[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Fiqh » Xristian ölkəsində yaşayan onların kəsdiyi inək, qoyun, toyu (Xristian ölkəsində yaşayan onların kəsdiyi inək, qoyun, toyu)
Xristian ölkəsində yaşayan onların kəsdiyi inək, qoyun, toyu
TeraneTarix: Şənbə, 26.05.2012, 10:12 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Allahın salamı olsun onun salih qulları üzərinə. Həyatımızın istənilən sahəsini əhatə edən dinimiz yediklərimizin halalından olmasını istəyir ki, haramlarla qidalanıb günahlara meyllənməyək. Yediyimizin hardan gəldiyinə, gəlirimizi necə qazandığımıza, ən kiçik günahlara əhəmmiyyət vermədikcə hisslərimiz, istəklərimiz, hədəflərimiz adiləşir. Cılızlaşan həyatımız "yaşamaq üçün deyil, yemək üçün yaşama" prinsipini zehnimizə yerləşdirir" Qida məhsullarının ən böyük hissəsini təşkil edən əslində halal olub, olduğu şərt və şəraitə görə haram hökmünə keçən kəsilən heyvanlar. Ümumiyyətlə əhli kitab olaraq xristianların yedikləri və içdikləri bizim üçün də halaldır, yeyilməsi və içilməsi caizdir. Ancaq hazırlanan yemək müqəddəs üçlük adına "Ata, oğul, müqəddəs ruh" yolunda hazırlanarsa, hazırlanmış meyvə nektarı, yaxud da halal içkilər də eyni məqsədlərə xidmət edərsə, bütün müsüəlmanlar üçün tövhid inancını zədələdiyinə görə yeyilməsi və içilməsi haram olar. Hətta bu kimi şənliklərə qoşulmağa məsələnin özündə bəlkə də xristianları islama dəvət etmək olarsa da, ehtiyac olmadığı bir çox alim tərəfindən ifadə olunmuşdur. Bu kimi hallarda dinimizi daha da üstün göstərmək üçün əhli kitabı uzun-uzadı moizələrimizlə narahat etməyə ehtiyac yoxdur. Çünki aləmlərin rəbbi heç kəsə istəmədən hidayət nemətini bəxş etməz.
Sadaladığınız heyvanlara gəlincə şübhəsiz dünyanın istənilən yerinə müsəlmanlar səpələnib. Demək olar ki, hər bir sahədə işləyənlər var. Elə bir sahə yoxdur ki, orada müsəlman izi, müsəlman damğası olmasın. Bir az axtarsanız yəqin ki, münasib bir müsəlman qəssab tapa bilərsiniz! Xeyri müsəlman qardaşınıza verməklə həm onun ruzisinin artmağını, həm də öz ruzinizin halalından olmasını təmin edə bilərsiniz! Yox əgər axtarıb belə birisini tapa bilməyibsinizsə, onda həmin heyvanları hansı şəkildə kəsildiyini dəqiq öyrənin. Dinimizdəki kəsilmə qaydalarına tərs düşmədikcə onlardan yararlana bilərsiniz. Bildiyiniz islami qaydalarla kəsilmirsə, onlardan istifadə etməməyiniz imanınızın kamilliyi üçün daha etibarlı olar. Sadəcə qərbin şəxsi rizası üçün ətdən imtina edib vegetirian olmaqla çəkisinə, ölçüsünə nizam verməsini, bizim müsəlmanların isə Allah rizası üçün belə bir şey edə bilməyimizi fikirləşin! Şübhəsiz hər bir nemətin halal qarşılığı, əvəzi vardır. Amma toyuğun yeyilməsinə gəlincə ümid etmirəm ki, bütün islam ölkələrində kəsilən toyuqlar bir-bir üzü qibləyə tutulub, bismilləhlə kəsilir. Bu baxımdan ət məhsulu kimi toyuq ətindən isifadə edə bilərsiniz. Şübhəsiz hər şeyin ən doğrusunu aləmlərin rəbbi bilir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Fiqh » Xristian ölkəsində yaşayan onların kəsdiyi inək, qoyun, toyu (Xristian ölkəsində yaşayan onların kəsdiyi inək, qoyun, toyu)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru