[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Müxtəlif məsələlər » Dilin toretdiyi belalar.
Dilin toretdiyi belalar.
XEDICE73Tarix: Çərşənbə, 27.05.2009, 11:57 | Yazı # 1
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Dilin bizə gətirdiyi ən böyük və bizim də ən çox ehtiyat etməli olduğumuz günahlardan biri də qeybətdir. Qeybət müasir dövrümüzdə demək olar ki, az qala qaçılmaz olan və həddindən çox yayılmış günahlardan biridir. Bu pis əməlin hüdudları o qədər genişlənib ki, hətta istəməsək belə bəzən qeybətin şahidi olmuş oluruq. Artıq bəzilərində vərdiş halını almış bu əməldən yaxa qurtarmağı təəssüf ki, çox az insan bacarır. Qeybət böyük günahlardan hesab olunur. Bütün günahlar, bir qayda olaraq, yayıldığı yerdə və cənginə aldığı insanlar arasında...

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Çərşənbə, 27.05.2009, 22:55 | Yazı # 2
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Huzeyfe (r.a) Räsulullahin (s.ä.s) belä buyurdugunu rävayät edir:" Söz gäzdirän adam cännätä girä bilmäyäcäk" (Sähihi-Buxari, Kitabul Ädäb)
Äbu Hureyrä (r.a) Räsulullahin (s.a.s) belä buyurdugunu rävayät edir:" Insanlarin än särlisi, bir grup insanin yanina bir üzlä, basga bir grup insanlarin yanina isä basga üzlä gälän ikiüzlülärdir"
(Sahihi BUXARI KITABUL :ÄDÄB )

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Cümə, 29.05.2009, 20:21 | Yazı # 3
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Insanin en cox bashina gelen bela ve günahlar dilden bashlayir. Bele ki ,o söz ki,senin agzindan cixir,o senin deyil artiq,fikrini sonradan deyishsen bele.Odur ki ,insan bir söz danishmamishdan qabaq ,evvel fikirleshmeli,nece deyerler yüz ölcüb bir bicmeli sonra da meslehetdirse danishmalidi,meslehet deyilse sussa daha yaxshidi.Her gün insanin bütün ezalari dile yalvararaq deyirler ki, ay dil danishanda ele danish ki ,qiyamet günü sene göre biz cehennem ateshinde ezab eziyyet cekmeyek.Dilin töretdiyi belalar xüsusen de ,indiki dövrde daha coxdu.Kimese söz verirsen yerine yetirmirsen ,yalandan shahiddik verirsen,kimese böhtan atmaq,qeybet etmek,bütün bu kimi ishler dilin ücbatindan bash verir. Calishmaq lazimdi ki,söz danishanda ya qiymetli söz danishaq, ya da susmaq daha meslehetdi.Allahdan dua edek ki,dilimiz ücbatindan qiyamet günü ,ezab cekenlerden olmayaq inshalla!.Allahu Teala bizleri hikmetli söz danishanlardan qerar versin inshallah!

ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Cümə, 29.05.2009, 23:44 | Yazı # 4
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Ebu Hureyre´den (R:A) rivayet edildigine görä Peygämbärimiz (S:A:S) buyuruyor ki;"Allaha vä ahiret gününä inanan kimse ya yararli söz söylesin ,ya da sussun" (Buhari-Müslim hädis 1513 Riyazüs Salihin)

Ebu Musa(R:A) der ki, Peygämbärimize(S:A:S) "Ya Räsulullah, en faziletli müsülman kimdir? diye sordum. Peygämbärmiz(S:A:S) "müsülmanlarin dilinden ve elinden zarar görmedigi kimsedir" buyurdu.(Buxari-Müslim hädis 1514 Riyazüs Salihin)

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Çərşənbə axşamı, 23.06.2009, 14:30 | Yazı # 5
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Dil insanın hiss etdiklərini və düşündüklərini ifadə etmək üçün istifadə olunan bir vasitədir. Rəsulullahın (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurduğu kimi, bəzən dil xeyirli və faydalı olur: “Allah o kəsə rəhm eləsin ki, ya xeyirli bir söz söyləyərək qazanar, ya da susaraq salamat qalar”. Digər bir hədisə görə isə bəzən də zərər verən və pislik gətirən şərə vəsilə olur: “Insanlar yalnız dillərinin səmərəsinə görə oda üzü üstə atılacaqlar”.

Dilin müsəlman fərdinə göstərdiyi təsir barədə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Müsəlman o kəsdir ki, insanlar onun əlindən və dilindən salamat olsunlar. Mühacir o kəsdir ki, Allahın qadağasından hicrət edər”. Başqa bir hədisdə isə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: “Özünə aid olmayan məsələləri tərk etmək müsəlmanın gözəl İslamından xəbər verir”.
Allah taala insanlara danışarkən xoş söhbət seçməyi əmr etmişdir: “İnsanlarla xoş danışın!” (əl-Bəqərə, 83) Bəziləri ayədəki sözün doğru danışmaq, bəziləri isə danışıqda davranışda, münasibətlərdə xoş, mülayim olmaq anlamına gəldiyini qeyd etmişlər.
Allah taala buyurur:
“Bəndələrimə de ki, gözəl sözlər söyləsinlər! Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!” (əl-İsra, 53)
İbn Kəsir (Allah ona rəhmət eləsin) ayə barəsində bunları deyir: “Allah təbərək və taala öz qulu və rəsuluna əmr edir ki, mömin qullarına yalnız xoş sözlər və gözəl söhbətlər danışmağı əmr etsin. Əks təqdirdə şeytan onların arasına nifaq və çaxnaşma salar, bu da onları əməli münaqişəyə və düşmənçiliyə sövq edər. Şeytan Adəmdən bəri insanın açıq-aşkar düşmənidir. Buna görə də peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) müsəlmanın öz müsəlman qardaşına silah çıxartmasını qadağan etmişdir. Ola bilsin ki, şeytan ona əlindəki silahı hədəfə çatmasına sövq edər”.
Allah taala insanlara doğru danışmağı əmr edərək buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! Əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar”. (əl-Əhzab, 70-71) Uca Allah doğruluq və düzginlüyün nəticəsi kimi insanların əməllərinin islah olunmasını və günahlarının bağışlanmasını qeyd edir.
Məlumdur ki, əgər dil doğru danışan olsa, bu insanın əməllərində də öz əksini tapacaq, yəni insan doğru və xeyirxah olacaq. Yox əgər dil yalana, böhtana və boş sözlərə meyl edəcəksə, insan yalançı və günahkar olacaq, əməlləri də fəsadlı olacaq. Ona görə də Allah taala gözəl və doğru söhbətə görə mükafat, yalan və xəbis söhbətə görə isə cəza vəd edir. Uca Allah Quranda bildirir ki, insan bütün əzalarına görə hesaba çəkiləcək: “Bilmədiyin bir şeyin ardınca getmə! Çünki qulaq, göz və ürək – bunların hamısı sorğu-sual olunacaqdır” (əl-İsra, 36) Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, Kim Allaha və axirət gününə inanırsa, ya xeyirli bir söz söyləsin, ya da sussun!”

Əlavə keçidlər

ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Çərşənbə axşamı, 23.06.2009, 15:14 | Yazı # 6
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Qeybətin yayılmış olduğu sosial qruplar və insanlar arasında onun təsirini demək olar ki, hamı hiss edir və onun acı nəticələrini yaşayır. Həmçinin qeybət insanın qazandığı savabları dəmir pasını tökdüyü kimi tökür. Qeybət edənin məsəli bir adamın yığdığı pulları səpələyib dağıtmasına bənzəyir. Qeybət, Allahın rəhm etdiyi kəslər istisna olmaqla, insanların savablarını bu cür aparır. Uca Allah buyurur:

"Onlar həm öz (günah) yüklərini və həm də onlarla yanaşı neçə-neçə yükləri daşıyacaqlar". (əl-Ənkəbut surəsi, 13)

Yaxşı bəs qeybət nədir? Hansı fikirlər qeybət hesab oluna bilər? Əziz oxucu, gəlin İslam dini prizmasından bu sualların cavablarına nəzər yetirək.

Qeybət; bir və ya bir neçə şəxsin müsəlman qardaşının iştirakı olmadan onun haqqında xoşuna gəlmədiyi şeyləri danışmaqdır. Deyilən sözlərin insanın dininə, dünyasına, bədəninə, əxlaqına, həyat yoldaşına, uşağına, xadiməsinə və ya hərəkətlərinə aid olmasının heç bir fərqi yoxdur, əgər arxasınca danışılırsa, qeybət sayılır. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səhabələrindən: “Qeybət nədir?”– deyə soruşdu. Səhabələr: “Allah və Rəsulu daha yaxşı bilər”– deyə cavab verdilər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Qardaşınızın xoşuna gəlmədiyi şeyi onun arxasınca söyləməkdir”. Səhabələrdən biri: “Əgər söylədiklərim onda varsa, bəs necə?”– deyə soruşduqda Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Əgər söylədiklərin həqiqətən onda varsa qeybət etmiş, yoxdursa böhtan atmış olursan”. (Səhih Muslim, hədis 2589)

Bununla da Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizə bəyan edir ki, hər hansı bir müsəlmanın arxasınca onun xoşlamadığı şeyləri danışmaq qeybət sayılır. Deməli danışılan söhbətin qeybət olması üçün şərtlər bizə məlum oldu. Belə olan təqdirdə haqlı olaraq soruşula bilər ki, bəs sözlə deyilməyən, amma deyiləcək fikri (tələffüz etmədən) kiçik bir işarə ilə bildirmək, yəni, onunla müsəlmanın xoşlamadığı bir şeyi onun xəbəri olmadan kiməsə çatdırmaq – bu da qeybət sayılacaqmı? Cavab belədir ki, qeybət təkcə dillə yox, həmçinin hərəkət, işarə, yazı və ya qeybət edənin məqsədini çatdıran hər bir yolla ola biləcəyinə görə bəli, bu işarə və ona oxşar ünsiyyət forması da qeybət sayılacaqdır. Həsən əl-Basri (Allah ona rəhmət eləsin) buyurmuşdur: "İnsanın arxasında danışmaq üç növdür. Qeybət, böhtan və ifk. Qeybət; dediklərinin həqiqətən (danışdığın) şəxsdə olmasıdır. Böhtan; barəsində danışdığın adamda olmayan şeyi danışmaqdır. İfk (iftira) isə sənə çatan (yalanı) danışmaqdır".

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Çərşənbə, 24.06.2009, 02:29 | Yazı # 7
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Susmaq və dili qorumaq

[ Sayta qoyulub: 10:33 15.06.2007 ] : [ Oxunub: 436 dəfə ]
İnsana dilini qorumasını və batil sözlərdən çəkinməsini əmr etmək İslam şəriətinin kamilliyindəndir. Çünki dilin həcmi kiçik, təhlükəsi isə böyükdür. İslam, müsəlmana yalnız xeyir danışmağı əmr etmişdir. Danışmağa xeyirli sözü olmadıqda isə susmağı ona əmr etmişdir. Peyğəmbər (sav) buyurmuşdur:
"Kim Allaha və axirət gününə iman gətirirsə xeyir söyləsin və ya sussun"(Buxari: 10\ 445\ № 6018. Müslim: 1\ 68\ № 47)

Qurani Kərimdə deyilir ki, kim nə danışırsa onun əməl kitabına yazılır və qiyamət günü ona görə sorğu-sual olunacaqdır.
Allah taala buyurur:
"Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf: 18).
Bu İslam üslubu çox əzəmətli üslubdur. O, dilin böyük təhlükəsini nəzərə alaraq onu qorumağı əmr etmişdir. Çünki tarix boyu dil: ixtilaflar, qırğınlar, nifrət, qəzəb, müharibələr, qan axıtmaq və .s bu kimi - çox bəlalar gətirmişdir.
Ona görə də İslam şəriəti dili yersiz işlətməkdən çəkindirmişdir. Buna misal olaraq aşağıdakıları demək olar:
Yalan danışmağın qadağan edilməsi. Bu haqda sadiqlik haqda danışanda qeyd etmişdik.
Qeybətin qadağan edilməsi. Qeybət, qardaşının xoşlamadığı pis işləri başqalarının hüzurunda danışmaqdır. Qeybət, müsəlmanlar arasında olan mehribançılığa son qoyur və aralarına nifaq salır. Bu, qeybət edənin pis əməlini və nəfsi alçaqlığını göstərir.
Peyğəmbər (sav) buyurmuşdur:
"Bilirsinizmi qeybət nədir?" Səhabələr dedilər: Allah və rəsulu daha yaxşı bilərlər. O, buyurdu: "Qeybət: qardaşının xoşlamadığını onun haqda danışmaqdır". Orada olanlar dedilər: bəs əgər dediyim doğurdan da qardaşımda olarsa, onda necə? O, buyurdu: "Əgər dediyin qardaşında varsa sən onun qeybətini edirsən. Əgər sənin dediyin onda yoxdursa onda ona böhtan atmış olursan"(Müslim: 4\ 2001\ № 2589.)
Nəmmamlığın (söz gəzdirməyin) qadağan edilməsi. Nəmmamlıq: insanların bir-birlərinə dedikləri pis sözləri onlara çatdırmaqdır. Bu əməl mehriban insanların arasını vurur, bir-birlərinə qarşı düşmənçilik yaradır, məhəbbət və ülfəti yox edir. Əməlin belə pis nəticəsi onu edən adamın şərəfsiz və ləyaqətsiz olduğunu göstərir. Ona görə Peyğəmbər (sav) buyurmuşdur:
"Nəmmamlıq edən cənnətə daxil olmayacaqdır"(Buxari: 10\ 472\ № 6056. Müslim: 1\ 101\ № 105)

Hazırlayan:

ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Çərşənbə, 24.06.2009, 02:36 | Yazı # 8
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Ey Müsəlmanlar! Allahdan haqqı ilə qorxun. Çünki Allahdan haqqı ilə qorxmaq (təqva) ən gözəl azuqə və ən gözəl sondur. «Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. (Ya Peyğəmbərim! Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir!» (Hud, 49)

Ey Müsəlmanlar! Söz insanı tərif edər və qəlbində olanlara tərcüməçi olar, onun əslinə və ağlına dəlalət edər. Ağıllı insanın ağzı bağlıdır. Bir şey danışmaq istəsə çəkinər. Cahilin ağzı isə açıqdır, hər istədiyini söyləyər. Ağıllı insan, açıqlanması lazım olan bir haqq, yox etməsi lazım olan bir batil, yayması lazım olan bir xeyir, izah etməsi lazım olan bir elm, və ya təşəkkür etməsi lazım olan bir lütf olmadıqca səssiz qalmağı seçər. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Kim Allah və axirət gününə iman edirsə, ya xeyirli danışsın, ya da sussun» Bu hədisi Buxari və Muslim rəvayət etmişlər.

Lazımsız şeyləri tərk etməklə ağıllar kamilliyə doğru gedər. Dilsiz olmaq, batil söyləməkdən və ya yalan danışmaqdan daha xeyirlidir. İnsanların ən pisi sözü əyri, dili əyri olan və batil danışandır. Sözün ən pisi isə Allahın Kitabına və Rəsulallah (s.ə.s)-in sünnəsinə tərs olan, pozulmamış təbiətlərin qəbul etmədiyi və qulaqların eşitmək istəmədiyi sözdür.

Ey Müsəlmanlar! Yanlış söz söyləmək insanı peşmanlığa aparır. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Şübhəsiz qul yaxşıca anlamadan bir pis söz danışar və bu səbəblə cəhənnəmdə şərq ilə qərb arası məsafədən daha uzağa duşər» Bu hədisi Buxari və Muslim rəvayət etmişdir. Tirmizi də bu rəvayəti gətirir: «Şübhəsiz insan bir kəlimə danışar və onda çəkinilməsi lazım olan heç bir şey görməz, bu söz səbəbilə cəhənnəmdə yetmiş il məsafə aşağı düşər» Bilal bin Haris (r.a) dedi: Peyğəmbər (s.ə.s)-in belə dediyini eşitdim: «Şübhəsiz sizdən biri Allahın razı olacağı bir söz söylər və onun, çatdığı dərəcəyə çatmadığını zənn edər. Allah o kəliməsinə görə ona Onunla qarşlılaşacağı günə qədər razı olacağını yazar. Yenə sizdən biri Allahı qəzəbləndirəcək bir söz söylər və onun, çatdığı dərəcəyə çatdığını zənn etməz. Allah o söz səbəbilə ona, Ona qovuşacağı günə qədər qəzəbini yazar» Bu hədisi Tirmizi və İbn Macə rəvayət edir. Muaz (r.a) deyir ki : «Ey Allahın Rəsulu! Biz danışdıqlarımıza görə cavabdeh olacağıqmı?» buna cavab olaraq Peyğəmbər (s.ə.s) belə buyurur: «Anan səni itirsin ey Muaz! İnsanlar dilləri ilə əldə etdiklərindən başqa bir şey səbəbilə mi Cəhənnəmə üzü üstə atılırlar?» Bu hədisi Tirmizi rəvayət edər.

Ey Müsəlmanlar! Gözəl söz bir qazancdır. Çirkin söz isə günahdır. Allah o ikisi üçün bir misal verərək belə bənzədmişdir: «Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, mö’minin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə - Allah dərgahına yüksəlib ona daim savab qazandırır). Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir.» (İbrahim, 24-26)

Gözəl söz, Allahdan başqa ilah olmadığına və Məhəmmədin (s.ə.s) Allahın Rəsulu olduğuna şəhadət gətirməkdir. Bu, İslam kəliməsidir və sözlərin ən doğrusudur. Açıq aydın və ən böyük hüccətdir. Tutulması lazım olan sağlam qulpdur və təkva kəliməsidir.

Adil və doğru, malları və kanları qoruyan bir kəlimədir. Bu sözün şərtləri bunlardır: Mənasın bilmək, qəti inanmaq, tamamilə qəbul etmək, lazımınca boyun əymək, onu söyləmədə doğru və səmimi olmaq və o sözü sevməkdir.

Mənası isə bu şəkildədir: Allahdan başqa ibadətə layiq olan haqq ilah yoxdur. Allahdan başqasına səcdə etmək, qurban kəsmək, nəzir demək və ya dua etmək, Allahdan başqasının adına and içmək, Ondan başqasına təvəkkül etmək caiz deyil. Sıxıntılı anlarda ancaq Allaha sığınılır. Ölmüş bir insandan və ancaq Allahın gücünün çatacağı bir şeydə insanlardan kömək istəmək və ya onlara sığınmaq haramdır.

Hər mükəlləf (yüklənən) insana fərz olan, ibadətin hamısını yalnız Allaha xas etməkdir. Kim dünyalıq bir şey əldə etmək, insanlar tərəfindən öyülmək və riya məqsədilə bir əməl işlərsə, onun o əməli rədd edilmişdir. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Allah Təala buyurdu: Mən şirk qoşulanların şirklərindən Ucayam. Kim bir əməl işlər və onda başqasını mənə şərik qoşarsa, onu və şirkini tərk edərəm» Bu hədisi Muslim rəvayət edər.

«Zikrin ən fəzilətlisi, «Lə iləhə illəllah»-dır» Bu hədisi Tirmizi və İbn Macə rəvayət etmişdir. Tövhid kəliəsi, Sübhanallah və Əlhəmdulillah kəlimələri səhər axşam dilinizdən düşməsin. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Sübhanallah, Əlhəmdulilləh və lə iləhə illəllahu vallahu akbar demək, günəşin üzərinə doğduğu hər şeydən mənə sevimlidir.» Bu hədisi Muslim rəvayət etmişdir. «Kimin son sözü «Lə iləhə illəllah» olarda Cənnət ona vacib olar» Bu hədisi Əbu Davud rəvayət etmişdir. «Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür). Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edər). Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar.» (Fatir, 10) «Onlar (dünyada) təmiz (pak) sözə (la ilahə illallaha, yaxud Qur’ana) müvəffəq olmuş, həm də Allahın bəyəndiyi yola (islama) yönəldilmişlər.» (əl Həcc 24)

Ey Müsəlmanlar! Çirkin söz isə küfr sözdür. Təsdiqi və təslimiyyəti pozan bir sözdür. Dinə dil uzadmaq, onu ələ salmaq və onu aşağılamaqdır. Kim Allah ilə, ayələri, əmrləri, vəədləri və təhdidləri ilə əyələnrsə, ya da Rəsulu (s.ə.s) ilə və ya dininin hökmlərindən bir şey ilə əylənərsə iman etməkdən çıxmış və Müsəlmanlığından sonra kafir olmuşdur «(Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: 'Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)',- deyə cavab verərlər. De: 'Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?! (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü biruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!» (ət Tövbə, 65-66) «Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər.» (ət Tövbə, 74)

Kim Allahın şəriəti və Rəsulu (s.ə.s)-in sünnəsi ilə hökm etməyi gerilik, diktatorluq və s. görsə əməlləri boşa çıxardan küfr sözü söyləmiş və böyük günah işləmişdir. Münafiqlər sözlərindəki əyrilikdən və dillərinin ucbatından bəlli olujr. Nə qədər səmimiyyət və islah maskasına bürünərlərsə, nə qədər döğruluq və yaxşılıq göstərişi edərlərsə etsinlər, Allah onların içlərində gizlədiklərini ortaya çıxarar «Yoxsa qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-küdurətlərini zahirə çıxartmayacaqdır?! (Ya Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərər, sən də onları mütləq üzlərindən tanıyardın (amma, bəlkə, tövbə edib dində səmimi olsunlar deyə, onları heç kəsə tanıtmadıq). Sən onsuzda onların danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin (bütün) əməllərinizi bilir!» (Muhammad surəsi, 29-30) Sözləri cılız və düşüncələri dardır. Yararsız və zəif bir məntiqdir. «Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər. Onlar (insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər (Allahın itaətindən çıxmış) fasiqlərdir!» (ət Tövbə, 67)

Ey Müsəlmanlar! Ancaq həlak olmuş çaşqın kimsənin, cahilin və ya ziyanda olan azığın birisinin söyləyəbiləcəyi həddi aıan əsli olmayan sözlədən biri də, yalan və iftiranın ən böyüyü olan şirk sözüdür. Kim ölülərin ruhlarından kömək istəmənin, türbələrdə və məzarlarda yatanlardan imdat tələb etmənin caiz olduğunu önə sürərsə, ölülərin kainatda və olan hadisələrdə əlləri olduqlarını önə sürərsə, ya da onların bədənləri və ruhları ilə birlikdə qəbirlərindən çıxıb darda qalana yardım etdilərini və çətinlikdə olanı qurtardıqlarını önə sürərsə, Allaha qarşı həddi aşan və Allah adına yalan söyləyən arsız bir kimsədir. Ümmətin içində sözlərin ən pisini və inancların ən alçağını edəndir. İnsanları doğru yoldan çəkindirməkdə və xurafatlara dəvət etməkdədir. O, Alahı haqqı ilə təqdir etməmiş və Allahdan qorxmamışdır. Bu səbəblə azğınlığını açıqca ortaya qoymuşdur. «Allaha iftira yaxandan (öz sözünü yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün məxluqat, yaxud insanın öz bədəninin üzvləri) belə deyərlər: 'Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!' Bilin ki, zalımlar Allahın lə’nətinə gələcəklər!» (Hud, 18)

Ey Müsəlmanlar! Ölülərə dua etmək, xısıntı anlarda onlara səslənmək, bəla anlarında ehtiyacların aparılmasını və sıxıntıların ortadan qalxması üçün adlarını bağırmaq (səsləmək) açıq aydın şirk və küfrdür. Muhammad Mustafa (s.ə.s)-in dəvətini, küfrü yıxıb tamamən ortadan qaldırmaq və ümməti onun pisliyindən və şərrindən qorumaq üçün gəlmişdir.

Əbu Təmimə, qövmündən bir adamndan bunu rəvayət edər: «Rəsulallah (s.ə.s)-i gördüm. Onun yanına bir adam gəldi, və «Sən Allahın Rəsulumusan?» dedi. Rəsulallah (s.ə.s) «Bəli» deyincə «Nəyə dəvət edirsən?» deyə soruşdu. Rəsulallah (s.ə.s) belə buyurdu: «Nəfsində bir darlıq olub özü üçün dua etdikdə səndən onu aparan, qıtlığa düşüb özü üçün dua etdiyində sənin üçün (əkin və s.) bitirən, çılpaq bir ərazidə miniyini itirib özündə dua etdiyində sənə onu geri döndürən tək bir Allaha dəvət edirəm» Bunu eşidən həmin adam müsəlman oldu.» Bu hədisi İmam Əhməd və Əbu Davud rəvayət edir.

Səhl b. Abdullah ət Təsturi rəhimahullah belə deyir: «İdarəçiyə və alimlərə hörmət duyduqları müddətcə insanlar xeyirdədirlər. Bunlara hörmət duyarlarsa, Allah onların dünyalarını və axirətlərini islah edər. Bunları balaca görərlərsə, dünyaların və axirətlərini ifsad edərlər.»

İyad b. Qanim (r.a), Rəsulallah (s.ə.s)-in belə buyurduğunu bildirir: «Kim idarəçiyə bir mövzuda nəsigət etmək istəsə, bunu ona (başqalarının yanında) açıqca söyləməsin. Əksinə əlindən tutsun və onunla yalnız qalsın. Qəbul edərsə edər, etməsə də o öz üzərinə düşəni etmiş olur.» Bu hədisi İmam Əhməd və İbni Əbi Adim rəvayət edir.

İmamlara nəsihət etmək kəsinliklə vacibdir. Şəriətə müxalifət etdikləri şeylərdə onları çəkindirmək dinin bir qaydasıdır. Fəqər bu; hikəmtlə və gözəl sözlə olmalı, yumşaqlıqla edilməlidir. Onların islahı və salamatda olmaları üçün dua edilməlidir. Haqsızlıqlarına və zülmlərinə səbr etmək lazımdır. Onlara baş qaldırmaq, onlarla savaşmaq və ya onlara itaəti tərk etmək caiz deyildir. Kim belə edərsə, o bidət əhlindəndir. Sünnət və sələfin yolu üzrə deyil.

Auf bin Malik (r.a) Rəsulallah (s.ə.s) –dən belə buyurduğunu bildirir «İmamlarınızın (idarəçilərinizin) xeyirləri sizin onları sevdikləriniz və onların da sizi sevənləri, özləri üçün xeyir dua etdikləriniz və sizin üçün xeyir dua edənləridir. İdarəçilərinizin pisləri isə, sizin onlara qarşı çıxdığınız və onların da sizə qarşı çıxdıqlarıdır, onlara lənət etdiyiniz və onların da sizə lənət etdikləridir.» «Ey Allahın Rəsulu! O zaman onlara qılıncla qarşı çıxım mı?» deyilincə belə buyurur: «Xeyir, aranızda namaza iqamə etdikcə (qarşı çıxmayın)! Kimin üzərinə bir idarəçitəyin edilərsə və onun Allaha üsyanı (günah) olan bir şey etdiyini görərsə, Allaha üsyan olaraq etdiyindən (günahdan) xoşlanmasın və itaətdən əç çəkməsin!» Bu hədisi Muslim rəvayət etmişdir.

«Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!» (Ali İmran, 102)

Bilin ki, üzərinizdə hər söylədiyinizi yazan və hər sözünüzü əzbərləyən iki mələk vardır. «Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!» (Kaf, 18)

Ey Müsəlmanlar! Müsləman, dilindən və əlindən insanların əmin olduğu adamdır. İnsanlar arasında söz daşımaq haramdır. İftira və böhtandır. Çirkin bir sözdür. İnsanların arasını vurmaqdır. Bir-birini sevən insanların arasını ayırmaqdır. Ərlə arvasın arasını vurmaq üçün sehr edən Cəhənnəm atəşi ilə hədələnmişdir.

Huzeyfə (r.a) Rəsulallah (s.ə.s)-in belə dediyini nəql edir: «Qeybət edən Cənnətə girməz» Bu hədisi, Buxari və Muslim rəvayət edir.

Qeybət, kəsici bir dildir. Arxadan qaş göz ilə ələ salmaqdır. Cəzası böyük və sonu qorxuncdur.

Ənəs (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir: «Miraca çıxarıldığımda dəmirdən dırnaqları olan, üzlərini və sinələrini dırnaqları ilə cıran bir qrup insana rast gəldim. «Bunlarl kimdir ey Cəbrayıl?» dedim. «Bunlar, insanların ətini yeyən və onların arxalarınca dil uzadanlardır» dedi» bu hədisi İmam Əhməd və Əbu Davud rəvayət edr.

Bu hədədən sonra daha başqa bir hədə ola bilərmi? Nə zaman dilləri bu xətadan kənar tutacağıq. Nə zaman bu əməldən geri durub tövbə edəcəyik?

Ey Müsəlmanlar! İnsanlara çoxca lənət edən ziyana düşər. Çirkin və alçaq sözlər söyləyənin ümidi boşa çıxar. İbni Məsud (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu bildirir: «Mömin, (insanları) çoxca qaralayan və çoxca lənət edən, pis söz söyləyən və söyən bir kimsə deyildir» Bu hədisi Tirmizi rəvayət edir.

Allah bizi və sizi bütün günahlardan və haramlardan qorusun. Keçmiş günlərdəki xətalarımızı və qüsurlarımızı bağışlasın.

Ey Müsəlmanlar! Dinləmənin meyvəsi tabe olmaqdır. Bu səbəblə, sözü dinləyən və ən gözəlinə tabe olanlardan olun! Bilin ki, Allah sizlərlə ilk əvvəl Öz adını zikr edərək, ikinci olaraq mələkləri və üçüncü olaraq da siz möminləri zikredərək bir əmr olaraq buyurur: «Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)» (Əhzab, 56)

--------------
Salam əl Budeyr (25.05.2005)

Əlav

ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Çərşənbə, 24.06.2009, 05:55 | Yazı # 9
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Dil nemətindən düzgün istifadə qaydası

Hər bir insan bilməlidir ki, tələffüz etdiyi hər bir kəlməyə görə Allaha cavab verəcəkdir. Dil nemətindən Uca Allahın və Peyğəmbərinin (Allahın ona salavat və salamı olsun) buyurduğu kimi istifadə etməyən kimsələr Qiyamət günü xəsarət çəkənlərdən olacaqlar. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) soruşdular: “İnsanları ən çox Cənnətə salan nədir?” Bəşəriyyətin xeyirlisi (Allahın ona salavat və salamı olsun) "Allah qorxusu və həyadır" – deyə cavab verdi. Bəs Cəhənnəmə atan şey nədir? – deyə soruşduqda "Dili və övrət yeridir!"- deyə buyurdu (Sunən ət-Tirmizi 4/363). Süfyan ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə O, peyğəmbərdən soruşdu: “Ey Allahın Rəsulu! Mənə bir əməl tövsiyə et, ona əməl edim”. O: “Rəbbim Allahdır de. Sonra doğru ol!”-deyə cavab verdi. Sonra yenə soruşdum: “Ey Allahın Rəsulu, mənim haqqımda ən çox qorxduğun şey nədir ?” Əli ilə dilini göstərərək “Bu!” deyə buyurdu (Tirmizi, Zuhd kitabı, 2412). Bu hədis bir daha sübut edir ki, Uca Allahın insanlara olan bu neməti – dil insan uçün ünsiyyət baxımından nə qədər mühümdürsə, cavabdehlik baxımından da bir o qədər təhlükəlidir. Təhlükə əslində bu dilin özündə deyil, onun sahibinin bu dildən necə istifadə etməsindədir. Dilin sahibi nə qədər dilinə qarşı məsuliyyətlidirsə bir o qədər də təhlükələrdən uzaqdır. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: "Adəm övladı səhər qalxdıqda bütün əzaları dilə deyirlər: Bizim haqqımıza görə Allahdan qorx! Sən doğru olduqda bizdə doğru oluruq, sən doğru olmadıqda da bizdə doğru olmuruq". (Sunən ət-Tirmizi, 2587. Albani hədisi həsənləşdirmişdir)

Elə bu səbəbdən də insanların çoxu Cəhənnəmə dillərinin ucbatından girəcəklər. Dilin gətirdiyi bəlalar çoxdur. İnsan, dili ilə Allaha şərik qoşaraq ən böyük günahı qazanır. Allah haqqında bilmədiklərini danışmaqla, yalan, qeybət və buna oxşar günahlar işlətməklə qulların haqlarına girir və onlara zülm edərək dili ilə böyük günahları qazanır və bu günahlar onun Cəhənnəmə düşməsində əsas rolu oynayır. Muhəmməd ibn Vasi (Allah ona rəhmət eləsin) demişdir: “İnsanlara dillərini qorumaq dinar və dirhəmi qorumaqdan daha çətindir”. Ona görə Allah və Rəsulu (Allahın ona salavat və salamı olsun) bizə ya xeyri söyləməyi yada ki susmağı əmr edir. Sufyan ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Kim Allaha və Axirət gününə inanırsa ya xeyir söyləsin, ya da ki, sussun”. (Sunən ət-Tirmizi 9/239, Sunənu İbn Məcah 3972, Albani səhihləşdirmişdir)

İnsan peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bu əmrinə əməl edərsə Uca Allah onun mükafatını layiqincə verəcəkdir. Səd ibn Əli (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: "Həqiqətən Cənnətdə otaqlar vardır ki, içindən çölü, çölündən də içi görsənir. Bir nəfər qalxaraq "onlar kimin üçündür"-deyə soruşdu. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: "Onlar gözəl danışan, kasıbı yedirən, davamlı oruc tutan və insanlar yatdıqda Allah üçün namaz qılanlar üçündür"-dedi. (Sunən ət-Tirmizi 2718. Albani hədisə "Həsəndir" demişdir)

Əbu əd-Dərdə (Allah ondan razı olsun) pis söz danışan bir qadını görüb dedi: "Əgər lal olsaydı onun üçün daha xeyirli olardı".

Pis sözlər danışmaq insanı həlaka aparan böyük bir vasitədir. İbrahim ən-Nəxəi (Allah ona rəhmət eləsin) demişdir: "İnsanı iki şey məhv edir; mal və faydasız danışmaq".

Ömər ibn Abdul-Əziz (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Sözlərini əməl kimi dəyərləndirən şəxs ancaq faydalı sözlər danışar”.

Təəssüflər olsun ki, indi dil özünün əsl funksiyası istiqamətində deyil, yanlış və pis məqsədlər üçün istifadə olunmaqdadır. Daha dəqiq desək, ya xeyir söyləmək ya da ki, susmaq baxımından dil hal-hazırki dövrümüzdə tamamilə fərqli məqsədlərin vasitəçisinə çevrilmişdir. Amma oturub daha ciddi düşünəndə su kimi axıb gedən, günbəgün bitib tükənən ömrümüzdə əziyyətlə topladığımız savabları belə itirməkdəyik. Axı nədən bu qədər arxayındır Adəm övladı? Axı insan ya xeyir söyləyər, ya da susarsa, onun Cənnətə gedən yolu asanlaşar. Səhl ibn Səd (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Kim mənə dili ilə övrət yerini qorumağa zamin durarsa, mən də onun Cənnətə girməsinə zamin duraram” (Səhih əl-Buxari 6474). Loğman (Allahın ona salamı olsun) oğluna dedi: "Ey oğlum! Heç vaxt susduğuma görə peşman olmamışam. Həqiqətən danışmaq gümüşdürsə susmaq qızıldır." (Zuhd kitabı, hədis 272)

Ümumiyyətlə, Allahdan qorxan kəs çalışmalıdır ki, az danışsın. Çünki çox danışmaq insana ziyandan başqa bir şey vermir. Çox danışan kəs çox da xəta edər, çox xəta edən kəs də çox günah edər. Həsən əl-Basri (Allah ona rəhmət eləsin) demişdir: "Çox danışanın çox yalanı olur. Kimində malı çox olarsa günahıda çox olur".

Adəm övladı məhz ona görə fikirləşib ancaq ya ona fayda verən sözlər danışmalı, ya da susmalıdır. Bu iş nə qədər çətin olsa belə bizlər tarixdə bu qaydalara əməl edən insanların olmasına bir fakt olaraq rast gəlirik.

Tavus (Allah ona rəhmət eləsin) demişdir: "Dil yırtıcıdır. Onu buraxsam məni yeyər".

Həsən (Allah ona rəhmət eləsin) buyurmuşdur: "Dilini qorumayan kəs dinini anlamamışdır".

İbrahim ət-Təmimi (Allah ona rəhmət eləsin) buyurdu: "Mömin kəs danışmaq istədikdə fikirləşər, xeyrinə olduqda danışar, əks halda isə susar. Facir isə ağzına gələni danışar".

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Çərşənbə axşamı, 30.06.2009, 01:50 | Yazı # 10
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Həqiqətən bu dil Allahın bizə verdiyi böyük nemətdir.
İnsan onun vasitəsi ilə nəfsindəkini zahirə çıxarır. Allah-Təala buyurur:
"Məgər biz ona iki göz vermədikmi, eləcə də bir dil və qoşa dodaq (vermədikmi)" (Əl-Bələd, 8-9).
Bu dil ya insanın dünya və axirətdə hörmətini və dərəcəsini artırır, ya da cəhənnəmin dibinə düşməyə səbəb olur. Bu dil ya haqqı (lə iləhə illallah və s.) deyir, ya da batil (küfr, şirk və s.) deyir. Buna görə insan danışığına fikir verməli və bilməlidir ki, hər bir dilindən çıxan kəlmə əmanətdir.

Ümumiyyətlə, insanlar danışıqlarına görə dörd qismə bölünür:
Birinci qism: O kəslərdir ki, danışmamışdan qabaq fikirləşir, bunlar ən xoşbəxt insanlardır.
İkinci qism: O kəslər ki, danışa-danışa fikirləşir, bunlar da xoşbəxt insanlardır.
Üçüncü qism: O kəslər ki, danışıqdan sonra fikirləşir, bunlar bədbəxt insanlardır.
Dördüncü qism: O kəslər ki, nə danışıqdan əvvəl, nə danışa-danışa, nə də danışıqdan sonra fikirləşmir, bunlar da ən bədbəxt insanlardır.
İnsan hər bir tələffüz etdiyi kəlmə barəsində sorğu sual olunacaq. Əbu Hureyrə (r.a): Rəsulullahdan -səllallahu aleyhi vəsəlləm- soruşdular: İnsanları ən çox Cənnətə salan nədir? -Bəşəriyyətin xeyirlisi - "Allah qorxusu və həyadir"- dedi. Bəs Cəhənnəmə atan şey nədir? - "Dili və övrat yeridir"- buyurdu. (Tirmizi rəvayət etmişdir)

Süfyan İbn Abdullah anladır: "Ey Allahın Rəsulu dedim. Bir əməl tövsiyə et. Ona əməl edim. Bu cavabı verdi: "Rəbbim Allahdır de. Sonra doğru ol." Sonra "Ey Allahın Rəsulu" dedim. Mənim haqqımda ən çox qorxduğun şey nədir"? Əli ilə dilini tutub "Bu" deyə buyurdu. Tirmizi Zühd 61, (2412)Həqiqətən bu dil Allahın bizə verdiyi böyük nemətdir. İnsan onun vasitəsi ilə nəfsindəkini zahirə çıxarır. Allah-Təala buyurur:"Məgər biz ona iki göz vermədikmi, eləcə də bir dil və qoşa dodaq (vermədikmi)" (Əl-Bələd, 8-9).

Allah təala buyurub:
"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)

Peyğəmbər (s.ə.v.) dedi: İnsan Allah rizasına bir kəlmə danışar və elə zənn edər ki, bu kəlmənin heç bir qədir qiyməti yoxdur. Lakin Allah-Təala bu kəliməyə görə onun dərəcəsini (dünya və axirətdə) artırar.Həmçinin insan Allahı qəzəbləndirərək bir kəlmə danışar və elə zənn edər ki, bu kəlmənin heç bir günahı yoxdur, lakin Allah bu kəlməyə görə ona qiyamətə qədər günah yazar.
Birincisinə misal: şəhadət kəliməsidir. Yəni-əşhədü ən lə ilahə illəllah və aşhədü ənnə Muhammədun rəsul Allah demək.
Peyğəmbər (s.a v.) dedi: "Kimin axır kəlamı Lə ilaha illallah olarsa ,cənnətə daxil olar."
Başqa hədisdə də buyurur ki,"Qiyamət günü Allah-Təala bir şəxsi hüzuruna çağıracaq və onun 99 dənə əməl dəftərini çıxarıb ona göstərəcək. Bu əməl dəftərləri tərəzinin bir gözünə qoyulacaq, günahla dolu olacaq. Sonra isə tərəzinin o biri gözünə balaca kağız parçasına yazılmış bir şey qoyulacaq və o da ağır gələcək. Açıb baxanda görəcək ki ,orada "La ilahə illallah " yazılıb. Bir kəlmə (tövbə edib Allahın təkliyinə şəhadət vermək) onun bütün günahlarını bağışladı.
İkincisinə misal: Peyğəmbər (s.ə.v.) bizdən əvvəlkiləri bizə misal çəkib dedi: Bir nəfər günah edən yoldaşına nəsihət edərdi,o isə onun nəsihətinə məhəl qoymazdı. Axır bir gün bezib onun haqqında belə dedi: "Allaha and olsun ki, Allah filankəsi bagışlamayacaq". Allah onların ikisini də hüzuruna gətirdi və dedi: "Kimdir mənim əvəzimə deyən ki, mən filankəsi bağışlamayacağam. Artıq mən onu bağışladım və sənin əməlini puç etdim".

Əbu-Hureyra(r.a.a.) dedi:"Bir kəlmə ilə dünyasını və axirətini puç etdi.Bizdən əvvəlkilərin başlarına gələn pis aqibət bizlərə nümunədir.
Allah-Təala deyir: "Cəhənnəm odu onların üzünü yandırar.Onlar orda (üst dodaqları başlarının tən ortasına,alt dodaqları isə göbəklərinə qədər uzanaraq)dişləri ağarmış vəziyyətdə durmuşlar (Onlara deyirlər:) "Məgər Mənim ayələrim sizlərə oxunmurdumu? Siz isə onları yalan hesab edirdiniz". Onlar deyərlər:Ey Rəbbimiz! Rəzil taleyimiz bizə qələbə çaldı və biz haqq yolundan azan camaat olduq.Ey Rəbbimiz !bizi cəhənnəm odundan çıxart.Əgər bir də (pis işlərə) qayıtsaq şübhəsiz ki,zalım olarıq".(Allah) buyurar:"Orada zəlil,məyus vəziyyətdə durub qalın və mənə heç bir şey deməyin"(Əl-muminun,104-108).

Peyğəmbərin (s.a.v.)zamanında müsəlmanlardan bəziləri digərinə zarafat edərək deyərdi:"Bunlar (Hafizlər) bizim aramızda ən çox yeyən,ən çox qorxan və yalan danışanımızdır.Elə bu vaxt Allah öz ayələrini nazil etdi".
( Ya Məhəmməd) onlardan (nə uçün belə etdiklərini) soruşsan:"Biz ancaq söhbət edib,zarafatlaşır,əylənirik"-deyə cavab verərlər.De ki:"Allaha onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?Üzr istəməyin.Siz iman gətirdikdən sonra artıq kafir oldunuz.Aranızda bir qismini (tövbə edəcəyinə görə)bağışlasaq da,digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik"(ət-Tövbə,65-66).
Deməli,dil ilə heç kəsə əziyyət vermək olmaz.
Allah-Təala buyurur:"Allahı,Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş və onlar üçün həqarətlibir əzab hazirlamışdır! "Mömin kişiləri və qadınları etmədikləri bir işə görə incidənlər,şübhəsiz ki,öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!"(əl-Əhzab,57-58 )

ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Şənbə, 05.09.2009, 18:13 | Yazı # 11
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Əbu Hureyrə (Allah ondan razı olsun!) peyğəmbərdən (s) belə eşitdiyini rəvayət edir: “Həqiqətən, qul elə söz danışa bilər ki, ona görə Cəhənnəmdə arası məşriq böyüklüyündə olan məsafədən daha uzaq yerə atılar”. (Buxari 7/184) Müslimdə keçən hədisdə isə peyğəmbər (s) belə buyurur: “Həqiqətən, qul elə söz danışa bilər ki, o söz onu Cəhənnəmdə məşriqlə məğribin arasındakı məsafədən daha uzaq yerə atar”. (Müslim 4/2290 Bax; əl-Lulu val Mərcan 3/325)
Əbu Hureyrə (Allah ondan razı olsun!) rəvayət edir ki, peyğəmbər (s) buyurur: “Həqiqətən, qul Allahın razılığı səbəbi ilə ağlına gəlmədən elə söz danışa bilər ki, onunla Allah onun dərəcəsini yüksəldər. Həqiqətən, qul Allahın qəzəbindən ağlına gəlmədən elə sözlər işlədə bilər ki, onunla Allah onu Cəhənnəmə atar”. (Buxari 7/185)
Əbu Hureyrə (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə buyurduğunu rəvayət edir: “Həqiqətən, insan heç bir eyib hesab etmədiyi bir şeyi Allahın qəzəbi ilə danışarsa, onunla Cəhənnəmdə yetmiş illik məsafə uzaqlıqdakı yerə atılar”. (İbn Macə 2/1313 Tirmizi 4/557 Bax; “Səhih İbn Macə” 2/358 “Səhih ət-Tirmizi 2/268)
Əbu Hureyrədən rəvayət olunan digər bir hədisdə rəsulullah (s) buyurur: “Allaha və axirət gününə iman gətirən kəs, ya xeyirli bir söz söyləsin, ya da sussun! Allaha və axirət gününə iman gətirən kəs, qonşusuna əziyyət verməsin! Allaha və axirət gününə iman gətirən kəs, qonağına ikram etsin!” (Buxari 7/184 Müslim 1/68)
Səhl bin Səd (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə buyurduğunu rəvayət edir: “Kim mənə iki saqqalı və iki qılçası arasında olan şeydən zəmanət versə, mən də onun Cənnətə daxil olmasına zəmanət verərəm”. (Buxari 7/184 Tirmizinin rəvayətində isə “Allah iki saqqalı və iki qılçası arasında olanın şərindən kimi qorusa, o Cənnətə daxil olar” deyilir. Bax; “səhih ət-Tirmizi” 2/287)
Muğira deyir ki, mən peyğəmbərin (s) namazı qurtardıqdan sonra belə dediyini eşitdim: “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O, təkdir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Və O, hər şeyə qadirdir”. O, (s) bunu üç dəfə təkrarladı və dedi-qodunu, çoxlu sual verməyi malı zay etməyi, analara asi olmağı və yeni doğulmuş qız uşaqlarını diri-diri basdırmağı qadağan etdi”. (Buxari 7/183 Hədisin əvvəli də var.)
Bilal bin əl-Harisdən (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə dediyi rəvayət olunur: “Həqiqətən, insan Allahın razılığı ilə özünün təsəvvür etmədiyi səviyyədə elə söz danışa bilər ki, Allah öz razılığını onunla görüşəcək günədək ona verər. Həqiqətən, insan Allahın qəzəbi ilə özünün təsəvvür etmədiyi səviyyədə elə söz danışa bilər ki, Allah öz qəzəbini onunla görüşəcək günədək onun üzərinə atar”. (İmam Malik “Muvatta 2/985 Buxari 7/185 Əhlis Sunən Bax; “Səhih ət-Tirmizi 2/269)
Abdullah bin Məsud (Allah ondan razı olsun!) deyir ki, bir evdə olarkən orada iki qureyşli və bir səqəfli var idi. Onlar yekə qarın, lakin, zəif zəkaya malik insanlar idi. Onlardan biri dedi: “Məgər bilmirsinizmi, Allah bizim dediklərimizi eşidir?” Digəri isə: “Biz ucadan danışsaq, eşidər. Gizlində danışsaq, bizi eşitməz” dedi. Başqa biri isə dedi: “O, bizim gizlində danışdığımızı eşidirsə, aşkarda ucadan danışdığımızı da eşidir”. Daha sonra Allah taala bu ayəni nazil etdi: “Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərinizdən qorxub (günah işləməkdən) çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edirsiniz”. (Fussilət, 22) (Buxari 6/37 Fussilət surəsinin təfsiri, Müslim 4/2141 Bax; əl-Lulu val Mərcan 3/270)
Sufyan bin Abdullah (Allah ondan razı olsun!) belə rəvayət edir: “Ey Allahın rəsulu, mənə elə bir şey danış ki, mən ondan tutunum”. Dedi: “De ki, mənim rəbbim Allahdır! Sonra doğru yolla get!” Dedim: “Ey Allahın rəsulu, mənim üçün ən çox qorxduğun nədir?” Peyğəmbər (s) öz dilini tutdu və dedi: “Bax, bu!” (Müslim 1/65 Əhməd “Müsnəd” 3/413 Tirmizi 4/607)
Əbu Hureyrənin belə dediyi rəvayət olunur: “Allaha and olsun ki, insan elə söz danışa bilər ki, onunla dünya və axirətini itirər”. (Bəğəvi “Şərhus Sunən” 14/385 Əhməd 2/328 Əbu Davud 4901)
Ibn Ömər (Allah ondan və atasından razı olsun!) peyğəmbərin (s) belə buyurduğunu rəvayət edir: “Allahı zikrdən başqa çox danışmayın! Həqiqətən, Allahı zikrdən başqa çox danışmaq qəlbi sərt və paslı edir. Allaha ən uzaq olan insanlar qəlbi sərt və paslı olanlardır”. (Tirmizi 4/607 Tirmizi bu hədisi “Həsən ğarib” adlandırmışdır. Əbdülqadir əl-Ərnavut onun sənədinin yaşxı olduğunu qeyd etmişdir. Bax; Nəvəvi “Zikrlər” səh 285)
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun!) rəsulullahın (s) belə buyurduğunu rəvayət edir: “Adəm övladı hər səhər durarkən bütün əzaları onun dilinə tabe olaraq deyir: Bizim işimizdə Allahdan qorx! Biz səninləyik. Əgər bizi doğru yola çəksən, biz elə o yolla da gedəcəyik. Əgər bizi əyri yola çəksən, biz elə həmin əyri yolla da gedəcəyik”. (Tirmizi 4/615 Əbdülqadir əl-Ərnavut hədisin həsən olduğunu demişdir. Bax; Nəvəvi “Zikrlər” 286 və “Səhih Tirmizi” 2/287)
Muazın (Allah ondan razı olsun!) rəvayət etdiyi hədisdə peyğəmbər (s) dilini tutaraq dedi: “Bundan qorun!” Dedim: “Ya rəsulullah, biz danışdığımızla danlanacağıqmı?” Dedi: “Anan səni itirsin, insanlar oda üzləri üstə dillərinin qazandıqları günahlar ucbatından girəcəklər”. (Tirmizi 5/11 Və onun Həsən Səhih hədis olduğunu vurğulamışdır.)
Əbu Hureyrə (Allah ondan razı olsun!) rəvayət edir ki, peyğəmbərdən (s) insanı ən çox Cənnətə daxil edən əməlin hansı olduğu barəsində soruşdular. Peyğəmbər (s) dedi: “Allahdan qorxmaq və gözəl əxlaq sahibi olmaq”. Insanı ən çox oda salan şeyin nə olduğu barəsində soruşulanda isə, belə cavab verdi: “Ağız və övrət yeri”. (Tirmizi 4/363 Bax; “Səhih ət-Tirmizi 2/194)

ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Çərşənbə, 23.09.2009, 08:03 | Yazı # 12
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Gözəl Söz

[ Sayta qoyulub: 17:10 22.02.2008 ] : [ Oxunub: 528 dəfə ]
Ey Müsəlmanlar! Allahdan haqqı ilə qorxun. Çünki Allahdan haqqı ilə qorxmaq (təqva) ən gözəl azuqə və ən gözəl sondur. «Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. (Ya Peyğəmbərim! Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir!» (Hud, 49)

Ey Müsəlmanlar! Söz insanı tərif edər və qəlbində olanlara tərcüməçi olar, onun əslinə və ağlına dəlalət edər. Ağıllı insanın ağzı bağlıdır. Bir şey danışmaq istəsə çəkinər. Cahilin ağzı isə açıqdır, hər istədiyini söyləyər. Ağıllı insan, açıqlanması lazım olan bir haqq, yox etməsi lazım olan bir batil, yayması lazım olan bir xeyir, izah etməsi lazım olan bir elm, və ya təşəkkür etməsi lazım olan bir lütf olmadıqca səssiz qalmağı seçər. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Kim Allah və axirət gününə iman edirsə, ya xeyirli danışsın, ya da sussun» Bu hədisi Buxari və Muslim rəvayət etmişlər.

Lazımsız şeyləri tərk etməklə ağıllar kamilliyə doğru gedər. Dilsiz olmaq, batil söyləməkdən və ya yalan danışmaqdan daha xeyirlidir. İnsanların ən pisi sözü əyri, dili əyri olan və batil danışandır. Sözün ən pisi isə Allahın Kitabına və Rəsulallah (s.ə.s)-in sünnəsinə tərs olan, pozulmamış təbiətlərin qəbul etmədiyi və qulaqların eşitmək istəmədiyi sözdür.

Ey Müsəlmanlar! Yanlış söz söyləmək insanı peşmanlığa aparır. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Şübhəsiz qul yaxşıca anlamadan bir pis söz danışar və bu səbəblə cəhənnəmdə şərq ilə qərb arası məsafədən daha uzağa duşər» Bu hədisi Buxari və Muslim rəvayət etmişdir. Tirmizi də bu rəvayəti gətirir: «Şübhəsiz insan bir kəlimə danışar və onda çəkinilməsi lazım olan heç bir şey görməz, bu söz səbəbilə cəhənnəmdə yetmiş il məsafə aşağı düşər» Bilal bin Haris (r.a) dedi: Peyğəmbər (s.ə.s)-in belə dediyini eşitdim: «Şübhəsiz sizdən biri Allahın razı olacağı bir söz söylər və onun, çatdığı dərəcəyə çatmadığını zənn edər. Allah o kəliməsinə görə ona Onunla qarşlılaşacağı günə qədər razı olacağını yazar. Yenə sizdən biri Allahı qəzəbləndirəcək bir söz söylər və onun, çatdığı dərəcəyə çatdığını zənn etməz. Allah o söz səbəbilə ona, Ona qovuşacağı günə qədər qəzəbini yazar» Bu hədisi Tirmizi və İbn Macə rəvayət edir. Muaz (r.a) deyir ki : «Ey Allahın Rəsulu! Biz danışdıqlarımıza görə cavabdeh olacağıqmı?» buna cavab olaraq Peyğəmbər (s.ə.s) belə buyurur: «Anan səni itirsin ey Muaz! İnsanlar dilləri ilə əldə etdiklərindən başqa bir şey səbəbilə mi Cəhənnəmə üzü üstə atılırlar?» Bu hədisi Tirmizi rəvayət edər.

Ey Müsəlmanlar! Gözəl söz bir qazancdır. Çirkin söz isə günahdır. Allah o ikisi üçün bir misal verərək belə bənzədmişdir: «Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, mö’minin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə - Allah dərgahına yüksəlib ona daim savab qazandırır). Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir.» (İbrahim, 24-26)

Gözəl söz, Allahdan başqa ilah olmadığına və Məhəmmədin (s.ə.s) Allahın Rəsulu olduğuna şəhadət gətirməkdir. Bu, İslam kəliməsidir və sözlərin ən doğrusudur. Açıq aydın və ən böyük hüccətdir. Tutulması lazım olan sağlam qulpdur və təkva kəliməsidir.

Adil və doğru, malları və kanları qoruyan bir kəlimədir. Bu sözün şərtləri bunlardır: Mənasın bilmək, qəti inanmaq, tamamilə qəbul etmək, lazımınca boyun əymək, onu söyləmədə doğru və səmimi olmaq və o sözü sevməkdir.

Mənası isə bu şəkildədir: Allahdan başqa ibadətə layiq olan haqq ilah yoxdur. Allahdan başqasına səcdə etmək, qurban kəsmək, nəzir demək və ya dua etmək, Allahdan başqasının adına and içmək, Ondan başqasına təvəkkül etmək caiz deyil. Sıxıntılı anlarda ancaq Allaha sığınılır. Ölmüş bir insandan və ancaq Allahın gücünün çatacağı bir şeydə insanlardan kömək istəmək və ya onlara sığınmaq haramdır.

Hər mükəlləf (yüklənən) insana fərz olan, ibadətin hamısını yalnız Allaha xas etməkdir. Kim dünyalıq bir şey əldə etmək, insanlar tərəfindən öyülmək və riya məqsədilə bir əməl işlərsə, onun o əməli rədd edilmişdir. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Allah Təala buyurdu: Mən şirk qoşulanların şirklərindən Ucayam. Kim bir əməl işlər və onda başqasını mənə şərik qoşarsa, onu və şirkini tərk edərəm» Bu hədisi Muslim rəvayət edər.

«Zikrin ən fəzilətlisi, «Lə iləhə illəllah»-dır» Bu hədisi Tirmizi və İbn Macə rəvayət etmişdir. Tövhid kəliəsi, Sübhanallah və Əlhəmdulillah kəlimələri səhər axşam dilinizdən düşməsin. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Sübhanallah, Əlhəmdulilləh və lə iləhə illəllahu vallahu akbar demək, günəşin üzərinə doğduğu hər şeydən mənə sevimlidir.» Bu hədisi Muslim rəvayət etmişdir. «Kimin son sözü «Lə iləhə illəllah» olarda Cənnət ona vacib olar» Bu hədisi Əbu Davud rəvayət etmişdir. «Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür). Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edər). Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar.» (Fatir, 10) «Onlar (dünyada) təmiz (pak) sözə (la ilahə illallaha, yaxud Qur’ana) müvəffəq olmuş, həm də Allahın bəyəndiyi yola (islama) yönəldilmişlər.» (əl Həcc 24)

Ey Müsəlmanlar! Çirkin söz isə küfr sözdür. Təsdiqi və təslimiyyəti pozan bir sözdür. Dinə dil uzadmaq, onu ələ salmaq və onu aşağılamaqdır. Kim Allah ilə, ayələri, əmrləri, vəədləri və təhdidləri ilə əyələnrsə, ya da Rəsulu (s.ə.s) ilə və ya dininin hökmlərindən bir şey ilə əylənərsə iman etməkdən çıxmış və Müsəlmanlığından sonra kafir olmuşdur «(Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: 'Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)',- deyə cavab verərlər. De: 'Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?! (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü biruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!» (ət Tövbə, 65-66) «Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər.» (ət Tövbə, 74)

Kim Allahın şəriəti və Rəsulu (s.ə.s)-in sünnəsi ilə hökm etməyi gerilik, diktatorluq və s. görsə əməlləri boşa çıxardan küfr sözü söyləmiş və böyük günah işləmişdir. Münafiqlər sözlərindəki əyrilikdən və dillərinin ucbatından bəlli olujr. Nə qədər səmimiyyət və islah maskasına bürünərlərsə, nə qədər döğruluq və yaxşılıq göstərişi edərlərsə etsinlər, Allah onların içlərində gizlədiklərini ortaya çıxarar «Yoxsa qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-küdurətlərini zahirə çıxartmayacaqdır?! (Ya Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərər, sən də onları mütləq üzlərindən tanıyardın (amma, bəlkə, tövbə edib dində səmimi olsunlar deyə, onları heç kəsə tanıtmadıq). Sən onsuzda onların danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin (bütün) əməllərinizi bilir!» (Muhammad surəsi, 29-30) Sözləri cılız və düşüncələri dardır. Yararsız və zəif bir məntiqdir. «Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər. Onlar (insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər (Allahın itaətindən çıxmış) fasiqlərdir!» (ət Tövbə, 67)

Ey Müsəlmanlar! Ancaq həlak olmuş çaşqın kimsənin, cahilin və ya ziyanda olan azığın birisinin söyləyəbiləcəyi həddi aıan əsli olmayan sözlədən biri də, yalan və iftiranın ən böyüyü olan şirk sözüdür. Kim ölülərin ruhlarından kömək istəmənin, türbələrdə və məzarlarda yatanlardan imdat tələb etmənin caiz olduğunu önə sürərsə, ölülərin kainatda və olan hadisələrdə əlləri olduqlarını önə sürərsə, ya da onların bədənləri və ruhları ilə birlikdə qəbirlərindən çıxıb darda qalana yardım etdilərini və çətinlikdə olanı qurtardıqlarını önə sürərsə, Allaha qarşı həddi aşan və Allah adına yalan söyləyən arsız bir kimsədir. Ümmətin içində sözlərin ən pisini və inancların ən alçağını edəndir. İnsanları doğru yoldan çəkindirməkdə və xurafatlara dəvət etməkdədir. O, Alahı haqqı ilə təqdir etməmiş və Allahdan qorxmamışdır. Bu səbəblə azğınlığını açıqca ortaya qoymuşdur. «Allaha iftira yaxandan (öz sözünü yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün məxluqat, yaxud insanın öz bədəninin üzvləri) belə deyərlər: 'Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!' Bilin ki, zalımlar Allahın lə’nətinə gələcəklər!» (Hud, 18)

Ey Müsəlmanlar! Ölülərə dua etmək, xısıntı anlarda onlara səslənmək, bəla anlarında ehtiyacların aparılmasını və sıxıntıların ortadan qalxması üçün adlarını bağırmaq (səsləmək) açıq aydın şirk və küfrdür. Muhammad Mustafa (s.ə.s)-in dəvətini, küfrü yıxıb tamamən ortadan qaldırmaq və ümməti onun pisliyindən və şərrindən qorumaq üçün gəlmişdir.

Əbu Təmimə, qövmündən bir adamndan bunu rəvayət edər: «Rəsulallah (s.ə.s)-i gördüm. Onun yanına bir adam gəldi, və «Sən Allahın Rəsulumusan?» dedi. Rəsulallah (s.ə.s) «Bəli» deyincə «Nəyə dəvət edirsən?» deyə soruşdu. Rəsulallah (s.ə.s) belə buyurdu: «Nəfsində bir darlıq olub özü üçün dua etdikdə səndən onu aparan, qıtlığa düşüb özü üçün dua etdiyində sənin üçün (əkin və s.) bitirən, çılpaq bir ərazidə miniyini itirib özündə dua etdiyində sənə onu geri döndürən tək bir Allaha dəvət edirəm» Bunu eşidən həmin adam müsəlman oldu.» Bu hədisi İmam Əhməd və Əbu Davud rəvayət edir.

Səhl b. Abdullah ət Təsturi rəhimahullah belə deyir: «İdarəçiyə və alimlərə hörmət duyduqları müddətcə insanlar xeyirdədirlər. Bunlara hörmət duyarlarsa, Allah onların dünyalarını və axirətlərini islah edər. Bunları balaca görərlərsə, dünyaların və axirətlərini ifsad edərlər.»

İyad b. Qanim (r.a), Rəsulallah (s.ə.s)-in belə buyurduğunu bildirir: «Kim idarəçiyə bir mövzuda nəsigət etmək istəsə, bunu ona (başqalarının yanında) açıqca söyləməsin. Əksinə əlindən tutsun və onunla yalnız qalsın. Qəbul edərsə edər, etməsə də o öz üzərinə düşəni etmiş olur.» Bu hədisi İmam Əhməd və İbni Əbi Adim rəvayət edir.

İmamlara nəsihət etmək kəsinliklə vacibdir. Şəriətə müxalifət etdikləri şeylərdə onları çəkindirmək dinin bir qaydasıdır. Fəqər bu; hikəmtlə və gözəl sözlə olmalı, yumşaqlıqla edilməlidir. Onların islahı və salamatda olmaları üçün dua edilməlidir. Haqsızlıqlarına və zülmlərinə səbr etmək lazımdır. Onlara baş qaldırmaq, onlarla savaşmaq və ya onlara itaəti tərk etmək caiz deyildir. Kim belə edərsə, o bidət əhlindəndir. Sünnət və sələfin yolu üzrə deyil.

Auf bin Malik (r.a) Rəsulallah (s.ə.s) –dən belə buyurduğunu bildirir «İmamlarınızın (idarəçilərinizin) xeyirləri sizin onları sevdikləriniz və onların da sizi sevənləri, özləri üçün xeyir dua etdikləriniz və sizin üçün xeyir dua edənləridir. İdarəçilərinizin pisləri isə, sizin onlara qarşı çıxdığınız və onların da sizə qarşı çıxdıqlarıdır, onlara lənət etdiyiniz və onların da sizə lənət etdikləridir.» «Ey Allahın Rəsulu! O zaman onlara qılıncla qarşı çıxım mı?» deyilincə belə buyurur: «Xeyir, aranızda namaza iqamə etdikcə (qarşı çıxmayın)! Kimin üzərinə bir idarəçitəyin edilərsə və onun Allaha üsyanı (günah) olan bir şey etdiyini görərsə, Allaha üsyan olaraq etdiyindən (günahdan) xoşlanmasın və itaətdən əç çəkməsin!» Bu hədisi Muslim rəvayət etmişdir.

«Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!» (Ali İmran, 102)

Bilin ki, üzərinizdə hər söylədiyinizi yazan və hər sözünüzü əzbərləyən iki mələk vardır. «Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!» (Kaf, 18)

Ey Müsəlmanlar! Müsləman, dilindən və əlindən insanların əmin olduğu adamdır. İnsanlar arasında söz daşımaq haramdır. İftira və böhtandır. Çirkin bir sözdür. İnsanların arasını vurmaqdır. Bir-birini sevən insanların arasını ayırmaqdır. Ərlə arvasın arasını vurmaq üçün sehr edən Cəhənnəm atəşi ilə hədələnmişdir.

Huzeyfə (r.a) Rəsulallah (s.ə.s)-in belə dediyini nəql edir: «Qeybət edən Cənnətə girməz» Bu hədisi, Buxari və Muslim rəvayət edir.

Qeybət, kəsici bir dildir. Arxadan qaş göz ilə ələ salmaqdır. Cəzası böyük və sonu qorxuncdur.

Ənəs (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir: «Miraca çıxarıldığımda dəmirdən dırnaqları olan, üzlərini və sinələrini dırnaqları ilə cıran bir qrup insana rast gəldim. «Bunlarl kimdir ey Cəbrayıl?» dedim. «Bunlar, insanların ətini yeyən və onların arxalarınca dil uzadanlardır» dedi» bu hədisi İmam Əhməd və Əbu Davud rəvayət edr.

Bu hədədən sonra daha başqa bir hədə ola bilərmi? Nə zaman dilləri bu xətadan kənar tutacağıq. Nə zaman bu əməldən geri durub tövbə edəcəyik?

Ey Müsəlmanlar! İnsanlara çoxca lənət edən ziyana düşər. Çirkin və alçaq sözlər söyləyənin ümidi boşa çıxar. İbni Məsud (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu bildirir: «Mömin, (insanları) çoxca qaralayan və çoxca lənət edən, pis söz söyləyən və söyən bir kimsə deyildir» Bu hədisi Tirmizi rəvayət edir.

Allah bizi və sizi bütün günahlardan və haramlardan qorusun. Keçmiş günlərdəki xətalarımızı və qüsurlarımızı bağışlasın.

Ey Müsəlmanlar! Dinləmənin meyvəsi tabe olmaqdır. Bu səbəblə, sözü dinləyən və ən gözəlinə tabe olanlardan olun! Bilin ki, Allah sizlərlə ilk əvvəl Öz adını zikr edərək, ikinci olaraq mələkləri və üçüncü olaraq da siz möminləri zikredərək bir əmr olaraq buyurur: «Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)» (Əhzab, 56)

-------------- Gözəl Söz

XEDICE73Tarix: Çərşənbə, 09.06.2010, 23:17 | Yazı # 13
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Mexluqata xas sifetleri (xususiyyetlerin) Allaha aid edilmesi.

Allaha mexsus ad ve sifetleri Ondan qeyrisine aid etmek (mexluqati Allaha benzetmek) politeizimin novlerinden olduqu kimi mexluqata xas sifetleri de Allaha aid etmek (Allahi mexluqa benzetmek)kufurdur.
Bu gun cemiyyetimizde Allah baresinde yayilmis ,,O kisi,, ve ya boyuklerin kicik yasli usaqlara reblerini ,,Allah baba ,, kimi tanitdirmalarina rast gelmek mumkundur.

Melum olduqu kimi ,Allahin substansiyasi (varliqinin mahiyyeti) aqilla derk edile bilmir.Onun kimese benzedilmesi ve ya kiminse Ona oxsadilmasi Rebbimizin uca sanina ziddir. Insanlardaki cins (qadin-kisi) ,yas (usaq,genc,yasli,qoca),social tebeqelesme (ust,orta,asaqi) kimi xususiyyetler beseridir ve onlari Allaha aid etmek Onu mexluqata benzetmekdir.Bu sebebden Allah haqqinda bu tip ifadelerin isledilmesi haramdir.Bunu iddia ederken ona etiqad etmek ise eqidede kufure varmaqdir.

Bu kimi ifadeleri isletdikde usaq yaxsi anlayir iddiasi ise seytan vesvesesidir.Bezen bu,ilk baxisda tesirli gorune biler.Ancaq butun bunlar her seyden once aldadici olmaqla hem de gunaha sebeb olacaq bir emelle Allaha yaxinlasib Ondan bereket ummaqdir.Gunahla bereket umulmaz

.Hemcinin ,xos olmayan ifadelerle Allaha yaxinlasmaq mumkun deyildir.
Ilk olaraq usaqlara mubarek ve muqeddes Allah adini oyretmek gerekdir. Hemcinin ,yeri geldikce ,,Le ilehe illellah ,, kelmesini, ,,Fatihe,, ve diger Quran surelerini ,bezi dualari onlara ezberletmek lazimdir.
Usaq boyudukce ezberlediklerinin menasi tedricen ona basa salinir .

Heqiqeten Allah benzerinin olmasindan ,neyese oxsamaqdan ,neyinse Ona oxsamasindan uzaqdir,O uca ve pakdir.Ubey ibn Ke,b revayet edir ki ; (bir defe) musrikler Allahin Resuluna s.a.s. dediler; Bize Rebbini tanit ,, Buna gore Uca Allah ,,De (Menim Rebbim olan ) O Allah birdir;

Allah (hec kese, hec neye) mohtac deyildir!( Hami Ona mohtacdir, O ezelidir,ebedidir!)
O, ne doqmus,ne de doqulmusdur!
Onun hec bir tayi-beraberi (benzeri) de yoxdur! Ayelerini endirdi(Tirmizi.V,451,452;Musned.V133)

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Müxtəlif məsələlər » Dilin toretdiyi belalar.
  • Страница 1 из 1
  • 1
Поиск:

Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru