[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tədris » Elmə yiyələnmək üçün ədəblər
Elmə yiyələnmək üçün ədəblər
medineTarix: Çərşənbə, 12.08.2009, 14:06 | Yazı # 1
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Hər bir müsəlman bilməlidir ki, Uca Allah ona ibadəti vacib buyurmuşdur. İbadət isə, elmsiz olmur. Müsəlman özündən cahilliyi götürməli, elm ilə Allaha ibadət etməlidir. Allahın şərəfləndirdiyi İslam elminə yiyələnmək üçün yollar vardır ki, bu yolların vasitəsi ilə müsəlman bu elmə yiyələnə bilər. Ümumiyyətlə bir şeyin yolu olduğu kimi, bu elmə yiyələnməyin də yolu vardır. Elm elə bir şeydir ki, sən ona hər şeyini versən, o sənə bir az verər. Hər hansı bir insan bu elmə yiyələnmək istəyirsə o zaman qeyd edəcəyimiz şərt və ədəblərə riayət etməlidir. Bu şərt və ədəblərə riayət edən şəxs elmə yiyələnərək ondan bu dünya və axirətdə fayda götürəcəkdir.

İxlas. Hər bir ibadətin ilk şərti ixlas olduğu kimi, fayda verəcək elmin birinci şərtidə ixlasdır. Elm, gizli namaz və ibadətin qəlbi adlanır. Uca Allah buyurur: “Halbuki onlara ancaq Allaha – dini məhz Ona məxsus edərək həniflər kimi – ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də budur!” (əl-Beyyinə surəsi, 5).

Uca Allah bu ayədə bəyan edir ki, hər hansı bir əməl olursa olsun, əgər Allah üçün edilmirsə o əməli Allah qəbul etmir. Elm tələb edən şəxs əgər bu yolda niyyətini xalis Allah üçün edərsə böyük bir savaba nail olar, bu yolda ona bərəkət verilər, şərəfli insanlardan olar. Allah üçün deyil, başqa niyyətlərlə bu elmə yiyələnmək istəyən şəxsə Uca Allah bu elmi öyrənməyi ona qismət etmir və ya qismət etsə belə qiyamət günü həmin şəxs ondan bəhrələnməyib əksinə ona görə cəza çəkəcəkdir. Elmdə ixlas itdikdə ən böyük ibadətdən ən təhlükəli asiliyə geçir. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, mən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitdim: “Qiyamət günü üç sinif insan ilk mühakimə olunan insanlardan olacaqdır. Şəhid Allah hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verib deyəcək: “Bu nemətlərin müqabilində nə etmisən?”. O deyəcək: “Sənin yolunda vuruşub şəhid olmuşam”. Allah da ona deyəcək ki: “Yalan deyirsən, sənə qəhrəmandır deyilsin deyə vuruşmusan və ona da nail olmusan”. Sonra əmr olunacaq və o üzü üstə sürüklənib cəhənnəmə atılacaq. Sonra elm öyrənmiş və onu insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verib deyəcək: “Bu nemətlərin müqabilində nə etmisən?” O deyəcək: “Sənin xatirinə elm öyrənib onu insanlara öyrətmişəm və Quran oxumuşam”. Allah ona deyəcək ki: “Yalan deyirsən, sənə “alimdir” deyilsin deyə elm öyrənmisən və sənə qaridir (gözəl Quran oxuyan) deyilsin deyə Quran oxumusan” və ona da nail olmusan”. Sonra əmr olunacaq və o üzü üstə sürüklənib cəhənnəmə atılacaq. Sonra Allah tərəfindən çoxlu var-dövlət verilmiş bir şəxs Onun hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verib deyəcək: “Bu nemətlətin müqabilində nə etmisən?” O deyəcək: Var-dövlətimi Sənin xatirinə, Sənin istədiyin yerlərə sərf etmişəm. Allah da ona deyəcək ki: Yalan deyirsən, sənə “necə səxavətli insandır, deyilsin deyə var-dövlətini sərf etmisən” və ona da nail olmusan. Sonra əmr olunacaq və o üzü üstə sürüklənib cəhənnəmə atılacaq” (Muslimin səhih əsəri 4900). Məhz buna görə imam Əhməd (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Elmin əsası Allahdan qorxmaqdır".

Müsəlman olan kimsə niyyətini xalis edərək bu elmi Allahdan qorxaraq öyrənərsə Uca Allah ona faydalı elmə yiyələnməyi müvafiq edər. Uca Allah buyurur: “Allahdan qorxun, Allah da sizi öyrətsin” (əl-Bəqərə surəsi, 282).
Həqiqətən niyyəti xalis Allah üçün etmək nə qədər mühüm olduğu qədər, bir o qədər də çətindir. Şeytan həmişə elm əhlini bu yolla azdırmağa çalışır. Sufyan əs-Sovri (Allah ona rəhmət eləsin) demişdir: “Ən çətin islah etdiyim şey niyyətdir” (Təzkiratu-s-sami vəl mutakallim, 68).
İnsanın niyyətini xalis edib Allahdan qorxması üçün ən böyük amillərdən biri də özünü hesaba çəkməkdir. Müsəlman o vaxta qədər mömin olmaz ki, özünü hesaba çəkməsin.
Elm tələbəsi bu yolda niyyətində xələl olduğunu hiss etdikdə bu yolu tərk etməsin, əksinə niyyətini təmizləməyə başlayaraq tək bu yolda davam etsin.
İnsan niyyətini xalis etdikdən sonra aşağıda qeyd edilən bəndləri də niyyət etməlidir.

a) Özündən və insanlardan cahilliyi götürməlidir. İnsan, xüsusən də, müsəlman ilk növbədə özündən sonra da qeyri insanlardan cahilliyi götürməlidir. Çünki insan elimsiz olaraq xəlq edilmişdir. Uca Allah buyurur: "Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı" (ən-Nəhl surəsi, 78).
Müsəlmanın elmi nə qədər artarsa Allahdan qorxusu da bir o qədər çoxalar. Uca Allah buyurur: "Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar" (Fatir surəsi, 28). Müsəlmanın elmi çoxaldıqca təqvası da bir o qədər çoxalar və beləliklə həmin insanın Cənnətə gedən yolu asanlaşar. Həmçinin yiyələndiyi elmi insanlara yaymaqla onların da cahillikdən çıxmasına səbəb olar. Həmçinin bir nəfərə xeyir bir əməli öyrətdikdə, həmin şəxs əməl etdikdə sənə savab iki qat yazılır. Əgər həmin şəxs digərinə də öyrədərsə sənin savabın üç qat, və beləliklə də nə qədər çoxalarsa bir o qədər də savabın artar. İmam Əhməd "Niyyət düzgün olduqda elmin tayı bərabəri yoxdur"-deyə buyurduqda, ondan soruşurlar "Bu necə olur?" İmam Əhməd "Özündən və insanlardan cahilliyi götürməsini niyyət edərsə"-deyə cavab verir. Muhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət eləsin) demişdir: "Əgər sən elmi, ümmətdən cahilliyi götürmək üçün öyrənirsənsə Allahın yolunda cihad edib dinini yayan mücahidlərdənsən".
b) Şəriəti müdafiə etməyi niyyət etməlidir. Elm tələb edən müsəlman, həmçinin şəriəti müdafiə etməyi niyyət etməlidir. Çünki kitablar şəriəti müdafiə etməsi üçün kifayət deyildir. Kitablar alimsiz əldə tutulmayan silaha bənzəyir. Dini isə yalnız onu bilən şəxs müdafiə edə bilər

Əxlaqlı olmaq. İnsanların ən xeyirlisi Allahdan ən çox qorxan, sonra isə yüksək əxlaqa malik olandır. Yüksək əxlaq Peyğəmbərlərin və saleh insanların sifətlərindəndir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ən yüksək əxlaqa malik olan şəxs idi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Mən gözəl əxlaqları tamamlamaq üçün göndərilmişəm” (Musnədu Əhməd, 9187).
Sələfilər elm öyrənməzdən əvvəl əxlaqı öyrənirdilər. Əxlaqsız elm duzsuz yeməyə bənzəyir. İsa ibn Həmməd (Allah ona rəhmət eləsin) deyir di ki, əl-Leys ibn Sədin hədis əhlinə çoxlu bu sözləri dediyini eşidirdim: “Elimdən qabaq hilmi öyrənin” (Camiul-Bəyən əl-Elmi və Fadlihi 1/ 250).
Gözəl əxlaqa malik olmağın bir çoxlu faydaları vardır. Bunlardan;

1. Allahın buyurduğunu yerinə yetirmiş olursan
2. Yüksək əxlaqa malik olan şəxsin Uca Allah dərəcəsini qaldırır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bəndə gözəl əxlaq sayəsində gündüzləri oruc tutub, gecələri namaz qılan kimidir” (Sunənu Əbu Davud, 4800).
3. Qiyamət günü insana ən çox fayda verən əməllərdəndir. Qiyamət günü tərəzidə ən ağır gələn əməl gözəl əxlaq olacaqdır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Qiyamət günü tərəzidə ən ağır gələn şey gözəl əxlaq olacaqdır” (Sunənu Əbu Davud, 4801).
4. İnsanın Cənnətə girməsinə kömək edən ən böyük amillərdən biridir. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) “İnsanları ən çox Cənnətə salan nədir? ”- deyə soruşduqa O, “Allahdan qorxmaq və gözəl əxlaqlı olmaq”.-deyə buyurdu. “Bəs insanların çoxunu Cəhənnəmə salan nədir deyə soruşduqda“. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Dilləri və övrət yerləridir” (Sunənu İbn Məcah 4387).
5. İnsanların sevgisini qazanmaq üçün ən böyük amildir.
6. İnsanların şərindən uzaq olursan. Gözəl əxlaqa malik olan insanlar başqalarına pislik etmədikləri üçün pis olan insanlar onlardan uzaqdırlar.
7. Gözəl əxlaqa malik olanların qəlbləri rahatdır. Çünki həm bu dünyada həm də Axirətdə onun mükafatı vardır.

İmam Zəhəbi (Allah ona rəhmət eləsin) qeyd edir ki, imam Əhmədin (Allah ona rəhmət eləsin) məclislərinə beş min və ya ondan daha çox adam gəlirdi. Onlardan beş yüzü yazar, qalanları isə ondan gözəl ədəb öyrənərdilər. (Siyər Əlamun Nubələ 11/ 316)
Əbu Bakr ibn əl-Matvai (Allah ona rəhmət eləsin) dedi: On iki il Əbu Abdullah (İmam Əhməd) övladlarına musnədi oxuyurdu və məndə həmin elm məclisində iştirak edirdim. Ondan bir dənə də olsun hədis yazmasam belə onun ədəb və əxlaqına baxırdım. (Siyər Əlamun Nubələ 11/ 316)

Günahlardan uzaq olmaq. Uca Allah qullarına Onun buyurduqlarını yerinə yetirdikdə onlara istədiklərini verir. Uca Allahın bu dünyada şərəfləndirdiyi bəzi şeylər vardır ki, onları yalnız asi olmayan qullarına nəsib edir. Allahın şərəfləndirdiyi şeylərdən biri də faydalı elmdir. Uca Allah hər hansı bir insana əziyyət çəkdiyinə görə ona elmi verir, lakin o elm ona heç bir fayda vermir. Faydalı elmə yiyələnməyə aparan yollardan biri də günahlardan uzaq olmaqdır. Çünki bu elm nurdur, və Uca Allah bu nurunu asi qullarına muvəffəq etmir. İmam Şafei (Allah ona rəhmət eləsin) öz şerində bu haqda belə deyir:

Şikayət etdim Vakiyə hifzimin zəifliyindən,
Tövsiyyəsi bu oldu: “əl çək asiliyindən”
Sonra bəyan eylədi; “elm deyərlər nura”
Bil ki, Allahın nuru verilməz asi qula. (Məalimu fi tariqi taləbi-l-elm, 31)

Həmçinin bəziləri öyrəndikləri elmləri unutmaqlarından şikayət edirlər. Xüsusi ilə də Quranı unutmaqlarından şikayət edirlər. Yuxarıda qeyd etdiyimiz kimi Allaha asi olmaq bu elmin itməsinə ən böyük səbəbdir. Dahhak (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Kim ki, Quranı öyrənib sonra unudubsa bilsin ki, günahlarının ucbatından unudub”. Sonra bu ayəni oxudu “Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir” (əş-Şura surəsi, 30) və sonra yenə dedi: “Quranı unutmaqdan daha böyük müsibət ola bilərmi?!” (Muxtəsər Qiyam əl-Leyl, 162).
Bişr ibn Həris (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Əgər elmi gözəl bilmək istəyirsənsə, Allaha asi olma”. (Zeyl Tabaqat əl-Hənəbilə, 2/98)


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Çərşənbə, 23.09.2009, 14:27 | Yazı # 2
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Allaha elmi, mərhəməti, lütfü, böyüklüyü, alicənablığı və ucalığı qədər həmd olsun. Allahın yer üzərindəki qullarına xeyiri, fəziləti, aydınlığı və həqiqəti öyrədən bütün peyğəmbərlərinə, o cümlədən son peyğəmbəri Məhəmmədə (s.ə.s), onun ailəsinə, səhabələrinə, dəvət etdiyi hidayət yoluna tabe olanlara salam olsun.

Bilinməlidir ki, bu zamana qədər bəşər övladı islam dini kimi elmə çox-çox əhəmiyyət verən, ona dəvət edib təşviq edən, ədəblərini açıqlayan, nemətlərini ortaya qoyan başqa bir din tanımamışdır. Xüsusilə, bu gün yaşayan insanlara elmi, onun dəyərlərini çatdırmaq, elmin nə qədər böyük bir nemət olduğunu bildirmək vacibdir. Müasir dövrümüzdə elmi inkişaflarindiyə qədər görünməyən səviyyəyə çatdı. Belə ki, əsrin son dövrlərində elmin insanoğluna bəxş etdiyi yeni kəşflər, ixtiralar əvvəlki dövrə aid kəşf və ixtiralardan daha çox olmuşdur.
Elm hər bir dövrdə insanlıq üçün gərəkli olmuş, elmə vaqif insanlar və cəmiyyətlər elmdən geri olanlara qarşı daima üstünlüklərini qorumuşlar. Bəşəriyyətə «Oxu!» deyə başlayan Məhəmməd peyğəmbərin (s.ə.s) təbliği Allahın əmri ilə və istəyi ilə insanlara bildirilmiş, «Heç bilənlərlə bilməyənlər bir olarmı? (Zumər surəsi, 9-cu ayə)», «Allah içinizdən inanmış olanları və özlərinə elm verilənləri dərəcələrlə yüksəlsin (əl-Mücadilə s.,11-ci ayə)» kimi bir çox ayələrlə elmin ucalığına diqqət çəkilmiş, dünyanı istəyənlərə də, axirəti istəyənlərə də, həm dünya həm də axirəti istəyənlərə də elmin qazanılması tövsiyə edilmişdir.
Uca Allah Qurani-Kərimdə dua olaraq Hz.Mçhəmməd peyğəmbərə (s.ə.s) elmdən başqa özü üçün heç bir şeyi artırmasını əmr etməmişdir, yalnız elmini artırması üçün dua etməsini əmr etmişdir. Çünki elm bitib tükənməyən bir xəzinədir. Təkcə sahibinə deyil, baqşa insanlara, o cümlədən bütün canlılara da fayda verir. Haqq-həqiqət ilə batili bir-birindən ayırmanın ən əsas vasitəsi elmdir. Elmin artması insana bir yük deyil, əksinə onu ucaldan bir fəzilətdir. İnsanın elmi və biliyi artdıqca sadəliyi, təvazökarlığı da artar. Elmli insan bəzi şübhələrdən qurtarar, həqiqəti anlayar və əlindən gəldiyi qədər yaxşı bir insan olmağa can atar. Buna görə də Uca Allah Məhəmməd peyğəmbərə belə dua etməsini əmr etmişdir: «De ki: Ey Rəbbim! Elmimi artır! (Taha, 114).
Həqiqi elm insanı gizli və açıq şirkdən təmizləyər, insanı həqiqi mənada Allaha qul olmağa yönəldər. Əgər belə olmazsa bu insanın nöqsanlığına və ya öyrəndiyi elmin əksikliyinə işarədir. Bəzilərinin zənn etdiyi kimi cahil sadəcə oxuma-yazma bilməyən deyil, eyni zamanda küfürdə (yəni Allahın və sonra onun Rəsulunun əmrlərini bilməməkdə) sabit olandır. Allah (s.v.t) iman gətirib imanlarının əsaslarını yaşayanların dərəcələrini yüksəldər. Onların dünyadakı işlərini uğurlu edər, axirətdə də cənnətdəki məqamlarına ucaldar. Elmlə məşğul olub bildikləri ilə əməl edən alimlərin dərəcələrini yüksəldər, onları uca məqama qaldırar. «Allah içinizdən iman edənlərin və özlərinə elm verilənlərin dərəcələrini yüksəldər (Mücadilə surəsi, 11-ci ayə) ayəsini bir daha xatırlamaq yerinə düşərdi. Bu ayə həqiqətən də elmin və alimlərin fəziləti barədə açıq-aşkar dəlillərdən biridir. Xatırlamaq yerinə düşərdi ki, Qurani-Kərimdə həm birbaşa, həm də dolayısı yolla elmin və alimlərin fəziləti haqqında bir çox ayələr vardır. Elm sahibi olan kimsələr Allahı necə bilib tanımaq lazımdırsa, eləcə də bilirlər. Belə olanlar qəlblərində Allah sevgisini daima hiss edərlər. Çünki bir şey haqqında olan sevgi və hörmət onun haqqındakı elmin və məlumatın səviyyəsi ilə paralel olar. Bir möminin Allah haqqındakı elmi və məlumatı nə qədər irəli dərəcədə və mükəmməl olarsa Allaha qarşı hörməti, qorxusu, sevgisi və ümidi də o dərəcədə irəli və mükəmməl olar. Məhəmməd peyğəmbər (s.a.s) buyurmuşdur: «Mən sizin Allahdan ən çox qorxanınız və ən irəli təqva sahibi olanınızam (imam Kəvəri, Riyazus-Salihin, VI)». Allahın ən çox dəyər verdiyi kimsələr alimlərdir. Onlar sadəcə elmin nəzəri tərəfi ilə deyil, əməli tərəfi ilə də öndədirlər. Bu səbəblə elm rütbəsi bütün rütbələrin üstündədir. Çünki, bilənlər bildiklərini həyatda tətbiq etdikləri kimi, başqalarının da faydalanması, həyatlarına tətbiq edib yaşamalarına səbəb olarlar və böyük bir xeyir, savab qazanarlar.
Hər bir cəmiyyətin meydana gəlməsi, tərəqqisi, yüksək inkişafı, xoşbəxt bir həyat yaşaması üçün elmin əhəmiyyəti, qiyməti, dəyəri bu gün daha çox bilinmişdir. Qurani-Kərimin əsas mövzularından biri olan elm insanı digər canlılardan ayıran xüsusi bir fəzilətdir, dəyərdir. İnsanın yer üzündə xəlifə olmasının əsasını da məhz elm təşkil edir. Belə ki, insan elm əldə edərək yeni məlumatlar, biliklər kəşf edə bilməkdədir. İnsanın məsuliyyətli və cavabdeh bir varlıq olmasının, dünyanı idarə etməklə vəzi¬fələn¬diril¬mə¬si¬nin əsasında bax bu xüsusiyyəti dayanır.
Məhəmməd peyğəmbər (s.ə.s) səhabəsi Əbu Dərdadan rəvayət olunan bir sözündə buyurur: «Kim bir elm öyrənmək üçün bir yola yönələrsə Allah Təala onu cənnətə gedən yollardan birinə daxil edər. Mələklər elm öyrənəndən razı olaraq qanadlarını üzərlərinə qo¬yarlar. Səmada və yerdə olanlar, hətta dənizdəki balıqlar alim üçün bağışlanma is¬tə¬yərlər. Elm öyrənənin (burada şəriət elmi nəzərdə tutulur) ibadət edənə olan üstünlüyü ay¬dın gecədə Ayın digər ulduzlara olan üstünlüyü kimidir. Alimlər peyğəmbərlərin varis¬lə¬ridir. Peyğəmbərlər nə dinar, nə də dirhəm miras qoyarlar. Onlar ən çox elmi miras qoyarlar. Kim də elm əldə etmişsə böyük bir nəsib əldə etmişdik. Xattabi bu hədisi şərh edərkən bildirmişdir ki, «Allah Təala balıq və digər bütün heyvanlar haqqında onların faydaları, məsləhətləri, ruziləriylə bağlı olan məlumatları alimlərin dillərinə qoydu. Beləliklə, heyvanlar haqqındakı haramlar, halallar nələrdir, alimlər izah etməkdədirlər. Nələr xeyirlərinə, nələr zərərlərinədir bütün bunları alimlər bildirməkdədirlər, onlara yaxşılıq edilməsini, zərər verməkdən qaçınılmasını və s. ancaq alimlər tövsiyə etməkdə, öyrətməkdədirlər. Buna görə də Allah alimlərin bu şəfqətli xidmətlərinə bir əvəz olaraq bağışlanma istəmələrini heyvanlara ilham etmişdir.
Alimlər bu hədisdə ifadə edilən fəzilətə fərzləri və sünnətləri yerinə yetirən elm tələbkarları və alimlərin nail olacaqlarını, dünyəvi məqsədlərlə elm öyrənənlərin nail olmayacaqlarını bildirmişlər.
Bu gün bəşəriyyət, cəmiyyətimiz və içərisində yaşadığımız vətənin çox sayda sakinləri, elmsiz, biliksiz, heç nəyə əsaslanmadan keçmişdən bəri gələn dini cəhətdən savadsız ata-babalarının yolunu, eynilə onlardan əvvəlki nəsillər kimi kor-koranə təqlid edərək həyatlarını sürdürürlər. «Onlara: Allahın nazil etdiyinə tabe olun! Deyildikdə: Xeyr, biz atalarımızı üzərində tapdığımız yola tabe oluruq deyərlər. Bəs əgər şeytan atalarını alovlu atəşin əzabına dəvət edibsə necə! (loğman surəsi, 21-ci ayə)!» «Ey insanlar! Siz özünüzə baxın. Siz doğru yolda olduqdan sonra yoldan azanın sizə bir zərəri toxunmaz. Hamınızın dönüşü Allahadır. O əməllərinizi sizə bildirəcəkdir (Maidə, 104-105-ci ayə).
Bu gün bizim yaxınlarımız, valideynlərimiz Uca Allahın bizə nemət olaraq bəxş etdiyi şəriəti öyrənməyimizə mane olur, məscidlərə getməyimizə qadağalar qoyur, məscidlər haqqında əsassız sözlər danışır, xeyir əldə etməyimizə ya bilməyərəkdən, ya da qəsdən əngəl olurlar. Uca Allah Qurani-Kərimdə bir çox ayələrdə məscidin adını çəkmiş, oranı öz evi adlandırmış, Onun evində Onu zikr etməyimiz üçün peyğəmbəri vasitəsilə bizə məlumatlar vermişdir. Məscidə elm öyrənməyə, Allaha ibadət etməyə getdiyimiz üçün bizə mane olanlara, qəlblərində vicdan duyğusu azacıq da olsa qalana, dar vaxta Allaha inandığını etiraf edənə, Allaha və onun peyğəmbərinə inanıb özünü müsəlman adlandıran, amma məscidə ibadət etmək və elm öyrənmək üçün gedənlərə mane olanlara Allah Təalanın Qurani-Kərimdə bizə bildirdiyi bu ayəni xatırladırıq: «Allahın məscidlərində Onun adını zikr etməyə mane olan və onları dağıtmağa çalışandan da zalımı varmı?! Halbuki onlar oraya ancaq qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün bu dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab vardır (Bəqərə surəsi, 114-cü ayə). Ey məscidin nə olduğunu bilməyənlər, Allahın adını uca tutmaq üçün, elm öyrənmək üçün və Allahı özünün dediyi və razı olduğu kimi zikr etməyiniz üçün məscidə getməyimizə mane olmayın. Bilin ki, uca Allahın da dediyi kimi». Şübhzəsiz ki, məscidlər Allaha məxsusdur. Ona görə də Allahla yanaşı heç bir kəsə ibadət etməyin (Cin surəsi, 18).
Hamımız bilməliyik ki, elm öyrənmək zəruri bir tələbatdır. Bu tələbat lap körpəlikdən öz bünövrəsini qoyur. Belə ki, körpəlik yaşlarından başlayaraq bir insana gözəl vərdişlər, davranış formaları öyrədilir. Həmin insan artıq müəyyən biliklər sistemi, dünya görüşü, yüksək əxlaq və davranışlar əldə edir. Bütün bunların məsuliyyətini valideynlər daşıyır. Buna görə də hər bir valideyn uğurun və xeyirin məhz Allahın əlində olduğunu qəbul edib övladı üçün Allaha dua etməlidir. Əgər valideyn islam dinini və onun əsaslarını vaxtında öyrənməyibsə, islamın ən böyük əxlaqından xəbərsiz olubsa islamı bilən və əməl edən birini tapıb öz övladına islamın əsaslarını öyrətməlidir.
Çox əfsuslar olsun ki, biz bu gün bunun əksini görürük. Nəinki islamı prinsipləri öyrətmək istəmirlər, bəzi valideynlər hətta yeniyetmə yaşına çatmış, namaz qılmaq istəyən, Quran öyrənmək istəyən, məscidə gedən övladlarına bu Allah Təalanın böyük nemətlərindən yararlanmağa mane olurlar. Uca Allah belələrini doğru yola müvəffəq etsin. Məhəmməd peyğəmbər (s.ə.s) demişdir: «Adəm oğlu öldükdən sonra onun bütün əməlləri, kəsilər, əməl dəftəri bağlanar, yalnız bu üç şeydən başqa sədəqə (körpü, bulaq, xəstəxana, məktəb, məscid tikdirmək, ağac əkmək və s.), özü ilə fayda götürülən bir elm, özünə dua edən saleh övlad (imam Qazali, İhayi-Ulumiddin, Əbu Hüreyrədən rəvayət olunmuşdur). Hər bir valideyn çalışmalıdır ki, övladına Allahın razılığını əldə etməsi üçün, Allahın saleh bəndəsi olması üçün dini elmləri öyrətsin. Allahın razı qaldığı ən gözəl elm də dini elmdir. Allahın Rəsulu buyurmuşdur: «Allah Təala hər kimin xeyirini istəyərsə onu dində bilikli, fəqih edər: İbn Məsuddan gələn hədisdə Məhəmməd peyğəmbər belə buyurur: «Bu iki xüsusiyyət kimdə olarsa, yalnız ona qibtə edilə bilər. Bunlar Allahın özünə bəxş etdiyi malı Allah yolunda sərf edən adam, bir də Allahın özünə vermiş olduğu elm və hikmətlə hökm edən və onu xalqa öyrədən adamdır». Səhl b.Səd peyğəmbərin Əliyə (ə) belə dediyini rəvayət edir: «Allaha and olsun ki, Allahın sənin vasitənlə bir adama hidayət bəxş etməsi, sənin üçün dünyaya malik olmaqdan daha xeyirlidir». Bütün bu və bundan sonrakı hədislərin qaynaqlarını yazmasaq da hamısı etibarlı mənbələrdən alınmışdır.
Allah Təala biz qullarını tam və mükəmməl bir şəkildə yaratmışdır. Bizə xüsusi bir nemət olan ağıl vermişdir. İnsanın səhv yola getməməsi üçün bu ağıl məhz insana verilmişdir. Əgər ağlımız bizi səhvi, yanlışı və batili işləməkdən çəkindirmirsə, ona təbiətiylə ağıl demək olmaz. Onda iki cür ağıl meydana gəlir. Birincisi, insanın bu dünyada öz işlərini görə bilməsi üçün lazım olan ağıl, ikincisi isə axirətə aid olan ağıldır. İslam dini təkcə dünyada aid elmləri deyil, eyni zamanda axirətə aid elmləri də öyrədir ki, əsl elmdə budur. Çünki bu dünyada olan bütün nemətlər köhnələn, tez sıradan çıxan və məhv olandır. Bu dünya necə fanidirsə, dünyaya aid olan bütün əməl və elmlər də fanidir. Bəzi kommunist ideyası və ateizm fikirli müasir orta yaşlı həmvətənlərimiz məhz islamın bu axirətə aid xəbərlərini öz ağıllarına uyğun olaraq xurafat, mövhumat, nağıl adlandırır, qarşıdan gələn axirət həyatlarına laqeyd yanaşır, eyni zamanda islam dini sahəsində yeni-yeni elmi nailiyyətlər əldə etmək istəyən gənclərimizə köhnə və batil fikirləri, sözləri ilə mane olmağa çalışırlar. Onlar yerin və göyün yaradılışını görmürlərmi? Fikirləşmirlərmi? Yoxsa fikirləşmək istəmirlər? Bu dünyaya aid olan elmlər və əməllər belədir ki, bir dəfə gözünü yumdunmu, hər şey bitər, sona çatar. Amma axirət elmi belə deyildir. İnsanın ruhu bu aləmdən ayrılır, amma bütün qazancları onunla bərabərdir. Üstəlik axirəti üçün etdiyi əməllərin mükafatları qiyamətə qədər işləyib durar. Ona görə deyilmişdir: «Elm möminin ən xeyirli dostu, ağıl dəlili, əməl də onu ayaqda tutan, möhkəmlədən gücüdür. Səbr isə möminin vəziridir. Mömin elmə tabe olmağa səbrlə başlar. Əgər inanan insanın – möminin səbri olmarsa elmdə müvəffəq ola bilməz».
Səbri əsgərin komandirinə bənzədiblər. Komandirsiz əsgər olmayacağı kimi, səbrsiz də elmi əldə etmək olmaz. Mülayimlik isə inanan, elmli insanın valideyni kimidir. Gülərüzlülüyü və mülayimliyi olmayan kimsələr yetimlərə bənzər, daima zərər görərlər.
Allah Təala elmli insanları sevir və bilməliyik ki, onlara xüsusi dəyər verir. Qurani-Kərimin Fatir surəsinin 28-ci ayəsində uca Allah buyurur: «Allahdan qullar içində ancaq elm sahibi olanlar qorxar». Elm sahibi olanlar Allahı cəlal və cəmalıyla, kamal, sifətləri ilə tanıyarlar. Allahın razı olduğu elmləri öyrənməyimiz üçün dini məsələlərdə bilməyə məcbur olduğumuz əsaslar bunlardır: Quranı oxumaq, namaz qılmaq, oruc tutmaq, zəkat vermək, həcc etmək, ticarətği, alış-satışı öyrənmək; nələr satılar, nələr satılmaz, nələr alınar, nələr alınmaz və s. Faiz, kredit almaq və vermək kimi xüsusiyyətləri həm öyrənmək, həm də öyrətməyə çalışmaq vəzifəmiz olmalıdır. Bəzi müsəlmanlar: «nə edim bizə vaxtında bunu öyrədən olmadı: və ya «indiki dövrdə bunları tətbiq etmək mümkün deyil» deməklə məsuliyyətdən qurtardıqlarını zənn edirlər. Halbuki, Məhəmməd peyğəmbər (s.a.s) Ənəsin (r.a) rəvayət etdiyi bir hədisdə bizə bunu deyir: «Elm möminin itmiş malıdır. Onu harada taparsa götürər». Bu hədisi bütün elmlərə aid etmək mümkün olsa da əsas məqsəd olan elm, iman və islam, əxlaq insanı kamilləşdirən və imanını atrıran elmdir ki, bununla mömin haqq ilə batili, doğru ilə səhvi ayıra bilər. Bizim dildə işlənən «elm beşikdən məzara qədərdir» sözü çox məşhurdur. Bundan məqsəd yaş həddi yox deməkdir. Məsələn bir insan 90 yaşında müsəlman olsa və bütün bu elmləri öyrənmək üçün dünyanı gəzsə layiqdir. Uca Allah bizi elm öyrənməklə ucalan qullarından etsin. Amin.


ALLAH BIZLÄRI GORUSUN
 
Muslimah_92Tarix: Cümə axşamı, 31.05.2012, 07:37 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
AsSalamu aleykum va rahmatullahi va barakatuh!
ALLAH(Subhanahu ve Teala) razi olsun,uxti,bu movzunu oxudum,cox faydalandim.
ALLAH(Subhanahu ve Teala) butun muselmanlarin elmini artirsin inwAllah.Amin.
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 21:15 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
ELMİYLƏ ƏMƏL ETMƏYƏN ALİMLƏR

بسم الله الرحمن الرحيم

Elm əhlindən olub,dünyanı tələb edən və dünyanı sevənlərin hamısının,həm fətvalarında,həm də hökm və xəbərlərində Allah azzə və cəllə haqqında haqsızlıqla görüş bildirməsi gözləniləndir.Çünki Allahu-taələnin hökmləri çox zaman insanların istəklərinin ziddi olur.Xüsusən də vəzifə və liderlik sevgisi mövcud olan kimsələrdə...Şübhəsiz şəhvətlərinə tabe olanların,məqsəd və istəklərinin çoxu haqqa qarşı gəlmək və haqqı uzaqlaşdırmaq yönündə olmuşdur.
Alim və hakim olan kimsələr,əgər vəzifəni sevirsə və şəhvətlərinə tabe olursa,o təqdirdə buna əlavə olaraq bir də haqqa zidd olan şeyləri müdafiə etməyə başlayırlar ki,beləliklə istəkləri həyata keçmiş olur.Xüsusən də haqqa bir şübhə girmiş isə,şübhə və şəhvəti bir araya gəlir və o,havasına tabe olar,doğrunu və haqqı örtüb gizlədər.Əgər haqq zahirən açıqda olub gizli deyilsə və tərkibində şübhə yoxdursa,buna müxalif olmaq mövzusunda addım atar və"Necə də olsa mənim tövbə edərək çıxış yolum var!"deyər və tövbəni kiçik görər.Necəki bu və bənzərləri haqqında Allah Subhanahu və Taələ belə buyurur:
"Onlardan sonra namazı tərk edib şəhvətlərinə uyan bir nəsil gəldi.Biz onları Ğəyy dərəsinə atacağıq."(Məryəm 19/59)
Yenə bu kimsələr haqqında Allah belə buyurur:
"Onlardan sonra yerlərinə kitaba(Tövrata)sahib olan xələflər keçdilər.Onlar fani dünya malını alıb deyirlər:"Biz onsuzda bağışlanacağıq!"Onlara bunun misli qədər daha bir haram gəlsə,onu da alarlar.Məgər kitabda onlardan Allah barəsində yalnız haqqı demək barədə əhd alınmamışdımı?Halbuki o kitabdakını oxuyub öyrənmişdilər.Axirət Allahdan qorxanlar üçün daha xeyirlidir.Məgər dərk etmirsiniz?(əl-Əraf 7/169)
Allah azzə və cəllənin bildirdiyinə görə,onlar alınmasının özlərinə haram olduğunu bildikləri halda dəyərsiz malı aldılar və"Biz onsuzda bağışlanacağıq" dedilər.Özlərinə başqa bir mal verilmiş olsa,onu da alarlar və bu mövzuda olduqca israrlıdırlar.Məhz bu vəziyyətləri onları Allah haqqında haqsız danışmalarına qədər götürdü.Halbuki"Bu Allahın hökmüdür,şəriətidir və dinidir"deyirdilər.Üstəlik onun dininin ,şəriətinin və hökmlərinin də bu dediklərinə zidd olduğunu bildikləri halda...Ya da bunun Allahın dini,şəriəti,hökmü olduğunu bilmirləridimi?Dolayısıyla bəzən Allah haqqında bilmədən,bəzən də batil olduğunu bildikləri şeyləri(Kitabda varmış kimi göstərərək) Allah haqqında danışırdılar.
İman edən təqva sahiblərinə gəlincə,onlar axirətin dünyadan daha xeyirli olduğunu bilən kəslərdir.Bu da onların vəzifə və şəhvət sevgisinə bağlı olmadıqlarını və axirətin önünə dünyanı keçirmədiklərini ortaya qoymaqdadır.Onların bu kimi şeylərə bağlı olmadıqlarının göstəricisi,Kitab və Sünnətə möhkəm sarılmış olmalarıdır.Buna əlavə olaraq,səbr və namazla Allahdan yardım istəmələri dünyanın zail və pis,axirətinin də daimi olduğunu təfəkkür etmələri və axirətə yönəlmələridir.
Hansıki dünyaya meyl etmiş alimlərdən əməldə fücur işləməklə bərabər dində bidətlər çıxartmaları da gözləniləndir.Beləliklə onlarda 2 xüsus nəzərə çarpar.Şübhəsiz havalarına uymaq,qəlb gözünü kor edər və beləliklə sünnətlə bid'əti ayıra bilməz.Ya da tərsinə çevirər.Belə ki,bid'əti sünnət,sünnəti də bid'ət olaraq görər.Əgər dünyanın ardınca gedirlərsə,vəzifə və şəhvətlərə tabe olurlarsa,məhz bu hal alimlərin həlakıdır.Bu ayətlər onlar haqqındadır:
"Onlara ayələrimizi verdiyimiz şəxsin xəbərini də oxu.O,(ayələrimizdən uzaqlaşıb)imandan döndü.Şeytan onu özünə tabe etdi və o,azanlardan oldu.Əgər Biz istəsəydik,onu həmin ayələrlə ucaldardıq.Lakin o yerə(dünyaya)meyl edib havasının istəyinə tabe oldu.O elə bir köpəyə bənzəyir ki,üstünə cumsan da dilini çıxardıb ləhləyir,cummasan da.Bu ayələrimizi yalan hesab edən qövm barəsində çəkilən misaldır."(əl-Əraf 7/175-176)...
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:03 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Elm Tələbi Hər Müsəlmana Fərzdir, Fərz olan elmlər hansılardır?

Orta Asiya Hənəfi alimlərindən Burhanul İslam Əz Zərnuci (hicri 6-cı əsr) bu hədisin şərhində deyir:

قال رسولُ الله صلى الله عليه وسلم:
طلبُ العلمِ فَرِيضة على كلِّ مسلمٍ ومسلمةٍ
اعلمْ: بأنه لا يُفترض على كلِّ مسلمٍ، طلبُ كلِّ علمٍ وإنما يُفترض عليه طلبُ علمِ الحال كما يقال: « وأفضلُ العلمِ علمُ الحال، وأفضلُ العملِ حِفْظُ الحال».
ويُفترض على المسلمِ طلبُ ما يقعُ له فى حاله، فى أيِّ حالٍ كان، فإنه لا بدّ له من الصلاة فيُفترض عليه علمُ ما يقعُ له فى صلاته بقَدَرِ ما يُؤدِّي به فرضَ الصلاة، ويجب عليه بقدر ما يُؤدِّي به الواجبَ، لأنَّ ما يُتوسَّل به إلى إقامةِ الواجب يكون واجبًا.
وكذلك فى الصوم، والزكاة، إن كان له مالٌ، والحجِّ إن وجبَ عليه. وكذلك فى البيوع إن كان يتَّجر.
قيل لمحمدِ بنِ الحسنِ، رحمة الله عليه: لِما لا تصنِّف كتابًا فى الزهد؟ قال: قد صنَّفتُ كتابًا فى البيوع، يعنى: الزاهدُ مَن يحْترزُ عن الشبهات والمكروهات فى التجارات.
وكذلك فى سائر المعاملات والحِرَف، وكلُّ مَن اشتغلَ بشيء منها يُفترض عليه علمُ التحرُّزِ عن الحرام فيه.
وكذلك يُفترض عليه علمُ أحوالِ القلب من التوكُّل والإنابة والخَشْية والرضى، فإنه واقعٌ فى جميعِ الأحوال

"Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurmuşdur:
"Elm tələbi/təhsili hər müsəlman kişiyə və müsəlman qadına fərzdir".

Bil ki, hər müsəlmana hər elmin tələb edilməsi fərz deyildir. Müsəlmana sadəcə "İlmul Hal" (Hal hazırda lazım olan elm) təhsili fərzdir. Necəki deyilmişdir: "Elmlərin ən fəzilətlisi hal elmi, əməllərin ən fəzilətlisi halı (fəsaddan) qorumaqdır".
Müsəlmana hansı halda olursa olsun, hal hazırda başına gələn işlərin elmini təhsil etmək fərzdir.
Çünki, o mütləq namaz qılmalıdır və dolayısıyla ona namazda baş verəcək şeylərin elmini, namazın fərzini yerinə yetirə biləcəyi miqdarda təhsil etmək fərz olar. Ona, vacibi yerinə yetirmək üçün gərəkli olan miqdar vacibdir.
Çünki, vacibin yerinə yetirilməsi üçün vəsilə olan şey də vacibdir. (başqa bir deyimlə: vacibin ancaq onunla tamamlandığı şey də vacibdir)
Orucda, əgər yetərli malı varsa zəkatda, əgər üzərinə Həcc vacibdirsə Həccdə, əgər ticarətlə məşğuldursa satışda hökm belədir. (Yəni bunların əhkamını bilməsi fərzdir)
İmam Muhəmməd bin Əl Həsənə - rahmətullahi aleyh – deyildi: niyə zühd mövzusunda bir kitab təsnif etmədin?
İmam cavabən dedi: "Mən satış haqqında kitab təsnif etdim". Yəni zahid, ticarətdə şübhəli və məkruh şeylərdən çəkinəndir.
Digər davranışlar və məşğuliyyətlər də belədir. Bir şeylə məşğul olan hər kəs, məşğul olduğu şeydə haramdan qorunmaq üçün lazım olan elmə sahib olmalıdır.
Eləcədə Müsəlmana təvəkkül (Allaha güvənmək), inabə (Allaha yönəlmək), xaşyə (Allahdan qorxmaq), rıza (Allahdan razı olmaq) kimi qəlb hallarını bilmək də fərzdir. Cünki, bunlar hər halda vaqe/lazım olan şeylərdir."

Qaynaq: Burhanul İslam Əz Zərnuci: Təlimul Mutəallim Tariqət Təallum: 8-9
Xartum: Əd Darus Sudaniyyə lil Kutub: 1425/2004
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:04 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən Zeynuddin Ər Razi (v. 666 h/1268 m) elmin növlərini belə açıqlamışdır:

أنواعُ العلمِ : والعلمُ أيضًا أنواعُ أربعةٌ :
فرْضٌ : وهو تعلّمُ ما يحتاجُ إليه لأداءِ الفرائضِ ومعرفةِ الحلالِ والحرامِ في أحوالِ نفسِه .
ومستحبٌّ : وهو تعلّمُ الزائدِ على ما يحتاجُ إليه ليُعلِّمَه مَن يحتاجُ إليه , وهو أفضلُ مِن نَفْلِ العبادةِ .
ومُباحٌ : وهو تعلّمُ الزائدِ على ذلك للزِّينةِ والكمالِ .
وحرامٌ : وهو التعلم ليُباهيَ به العلماءَ ويُماريَ به السفهاء .َ
ما ينبغِي للعالمِ ويجب على العالمِ تعليمُ غيرِه إذا طلَب منه إلى أن يبلُغَ إلى المرْتبةِ الأولى , ولا يجب على العالمِ أن يُجيبَ عن كلِّ ما يُسأل عنه , إلا إذا علِم أن ما سُئل عنه لا يعلِّمه غيرُه

"Elmin növləri: Elm dörd növdür:
1. Fərz: İnsanın fərzləri yerinə yetirmək, içində olduğu hala aid olan halal və haramları bilmək üçün ehtiyacı olan şeyləri öyrənməsidir.
2. Müstəhəb: Buna ehtiyacı olan kimsəyə öyrətmək üçün, ehtiyacından artıq olanı öyrənməsidir. Bu cür təhsil nafilə ibadətlərdən daha əfzəldir.
3. Mübah: Zinət və kamillik üçün bu (zikr edilən iki növdən) artığının öyrənilməsidir.
4. Haram: Alimlərə rəqabət aparmaq, səfehlərlə mübahisə etmək üçün öyrənməkdir.
Alimə gərəkli və vacib olan budur ki, ondan tələb etdiyi zaman, birinci mərtəbəyə çatana qədər (yəni fərz olan bilgiləri öyrənənə qədər) istəyəni öyrətsin. Sual verilən məsələnin cavabını başqasının öyrətməyəcəyini bilməsi halı müstəsna, alimə hər soruşulan şeyə cavab vermək vacib deyil."

Qaynaq: Zeynuddin Ər Razi: Tuhfətul Muluk: 269
Beyrut: Darul Bəşairil İslamiyyə: 1417
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:04 | Yazı # 7
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Digər bir Hənəfi alimi Muhəmməd Əmin bin Ömər Abidin (1238-1307 h/1823-1889 m) “Əd Durrul Muxtar Şərhu Tənviril Əbsar” isimli əsərə yazdığı haşiyədə belə deyir:

قال العَلامِي في فصُوله : مِن فرائضِ الإسلام تعلّمُه ما يَحتاجُ إليه العبدُ في إقامةِ دينهِ وإخلاصِ عَمَلِه للهِ تعالى ومعاشرةِ عِبادهِ .
وفرضٌ على كلِّ مكلّفٍ ومكلّفةٍ بعدَ تعلّمِه علمَ الدينِ والهدايةِ تعلّمُ علْمِ الوضوءِ والغُسْلِ والصلاةِ والصوْمِ ، وعلْمِ الزكاةِ لمن له نِصابٌ ، والحجِّ لمن وجَب عليه , والبُيُوع على التجّارِ ليَحتَرِزوا عن الشُبُهاتِ والمكروهاتِ في سائر المعامَلاتِ .
وكذا أهلُ الحِرَفِ ، وكلُ مَن اشتَغلَ بشيءٍ يُفرَضُ عليه عِلْمُه وحكْمُه ليمتنِعَ عن الحرامِ فيه

"Əl Aləmi "Əl Fusul" adlı kitabında dedi: Mükəlləfin dinini iqamə etmək, əməlini Uca Allah üçün xalis tutmaq, Onun qullarıyla sosyal münasibətləri düzgün qurmaq üçün ehtiyacı olan bilgiləri oyrənməsi İslamın fərzlərindəndir (fərzul ayndır).
Din və hidayət (Əqidə) elmini öyrəndikdən sonra dəstəmaz, qüsl, namaz, oruc haqda bilgi sahibi olmaq hər mükəlləf kişi və qadına fərzdir.
Eləcədə nisab miqdarına sahib olana zəkat, üzərinə vacib olana həcc haqqında bilgi sahibi olmaqda fərzdir.
Tacirlərə isə ticarət elmini bilmək fərzdir ki, beləcə ticari əməliyyatlarda şübhəli və məkruh olan şeylərdən qorunsunlar.
Hər sənət sahibi belədir! Hər kim bir işlə məşğul olursa onun elmini və hökmünü bilmək ona fərzdir ki, bu sahədəki haramlardan çəkinsin."

Qaynaq: İbn Abidin: Rəddul Muxtar aləd Durril Muxtar: 1/125-126
Daru Aləmil Kutub: 1423/2003
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:04 | Yazı # 8
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İbn Abidin davamla çox möhtac olduğumuz bəzi məlumatlara toxunur:

وفي تبيينِ المَحارمِ : لا شكَّ في فرْضيّةِ علْم الفرائضِ الخمْسِ وعلْمِ الإخلاصِ ؛ لأنَّ صِحّةَ العملِ موقوفةٌ عليه , وعلْمِ الحلالِ والحرامِ وعلْمِ الرِياءِ ؛ لأنَّ العابدَ محرومٌ مِن ثوابِ عملِه بالرياءِ ، وعلْمِ الحَسَدِ والعُجْبِ , إذ هما يأكُلان العملَ كما تأكلُ النارُ الحَطَبَ ، وعلمِ البيْعِ والشِراءِ والنكاحِ والطلاقِ لمن أرادَ الدخولَ في هذهِ الأشياءِ , وعلمِ الألفاظِ المحرَّمة أو المكفِّرة ، و لَعَمْري هذا مِن أهمِّ المهمّاتِ في هذا الزَّمانِ ؛ لأنك تسمَع كثيرًا مِن العوّامِ يتكلّمون بما يكفِّر وهم عنها غافلونَ ، والاحتياطُ أن يجدِّدَ الجاهلُ إيمانَه كلَّ يومٍ ويجدِّدَ نكاحَ امرأتِه عند شاهديْنِ في كلِّ شهرٍ مرةً أو مرّتينِ ، إذْ الخطأ وإنْ لم يصدُرْ مِن الرجلِ فهو مِن النساءِ كثيرٌ

" "Təbyinul Məharim" adlı əsərdə deyilir: beş fərzin və ixlasın öyrənilməsinin fərziyətində şübhə yoxdur. Çünki, əməllərin səhihliyi (məqbulluğu) buna bağlıdır.
Halal, haram haqqında məlumatlı olmaq fərzdir.
Riya haqqında da bilgiyə sahib olmaq fərzdir! Çünki, riya səbəbilə abid savabdan məhrum qalar!
Həsəd, Ucb (özünü bəyənmək) haqqında elmə sahib olmaqda fərzdir. Çünki, bu iki şey atəşin odunu yandırdığı kimi əməlləri yeyərlər.
Alış, satış, nigah, talaq haqqında elmə sahib olmaq bu işlərdə məşğul olmaq istəyən kimsə üçün fərzdir.
Haram və küfrə səbəb olan sözləri bilməkdə fərzdir. Ömrümə and olsun ki, bu zamanımızda ən əhəmiyyətli şeydir! Çünki, sən avamdan bir çoxunun fərqinə varmadan küfrə səbəb olacaq sözlər dediklərini eşidə bilərsən!
Ehtiyatən, cahil adamlar hər gün imanını, hər ay da iki şahid hüzurunda xanımıyla olan nigahını bir və ya iki dəfə təzələməlidir. Çünki, (küfrə səbəb olan xəta) kişidən sadir olmasa belə qadınlardan çox sadir olar..."

Qaynaq: İbn Abidin: Rəddul Muxtar aləd Durril Muxtar: 1/126
Daru Aləmil Kutub: 1423/2003
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:04 | Yazı # 9
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən Əbu Bəkr Əl Cəssas (305–370 h/917–980 m) bu hədisin şərhində belə deyir:

قال رسولُ الله ص : { طَلَبُ الْعِلْمِ فَرِيضَةٌ عَلَى كُلِّ مُسْلِمٍ } , وهذا عندنا يَنصرِف على معْنَيَينِ .
أحدهما : طلَبُ العلمِ فيما يُبتلى بهِ الإنسانُ مِن أمورِ دينِهِ فعليه أنْ يتعلَّمَه , مثلُ مَن لا يعرِف حدودَ الصلاة وفروضَها وحُضورَ وقْتِها فعليه أن يتعلَّمَها , ومثلُ مَن ملَك مِائتيْ دِرْهَمٍ فعليه أن يتعلَّمَ ما يجب عليه فيها , وكذلك الصوْمُ والحجُّ وسائرُ الفروضِ .
والمعنى الآخرُ : أنه فرضٌ على كلِّ مسلمٍ إلا أنه على الكِفايةِ إذا قامَ به بعضُهم سقَط عن الباقِينَ

"Allah Rəsulu – sallallahu aleyhi və səlləm – belə buyurmuşdur:
"Elm tələbi/təhsili hər müsəlmana fərzdir".
Bizə görə bu hədis iki mənaya gəlir:
1. İnsanın dini işlərdən başına gələnlər haqqında elm əldə etməsi. Onun üzərinə bu kimi şeyləri öyrənməsi düşər (fərzul ayndır). Namazın hədlərini, fərzlərini və vaxtının nə zaman girdiyini bilməyən kimsə kimi. Belə birisinin üzərinə (fərzul ayn olaraq) bunları öyrənmək düşər.
Yaxud da iki yüz dirhəmi olan kimsə kimi. Belə bir kimsənin üzərinə (fərzul ayn olaraq) bu malına düşən zəkat miqdarını öyrənməsi düşər.
Oruc, Həcc və digər fərzlər də belədir.
2. (Bütün) Elmlərin təhsili hər müsəlmana fərzdir, lakin bu fərziyyət kifayidir. Bir qisim müsəlman o fərzi yerinə yetirərsə digərlərindən məsuliyyət qalxar. (Yetirməzsə hamısı şəxsən günahkar olarlar)."

Qaynaq: Əbu Bəkr Əl Cəssas: Əhkəmul Quran: 4/373
Beyrut: Daru İhyait Turasil Arabi: 1412/1992
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:05 | Yazı # 10
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam Əbu Hənifənin yaxın tələbələrindən, Alləmə Muhəmməd bin Əl Həsən Əş Şeybani (131–189 h/748–804 m) "Əl İktisab fir Rizqil Mustətab" adlı kitabında bu hədisin açıqlarkən deyir:

طلَبُ العلْمِ فريضةٌ على كلِّ مسلمٍ , والمرادُ علمُ الحالِ على ما قيلَ : " أفضلُ العلْمِ علمُ الحال , وأفضلُ العملِ حِفْظُ الحالِ " .
وبيانُ هذا أنَّ ما يحتاجُ المرءُ في الحالِ لأداءِ ما لزِمه يُفترض عليه عيْنًا علْمُه , كالطهارةِ لأداءِ الصلاةِ , فإنْ أرادَ التِّجارةَ يُفترض عليه تعلُّمُ ما يتحرَّز به عن الرِّبا والعقودِ الفاسدةِ , وإنْ كان له مالٌ يُفترض عليه تعلُّمُ زكاةِ جِنْسِ مالِه ليتمكَّنَ به مِن الأداءِ , وإنْ لزِمه الحجُّ يُفترض عليه تعلُّمُ ما يؤدِّي به الحجَّ .
فهذا معنى علمِ الحالِ , وهذا لأنَّ اللهَ تعالى حكَم ببقاءِ الشريعةِ إلى يومِ القيامةِ , والبقاءُ بين الناسِ يكون بالتعلّمِ والتعليمِ , فيفترض التعليمُ والتعلّمُ جميعًا

"Hədis: "Elm tələbi/təhsili hər müsəlmana fərzdir".

Hədisdə qəsd edilən "Elmlərin ən fəzilətlisi hal elmi, əməllərin ən fəzilətlisi olduğu halı müfafizə etməkdir" sözündə deyildiyi kimi "Hal" elmidir.
Bunun açıqlaması belədir: İnsanın olduğu halda üzərinə vacib olanları əda etmək üçün ehtiyac duyduğu şeylər haqqında məlumat əldə etməsi onun üzərinə fərzul ayndır.
Məsələn namazın ədası üçün təharəti öyrənmək kimi.
Əgər insan ticarət etmək istərsə, ribadan və fasid anlaşmalardan çəkinməsinə yardımçı olacaq şeyləri öyrənməsi onun üzərinə fərz olar.
Əgər insanın malı varsa, əlində olan mal cinsinə düşən zəkat haqda məlumat əldə etməsi fərzul ayn olar ki, zəkatını əda edə bilsin.
Əgər insana Həcc fərzdirsə, Həcci yerinə yetirmək üçün lazım olan bilgiləri öyrənmək onun üzərinə fərz olar.
"Hal" elminin mənası budur.
Çünki, Uca Allah Şəriətin Qiyamət gününə qədər qalacağına hökm etmişdir. Bunun insanlar arasında qorunması isə öyrənmək və öyrətməklə olar. Buna binaən, öyrənmək də öyrətmək fərz olar."

Qaynaq: Muhəmməd bin Əl Həsən: Əl İktisab fir Rizqil Mustətab: 42
Beyrut: Darul Kutubil İlmiyyə: 1406/1986
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:05 | Yazı # 11
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi məzhəbinə mənsub alimlərdən Əbu Muhəmməd Əl Bəğavi (436–510 h/1044–1117 m) “Şərhus Sunnə” adlı əsərində hədis barədə bunları dedi:

قالَ الشيخُ الإمامُ : العلومُ الشرْعيّةُ قسْمانِ : علْمُ الأصولِ ، وعلْمُ الفروعِ .
أما علمُ الأصولِ فهو : معرفةُ اللَّهِ سبحانَه وتعالى بالوحْدانيةِ والصفاتِ وتصديقُ الرُسُلِ ، فعلى كلِّ مكلَّفٍ معرفتُه ولا يسَعُ فيه التقليدُ لظهورِ آياتِه ووضوحِ دلائلِه ، قال تعالى : { فَاعْلَمْ أَنَّهُ لَا إِلَهَ إِلَّا اللَّهُ } ، وقال تعالى : { سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ } .
وأما علمُ الفروعِ : فهو علمُ الفقهِ ومعرفةُ أحكامِ الدينِ ؛ فينقسِمُ إِلى فرضِ عينٍ ، وفرضِ كفايةٍ .
أما فرضُ العينِ : فمثلُ علْمِ الطهارةِ والصلاةِ والصوْمِ ، فعلى كلِّ مكلَّفٍ معرفتُه ، قالَ النبي صلى اللَّه عليه وسلم : " طلَبُ العلمِ فريضةٌ على كلِّ مسلمٍ " ، وكذلك كلُّ عبادةٍ أوْجبَها الشرْعُ على كلِّ واحدٍ ، فعليه معرفةُ علمِها مثلُ علْمِ الزكاةِ إن كانَ له مالٌ وعلمِ الحجِّ إن وجَب عليه .
وأما فرضُ الكفايةِ فهو : أن يتعلَّمَ ما يبلُغ به رُتْبةَ الاجتهادِ ودرَجةَ الفُتْيا ، فإذا قعَد أهلُ بلدٍ عن تعلُّمِه عَصَوا جميعًا ، وإذا قامَ واحدٌ منهم بتعلُّمِه فتعلَّمَه , سقَط الفرْضُ عن الآخرينَ ، وعليهم تقليدُه فيما يعِنُّ لهم مِن الحوادثِ ، قال تعالى : فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ

"Şeyx, İmam (Əl Bəğavi) dedi: Şəri elmlər iki qismdir:
1. İlmul Usul (Əqidə) elmi.
2. İlmul Furu (Fiqh) elmi.

İlmul Usula (Əqidə) gəlincə, bu Allahı – Subhanəhu və Təala – bir olaraq və sifətləriylə tanımaq, elçilərini təsdiq etməkdir.
Hər mükəlləfin üzərinə bunu bilməsi düşər (fərzul ayndır).
Bu mövzuda ayələrinin açıqlığı və dəlillərinin barizliyi səbəbilə təqlid caiz olmaz.
Uca Allah buyurur: "Bil ki Allahdan başqa ilah yoxdur!..." (Muhəmməd: 47/19)
Yenə Uca Allah buyurur: "Onlara kainatda və nəfslərində ayələrimizi göstərəcəyik ki, beləcə bunun haqq olduğu onlara aydın olsun..." (Fussilət: 41/53)

İlmul Furuya (Fiqh) gəlincə bu, fiqh elmi və Din hökmlərinin bilinməsidir. Bunlar iki yerə bölünür:
A ) Fərzu Ayn.
B ) Fərzu Kifayə.
Fərzul ayna gəlincə bu, təharət, namaz və oruc kimi şeylərdir. Hər mükəlləfin üzərinə bunların bilinməsi düşər.
Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurub:
"Elm tələbi/təhsili hər müsəlmana fərzdir."
Şəriətin hər kəsə ayrılıqda (fərzul ayn olaraq) vacib qıldığı hər ibadət də belədir. Mükəlləfin üzərinə bunlar haqqında məlumat sahibi olmaq düşər.
Məsələn malı varsa zəkat haqqında bilgi, üzərinə vacib olubsa Həcc haqda bilgi kimi.
Fərzul kifayəyə gəlincə bu, öyrənməklə ictihad rütbəsinə və fətva vermək dərəcəsinə çatacağı şeyləri öyrənməsidir.
Bir bəldə əhalisi bu elmləri öyrənmədiyi zaman hamılıqla günahkar olarlar. Bir kimsə bu elmləri öyrənməklə məşğul olub öyrənərsə digərlərindən fərz sorumluluğu düşər.
(Bu rütbəyə çatmamış) insanlara başlarına gələn işlərdə o kimsəni (Müctəhidi) təqlid etmək düşər.
Uca Allah buyurur: "... Əgər bilmirsinizsə zikr əhlindən soruşun!" (Əl Ənbiya: 21/7)."

Qaynaq: Əbu Muhəmməd Əl Bəğavi: Şərhus Sunnə: 1/289-290
Məktəbətul İsləmi: 1403/1983
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:05 | Yazı # 12
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi fəqihlərindən böyük mühəddis Əl Xatib Əl Bağdadi (392-463 h/1002-1072 m) "Elm tələbi/təhsili hər Müsəlmana fərzdir" məzmunlu hədis barədə alimlərin müxtəlif rəylərini zikr etdikdən sonra deyir:

قلتُ : فواجبٌ على كلِّ أحدٍ طلَبُ ما يلزَمه معرفتُه ، مما فرَض اللهُ عليه ، على حَسَبِ ما يقدِر عليه مِن الاجتهادِ لنفسِه ، وكلُّ مسلمٍ بالغٍ عاقلٍ مِن ذكَرٍ أو أُنْثى ، حُرٍّ وعبدٍ ، تلزَمُه الطهارةُ والصلاةُ والصيامُ فرْضًا ، فيجبُ على كلِّ مسلمٍ تعرُّفُ علْمِ ذلك ، وهكذا يجبُ على كلِّ مسلمٍ ، أن يعرِفَ ما يَحِلُّ له وما يُحرَّم عليه ، مِن المَآكِلِ والمشارِبِ والملابِسِ والفُروجِ والدِّماءِ والأمْوالِ ، فجميعُ هذا لا يسَعُ أحدًا جهْلُه ، وفرْضُ عليهم أنْ يأخُذوا في تعلُّمِ ذلك ، حتى يبلُغون الحُلْمَ وهم مسلمونَ ، أو حينَ يُسلِمون بعد بلوغِ الحُلْمِ ، ويُجبِر الإمامُ أزواجَ النساءِ وساداتِ الإماءِ على تعليمِهنَّ ما ذكَرنا ، وفرْضٌ على الإمامِ أيضًا ، أن يأخُذ الناسَ بذلك ، ويرتِّبَ أقوامًا لتعليمِ الجُهَّال ، ويفرِضَ لهم الرزْقَ في بيتِ المالِ ، ويجب على العلماءِ تعليمُ الجاهلِ ، لِيتميَّزَ له الحقُ مِن الباطلِ

"Mən (Bağdadi) deyirəm: Hər kəsə vacib olan, gücü yetdiyi nisbətdə Allahın ona fərz qıldığı şeylərdən bilməli olduqlarının tələbidir/öyrənilməsidir.
Kişi və ya qadın, hürr və ya kölə olsun, hər aqil baliğ müsəlmana təharət, namaz və oruc fərzdir. Buna görədə hər müsəlmana bunların elminin öyrənməsi lazımdır.
Eləcədə hər müsəlmanın, yeməklərdən, içkilərdən, geyimlərdən, qadınlardan, qanlardan və mallardan ona halal olan və haram qılınanı bilməsi vacibdir.
Heç kimə, bütün bunlar haqqında məlumatsız olmaq caiz deyil.
Bu bilgiləri öyrənmələri, müsəlman olaraq həddi buluğa çatdıqları zaman və ya həddi buluqdan sonra müsəlman olduqları zaman, onların (müsəlmanların) üzərinə fərzdir.
İmam (Xəlifə), kişiləri öz xanımlarına, kölə sahiblərini cariyələrinə zikr etdiyimiz şeyləri öyrətməyə məcbur edər.
(Etinasızlıq etdikləri zaman) bu kimi şeylər üçün, İmamın insanları cəzalandırması, cahillərin öyrətməsi üçün müəyyən heyətlər təşkil edib, onlara beytul maldan maaş verməsidə həmçinin fərzdir.
Haqqı batildən seçə bilsinlər deyə, alimlərin cahilləri öyrətməsidə vacibdir."

Qaynaq: Əl Xatib Əl Bağdadi: Əl Fəqih vəl Mutəfəqqih: 2/173-174
Dar İbnil Cəvzi: 1417/1996
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:05 | Yazı # 13
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən olan Hafiz Əbu Bəkr Əl Beyhəqi (384-458 h/994-1066 m) rahiməhullah özünün "Əl Mədxal iləs Sunənil Kubra" adlı əsərində "Elm tələbi hər bir müsəlmana fərzdir" hədisi haqda deyir:

وإِنْ صحّ , فإِنَّما أَراد - والله أَعلَم - العِلمَ العامَّ الَّذِي لَا يسَع البالغَ العاقلَ جهلُه , أَو عِلمَ ما ينويه خاصَّةً , أَو أَراد أَنّه فرِيضةٌ علَى كل مسلمٍ حتَّى يقومَ به مَن فيه الكفاية

"Əgər hədis səhihdirsə, murad etdiyi – Allah daha gözəl bilir – həddi büluğa çatmış və ağıl sahibi birisinin ondan cahil qalmasının caiz olmayacağı, yaxud xüsusi olaraq etməyi planladığı şeylərin elmidir.
Yaxud da (elmi ehtiyacı aradan qaldırmağa) kifayət edəcək birilərinin bu işi yerinə yetirməsinə qədər, onun hər bir müsəlmana fərz olduğunu qəsd etmişdir."

Qaynaq: İmam Əl Beyhəqi: Əl Mədxal iləs Sunənil Kubra: 242
Kuveyt: Darul Xuləfə lil Kutubil İsləmi: 1431/2010
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:06 | Yazı # 14
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Maliki alimlərindən olan Hafiz İbn Abdil Bərr (368-463 h/978-1071 m) rahiməhullah özünün "Camiu Bəyənil İlmi və Fadlih" adlı kitabında deyir:

قدْ أجمعَ العلماءُ على أنّ مِن العلْم ما هو فرضٌ متعيِّنٌ على كلِّ امرئ في خاصَّته بنفْسه ، ومِنه ما هو فرضٌ على الكِفاية , إذا قام به قائم سقَط فرضُه على أهل ذلك الموْضِع
واختلَفوا في تلخيص ذلك ، والذي يلزَم الجَميعَ فرضُه مِن ذلك ما لا يسَع الإنسانَ جهلُه مِن جُملةِ الفرائض المفترَضة عليه نحو : الشهادة باللِسان ، والإقرارِ بالقلْبِ بأنّ اللهَ وحدَه لا شريكَ له لا شبه له ولا مثْلَ ، لم يلِد ولم يولَد ولم يكن له كفُوًا أحد ، خالقُ كلِّ شيءٍ وإليه مرجِع كلِّ شيءٍ , المُحيي المُميت ، والحيُّ الذي لا يموت , عالِمُ الغيْب والشهادة , هما عنده سَواءٌ , لا يعزِب عنه مثقالُ ذَرّةٍ في الأرض ولا في السماء , هو الأوَّل والأخِر والظاهر والباطن
والذي عليه جماعة أهلِ السنّة أنّه لم يزَل بصِفاتِه وأسمائِه , ليس لأولِيّته ابتداءٌ ولا لآخريّته انقِضاء , وهو على العرش استوى
والشهادةِ بأنَّ محمدًا عبده ورسوله وخاتَمُ أنبِيائه حقّ ، وأنّ البعْثَ بعْد الموْت للمُجازاة بالأعمال , والخلودَ في الآخرة لأهل السّعادة بالإيمانِ والطّاعة في الجنّة ولأهل الشقاوة بالكفر والجحود في السعير حقّ
وأن القرآنَ كلام الله وما فيه حقّ مِن عندِ الله يجِب الإيمان بجميعِه ، واستعمال محكَمه
وأن الصلواتِ الخمسَ فرضٌ ، ويلزَمه مَن علِمها علْمُ ما لا يتِمُّ إلا به مِن طهارتِها وسائر أحكامِها
وأنّ صومَ رمضانَ فرضٌ ويلزَمه عِلم ما يُفسِد صومَه وما لا تتِمّ إلا به
وإنْ كان ذا مالٍ وقدرةٍ على الحَجّ لزِمه فرضًا أنْ يعرِفَ ما تجِب فيه الزّكاة ، ومتى تجِب وفي كم تجِب ويلزَمه أنْ يعلَمَ بأنّ الحجّ عليْه فرض مرّةً واحدةً في دَهْرِه إن استَطاع السبيلَ إليه ، إلى أشياء يلزَمه معرِفةُ جُمَلِها ولا يُعذَر بجهْلِها ، نحوُ تحريمِ الزِّنا ، والرِّبا، وتحريمِ الخمْر ، والخنزير ، وأكل الميتة ، والأنجاس كلِّها ، والغَصْب ، والرِّشْوَة على الحُكم ، والشّهادة بالزّور ، وأكل أموالِ الناس بالباطِل ، وبغيْر طِيبٍ مِن أنفُسِهم ، إلا إذا كان شيئًا لا يُتَشاحُّ فيه ولا يُرغَب في مثلِه ، وتحريمِ الظلم كلِّه ، وهو كلُّ ما منَع الله - عز وجل - مِنه ورسولُه - صلى الله عليه وآله وسلّم - وتحريم نِكاح الأمّهاتِ والبَناتِ والأخَواتِ ومَن ذُكِر معهُنّ ، وتحريم قتْلِ النّفس المُؤمِنة بغيْر حقٍّ ، وما كان مِثل هذا كُلّه مِمّا قدْ نطَق الكِتاب به ، وأجمعَت الأمّة عليْه
ثُمَ سائِر العِلم وطلبُه والتَّفقُّه فيه ، وتعليم الناس إياه ، وفتْواهم في مَصالح دينهم ودُنياهم والحُكم به بيْنهم , فهوَ فرضٌ على الكِفاية يلزَم الجميعَ فرضُه ، فإذا قام به قائم سقَط فرضُه عن الباقين ، لا خِلاف بيْن العُلماءِ في ذلك ، وحُجّتهم فيه قول الله عزّ وجلّ : { فَلَوْلا نَفَر مِنْ كُلِّ فِرْقَةٍ مِنْهُمْ طَائِفَة لِيَتَفَقَّهُوا فِي الدِّينِ وَلِيُنْذِرُوا قَوْمَهُمْ إِذَا رَجَعُوا إِلَيْهِم } فألزم النّفير في ذلك البعضَ دون الكُلّ ، ثمّ ينصَرفون فيُعلِّمون غيرَهم

"Alimlər icma ediblər: elmin bir qismi hər kəsə özlüyündə fərzu ayn, bir qismi isə fərzu kifayədir. Onu yerinə yetirəcək biri olduğu təqdirdə o yer əhalisindən fərziyyət düşər.
Bunun mahiyyətində isə ixtilaf etmişlər. Bunlardan fərzi hər kəsə aid olanlar (fərzul ayn), insanın üzərinə fərz qılınmış şeylər cinsindən cahil qalması caiz olmayan işlərdir. Məsələn: Allahın bir olub şəriki, bənzəri, misli olmadığına, Onun doğmayıb doğulmadığına, Ona bərabər birinin olmadığına, Onun hər şeyin yaradanı olduğuna və hər şeyin dönüşünün Ona olduğuna, Onun dirildən və öldürən, əbədiyyən ölməz olan Həyy/diri olduğuna, görünən və görünməyən aləminin alimi olub, bu ikisinin Onun üçün eyni olduğuna, nə yerdə nə də göydə bir misqal zərrəsi qədər də olsa nəyinsə bilgisindən kənarda qalmadığına, Onun Əvvəl, Axır, Zahir və Batin olduğuna qəlbin iqrarı, dilin şəhadəti kimi.
Həmçinin Onun əzəldən isim və sifətlərə əzəldən sahib olduğuna, əvvəliyyatının bir başlanğıcı, axırıyyatının da bir sonu olmadığına, ərşə istiva etdiyinə iman kimi Əhli Sünnənin etiqad etdiyi şeylərdir (bunları etiqad etmək fərzu ayndır).
Eləcə də Muhəmmədin – sallAllahu aleyhi və əlihi və səlləm – Onun qulu və rəsulu, peyğəmbərlərin sonuncusu və haqq olduğuna, əməllərin əvəzinin verilməsi üçün ölümdən sonra dirilməyə, səadət əhlinin iman və itaətləri qarşılığı Cənnətdə, şəqavət/bədbəxtlik əhlinin də küfr və inkarları qarşılığı Cəhənnəmdə əbədi qalacaqlarına, bütün bunların haqq olduğuna şəhadət etməkdir (bütün bunlar fərzu ayndır).
Həmçinin Quranın Allah kəlamı olduğuna, onda olan hər şeyin Allah qatından bir haqq olduğuna, bütününə iman edib, möhkəmiylə əməl etməyin gərəkliliyinə iman etməkdir.
Beş namazın fərz olduğuna da inanmalıdır. Namazı bilən birisinə, təharət və başqa hökmləri kimi, namazın onsuz tam olmayacağı hökmləri öyrənməkdə lazımdır.
Ramazan orucunun fərz olduğuna da inanmalıdır. Orucunu pozan şeyləri və onsuz orucun tam olmayacağı şeyləri bilməsi lazımdır.
Əgər insan Mal və Həccə getməyə yetəcək güc sahibidirsə, hansı mallarda, nə zaman və hansı miqdardan zəkatın vacib olacağını bilməsi fərzdir. Ömründə bir dəfə ( imkanı və gücü yetməsiylə ) yol tapa bilərsə Həcc etməsinin onun üzərinə fərz olduğunu bilməlidir.
Digər şeylərdən hamısının bilinməsidə bu hökmdədir. Cəlalətiylə üzrlü sayılmaz (günahkar olar). Məsələn: Zinanın, faizin, içkinin, donuzun, leş əti və bütün nəcasət növlərinin yeyilməsinin, qəsb etməyin, öz xeyrinə hökm çıxarıması üçün rüşvətin, yalançı şahidliyin, haqsız yerə və alınmasında bir problem görülməyən şeylər xaric, könül xoşluqları olmadan insanların mallarını yeməyin, hər növ zülmün – ki zülm Allahın – azzə və cəllə - və rəsulunun – sallAllahu aleyhi və əlihi və səlləm – çəkindirdiyi şeylərdir – analar, qızlar, bacılar və evlənilməsinin haram olduğu zikr olunan kəslərlə evlənməyin, mömin birisini haqsız yerə öldürməyin haram olması kimi Quranın qeyd etdiyi və ümmətin icma etdiyi şeyləri bilmək.
Digər elmləri tələb etmək, onlarda dərinləşmək, onu insanlara öyrətmək, dinləri və dünyalarının məsləhəti üçün fətva vermək, onunla aralarında hökm vermək kimi şeylərə gəlincə isə fərzu kifayədir. (Əslən) hər kəs üzərinə fərzdir, (lakin) onu yerinə yetirəcək biriləri olarsa, o yer sakinlərinin başqalarından fərziyyət qalxar. Alimlər arasında bunda ixtilaf yoxdur.
Bu məsələdə alimlərin dəlili Allahın – azzə və cəllə - təqribən bu mənadakı ayəsidir: "Onlardan hər bir firqədən bir tayfanın, dini elmlərdə, qövmlərinin (cihaddan) onlara döndükləri zaman onları inzar üçün geridə qalmaları gərəklidir." (Tövbə: 122). (Allah bu ayədə) bu vəzifə üçün ayrılmanı hamısına deyil, bir qisminə gərəkli qılmışdır. Onlar da (öyrəndikdən sonra) dönüb başqalarına öyrədərlər."

Qaynaq: İbn Abdil Bərr: Camiu Bəyanil İlmi və Fadlih: 56-59
Dəmmam: Dar İbnil Cövzi: 1414/1994
 
Forum » İslam » Tədris » Elmə yiyələnmək üçün ədəblər
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru