[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Müxtəlif məsələlər » Yuxu.
Yuxu.
XEDICE73Tarix: Çərşənbə, 27.05.2009, 11:19 | Yazı # 1
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Pis yuxu

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Xeyirli yuxu Allahdan, şərr yuxu isə şeytandandır. Biriniz xoşlamadığı çirkin bir yuxu görərsə həmən sol tərəfinə üç dəfə tüpürsün. Sonra da o, yuxunun şərrindən Allaha sığınsın (Başqa rəvayətdə: Hansı tərəfdə yatmışsa digər tərəfə dönsün). Belə edərsə o, pis yuxu artıq ona heç bir zərər verə bilməz və bu yuxunu heç kəsə xəbər verməsin. Əgər gözəl bir yuxu görərsə həmən sevinsin və o, gözəl yuxunu sevdiyi kimsələrdən başqasına xəbər verməsin” (Müslim 2261).


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Cümə axşamı, 28.05.2009, 00:07 | Yazı # 2
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Ebu Hureyreden (r.a) rävayät edildigine görä Peygämbärimiz(s.a.s) buyuruyor ki, "Dünyanin sonu yakinlasinca müminin rüyasinin dogru cikma ihtimali artar. Müminin rüyasi nübüvvetin kirk altida biridir."(Buhari -Müslim Hadis 841 Riyazüs Salihin)

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Cümə, 29.05.2009, 20:51 | Yazı # 3
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
YUXU INSANLAR ARASINDA AXIR ZAMANLAR COX POPULYARLASHMAGA DOGRU GEDIR:MEHZ INDIKI DÖVRDE INSANLAR ARASINDA COX INANCLI MESELELERDEN SAYILIR.AMMA HER BIR INSANIN GÖRDÜYÜ YUXUSU DEMEK OLMAZ KI, HEYATA KECECEK YA YOX.ONA GÖRE DE INSAN HER YUXUDA GÖRDÜYU RÖYASINI HER ADAMA SÖYLEMEMELIDIR.YOX EGER GÖRDÜYÜ YUXU YAXSHIDIRSA ONU YAXSHI BIR ADAMA SÖYLESIN ,YOX EGER YAXSHI YUXU DEYILSE PIS YUXUDURSA ÜC DEFE SOL CIYNINI ÜFLESIN VE SHEYTANDAN ALLAHA SIGINSIN.YUSIF (e)YUXU GÖRERKEN ATASINA SÖYLEDI VE ATASI BUYURDU Ki BU YUXUNU QARDASHLARINA SÖYLEMESIN ,CUNKI ONA HIYLE QURARDILAR.AMMA ONUN YUXUSU UZUN ILLERDEN BERI HEYATA CECDI,VE BELELIKLE ALLAH TEALA YUXU YOZMA ELMINI YUSIF(e) ÖYRETDI.INDI YERINDEN DURAN YUXUSUNU ÖZU YOZMAGA BASHLAYIR, LAKIN BILMIRLER KI,QEYBI BILEN UCA ALLAHDIR ONU ONDAN BASHQA KIMSE BILMEZ, EGER ONA IZN VERMEZSE. BU YUXU YOZUMU SON ZAMANLAR MÖMIN QULLARIN RÖYALARIDIR KI ,DOGRU CIXIR ,BU DA UCA ALLAHU TEALANIN MÖMIN QULLARINA VERDIYI FEZILETDEN SAYILIR,INSHALLAH ALLAHU TEALA BIZLERI FEZILETLI QULLARINDAN QERAR VERSIN INSHALLAH!

ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Şənbə, 30.05.2009, 00:08 | Yazı # 4
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Gecä- gündüz uyumaniz Onun ayetlärindändir.(RUM2)

Uca Allah bütün mömün baci vä gardaslara salih xeyrli yuxular görmäyi näsib etsin.


ALLAH bizləri haqq yoldan çıxartmasın!

Yazını medine - Şənbə, 30.05.2009, 00:11
 
möminäTarix: Çərşənbə axşamı, 23.06.2009, 14:17 | Yazı # 5
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Müəyyən bir yuxusunun yozumunu bilmək istəyən şəxs isə, onu, nəsihətinə və səmimiliyinə arxayın olduğu və eyni zamanda yuxu yozmağı bacaran bir alimə danışmalıdır. Bu, yuxu görmüş insana aiddir. Yuxu yozan şəxslərə gəlincə, onlar gərək Allahdan qorxsunlar və elmsiz surətdə bu sahəyə müdaxilə etməsinlər. Çünki yuxu yozmaq fitva verməkdir. Uca Allah bu haqda buyurur: “(Bir gün Misir) padşahı belə dedi: ... Ey əyanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!” (Yusif surəsi, 43). Məlumdur ki, fitvanı zənn və fərziyyələrlə deyil, yalnız elmi əsaslarla vermək olar. Digər bir tərəfdən yuxu yozumunun özü, müsəlmanlar arasında yayılması müsbət qarşılanan, onların etiqadını və əməllərini islah edən elmlərdən sayılmır. Əksinə yuxu, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurduğu kimi “müjdədir”. Bəzi sələflər yuxu haqqında demişlər: “Yuxu mömini sevindirər, lakin ona zərər verməz.”
Qəzet, jurnal və televiziya kanallarında, həmçinin istirahət zonalarında, əyləncə mərkəzlərində və s. ictimai yerlərdə yuxu yozumu ilə bağlı öz fəaliyyətlərini genişləndirərək onu qazanc mənbəyinə çevirən şəxslər şübhəsiz ki, çox fəsadlı bir iş tutmuşlar. Onlar peyğəmbərliyin bir hissəsi olan bu elmi oyun-oyuncağa çevirmişlər. Imam Malikə (Allah ona rəhmət etsin): hər adam yuxu yoza bilərmi? - deyə sual verdikdə, o demişdir: Peyğəmbərliklə oynamaq olarmı? Həmçinin imam Malik demişdir: “Yuxunu yalnız onu düzgün yozmağı bacaranlar yozsun. Əgər yaxşı yozumu varsa, onu xəbər versin. Yox əgər xoşa gəlməz yozumu varsa ya xeyir söyləsin, ya da sussun. Soruşdular ki, əgər xoşa gəlməz yozumu varsa onu yaxşıya yoza bilərmi? Çünki deyirlər ki, necə yozdunsa elə də olacaq. O, dedi: Yox! Yuxu, peyğəmbərliyin bir hissəsidir. Peyğəmbərliklə də oyun oynamaq olmaz”.
Hər bir müsəlmana bacardığı qədər bu əməlin qarşısını almaq və bu işdə digər müsəlmanlarla köməklik göstərmək vacibdir. Həmçinin səlahiyyətli şəxslər bu qapını bağlamağa tələsməlidirlər. Çünki o, insanları cinlərdən kömək istəməyə, müsəlmanları öz ölkələrində sehrbaz və kahinlərə üz tutmağa, qeyb məsələləri haqda sualların meydana gəlməsinə və sairə bu kimi fəsadlara yol açan şər qapısıdır. Gizli deyil ki, bu əməl yuxarıda qeyd olunan zərərlərlə yanaşı ərlə arvadın, qohumların, dostların arasında münaqişələrə, düşmənçiliyə və ayrılmalara da səbəb olur. Bütün bu deyilənlərin əsas səbəbi isə, yuxu yozan insanın yozmalarının birmənalı şəkildə həqiqət olması iddiasıdır. Daha sonra bu iddianın üzərində zənlər qurulmağa başlayır ki, bu da ən batil nöqtədir. Necə də yox! Axı Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu ümmətin siddiqi, peyğəmbərlərdən və elçilərdən sonra bəşəriyyətin ən xeyirlisi Əbu Bəkrə (Allah ondan razı olsun) onun yuxu yozduğunu eşitdiyi zaman: “Bəzilərini doğru dedin, bəzilərində isə səhv etdin” – deyə buyurmuşdur. Ən xeyirli nəsil sayılan, Allahdan ən çox qorxan, Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəsinə riayət etməyə daha çox hərislik göstərən əshabələrin yuxu yozmaq üçün ümumi məclislər qurması isə, ümumiyyətlə heç birimizə bəlli deyildir. Əgər bu xeyirli bir iş olsaydı, onlar bizdən öncə bunu edərdilər.


ALLAH BIZLÄRI GORUSUN
 
Forum » İslam » Müxtəlif məsələlər » Yuxu.
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru