Muslimah_92 | Tarix: Çərşənbə, 01.08.2012, 19:47 | Yazı # 1 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| Abdullah bin əz-Zubeyr bin İsa bin Ubeydilləh bin Usəmə əl-Quraşi əl-Əsədi əl-Humeydi əl-Məkki zamanının məşhur imamı, Haramın şeyxi və “əl-Müsnəd” kitabının sahibidir. Kunyəsi Əbu Bəkrdir. əl-Humeydi cəddi Humeyd bin Zuheyr bin əl-Harisə nisbətdir. Tarixi mənbələr onun doğum tarixi haqqında bir məlumat vermir. Lakin bilinən budur ki, Məkkədə dünyaya gəlib. Məkkədə yaşamış və oranın elm əhli yanında tərbiyə görmüşdü. Fudeyl bin İyad, Sufyan bin Uyeynə, Vaki və əş-Şafi kimi imamlar əl-Humeydi’nin şeyxləri olublar. Əsasən Sufyan bin Uyeynə’nin yanında Məkkədə yetişmiş və onun ən seçilmiş tələbələrindən biri olmuşdur. Şeyxi Sufyandan on minlərlə hədis rəvayət edib. Sufyandan sonra isə İmam əş-Şafinin yanında tələbə olur və kölgə kimi ondan ayrılmır. İmamı səfərlərində müşaiyət edir və onun yanında fiqh öyrənir. əş-Şafi ilə birlikdə Misirə səfər etdi və İmam əş-Şafi hicri 204-cü ildə ölənə qədər onun yanında qaldı. Daha sonra Məkkəyə geri dönərək ömrünün sonuna qədər orada qaldı. İmam əl-Humeydi’nin şeyxləri çoxdur. əl-Mizzi “Təhzibul-Kəməl” kitabında onun iyirmi üç şeyxinin adını çəkir. Onun ən məşhur tələbələri əl-Buxari, Əbu Zura, Əbu Hatim, Muhamməd bin Yəhya əz-Zuhli və Yaqub bin Şeybə kimi alimlərdir. İmam Əhməd onun haqqında deyir: “əl-Humeydi bizə görə bir imamdır.” Yaqub əl-Fəsəvi deyir: “Mən İslama və müsəlmanlara ondan çox ürək yandıran birini görmədim.” Muhamməd bin İshaq əl-Mərvazi deyir: “İshaq bin Rahaveyhi belə deyərkən eşitdim: “Bizim zamanımızdakı imamlar əş-Şafi, əl-Humeydi və Əbu Ubeyd’dir.” Əbu Muhamməd Hərb əl-Kirməni, əl-Lələkai və İbn Teymiyyə onu sünnət imamı olmaqla vəsf ediblər. İmam əl-Humeydi hicri 219-cu ildə rabiul-əvval ayında Məkkədə vəfat etdi. əl-Buxari və İbn Sad onun ölüm tarixini bu cür qeyd ediblər. Bəziləri 220-ci ildə öldüyünü deyiblər.
|
|
| |