[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Müxtəlif məsələlər » Hz. Ali-arzu edilen sexsiyyet.
Hz. Ali-arzu edilen sexsiyyet.
XEDICE73Tarix: Çərşənbə axşamı, 11.08.2009, 14:17 | Yazı # 1
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Hz. Əli – arzu edilən şəxsiyyət.
Əhli-beyt arasında həyatını bu şüur və dərrakə ilə yaşamaqda heç kəs Əlini keçə bilməmişdi... Bu səbəbdən xəlifə olduğu zaman İmam çox müsibətlər çəkdi.

Halbuki istəsəydi, hakimiyyətini sonsuz rahatlığa, təbilləri heç vaxt susmayan əyləncəli bir həyata çevirərdi... Xilafət İmamın var-dövlət düşkünü olan insanlar kimi sevinc və nəşə ilə deyil, əksinə, mükəlləf, səbirli olanlar kimi mətanətlə daşıdığı bir yükdən başqa bir şey deyildi...!!
Onu maraqlandıran şey yalnız məsuliyyət idi. Məsuliyyətin mövzusu isə həqiqətin – haqqın özüdür.
O, həqiqəti görən kimi dərhal ona qarşı bir məsuliyyət hiss edirdi. Hər hansı bir şeyə qarşı məsuliyyət hiss etdiyi zaman heç vaxt nəticələr barəsində fikirləşməzdi. Bu hal Peyğəmbərin (s) haqqın dərgahına qovuşduğu andan özünün də Uca Dosta ucaldığı ana qədər keçmiş həyatı boyu xilafət məsələsi xüsusunda nümayiş etdirmiş tavr və mövqeyini də bizlərə göstərir.
Əbu Bəkirə ® xəlifə kimi beyət edildiyi zaman Əlinin ® sağ əli bu beyəti etməkdə bir az gecikdi...
Axı, nə üçün?
O (Əli – mütərcim), düşünür və inanırdı ki, madam ki, Peyğəmbər (s) heç kimi özündən sonra xəlifə olaraq təyin etməyib, onda Peyğəmbərin (s) ailəsindən olmaları üçün Allahın münasib bildiyi insanlar müsəlmanların xəlifəlik məqamı üçün seçib önə çıxarmalı olduqları şəxslər olmalıdırlar.
Bəli, sırf Peyğəmbər evinin bir üzvü olmaq bu məqama seçilmək üçün kifayət deyildir, əlbəttə ki, bunun üçün Allaha, kitabına, və peyğəmbərinə mütləq itaət, müsəlmanların problemləri ilə layiqli şəkildə maraqlanmaq, onların məsuliyyətini daşımaq kimi xüsuslarla özünü göstərən ləyaqət tələb olunurdu.
Biz burada İmamın Əbu Bəkir əs-Siddiqin xəlifə seçilməsinə yönəlmiş etirazları ilə bağlı mübahisələrə girmək fikrimiz yoxdur. Ancaq bir şeyi qətiyyətlə söyləyə bilərik ki, İmamın Əbu Bəkir əs-Siddiqin xəlifəliyə gətirilməsinə olan münasibəti xəlifəlik məqamına dair şəxsi fikirlərinə əsaslanmırdı. Bu mövzuda onun Əbu Bəkirlə rəqabət aparmağından söhbət belə gedə bilməzdi...
O, heç vaxt şübhə etmədiyi, barəsində tərəddüd göstərmədiyi və inandığı bir həqiqəti müdafiə edirdi...
Müsəlmanlar Bəni-Saidədə bir araya gəldikləri zaman ənsardan olanlar xəlifənin özlərindən olacağını, mühacirlər də xəlifəliyə özlərinin daha layiq olduğunu irəli sürdülər. Mühacirlərdən bəziləri ənsardan olanlara belə deyirdilər: “Peyğəmbər (s) biz mühacirlərdən biri idi. Bu səbəbdən xilafət də mühacirlərdə olmalıdır”.
İmam da demək olar ki, bu fikirdə idi...
Mühacirlər xilafətə daha layiqdirlər, çünki Peyğəmbər də (s) mühacirlərdən idi. Peyğəmbərin (s) əhli-beyti isə bu məqam üzərində daha artıq haqq sahibidir, çünki Peyğəmbər (s) özü bu ailənin bir üzvüdür. Bax, İmam belə düşünürdü.
Allah rəsulunun (s) Əbu Bəkir, Ömər və Əli kimi hədsiz iman və təqva sahibi olan səhabələri nə qədər böyük olursa-olsun, dünyaya aid fayda, mənafe və həzlər uğrunda bir-biri ilə yarışmazlar.
Onların hər birinin öz görüşündə və mövqeyində israrlı olmalarının səbəbi görüş və mövqelərini həqiqət saymaları və buna inanmaları idi.
Xilafət anlayışına kənardan nəzər salındıqda o, hər nə qədər siyasi bir iqtidar, avtoritar güc, dünyəvi bir məqam kimi görünsə də onların qəlblərində və həqiqi şüurlarında bu, doğru yola yönəltmə, hidayətə qovuşdurma və nümunə olma kimi vəzifələrin ən ali məqamı idi. Belə bir məqam üçün yarışmaqda, rəqabət aparmaqda nə qəbahət ola bilərdi, axı?!
Tarixi hadisələr və həqiqətlər qəti şəkildə göstərdi ki, Əbu Bəkir, Ömər və Əlinin gözündə xəlifəlik məqamı ağır, əzici, bir yükdən başqa bir şey deyildi. Bu vəzifədən qaçmaq Allaha, peyğəmbərinə və müsəlmanlara xəyanət sayılmasaydı, onların hər biri bu məqamdan qərblə şərqin bir-birindən uzaqlığı qədər uzaq durardılar.
Bu ixtilafın səbəbləri əsla, nə şəxsi ehtiras və istək, nə də iqtidar və hakimiyyətə sahib olma arzusu deyildi.
Əbu Bəkirin xəlifə olmasını istəyənlər onun islamdakı “qədimliyini”, yaşını, müdrikliyini, təcrübəsini və “O deyirsə, doğrudur” sözünü Peyğəmbərlə (s) keçirdiyi həyatı boyu bir şüar etmiş insanın qəlbindəki səmimi imanı nəzərə alaraq bu seçimi etmişdilər.
Əbu Bəkirin xəlifəliyə seçilməsini zəruri edən məziyyətləri üfüqləri öz parıltısı, ululuğu və xoş qoxusu ilə doldurmuşdu...
Bunlar böyük imam Əlinin də bir an belə inkar etmədiyi, sonralar Əbu Bəkir əs-Siddiqə beyət edərkən açıq şəkildə gur səslə dilə gətirdiyi məziyyətlər idi:

“Ey Əbu Bəkir!
Sənə beyət etməkdə gecikməyimizin səbəbi nə sənin fəzilət və üstünlüklərini inkar etməyimiz, nə də Allahın sənə bəxş etdiyi xeyirdə səni qısqanmağımızdır...
Ancaq biz idarə etmədə bizim də haqqımızın olduğunu və sizin bu haqqı bizdən qəsb etdiyinizi düşünürdük”.
Həmçinin, o (Əli –mütərcim), Əbu Bəkir vəfat etdikdən sonra ona yazdığı bir mərsiyədə onun üstünlüyünü vurğu altında belə təsvir etmişdi:

“Allah Əbu Bəkirə rəhmət etsin
Allaha and olsun ki, kişilərdən ilk iman gətirən sən oldun
Həmçinin, onların imanca ən safı, ən durusu, səmimisi idin
Allaha özünü təslim etmədə və imanda sağlam, sarsılmaz idin
İnsanlar yalançı dedikləri zaman sən Allahın rəsuluna inandın
İnsanlar ona qarşı xəsis davrandıqları vaxt sən bütün var-dövlətini onunla böldün
İnsanlar onu danışdırmadıqları zaman sən onun yanında yer aldın, yürüdün
Sən, Allaha and olsun ki, İslama qala, düşmənlərə fəlakət oldun
Sənin sübut-dəlilin yenilmədi
Uzaqgörənliyin zəifləmədi
Nəfsin qorxaqlıq nədir, bilmədi
Vallah, sən Rəsulullahın sənin haqqında dediyi kimi idin:
Bədəni zəif
Dini güclü
Özündə təvazökar
Allah bizi sənin mükafatından məhrum etməsin
Səndən sonra yolumuzu itirdib bizi yolumuzdan azdırmasın”.

Bəli, Peyğəmbərin (s) vəfatından sonra aralarında üstün tutma rəqqasının hərəkət etdiyi bu iki adam həqiqətən də çox uca idilər.
Əbu Süfyan xilafət haqqına sahib çıxması üçün qızışdırmaq məqsədi ilə Hz. Əliyə dəfələrlə baş vurdu. Əbu Süfyan ona belə deyirdi:
“Sən əmr et, hər tərəfi atla, əsgərlə doldurum, hər tərəfdən onların üzərinə gedim”. Təqva və düşüncə sahibi olan İmam hər dəfəsində onu rədd edir və ona belə cavab verirdi:
“Ey Əbu Hənzələ!
Səni bizi nə əxlaqımıza, nə də təbiətimizə uymayan bir işə təhrik edirsən... Mən bu dəftəri çoxdan bağladım, bu məsələni çoxdan bitirdim”.
Bəli, həqiqətən də səmimi təqva sahiblərinin həqiqət, haqq xüsusunda fikir ayrılığına, anlaşılmazlığa düşmələri onları haqq, fəzilət və etibarlılıq çərçivəsindən kənara çıxarmaz. Çünki onların anlaşılmazlığa düşmə səbəbi uğrunda rəqabət apardıqları dünya və onun gözəllikləri deyildi. Bu üzdən dünya həyatının eybəcərlikləri və anlaşılmazlığa düşdükləri şeylər onların imanlarından və əxlaqi keyfiyyətlərindən uzaqdır. Bu uzaqlıq isə onların razılığa gəldikləri xüsuslara olan uzaq olmaları qədərdir!
Beləliklə, İmam bu dəftəri bağladı, bu məsələyə son verdi. Özünü bütünlüklə Allaha ibadətə, müsəlmanlara dinlərini öyrətməyə və yeri gəldikdə xəlifəyə ustad olub öyüd-nəsihət verməyə həsr etdi...
Bütün problemlər, çətinliklər həllini tapmaq üçün yalnız Əlini gözləyirdi. Xəlifə Əbu Bəkir hər dəfə ona üz tutur və: “Ey Əbülhəsən, bizə fitva ver!” deyirdi.
Xəlifə Ömər hər zaman onun fiqhindən, zəkası və dünya görüşündən faydalanır və belə deyirdi: “Əli olmasa idi, Ömər həlak olardı!”
Xəlifə Osmanın şəhid edilməsindən sonra İmam Əlidən xəlifəlik məqamına keçməsini istədilər...
Xəlifəlik nəhayət ona da gəldi... Ancaq hər tərəf yaralarla dolu idi... Həqiqətən də Məhəmmədin (s) ailəsinin onları üzülməyə, kədərə qərq edəcək müsibətdən başqa dünyadan nəsibləri olmamışdı...
Osmanın ® xəlifəlik illərinin son dövrlərində Əməvi nəslinin bir qrup üzvünün şəxsi arzu və istəklərinin, davranışlarının dövlətin aqibətinə hədsiz təsiri hiss edilirdi. Nəhayət, bu təhlükəli gediş islam coğrafiyasının hər tərəfində özünə tərəfdar qazanan silahlı bir hərc-mərcliyə gətirib çıxardı. Yeni dinin düşmənləri də bu hərc-mərclikdən yararlanaraq ona öz mənafeləri üçün istiqamət verdilər. Halbuki İslam bu insanların əvvəlki dünyalarını yerlə-yeksan edərək haqsızlıqlarına və sapmalarına son qoymuşdu.
Üsyançılar iyrənc cinayətlərindən sonra ona (Əliyə - mütərcim) üz tutdular. Onun yanına gəldikləri zaman çirkin sui-qəsdlə şəhid etdikləri Hz. Osmanın qanı hələ əllərində qurumamışdı. İmam Əli onlara təhdid dolu sözlərlə cavab verərək təkliflərini rədd etdi. Eyni məqsədlə Təlhaya üz tutdular. O da rədd etdi. Zübeyrə baş vurdular. Eyni şəkildə o da rədd etdi... Abdullah ibn Ömərə... Daha sonra Sə`d ibn əbu Vəqqasın yanına getdilər. Heç biri bu təklifi qəbul etmədi...
İmam Əlinin rədd etdiyi bir şeyi kim qəbul edə bilərdi, axı?!
Nəhayət, bu işi qəbul edən də yenə o oldu...
Onun əvvəlcə bu məqamı qəbul etməməsinin səbəbi xəlifəliyi qəlblərində hədsiz istəklə arzulayanları bu məqamdan uzaqlaşdırmaq idi. Bu insanlar İmam Əlinin xəlifə Osmanın suiqəsdlə şəhid edilməsinə etiraz əlaməti kimi bu məqama keçməyi rədd etdiyini gördükləri zaman özlərində qarşıya çıxma cəsarəti görmədilər.
Haqla batili bir-birindən ayıra bilən, ağıllı, gələcəyi görə bilən mədinəli insanlar irəli atılaraq üsyançılardan qabaq İmam Əliyə beyət etməyə başladılar.
Peyğəmbərin (s) səhabələri arasında o günlərdə baş verənlər xüsusunda ləyaqət baxımından İmam Əlini qabaqlayan, ondan üstün olan heç kəs yox idi. İmamın sahib olduğu ləyaqət, üstünlük bu vəzifəyə ən layiqli şəxs kimi onu seçmişdi.

Hazırladı: Məmmədov Elvüsal


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)

Yazını XEDICE73 - Çərşənbə axşamı, 11.08.2009, 14:17
 
XEDICE73Tarix: Çərşənbə axşamı, 01.06.2010, 01:01 | Yazı # 2
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Hz. Ali r.a. oxuduqu xutbesinde buyurur;
Ey Allah c.c. qullari ! Yaxsi bilin ki, siz bu dunyada sizden evvel qelib kecenlerden hec de artiq deyilsiniz. Sizden evvel kecenler, sizden daha uzun omurlu daha quvvetli idiler.Memleketlerini sizden daha yaxsi abadlasdirmisdilar.Sizden daha boyuk eserler yaratmisdilar. Feqet , bu uzun yasamalardan sonra onlarin sesleri kesildi, yox olub qetdiler Cesedleride qurudu.
Abadlasdirdiqlari memleketlerde daqilib qetdi. Eserlerideyox oldu,Berbezekli evleri qebirlere,carpayilari,xalilari ise qebirdeki qaya daslari ile evez olundu.Butun qohum-eqraba ise bir- birine yaxin olduqu halda, bir-birini ziyaret etmezler.Ne cur ziyaretlese bilerler ki, bedenleri eridi, torpaq onlari yedi..Diri idiler olu oldular.indi paramparcadirlar.Dost ve eqrabalarini aci icinde buraxib ,torpaqin altina koc etdiler. Onlar ucun artiq donus yoxdur, ne qeder uzaqdirlar.
Siz de onlar kimi olacaqsiniz.Qebirlerinizde emellerinizin qirovu olub, qebirden cixdiqda ise Allah c.c. in huzurunda duracaqsiniz.O zaman kecmisde etdiyinizqunahlara qore qelbleriniz qorxusundan ucacaq.Sizden perdeler qaldirilacaq.Burada her nefs isletdiyi yaxsi seylerin mukafatini, pis islerin cezasini qorecekdir.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Müxtəlif məsələlər » Hz. Ali-arzu edilen sexsiyyet.
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru