı zaman isə dizlərindən öncə əllərini qaldırdığını gördüm."

Tirmizi: Elm əhlinin əksəriyyəti qatında bu hədisə görə əməl edilər. Onlar namaz qılanın öncə dizlərini sonra əllərini yerə qoyacağı, qalxdığı zaman isə öncə əllərini sonra dizlərini yerdən ayıracağı görüşündədirlər."

Qaynaq: Əbu İsa Ət Tirmizi: Əl Camiul Kəbir: 1/302-303
Darul Ğarbil İslami: 1416/1996
 
Muslimah_92Tarix: Cümə, 13.07.2012, 22:47 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Əbu Davud şarihlərindən Əbu Suleyman Əl Xattabi (319-388 h/931-998 m) bu məsələ haqqında belə deyir:

وقد اختلف الناسُ في هذا ، فذهَب أكثرُ العلماء إلى وضعِ الركبتين قبْل اليدين ، وهذا أرْفقُ بالمصلي ، وأحْسنُ في الشكْل ، وفي رأي العين

"Bu məsələ haqda insanlar ixtilaf ediblər. Alimlərin əksəriyyəti/çoxu, əllərdən öncə dizlərin qoyulacağı görüşündədirlər. Bu görüş namaz qılana münasibətdə daha yumşaq, şəkil və görüntü olaraq daha gözəldir."

Qaynaq: Əbu Suleyman Əl Xattabi: Məalimus Sunən: 1/368
Beyrut: Daru İbn Hazm: 1418/1997

 
Muslimah_92Tarix: Cümə, 13.07.2012, 22:48 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
"Mişkətul Məsabih" adlı hədis kitabını şərh edənlərdən Şərəfuddin Ət Tibi (v. 743 h/1342 m) mövzumuz barədə deyir:

ذهَب أكثرُ أهل العلم إلى أنَّ الأحبَّ للساجد أن يضَعَ رُكبتيْه ثم يديْه لما رواه وائلُ بن حُجْرٍ , وقال مالك والأوزاعي رضي الله عنهما بعكْسه

"Elm əhlinin əksəriyyətinə/çoxuna görə, Vail bin Hucr hədisinə əsasən səcdə edənin öncə dizlərini sonra əllərini yerə qoyması daha gözəldir.
İmam Malik və Əvzai – Allah hər ikisindən də razı olsun – bunun əksini demişlər."

Qaynaq: Şərəfuddin Ət Tibi: Əl Kəşif an Həqaiqis Sunən: 3/1028-1029
Ər Riyad: 1417/1997
 
Muslimah_92Tarix: Cümə, 13.07.2012, 22:48 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi məzhəbinə mənsub alimlərdən Əbu Muhəmməd Əl Bəğavi (436-510 h/1044-1117 m) "Şərhus Sunnə" adlı əsərində deyir:

واختلف العلماء في هذا ، فذهَب أكثرُهم إلى أنه يضَع الركْبتيْنقبل اليدين ، وقال نافع : كان ابنُ عمرَ يضَع يديه قبل ركْبتيْه ، وبه قال الأوزاعي ومالك : إنه يضع يديه قبل ركبتيه

"Alimlər bu məsələdə ixtilaf etmişlər. Onların əksəriyyətinə/çoxuna görə dizlərini əllərindən öncə yerə qoyar.
Nafi belə demişdir: İbn Ömər əllərini dizlərindən öncə qoyardı. İmam Malik və Əvzaidə əllərini dizlərindən öncə qoyacağını söyləmişlər."

Qaynaq: Əbu Muhəmməd Əl Bəğavi: Şərhus Sunnə: 3/124
Məktəbətul İsləmi: 1403/1983

 
Muslimah_92Tarix: Cümə, 13.07.2012, 22:49 | Yazı # 7
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənbəli alimlərindən Zeynuddin İbn Rəcəb (736-795 h/1335-1393 m) Buxarini şərh etdiyi "Fəthul Bari" adlı əsrində bu haqda deyir:

واختلف العلماءُ في الساجد : هل يضَع ركبتيْه قبْل يديه ، أم يديْه قبْل ركبتيه ؟ فقال الأكثرون : يضَعُ ركبتيه قبل يديه

"Alimlər səcdəyə gedən kimsə haqqında ixtilaf etmişlər: Əllərindən öncə dizlərinimi qoyar? Yoxsa dizlərindən öncə əllərinimi?
Alimlərin əksəriyyəti/çoxu belə demişdir: Əllərindən öncə dizlərini qoyar."

Qaynaq: Zeynuddin İbn Rəcəb: Fəthul Bəri: 7/219
Məktəbətul Ğurabəil Əsəriyyə: 1417/1996
 
Muslimah_92Tarix: Cümə, 13.07.2012, 22:49 | Yazı # 8
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Əbu Davudun Sünənini şərh edən Hənəfi alimlərindən Bədruddin Əl Ayni (772-855 h/1361-1451 m) bu haqda deyir:

وقد اختلف الناسُ في هذا ، فذهَب أصحابُنا وأكثرُ العلماء إلى وضعِ الركبتين قبْل اليدين ، وهذا أرْفقُ بالمصلي ، وأحْسنُ في الشكْل ، وفي رأي العين . وقال مالك : يضَعُ يديه قبل ركبتيه ، وكذا قال الأوزاعي

"Bu məsələ haqda insanlar ixtilaf ediblər. Əshabımız (Hənəfilər) və alimlərin əksəriyyəti/çoxu, əllərdən öncə dizlərin qoyulacağı görüşündədirlər. Bu görüş namaz qılana münasibətdə daha yumşaq, şəkil və görüntü olaraq daha gözəldir.
İmam Malik və Əvzai belə demişlər: Dizlərindən öncə əllərini qoyar."

Qaynaq: Bədruddin Əl Ayni: Şərhu Sunəni Əbi Davud: 4/23
Ər Riyad: Məktəbətur Ruşd: 1420/1999

 
Muslimah_92Tarix: Cümə, 13.07.2012, 22:50 | Yazı # 9
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) "Əl Məcmu" adlı əsərində bu haqda deyir:

مذهبنا أنه يستحبُّ أن يقدِّمَ في السجود الركبتيْنِ ثم اليديْن ثم الجبْهةَ والأنفَ , قال الترمذي والخطابي : وبهذا قال أكثرُ العلماء , وحكاه أيضاً القاضي أبو الطيِّب عن عامّةِ الفقهاء , وحكاه ابن المنذِر عن عمرَ بن الخطاب رضي الله عنه والنخَعي ومسلمِ بن بشَّار وسفيانَ الثوري وأحمدَ وإسحقَ وأصحابِ الرأي , قال وبه أقول
وقال الأوزاعي ومالك يقدِّم يديه على ركبتيه , وهي رواية عن أحمدَ , وروي عن مالك أنه يقدِّم أيهما شاء ولا ترجيحَ

"Məzhəbimizə görə səcdəyə gedərkən öncə dizləri, sonra əlləri sonra isə alnı və burnu qoymaq müstəbəhdir.
Tirmizi və Xattabi belə demişlər: "Alimlərin əksəriyyətinin/çoxunun görüşü budur".
Qadi Əbut Tayyib bu görüşü fəqihlərin böyük əksəriyyətindən nəql etmişdir.
İbnul Munzir bu görüşü Ömər bin Əl Xattabdan - Allah ondan razı olsun -, (İbrahim) Ən Nəxaidən, Muslim bin Bəşşərdən, Sufyan Əs Səvridən, Əhməddən, İshaqdan və Rəy əshabından nəql edərək onlarla həmfikir olduğunu demişdir.
İmam Əvzai və Malik, əllərini dizlərindən öncə qoyacağını demişdir. Bu həmçinin İmam Əhməddən gələn bir rəvayətdir.
İmam Malikdən "istər əlini, istərsədə dizini öncə qoyar, xüsusi bir seçim yoxdur" görüşüdə rəvayət edilmişdir."

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Əl Məcmu: 3/461
İdarətut Tibəatil Muniriyyə

 
Forum » İslam » Fiqh » ÖNCƏ DİZLƏRMİ ƏLLƏRMİ? (BISMILLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru