[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Fiqh » Qazilik (Qazilik)
Qazilik
TeraneTarix: Bazar, 10.06.2012, 14:50 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Qaziliyin icazəli olması:
Hökmü:
Qaziliyin fəziləti:
Qaziliyin təhlükəli olması:
Qazilik vəzifəsini tələb etməyin qadağan olması:
İnsan qazilik vəzifəsinə nə zaman layiq görülür?
Qadınlar qazilik vəzifəsini icra edə bilməzlər:
Qazinin ədəb-ərkanı:
Qazinin rüşvət və ya hədiyyə alması haramdır:
Qazinin qəzəbli halda hökm verməsi haramdır:
Hakimin hökmü həqiqəti dəyişmir:
İddialar və sübutlar:
Özünün olmayan bir şeyi iddia edənin günahı:
Başqasının malını mənimsəmək üçün yalandan and içənin günahı:
İddianı isbat etməyin yolları:

Qaziliyin icazəli olması:
Qazlik, Quran, sünnə və ümmət alimlərinin yekdil rəyi ilə icazəli sayılır.
Uca Allah buyurur: "O halda onların arasında Allahın nazil etdiyi Kitabla hökm et..."[1].
Digər ayədə isə belə buyurur: "Ya Davud! Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et,..."[2].
Amr ibn əl-As (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişdir: "Əgər hakim hökm verərkən ictihad (daha düzgün qərar verməyə cəhd) edib doğru qərar çıxararsa iki savab, yox əgər ictihad edib sonra səhv edərsə bir savab qazanar"[3].
Həmçinin bütün müsəlmanlar qaziliyin icazəli olmasına dair yekdil rəydədirlər.

Hökmü:
Qazilik fərzu kifayədir[4]. Rəhbərin, bölgələrdə insanlar arasında hökm versin deyə ehtiyac olan sayda qazi təyin etməsi vacibdir. Çünki Peyğəmbər (S.A.V.) özü insanlar arasında qazilik etmiş, Əlini (A.R.O.) qazilik üçün Yəmənə göndərmişdir. Həmçinin Raşidi Xəlifələr də qazilik etmiş və digər şəhərlərə də qazilər təyin etmişlər[5].

Qaziliyin fəziləti:
Abdullah ibn Məsud (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Yalnız iki qism insana həsəd aparmaq (qibtə etmək) olar: Allah tərəfindən mal-dövlət verilib və onun haqq yolunda xərclənməsi üçün malına ağalıq etmək bacarığı bəxş olunan, Allahın əta etdiyi hikmətlə insanlar arasında hökm kəsən və onu öyrədən insandan başqa heç kəsə həsəd aparmaq olmaz"[6].

Qaziliyin təhlükəli olması:
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Kim insanlar arasında hökm kəsmək üçün qazi təyin olunarsa, sanki bıçaqsız kəsilmişdir"[7].
Əbu Bureydə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Qazilər üç qismdir, ikisi cəhənnəmlik, birisi isə cənnətlikdir: Haqqı bilib onunla hökm edən qazi cənnətlikdir. İnsanlar arasında cəhalətlə hökm edən və hökm verərkən qəsdən zülm edən qazi cəhənnəmlikdir"[8].

Qazilik vəzifəsini tələb etməyin qadağan olması:
Əbdürrəhman ibn Səmurə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) mənə belə dedi: "Ey Əbdürrəhman, heç vaxt özün vəzifə istəmə. Doğrudan da əgər sən özün vəzifə istəsən onun öhdəsinə qalarsan. Yox əgər sən özün istəmədən sənə vəzifə versələr, o zaman bu işdə sənə (Allah tərəfindən) kömək olunar"[9].

İnsan qazilik vəzifəsinə nə zaman layiq görülür?
Hafiz İbn Həcər (Allah ona rəhmət etsin) "Fəthul Bari" əsərində (13/ 146) deyir:
"Şafiinin yaxını sayılan Əbu Əli əl-Kərabisi özünün "Ədəəbul Qada" adlı kitabında deyir: Mən, İslam alimləri içərisində bu məsələdə heç bir fikir ayrılığı görmürəm ki, qazi olan şəxs belə olmalıdır: O, fəzilət, sidq, elm və təqva sahibi kimi tanınmış, Allahın kitabını çox oxuyan, bu kitabın çox əhkamlarını bilən, Peyğəmbərin (S.A.V.) əksər sünnələrini bilən və əzbərləyən, həmçinin səhabələrin sözlərini də yaxşı bilən, məsələlərin şəriətə uyğunluğunu və ya zidd olmasını bilən, tabbinlərdən olan fəqihlərin rəylərini öyrənən, düzü əyridən fərqləndirən, qəfldən baş vermiş hadisə anında ilk olaraq Qurana, orada cavab tapmadıqda sünnəyə (hədislərə), orada da tapmasa səhabələrin ittifaq etdikləri rəyə uyğun hərəkət etməlidir. Əgər səhəbələrin ixtilaf etdikləri ilə qarşılaşarsa o zaman Qurana, sonra sünnəyə, daha sonra böyük səhabələrin fitvalarına oxşar olan bir rəyə əməl etməlidir. Həmçinin qazi olacaq insan elm adamları ilə daim elmi müzakirələr aparan, onlarla məşvərət edən olmalıdır. Təbii ki, bütün bunlar təqva və alicənablıqla olmalıdır. Həmçinin qazi olacaq insan dilini (qeybətdən, sözgəzdirməkdən, boş-boş danışıqdan), qarnını (qarınqululuqdan) və ayıb yerləni (zina və s. bu kimi günahlardan) qoruyan kimsə olmalıdır. O, münaqişə sahiblərinin dediklərini tez dərk etməlidir. Həmçinin o, nəfsi istəklərə uymayan, aqil kimsə olmalıdır..."
Sonra sözünə davam edərək deyir: "Biz bilirik ki, yer üzündə bu sifətlərə sahib olan elə bir insan yoxdur. Lakin, hər zaman və məkanın ən kamil və ən alicənab insanını qazi seçmək lazımdır".

Qadınlar qazilik vəzifəsini icra edə bilməzlər:
Əbu Bəkrə deyir ki, Cəməl döyüşü baş verən günlərdə Allah mənə bir söz ilə çox xeyir bəxş etdi. Demək, Peyğəmbər (S.A.V.) farslıların Kisranın qızını padşah seçdiklərini eşidəndə demişdi: "İşlərinin ağalığını qadına həvalə edən bir tayfa nicat tapmaz"[10].

Qazinin ədəb-ərkanı:
Qazi, öz hərəkəti, sözü, davranışı və yaxınlaşma tərzi ilə mübahisə tərəfləri ilə ədalətli davranmalıdır[11].
Əbul Məlih əl-Huzəli deyir ki, Ömər ibn əl-Xəttab, Əbu Musa əl-Əşariyə məktub yazıb bildirdi: "Qazilik, öz təsdiqini tapmış bir fərz əməl, bizdən əvvəlkilərin sünnəsidir. Sənə bir iş həvalə edildikdə onu yaxşı başa düş. Dinlənilməyən haqq söz dəyərsiz olar. Davranış, oturuş və ədalətli olmaq baxımından insanlara bərabər gözlə bax. Adlı-sanlı insan səni zülmə sövq etməsin"[12].

Qazinin rüşvət və ya hədiyyə alması haramdır:
Abdullah ibn Amr (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Rüşvət alana və verənə Allahın lənəti olsun"[13].
Əbu Humeyd əs-Saidi (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "İşçilərə verilən hədiyyələr xəyanətdir"[14].

Qazinin qəzəbli halda hökm verməsi haramdır:
Əbdülməlik ibn Umeyr deyir ki, mən Əbdürrəhman ibn Əbu Bəkrənin belə dediyini eşitmişəm ki, Əbu Bəkrə, Sicistan vilayətində olan - oğluna məktub yazıb bildirdi: Qəzəbli olarkən iki nəfərin arasında hökm vermə. Həqiqətən mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: "Hakim olan kimsə qəzəbli halda iki insan arasında hökm verməsin"[15].

Hakimin hökmü həqiqəti dəyişmir:
Əgər qazi başqasının haqqını digər bir insana verərsə o həmin haqqı götürməsin. Çünki qazinin hökmü haramı halal, halalı haram etmir.
Peyğəmbərin (S.A.V.) yoldaşı Ummu Sələmə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) evinin önündə iki nəfərin mübahisə etdiyini eşidib çölə çıxdı və dedi: "Mən bəşər övladıyam. Mənim yanıma mübahisə ilə iddialı insanlar gəlirlər. Ola bilər biriniz digərindən daha bəlağətli olsun. Və mən də onun haqlı olduğunu düşünərək onun xeyrinə hökm verim. Mən (bilməyərəkdən) bir müsəlmanın payının başqasına verilməsinə dair hökm vermişəmsə, həmin pay bir cəhənnəm odu kimidir. İsəyirsə (haqsız olduğunu bilə-bilə) payı götürsün, yaxud tərk etsin"[16].

İddialar və sübutlar:
Ərəb dilində "əd-Dəava" yəni, "iddia" sözü nəyisə tələb etmək, istəmək mənasındadır. Uca Allah buyurur: "...Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır"[17].
İddia (ərəb. əd-Dəava) sözü Şəriət istilahında insanın, başqasının əlində və ya səlahiyyətində olan bir şeyi özünə aid etməsidir.
İddiaçı (ərəb. əl-Muddəi) isə, öz haqqını tələb edən, susaraq tələbindən əl çəkdikdə isə məsuliyyətə cəlb olunmayan kimsədir.
İttiham olunan tərəf də haqqını tələb edəndir, lakin əgər o susarsa məsuliyyətdən azad olunmaz[18].
Sübutlar (ərəb. əl-Bəyyinat) dedikdə məsələyə açıqlama verən şahidlər və bu kimi əlamətlər nəzərdə tutulur.
Deyilənlərə əsas, İbn Abbasın (A.R.O.) Peyğəmbərdən (S.A.V.) rəvayət etdiyi hədisdir: "Əgər insanlara iddialarına görə haqq verilsəydi, o zaman kimlərsə başqalarının qanı və malı barədə iddiaçı olardılar. Ona görə and içmək hüququ ittiham olunan tərəfə məxsusdur"[19].
Amr ibn Şueyb atasından o da babasından rəvayət edir ki, Peyğəmbər (S.A.V.) belə demişdir: "Sübut gətirmək iddiaçının, and içmək isə ittiham olunanın boynunadır"[20].

Özünün olmayan bir şeyi iddia edənin günahı:
Əbu Zərr (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişdir: "Kim özünün olmayan bir şeyi iddia edərsə bizdən deyildir. Qoy o, özünə cəhənnəm odundan oturacaq hazırlasın"[21].

Başqasının malını mənimsəmək üçün yalandan and içənin günahı:
Abdullah ibn Məsud (Allah ona rəhmət etsin) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Kim yalandan and içər və bununla müsəlmanın malını mənimsəyərsə, Allahla qarşılaşarkən Allah ona qəzəbli olar"[22].
Əbu Umamə əl-Harisi (A.R.O.) Peyğəmbərdən (S.A.V.) belə eşitdiyini rəvayət edir: "Allah, and içib başqa müsəlmanın malını mənimsəyən kəsə cənnəti haram edər və onu cəhənnəmə salar". Orada olan bir nəfər dedi: Ey Allahın elçisi, əgər az biş şey olsa da? Peyğəmbər (S.A.V.) dedi: "Hətta, Ərak ağacından düzəldilmiş bir misvaka görə (də bu əzab olacaqdır)"[23].

İddianı isbat etməyin yolları:
İddianın isbat edilməsi üçün yollar bunlardır: Etiraf, şahidlik və and içmək.[24]

Etiraf:
Bu, həqiqətin etiraf edilməsidir. Əgər etiraf edən şəxs məsuliyyət daşımağı bacaran (ərəb. mükəlləf) və ixtiyar sahibidirsə, belə halda deyilən etirafla hökm vermək vacibdir.[25]
Peyğəmbər (S.A.V.) Məizi, əl-Ğamid və əl-Cuhəni qəbiləsindən olan qadınları etdikləri etirafa əsasən daşqalaq etmişdir.
Hədisdə Peyğəmbər (S.A.V.) demişdir: "Ey Uneys, bu adamın qadınının yanına get. Əgər zina etdiyini etiraf etsə, onu daşqalaq et"[26].
Şahidlik:
Adəm övladının hüquqlarını qorumaq üçün şahidlik etmək fərdi olaraq hər kəsə vacib deyil (ərəb. Fərzul Kifayə). Uca Allah buyurur: "...Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar..."[27].
Amma doğru şahidlik etmək hər kəsə fərdi şəkildə vacibdir (ərəb. Fərzul Ayn). Uca Allah buyurur: "...Şahidliyi (şahidi olduğunuz şeyi) gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır..."[28].
Şahidlik edən insan hətta öz əleyhinə olsa belə yenə də həqiqəti deməlidir, bu vacibdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!"[29]
Bilmədiyi işə şahidlik etmək haramdır. Uca Allah buyurur: "...Ancaq haqqa şəhadət verənlər müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər..."[30].
Yalançı şahidlik ən böyük günahlardandır. Əbu Bəkrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Sizə ən böyük günahın hansı olduğunu deyimmi?" Biz dedik: Bəli ey Allahın elçisi. O dedi: "Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaq". Bu sözləri deyəndə o dirsəklənmişdi. Sonra qalxıb oturdu və dedi: "Yalan danışmaq və yalançı şahidlik etmək". O bu sözləri o qədər təkrarladı ki, axırda biz dedik ki, kaş ki susardı[31].

Şahidliyi məqbul sayılan kimsə:
Yalnız həddi büluğa çatmış, aqil və ədalətli müsəlmanın şahidliyi məqbul sayılır.
Kafirin isə şahidliyi məqbul sayılmır. Hətta bu şahidlik digər kafirə qarşı olasa da məqbul sayılmır. Uca Allah buyurur: "...içərinizdən iki ədalətli şahid tutun...."[32].
Digər ayədə isə buyurulur: "...razı qaldığınız insanları şahid tutun"[33]. Kaifr insan nə ədalətli, nə razı qalınan, nə də ki, bizdən deyildir[34].
Uşağın da şahidliyi məqbul sayılmır. Uca Allah buyurur: "...Öz adamlarınızdan iki kişini də şahid tutun!..."[35]. Uşaq isə bizim kişilərimizdən sayılmır.
Kəmağıl, dəli və bu kimi insanların şahidliyi məqbul sayılmır. Çünki onların özlərinə qarşı dedikləri söz məqbul sayılmırsa, digərlərinə qarşı dedikləri sözün məqbul sayılmaması daha uyğundur.
Fasiq insanın da şahidliyi məqbul sayılmır. Uca Allah buyurur: "...içərinizdən iki ədalətli şahid tutun...."[36].
Peyğəmbər (S.A.V.) demişdir: "Xain, zinakar və başqasına qarşı ədavəti olan kişi və qadının şahidliyi məqbul sayılmır"[37].

Şahidlərin sayı neçə olmalıdır?
Hüquqlar iki qismdir: Allahın və ya bəndələrin hüququ.[38]
Bəndələrin hüquqları üç qismə bölünür:
1.����������� Bəzi hüquqlarda iki nəfər kişi şahid ola bilərlər. Bu, qeyri maddi və ancaq kişilər tərəfindən icra olunan işlərə aiddir. Məsələn, evlənmək, boşamaq və s.
Uca Allah buyurur: "Bunların (bu qadınların) gözləmə müddəti başa çatdıqda (barışmaq istəsəniz) onları yaxşılıqla (mehrlərini verib) yola salın. (Sonradan aranızda ixtilaf olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun..."[39]. Həmçinin Peyğəmbər (S.A.V.) demişdir: "Himayədar (vəli) və iki ədalətli şahid olmadan bağlanan nikah düzgün deyil"[40]. Gördüyünüz kimi həm ayədə, həm də hədisdə şahidlərin yalnız kişi olması qeyd olunmuşdur.
2.����������� Bəzi növ hüquqlarda iki kişi, yaxud bir kişi iki qadın, yaxud bir şahid və iddaçının andı şahid tutulur.
Bu, alqı-satqı, icarə, girov və s. bu kimi maddi işlərdə baş verir. Uca Allah buyurur:
"...Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın..."[41].
İbn Abbas (A.R.O.) deyir ki, "Peyğəmbər (S.A.V.) and və bir nəfər şahidlə hökm verdi".[42]
3.����������� Elə qism hüquqlar da vardır ki, orada iki kişi, yaxud bir kişi iki qadın, yaxud dörd qadının şahidliyi məqbul sayılır. Bu, adətən kişilərin bilmədikləri işlərdə baş verir. Məsələn, süd analığı, doğum və qadınların daxili eyibləri kimi.
Allahın hüquqlarında isə qadınların şahidliyi məqbul sayılmır. Zuhri deyir ki, " cinayətlərdə, yalnız iki nəfər kişinin şahidliyinə əsasən çubuqlama cəzası vermək olar". Belə hüquqlar üç qismdir:
1.����������� Elə hüquqlar vardır ki, orada dörd nəfərdən az şahid məqbul sayılmır. Bu, zinadır. Uca Allah buyurur:
"İsmətli qadınla zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun..."[43].
2.����������� Elə qism hüquqlar da var ki, orada iki nəfərin şahidliyi kifayətdir. Bu, qeyri zina olan hüquqlardır. Buna əsas, Zuhrinin ötən sözüdür.
3.����������� Elə qism hüquqlar da vardır ki, orada bir nəfərin şahidliyi kifayətdir. Bu, Ramazan ayının başlamasını bildirən təzə doğmuş ayın görsənməsi haqqındadır[44].


And içmək:
İddiaçı öz iddiasını isbat etmək üçün dəlil-sübut gətirməkdə aciz olar və ittiham olunan tərəf onun iddiasını inkar edərsə, iddiaçıya qalan fürsət yalnız ittiham olunan şəxsin and içməsidir. Peyğəmbər (S.A.V.) demişdir: "Sübut gətirmək iddiaçının, and içmək isə ittiham olunanın boynunadır"[45].
Əşəs ibn Qeys əl-Kindi deyir ki, mənim quyuya görə bir nəfərlə mübahisəm vardı. Biz bu barədə Peyğəmbərə (S.A.V.) şikayətçi olduq. O dedi: "Ya iki nəfər şahid gətir, ya da o and içəcəkdir". Mən dedim: Elə isə o da and içib buna əhəmiyyət verən deyil. Peyğəmbər (S.A.V.) dedi: "Kim yalandan and içər və bununla müsəlmanın malını mənimsəyərsə, Allahla qarşılaşarkən Allah ona qəzəbli olar". Allah deyilən hökmün təsdiqi olaraq bu ayəni nazil etdi: "Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir!"[46].

*��� *��� *

[1] əl-Maidə: 49.
[2] Sad: 26.
[3] Buxari: 12/ 318/ � 7352. Müslim: 3/ 1342/ � 1716. Əbu Davud: 9/ 488/ � 3557. İbn Macə: 2/ 776/ � 2314.
[4] Şəriət istilahında, "Fərzul Kifayə" dedikdə, bu işin hamıya vacib olmaması nəzərdə tutulur. Yəni, əgər bir məntəqədə bir qazi olarsa bu kifayət edər. Bunun əksi isə "Fərzul Ayn"dir. Bu, hansısa hökmün bütün insanlara fərdi şəkildə vacib olması deməkdir. (tərc.)
[5] Mənarus Səbil: 2/ 453.
[6] Buxari: 13/ 298/ � 7316. Müslim: 1/ 559/ � 816. İbn Macə: 2/ 1407/ � 4208.
[7] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 6190. Əbu Davud: 9/ 486/ � 3555. Tirmizi: 2/ 393/ � 1340. İbn Macə: 2/ 774/ � 2308.
[8] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 4446. Əbu Davud: 9/ 487/ � 3556. İbn Macə: 2/ 776/ � 2315.
[9] Buxari: 13/ 123/ � 7146. Müslim: 3/ 1273/ � 1652. Əbu Davud: 8/ 147/ � 2913. Tirmizi: 3/ 42/ � 1568. Nəsai: 8/ 225.
[10] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 5225. Buxari: 13/ 53/ � 7099. Tirmizi: 3/ 360/ � 2365. Nəsai: 8/ 227.
[11] Mənarus Səbil: 2/ 460.
[12] Rəvayət səhihdir. əl-İrva: � 2619. Darəqutni: 4/ 206/ � 15.
[13] Hədis səhihdir. Səhih Sünən İbn Macə: � 1871. İbn Macə: 2/ 775/ � 2313. Tirmizi: 2/ 397/ � 1352.
[14] Hədis səhihdir. əl-İrva: � 2622. Əhməd: 5/ 424. Beyhəqi: 10/ 138.
[15] Buxari: 13/ 136/ � 7158. Müslim: 3/ 1342/ � 1717. Tirmizi: 2/ 396/ � 1349. Əbu Davud: 9/ 506/ � 3572. Nəsai: 8/ 237. İbn Macə: 2/ 776/ � 2316.
[16] Buxari: 5/ 107/ � 2458. Müslim: 3/ 1337/ � 1713. Əbu Davud: 9/ 500/ � 3566. Tirmizi: 2/ 398/ � 1354. Nəsai: 8/ 233. İbn Macə: 2/ 777/ � 2317.
[17] Fussilət: 31.
[18] Fiqhus Sünnə: 3/ 327.
[19]Müslim: 3/ 1336/ � 1711. Buxari: 8/ 213/ � 4551. O, hədisi bir hadisə ilə birlikdə rəvayət etmişdir. İbn Macə: �2/ 778/ � 2321.
[20] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 2896. Tirmizi: 2/ 399/ � 1356.
[21] Hədis səhihdir. Səhih Sünən İbn Macə: � 1877. Müslim: 1/ 79/ � 61. İbn Macə: 2/ 777/ � 2319.
[22] Buxari: 11/ 558/ � 6676-77. Müslim: 1/ 122/ � 138. Əbu Davud: 8/ 67/ � 3227. Tirmizi: 4/ 292/ � 4082. İbn Macə: 2/ 778/ � 2323.
[23] Hədis səhihdir. Səhih Sünən İbn Macə: � 1882. İbn Macə: 2/ 779/ � 2324. Oxşar rəvayətlə: Müslim: 1/ 122/ � 137. Nəsai: 8/ 246.
[24] Fiqhus Sünnə: 3/ 327.
[25] Mənarus Səbil: 2/ 505.
[26] Buxari: 12/ 136/ � 6827 - 6828. Müslim: 3/ 1324/ � 1697 - 1698. Əbu Davud: 12/ 128/ � 4421. Tirmizi: 2/ 443/ � 1458. İbn Macə: 2/ 852/ � 2549. Nəsai: 8/ 240.
[27] əl-Bəqərə: 282.
[28] əl-Bəqərə: 283.
[29] ən-Nisa: 135.
[30] Zuxruf: 86.
[31] Buxari: 5/ 261/ � 2654. Müslim: 1/ 91/ � 87.
[32] Talaq: 2.
[33] əl-Bəqərə: 282.
[34] Mənarus Səbil: 2/ 486.
[35] əl-Bəqərə: 282.
[36] Talaq: 2.
[37] Hədis həsəndir. Səhih Sünən İbn Macə: � 1916. Əbu Davud: 10/ 10/ � 3584. İbn Macə: 2/ 792/ � 2366. Onun rəvayətində ortadakı cümlə belədir: "İslamda cəzalandırılmış adamın şəhadəti məqbul sayılmır".
[38] Mətnul Ğabə və -t- Təqrib.
[39] Talaq: 2.
[40] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 7557. Beyhəqi: 7/ 125. İbn Hibban: 305/ 1247.
[41] əl-Bəqərə: 282.
[42] Hədis səhihdir. Səhih Sünən İbn Macə: � 1920. Müslim: 3/ 1337/ � 1712. İbn Macə: 2/ 793/ � 2370. Əbu Davud: 10/ 28/ � 3591.
[43] Nur: 4.
[44] Əlavə məlumat üçün oruc fəslinə bax.
[45] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 2896. Tirmizi: 2/ 399/ � 1356.
[46] Buxari: 11/ 558/ � 6676-77. Müslim: 1/ 122/ � 138. Əbu Davud: 8/ 67/ � 3227. Tirmizi: 4/ 292/ � 4082. İbn Macə: 2/ 778/ � 2323.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Fiqh » Qazilik (Qazilik)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru