[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Müxtəlif məsələlər » ISRAF (Ərəbistanında dünyanın ən nəfis və bahalı Quranı hazirlanib)
ISRAF
Muslimah_92Tarix: Çərşənbə axşamı, 12.06.2012, 12:14 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Səudiyyə Ərəbistanında dünyanın ən nəfis və bahalı Quranı hazırlanıb

Səudiyyə Ərəbistanında Quranın ən nəfis və bahalı nüsxəsinin hazırlanması başa çatıb. Quranın bu nüsxəsini hazırlayan "ən-Nəmr" şirkətinin rəhbərlərindən biri sözü gedən Quranın çəkisinin 2 kiloqram olmasını və onun hazırlanmasına 2.5 milyon Səudiyyə riyalınin (təqribən 676 min dollar) xərcləndiyini deyib. "ən-Nəmr" şirkətinin rəsmisi səhifələri qızıl qatı ilə örtulmüş bu nəfis Quranda ayələrin orijinalından əlavə onların təfsir və bir neçə dilə tərcüməsinin də yer aldığını bildirib. "Bu Quranın digər bir xüsusiyyəti onun səhifələrinin brilyant, yaqut, firuzə və zümrüd kimi qiymətli daşlarla bəzədilməsidir" deyə şirkər rəsmisi Mustafa ən-Nəmr bildirib.


O daş-qaşı Qurani-Kərimin icində buyrulan yerlərə sərf etsəydilər :kasıb müsəlmanlara,yetimlərə və s...Allah-Təalanın rizayətini daha cox qazanardılar.Doğrusunu Allah bilər.


Yazını Muslimah_92 - Çərşənbə axşamı, 12.06.2012, 12:16
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 12.06.2012, 12:24 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İSRAF NƏDİR?

“İsraf” ərəb dilindən tərcümədə hədsiz dərəcədə istifadə etmək, ehtiyacdan artıq xərcləmək və həddi aşmaq mənalarını verir. Dini termin kimi isə halal və qanuni yollarla əldə edilmiş pul və sərvətdən lazımi qədərdən çox, əbəs yerə istifadə etmək anlamına gəlir. Halal yollarla işləyib, ruzi qazanmağı buyuran dinimiz israfı və lüzumsuz yerə pul xərcləməyi qadağan etmişdir. Bu barədə Uca Allah, Rəsuluna (s) vəhy etdiyi bir ayədə belə buyurur: “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!”(əl Əraf 31)


Yazını Muslimah_92 - Çərşənbə axşamı, 12.06.2012, 12:26
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 12.06.2012, 12:27 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İsrafın haram olduğunu göstərən bu ayənin sonundakı “Allah israf edənləri sevməz” ifadəsi müsəlmanlar üçün önəmli bir xəbərdarlıqdır. Təbii ki, Allahın sevimli bəndəsi olmağa çalışan hər müsəlman bu xəbərdarlığa biganə qalmamalıdır. Qurani-Kərimin başqa ayəsində isə Uca Allah belə buyurur: “Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!”[2]
Həzrət Peyğəmbərimiz (s) hədislərində də bu məsələyə geniş yer vermişdir. Hədisi-şəriflərin birində buyurulur ki, bir dəfə Həzrət Peyğəmbər (s) əshabələrindən olan Sədin evinə getmişdi. Allah Rəsulu (s) onu dəstəmaz alarkən sudan çox istifadə etdiyini görmüş və israfa yol verməməyi tövsiyə ertmişdi. Səd isə “dəstəmazda israf olarmı”-dedikdə, Həzrət Mühamməd (s): “Bəli, hətta axan çay kənarında olsan belə, dəstəmaz alarkən israf etmə”-deyə cavab vermişdi.[3]
Əziz möminlər, bir araşdırmaya görə dünyada israf edilən çörək, hər il acından ölən 400 milyon insanı doyuracaq səviyədədir.
Bütün bunlarla yanaşı yaddan çıxarmaq olmaz ki, israfın zərəri sadəcə, bu dünyada büruzə vermir. Ömrünü və sərvətini yaxşı qiymətləndirməyənlərdən qiyamət günündə bunların hesabını soruşulacağı haqqında Həzrət Peyğəmbərimiz (s) belə buyurmuşdur: “Qiyamət günündə insan dörd şeydən sorğusuala çəkilmədikcə, Allahın hüzurundan ayrıla bilməz: ömrünü harada keçirdiyindən, vücudunu harada əldən saldığından, malını necə qazanıb, haraya xərclədiyindən və biliyi ilə hansı işlər gördüyündən” [4]
Malımızı və pulumuzu, təkcə öz ehtiyacımız üçün deyil, cəmiyyətin də ehtiyaclarına sərf etməliyik. İsraf fərdə və cəmiyyətə maddi-mənəvi sıxıntılar gətirməklə yanaşı, iqtisadi inkişafı ləngidərək, ölkələri tənəzzülə uğradır. Bunlarla yanaşı, çağdaş dövrümüzdə insanların qiymətini bilmədən israf etdiyi əsas nemətlərdən biri zamandır. Ən böyük israf vaxtı boş keçirməkdir, daim bundan uzaq olmalıyıq. Ayə və hədislərdə diqqət çəkən digər bir xüsusiyyət qənaətçilikdir. Ərəb dilindən tərcümədə “verilənə qane olmaq” mənasına gələn “qənaət” sözü, dini termin kimi insanın əlində olanlarla kifayətlənməsi, dünya nemətlərindən qismətinə düşənindən razı qalması deməkdir. İslam dini insanın malik olduğu nemətlərin lüzumsuz yerlərə səfr etməyi bəyənməmiş, yemək, içmək və digər təlabatlarımız üçün müəyyən hədd qoymuşdur. Dinimiz qənaətli insana yüksək qiymət vermiş, israfçılığı və acgözlüyü pisləmişdir.
Allahın Rəsulu (s) hədislərində bu məsələyə belə münasibət bildirmişdir: “İnsanların həyatında orta bir yol tutması onun ağılla hərəkət etməsindəndir”. Digər bir hədisdə Həzrət Peyğəmbər (s) “Qənaət edən həyatda sıxıntı çəkməz” deməklə, ölçülü olmağın əhəmiyyətinə işarə etmişdir. Allahın verdiyi nemətlərə şükür etmək, qənaətcil olmaq, ruzini çalışıraq qazanmaq İslam əxlaqının təşviq etdiyi əsas cəhətlərdir. Həzrət Peyğəmbər (s) hədislərdə ruziyə sahib olan və ona qənaət edən şəxsi tərifləmiş, eləcə də əsil zənginliyin sərvət çoxluğu ilə deyil, könül xoşluğu ilə ölçüldüyünü bildirmişdir. Nemətləri başqaları ilə bölüşməyib, saxlamaq, yəni xəsislik Allahın sevmədiyi davranışdır. Qurani-Kərimdə bununla bağlı belə deyilir. “Qohum-əqrabaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə! Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!”[5]
Möhtərəm möminlər, o zaman gəlin israfdan qətiyyətlə uzaq duraq. Çünki israf nemətlərin itirilməsinə səbəbdir. İsraf hər bir fərdin, cəmiyyətin hətda dövlətin belə inkişafına ən böyük maniədir. İsraf olan yerdə inkişaf yoxdur. İsraf olan yerdə bərəkət yoxdur.
Çox təsüflə ifadə edəkki ətrafımıza baxdığımızda hər yerdə israfçılıq görməkdəyik. İçki, qumar, kin və həsəd kimi günahlarla bədənlər israf edilməkdədir. Tənbəllik və qiybət kimi ginahlar işlənməklə vaxtlar israf edilməkdədir. Ədəbsiz və İslam əxlaqına zid olan verilişlərə baxılmaqla beyinlər və əxlaqi dəyərlər israf edilməkdədir. Qısacası İslami bir həyat yaşamamq, həyatın bütün sahələri israf edildi deməkdir.
Xütbəmi bu ayələrlə yekunlaşdırıram:
“Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!”[6]
“(Rəhmanın əsil bəndələri o kəslərdirki,) onlar (mallarını) xərclədikdə nə israfçılıq nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar.”[7]


[2] ən Ənam 141
[3] İbni Macə, Təharət
[4] ət- Tərhib və ət – Təğrib
[5] əl-İsra, 26-27
[6] əl-İsra, 29
[7] Furqan, 67


Yazını Muslimah_92 - Çərşənbə axşamı, 12.06.2012, 12:28
 
Forum » İslam » Müxtəlif məsələlər » ISRAF (Ərəbistanında dünyanın ən nəfis və bahalı Quranı hazirlanib)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru