[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Fiqh » Kölələrin azad edilməsi (Kölələrin azad edilməsi)
Kölələrin azad edilməsi
TeraneTarix: Bazar, 10.06.2012, 14:48 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Ərəb dilində "əl-İtq" sözü mal-mülkün əldən çıxması deməkdir.
Əl-Əzhər deyir: Yiyəsinin əlindən çıxıb qaçan at, uçub gedən quş da bu sözlə ifadə olunur. Belə ki, kölə də azad olunmaqla istədiyi yerə çıxıb gedir.

Bu əmələ təşviq:
Uca Allah buyurur: "Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər nemətlərə şükür etmədi). (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?! (O) bir kölə azad etməkdir;..."[2].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Uca Allah, müsəlmanı köləlikdən azad edən kəsi, azad etdiyi kölənin hər bir əzasının əvəzində onun da əzalarını cəhənnəmdən xilas edər"[3].
Əbu Musa əl-Əşari (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Üç qism insanlar öz savablarına iki dəfə nail olacaqlar: Əhli kitabdan olub öz peyğəmbərinə iman gətirib, sonra Muhəmmədin peyğəmbərliyini görüb ona iman gətirib, yoluna tabe olub və onu təsdiqləyibsə onun iki savabı vardır. Allahın və ağasının haqqını layiqincə yerinə yetirən kölə iki savab qazanır. Qadın köləsi olub ona yaxşı himayədarlıq edib, sonra onu gözəl əxlaqla tərbiyələndirib, gözəl elm öyrədib, onu azad edib və sonra onunla evlənibsə o da iki dəfə savab qazanır"[4].

Hansı kölə daha əfzəldir?
Əbu Zərr (A.R.O.) deyir ki, mən Peyğəmbərdən (S.A.V.) soruşdum: "Hansı əməl daha əfzəldir?" O dedi: "Allaha iman gətirib onun yolunda cihad etmək". Mən dedim: "Bəs hansı kölə daha əfzəldir?" O dedi: "Qiyməti baha və öz ağasına daha əziz olan kölə"[5].

Köləni nə vaxt azad etmək müstəhəbdir?
Əsma bint Əbu Bəkr (A.R.O.) deyir ki, "Peyğəmbər (S.A.V.) günəş tutulması zamanı kölə azad etməyi əmr etmişdir"[6].

Kölə azad etməyin səbəbləri[7]:
Kölənin azad edilməsi, mülk sahibi tərəfindən Allah rizasını qazanmaq məqsədi ilə könüllü şəkildə baş verir. Buna əsas ötən hədislərdir. Kölənin azad edilməsi həmçinin mülk sahibliyi ilə olur. Kimin məhrəmi onun mülkünə keçərsə dərhal azad olur.
Səmurə ibn Cundub (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Kimin məhrəmi onun mülkünə keçərsə, o, dərhal azad olur"[8].
Kölənin bir hissəsi azad olunarsa o, tam azad ola bilər. İki nəfərin mülkünə aid olan kölə, sahiblərinin biri tərəfindən azad olunarsa, əgər azad edən tərəfin imkanı varsa digər şərikinin kölə payını ödəyib köləni tam azad etməlidir.
Abdullah ibn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Kimsə başqası ilə ortaq olan köləsini azad edərsə, əgər onun kölənin qiyməti dəyərində malı varsa onda kölə ortaq qiymətlə dəyərləndirilir və kölə sahibi kölənin qalan qiymətini ortaqlarına ödəyir. Əks halda o öz payı ilə köləni qismən azad etmiş sayılır"[9].
Əgər köləni azad edənin mal-dövləti yoxdursa o artıq öz payından köləni qismən azad etmişdir. Kölə isə çalışıb özünün qalan payını azad etməlidir. Yəni, çalışıb, işləyib öz dəyərini ödəyən qədər ağasına xidmət edib özünü azad etməlidir.
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Kimsə başqası ilə ortaq olan köləsini azad edərsə, əgər onun kölənin qiyməti dəyərində malı varsa onda kölə (ortaq qiymətlə dəyərləndirilir və kölə sahibi kölənin qalan qiymətini ortaqlarına ödəyir). Əks halda kölənin digər ağalarında qalan payı dəyərləndirilir və ona çətinlik yaradılmadan özünü azad etməsinə rahatlıq yaradılır"[10].

Tədbir görmək:
Tədbir görmək dedikdə, kölə sahibinin öz köləsinə: "Mən öləndən sonra sən azadsan" - sözləri ilə, vəsiyyət etməsi nəzərdə tutulur. Belə olan təqdirdə əgər kölə, kölə sahibinin malının üçdə birindən çox etmirsə onda kölə azad edilməlidir[11].
İmran ibn Hüseyn deyir ki, "bir kişinin altı nəfər köləsi var idi. Bundan başqa mal-dövləti yox idi. Həmin kişi ölməmişdən öncə onların hamısını azad etdi. Amma Peyğəmbər (S.A.V.) onları üç dəstəyə böldü. Sonra onların arasında püşk atdı. Onların ikisini azad etdi, digər dördünü isə kölə olaraq saxladı. Və kölə sahibinə (bütün var-dövlətini sədəqə etdiyi üçün) kəskin münasibət bildirdi".[12]

Belə köləni satmaq və ya kiməsə hədiyyə etmək olar:
Cabir ibn Abdullah (A.R.O.) deyir ki, "Peyğəmbər (S.A.V.) eşitdi ki, onun səhabələrindən biri öz köləsini əvvəlcədən azad edib. Bundan başqa isə mal-dövləti yox idi. Peyğəmbər (S.A.V.) onun köləsini səkkiz yüz dirhəmə satdırdı, sonra pulunu ona göndərdi[13]".

Saziş imzalamaq (ərəb. əl-Kitabə):
Tərifi[14]:
Ərəb dilində "əl-Kitabə" sözü, kölənin müəyyən bir şeyin əvəzində azad olunmasına dair müqavilə bağlamaq mənasına gəlir.
Hökmü:
Əgər kölə öz ağasına: "mənimlə, məni azad edəcəyin barədə müqavilə bağla" - deyib müraciət edərsə və kölə sahibi onun qazanc əldə etmək iqtidarında olduğunu görərsə onun müqavilə bağlaması vacibdir.
Uca Allah buyurur: "...Kölələrinizdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən müəyyən məbləğ pul qazanıb ağasına vemək şərtilə köləlikdən azad olmaq) istəyənlərlə - əgər onlarda bir xeyir (müqavilədəki şərtlərin yerinə yetirilməsi üçün qüdrət) görürsünüzsə - mükatəbə edin..."[15].
Musa ibn Ənəs deyir ki, Sirin adlı bir nəfər Ənəsdən, köləlikdən azad olunmaq üçün müqavilə bağlamasını tələb etdi. O, varlı idi, amma bundan imtina etdi. Sirin, Ömərin (A.R.O.) yanına gəlib şikayətləndi. Ömər ona müqavilə bağlamasını əmr etdi. Amma o imtina etdi. Ömər onu çomaq ilə vuraraq bu ayəni oxudu: "əgər onlarda bir xeyir (müqavilədəki şərtlərin yerinə yetirilməsi üçün qüdrət) görürsünüzsə - mükatəbə edin...". Bundan sonra Ənəs onunla müqavilə bağladı[16].

Müqavilə bağlayan kölə nə zaman azad olunur?
Kölə müqavilədəki şərtləri yerinə yetirəndən, yaxud ağasını razı salandan sonra azad oluna bilər. O, müqavilədə boynuna götürdüyünü tam ödəyənə qədər kölə sayılır. Amr ibn Şueyb atasından, o da babasından rəvayət edir ki, Peyğəmbər (S.A.V.) belə demişdir: "Müqavilə bağlayan (mükatib) kölə, boynunda olan son dirhəmi ödəyənə qədər kölə olaraq qalır"[17].

Müqavilə bağlayan (mükatib) kölənin satılması:
Müqavilə bağlayan kölə razı olarsa onun satılması məqbul sayılır.
Amrə bint Əbdürrəhman deyir ki, "Bureydə gəlib, Möminlərin anası Aişədən (A.R.O.) kömək istədi. Aişə ona dedi: Əgər sənin ağan istəyirsə mən sənin dəyərini onlara ödəyim və səni azad edim. Mən bunu edə bilərəm. Bureydə deyilən təklifi onlara çatdırdı. Onlar isə dedilər: Xeyr, (köləmizi azad edib onunla) əl-vəla bağlılığı bizim olmalıdır". Hadisənin rəvayətçisi Malik deyir ki, Yəhya deyərdi ki, Amrənin dediyinə görə Aişə (A.R.O.) bu xəbəri Peyğəmbərə (S.A.V.) çatdırmış və o da belə demişdir: "Onu al və azad et. Əl-Vəla bağlılığı köləni azad edənə məxsusdur"[18].

Əl-Vəla:
Əl-vəla sözü, köləni azad edən insanın köləyə varislik etmək hüququna sahib olması deməkdir.
Belə insan, ölənin nəslindən olan varislərin olmaması halında varis ola bilər. Bu haqda əvvəldə "varislərə düşən vərəsə payı" - adlı fəsildə danışmışdıq.
Belə bağlılığın satılması və ya hədiyyə edilməsi mümkün deyil. Demək, İbn Ömərin (A.R.O.) rəvayətində deyilir ki, "Peyğəmbər (S.A.V.) əl-Vəla bağlılığının satılmasını və ya hədiyyə edilməsini qadağan etmişdir"[19].
YEKUN
Allahdan xeyirli yekun istəyirik!
Əbdüləzim ibn Bədəvi əl-Xələfi deyir: Mənim, bu kiçi kitabda toplamaq və tərtib etmək istədiyim bunlar idi. Əgər mən bu işdə haqqa və doğru rəyə nail olmuşamsa, elə istədiyim də budur. Əgər deyilən kimi olmayıbsa, onda Allahdan bağışlanma və məğfirət istəyirəm. Mən bu kitabın son fəslini "kölələrin azad olunması" (əl-İtq) fəsli ilə tamamlamışam ki, qoy bu əməlim mənim cəhənnəmdən qurtulmağıma, Əziz və Ğaffar Allahın mərhəmətinə qovuşmağıma səbəb olsun.
Uca və nöqsansız Allahdan diləyirəm ki, bu kitabı göydə və yerdə məqbul etsin, bununla mənə savab yazsın, günahlarımı silsin, Öz dərgahında bunu mənim üçün bir xəzinə olaraq saxlasın. Elə bir gün üçün saxlasın ki, "O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!"[20].
Son duamız aləmlərin Rəbbi olan Allaha
həmd-səna deməkdir!
*����� *��� *

[1] Fəthul Bari: 5\ 146.ssss
[2] əl-Bələd: 11-16.
[3] Buxari: 5/ 146/ � 2517. Müslim: 2/ 1148/ � 1509.
[4] Müslim: 1/ 134/ � 154. Buxari: 1/ 190/ � 97. Tirmizi: 2/ 292/ � 1124. Nəsai: 6/ 115.
[5] Buxari: 5/ 148/� � 2518. Müslim: 1/ 89/ � 84.
[6] Buxari: 1/ 359/ � 1006. Əbu Davud: 4/ 109/ � 1194.
[7] Mənarus Səbil: 2/ 110.
[8] Hədis səhihdir. Səhih Sünən İbn Macə: � 2046. Əbu Davud: 10/ 480/ � 3930. Tirmizi: 2/ 409/ � 1376. İbn Macə: 2/ 843/ � 2524.
[9] Buxari: 5/ 151/ � 2522. Müslim: 2/ 1139/ � 1501. Əbu Davud: 10/ 466/ � 3921. Tirmizi: 2/ 400/ � 1361.
[10] Buxari: 5/ 156/ � 2527. Müslim: 2/ 1140/ � 1503. Əbu Davud: 10/ 452/ � 3919. Tirmizi: 2/ 401/ � 1358. İbn Macə: 2/ 844/ � 2527.
[11] Mənarus Səbil: 2/ 116.
[12] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: � 895. Müslim: 3/ 1288/ � 1668. Əbu Davud: 10/ 500/ � 3939. Tirmizi: 2/ 409/ � 1375. Nəsai: 4/ 64.
[13] Buxari: 13/ 179/ � 7189. Müslim: 2/ 692/ � 997. Əbu Davud: 10/ 495/ � 3938.
[14] Fəthul Bari: 5/ 184.
[15] ən-Nur: 33.
[16] Rəvayətin sənədi səhihdir. əl-İrva: � 1760. Buxari: 5/ 184. Onun rəvayəti müəlləqdir.
[17] Hədis həsəndir. Səhih Sünən Əbu Davud: � 3323. əl-İrva: � 1674. Əbu Davud: 10/ 427/ � 3907.
[18] Buxari: 5/ 194/ � 2564. Müslim: 2/ 1141/ � 1504.
[19] Müxtəsər Səhih Müslim: � 898. Buxari: 5/ 167/ � 2535.
[20] əş-Şuəra: 88-89.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Fiqh » Kölələrin azad edilməsi (Kölələrin azad edilməsi)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru