[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tədris » HƏRB ELMİNİN HÖKMÜ, BU ELMİ ÖYRƏNMƏLİYİKMİ? (BİSMİLLAH)
HƏRB ELMİNİN HÖKMÜ, BU ELMİ ÖYRƏNMƏLİYİKMİ?
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 20:41 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil

بسم الله الرحمن الرحيم



Müsəlmana düşən öncə Allahın ondan fərz/qəti şəkildə istədiyi şeyləri yerinə yetirməsidir. Bunun üçün isə elmdə və digər sahələrdə nəyin fərz olub olmadığını öyrənməlidir.

Daha öncədə müxtəlif elmləri tədris etmənin hökmündən söz açmışdıq. Bu gün haqqında söz açmaq istədiyim mövzu Hərb/Savaş elmini öyrənməyin hökmüdür.
Bəsirət sahibi olan heç kimə gizli deyil ki, günümüzdə müsəlmanlar demək olar ki, hər sahədə ən geridədirlər. Digər insanlar bizimlə peyklər, səs surətilə uçan təyyarələr, cürbəcür müasir texnik avadanlıqlarla savaşarkən, bizlər daha primitiv silahlarla cavab veririk.
Bunun bir çox səbəbləri vardır. Ən başlıcası isə müsəlmanların ciddi şəkildə kadr problemi yaşamasıdır. Bizlər İslama nə qədər fayda vermək istəsəkdə verəcəyimiz fayda bacardığımız iş qədərdir.
Əgər biz İslama fayda verməkdən danışıb, bununla bərabər ehtiyac duyulan sahələrdə özümüzü yetişdirmiriksə, bu bizim səmimiyyətsizliyimizin ən böyük dəlilidir.

Geridə qaldığımız çoxsaylı sahələrdən biri də hərb və hərb sənətidir. Halbuki, bizi bu işə təşviq edən bir çox ayə və hədislər mövcuddur.

Allah – Azzə və Cəllə - bizə xitabən qəti bir şəkildə əmr edir:

وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ وَمِنْ رِبَاطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدُوَّ اللَّهِ وَعَدُوَّكُمْ وَآَخَرِينَ مِنْ دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ اللَّهُ يَعْلَمُهُمْ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فِي سَبِيلِ اللَّهِ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ

"Onlara qarşı bacardığınız qədər qüvvə və bəslənmiş atlar hazırlayın ki, bununla Allahın düşmənlərini, sizin düşmənlərinizi və onlardan başqa Allahın bildiyi, sizin bilmədiklərinizi qorxudasınız. Allah yolunda nə xərcləsəniz, sizə artıqlaması ilə ödənilər və siz zülmə uğramazsınız." (Əl-Ənfal: 8/60)

Hədislər:

سَتُفْتَحُ عَلَيْكُمْ أَرَضُونَ وَيَكْفِيكُمُ اللَّهُ فَلَا يَعْجِز أَحَدُكُمْ أَنْ يَلْهُوَ بِأَسْهُمِهِ

Allah Rəsulu - sallallahu aleyhi və səlləm - buyurdu: "Ölkələr sizə fəth etdiriləcək. Allah sizə yetər. Elə isə sizdən biri oxlarıyla oynamaqdan (hədəf üzərində məşq eləməkdən) uzaq qalmasın!"

Hədisin mərtəbəsi: Səhih.
Qaynaqları: Muslim, Tirmizi, Əhməd, İbn Hibban, Tabərani, Beyhaqi, Əbu Yala.

أَنَّ فُقَيْمًا اللَّخْمِيَّ قَالَ لِعُقْبَةَ بْنِ عَامِرٍ تَخْتَلِفُ بَيْنَ هَذَيْنِ الْغَرَضَيْنِ وَأَنْتَ كَبِيرٌ يَشُقُّ عَلَيْكَ
قَالَ عُقْبَةُ لَوْلَا كَلَامٌ سَمِعْتُهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَمْ أُعَانِيهِ قَالَ الْحَارِثُ فَقُلْتُ لِابْنِ شَمَاسَةَ وَمَا ذَاكَ قَالَ إِنَّهُ قَالَ مَنْ عَلِمَ الرَّمْيَ ثُمَّ تَرَكَهُ فَلَيْسَ مِنَّا أَوْ قَدْ عَصَى

Fuqeym Əl Ləxmi (səhabədən olan) Uqbə bin Amirə dedi: Yaşlı olub çətinlik çəkdiyin halda bu iki hədəf arasında gedib gəlirsən.
Uqbə cavabən dedi: Allah Rəsulundan – sallallahu aleyhi və səlləm – duyduğum bir söz olmasaydı bu işə tab gətirməzdim.
Haris dedi: (Hədisin ravilərindən olan) Əbu Şəmasədən bu sözün nə olduğunu soruşdum. Dedi: Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurmuşdur: "Kim atıçılığı öyrənər, sonra bunu tərk edərsə bizdən deyildir" və ya "mənə üsyan etmişdir!"

Hədisin mərtəbəsi: Səhih.
Qaynaqları: Muslim, İbn Macə, Tabərani, Beyhaqi.

عَلَيْكُمْ بِالرَّمْيِ فَإِنَّهُ خَيْرٌ أَوْ مِنْ خَيْرِ لَهْوِكُمْ

Allah Rəsulu - sallallahu aleyhi və səlləm – buyurdu: "Atıcılıqla məşğul olun! Çünki o xeyirlidir" və ya "əyləncələrinizin ən xeyirlisidir."

Hədisin mərtəbəsi: Səhihdir.
Qaynaqları: Bəzzar, Tabərani.

Bu ayə və hədislər işığında Hərb elminin hökmü nədir? Bu elmi öyrənmək müsəlmanların üzərinə fərzdirmi? Bu barədə elm əhlinin görüşlərinə nəzər salaq.


Yazını Muslimah_92 - Cümə axşamı, 28.06.2012, 20:44
 
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 20:46 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Müfəssirlərdən Fəxruddin Ər Razi (544-606 h/1150-1210 m) müvafiq ayənin təfsirində deyir:

وهذه الآية تدلُّ على أنَّ الاستعدادَ للجهادِ بالنَّبْل والسِّلاحِ وتعليمِ الفرُوسِيَّةِ والرمْي فريضةٌ إلا أنه مِن فروضِ الكفايات

"Bu ayə, cihada oxla, silahla, minicilik və atıcılığın öyrənilməsiylə hazırlaşmağın fərz olduğuna dəlildir. Lakin bu kifayi fərzlərdəndir."

Qaynaq: Fəxruddin Ər Razi: Məfatihul Ğeyb: 15/191-192
Beyrut: Darul Fikr: 1401/1981

 
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 20:47 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Digər bir müfəssir Əbu Abdillah Əl Qurtubi (600-671 h/1204-1274 m) ayəni təfsir edərkən deyir:

وتعلُّم الفرُوسِيَّة واستعمالِ الأسْلِحة فرضُ كفايةٍ , وقد يتعيَّن

"Miniciliyi və silahlardan istifadə etməyi öyrənmək fərdu kifayədir. Bəzən isə fərdu ayn olur."

Qaynaq: Əbu Abdillah Əl Qurtubi: Əl Cami li Əhkəmil Quran: 10/57
Beyrut: Ər Risələ: 1427/2007

 
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 20:48 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Məşhur fiqh ensiklopediyası "Əl Kuveytiyyə"də bu haqda deyilir:

ذهَب العلماءُ إلى أنَّ الاستعدادَ للجهاد بإعدادِ السلاحِ والتدرُّبِ على استعماله وعلى الرمْي فريضةٌ تقتضيها فريضةُ الجهاد ، لقوله تعالى { وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ وَمِنْ رِبَاطِ الْخَيْل تُرْهِبُونَ بِهِ عَدُوَّ اللَّهِ وَعَدُوَّكُمْ } الآية

"Alimlər, silah hazırlamaq, silahlardan istifadəni və atıcılığı öyrənmək surətilə cihada hazırlaşmağın, cihad fərzinin bir gərəyi olaraq fərz sayıldığı görüşündədirlər. Bu görüşə uca Allahın ayəsini dəlil gətiriblər:
"Onlara qarşı bacardığınız qədər qüvvə və bəslənmiş atlar hazırlayın ki, bununla Allahın düşmənlərini, sizin düşmənlərinizi və onlardan başqa Allahın bildiyi, sizin bilmədiklərinizi qorxudasınız..." (Əl-Ənfal: 8/60)."

Qaynaq: Əl Məvsuatul Fiqhiyyətul Kuveytiyyə: 25/146-147
Kuveyt: 1408/1988

 
Forum » İslam » Tədris » HƏRB ELMİNİN HÖKMÜ, BU ELMİ ÖYRƏNMƏLİYİKMİ? (BİSMİLLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru