[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 3 из 3
  • «
  • 1
  • 2
  • 3
Forum » İslam » Müxtəlif məsələlər » RAMAZAN
RAMAZAN
medineTarix: Çərşənbə axşamı, 25.08.2009, 19:42 | Yazı # 41
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Çarəsizliyə və ümidsizliyə qapanmaq İblisin silahıdır. Şeytan bu silahı günahkarların günahda davam etməsi üçün istifadə edir. Qul nə qədər pis əməl, böyük günah işləsə də İslamda Allahın Rəhmətindən ümüd kəsmək yoxdur. Tövbə özündən əvvəlkiləri silib atar, peşmançılıq özündən öncəki günahları təmizləyər. Kim hər hansı bir günah üzərində davam edirsə bilsin ki, Ramazan tövbə və peşmançılıq mövsümüdür. Şeytanlar bağlanmış, nəfs zəifləmişdir. Uca Allah buyurur: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (əz-Zumər, 53). Uca Allah bir qüdsi hədisdə belə buyurur: “Ey Adəm oğlu! Sən mənə dua edib sənin günahlarını bağışlamağıma ümid etdikcə hər nə günah etsən bağışlayaram. Ey Adəm oğlu! Sənin günahların səmadaki buludlar qədər olsa, sonra dönüb istiğfar etsən, günahlarının çoxluğuna baxmaram səni bağışlayaram. Ey Adəm oğlu! Mənə dünya dolusu xətalarla gəlsən və Mənə heç bir şeyi şərik qoşmasan, səni dünya dolusu məğfirətlə, rəhmətlə, bağışlanma ilə qarşılayaram” Hədisi Tirmizi rəvayət etmişdir.

Tövbənin qəbul edilməsinin əlamətlərindən biri də insanın keçmiş günahlarına ağlamasıdır, günaha düşməkdən qorxması, pis insanları tərk etməsi, yaxşı insanlarla birlikdə olmasıdır. Bu ayda Allahın əffini istəyərək tövbə edən, xətalara görə peşmançılıq duyan və günahlarının bağışlanmasını diləyən bir çox insanlar vardır. Və sən də onlardan biri olmağa çalış.

Ey müsəlman qadın! Bu mübarək ayda işıq qaynağı, hidayət çırağı ol. Səni mənəvi gözəlləşdirən əməlləri qoru, səni rəzilliyə aparan əməllərdən çəkin. İslamın sənə verdiyi üstünlüklərlə qürur duy və şərəfinlə öyün. İffətini qoru, hicabın sənə iftixar olaraq yetər. Pis düşüncəli insanlara qulaq asma. Baş örtüsünü kənara atmağa və ya qadın haqları adı altında qadın azadlığı adıyla donquldanan facir və kafir qadınların sözlərinə qulaq asma. Ya özlərində olmayan bir şeyi başqalarında görmək istəmirlər, sənin saflığına, təmizliyinə paxıllıq edirlər, sənin də korlanmağını istəyirlər, ya da bu onların xoş qeyrətliyindən irəli gəlir.

Müsəlman bacım! Bu dəyərli günlərdə kişilərin azması üçün, zəifləməsi üçün şeytanın alətinə çevrilmə, hicabını çəkici və cazibədar şəkildə geyinmə. Bil ki, hicabda məqsəd qadının gözəlliyini və cazibədarlığını başqalarından gizlətməkdir. Bu dəyərli günlərdə pis yoldaşlardan uzaqlaş, qadın üçün ən xeyirli yer evidir. Allahın ən xoşlanmadığı yer bazarlardır. Allah insanı əzabla yaxalayanda çox çətin olacaq. Qadının hicabını qaldırmağı onu zəlil edər. Dinimizin gözəlliyi ilə gözəlləş. Ömür qısadı, yol uzundu, dirildikdən sonra Allah qarşısında durmaq isə çox çətindi. Uca Allah buyurur: “Allah Quranı Ramazan ayında endirmişdir. Bu insanlara doğru yol göstərən, haqqı batildən ayırd edən, açıq-aydın dəlillərlə dolu olan bir kitabdır. Sizlərdən kim bu aya çatsa oruc tutsun. Xəstə və ya səfərdə olub tutmadıqları günlərin yerinə başqa günləri oruc tutsunlar. Allah sizin üçün çətinlik deyil asanlıq istəyir. O istəyir ki, siz buraxdığınız günlərin orucunu tamamlayasınız. Və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız ki, hətta Ona şükr edəsiniz.” (əl-Bəqərə, 185)

Allah mənə və sizlərə uca Quranı həyatımızda tətbiq etməyə müvəffəq etsin. İnsanlara etdiyi yaxşılıqlara görə Ona həmd olsun, insana xeyir işləri asanlaşdırdığına və ona nemətlər bəxş etdiyinə gərə Allaha şükürlər olsun.
Ey müsəlmanlar! Dünya öz sevincləri və üzüntüləri ilə sona çatacaq. Uzun və qısa ömürlər tükənəcək. İnsanlar, sən də onların arasında olmaqa Rəblərinə dönəcək. Ramazanı dörd gözlə gözləyərkən əcəli çatan bir çox insan oldu. Ramazanda çoxlu saleh əməl işlə, uzun bir müddətdən sonra Ramazan sənə yenə gəldi. Ramazanda Allah ilə öz aranda yeni, təmiz bir səhifə aç, keçmişin ilə gələcəyin arasında bir pərdə çək. Bütün günah və asiliklərdən tövbə edərək mərhəmət sahibi və tövbələri qəbul edən Allahın hüzuruna dön. Bu gözəl mövsümü saleh əməllə və keçmiş günahlara tövbə ilə dəyərləndir. Keçmişdəki əksik əməllərin yerini doldurmaq və işlədiyin xətaları məğfirətlə doldurmaq üçün bu fürsətdən istifadə et.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Çərşənbə axşamı, 25.08.2009, 19:46 | Yazı # 42
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Orucun bəzi fəzilətləri

Oruc günahların bağışlanmasına və pis əməllərin silinməsinə səbəbdir. Buxari və Muslimin rəvayət etdiyi hədisdə Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: "Kim Ramazan ayının orucunu imanla və savabını Allahdan umaraq tutaraq başlayarsa bütün keçmiş günahları bağışlanar, kim də Ramazan ayını imanla və savabını Allahdan umaraq keçirərsə (namaz və digər əməllər nəzərdə tutulur) bütün keçmiş günahları bağışlanar."

Yəni Allaha inanıb, orucun fərz olmağı ilə razı qalıb, savaba və əcrə ümid edənin (fərzi inkar etməmək, savab və əcrlərə şəkk gətirməməklə) Allah keçmiş günahlarını bağışlayır.
Orucun savabları sayla məhdudlaşmır, əksinə, oruc tutana verilən əcr hesabsızdır, necə ki, hədisdə rəvayət olunur: “İnsanın bütün yaxşı əməlləri üçün ona onun on qatından yeddi yüz qatı qədər artırılır”. Uca Allah qüdsü hədisdə buyurur: "O, Mənə görə öz yeməyindən, içməyindən və şəhvətindən imtina etmişdir. Oruc isə Mənim üçündür və Mən (oruc tutan adama) ayrıca mükafat verəcəyəm. Yaxşı əməlin əvəzi on qat veriləcəkdir.” (Səhih Buxari)
Oruc Qiyamət günü öz sahibinə şəfaətçi olacaq. Necə ki, Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: ”Həqiqətən, oruc və Quran Qiyamət günü qul üçün şəfaətçidirlər. Oruc deyəcək: "Ey Rəbbim! Mən onu yeməkdən və şəhvətdən çəkindirdim və məni onun üçün şəfaətçi et". Quran deyəcək: "Gecələr onu yuxudan çəkindirmişəm və məni onun üçün şəfaətçi et". Uca Allah buyurdu: "Siz ikiniz şəfaətçisiniz".


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Çərşənbə, 26.08.2009, 10:38 | Yazı # 43
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Ramazanda hansı daha yaxşıdır: Quran oxumaq, yoxsa nafilə namazlar qılmaq?

Sual: Ramazanda hansı daha yaxşıdır: Quran oxumaq yoxsa nafilə namazlar qılmaq?

Cavab:Həmd Allaha məxsusdur.

Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) Sünnəsi Ramazanda çoxlu müxtəlif növ ibadətlər etməyə dəlalət edir. Cəbrayıl (Ona Allahın salamı olsun) Quranı Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) ilə gecə təkrar edərdi və Cəbrayıl Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) ilə görüşdükdə o (Ona Allahın salavatı və salamı olsun) sədəqə verməkdə əsən küləkdən daha səxavətli olardı. İnsanların ən səxavətlisi idi və Ramazanda isə səxavətliliyi ən yüksək zirvəsinə çatardı. Bu vaxt əsnasında daha çox sədəqə verər və insanlar ilə daha xoş, gözəl rəftar edərdi; daha çox Quran tilavəti edər, daha çox namaz qılar, daha çox zikr edər və etikaf etmək üçün vaxt ayırardı. Bu mübarək, müqəddəs ayın bu aspekti yönündən Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yolu bu idi.

Ramazanda Quran oxumaq, yoxsa nafilə namazları əda etmək, hansı daha yaxşıdır məsələsinə gəldikdə, bu məsələ insanların halına, vəziyyətinə görə dəyişir. Bunu ən yaxşı qiymətləndirən isə Allahdır. Çünki O hər şeyi bilir.

“Əl-cəvəb əs-sahih min əhkam salət əl-leyl vəl-tərəvih”, Şeyx Əbdüləziz ibn Bəzz, səh.45

Əbdüləziz ibn Abdullah ibn Bəzz


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Cümə axşamı, 03.09.2009, 02:34 | Yazı # 44
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Ramazan səxavət və yaxşılıq ayıdır.

Müsəlman bacım! Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) qadınları sədəqə verməyə rəğbətləşdirərək belə demişdir: " Ey qadınlar, sədəqə verin və çoxlu bağışlanma diləyin, mən cəhənnəmin əhlinin çoxunun siz olduğunuzu gördüm ". ( Müslim rəvayət etmişdir). Həmçinin Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Ey qadınlar, zinət əşyalarınızdan olsa belə sədəqə verin " (Buxari rəvayət etmişdir ).
Möminlərin anası Aişədən (Allah ondan razı olsun ) " oruc tutduq günlərin birində yüz min sədəqə verdiyi rəvayət olunur. Bu zaman xadiməsi ona deyir: payladığının bir dirhəminə ət alıb onunla iftar etməyi bacarmadınmı? Dedi: yadıma salsaydın belə də edərdim."
Amma Ramazanda olan səxavət başqa aylardan daha əfzəldir. Ona görə də Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) Ramazanda xeyrə əsən sürətli küləkdən daha səxavətli olardı. Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) səxavəti səxavətin bütün növlərini: Elm və mal sərf etməyi, Allahın dinini izhar etməyi , qullarını hidayətə gətirməyi, faydalı şeyləri onlara bütün yollarla çatdırılmağı, acları doydurmağı, cahillərini moizə etməyi, hacətlərini ödəməyi, ağırlıqlarını daşımağı əhatə edərdi.
Ramazanda olan səxavətlərdən:
Oruc tutanları yedizdirmək.
Müsəlman bacım, oruc tutan kəsə iftar etməsi üçün yemək verməyə həris ol. Çünki onun əzəmətli əcri, üstün xeyri vardır.
Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Oruc tutan bir kəsin iftarını açana Orucu tutan kəsin əcri kimi əcr vardır, yalnız bu oruc tutanın əcrindən bir şey azaltmaz ". (Əhməd və Tirmizi rəvayət etmiş və həsən səhih isnad olduğunu demişdir ).
Həmçinin, daimi qalan, sədəqəyə həris ol.
Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Adəm övladı öldükdə bu üç əməldən başqa bütün əməlləri dayanar: Daimi qalan sədəqə, qoyduğu fayda verən elm və onun üçün dua edən saleh övlad ".( Müslim rəvayət etmişdir.)


ALLAH BIZLÄRI GORUSUN
 
seyfulislamTarix: Şənbə, 26.09.2009, 18:29 | Yazı # 45
Qrup: Etibarlı
Yazı: 8
Reputasiya: 0
Status: Saytda deyil
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

le ilehe illalah
 
UmarTarix: Çərşənbə axşamı, 24.08.2010, 02:23 | Yazı # 46
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
Forum » İslam » Müxtəlif məsələlər » RAMAZAN
  • Страница 3 из 3
  • «
  • 1
  • 2
  • 3
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru