[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Müxtəlif məsələlər » AZAN.... (Azanin islamda yeri..)
AZAN....
XEDICE73Tarix: Cümə axşamı, 13.05.2010, 00:49 | Yazı # 1
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
AZANIN İSLAMDA YERİ
Azan gündə beş dəfə müsəlmanları bəlli bir yerdə namaz qılmaları və namaz üçün toplanma vaxtının gəldiyini bildirən çağırış vasitəsidir. Ərəbcə bir kəlimə olaraq Azanın mənası (Bildirmək, elan etmək deməkdir) Azan vacib dərəcəsində sünnətdir.
Yüksək bir yerə çıxıb gur səsi ilə bütün insanlara yer üzündə tək gücün Allah, sonucu peyğəmbər Məhəmməd (s.a.s) olduğunu Allah adını qorxmadan hayqıran, Allahı İlah və rəbb, Məhəmməd peyğəmbəri də özlərinə öndər qəbul edən müsəlmanlara da inandıqları Allahın önündə toplu ibadət etsinlər, bir və bərabər olduqlarını yer üzündə zülmün yerinə Allahın ədalətini yerləşdirmək üçün hər an hazır olduqlarını düşmənlərinə göstərib onlara qorxu , müsəlmanlara güvən versinlər deyə məscidə çağıran insana da müəzzin deyilir.
Azan bir ölkənin müsəlman bir ölkə olduğunu bildirən bir işarə, simvoldur. Qorxusuz və ya doğru bir şəkildə oxunan azan o yerin müsəlman ölkəsi olduğunu göstərir. İslam fiqhində bir yerin Darul-harp və ya Darul İslam olduğunu müəyyənləşdirmək üçün orada Azanın oxunub oxunmadığı diqqətə alınan ölçülərdən biridir.
Müsəlmanlara namaz Məkkə dönəminin 9-cu ilində fərz qılındığı halda onlar namazlarını azan oxumadan qılırdılar. Çünki müsəlmanlar Məkkədə zəif idilər, Allahın evi Kəbədə müşriklərin əlində idi. Bu səbəbə görə də müsəlmanlar gücsüz olduqları yerdə açıq azan oxuya bilmirdilər.

Mədinəyə hicrətin birinci ilində bir birilərini "əs-salah əs salah" (namaza namaza) və ya "əs salatu cümlatun" (namaz toplayıcıdır, namaz üçün toplanın) şəklində namaza dəvət edərdilər. Ancaq bu şəkildəki çağırış yetərli deyildi. Uzaqda olanlar bu səsi eşitmədikləri üçün namaza vaxtında çata bilmir və bu üzdən də müsəlmanların bir araya gəlməsində çətinliklər olurdu. Peyğəmbər (s.a.s) əshabələrini toplayaraq namaza çağırmaq üçün hansı bir metod istifadə edəcəkləri barədə məşvərət etdilər. Əshabələr bir çox təklif etdilər.
-Zəng çalaq ya peyğəmbər
-O xristianların adətidir olmaz.
-Boru çalaq
-O, yahudilərin adətidir, olmaz
-O, zaman atəş yandıraq ya Rəsulullah
Bu da məcusilərin adətidir, bu da olmaz.
Günümüzdəki azanı bir çox səhabələr yuxularında görmüşdülər. Bunlardan biri də Abdullah b. Zeyd idi. Səhər tezdən azanın verilmə formasını Peyğəmbər (s.a.s) danışdı. Peyğəmbər (s.a.s) eyni yuxunu görən səhabələri dinlədikdən sonra bunların eyni yuxu gördüklərini gördü və Zeyd tərəfə dönüb dedi: Gördüyün azanı Bilala öyrət, azanı Bilal oxusun onun səsi gurdu buyurdu. Namaz vaxtı gəldiyi zaman Bilal Mədinənin ən yüksək yerinə çıxaraq gur səsi ilə İslamın ilk azanını oxudu.
Namaz vaxtlarını bildirmək üçün oxunan azanın nə şəkildə olduğu Qurani Kərimdə bildirilməmiş, ancaq Peyğəmbər (s.a.s) vəhy ilə bildirilmiş və onun kəlimələri birbaşa Cəbrayıl (a.s) tərəfindən öyrədilmişdir.
Bu ayələr azanın Allahdan gəldiyini göstərir.
Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu ona görədir ki, onlar düşüncəsiz bir camaatdır. (əl Maidə 5/58)
Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! (əl-Cuma 62/9)
Bu ayələrdə çağırıldığınız zaman ifadəsindəki nida kəlməsi azanı nəzərdə tutur.
Oxunan azanın Allahın istədiyi gerçək azan ola bilməsi üçün diqqət edilməsi lazım olan hallar vardır.
1)Azan mütləq ərəb dilində oxunmalıdır.

2)Azan müsəlmanların sevib saydığı, əxlaqlı bir müsəlman tərəfindən oxunmalıdır. Allah adına insanları Allahın məscidinə çağıran insanın dəvətinə cavab verəcək olanlar güvəndikləri bir müsəlmanın səsini eşitdiklərində daha həvəslə ora toplanırlar. Allahın sevmədiyi bir günahkar Allah adından insanları Allaha çağırmağa səlahiyyətli ola bilməz.

3)Azan oxuyan kimsənin gözəl gur səsi olması lazımdır və azan uca bir yerdə oxunmalıdır. Uca yerin anlamı günümüzdə texnalogiyanın gətirdiyi səs yüksəldici mikrofonla dəyişikliyə uğradı.

Ancaq bu gün müsəlmanları bir uca yerə çıxılmadan mikrofonla azan oxunula bilərmi? sualı maraqlandırır.
İslamın gəldiyi və məzhəb imamlarının yaşadığı dönəmlərdə belə bir problemin olmadığı üçün bu barədə heç bir ictihad yoxdur. Peyğəmbər (s.a.s) Vida həccində verdiyi xütbə bu mövzuda yaxşı bir dəlildir. Vida xütbəsində 120 000 insana xitab edən Peyğəmbər (s.a.s) müəyyən məsafələrdə gur səsli insanlar yerləşdirərək söylədiklərini onlar tərəfindən təkrar edilməsini və beləliklə də uzaqlarda olan insanlarında bu xütbəni eşitməsini təmin etmişdir. Bu günümüzdə isə səs ucaldıcılar buna ən yaxşı misal ola bilər. Allahın öyrətdiyi elmdən yararlanan müsəlmanlar mikrofonlardan istifadə edəbiləcəkləri kimi, istəyən də yüksək yerə çıxaraq azan verməyə davam edə bilər.
Azan ilə iqamənin arasıını biraz uzatmaq lazımdır ki, namaza gec gələnlər camaata çata bilsinlər.

4)Fərz namazlarından öncə oxunan iqamə surətli oxunduğu halda azan yavaş oxunur.

5)Azan oxunarkən kəlimələri səhv oxumaq və ya çox uzatmaq caiz deyil.

6)Azan oxunarkən müəzzinin danışması, hətta ona verilən salamı da belə alması caiz deyil.

Azan oxuyarkən danışmaq olmaz. Hətta Quran oxuduqda belə onu dayandırmaq və azana qulaq asmaq lazımdır. Azanı dinləyən müsəlman müəzzinin oxuduğunu təkrar edər və beləcə o da azan oxumuş olar. Hayya alas salah və ya həyya alal falah cümlələrindən sonra “la havla və la qüvvəta illah billah (Allahdan başqa heç bir güc və qüvvət qaynağı yoxdur) demelidir. Sabah azanında isə müəzzinin əs salatu xayrun minən navm cümləsinə “sadakta və bərirtə (doğru söyləyirsən) deyə qarşılıq verməsi sünnətdir


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Müxtəlif məsələlər » AZAN.... (Azanin islamda yeri..)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru