[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Müxtəlif məsələlər » Qeyri muselmani islama nece devet etmek olar.
Qeyri muselmani islama nece devet etmek olar.
XEDICE73Tarix: Şənbə, 28.03.2009, 15:09 | Yazı # 1
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Qeyri muselmani islama nece devet etmek olar?

Sual:... Onların dəlili bir hədisdir. Hədisdə bildirilir ki, kafir biri Allahın Elçisinin (Ona Allahın salavatı və salamı olsun) yanına gəlir və islam dinini qəbul edir. Lakin şərt qoyur ki, gündə beş dəfə namaz əvəzinə bir dəfə qılacaq. Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) islamı qəbul edib xilas olması üçün bu şərti qəbul edir. Bu hədis səhihdirmi? Hədisi bu məsələdə dəlil kimi istifadə etmək olarmı?

Cavab: Bu hədis səhihdir. Lakin bu şərtlə ki, hədisdə bir dəfə deyil, iki dəfə namaz qılmaq şərt kimi qoyulur. Öz vəziyyətlərini əsaslandırmaq üçün bundan dəlil kimi istifadə etmək məsələsinə gəldikdə, bu doğru deyil. Çünki, burada bizim bəhs etdiyimiz Dəvətdə üslubdur. Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) həmin kəs buna əməl etdiyi zaman insanları gündə neçə dəfə namaz qılmağa dəvət edirdi? İki, yoxsa beş dəfə? Təbii ki, onları beş dəfə namaz qılmağa dəvət edirdi.

Onlar Dəvətin üslubunu dəyişmək istəyirlər, istəyirlər ki, biz insanlara Allah təalanın onlara fərz buyurduqlarını və haram etdiklərini izah etməyək.

Onlar məsələn “namaz qılmayan, bəzən üzü qırxılı və eyni zamanda qızıl üzük taxan bir kəs sizə yaxınlaşdıqda ilk öncə namaz qılmaq məsələsindən başlayıb qızıl üzük taxmaq məsələsini sonraya ertələməyinizi istəmirlər.

Əgər onların istəyi bu olsaydı, o zaman bu məsələdə biz onlarla ittifaq edərdik. Lakin onların istəyi Dəvətin üslubunu dəyişməkdir. Ona görə də, biz onlara deyirik: “Sizin insanları çağırdığınız bu Dəvət islam deyil. Bəli bu islamdır, lakin sizin anladığınız bu islamdan nə başa düşülür? Bundan gündə beş dəfə namaz qılıb qadağaların bütün növlərini qadağan etmək başa düşülməlidirmi?

Müəyyən bir fərdin məsələsinə gəldikdə bəli. Fərd ilə onun vəziyyətinə, halına xas şəkildə müamilə edilməlidir. Ona görə də, bu hədisi öz iddialarını əsaslandırmaq üçün dəlil olaraq istifadə etmək doğru deyil. Dəvət məsələnin bir yönü, bu Dəvətə çağırılan fərdlər ilə müamilə üslubu isə məsələnin başqa bir yönüdür.

Sual: Necə oldu ki, Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) bu kişiyə gündə beş dəfə namaz əvəzinə sadəcə iki dəfə qılmağa icazə verdi?

Cavab: Bu dəvətdə üslubdur. Başqa bir hədis var ki, bu suala cavab vermək üçün yerinə düşür. Hədisdə deyilir:

“Əgər onlar sözlərində sadiqdirlərsə, yaxşı müsəlman olacaqlar və Allahın yolunda çalışacaqlar”.

Hədisin mənası budur ki, onlar müşrik və kafir olduqları halda biz o insanlardan “bir az əməl etmək ilə” razı olsaq, o zaman bu “az bir şey ilə onların əməl etməsi” onların üzərinə vacib olan əmrlərə daha çox riayət etməsi ilə nəticələnəcək. Bu şəriətdə icazə verilən bir strategiyadır, lakin bu yalnız fərdlərə tətbiq olunmalı və dəvətin özünə tətbiq olunmamalıdır. Dəvət nazil olunduğu kimi eyni şəkildə heç bir əksikliyə yol vermədən təbliğ olunmalıdır. Fərdlərə gəldikdə isə, onlara öz hallarına görə müamilə edilməlidir.

Buna görə də, bəzi insanların söylədiyi əhvalat ilə razılaşmırıq. Təxminən bir əsr bundan öncə bir qrup hakim islam dinini qəbul etmək istəyir. Bununla belə, spirtli içkini tərk etmək iqtidarında olmadıqlarını söyləyirlər. Çünki yaşadıqları ölkə olduqca soyuq idi. Adam göndərib İstanbulun müftisindən bu barədə soruşurlar. Müfti onlara bunun qəbuledilməz olduğu cavabını verir. Mənim rəyim budur ki, yuxarıda zikr olunan hədisdən dolayı bu cür etmək xətadır. Biz onlara dəvəti təbliğ etməli və onlara spirtli içkinin qadağan olunduğunu, bu bəlanı yüngülləşdirmək üçün cəhd etməyin isə onların üzərinə düşən bir məsələ olduğunu onlara bildirməliyik. İlk öncə onlara Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Məhəmməd Onun Elçisidir” şəhadətini söyləməyə, namaz qılmağa, oruc tutmağa və s. və bacardıqca, mümkün qədər bulaşdıqları bu bəlanı azaltmağa çalışmağa dəvət etməliyik.

Bu şəriətdə icazə verilən bir strategiyadır.

Şəriəti gizlətmək və insanlara gündə beş dəfə deyil, sadəcə iki dəfə namaz qılmalı olduqlarını söyləmək məsələsinə gəldikdə! Bu Dəvət deyil, biz islama dəvət ilə, fərdlər ilə müamilə etmək məsələsini bir-birindən fərqləndirməliyik. Fərdə onun spesifik vəziyyətinə görə müamilə edilməlidir ki, onu islama daha da yaxınlaşdıraq.

(1) Sual verənin bəhs etdiyi məsələ bundan əvvəlki sual ilə əlaqədardır. Burada Şeyxdən, müsəlmanları İslama dəvət edərkən onları qaçırtmamaq üçün dində musiqi, saqqalı qırxmaq və şəkil çəkmək kimi müəyyən məsələləri gizlətməyin icazəli olub-olmadığı barədə soruşurlar.

Əl Həəvi min Fətəvə Şeyx Albani: səh.494

Qeyri-müsəlmanlar ilə debat necə aparılmalıdır-1

Sual: Müsəlmanlardan bir nəfər “Allah Ədalətsizdir, çünki 500 il bundan əvvəl
dünyasını dəyişmiş insanları cəzalandırır” deyə söyləyən bir nəsraniyə necə cavab vermək lazım olduğu barədə soruşur.

Cavab: Bu qeyri-müsəlman ilə sizin debat aparmağınız icazəli deyil. Çünki, öncə bilmək lazımdır ki, qeyri-müsəlmanlar ilə debat aparan kəsin Allahın Kitabı və Sünnədən elmi olması vacibdir. İkincisi, onlar anlayışlı, dərrakəli, ağıllı olmalı və qeyri-müsəlmanlar ilə debat aparmağın metodlarından xəbərdar olmalıdır.

Siz ilk öncə bu şəxsin “yanlış anlayışına” cavab verməkdən başlamalı deyilsiniz. Əvvəlcə Allah Azzə və Cəllənin bu dünyanı xəlq etdiyinə inanıb inanmadığı məsələsindən başlayırsınız, sonra bu xüsusi küfr məsələsinə çatana qədər yavaş-yavaş irəliləyirsiniz, sonra isə məsələyə etiraz edərək cavab vermək olar. Lakin, bütün bu mərhələləri keçməyib bu xüsusi məsələ ilə onu bu zəlalətdən xilas etməyə necə cəhd edə bilərsiniz?! O əslən kafirdir, Uca Allaha qarşı küfr edir və siz də “onun zehnində mövcud olmayan Allahın” Ədalətli olduğuna onu inandırmağa cəhd edirsiniz?

Sual verən: Sübhənallah!

Şeyx: Bu mümkün deyil. Ona görə də, sizə nəsihətimiz budur ki, vaxtınızı buna sərf etməyin.

Sual verən: Şeyx, mən vaxtımı buna sərf etmirəm. Lakin o gəlib yanlış fikirlər, şübhə toxumu səpən biridir. Ona görə də, mən Qurani Kərimin ilk ayələrindən birini sitat gətirməklə ona cavab verdim.

Allah Təala buyurur: “O kəslər ki, qeybə iman gətirir...” [əl-Bəqərə 2:3] . Bu mənim ona cavabım idi, şeyx.

Şeyx: Bu cavabın heç bir faydası yoxdur. Çünki, o Qurana inanmır! Nə də, Allahın Kitabına inanır! Bu məsələdə onunla debat aparmağın nə faydası var?

Sual verən: Heç bir faydası yoxdur.

Şeyx: Dəməşqdə olarkən buna bənzər bir hadisə mənim də başıma gəlmişdi. Biri məndən soruşmuşdu: “Necə olur ki, Məhəmməd səmaya qalxmışdı, halbuki elmi cəhətdən sübut olunmuşdur ki, atmosfer təbəqəsinin xaricinə çıxdıqda insan məhv olur?

Sual verən: Allahu Əkbər!

Şeyx: Ona verdiyim ilk sual: Sən Allaha inanırsanmı?

O: Bəli, inanıram.

Şeyx: Yaxşı, bəs Allahın Rəsuluna inanırsanmı?

O: Bəli, inanıram.

Şeyx: Yaxşı, bəs möcüzələrə inanırsanmı?

O: Xeyr.

Şeyx: Həkimlər deyirlər ki, bəzi insanların iki ürəyi var. Biri sağda, digəri isə sol tərəfdədir. Sən tibb barədə bir şey bilirsən?

O: Xeyr, heç bir şey bilmirəm.

Şeyx: Həkimlər sənin məlumatın olmadığı bu xəbəri dərc etsələr, sən buna inanacaqsanmı?

O: Bəli inanaram.

Şeyx: Həkimlərin xəta etmək, yalan danışmaq və s. ehtimalı olsa belə yenə inanacaqsan. Biz bilirik ki, peyğəmbərin səmaya yüksəlməsi barədə bizə xəbər verən, insanlar içində ən doğru sözlü olan Allah Rəsuludur. Çünki, bunu ona nazil edən Allah Azzə və Cəllədir:

“Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı
Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. [əl-İsra 17:1]

Şeyx: Sənin buna şübhən var?

Sonra ona bir jurnal göstərdim....debat beləcə davam etdi...

Bu əhvalatı sizə danışmaqdan əsas qayəm sizə qeyri müsəlmanlarla debatı tədricən necə aparmağın yolunu göstərməkdir. İndi başa düşdünüz?

Sual verən: Bəli, başa düşdüm, Allah sizi xeyirlə mükafatlandırsın.

Şeyx: Allah sizi qorusun. Başqa bir sualınız var?

Sual verən: Xeyr


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Müxtəlif məsələlər » Qeyri muselmani islama nece devet etmek olar.
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru