[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Zəlalət əhlinə cavab » PİRLƏR (batil və islamda olmayan əməl və inanclar)
PİRLƏR
SelefTarix: Cümə, 22.08.2008, 01:54 | Yazı # 1
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
BİSMİLLAH


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
Ema777Tarix: Cümə, 22.08.2008, 13:11 | Yazı # 2
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
BISMILLAH!

YUSIF/105/

GOYLERDE VE YERDE (ALLAHIN BIRLIYINI SUBUT EDEN)NECE -NECE ELAMETLER ,NISANELER VARDIR KI,INSANLAR ONLARIN YANINDAN UZLERIN CEVIRIB KECERLER(ONLARABAXIB IBRET ALMAZ,ONLARIN HEQIQI MENALARIHAQQINDA DUSUNMEZLER).

YUSIF/106/

ONLARIN EKSERIYYETI ANCAQ SERIK QOSARAQ ALLAHA INANARLAR.(ALLAHA TEKLIKDE DEYIL,ONA QOSDUQLARI SERIKLER ,BUTLERVE TANRILARLA BIRLIKDE IBADET EDERLER)

Добавлено (22.08.2008, 13:11)
---------------------------------------------
ER-RED/33/
HER BIR KESIN EMELINE NEZARET EDEN(ONUN BUTUN EMELLERINI BILEN) ALLAHMI (IBADET OLUNMAGA LAYIQDIR,YOXSA BU BUTLER?!HEC ALLAHA DA SERIK QOSMAQ OLARMI?!)BUNLARLA BELE MUSRIKLER GOTURUB ALLAHA (CURBECUR) SERIKLER QOSDULAR.(Y MUHAMMAD!)DEKI:"ONLARIN ADLARINI DEYIN GOREK!ALLAHA YER UZUNDE (OZUNE SERIK)BILMEDIYI BIR SEYIMI XEBER VERIRSINIZ/YOXSA SOZUN ZAHIRINE UYUB BELE (HEQIQETDEN UZAQ SEYLERI)DEYIRSINIZ?XEYIR,KAFIRLERE OZ HIYLELERI,IFTIRALARI(ALLAHA QARSI UYDURUB DUZELTDIKLERI YALANLAR)GOZEL GORUNDU VE ONLAR HAQQ YOLDAN UZ DONDERDILER.ESLINDE ,ALLAHIN DOGRU YOLDAN CIXARDTIGI ADAMA YOL GOSTEREN OLMAZ.


 
XEDICE73Tarix: Cümə, 22.08.2008, 17:15 | Yazı # 3
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
BIZ HER UMMETE ; ALLAHA IBADET EDIN ,TAQUTDAN CEKININ ! -DEYE PEYQAMBER QONDERMISDIK. (EN- NEHL, 36)

Добавлено (22.08.2008, 17:15)
---------------------------------------------
DINDE HEDDINI ASMAQDAN CEKININ ! SIZDEN EVVELKILERI DINDE HEDDI ASMAQ HELAK ETDI!


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
suliTarix: Cümə, 22.08.2008, 23:16 | Yazı # 4
Qrup: Удаленные





Pirler ve Ziyaretgahlara sadece ziyaret meqsedi ile gedilir onlara dua etmek meqsedi ile deyil.
 
SelefTarix: Şənbə, 23.08.2008, 00:35 | Yazı # 5
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
suli,salamun aleykum , amma mən çox təsüf edirəm ki hal hazirda vəziyyət siz dediyiniz kimi deyil

Allah Təalə deyir: "Onlar ölüdülər, diri deyillər və (insanların, bütün məxluqatın) nə vaxt diriləcəklərini də bilməzlər". (ən-Nəhl, 21). Ölülərin ayaq səsindən başqa səslər eşitikləri barədə nə Quranda, nə də ki, sünnədə dəlil var. Bərzəx həyatı qeybdir və qeybə mömin girişməz. Çünki bu Allahın heç kimə vermədiyi elmdir. Necə ki, Allah deyir: "Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər..." (Fatir, 35/14)




(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
ProgrammerTarix: Bazar, 24.08.2008, 15:40 | Yazı # 6
Qrup: İdarəçilər
Yazı: 34
Reputasiya: 3
Status: Saytda deyil
suli, zəhmət olmasa kiçik hərflərlə yazın.

Quote (suli)
Pirler ve Ziyaretgahlara sadece ziyaret meqsedi ile gedilir onlara dua etmek meqsedi ile deyil.

Ora gedənlər ancaq dua etmək üçün gedirlər. Ora başqa nə məqsədlə getmək olar?


 
SelefTarix: Çərşənbə axşamı, 26.08.2008, 02:47 | Yazı # 7
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
“Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər”. (Yunus, 62-63).

Onlar elə kəslərdirlər ki, Allaha və rəsuluna itaət edirlər, Onun qəzəbinə gəlməkdən, Onu qəzəbləndirməkdən qorxurlar, Allahın haqqını (İbadəti yalnız ona etmək) verirlər, Allah təalanın qadağan etdiyi şeylərdən çəkinirlər. Məhz onlar Allahın dostlarıdırlar. Allah təala onları bu ayədə xatırladır:“Allahın dostları (övliyaları) yalnız Allahdan qorxub pis əməllərdən çəkinənlərdir”. (Ənfəl, 34)

Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələri nəbilərdən sonra insanların Allahdan ən çox qorxanları olmasına baxmayaraq, onların əksəriyyətindən bu gün insanların kəramət adına yalandan uydurduqları xurafatlar meydana çıxmamışdır, halbuki onlar insanlar içərisində Allaha iman, təqva, Allahı və dinini tanımaq baxımından ən güclüləri idi.

Allah subhanahu və təala buyurur: “(Mələklər), Ondan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər. (Allah) onların öndəkilərini də, (nə etdiklərini və nə edəcəklərini də) bilir. Onlar yalnız Allahın razı olduğu (izn verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar”. (Ənbiya, 29).

Heç kəsin rəsullara, mələklərə, övliyalara və başqalarına ibadət etməsi caiz deyildir. Allahdan başqasına qurban kəsmək, xəstəlikdən şəfa tapmaq üçün onlardan şəfa istəmək, düşmənlərə qarşı yardım istəmək və s. digər ibadət növlərini Allahdan başqasına aid etmək Allah təalanın Qurani Kərimdə buyurduğu ayəsinə görə haramdır. Allah təala buyurur: “(Şübhəsiz ki,) bütün məscidlər Allaha məxsusdur, Allahdan başqa heç kəsə ibadət (dua) etməyin”. (Cin, 18).

Həmçinin Allah təala buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi buyurmuşdur. (İsra, 23).
Digər ayədə buyurur: “Halbuki onlara əmr edilmişdir ki, Allaha dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək ibadət etsinlər” (Bəyyinə, 5).

Bu mənada ayələr Qurani Kərimdə çoxdur.
Həmçinin övliyaların qəbirləri ətrafında tavaf etmək (fırlanmaq) də haramdır. Çünki tavaf yalnız Allahın evinin Şərəfli Kəbənin ətrafında edilmək üçündür. Digərlərinin ətrafında etmək haramdır. Kim qəbrin ətrafında qəbir sahibinə yaxınlaşmaq üçün tavaf edərsə, namaz, qurban, istiğasə (kömək istəmək) ibadətlərində olduğu kimi artıq Allaha şirk qoşmuş olur. Allah təala buyurur:
“De: Mənim namazım da, qurbanım (ibadətim) da, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam”. (Ənam, 162)
Lakin sağ, mövcud (qeybdə olmayan) insandan qadir olduğu şeydə kömək istəmək şirk deyildir. Əksinə bu caizdir. Allah təala buyurur: “Musanın adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi”. (Qasas, 28-15).



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
ProgrammerTarix: Çərşənbə axşamı, 26.08.2008, 05:03 | Yazı # 8
Qrup: İdarəçilər
Yazı: 34
Reputasiya: 3
Status: Saytda deyil
Can əxi cann. Çox sağol. Allah razı olsun..

 
SelefTarix: Şənbə, 30.08.2008, 22:16 | Yazı # 9
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Allah təalanın ümumi sözündə: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun”. (Maidə, 2). Həmçinin Rəsulullah sallallahu aleyhi və səlləm buyurur: “Qul qardaşına (müsəlman) kömək etdiyi müddətcə Allah da onun köməyindədir”. (Səhih Buxari, 2699). Bu mənada ayə və hədislər çoxdur. Bu məsələdə müsəlmanlar arasında icma vardır. Müvəffəqiyyət Allahdandır. Həmçinin kömək qeyrilərindən deyil (mələklər , rəsullar, övliyalar, seyyidlər , qəbir sahibləri və s.) yalnız Allahdandır. Buna dəlil Qurani Kərim, Allahın sözüdür: “Kömək ancaq yenilməz qüvvət, hikmət sahibi olan Allahdandır”. (Ali İmran, 126). Həmçinin Allah təala buyurur: “Əgər Allah sizə yardım edərsə,heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər?” (Ali İmran, 160) Qurani Kərimin ayələrindən göründüyü kimi Allah təala insanları yalnız Ona ibadət etmək üçün yaratmış, rəsulları və kitabları bunu bəyan etmək üçün göndərmişdir. Allah təala buyurur: (Zariyat, 56) Bu mənada ayələr və hədislər çoxdur. ---------------------------------------------------------------------------

Şübhəsiz ki, dua ibadətin ən mühüm növlərindəndir. Allah təala bunu vacib etmiş və ixlasla (yalnız ona) dua etməyi əmr etmişdir: “(Şübhəsiz ki,) bütün məscidlər Allaha məxsusdur, Allahdan başqa heç kəsə ibadət (dua) etməyin”. (Cin, 18). Bu bütün məxluqata peyğəmbərlərə, övliyalara, seyyidlərə və digərlərinə də aiddir. Allah təala buyurur: “Allahdan başqa sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə (ilaha (ibadət olunan, bütlərə) ibadə etmə”. (Yunus, 106). Məlumdur ki, Allah təala peyğəmbərimiz Muhəmmədi sallallahu aleyhi və səlləm artıq şirkdən qorumuşdur və ayədən məqsəd digərlərini bu əməllərdən çəkindirməkdir. Sonra Allah təala ayənin ardınca peyğəmbərə müraciət edərək buyurur: “Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan” -deyə buyurmuşdur.

Əgər Adəm övladının Seyyidi Peyğəmbər sallallahu aleyhi və səlləm Allahdan başqasına dua etdiyi təqdirdə Allah təala onu zalım adlandırırsa, o halda başqası necə!!! Zülm isə şirk sayılır. Allah təala buyurur: “Doğurdan da Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır)”. (Loğman, 13). Bu və digər ayələrdən məlum olur ki, Allahdan başqasına mələklərə, peyğəmbərlərə, seyyidlərə, övliyalara, ölülərə, ağaclara, bütlərə və digərlərinə dua etmək Allaha şərik qoşmaqdır. Bu isə Allah təalanın qulları Özünə ibadət etmək üçün yaratdığı məqsədə qarşıdır. Lə iləhə illəllahın mənası-Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur deməkdir. Lə iləhə-deyərkən insan Allahdan başqa bütün ibadətləri inkar edir və illəllah (yalnız Allaha) deyərkən isə ibadətlərin yalnız Allah üçün olduğunu təsdiq edir. Allah təala buyurur: “Bu belədir. Çünki Allah haqq, (müşriklərin) Ondan başqa ibadət etdikləri (bütün ilahlar) isə batildir”. (Həcc, 62). Başqa ayədə buyurur: “(Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: Əgər Allaha şərik qoşsan, bütün əməllərin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan! Xeyir, yalnız Allaha ibadət et və Onun (nemətlərinə) şükr edənlərdən ol.” (Zumər, 65-66)




(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
SelefTarix: Çərşənbə axşamı, 02.09.2008, 02:48 | Yazı # 10
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
«Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus
edərək, digər bütün dinlərdən islama dönərək – ibadət etsinlər, namaz qılıb,
zəkat versinlər. Doğru-düzgün din budur» («əl-Bəyyinə» surəsi, 5).



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
Ema777Tarix: Bazar, 07.09.2008, 14:14 | Yazı # 11
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
Bismillahir Rehmanir Rehim.
SUAL:"Azerbaycanda seyid varmi ?"
Azerbaycanda bir chox ziyaretgahlar var. Choxlari xalq arasinda diller ezberi olan seyidlerin adinadir. Bu barede ne deye bilersiniz ?
2-ci sualim: SEYID ve AGIR SEYID terminlerindeki ferq nededir ?
CAVAB: Əs-sələmu aleykum.
1. Nəinki Azərbaycanda, hətta bütün dünyada bir çox saleh insanların qəbirləri vardır ki, ora ziyarət olunur. Lakin bu cür ziyarətin doğru olub-olmaması barəsində müsəlmanlar əksəriyyəti xəbərsizdirlər. Odur ki, qısa da olsa bu ziyarətgahlar barəsində bildiklərimizi sizə çatdırmaq istəyirik.

İslam dininə görə yalnız üç yeri ziyarət etmək üçün səfərə çıxmaq olar. Əgər hər hansı bir şəxs bir qəbri ziyarət etmək üçün səfərə hazırlaşırsa, bu cür səfər qadağandır. Bu barədə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Üç məsciddən başqa heç bir yeri ziyarət etməyə hazırlaşmayın. Mənim bu məscidim, Məscidülhəram və Məscidüləqsa.” (Bu hədisi Buxari, Muslim, Əbu Davud, Nəsai və bir çox hədis alimləri rəvayət etmişlər).

Bu hədisə əsasən hər hansı bir yeri ziyarət etmək üçün səfərə çıxmaq olmaz.

Həmçinin onu da deyə bilərik ki, bu cür qəbirlərin yanında Allaha şirk qoşmaqdan başqa heç bir əməl edilmir. Bu cür qəbirləri ziyarət edən insanlar həmin ölülərdən xəstəyə şəfa verməsini istəyirlər. Halbuku, qəbirdə olan həmin şəxs sağlığında ikən özü xəstələndikdə Allahdan şəfa istəyərdi. Həmçinin onlardan övlad, ruzi, çətin vəziyyətə düşdükdə yardım və bu kimi şeylər istəyirlər. Habelə onlar üçün qurbanlar kəsirlər. Elə bu əməllərin hamısı onları Allaha şərik qoşmaq deməkdir. Bizə də məlumdur ki, uca Allah şirki əsla bağışlamaz.

Bu xüsusda uca Allah buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (ən-Nisa surəsi 48-ci ayə).

Uca Allah Fatihə surəsi 5-ci ayədə belə buyurur: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” Bu ayəni deyən şəxs ona əməl də etməlidir. Yəni həmin şəxs yalnız Allaha ibadət etməli və yalnız ondan yardım diləməlidir. Uca Allah bu ayə vasitəsi ilə sanki öz bəndələrinə bu iki əməli, yalnız ona ibadət etməyi və yalnız ondan yardım diləməyi əmr edir.

Başqa bir ayədə isə belə buyurur: “Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz...” (Yunus surəsi 107-ci ayə). Bu ayədən öncəki ayədə isə uca Allah belə buyurur: “Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə dua etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!...” (Yunus surəsi 106-cı ayə). Bu ayələr onu göstərir ki, yalnız dua edib Allahdan istəmək lazımdır.

Uca Allah digər ayədə də belə buyurur: “Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara tanrı deməklə) yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!” (əl-Ənkəbut surəsi 17-ci ayə).

Uca Allah “Fatir” surəsinin 13, 14-cü ayələrində belə buyurur: “...Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər. Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar...”

Uca Allah ölülər barəsində başqa bir ayədə də belə buyurur: “Kor ilə görən eyni olaz. Zülmətlə nur da (eyni deyildir)! Kölgə (sərin) ilə isti (eyni olmaz). Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!” (Fatir surəsi 19; 20; 21; 22-ci ayələr). Bu ayə də onu göstərir ki, hətta Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) qəbrlərdə olanlara eşitdirə bilmir.

Bəzi insanlara deyildikdə ki, “qəbrlərə ibadət etməyin, omlardan heç nə diləməyin” onlar belə cavab verirlər. Biz onlara ibadət etmirik. Biz yalnız onlar vasitəsi ilə Allaha yaxınlaşırıq ki, Allah onların vasitəsi ilə bizim əməllərimizi qəbul etsin. Lakin həmin insanlar düşünmürlər ki, elə bu əməlin özü o vaxtkı müşriklərin əməlləridir. Onlara da Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) “Bütlərə ibadət etməyin” - dedikdə belə cavab verdilər. Biz onlar vasitəsi ilə Allaha yaxınlaşırıq. Elə bu əməllərinə görə uca Allah onları müşrik adlandırdı.

Uca Allah buyurur: “Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!” (əz-Zumər surəsi 3-cü ayə). Bu da onu göstərir ki, onların etdikləri əməl şirkdir.
Allah bizi şirkdən qorusun! Amin!!!
2. İslam dinində seyid və ya ağır seyid adlı bir termin yoxdur.

Добавлено (07.09.2008, 14:14)
---------------------------------------------
Qebrlere ibadet

Olen ovlialarin ehtiajlari temin etdiyine, sixintilari aradan qaldirdigina inanmaq, onlardan komek ve imdad dilemek.
Allah Taala Quranda bele buyurur:
"Rebbin yalniz Ona ibadet etmei buyurmusdur..."
(Quran, al_Isra, 23)
Peygemberlerin yaxud saleh adamlarin qebrlerine shefaet, cetinliklerden qurtarmaq meqsedile dua etmek bouk shirkdir. Allah Taala bela buyurur Quranda:
". (Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?
(Quran, an_Naml, 62)
Bezi adamlar duranda, oturanda, ayagi neyese ilisende, 1 cetinlikle qarsilasanda, basina 1 musibet gelende her hansisa 1 sheyxin, ovlianin, saleh insanin adini cekmei verdis halina getirir. Biri "Ya Mohammad", basqasi "ya Ali", digeri "Allah, Mohammad, ya Ali", daha da basqasi "Ya Huseysn"ve s. deir. Uja Allah bu barede buyurur:
"Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (bu bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər.
(Quran, al_Araf, 194)
Qebrlere ibadat edenlerden bezileri onlarin etrafinda firlanir, kunjlerinde dayanib salam verir, ellerini qebre, demire, dasa, toz-torpaga surtb, uz-gozlerine, agrayan yerlerine surterek, shefa tapajaqlarina inanirlar. Qebrlerin qarsisinda durub bounlarini bukub sakit dayanaraq, ozlerini alcaldirlar.Bir xestenin shefa tapmasi, usaqlarinin olmasi ya da 1 isin asanliqla hell edilmesi ucun arzu ve isteklerini bildirir, hetta qebrdekine bele de seslenirler:"Ey filankes! Senin yanina cox uzaq yerden gelmisem. Umidlerimi bosa cixarma!"
Allah Subhanahu wa Taala bele buyurur:
"Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər!
(Quran, al_Ahqaf, 5)
Rasool(s):
"Allahdan basqasina Allaha sherik qosaraq, dua eden ve olen adam Jehenneme girer"
Bukhari
Bezileri qebrlerin yaninda saclarini kesdirir, digerleri her hansisa pirin, ojagin, turbenin yaninda hansi"ibadetleri" yerine yetirmek barede kitablar gezdirir, alir, satirlar. ele insanlar da var ki, ovlia insanlarin zerer ve ya xeir getirejeklerine inanirlar. Allah ise Quranda bele buyurur:
"Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz.
(Quran, Yunus, 107)

...Qebrdekilere isiq ve sham yandirmagi nezir deyenlerin etdiyi kimi Allahdan basqasina nezir etmek de bouk shirkdir. Allahdan basqasia qurban kesmek ise bouk shirkin basqa novudur. Allah Taala bela buyurur:
"Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!
(Quran, Kawsar, 2)
Yeni Allah ucun Allahin adi ile qurban kes!
Allah Rasoolu- səllallahu aleyhi və səlləm -bela buyurur:"Allahdan basqasi ucun qurban kesene Allah lenet etsin!"
Muslim, 1978
Bezen qurban keserken 2 haram is birden olur:
1. Allhdan basqasi ucun qurban kesmek;
2. Allahdan basqasinin adini cekerek qurban kesmek.
Her ikisi de kesilen heyvanin etinin yeilmesine mane olan meselelerdir. Jahiliyya dovrunde kesilen ve gunumuzde de genis yailmis qurban kesmein novlerinden biri de "jinler ucun" kesilen qurbanlardir. Adamlar jahiliyye dovrunde ev aldiqlari, tikdikleri ve quyu qazdiqlari vaxt, yaxud jinlerin eziyyet vermelerinden qorxduqlari ucun heyetde onlara qurban keserdiler. (Teysirul-Ezizil-Hemid, seh.158)
Bouk shirkin en genis yailmis numunelerinden biri de Allahin haram saydigini halal, halal saydigini da haram saymaqdir. Ya da Allahdan basqasinin da bu haqqa sahib olduguna inanmaqdir. Jahiliyya qanunlarina ve mehkemelerine isteyerek, konulrazilifi ile halal qebul edib jaiz olduguna inananraq, hokm vermek ucun murajiat etmekdir. Allah Taala bu bouk kufru Qurani Kerimde bele bildirir:
"Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər.
(Quran, Towba, 31)
Adiy bin Xaim Allah Rasoolunun (s) bu ayeni oxudugunu gorub bele dedi:"Onlar din adamlarina ibade etmirdiler".Rasool(s) ise ona bela jawab verdi:"Anjaq Allahin haram etdiyini onlara halal edir, onla da bunu halal qabuledirdiler.Allahin halal saydigini onlara haram edir, onlar a bunu haram kimi qabul edirdiler. Bu onlarin din adamlaria ibadetleridir."
Albani, Gayat-ul-Maram, seh.19, hasan hadis
Allah Taala musriklari "Allah wa Rasoolunun haram etdiyini haram saymayan ve haqq dini ozlerina din qebul etmeyen adamlar olaraq, tanidaraq, Quranda bela buyurur:
"De: "Allahın sizə ruzi olaraq (göydən) nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?" De: "(Bunu deməyə) Allah Özü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?"
(Quran, Yunus, 59)


 
LANDMARKTarix: Çərşənbə, 22.10.2008, 16:02 | Yazı # 12
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 0
Status: Saytda deyil
Qəbirləri ziyarət edin, bu, sizə axirəti (o biri dünyanı) xatırladar.[1]Ibn Mace (cenaiz-47)
Qəbir və türbələri ziyarət edərkən İslamın əsl məğzi, eləcə də tövhid (tək allahlılıq) anlayışı ilə ziddiyyət təşkil edən, etiqad baxımından zərərli olan davranış və tutumlardan uzaq durmaq lazımdır. Çünki dinimizdə qəbirlərin ziyarət edilməsiylə əlaqədar bəzi prinsiplər var. Bu prinsiplərə əsasən qəbir ziyarəti məsələsində aşağıdakı hallara qətiyyən yol verməmək lazımdır:
1 – Türbələrdəki ölüləri fövqəlbəşər varlıqlar hesab etmək və onlar haqqında: “Bu şəxslər Allahın sevimli bəndələridir. Allah onların sözünü qəbul edər və xətirlərinə dəyməz”, - deyib onları Allahla özləri arasında vasitəçi etməyə çalışmaq;
2 – Qəbir üstünə getməyi dini bir borc kimi qəbul etmək;
3 – Qəbirlərə əski parçası və qatma bağlamaq, orada şam, çıraq və sairə yandırmaq;
4 – Türbə, pir və qəbirlərdə yatan ölülərə nəzir etmək;
5 – Belə yerlərdə qurban kəsmək;
6 – Konfet, şəkər, noğul, nabat və bunlara oxşar şeylər paylayıb kömək diləmək;
7 – Qəbir üstündə ucadan ağlayıb səs-küy salmaq;
8 – Qəbirlərin ətrafındakı dəmir və daşları öpmək, onları qucaqlayıb ağlamaq.
Belə şeylər tövhid dini olan İslamın hökmlərinə heç cür uyğun gəlməyən şeylərdir. Ölülərdən nəsə ummaq və onlardan bir şey gözləmək şirk, başqa sözlə, Allaha şərik qoşmaqdır. Şirk isə Allah Təalanın heç vaxt bağışlamayacağını bildirdiyi yeganə günahdır. Qurani-Kərimdə bu barədə belə deyilir:
Allah Ona şərik qoşulmasını əsla bağışlamaz, onun xaricindəkiləri (günahları) istədiyi şəxs üçün bağışlayar. Kim Allaha şərik qoşsa, doğru yoldan tamamilə çıxar (Nisa, 4/116).
Qəbir üstünə gedib ölüləri ziyarət edən insan axirəti yada salmalı, dünyanın müvəqqəti olduğunu və bir gün özünün də öləcəyini fikirləşməlidir. Qəbrin yanına gələndə: “Ey möminlər yurdunun sakinləri! Sizə salam olsun! İnşallah biz də sizin cərgənizə qoşulacağıq. Allah bizdən və sizdən ölmüş və ölməmiş olanlara rəhmət etsin. Allahdan bizə və sizə mərhəmət diləyirik. Ey Allahım! Bunlara rəhmət et, bağışla onları. Onları Cəhənnəm əzabından qoru və Cənnətinə qoy”, - deyib dua etmək də olar.
Sual: Bəzi insanlar türbə və pirləri ziyarət etdikləri vaxt şüursuz olaraq dua edib orada yatan ölülərdən bəzi problemləri, yaxud da arzu etdiyi şeylər üçün kömək istəyir. Qəbirlərdəki ölülərdən kömək istəmək düzgündür?
Cavab: İnsanlar həmişə ən çox dua və ibadət məsələsində yanılıblar. Böyük hesab etdikləri şəxslərin və ölülərin ruhaniyyətinə sığınıb onlardan müxtəlif məsələlərdə kömək istəyiblər. Qurani-Kərim diqqətlə mütaliə edilsə, bütün peyğəmbərlərin bu barədə öz ümmətlərinə xəbərdarlıq etdiklərini də görmək olar. Bizə qıldığımız namazların bütün rükətlərində Fatihə surəsini oxumağımız əmr edilmiş və gündə 40 dəfə: “Ancaq sənə ibadət edir və səndən kömək istəyirik (Fatihə, 1/5)” ayəsi təkrar etdirilməklə Allahdan başqa heç kimdən və heç nədən kömək istəməmək məsələsi öz zehnimizdə canlı saxlanılmışdır. Bizim hava, su və yeməyə hiss etdiyimiz ehtiyac maddi həyatımızın canlılığını davam etdirmək üçün necə lazımdırsa, Allahdan başqa heç kim və heç nəyə ibadət edilməməsi və Ondan başqa bir varlıqdan kömək istənməməsinin eynilə hava, su və qida kimi daima təkrar edilməsi öz mənəvi həyatımızı canlı saxlamaq üçün lazımdır.
Allah Təala Quranın bir çox ayəsində müşriklərin xüsusiyyətlərini sadalarkən onların Allahdan başqasına dua etdiklərini (Nisa, 4/117; Ənam, 6/40, 41, 56, 71, 108; Əraf, 7/37, 194, 195, 197; Yunus, 10/38, 66, 106; Hud, 11/101; Rəd, 13/14; Nəhl, 16/20, 86; İsra, 17/56, 57, 67; Kəhf, 18/14; Məryəm, 19/48; Həcc, 22/12, 13, 62, 73; Muminun, 23/117; Furqan, 25/68; Şuəra, 26/213; Qəsəs, 28/64, 88; Ənkəbut, 29/42; Loğman, 31/30; Səbə, 34/22; Fatir, 35/13, 14, 40; Səffat, 37/125; Zumər, 39/38; Mumin, 40/20, 66; Fussilət 41/48; Zuxruf, 43/86; Əhqaf, 46/4, 5; Cinn, 72/18 (ümumilikdə 26 surədə 47 ayə) vurğulamış və Muhəmməd peyğəmbərə verdiyi bir əmrdə belə buyurmuşdur:
De ki, əgər duanız olmasa, Rəbbimin nəzərində nə əhəmiyyətiniz olar (Furqan, 25/77)


İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər). Enbiya-1
 
semaTarix: Bazar, 04.01.2009, 03:09 | Yazı # 13
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 0
Status: Saytda deyil
Rasullah (sav) şöyle dediler.Allah yehudilere ve hiristiyanlara lanet etsin.Peygamberlerinin kabirlerini mescide çevirdiler." (Ebu Davud`un dışındaki bir rivayette Hz. Aişe`den şu ziyadeye yer verilmiştir: "Eğer bu (endişe) olmasaydı, (Resulullah`ın) kabri açıkta bulundurulacaktı. Ancak mescid ittihaz edilmesinden korkuldu.")

 
Muselman_313Tarix: Bazar ertəsi, 11.05.2009, 18:58 | Yazı # 14
Qrup: İstifadəçi
Yazı: 3
Reputasiya: 0
Status: Saytda deyil
Salam pirlerevesileqerar vermek ucungedilir ordan istemeye yox
 
medineTarix: Bazar ertəsi, 11.05.2009, 19:11 | Yazı # 15
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Muselman_313, sän deyirsän biz pirdän istämirik pirdäkinin vasitäsiilä istäyirik ikisidä eynidir siz pilärdän kömäk istämäk mägsadi ilä gedirsiz ." mömünlär baslarina bir müsübät gäldiyi zaman NAMAZLA ALLAHDAN yardim istäsinlär vä sabr etsinlär " ALLAHDAN ISTÄYIN ALLAHA VASITÄ GOSMAYIN BU BARADA SAYTDA GARDAS VÄ BACILAR ÄTRAFLI YAZIBLAR OXU GÖRÄCÄKSÄN

ALLAH bizləri haqq yoldan çıxartmasın!

Yazını medine - Bazar ertəsi, 11.05.2009, 22:01
 
SelefTarix: Çərşənbə axşamı, 12.05.2009, 03:20 | Yazı # 16
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Quote (Muselman_313)
Salam pirlerevesileqerar vermek ucungedilir ordan istemeye yox

ALLAHA pire getmeden dua etsen qebul olmaz ?



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
medineTarix: Şənbə, 16.05.2009, 04:10 | Yazı # 17
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Selef, cox gözäl sual verdin happy Muselman_313 dan bunun cavabini gözläyiräm cool

ALLAH bizləri haqq yoldan çıxartmasın!

Yazını medine - Şənbə, 16.05.2009, 04:11
 
Ehli_muslimTarix: Cümə, 14.12.2012, 02:10 | Yazı # 18
Qrup: İstifadəçi
Yazı: 16
Reputasiya: 0
Status: Saytda deyil
"Qumsal təpələr" surəsi, 35 ayə,
Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

1. Ha. Mim.

2. Bu Kitab Qüdrətli, Müdrik Allah tərəfindən nazil edilmişdir.

3. Biz göyləri, yeri və onların arasında olanları ancaq bir həqiqət kimi və məlum bir zaman kəsimi üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər.

4. De: "Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin".

5. Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki o bütlər onların yalvarışından xəbərsizdirlər.

6. İnsanlar bir yerə toplanılacaqları zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər.

7. Ayələrimiz onlara aydın şəkildə oxunarkən, artıq həqiqətin gəldiyini görüb onu inkar edən kafirlər: "Bu, açıq bir sehrdir!"– deyirlər.

8. Yaxud: "Bunu özündən uydurmuşdur!" – deyirlər. De: "Əgər mən onu uydurmuşamsa, siz məni Allahdan gələn heç bir cəzadan xilas edə bilməzsiniz. O sizin Quran haqqındakı söz-söhbətlərinizi daha yaxşı bilir. Mənimlə sizin aranızda Şahid kimi Allah yetər. O, Bağışlayandır, Rəhmlidir"
 
Ehli_muslimTarix: Cümə, 14.12.2012, 02:15 | Yazı # 19
Qrup: İstifadəçi
Yazı: 16
Reputasiya: 0
Status: Saytda deyil
Muselman_313 -Salam pirlerevesileqerar vermek ucungedilir ordan istemeye yox-))) CAVAB;; UCA REBB buyrur"" 1. Bu Kitab Qüdrətli və Müdrik Allahdan nazil edilmişdir.

2. Biz Kitabı sənə bir həqiqət kimi nazil etmişik. Sən də, dinin yalnız Allaha məxsus olduğuna iman gətirərək, Ona ibadət et!

3. Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: "Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik"– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz."" Ez_Zumer suresi


Yazını Ehli_muslim - Cümə, 14.12.2012, 02:16
 
Forum » İslam » Zəlalət əhlinə cavab » PİRLƏR (batil və islamda olmayan əməl və inanclar)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru