MÖMİN QADIN
| |
Terane | Tarix: Çərşənbə, 03.10.2012, 23:15 | Yazı # 21 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| MÜSƏLMAN QADIN ALLAHA TƏSLİM OLMUŞDUR Müsəlman qadın Allaha, səmimi bir ürəklə iman etmiş və dərin bir Allah qorxusuyla boyun əymişdir. Allahdan başqa bir İlah olmadığını, Onun bütün varlıqların tək hakimi və sonsuz güc sahibi olduğunu dərk etmişdir. Buna görə də, sadəcə Allahdan qorxar və yalnız Onun razılığını axtarar. Yalnız Allaha ibadət edər, ONU dost bilər və yalnız Ondan kömək istəyər.Hər hansı bir xeyirlə üzləşsə, bunu ona ancaq Allahın verə biləcəyini və eyni şəkildə ona dəyə biləcək bir zərər varsa, bunun qarşısını da Allahın ala biləcəyini, özünü ancaq Allahın qoruya biləcəyini bilərək yaşayar.
Yalnız Allaha möhtac olduğunu, özünü həyatda yaşadan, ona nemətini və köməyini çatdıran, qoruyan, tək gücün Allah olduğunu bilər. Buna görə də heç vaxt insanlardan nəsə ummaz.Allaha, heç bir şəkk-şübhə duymadan iman etmişdir. İmanındakı bu səmimiyyətini həyatının sonuna qədər, hər an davam etdirər,həyatının hər mərhələsində, hər nə çətinliklə qarşılaşırsa qarşılaşsın, Allaha olan bu səmimi inancından imtina etməz. Nemət içərisində olduğunda Allaha qarşı necə şükr edici, məmnuniyyət dolu bir yaxınlıq içərisindədirsə, şərtlər əksinə olduqda da eyni təslimiyyəti göstərməyə davam edər.
Rəbbimizin qullarına olan sonsuz sevgisindən, rəhmətindən, əsirgəməsindən və bağışlayıcı olduğundan əmin, təvəkküllü əxlaqa sahib olar.Bir çətinliklə qarşılaşdığında, Allahın Quranda hər çətinliklə birlikdə bir asanlıq gətirəcəyini bildirdiyini, vacib olanın isə bu çətinlik anında insanın Allaha olan sevgisində, təslimiyyətində və etibarında dözüm göstərməli olduğunu bilər. Allahın ədalətindən, hər hadisəni xeyir və hikmətlə yaratdığından əmindir və Allahın vədindən əsla dönməyəcəyini bilər. Qarşılaşdığı çətinliklər uzun müddət davam etsə belə, heç bir zaman ümidsizliyə qapılmaz, Allahın köməyindən əsla şübhəyə düşməz. Gözəl bir səbir və təslimiyyətlə, Allahın özünə verdiyiylə kifayətlənər və bunda özü üçün bir xeyir olduğunu qəti olaraq bilər. Allahın bu mövzuda Quranda bildirdiyi nümunələri xatirindən çıxarmaz, çətinliklərlə qarşılaşdıqları zaman ümidsizliyə qapılanların təslimiyyətsizliyini bilər. Özünə, hər nə çətinliklə qarşılaşırlarsa qarşılaşsınlar
"... Şübhəsiz Rəbbim, mənimlə bərabərdir, mənə yol göstərəcək"(Şuəra Surəsi, 62)
deyərək Allaha təvəkkül edən peyğəmbərlərin üstün əxlaqını nümunə götürər. Həyatı boyunca qarşısına çıxan hər hadisədə Allahın rəhmətini, yaxınlığını, sevgisini, köməyini və dostluğunu görə bilən bir iman dərinliyi içərisində olar.
Mömin qadınların göstərdikləri bu əxlaqın üstünlüyü, cahiliyyə inanclarıyla formalaşan qadın xarakteri ilə müqayisə edildiyində kəskin bir şəkildə ortaya çıxmaqdadır. Cahiliyyə əxlaqını mənimsəyən qadınlar, həyatları boyunca qarşılaşdıqları hər incəliyi yaradanın Allah olduğunu və bunların hər birində bir çox xeyir və hikmət gizləndiyini düşünmədikləri üçün yaşadıqları hadisələr qarşısında lazım olan təslimiyyəti göstərə bilməzlər.
Belə ki, cahil qadın xarakterinin ən çox bilinən xüsusiyyətlərindən biri, çətinliklər qarşısında göstərilən dözümsüz, səbirsiz, ortalığı təlaşa verən, qarışıqlıq meydana gətirən hərəkətlərdir. Hətta bu səbəblə çox vaxt insanlar, özlərinə yük olmamaları üçün qadınları, çətinliklə qarşılaşma ehtimalı olan mühitlərdən uzaq tutmağa böyük diqqət göstərirlər. Cahil qadın xarakterinin bu əhəmiyyətli xüsusiyyəti bu günə qədər bir çox filmə, ya da romana mövzu olmuşdur. Allaha güvənib təslim olmadıqları üçün, çətinliklərə qarşı qoya biləcək gerçək səbri və gücü özlərində tapa bilməzlər. Gücləri, ancaq bu çətinliyə dözmənin sonunda əldə edə biləcəkləri mənfəətlərin böyüklüyü qədərdir.Iman edən bir qadın isə gücünü imanından və Allahın razılığını qazanma mövzusundakı qəti dayanıqlılığından aldığı üçün, dözümü çox qüvvətli olar. Allah Quranda möminlərin bu əxlaqını
“...Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq.” (Ənam Surəsi, 71)
sözləriylə dilə gətirdiklərini bildirməkdədir. Buna qarşılıq Allah, tam bir təslimiyyətlə Özünə təslim olan qullarını belə müjdələməkdədir:
Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. (Loğman Surəsi, 22)
Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə Surəsi, 112)
--------------- Ləman Mehdizadə
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 03.10.2012, 23:15 | Yazı # 22 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Qadınlardan təbii yolla ifraz olunan nifas qanı (doğuşdan sonrakı qanaxma) ilə bağlı əhkamlar. Suallar:
1.Doğuşdan sonra qan gəlməzsə? Bu halda nifas sayılmır və qüsl almaq da vacib olmur. Əgər orucdursa, orucu da pozulmur.
2.Doğuş əlamətlərini görərsə? Doğuşdan öncə ağrı hissləri ilə ifraz olunan qan və suyun ifrazı nifasa daxil deyil. Bu istihazə sayılır.
3.Doğuş zamanı ifraz olunan qan? Uşaq tam və qismən çıxmasa da, bu qan nifas qanıdır. Bu zaman qılınmayan namazların qəzası qılınmır.
4.Nifas günləri hansı andan hesablanır? Uşaq tam olaraq ana bətnindən çıxdıqdan sonra.
5.Nifas ən azı neçə gün davam edə bilər? Nifasın azı üçün vaxt məhdudiyyəti yoxdur. Doğuşdan dərhal sonra qan kəsilərsə qüsl almalı və namazlarını qılmalıdır. Qırx günün bitməsini gözləmək lazım deyil.
6.Nifas ən çox neçə gün davam edə bilər? Ən çox qırx gün davam edə bilər. Bu vaxtdan sonra ifrazat davam edərsə, nifas sayılmır. Belə halda qadının qüsl alıb namazlarını qılması vacib olur. Əgər bu müddət hamiləlikdən əvvəl adət etdiyi aybaşı günləri ilə üst-üstə düşürsə, bunu aybaşı kimi qəbul etməlidir.
7.Əkiz və ya daha çox uşağı olan qadının nifası nə zamandan başlayır? Birinci uşaq olandan sonra nifas vaxtı başlayır.
8.Yarımçıq düşmüş uşaqdan sonra ifraz olunan qan? Əgər düşmüş uşaq səksən günlük və ya azdırsa, istihazə olur. Əgər doxsan günlük və daha artıqdırsa, bu nifas sayılır. Əgər səksən və doxsan gün arasındadırsa, bu uşağın yaradılış mərhələsindən asılıdır. Əgər rüşeym insan şəklinə düşübsə, bundan sonra ifraz olunan qan nifas, əks halda, istihazə qanıdır.
9.Qadın qırx gün ərzində təmizlənib və deyilən vaxt bitməmiş bir daha qan ifraz olunub? Qadın qırx gün ərzində təmizlik müşahidə etdiyi hallarda çimib təmizlənir və namazlarını qılır. Əgər qırx gün ərzində yenidən qan ifrazatı başlayarsa, nifasa aid olur. Qırx gün bitənə qədər bu qaydaya əməl olunmalıdır.
Qeydlər: : Boynunda qüsl olan insana etməsi haram olan əməllər aybaşı və nifaslı qadınlara da haramdır. İstihazəli qadının namaz qılması vacıbdir. Amma hər namazdan öncə dəstəmaz almalıdır. Əgər qadın günəş batmadan öncə aybaşıdan və ya nifasdan təmizlənərsə, həmin günün zöhr və əsr namazlarını qılmalıdır. Əgər sübh namazının vaxtı girməmiş təmizlənərsə, o zaman həmin gecənin məğrib və işa namazlarını qılmalıdır. Namazın vaxtı daxil olduqdan sonra namazı qılmadan öncə aybaşı və ya nifas olan qadın həmin namazın qəzasını qılmalıdır. Aybaşıdan və nifasdan qüsl alarkən hörüklərini açmalıdır. Cənabət qüslü aldıqda isə bunu etmək vacib deyil. Aybaşı və nifaslı qadınlarla oynaşmaq və həzz almaq olar, amma cinsi əlaqəyə girmək haramdır. İstihazəli qadınla cinsi əlaqəyə girmək məkruhdur. Ərin buna ehtiyacı olduğu halda icazəlidir. İstihazəli qadının hər namaz üçün qüsl alması müstəhəbdir. Əgər buna imkanı olmazsa, zöhr ilə əsri bir qüsl ilə, Məğrib və İşanı bir, sübh namazını da bir qüsl ilə qılsın. Beləliklə, gün ərzində üç dəfə qüsl almış olar. Əgər buna da imkanı yoxdursa, gün ərzində bir dəfə çimib sonra hər namaz üçün dəstəmaz ala bilər. Əgər buna da imkanı yoxdursa, o zaman aybaşı qüslünü aldıqdan sonra hər namaz üçün dəstəmaz alsın. Həcc və ya ümrə ziyarətlərini yerinə yetirmək, yaxud ramazan orucunu tamamlamaq üçün aybaşının qarşısını müvəqqəti alan dərmanlardan istifadə edə bilər. Bunu dərmanın ona zərər verməyəcəyinə əmin olduqdan sonra etməlidir.
-------------- Abdurrəhim Muradlı Qurani kərimin son üç cüzünün təfsiri
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 03.10.2012, 23:16 | Yazı # 23 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Qadınlardan təbii yolla ifraz olunan aybaşı və istihazə qanı ilə bağlı əhkamlar. suallar və cavablar: 1.Qadının aybaşı olduğu az və çox yaş həddi nədir? Aybaşı olmaq üçün ən az yaş həddi doqquzdur. Əgər bu yaşdan əvvəl qan ifraz olunarsa, bu istihazədir. Çoxu üçün isə yaş həddi yoxdur.
2.Aybaşı ən azı neçə gün davam edə bilər? Ən azı bir sutka. Əgər az olarsa, bu istihazə sayılır.
3.Aybaşı ən çox neçə gün davam edə bilər? Ən çox on beş gün davam edə bilər. Sonrakı günlərdə gələn qan istihazə qanıdır
4.İki aybaşı arasında neçə gün təmizlik müddəti ola bilər? Bu müddət on üç gün olmalıdır. Bu günlər tamamlanmadan öncə qan gələrsə, istihazə sayılır.
5.Adətən qadınlar ayın neçə günü aybaşı olurlar? Bu altı və ya yeddi gün olur.
6.Adətən qadınlar ayın neçə günü aybaşıdan pak olurlar? Adətən ayın iyirmi üç və ya iyirmi dörd günü pak olurlar.
7.Hamiləlik dövründə ifraz olunan qan aybaşı qanıdırmı? Hamiləlik dövründə ifraz olunan qan, sarı və məxməri rəngli ifrazat istihazə sayılır.
8.Aybaşı qadın təmizləndiyini nə ilə bilir? 1. Ola bilər bəzi qadınlarda ağ rəngli ifrazat çıxsın. 2. Əgər ağ rəngli ifrazat çıxmırsa, o zaman orqandan qanın, sarı və məxməri ifrazatın kəsilməsi ilə aybaşının bitməsini bilmək mümkündür.
9.Təmizlik müddətində orqandan ifraz olunan maye.? Əgər maye şəffaf, yaxud ağ və yapışqandırsa, təmiz sayılır. Əgər qan, sarı və ya məxməri mayedirsə, murdar hesab olunur. Bütün bunlar dəstəmazı pozur. İfrazat davamlı olarsa, istihazədır.
10.Orqandan ifraz olunan sarı və məxməri maye? Əgər bu maye aybaşıdan əvvəl və ya sonra ona birləşik çıxarsa, aybaşıdan sayılır. Yox əgər ayrı çıxarsa, istihazədir.
11.Hər ay müəyyən günlərdə aybaşı olub bəzən bu müddətdən öncə təmizlənərsə? Adət etdiyi aybaşı günləri bitməmiş qan tez kəsilər və təmizlik əlamətlərini görərsə, təmiz sayılır.
12.Aybaşının adət olunan vaxtdan öncə və ya sonra başlaması? Aybaşı qanının vəsfinə uyğun gələn qan hər halda aybaşı qanı hesab olunur. Bir şərtlə ki, iki aybaşı arasından (təmizliyin ən az müddəti olan) on üç gündən çox vaxt keçsin. Əks halda, bu istihazə sayılır.
13.Əgər aybaşı adət olunan müddətdən az və ya çox davam edərsə? Bu müddət aybaşı sayılır. Lakin bir şərtlə ki, bu müddət aybaşının çox həddi sayılan on beş gündən çox olmasın.
14.Əgər qadından bir ay və ya daha uzun müddətdə qan ifraz olunarsa? Bunun dörd həlli vardır: 1. Hər ay nə vaxt və neçə gün aybaşı olduğunu bilir, həmçinin aybaşı qanını da başqa qandan fərqləndirə bilirsə, belə halda qanın necəliyinə deyil, nə vaxt və neçə gün aybaşı olduğuna uyğun əməl etməlidir. 2. Nə vaxt və neçə gün aybaşı olduğunu bilir və ifraz olunan qan da bir vəsfdə olarsa, bu halda əvvəlki adəti üzrə say və vaxt prinsipinə riayət etməlidir. 3. Nə vaxt aybaşı olduğunu bilib, lakin aybaşının keçmiş adəti üzrə neçə gün davam etdiyini bilməyən qadın, bildiyi gündən başlayaraq, altı və ya yeddi gün aybaşı müddəti saxlayır. Bu, əksər qadınların adət etdikləri aybaşı günləridir. 4. Neçə gün aybaşı olduğunu bilib, amma ayın hansı günündə başladığını bilməyən qadın hər hicri ayının əvvəlindən başlayaraq, bəlli günləri aybaşı olaraq adət etməlidir.
Qeyd:İstihazə: Bu, xəstəlik səbəbi ilə ana bətninin aşağı hissəsindəki damarlardan axan qandır. Aybaşı ilə istihazə arasındakı fərq bunlardan ibarətdir: 1. Aybaşı qanı qırmızı, qara rəngə meyilli olub, tünd rəngli olur. İstihazə qanı isə burundan axan qan kimi açıq qırmızı rəngli olur. 2. Aybaşı qanı qatı və parça-parça qanlarla müşahidə olunur. İstihazə qanı isə, kəsilmiş yaradan axan qan kimi duru olur. 3. Aybaşı qanı adətən kəskin və xoşagəlməz iyli olur. İstihazə qanı isə adi qan iyi verir. İbadətlərə təsiri: Böyük natəmizlik halında olan insana etməsi qadağan olunan: namaz qılmaq, məsciddə oturmaq, Quran oxumaq, oruc tutmaq və s. bu kimi – əməllər, aybaşı qadına da qadağandır.
-------------- Abdurrəhim Muradlı Qurani kərimin son üç cüzünün təfsiri
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 03.10.2012, 23:17 | Yazı # 24 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| O bir müsəlman qadını... Uca Allah müsəlman qadını əsrarəngiz olaraq yaratdı. Ona bütün həyatın ağır yükünü daşıya biləcək qüvvət, fəqət başqalarına təsəlli verə biləcək bir zəriflik verdi. Ona doğumun verdiyi ağrı qədər, bu ağrıya belə dəyməyən- nankor övladının qəlbinə verdiyi ağrısına rağmən, övladına bütün həyatını bağışlaya biləcək bir sevgi verdi. Özgələrinin qüvvətinin tükəndiyi zaman, ona tükənməyən əzm, ailəsi xəstə olduğu zaman yorğunluğunu unutduracaq bir qüdrət verdi. Ona ərini bütün qüsurlarına rağmən onu sevmək qüvvəti verdi. Ona ərindən xoşagəlməz bir cavab eşitdikdə, onun qəlbini qırmamağı üçün gözəl bir təbəssüm verdi. Ona ərinin onu çox sevdiyini, fəqət bəzən onun səbrini sınayacaq davranışlar göstərə biləcəyini anlayacaq bir zəka verdi. Ona dərdli olduqda belə hislərini biruzə verməyən və həyat çətinlikləri qarşısında əyilməyəcək bir məğrurluq verdi. Ona çətinliklər qarşısında yalnız uca Allaha təvəkkül edən qəlb və Onu zikri ilə islaq qalan bir dil verdi. Ona tək başına belə həyatın bütün çətinliklərini dəf edəcək güc və daim başını dik saxlaya biləcək bir vüqar verdi.
Və ona zəif və zərifliklərini xatırlamaları üçün bir göz yaşı bəxş etdi. Özlərinin sahib olduqları ehtiyaclarından dolayı istifadə edə bilmələri üçün sadəcə bir göz yaşı...
__________ əz-Zubeyr
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 03.10.2012, 23:18 | Yazı # 25 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Bacılara 20 qızıl nəsihət 1- İslami əhkamlara laqeyd yanaşma!
2- Dində olmayan hər cür bidətdən çəkin, bunları ortaya da çıxarma. Bütün bidətlərdən uzaq ol və bunları təşviq etmə.
3- Namazdan heç vaxt imtina etmə. Yuxuya gedib namazı unutma. Namazı daim vaxtında qıl. Buna çox həssaslıq göstər!
4- Heç vaxt açıq-saçıq geyinmə və bədəninin örtülməsinə çox diqqət et! Ayələrin mənasından başqa açıq mənalara meyl etmə!
5- Bəzi insanların ailənə mənfi təsir edəcək sözlərinə fikir vermə. Allahdan daim ailən üçün dua etməyi yaddan çıxarma və ailədə din mövzusunda həyat yoldaşına kömək et.
6- Evinin və həyat yoldaşının məhrəm cəhətlərini ifşa etmə, açıb demə, həyatın çətinliklərinə qarşı səbrli ol.
7- Allah yolunda səbr etməyi özün üçün bir vərdişə çevir. Unutma ki, Allah yolunda etdiyin heç bir əməl mükafatsız olmayacaq!
8- Dinə əməl edən qadınlardan köməyə ehtiyacı olanlara yardım et.
9- Qeybət və dedi-qodu etmə, söz gəzdirmə!
10- İstər qərbli olsun, istərsə də yerli olsun, heç bir kafiri təqlid etmə, onlara qarşı sevgi bəsləmə, onlara heyran olma!
11- Xüsusilə din biliyini artırmağa çalış.
12- Fitnə-fəsadı göz önünə alaraq lüzumsuz olaraq küçəyə çıxmamağa çalış, Rəbbindən səbr və dözümlülük dilə.
13- Axirət hayatını heç vaxt yaddan çıxarma!
14- Allaha və Rəsuluna (sallAllahu aleyhi və səlləm) qarşı üsyana çağırmasalar, həyat yoldaşına, ailənə, ana və atana qarşı çıxma!
15- Moda jurnallarından və musiqidən uzaq ol! Quran oxumağa, öyrənməyə və əgər bilirsənsə, öyrətməyə çalış.
16- İstər telefonla olsun, istərsə də başqa bir yolla olsun naməhrəmlə danışmaqdan uzaq ol.
17- Allaha həqiqi şəkildə iman gətir və imanın əsaslarına bağlı ol.
18- Namazına, zinət əşyalarının zəkatına, oruc və həccə laqeyd yanaşma!
19- Allahın dininə bağlı olan qadınlarla yaxınlıq et!
20- Allaha hər zaman dua edib Ona üz tutmağa, Ondan bağışlanma diləməyə və axirət üçün hazırlıq etməyə də əsla etinasızlıq göstərmə!
_________ əz-Zubeyr
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 03.10.2012, 23:18 | Yazı # 26 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Qadınlara Tövsiyə (Birinci tövsiyə) Hər bir insanın yalnız özünə diqqət yetirdiyi, şəxsi maraqlarını hər şeydən üstün hesab etdiyi bir əsrdə yaşayırıq. Belə mühitdə müsəlman qadının qarşısında çox böyük çətinliklər dayanır. Çünki insana əzəldən bəri düşmənçilik edən şeytan hər vasitə ilə onu çətinliklərlə üz-üzə qoyur.
Hər kəs bilir ki, gələcək nəslin yetişdirilməsi qadınların məsuliyyətidir. Qadın öz evində kişi böyüdüb xalqa, ümmətə qəhrəman övladlar təqdim edir. Amma qadın bu qədər əhəmiyyətli bir işin öhdəsindən necə gələ bilər?! Cavabını axtardığımız sual da elə budur. Müsəlman qadın möhkəm bünövrəli ailə qurmaq üçün ilk növbədə həqiqi, öz dini ilə qürur duyan, Rəbbinin göndərdiyi Quarani-Kərimə və Peyğəmbərinin (s.a.v) sünnəsinə sarınan müsəlman olmalıdır. Biz də öz növbəmizdə müsəlman qadının getdiyi yolu az da olsa, işıqlandırmağa çalışırıq. Bu kitabda Peyğəmbərimizin (s.a.v) qadınlara söylədiyi bəzi tövsiyələrini çatdıracağıq. Siz bu tövsiyələrə əməl etdikdə əvvəllər olmayan qeyri adi həvəs və güc hiss edəcəksiniz. Tövsiyələrin əhəmiyyətini də, o zaman dərk edəcəksiniz. İki cür tövsiyə var: Birincisi: Sağlam adamın digərinə tövsiyəsi. Bu bir-birinə yaxşı işləri əmr etmək, pis işdən çəkindirmək, xeyrə həvəsləndirmək və yaxud şərdən uzaqlaşdırmaq ola bilər. İkincisi: Ölüm ayağında olan insanın mal-mülkü barədə tövsiyəsi. Bu, boynunda qalmış borc və ya çatdırılası haqq barədə ola bilər. Bu növ tövsiyələr öldükdən sonra həyata keçirilir. Biz isə birinci növ haqqında danışacağıq. Peyğəmbərimiz qadınlara lazımi tövsiyələr etmiş, onların həm dünyada, həm də axirətdə nicat tapmaları üçün yol göstərmişdir. Bu tövsiyələri toplayarkən onların həyatın hər sahəsini əhatə etməsinə xüsusi diqqət ayırmışıq. Həmçinin kitabda yalnız səhih hədislərdə deyilən tövsiyələri cəm etmişik. Eyni zamanda tövsiyələrin asan və anlaşılan tərzdə tərtib edilməsinə çalışmışıq. Tövsiyələr, Peyğəmbərimiz Muhəmmədin qadınlara etdiyi müraciətindən, yaxud xəbərdarlığından və ya əmrlərindən ibarətdir. Əsas məqsəd odur ki, şəfqət və mərhəmət Peyğəmbəri Muhəmmədin (s.a.v) sözləri, Həvva anamızın dinində zəif olan hər bir qızına gözəl tövsiyə olsun. Bu tövsiyələri cəm etməkdə bizə kömək edən Allaha həmd olsun! Ey Müsəlman bacım! Sədaqətli qəlblə Rəbbinə doğru addımla. Peyğəmbərinin tövsiyələrini dərrakəli ağılla dinlə. Hara getsən, kimi dinləsən yenə də Peyğəmbər kəlamından daha doğru və kamil söz eşidə bilməyəcəksən. Bil ki, səni dünya xoşbəxtliyinə və axirət qurtuluşuna aparacaq yol Allaha və Peyğəmbərinə itaətdir. Uca Rəbbimiz bunu bizə xatırladaraq buyurur: Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə nail olar. (əl-Əhzab: 71).
CƏHƏNNƏM ATƏŞİNDƏN QURTULUŞA ÇAĞIRIŞ
Əbu Səid (r.a) deyir: "Peyğəmbər (s.a.v) Fitrə və ya Qurban bayramında namazgaha gələndə qadınların yanından keçdi və dedi: "Ey qadınlar! Çoxlu sədəqə verin! Mənə Cəhənnəm əhalisinin çoxunun qadınlardan ibarət olduğu göstərildi". Başqa rəvayətdə isə belə deyilir: "Sədəqə verin və çox bağışlanma diləyin!". Qadınlar: "Ey Allahın elçisi! Nə üçün?" – deyə soruşdular. Peyğəmbər (s.a.v) dedi: "Siz çox lənət oxuyur və ərinizə qarşı nankorluq edirsiniz. Mən sizin kimi ağılı və dini nöqsanlı ola-ola əzmkar kişilərə qalib gələn adam görməmişəm." Qadınlar: "Ey Allahın elçisi! Bizim din və ağıl nöqsanımız nədədir?" – deyə soruşdular. Peyğəmbər (s.a.v) dedi: "Məgər bir qadının şahidliyi, bir kişinin şahidliyinin yarısına bərabər deyilmi?" Qadınlar: "Bəli", – deyə cavab verdilər. Sonra Peyğəmbər (s.a.v) dedi: "Qadının ağılının nöqsanı bundadır. Qadın aybaşı olanda namazdan və orucdan imtina etmirmi?!" Qadınlar: "Bəli", – deyə cavab verdilər. Peyğəmbər (s.a.v) dedi: "Qadının dininin nöqsanı da bundadır." ( Buxari: 1/83, 2/149; Muslim: 2/67. )
Müqəddəs İslam şəriəti kişi və qadını, insaniyyəti formalaşdıran iki mühüm tərəf hesab edir. İnsaniyyət baxımından onların birini digərindən üstün hesab etmir. Bu fikir Uca Allahın aşağıdakı ayəsində aşkar görünür. 13 - Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir)... (əl-Hucurat surəsi). İnsan Allah yanında yaxşı əməllərinə görə dəyərləndirilir. Uca Allah həm kişilərin, həm də qadınların müəyyən əməllərə görə məsuliyyət daşıdıqlarını bildirərək deyir: 11 - Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın... (əl-Hucurat surəsi). Uca Allah onların hər birinin öz əməlinə görə məsuliyyət daşıdığını bildirir və deyir: Hər kəs öz əməlinin girovudur! (Tur: 21). 22 - Allah göyləri və yeri haqq-ədalətlə və hər kəsin qazandığı nə isə onun müqabilində əvəz (qarşılıq) görməsi üçün yaratmışdır. Onlara heç bir haqsızlıq edilməyəcəkdir. (əl-Casiyə surəsi). Hər bir kişi və qadın etdiyi əməlinin qarşılığında Rəbbindən cəza və ya mükafat alacaqdır. Uca Allah buyurur: 195 - Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir)... (Ali-İmran surəsi).
Qadının ağıl və din naqisliyinin açıqlaması
İslam şəriəti kişi və qadınları insani dəyərləndirmə baxımından bərabər etdiyi kimi, hüquqi məsələlərdə də eyni etmişdir. Onların hər birinin canı, namusu, malı və azadlığı tam hüququ ilə qorunur. Yalnız şəriət qadağalarını aşdıqda müəyyən edilmiş cəzalarla qarşılaşırlar. Bununla yanaşı müasir tibb elmi də sübut edir ki, qadının bədən hüceyrələri, kişinin bədən hüceyrələrindən fərqlidir. Uşaq ana bətnində inkişaf etməyə başlayanda qız və oğlan uşaqları bir-birindən fərqli inkişaf mərhələsi keçirlər. Nəticədə qadının bədənində hamilə qalmaq, uşaq dünyaya gətirmək və süd vermək üçün fərqli quruluş formalaşır. Qadınların mənəvi quruluşuna gəlincə, onlar nəcib duyğulu, zərif ünsiyyətli, mehriban, işində davamiyyətli və güclü refleksli olurlar. Nəticə etibarı ilə qadınlarda zərif ünsiyyət xasiyyəti üstünlük təşkil edir. Qadının ana olması üçün ona yaraşan keyfiyyət də bu olmalıdır. Çünki əsasən analıq etmək üçün düşüncə deyil, zərif və mehriban ünsiyyət lazımdır. Qadının xasiyyətində təəssübkeşlik daha çox yer aldığı üçün, İslam şəriəti iki qadının şahidliyinin bir kişinin şahidliyini əvəz etdiyini demişdir. Bəzilərinin düşündüyü kimi, qadın kişinin yarısına bərabər deyildir! İslam şəriəti bu qanunu təyin edərkən qadını kişinin yarısına bərabər etməmişdir. Əslində burada başqa məqsəd, fərqli məna vardır. İslam şəriəti bununla şahidlik məsələsinə daha da etibarlı yanaşmağı nəzərdə tutmuşdur. Əvvəldə dediyimiz kimi, qadınlar zərif ünsiyyətli, təəssübkeş və güclü refleksli olurlar. Şahidlik zamanı bu səbəblə səhvə yol verilməsin deyə, ikinci qadının da şahidlik etməsi tələb olunmuşdur. Uca Rəbbimiz bu sözləri ilə deyilən mənanı açıqlamışdır: ...Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın... (əl-Bəqərə: 282). Demək burada məqsəd bir qadının digərinə şəhadəti xatırlatmasıdır. Bəzi kəmsavadların düşündüyü kimi haqsızlıq nəzərdə tutulmur. Peyğəmbər də bu mənada qadınları "ağılda nöqsanlı" kimi vəsf etmişdir. Bu, qadın üçün eyib sayılmır. Çünki qadın çox əzəmətli bir işə, hamiləlik, doğum və süd vermək kimi məsuliyyətli işlərlə – analıq etməyə təyin edilmişdir. Əgər qadın təəssübkeşliyə və zərifliyə sahib olmasaydı, bu işlərin öhdəsindən gələ bilməzdi. Qadının güclü refleksli olduğunu deyirik, amma bu, o demək deyil ki, kişilərdə refleks hissi olmur. Kişi də refleksli davranır. Həmçinin bu, o demək deyil ki, təkcə qadınlar səhv edir, unudurlar. Xeyr, kişilər də səhv edir və unudurlar. Bəzi hallarda isə qadınlar kişilərdən daha çox düşüncəyə sahib olurlar. Qadınların yuxarıda deyilən xasiyyəti çoxluğa aiddir. Yəni, adətən qadınlar deyilən xasiyyətdə olurlar. Ələlxüsus ağıl və təəssübkeşlik hissləri qarşı-qarşıya gəldikdə, onlar təəssübkeş davranırlar. Bu mənada tariximizdə çox gözəl nümunələr vardır.
ZƏKA VƏ DÜŞÜNCƏ NÜMUNƏSİ
Budur Əbu Bəkrin (R.A) qızı Əsma öz parlaq düşüncəsi, qürurlu nəfsi və güclü iradəsi ilə bir çox kişilərin aciz qaldıqları bir nümunə göstərmişdir. Müsəlman bacım fikir ver... Peyğəmbər (S.A.V) Mədinəyə hicrət edərkən Əbu Bəkr də onunla birlikdə hicrət etmiş və mal-dövlətinin hamısını özü ilə götürmüşdü. Əsmanın gözləri tutulmuş babası Əbu Quhafə onların evinə gəlib dedi: "Mənə elə gəlir ki, o özü getməklə sizə bir zərbə, mal-dövlətinin hamısını aparmaqla iki zərbə vurmuşdur". Əsma bu sözləri eşidən kimi müdrik davranıb: "Xeyr babacan, o, bizim üçün çox xeyir qoyub gedib", – deyərək dərhal bir neçə ədəd xırda daş götürüb Əbu Bəkrin (r.a) pul-parasını yığdığı yerə qoydu və üzərini paltar ilə örtdü. Babasının əlindən tutub dedi: "Babacan, əlini bu pul-paranın üzərinə qoy!" Babası əlini o yerə vurub dedi: "Əgər sizin üçün bu qədər mal-dövlət saxlayıbsa, yaxşı iş görüb. Bu sizin üçün kifayət edər". Həqiqət isə budur ki, Əbu Bəkr (r.a) evində heç bir mal-dövlət saxlamamışdı. Lakin Əsma öz dərin düşüncəsi ilə babasının atasına qəzəblənməsinə mane olmuşdu. Bu qadın "İki Kəmər Sahibi" ləqəbi ilə də məşhurdur. O, öz kəmərini iki hissəyə bölüb birini özünə saxlamışdı. Digərini isə mağarada gözləyən Peyğəmbərə (s.a.v) yemək göndərmək üçün bağlamanı bağlamışdı. O, Yərmuk döyüşündə iştirak etmiş və əri ilə birlikdə imtahandan yaxşı keçmişdir. Onun qəhrəmanlığı və qüruru haqqında çox danışmaq olar. Ey müsəlman bacım bir qədər düşün! Bir gün oğlu Abdullah ibn əz-Zubeyr onun yanına daxil oldu. Onun gözləri tutulmuş, yaşı yüzü keçmişdi. Abdullah: "Ey ana! İnsanlar və ailəm məni rüsvay ediblər, sən nə düşünürsən?" – deyə soruşdu. Anası dedi: "Bənu Umeyyənin uşaqları səni ələ salmasınlar! Hörmətlə yaşa, hörmətlə də öl! Sən məndən öncə ölsən, yaxud mən səndən öncə ölsəm haqqında yalnız yaxşı düşünmək istəyirəm. Aqibətinin necə olacağı məni narahat edir". Sonra o dua edib dedi: "Ey Allahım! Mən onu Sənin əmrinə təslim edib, qəza-qədərinlə razılaşmışam. Abdullaha görə məni şükür edən bəndələrindən qəbul et!"
Ağıl və düşüncə nümunəsi
Abdullahın qızı Şəfa adlı bir əshabə qadın var idi. O, dərin zəka və düzgün qərar sahibi idi. Ömər ibn əl-Xəttab (r.a) daim onun fikirlərini dəyərləndirir və onun qərarlarını doğru hesab edirdi. Peyğəmbər (s.a.v) də ona Həfsaya yazıb-oxumağı və başqa elmləri öyrətməyi tapşırmışdı.
Ağıl və səbir nümunəsi əl-Xənsə
Onun əsl adı Tumadir bint Amr ibn əl-Harisdir. O, çox hörmətli qadın əshabə və məşhur şairədir. O, öz qövmü ilə birlikdə İslamı qəbul etmişdi. Qadisiyyə döyüşündə dörd övladını döyüşə yollamış və onlara belə demişdi: Ey oğlanlarım, siz öz istəyinizlə İslamı qəbul edib könüllü hicrət etmisiniz. Özündən başqa haqq ilah olmayan Allaha and olsun ki, siz bir qadının övladlarısınız. Mən heç vaxt atanıza xəyanət etməmişəm, özümün və atanızın nəslinin hörmətinə ləkə salmamışam. Siz Uca Allahın kafirlərə qarşı döyüşən müsəlmanlara necə böyük savab vəd etdiyini yaxşı bilirsiniz. Bilin ki, əbədi həyat fani həyatdan daha xeyirlidir. İnşallah səhərə salamat çıxan kimi gözüaçıq halda düşməninizlə döyüşməyə gedin. Allahın köməkliyi ilə düşməninizə qalib gəlin. Döyüşün tam qızışdığını gördükdə özünüzü oraya çatdırın. Belə olduqda siz həm əbədi, həm də fani həyata hörmət və qənimətlə getmiş olarsınız. Onlar döyüşdə son nəfəsə qədər döyüşüb şəhid oldular. Anaları onların şəhid olmalarını eşidib dedi: Onların qətlə yetirilməsi ilə məni şərəfləndirən Allaha həmd olsun! Rəbbimdən istəyirəm ki, məni də onlarla birlikdə əbədi mərhəmətinə qovuşdursun. Bir çox qadınların belə dərrakəli olmasına dair nümunələr mövcuddur. Amma bu çoxluq təşkil etmir. Qadının ağıl naqisliyinin açıqlaması haqqında bu qədər. İndi isə din naqisliyi haqqında açıqlama verək. Bəzi insanlar bunu İslam şəriətinin qadını dəyərdən salması kimi qələmə verirlər. Biz bilirik ki, Uca Allah qadını xüsusi sifətdə yaratmışdır. Biz bu haqda yuxarıdakı abzaslarda qeyd etmişik. Qadının fərqli yaradılmasının nəticəsi olaraq onlarda aylıq xəstəlik halları baş verir. Müqəddəs şəriətimiz qadını bu xəstəliyi dövründə namazdan, orucdan və təmizlik tələb edən digər ibadətlərdən azad etmişdir. Allah qadını belə yaratmışdır və o, bu adətdən azad olmaq üçün heç bir tədbir görə bilməz. Peyğəmbər (s.a.v) də bu adəti qadının dində olan naqisliyi kimi dəyərləndirmişdir. Bütün bunlardan sonra deyə bilərik ki, qadın hüquqlarından bəhs edərkən, "İslam şəriətində qadın kişinin yarısıdır!" – deyənlər səhv edirlər. İslam şəriətinə görə qadın və kişi bir məqsəd üçün yaradılmışdır. Hər şeyi hikmətlə yaradan və onu öz işinə yönəldən Allah nöqsansız və eyibsizdir. Ey Müsəlman bacım! İndi isə Peyğəmbərinin (s.a.v) tövsiyəsini dinlə ki, dünya və axirətdə qurtuluşa nail olasan. Müsəlman bacım! İman söz, əməl və etiqaddan ibarətdir. İman itaət ilə çoxalır, asiliklə azalır. Uca Allah iman əhlini vəsf edərək buyurur:
2. Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər, 3. namaz qılar və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər. (əl-Ənfal: 2-3). Uca Rəbbimiz zikr, təvəkkül, namaz, zəkat və digər bu kimi əməlləri iman hesab etmişdir. İnsanın imanı etdiyi əməllərə görə dəyişir. Bir müsəlman qadın üzərinə düşən vacib və müstəhəb əməlləri nə qədər yerinə yetirərsə imanı da bir o qədər artar. Hal-hazırda Peyğəmbərin (s.a.v) bir tövsiyəsini oxuyuruq. O, mömin qadınları xəbərdar edir, atəşdən qurtulmaq üçün onlara doğru yol göstərir. Müsəlman bacım, gəl birlikdə bu tövsiyəyə nəzər salaq: "Mənə Cəhənnəm əhalisinin çoxunun qadınlardan ibarət olduğu göstərildi." İsra gecəsində uca Allah Peyğəmbərə bu səhnəni göstərmişdi. Həmçinin deyilənə görə bir dəfə Peyğəmbər (s.a.v) müsəlmanlara (günəşin tutulmasına görə) kusuf namazı qıldıranda cəhənnəm ona göstərilmiş və oranın əhalisinin çoxunun qadınlardan ibarət olduğunu görmüşdü. Hal-hazırda sənə necə maraqlıdırsa, orada olan qadınlar da, "Ey Allahın elçisi! Nə üçün?" – deyə, səbəbini soruşdular. Peyğəmbərin (s.a.v) cavabı məhz iki səbəbi bildirdi. "Siz çox lənət oxuyur və ərinizə qarşı nankorluq edirsiniz. (Buxari: ? 1052.)
Çoxlu lənət oxumaq, ona-buna lənət və qarğış etmək deməkdir. Ərinə nankorluq etmək isə, kişinin haqlarından imtina etməkdir. Hədisin ərəbcəsində işlədilən "əl-əşir" sözü həyat yoldaşı mənasını verir. Onlar öz həyatlarını birlikdə davam etdirdikləri üçün bu adla adlandırılmışlar. Mömin bacım! Ərinə itaət etmək boynuna düşən vacib əməllərdəndir. İtaətkarlıq dedikdə bunlar nəzərdə tutulur: Yaxşı işlərdə əlbir olmaq, istəklərini icra etmək, onu qəzəbləndirməmək, haqqını tapdaladıqda üzrxahlıq etmək, onun qarşısına xoş və gülər üzlə çıxmaq. Uca Allah qadınların bu iki nöqsanı edəcəklərini əzəli elmi ilə bildiyi üçün Peyğəmbərin (s.a.v) dili ilə onlara çıxış yolu göstərmişdir. Bu çıxış yolu sədəqə vermək və çoxlu bağışlanma diləməkdir. Ey qadınlar Peyğəmbərinizin (s.a.v) tövsiyəsi ilə səxavətli olun. Artıq qalmış qidaları və ya geyimləri kasıblara verməkdə paxıllıq etməyin. Yaxşılıq etməklə və sədəqə verməklə özünüzü cəhənnəm odundan xilas edin.
Müsəlman bacım! Sədəqənin miqdarı üçün məhdudiyyət yoxdur. İstər böyük, istərsə kiçik olsun. Əsas odur ki, insan xəsislikdən qurtulub səxavətlilik əldə etsin. İbrət üçün Peyğəmbərin bu sözlərini oxu: "Yüngül xasiyyətli bir qadın, qızmar günlərin birində susuzluqdan dilini sallayıb su quyusunun başında hərlənən bir it gördü. Qadın ayaqqabısının içərisinə su doldurub itə verdi. Allah onu bu əməlinə görə bağışladı" (Muslim: ? 2245.)
Bax gör az miqdarda olan sədəqə uca Allahın rəhmətini və mərhəmətini o qadına necə qazandırdı. Peyğəmbər (s.a.v) işin daha da asanını bizə bildirərək buyurub: "Özünüzü bir parça xurma dənəsi ilə də olsa cəhənnəmdən qurtarın." (Əhməd: 1/ 388.)
Hətta ərinə və ya övladına dediyin hər bir gözəl bir söz Allah yanında sədəqə kimi qeydə alınır. Bu mənada Peyğəmbər (s.a.v) demişdir: "Özünüzü bir parça xurma dənəsi ilə də olsa cəhənnəmdən qurtarın. Əgər sədəqə etməyə xurma tapmasan xoş söz danışmaqla sədəqə et."(Buxari: ? 6023. Muslim: ? 1016.) Eləcə də digər müsəlman bacılarını gülər üzlə qarşılamağın sənin üçün sədəqə hesablanır. Peyğəmbər (s.a.v) deyir: "Heç bir yaxşı işə səhlənkar yanaşma. Hətta qardaşını xoş üzlə qarşılamaqda səhlənkarlıq etmə!" (Muslim: ? 2626.)
Əgər sən qonşuluğunda yaşayan müsəlman bacına yaxşı işlərdə dəstək olur, gördüyü pis işlərdən onu agah edirsənsə, artıq sənin üçün Allah dərgahında savab qeydə alınmış olar. Müsəlman bacım! Bax gör Peyğəmbərin (s.a.v) nə deyir?! "Hər bir müsəlman sədəqə etməlidir." Orada olanlar dedilər: "Ey Allahın elçisi, əgər sədəqə etməyə imkanı olmazsa?!" Peyğəmbər (s.a.v) dedi: "Qoy əlinin zəhməti ilə qazansın, həm özünə fayda versin, həm də sədəqə etsin." Orada olanlar dedilər: "Əgər bunu etməyi bacarmazsa?!" Peyğəmbər (s.a.v) dedi: "Elə isə ehtiyacı olan bir adama köməklik etsin." Orada olanlar dedilər: "Əgər bunu da etməzsə?!" Peyğəmbər dedi: "O zaman yaxşı, yaxud xeyirli işləri görməyi tövsiyə etsin!" Orada olanlar dedilər: "Əgər bunu da bacarmazsa?!" Peyğəmbər (s.a.v) dedi: "Bu təqdirdə pislik etməsin. Onun pislik etməməyi də bir sədəqədir." Sədəqə ilk növbədə möhtac qohumlara verilməlidir. Övladlarının xərcini çəkmək isə qohumlardan da öncədir. Abdullah ibn Məsudun (r.a) arvadı Zeynəb ل deyir ki, bir gün məsciddə olarkən Peyğəmbərin (s.a.v) belə dediyini eşitdim: "Sədəqə edin. Hətta (heç nəyiniz olmasa da) zinət əşyalarınızdan sədəqə edin." Zeynəb ل malını həm həyat yoldaşı Abdullah ibn Məsuda, həm də evindəki yetimlərə sərf edirdi. O, Abdullaha dedi: Peyğəmbərdən soruş görək mənim sənə və evimdəki yetimlərə sərf etdiyim mal-dövlət məni sədəqə məsuliyyətindən azad edirmi? Abdullah dedi: Bu haqda özün Peyğəmbərdən (s.a.v) soruş. Mən Peyğəmbərin yanına getdim. Qapısının önündə Ənsarlı bir nəfər qadın gördüm. O da eyni məsələ ilə maraqlanırdı. Qarşımıza Bilal çıxdı və biz ona dedik: Peyğəmbərdən soruş görək əgər mən malımı ərimə və evimdəki yetimlərə sərf edirəmsə bu məni sədəqə məsuliyyətindən azad edirmi? Həmçinin ona kimliyimiz haqqında Peyğəmbərə (s.a.v) məlumat verməməyi də tapşırdıq. O içəri daxil olub sualı soruşdu. Peyğəmbər sualı soruşanlar kimdir? – deyə Bilaldan soruşdu. Bilal: Zeynəbdir. Peyğəmbər (s.a.v) : Hansı Zeynəb? Bilal: Abdullahın yoldaşı Zeynəb. Peyğəmbər (s.a.v) dedi: "Bəli, onun savabı ikiqatdır. Həm qohumluq əlaqəsini qorumaq, həm də sədəqə vermək savabı." Müsəlman qadın bilməlidir ki, malını sərf etməyə ilk növbədə əri və uşaqları, onlardan sonra isə başqa qohumları layiqdirlər. Sizin verdiyiniz sədəqə, yaxud gördüyünüz yaxşı iş sizi acınacaqlı həyat sonluğundan xilas edər. Əbu Səid əl-Xudri (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Yaxşı işlər görmək insanı acınacaqlı həyat tərzindən qoruyar. (Buxari: ? 1393. Muslim: ? 1000.)
Yaxşı iş dedikdə, başqasına etdiyin hər bir yaxşılıq və faydalı əməl nəzərdə tutulur. Hədislərin birində Peyğəmbər (s.a.v) yaxşılıqların növlərini açıqlayaraq deyir: "İnsan hər gün hər bir oynağına görə sədəqə verməlidir. İki nəfərin münasibətini düzəltmək sədəqədir. Miniyinə minə bilməyənə kömək etmək sədəqədir. Miniyinə yük yükləməyə kömək etmək sədəqədir. Yaxşı söz danışmaq sədəqədir. Namaza gedərkən atdığın hər bir addım və insanları narahat edən maneəni yoldan götürmək sədəqədir."(Buxari: ? 2560. Muslim: ? 1009.)
Peyğəmbərin (s.a.v) , "və çox bağışlanma diləyin!" – tövsiyəsi çoxlu bağışlanma diləməyi, yəni Allahdan bağışlanma diləməyi, günah və eyiblərinin ifşa olunmamasını istəməyi təbliğ edir. Bu tövbə anlamına gəlir. Qurana diqqətlə nəzər saldıqda bizi bağışlanma diləməyə çağıran, yaxud bağışlanma diləməyin əhəmiyyətini vurğulayan ayələrin nə qədər çox olduğunu görərik. Məsələyə hədislərdə də eyni dəyər verilməkdədir. Uca Rəbbimiz məsum Peyğəmbərinə (s.a.v) bağışlanma diləməyi əmr edib demişdir: 106 - Allahdan bağışlanmaq dilə! Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir! (ən-Nisa: 106). Başqa ayədə isə belə buyurur: 3 - Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (ən-Nəsr: 3).
Uca Rəbbimiz bildirir ki, kim pis iş görərsə, yaxud qəzəbə səbəb olan əməl ilə özünə zülm edərsə, Rəbbindən bağışlanma diləsin, səmimi tövbə etsin. Uca Allah buyurur: 110 - Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər. (ən-Nisa: 110). Digər ayədə isə belə buyurur: 135 - O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar. (Ali-İmran: 135). Müsəlman bacım! Sən daim bağışlanma diləsən uca Allah sənə hər bir sıxıntıdan, qəm-kədərdən çıxış yolu göstərəcəkdir. Bunlar bağışlanma diləməyin dünyadakı mükafatıdır. Axirətdə isə günahlarının bağışlanması, cənnətə daxil olmaqdır. Gör bağışlanma diləməyin savabı necə də böyükdür. Bu savabı əldə etmək üçün mütləq gecə və gündüz vaxtaşırı, gizlidə və aşkarda Allahdan bağışlanma diləməlisən. Hikmətli Loğman öz oğluna tövsiyə edib deyirdi: "Ey oğlum! Dilini "Allahım məni əfv et, tövbəmi qəbul et!" sözünə alışdır. Həqiqətən gün ərzində dua rədd olunmayan vaxtlar vardır." Həsən əl-Bəsri demişdir: "Evinizdə, məclisdə, bazarda və yolda çoxlu bağışlanma diləyin. Çünki siz rəhmət qapılarının nə zaman açıldığını bilmirsiniz". Allahdan bağışlanma diləmək üçün deyiləcək ən gözəl ifadə Peyğəmbərimiz Muhəmmədin (s.a.v) bizə öyrətdiyi duadır. Bu dua "bağışlanma diləməyin ağası" (Seyyidul İstiğfar) adlandırılmışdır. Şəddad ibn Ovs (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: «Allahummə əntə rabbi lə iləhə illə əntə, xaləqtəni və ənə abdukə, va ənə alə ahdikə va vadikə məstətatu, əuzu bikə min şərri mə sənatu, əbuu ləkə binimətikə aleyyə, va əbuu bizənbi fa-ğfirli fəinnəhu lə yəğfiru-z-zunubə illə ənt» "Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Məni Sən yaratdın və mən Sənin qulunam. Sənə verdiyim vədi və əhdi bacar¬dıqca yerinə yetirəcəyəm. Sənin yaratdıqlarının şərindən Sənə sığınıram. Mənə verilən neməti Sənə qaytarıram və öz günahlarımı etiraf edirəm. Məni bağışla. Səndən başqa günahları bağışlayan yoxdur." Daha sonra Peyğəmbər (s.a.v) dedi: "Kim bunu gündüz vaxtı iman gətirərək deyər və həmin gün ölərsə cənnət əhlindən olar. Kim iman gətirərək axşam vaxtı bunu deyər və həmin gecə ölərsə cənnət əhlindən olar" (Buxari: ? 5947.)
Alimlər deyirlər ki, bu dua tövbənin bütün mənalarını özündə əks etdirdiyi üçün ona "bağışlanma diləməyin ağası" (Seyyidul İstiğfar) adı verilmişdir. Ağa başqalarının ehtiyaclarını qarşılayan, yardım edən deməkdir. Ey Müsəlman bacım! Sən də dara düşəndə, işin çətinləşəndə bu duaya üz tut ki, onda olan xeyir və savabı əldə edəsən. Müdrik alim ət-Tiybi bu dua haqqında belə demişdir: "Peyğəmbər (s.a.v) duada ilk olaraq Allahın nemət bəxş etdiyini təsdiq edir. Məna daha geniş olsun deyə, burada nemətin nədən ibarət olduğunu demir. Sonra özünün naqis olduğunu, tam şükür etmədiyini vurğulayır. Təvazökar davranaraq və ümmətinə təlim keçərək "öz günahlarımı etiraf edirəm" cümləsində mübaliğə edib özünü günahkar kimi təqdim edir." Peyğəmbərin (s.a.v) birinci tövsiyəsi haqqında bu qədər. Həqiqətən həmd olunmağa layiq olan tək Allahdır.
----------------- Qadınlara Tövsiyə kitabından Abdurrəhim Muradlı
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 03.10.2012, 23:19 | Yazı # 27 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| (Qadınlara Tövsiyə ) KİÇİK GÜNAHLARDAN ÇƏKİNMƏK BARƏDƏ XƏBƏRDARLIQ Aişə (r.anha)Peyğəmbərin (s.a.v) ona belə tövsiyə etdiyini deyir: "Ey Aişə, kiçik günahlara qarşı diqqətli ol. Belə günahları qeydə almaq üçün Allahın xüsusi mələkləri vardır." (İbn Macə: ? 4243. Səhihdir.)
Müsəlman bacım!
Peyğəmbərin (s.a.v) möminlərin anası Aişəyə ل etdiyi tövsiyəsi belədir. Əksər insanların kiçik günahlardan qafil olduqlarını nəzərə alsaq, bu çox dəyərli tövsiyədir. Ənəs (r.a) Peyğəmbərin (s.a.v) vəfatından sonra belə demişdir: "Siz gözünüzə tük qədər kiçik görünən əməllər edirsiniz. Halbuki biz Peyğəmbərin (s.a.v) vaxtında belə əməlləri böyük günah kimi qəbul edirdik." (Buxari: ? 6127.) Mömin bacım!
Əgər Ənəs bu sözlərini hələ sağ qalmış səhabələrin və tabiinlərin vaxtında deyirdisə, bu gün yaşayan müsəlmanları görsə nə deyərdi?! Müsəlmanların Allahın haqqına laqeyd yanaşdıqlarını görəndə mömini kədər hissi boğur. Müsəlman bacım! Ummu Dərda adlı qadın əshabə gör nə deyir? "Bir gün Əbu Dərda qəzəbli halda evə daxil oldu. Mən ondan: "Sənə nə olub?" – deyə soruşdum. O dedi: "Allaha and olsun, mən bu adamlarda namazı birlikdə qılmaqdan başqa Muhəmməd peyğəmbərdən (s.a.v) heç bir əsər-əlamət görmürəm." (Əhməd: Zuhd kitabı, səh 172.) Görəsən Əbu Dərda (r.a) bu gün insanları görsəydi nə deyərdi?! İmanında sadiq olan mömin qadın etdiyi günahına baxıb bu kiçik günahdır, bəsit bir işdir deyib laqeydlik göstərməz. Əksinə hər bir günahına görə Allahın əzabından qorxar, cəhənnəm atəşinin ağrı-acısını, cənnətdən məhrum ola biləcəyini fikirləşib ağlayar. Bilal ibn Səd adlı zahid bir nəfər demişdir: "Sən etdiyin günahın kiçikliyinə deyil, kimə asi olduğuna diqqət yetir." (Əhməd: Zuhd kitabı, səh 460.)
Sadiq mömin ehtiyatlı olar, Rəbbinin əzabından qorxar. Ona görə də daim Allaha itaət edər, xeyirxah işlər görər. Qədimdə yaşayan Əbu Cəfər əs-Səih adlı bir nəfər deyir: "Abidlik edən bir qadın var idi. O hər gün yüz rükət duha namazı qılırdı. Gecələr də namaz qılar, istirahət etməz və ərinə belə deyərdi: Vay sənin halına, oyan! Nə qədər yatacaqsan? Nə vaxta qədər qəflətdə qalacaqsan? Mən sənə and vermişəm ki, qazancını yalnız halal et. Sənə and vermişəm ki, mənə görə cəhənnəmə düşənlərdən olma. Anana qarşı xoş davran, qohumluq əlaqələrini qoru. Onlardan üz döndərmə ki, Allah da səndən üz döndərməsin." (İbn əl-Covzi: Sifət əs-safvə: 4/437.)
Bax abidlik edən müsəlman qadın belə olar. Dünya və axirət işlərində ərinə yardım edər. Bu gün Allahın rəhm etdiyi qadınlar istisna olmaqla, əksər müsəlman qadınların kiçik günahlara əhəmiyyət vermədiyini, hətta gecə-gündüz böyük günahlar etdiklərini görürük. Bu hala düşmüş insanlar birinci mərhələdə günahları kiçik hesab edirlər. Amma bilmirlər ki, insan günahı nə qədər kiçik hesab edərsə, Allah qatında həmin günah bir o qədər böyük olar. Bu minvalla insan kiçik günahlardan böyük günahlara tərəf addımlayır. Ey müsəlman qadın! Sən mütləq kiçik günahlardan uzaqlaşmalısan ki, böyük günahlara düşməyəsən. Sən böyük günahlardan uzaqlaşsan, kiçik günahlardan isə tövbə edib peşmançılıq hissi keçirsən, öz-özünə "Günah nə qədər kiçik olsa da, Allah qatında böyükdür" – deyib fikirləşsən, Allah Öz geniş mərhəməti ilə səni bu peşmançılığına və düşüncənə görə bağışlayar. Uca Allah buyurur: 31 - Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq. (ən-Nisa: 31). Başqa ayədə isə belə deyilir: 37 - O kəslər ki, böyük günahlardan, rəzil işlərdən (zinadan) çəkinər, (birinə) qəzəbləndikləri zaman (onun günahını) bağışlayarlar. (əş-Şura: 37). Uca Allah digər ayədə belə buyurur: 32 - (O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır... (ən-Nəcm: 32). Haqqında danışılan bu dəyərli tövsiyəni bitirmədən öncə belə bir sual düşünə bilərsən: "Məgər kiçik günahlar da digər günahlar kimi bağışlanmır?!" Biz yalnız Allahın geniş rəhmət sahibi olduğunu, istədiyini bağışladığını deyə bilərik. Amma bilməlisən ki, kiçik günahlar üst-üstə yığılıb insanı məhv edər, cəhənnəmə aparar. Allah bizi və sizi bu kimi sonluqdan uzaq etsin.
Peyğəmbərin (s.a.v) əshabələri də sənin kimi zənn edirdilər deyə Peyğəmbər (s.a.v) bu işin nə qədər təhlükəli olduğunu onlara çatdırmaq istədi. Səhl ibn Sədin (r.a) rəvayətinə görə Peyğəmbər (s.a.v) belə demişdir: "Kiçik günahlardan qorunun. Kiçik günahlar çöllükdə çör-çöp yığan bir dəstə adama bənzəyir. Hərə bir dəstə çör-çöp gətirib od qalayır və yemək bişirirlər. Kiçik günahlar da (üst-üstə toplanıb insanı) belə həlak edir." ( Əhməd: 5/ 331. Səhihdir.)
-------------- Qadınlara Tövsiyə kitabından Abdurrəhim Muradlı
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 03.10.2012, 23:20 | Yazı # 28 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| (Qadınlara Tövsiyə )ƏN GÖZƏL AZUQƏ TƏQVA, HƏR İŞİN GÖZƏLLİYİ MÜLAYİMLİKDİR Aişə Anamaız (Allah ondan razıolsun) deyir ki, Peyğəmbər (s.a.v) mənə dedi: "Ey Aişə, Allahın təqvasını əldə etməyə və mülayim olmağa çalış. Hansı işdə mülayimlik olarsa onu gözəlləşdirər, hansı işdə mülayimlik olmazsa onu korlayar." (Səhihdir. Əhməd: 6/ 58.)
Müsəlman bacım! Bu tövsiyə, dünyada möminə həyat verən ən əsas qaydadır. Təqva, özünü qorumaq üçün özün ilə qorxacağın şey arasında maneə tutmaqdır. Müsəlman qadının Allahdan təqvası, Allahın xoşu gəlməyən və qəzəbinə səbəb olan əməllərdən maneə ilə qorunmasıdır. Bu maneə Rəbbinə itaət etmək və günahlardan çəkinməkdir. Təqva hər bir müsəlman kişi və qadının həyatında böyük yer tutur. Uca Rəbbimiz bizdən öncəkilərə və bizə təqvalı olmağı tövsiyə etmişdir. Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik...(Nisa: 131). Demək "Allah təqvası" uca Allahın hər ümmətə etdiyi tövsiyəsidir.
Uca Rəbbimiz müsəlman kişi və qadının bu dünyada əldə edəcəyi ən gözəl azuqənin təqva olduğunu bildirmişdir. Uca Allah buyurur: Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun! (əl-Bəqərə: 197). İmam Şafii deyir: "Xoşbəxtlik dünya malında deyil, təqva sahibi olmaqdadır. Ən gözəl azuqə də Allah qorxusudur." Ona görə Peyğəmbər (s.a.v) əshabələrinə təqvalı olmağı tövsiyə edirdi. Elə o zamandan bəri sələflər təqvalı olmağı bir-birinə tövsiyə edirlər. Əbu Zər (r.a) və Əbu Əbdürrəhman Muaz ibn Cəbəl (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edirlər: "Harada olursan ol, Allahdan qorx. Pis işdən sonra yaxşı iş gör ki, pis işin silinsin. İnsanlarla gözəl əxlaqlı davran." (Tirmizi: ? 2053. Səhihdir.)
Əbu Bəkr əs-Siddiq (r.a) xütbə zamanı belə deyərdi: "... Sizə təqvalı olmağı tövsiyə edirəm. Allaha layiq olduğu tərzdə tərif deyin, əməllərinizdə həm rəğbət, həm də qorxu hissi olsun."
Əbu Bəkr (r.a) ölüm ayağında olarkən Öməri (r.a) çağırdı və ona vəsiyyət etdi. Dediyi ilk söz "Ey Ömər, Allahdan qorx." sözü oldu. Ömər (r.a) oğlu Abdullaha məktub yazıb deyirdi: "Mən sənə Allahdan qorxmağını tövsiyə edirəm. Həqiqətən kim Allahdan qorxarsa Allah da onu qoruyar. Kim Ona borc verərsə, O da ona mükafat verər. Kim Ona şükür edərsə şükürünü artırar. Təqva daim gözünün önündə, qəlbinin üstündə olsun."
Əli ibn Əbu Talib (r.a) bir nəfəri dəstə rəhbəri təyin edib dedi: "Sənə bir gün qarşısında hesab verəcəyin, daim möhtac olduğun, dünya və axirətin sahibi olan Allahdan qorxmağını tövsiyə edirəm."
Ömər ibn Əbdüləziz bir nəfərə məktub yazıb deyir: "Sənə Allahdan qorxmağı tövsiyə edirəm. Allahın qəbul etdiyi əməl təqvadır. O təqva sahiblərini əfv edər, onlara savab verər. Bu haqda danışan çox, ona əməl edən isə azdır. Allah bizi də, səni də təqva sahiblərindən etsin."
Bir nəfər kişi Yunus ibn Ubeydə: "mənə tövsiyə et!" – deyə müraciət etdi. O dedi: "Sənə Allah təqvasını və yaxşılığı tövsiyə edirəm". Müsəlman bacım sələflərimizin bir-birilərinə təqvanı tövsiyə etmələri haqqında çoxlu sözləri vardır. Təqva sahibləri Allah dostlarıdır. Rəbləri onları ölüm anında qələbə çalacaqları və cəhənnəmə düşməyəcəkləri ilə müjdələyir.
Bağışlayan uca Allah buyurur: 62 - Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. 63 - O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər - 64 - Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)! (Yunus). Qurani-Kərimdə təqva sözü üç mənada işlədilmişdir: Bəzən Allahdan qorxu və heybət mənasında işlədilir. Uca Allah buyurur: ...ancaq Məndən qorxun! (əl-Bəqərə: 41). Bəzən isə ibadət və itaət mənasında olur. Uca Allah buyurur: 102 - Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün! (Ali-İmran). Yəni, Allaha layiqincə itaət edin. Bəzən isə qəlbi günahlardan təmizləmək mənasında işlədilir. Ayələrin çoxunda bu məna nəzərdə tutulur. Təqva sözünün hansı mənada işlədildiyini bilmək üçün sələfimiz bir neçə qayda qoyublar. Misal olaraq aşağıdakıları demək olar:
Əli ibn Əbu Talibdən (r.a) "Təqva nədir?!" – deyə soruşduqda demişdir: "Təqva uca Allahdan qorxmaq, nazil etdiyinə əməl etmək, az ilə qane olmaq və son mənzil üçün hazırlıq görməkdir."
Muaz ibn Cəbəl (r.a) demişdir: "Qiyamət günü insanlar bir meydanda saxlanacaqlar. Bir nəfər haray çəkib: "Müttəqilər haradadır!" – deyə səslənəcəkdir. Sonra müttəqilər Allahın himayəsində olacaqlar. Allahla onlar arasında heç bir maneə olmayacaqdır."
Mən dedim: Müttəqilər kimlərdir? O dedi: "Onlar şirkdən və bütlərə ibadət etməkdən uzaq olan, ibadəti Allah xətrinə edib cənnəti qazanan kimsələrdir."
Abdullah ibn Məsud (r.a) uca Allahın Allahdan layiqincə qorxun. ayəsi haqqında demişdir: "Yəni itaət edin, asi olmayın. Daim zikr edin, unutmayın. Şükürlü olun və nankorluq etməyin."
Ənəs (r.a) demişdir: "Dilini qorumayan insan Allahdan layiqincə qorxmaz."
Ömər ibn Əbdüləziz demişdir: "Gündüzləri oruc tutub, gecələri ibadət etməklə təqva əldə olunmaz. Həqiqi Allah təqvasını əldə etmək üçün Allahın haram buyurduqlarından çəkinmək, vacib buyurduqlarını etmək lazımdır."
Talq ibn Həbib demişdir: "Təqva Allahın müvəffəqiyyəti ilə Allaha itaət etmək, savabını ummaqdır. Həmçinin Allahın müvəffəqiyyəti ilə Allaha asi olmaqdan çəkinmək və əzabından qorxmaqdır."
Məhəmməd ibn Huneyf demişdir: "Təqva səni Allahdan uzaqlaşdıran hər bir şeydən uzaq durmağındır."
Şərif əl-Curcani deyir: "İbadətdə təqva deyildikdə ixlas (səmimiyyət) nəzərdə tutulur. Asilikdə təqva deyildikdə günahları tərk etmək anlaşılır. Bəzilərinə görə təqva bu mənanı verir: Təqva, Allah qadağan etdiyi yerlərdə səni görməməli, əmr etdiyi yerlərdə isə səni axtarmamalıdır."
Bəziləri isə deyirlər ki, təqva, zahiri görünüşünü insanlar üçün bəzədiyin kimi, daxili görünüşünü də Allah üçün elə bəzəməyindir.
Müsəlman bacım! Nur saçan və iman duyğusu gətirən bu sözlər təqva haqqında deyilmişdir. Müttəqilər haqqında isə Sufyan əs-Sovri belə demişdir: "Onlar başqalarının çəkinmədikləri işlərdən çəkindikləri üçün müttəqi adlandırılmışlar." Həsən əl-Bəsri isə belə demişdir: "Müttəqilər Allahın haram etdiklərindən çəkinib vacib buyurduqlarını edərlər." Məymun ibn Məhran demişdir: "İnsan özünü xəsislik edən şərikdən və zalımlıq edən hökmdardan daha çox mühakimə etməyincə müttəqi olmaz." İndi isə təqva əhlinin hansı sifətlərə sahib olduqlarına nəzər salaq görək biz də təqva əhli ola bilərikmi?! Uca Rəbbimiz kitabının bir ayəsində bu sifətləri toplamış və demişdir: 177 - Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qutarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır! (əl-Bəqərə). Ayədə deyilənləri aşağıdakı bəndlərdə qeyd etmək olar: 1.Allaha iman. 2.Mələklərə iman. 3.Allahın nazil etdiyi səmavi kitablara iman. 4.Allahın peyğəmbərlərinə iman. 5.Axirət gününə iman gətirmək. 6.Namaz qılmaq. 7.Zəkat vermək. 8.Malını qohumlara, yetimlərə, kasıblara və başqalarına sevə-sevə sədəqə vermək. 9.Əhdə vəfalı olmaq. 10.Çətin anlarda səbirli olmaq. 11.Allaha qarşı sadiq olmaq. 12.Allahın ayinlərini təzim etmək. Uca Allah buyurur: Bax belə! Hər kim Allahın ayinlərinə hörmət etsə, bilsin ki, bu, qəlblərin təqvasındandır. (əl-Həcc). 13.Həm bolluq, həm də qıtlıq vaxtlarında malını Allah yolunda xərcləmək. Uca Allah buyurur: - Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin. 134 - O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. (Ali-İmran). 14.Qəzəbini udmaq. 15.İnsanları bağışlamaq. 16.Allah və Rəsulunun (s.a.v) qeybdən xəbər verdiklərinə iman gətirmək. Uca Allah buyurur: 1 - Əlif, Lam, Mim. 2 - Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır. 3 - O kəslərki, qeybə inanır... (əl-Bəqərə).
Müsəlman bacım! Təqva sahiblərinin özəllikləri bunlardır. Sənə də bu sifətlərə yiyələnmək yaraşır. Çünki hər bir müsəlmanın təqvanın bərəkətinə ehtiyacı vardır. Təqvanın bərəkəti ilə insan səhvlərə yol verməz. Təqvanın bərəkətlərinin nədən ibarət olduğu maraqlıdırsa belə bir sual ortaya çıxır: Təqvanın bərəkəti nə deməkdir?
Cavabım isə belədir: Təqvanın bərəkəti düşünmədiyin qədər gözəldir. Sən Qurani-Kərimi oxuyanda təqvanın səmərəsinin nə qədər böyük olduğunu biləcəksən. Təqvanın bərəkətlərindən aşağıdakıları demək olar: 1.Qurani-Kərimdən və orada olan hidayət nurundan faydalanmaq. Uca Allah buyurur: - Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır. (əl-Bəqərə). 2.Qiyamət günü Allah yanında yüksək məqama yetişmək. Uca Allah buyurur: - Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar (bununla da) iman gətirənlərə istehza edərlər. Halbuki, müttəqilər qiyamət günündə onlardan üstündürlər. Allah istədiyi kəsə saysız-hesabsız ruzi verər. (əl-Bəqərə). 3.İçərisində çaylar axan, pak zövcələr və Allah rizası olan cənnəti qazanmaq. Uca Allah buyurur: 15 - (Ya Rəsulum!) Söylə: “Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada (hər cür eyibdən) pak olan zövcələr və (ən böyük nemət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir! (Ali-İmran). 4.Allahın sevgisini əldə etmək. Uca Allah buyurur: 76 - Xeyr (elə deyildir). Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə (əmanətə xəyanət etməsə), şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər. (Ali-İmran). ...Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi pozmadıqca) siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri sevər!(ət-Tövbə). 5.Allahın birliyinə nail olmaq. Müqəddəs adların sahibi Allah buyurur: ...Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.(əl-Bəqərə: 194). Digər ayədə isə belə buyurur: - Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir! (ən-Nəhl). 6.Nicat tapmaq. Uca Allah buyurur: Ey ağıl sahibləri, Allahdan qorxun ki, nicat tapasınız. (əl-Maidə: 100). 7.Qəlbdəki qorxu və kədər hisslərinin yoxa çıxması. Digər tərəfdən isə bu dünyada qurtuluşa və müjdə xəbərinə nail olmaq. Güclü və bağışlayan Allah buyurur: ...Allahdan qorxaraq pis işlərdən çəkinib özlərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər! (əl-Əraf: 35). - Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. 63 - O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər - Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)! (Yunus). 8.Həm göydən, həm də yerdən nemət və bərəkət əldə etmək. Uca rəbbimiz buyurur: - Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik.(əl-Əraf). 9.Haqqı nahaqdan ayırmaq bacarığına nail olmaq. Uca və pak Allah buyurur: 29 - Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahağı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir! (əl-Ənfal). 10.Allahın dostluğunu qazanmaq. Uca Allah buyurur: Zalımlar (kafirlər) bir-birinin dostudurlar, Allah isə müttəqilərin dostudur!(əl-Casiyə: 19). 11.Qiyamət günü cəhənnəmdən qurtulmaq. İzzət və Cəlal sahibi Allah buyurur: - Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür. 72 - Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq! (Məryəm: 71-72.) 18 - İman gətirib (Allahdan) qorxanları isə xilas etdik. (Fussilət: 18). 12.Rəhmanın qonaqları ilə birlikdə həşr olunmaq. Uca Rəbbimiz buyurur: - O gün (qiyamət günü) Biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər (şahanə qafilələrlə gələn əziz qonaqlar) kimi cəm edərik. (Məryəm). 13.Gözəl aqibət qazanmaq. Uca Allah buyurur: - Əhlinə namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)! (Taha). Başqa ayədə isə belə buyurulur: Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir! (əl-Qəsəs). 14.Qurtuluş və günahların bağışlanması. Uca Allah buyurur: Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz belələri uğura çatanlardır (əbədi səadətə - Cənnətə qovuşanlardır).ən-Nur). Başqa ayədə isə belə buyurur: - Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar. (əl-Əhzab). 15.Qiyamət günündə həqiqi dostluq münasibətini qazanmaq. Şəni uca Allah buyurur: - Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər! (Zuxruf). 16. Allah yanında qorxusuz məqama sahib olmaq. Uca Allah buyurur: Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə olacaqlar. (əd-Duxan). 17.Allah yanında hörmətli olmaq. İzzət və Cəlal sahibi Allah buyurur: Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır. (əl-Hucurat: 13). 18.Cənnətdə haqq məclisinə yetişmək. Uca və nöqsansız Allah buyurur: - Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında, 55 - (Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar! (əl-Qəmər). 19.Allahın rəhmətini, hidayətini və mərhəmətini qazanmaq. Uca Allah buyurur: 28 - Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, sizə (sirat körpüsü üstündə) getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!(əl-Hədid). 20.Dünya və axirət sıxıntılarından xilas olmaq. Uca Allah buyurur: ..Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər... (ət-Talaq). 21.İşlərin asanlaşdırılması, günahların bağışlanması və savabın çoxaldılması. Uca və pak Allah buyurur: Kim Allahdan qorxsa, Allah onun işini (dünya və axirətdə) asan edər. 5 - Bu, Allahın sizə nazil etdiyi buyruğudur. Kim Allahdan qorxsa, Allah onun (günahlarının) üstünü örtər və (axirətdə) mükafatını artırar. (Talaq). 22.Paxılların və həsəd aparanların hiyləsindən qurtulmaq. Uca Allah buyurur: .Əgər səbr edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir. (Ali-İmran: 120). 23.Allah dərgahında əməllərin qəbula keçməsi. Uca Allah buyurur: Allah yalnız müttəqilərdən qəbul edər! (əl-Maidə: 27). 24.Qiyamət günü mələklərin müşayiəti ilə gözəl qarşılanmaq. Uca Allah buyurur: - Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və (cənnət) gözətçiləri (onlara): “Salam əleykum! (Sizə salam olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!” – deyəcəklər. (əz-Zumər: 73).
Mömin bacım! Təqva bərəkəti və fəziləti ilə bu gözəl Quran ayələrini oxuduqdan sonra təqva azuqəsinin önəmliliyini dərk edirik. Ölümün hər an gələcəyini fikirləşib bu azuqəni tədarük etmək lazımdır.
Müsəlman bacım! Peyğəmbərimizin (s.a.v) Aişəyə Anamaza etdiyi tövsiyənin ilk hissəsi haqqında bu qədər. Tövsiyənin ikinci hissəsi isə mülayimlikdən bəhs edir. Mülayimlik xoş rəftarlı, gülər üzlü və geniş ürəkli olmaqdır. Müsəlman qadın bu sifətlərə sahib olmaqla digər qadınlarla gözəl münasibət qura bilər. Mülayimlik bir çox əxlaq normalarından üstündür. Elə buna görə uca Allah mülayim xasiyyətli insanları dünyada tərifə, axirətdə isə böyük savaba layiq görmüşdür. Mülayim xasiyyətə sahib olan insan həm Allah yanında, həm də insanların gözündə gözəl olar. Müsəlman kişi və ya qadın mülayimlikdən uzaq olarsa, o həm Allahın, həm də insanların yanında eyibli olar. Çünki Allah mülayimdir və mülayimliyi sevir. Siz Peyğəmbərimizin (s.a.v) işıqlı həyatına baxsanız onun ən gözəl mülayimlik örnəyi olduğunu görərsiniz. (Peyğəmbərimizin (s.a.v) həyatını əvvəldən sona qədər əhatə edən və ətraflı məlumat verən kitaba baxa bilərsiniz. İnşallah kitab 2011-ci ilin sonuna qədər çapdan çıxmalıdır. )
Müsəlman bacım bax və düşün!
Peyğəmbər (s.a.v) əshabələri ilə birlikdə məsciddə oturmuşdular. Bir nəfər kəndli ərəb məscidə daxil olub məscidin sütunlarından birinə yaxınl(s.a.v) şdı və yüngül subaşına çıxdı. Müsəlmanlar dərhal qalxıb onu vurmaq istədilər. Peyğəmbər hədsiz mülayimlik göstərib onlara dedi: "İşiniz olmasın. Onun batırdığı yerə bir qab su tökün. Siz çətinləşdirmək üçün deyil, asanlaşdırmaq üçün göndərilmisiniz."(Buxari: ? 217.)
Peyğəmbərin (s.a.v) mülayimliyinə baxdıqda onun hətta heyvanlara qarşı necə mülayim davrandığını görərik. Peyğəmbər (s.a.v) demişdir: "Allah hər şeyə yaxşılıq etməyi əmr etmişdir. Öldürəndə yaxşı öldürün, heyvanı kəsəndə yaxşı kəsin. Bıçağınızı itiləyin ki, kəsdiyinizi rahat edəsiniz."(Muslim: ? 1955.)
Ənəs ibn Malikin (r.a) nəvələrindən biri deyir ki, mən əl-Həkəm ibn Əyyubun həyətinə daxil oldum. Orada bir dəstə adam toyuğu bağlayıb daşla vururdular. Ənəs (r.a) onların bu hərəkətini görüb dedi: "Peyğəmbər (s.av) heyvanlara işgəncə verməyi qadağan etmişdir."(Buxari: ? 5194.) Yəni heyvanı bağlı yerə salıb sonra ölənə qədər daş ilə vurmaq olmaz. Peyğəmbərin (s.a.v) əshabələri ondan mülayimlik ibrəti götürmüşdülər. İbn Ömər (r.a) yol ilə gedərkən bir dəstə qureyşli cavanın quşu bağlayıb daşladıqlarını gördü. Onlar boşa çıxan hər nişana görə quşun sahibinə bir ox verirdilər. İbn Ömər (r.a) onların bu işinə münasibət bildirib dedi: "Bunu kim edib?! Allah bunu edənə lənət etsin. Peyğəmbər (s.a.v) ruhu olan canlını hədəfə çevirəni lənətləmişdir." İbn Sirin deyir ki, Ömər (s.a.v) qoyunun ayağından tutub sürüyə-sürüyə kəsməyə aparan bir kişi gördü və dedi: "Vay sənin halına. Onu ölümə aparanda da gözəl şəkildə apar!" Yuxarıda yazılanlar Peyğəmbərimizin (s.a.v) və əshabının mülayimlik nümunəsidir. Müsəlman bacım, heyvana qarşı mülayim davranmaq haqqında aşağıda qeyd olunan nümunədən də ibrət dərsi götür.
Ədiy ibn Hatim (r.a) çörək qırıntılarını toplayıb evinin çöl divarının dibi ilə hərəkət edən qarışqalara verirdi. Ondan nə üçün belə etdiyini soruşanda dedi: "Onlar mənim qonşularımdır və üzərimdə haqları var." Müsəlman bacım, qoy mülayimlik sənin gözəlliyin olsun. Övladların, həyat yoldaşın və qonşularınla belə mülayim rəftar edəsən. Mülayimliyi özünə həyat yolu seç ki, istədiyinə nail olasan. Əl-Əsməi adlı şair demişdir:
Mülayim davranarsa insan işində İlanı yuvasından qoyar eşikdə
--------------
Qadınlara Tövsiyə kitabından Abdurrəhim Muradlı
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 03.10.2012, 23:21 | Yazı # 29 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| (Qadınlara Tövsiyə )İMTAHANLARA SƏBİR ETMƏYİN SAVABI Ummul Əla (r.anha) deyir ki, mən xəstələnərkən Peyğəmbər (s.a.v) yanıma gəldi və dedi: "Ey Ummul Əla sənə müjdə olsun! Qızıl və gümüş od ilə təmizləndiyi kimi, Allah da müsəlmanın günahlarını xəstəliklə elə təmizləyir." (Əbu Davud: ? 3092. Səhihdir. )
Müsəlman bacım! Bu dünyada hər kəs, ola bilər insan özü və ya həyat yoldaşı, yaxud övladı və ya yaxın qohumları müsibətlə qarşılaşırlar. Belə məqamda insanın imanının dərəcəsi aşkar olur. Uca Allah imanını sınağa çəkmək üçün səni imtahana çəkə bilər. Görək sən səbir edəcəksən, yoxsa Allahın qəza-qədərinə narazılıq bildirəcəksən? Sənə təqdim olunan bu tövsiyədə Peyğəmbər (s.a.v) Ummul Əlaya لtövsiyə edir və bildirir k, Rəbbi möminin başına gətirdiyi müsibətlərlə onun günahlarını təmizləyir.
Sən Allahın kitabına nəzər salsan görərsən ki, ayələrdən, müraciətlərdən və ibrətamiz səhnələrdən faydalananlar səbir edənlərdir. Bu mənada uca Allah buyurur:
Dənizdə (uca) dağlar kimi üzən (gəmilər) də Onun (qüdrət) əlamətlərindəndir. Əgər (Allah) istəsə, küləyi saxlayar, onlar da (suyun) üzündə durub qalarlar (nə irəli, nə də geri gedə bilərlər). Həqiqətən, bunda (əziyyətlərə) çox səbr edən, (nemətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!(əş-Şura).
Başqa ayəyə baxsan görərsən ki, uca Allah səbirliləri səbir etdiklərinə görə tərifləyib demişdir: Yaxşı əməl sahibi əslində ... dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbir edənlərdir. (İmanlarında, səzlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!(əl-Bəqərə: 177). Bilmək lazımdır ki, səbirlilər Allahın sevdiyi kimsələrdir. Uca Allah buyurur: Allah səbir edənləri sevər! (Ali-İmran: 146). Bunu da bilməlisən ki, uca Allah səbir əhlini ən gözəl əməllərinə görə mükafatlandırır və hətta onların savabını hədsiz edir. Uca Allah buyurur: Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.(ən-Nəhl: 96). Başqa ayədə isə belə buyurur: Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbir edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir! (əz-Zumər: 10). Qiyamət günü cəhənnəmdən qurtuluşa nail olanlar səbirlilər olacaqlar. Şəni uca Allah buyurur: Mələklər də hər bir qapıdan (cənnət qapılarından) daxil olub (onlara): “(Dünyada Allah yolunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gözəldir!” – deyəcəklər. (ər-Rəd: 23-24).
Bəli, müsəlman bacım bütün bu mükafat və savab müsibətlərə səbir edənlər üçün vəd olunmuşdur. Niyə görə də olmasın?! Möminin hər bir vəziyyəti xeyirdir.
Suheyb (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Möminin işi çox gözəldir. Onun hər işi xeyirlidir. Başına yaxşı iş gəlsə şükür edər və bu onun üçün xeyirli olar. Pis işlə qarşılaşdıqda isə səbirli olar və bu da onun üçün xeyirdir."(Muslim: ? 2999.)
Ey mömin bacım, bilməlisən ki, uca Allah səni imanının dərəcəsinə görə imtahan edir. Əgər imanın güclüdürsə, imtahanın da şiddətli olacaqdır. Əgər dinində zəiflik varsa, imtahanın da yüngül olacaqdır. Səd ibn Əbu Vaqqas (r.a) deyir ki, mən Peyğəmbərə dedim: "Ey Allahın rəsulu, hansı qisim insanlar daha şiddətli imtahan olunurlar?" O dedi: "Peyğəmbərlər, sonra dərəcəsi onlara daha yaxın olanlar. İnsan dini qədərində imtahan olunur. Əgər dinində möhkəmdirsə imtahanı da çətinləşər. Əgər dinində zəifdirsə, o qədər də imtahan olunur. İnsan imtahana çəkilə-çəkilə günahlardan təmizlənər." (Tirmizi: ?2509. İbn Macə: ?4023. Səhihdir. )
Əbu Səid əl-Xudri (r.a) deyir: "Mən Peyğəmbərin yanına daxil oldum. Onun qızdırması var idi. Əlimi ona toxundurdum və ədyalının üzərindən bədəninin hərarətini hiss etdim və dedi: Ey Allahın rəsulu! Nə çətin imtahan olunursan!" Peyğəmbər (s.a.v) dedi: "Bizim imtahanımız qat-qat çətin olur, savabımız da o qədər çox olur." Mən dedim: "Ey Allahın rəsulu! Hansı qisim insanlar daha şiddətli imtahan olunurlar?" O: "Peyğəmbərlər." Mən: "Ey Allahın rəsulu! Sonra kimlər?" O: "Sonra əməlisalehlər. Onlardan kimsə yoxsulluqla imtahan olunur. Geyinməyə bir əbadan başqa paltarı olmur. Bir adam bolluq içində olanda sevindiyi kimi, onlar da imtahan anında elə sevinirlər." (İbn Macə: ? 4024. ) Əbu Hureyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Mömin kişi və qadın nəfsi, övladı və mal-dövləti ilə o qədər imtahan olunar ki, Allahın hüzuruna gələndə artıq heç bir günahı qalmaz." (Tirmizi ? 2510. Albani "Səhih əl-Cami" əsərində (? 5691) hədisin səhih olduğunu demişdir. )
Soruşa bilərsiniz ki, mömin Allahın sevimli bəndəsi ola-ola nə üçün imtahandan azad olmur? Cavab belədir: Uca Rəbbimiz mömini günahlardan təmizləmək istəyir deyə onu imtahan edir. Etdiyi günahları ilə əldə etdiyi savablarını azaltmasın deyə imtahan olunur ki, bu yolla günahları bağışlansın. Peyğəmbərin (s.a.v) Ummul Əlaya لvə Abdullah ibn Məsuda anlatdığı bu mənadadır. Abdullah ibn Məsud deyir ki, mən Peyğəmbərin )s.a.v) yanına daxil oldum. Onun qızdırması var idi. Mən dedim: "Ey Allahın elçisi, Sən çox şiddətli qızdırma keçirirsən." Peyğəmbər (s.a.v) dedi: "Doğrudur mən iki nəfərin qızdırmasını keçirirəm." Mən dedim: "Bununla sənin iki savabın olur?" Peyğəmbər (s.a.v) dedi: "Elədir." Daha sonra dedi: "Hər hansı müsəlman xəstələnər və ya başqa imtahana çəkilərsə, ağac yarpağını necə tökürsə Allah da onun günahlarını elə bağışlayar." (Buxari: ?5324. Muslim: ?2571.)
Əbu Səid əl-Xudri (r.a) və Əbu Hureyrə Peyğəmbərdən (s.a.v) belə eşitdiklərini deyirlər: "Möminin yorğunluğu, xəstəliyi, dərdi, kədəri, hətta qəm çəkməsi ilə Allah onun günahlarını bağışlayar." (Buxari: ?5318. Muslim: ?2573.)
Xəstəliyə qarşı səbirli olmaq, nəfsi narazılıq və gileydən qorumaq, dili şikayətdən saxlamaq mömin üçün dünya yolçuluğunun azuqəsidir. Baş bədən üçün nə qədər önəmlidirsə, səbir də iman üçün bir o qədər əhəmiyyətlidir. Başsız bədən olmadığı kimi, səbirsiz də iman olmaz. Ona görə Ömər ibn əl-Xəttab (r.a) deyirdi: "Biz gözəl günümüzü səbir ilə əldə etmişik." Xəstəliyin və ya imtahanın müqabilində Allahın sənin üçün nə mükafat hazırladığını bilsən səbir edərsən. Əta ibn Əbu Rəbah (r.a) deyir ki, İbn Abbas (r.a) mənə dedi: "Sənə cənnət əhlindən olan bir qadın göstərimmi?" Mən: Bəli göstər. O: "Bax bu qara dərili qadın Peyğəmbərin (s.a.v) yanına gəlib dedi: "Mənim ürəyim gedir və əyin-başım açılır. Mənim üçün Allaha dua et." Peyğəmbər (s.a.v) dedi: "İstəyirsən səbir et və əvəzində cənnəti qazan. Yox əgər səbir etmək istəmirsənsə Allaha dua edim sənə şəfa versin. Qadın: "Elə isə səbir edərəm. Amma ürəyim gedəndə əyin-başım açılır, Allaha dua et ki, açılmasın." Peyğəmbər (s.a.v) də onun üçün dua etdi."Bax gör həmin qadın xəstəliyə qarşı səbirli olub cənnətə daxil olmağı necə üstün tutdu. Sən də ey müsəlman bacım, bilməlisən ki, dünya imtahanlarına səbir etməyin bəhrəsi cənnətdir. Gözlərinin kor olmasına səbir etmək də böyük savab vəd olunan imtahanlardandır.
Ənəs ibn Malik (r.a) Peyğəmbərdən (s.a.v) belə eşitdiyini deyir: "Allah demişdir: Bəndəmi iki sevimli gözü ilə imtahana çəksəm və o da səbirli olsa, əvəzində ona cənnəti bəxş edərəm." (Buxari: ? 5329.) Ey müsəlman bacım, ona görə başına gələn müsibətlərə səbirli olmalı, xəstəliyinlə car çəkməməli, savabını Allahdan ummalısan. Fudeyl ibn İyad bir nəfərin başına gələn müsibətdən şikayətləndiyini eşidir və deyir: "Ey filankəs, sənə rəhm edəndən rəhm edə bilməyənə şikayətmi edirsən?!" Bəzi sələflər belə deyərdilər: "Başına gələn müsibətdən gileylənən insan, sanki rəbbindən şikayət edir." Xəstəliyə görə həkimə müraciət etmək gileylənmək deyil. Gileylənmək xəstəliyinə əlac edə bilməyən adama, məsələn, qonşuya, dosta və başqalarına ünvanlanır, eyni zamanda Allahın imtahanına qarşı narazılıqla ifadə olunur. Saleh sələflər belə deyərdilər: "Dörd şey cənnət xəzinəsindəndir: Müsibəti, sədəqəni, aclığı və ağrını gizli saxlamaq."
Əndəluslu İbn Əbdu Rabbihi adlı alim deyir: Şeybani bir nəfər dostunun belə dediyini deyir: "Mən başıma gələn bəzi kədərli işlərdən dostuma gileylənərkən Şureyh səsimi eşitdi və əlimdən tutub dedi: Ey qardaşım oğlu, Allahdan başqa heç kəsə şikayət etmə. Sənin şikayət etdiyin adam ya dostun, ya da düşmənin ola bilər. Dostundursa onu da kədərləndirəcəksən, heç bir fayda verməyəcəksən. Düşməndirsə bu fürsətdən yararlanacaq. Sonra barmağı ilə bir gözünü göstərib: mənim bu gözümə bax! – dedi. Allaha and olsun on beş ildir ki, bu gözlə nə bir dost, nə də bir adam görmürəm. Amma bu ana qədər heç kəsə bu haqda bildirməmişdim. Məgər əməlisaleh bəndənin bu sözünü eşitməmisən: Mən dərd-sərimi yalnız Allaha ərz edirəm.( Yusuf: 86.) "Sən də hər şikayətini və qəm-kədərini Allaha ərz et..." (əl-Aqd əl-Fərid: 2/ 282.)
Əbu Dərda (r.a) deyir: "Allah bir şeyə qərar veribsə, qərarı ilə razılaşmağı da sevir." (İbn əl-Mubarəkin "əz-Zuhd" kitabı səh. 125.) İndi "Lə iləhə illəllah" kəlməsini deməklə, imanını yenilə və qarşına çıxan imtahanlara səbir et. Nə badə Allahın qərar verdiyi bir işə "kaş olmayaydı!" – deyəsən. Bizə müvəffəqiyyət verən yalnız Allahdır.
------------------- Qadınlara Tövsiyə kitabından Abdurrəhim Muradlı
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 03.10.2012, 23:21 | Yazı # 30 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Müsəlman qadının Axirət hazırlığı Ey Allahın qadın qulu! Allahdan qorx və bil ki, bu gün hesab yox, əməl günüdür. Sabah isə əməl yox, hesab günü olacaqdır. Unutma ki, oynayıb-əylənərkən belə ölüm səni haqlaya bilər. Diqqətli ol!
Ey Allahın qadın qulu! Can boğaza yetişdiyi zaman, qıçın-qıça dolaşacağı zaman, sən ərindən, uşaqlarından və sevdiklərindən ayrıldığın zaman halın necə olacaq? Çiyinlərdə daşındığın zaman və üzərinə torpaq töküldüyü zaman halın necə olacaq? Qaranlıq və dar qəbirdə qaldığın zaman halın necə olacaq? Münkər və Nəkir gəlib yanında oturub, səni hesaba çəkdikləri zaman halın necə olacaq? Qəbirdən çıxarılıb və Məhşərə gətirildikdə halın necə olacaq? Əməl dəftərin açıldıqda halın necə olacaq? Mizan tərəzisi qoyulduqda, Siratdan keçdikdə halın necə olacaq?
Uca Allah buyurur: - Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır. (Muminin surəsi, 99-100)
İmam Şafii (rahiməhullah) nə gözəl söyləmişdir:
Qiyamət günündə nə mal, nə övlad olar, Qəbrə qoyulduğunda, toy gecəsi unudular!
[Kəlimətun A’bira lil Mər’atil Muslimə - adlı risalədən]
___________________ Tərcümə: əz-Zubeyr
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
|