[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Müxtəlif məsələlər » Ailə səadəti
Ailə səadəti
medineTarix: Bazar, 09.08.2009, 15:30 | Yazı # 1
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Ailə səadəti

1. Hər bir xırdalıq və ya incəlikləri araşdırmaqdan çəkin.

2. Hər zaman münaqişələri dar çərçivədə saxlamağa cəhd et. Onu genişlənməyə qoyma. Əlindən itmədən öncə problemə sən hakim ol.

3. Yersiz qeyrət, şək-şübhə düşmənlərdir. Sən veqe olan şeylərə diqqət yetir, zənn və ehtimallara diqqət yetirmə.

4. Ailə həyatının müqəddəsliyini, onun böyük əhdi-peyman olduğunu başa düşməlisən. Bir iş görmədən öncə min dəfə fikirləş. Çünki, sonrakı peşmançılıq fayda verən deyildir.

5. Sevgi, nə qədər də mühüm və zəruri olsa belə, sadəcə sevgiyə güvənmə.

6. Həyat yoldaşına özünü bir örnək kimi göstər. Şəxsiyyətindən xəbər verən felləri tərk et.

7. Qohum-qonşunun sizin işlərinizə qarışmalarına imkan vermə. Bacardıqca aranızda olan problemləri özünüz həll etməyə çalışın.

8. Yoldaşından gördüyün xətaları düzəltmək üçün tələsmə. Bəzi xarakterlər vardır ki, onlar uzun müddətdən sonra düzəlirlər. Buna görə də, kiçik bir məsləni şişirtmə.

9. Evlilikdən sonrakı məsuliyyətləri və çətinlikləri rahat qəlblə qəbul etmək lazımdır.

10. Yoldaşını pərt edəcək və aranızda ixtilafa səbəb ola biləcək şeylərdən bacardığın qədər çəkin.

11. Yoldaşınla müştərək işləri görməyə çalış. Bu sizin xatirənizdə xoş bir an kimi qalar və aranızdakı məhəbbəti daha da artırar.

12. Yoldaşına öz məharətini göstərməsi, nəfsində olanları həyata keçirməsi üçün fürsət ver və onun etdiklərini məsxərəyə qoyma.

13. Maddi hüquqlara ehtiram etmək, bu işdə səhlənkarlığa yol verməmək lazımdır. Çünki bu, ailədə olan problemlərin ən böyük səbəblərindəndir.

14. Yoldaşını kədərlərində özünə şərik etmə. Çalış ki, yalnız özün bunları həll edəsən. Amma sevinc anlarında onu özünə şərik etməyi unutma.

15. Ey qadın! Öyüd-nəsihət libasına girmiş rəfiqələrinin, sənin xüsusi həyatına tədəxxül etmələrindən çəkin.

16. Ey qadın! Yoldaşına, sənin əlaqə qurmaq istədiyin ən yüksək şəxsiyyət olduğunu, onunla və onun şəxsiyyəti ilə fəxr etdiyini ona bildir.

17. Aranızda ixtilaf baş verdikdə, yoldaşının yaxşılıqlarını xatırla. Etdiyi pisliklər sənin ağlını bürüyərək, onun etdiyi yaxşılıqları ört-basdır etməsin.

18. Həyat yoldaşının üstünlüklərini bilmək və problemləri uğurla həll etmək üçün öz nəfsindən bu sualları soruş:
• Biri-birinizdə xoşladığınız xarakterlər hansılardır?
• Sizinlə rastlaşan ən səadətli işləri fikirləş!
• Həqiqi olaraq xoşunuza gələn müştərək iş hansıdır?
• Sizlərdən biriniz o birisinə xidmət üçün nə edir?
• Həyat yoldaşından səni sevməsini və ehtiram etməsini bilmək üçün nə gözləyirsən?
• Gələcək üçün müştərək xəyallarınız hansılardır?

19. Ey zövcə! Aranızda ixtilaf baş verdiyi zaman öz yoldaşını itirmək istəmirsənsə, nəlayiq sözlər söyləməkdən çəkin!

20. Hədiyyə edin və sevilin!!! Şüarı sizin xoş və gözəl günlərinizdə həyatınızın bir rəmzi olsun.

21. Zəkalı zövcə, özünün və uşaqlarının təlabatları üçün münasib vaxt seçir. Həmçinin yoldaşının hərəkətlərinə edəcəyi mülahizələr üçün də münasib vaxt
seçə bilməlidir. Çünki, bəzi hallarda sizin ixtiyar etdiyiniz vaxt münasib olmur... bunun üçün də bir daha yaxşı fikirləşin.

22. Mənim hesabıma, mən olmasaydım və.s bu kimi sözlər şeytanın sözləridir. O, bu sözlərlə ixtilaf zamanı hər ikinizin qəlbinə kin-küdurət salaraq, sizi biri-
birinizi başa düşməkdən çəkindirir. Bunlar, ərlə arvadın münasibətlərində nə dərəcədə doğrudur?!!!

23. Ərinin və ya arvadının mövcudluğunu unutma. Müşavirə etmək ailə həyatında mühüm yer tutur. Hər ikinizin bu həyatda müştərək olması və birinizin digərinə ehtiram etməsi vacibdir.

24. Ailədə problem baş verdikdə evdən qaçmaqdan çəkinin. Qaçmaq, problemi həll etməyin yolu deyil. Bir az sakitləşərək yenidən problemi həll edin!

25. Sənə aid olmayan suallarla və ya sənə söyləmək istəmədiyi sirləri öyrənmək üçün ərini sıxışdırma! Əgər belə etsən, bu zaman ərin evi tərk edər və dinlənmək üçün başqa bir yerə gedər.

26. Özün üçün tənhalıq seçərək ərindən uzaqlaşma, bacardığın qədər ərinlə birlikdə ol!

27. Əgər işgüzar qadın olsan bu zaman fikirləş ki, sənin ilk məsuliyyətin evindədir. Elə buna görə də, iş yerinin məşğələlərini və evinin vaciblərini yerinə yetirməyə çalış!

28. Ərinin qohumları evinə gəldiyi zaman üz-gözünü turşutma. Əksinə, xoş üzlü, qonaqpərvər olmağa çalış! Bil ki, bu zaman ərin sənin xarakterlərini aşkar edir və bunları hiss edir.

29. Iltilərinlə xoş rəftar et və onları ailənin adətinə uyğun olaraq ən gözəl adları ilə çağır! Onlarla ixtilaf etməyə cəhd etmə! Onun qarşısında uşaqları haqda xoş sözlər söylə!

30. Hənif dinimizin bizlərə verdiyi vəsiyyətə uyğun olaraq qonşularla xoş davran, onlara yaxşılıq et, xoş və dar gündə onlara qatıl. Bunu bizə Peyğəmbər ona Allahın salavatı və salamı olsun əmr etmişdir.

31. Hər zaman fikri ixtilaf etmək çox zamanlar qəlblərin ixtilafına gətirib çıxarır. Qane olmasan belə, bəzən həyat yoldaşınla razılaş. Bil ki itaət Allaha qeyri asilikdədir.

32. Ərinin evdə istədiyi sakitliyi, uşaqları zehinişlədici oyunlarla məşqul etməklə əldə edə bilərsən.

33. Övladların böyük nemətdir. Onları, pis tərbiyə və saymamazlıq nəticəsində öz başına bəla etmə!

34. Uşağın böyümə prossesi haqda oxu ki, onunla edəcəyin rəftar gözəl olsun və onun nəfsinə, şəxsiyyətinə mənfi təsir edəcək şeylərdən çəkinəsən.

35. Həyat yoldaşına Allaha itaət etməkdə köməkçi ol! Dünyanı istədiyin kimi Axirəti də istə!

36. Israfçılıq ailə həyatını ifsad edən, Allahın nemətlərini itirəndir. Allah israf edənləri sevməz. Hər zaman israfçılıqdan uzaq olsanız heç vaxt ehtiyaclı olmazsınız.

37. Sənin ailə səadətin sizin həyatınızın problemsiz olması deyildir. Əksinə, bu sizin problemləri həll etməyə qadir olmanız, bu problemlərin sizin həyatınıza təsir etməməsinə çalışmanızdır.

38. Uşaqların önündə həyat yoldaşınla ixtilaf etməkdən və ya səsini qaldırmaqdan çəkin. Çünki övladlarınız, hər şeydən öncə sizi örnək götürərək və ya sizə təqlid edərək öyrənirlər. Həmçinin bu problemlər uşağın yadına gələcək və ona təsir edəcəkdir.

39. Heç kəsə sənin həyatına tədəxxül etməyə izn vermə və sən özün də buna səbəb olma! Buna görə də, heç bir dostuna və ya qohumuna öz ailə sirlərini açma!

Burada artıq bu yolların və üsulların sonuna yetişdik. Bu o demək deyildir ki, biz bunları əhatə etmişik; xeyr, hələ çoxlu yollar və üsullar vardır...
Bu yolları və üsulları haradan əsaslandığımı bəyan etmək mənim borcumdur. Tutduğum əsas, bir tərəfdən ailə və onun problemləri haqda danışan psixoloqların və digər tərəfdən isə ailə bir bağça, cənnət, problemsiz bir həyatdır deyən psixoloqların dediklərinin orta yoludur. Elə buna görə də, bu problemləri düşüncələr əsasında şəriət tərəzisi ilə ölçmək lazım idi. Problemlər baş verdikdə onları şəriət hökmlərinə əsaslanaraq həll etmək lazımdır.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Cümə axşamı, 03.09.2009, 03:02 | Yazı # 2
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Məqsədi sağlam bir cəmiyyət qurmaq olan islam, ailəyə xüsusi əhəmiyyət vermişdir. Çünki ailə, cəmiyyətin təməl daşıdır. Cəmiyyətlər ailədən yaranır. Ailə sağlam olarsa, cəmiyyətdə sağlam olar. Ailə isə evlənməklə qurulur.
Bu günümüzdə bəzi insanlar Allahın özlərinə halal bildiyi nigahı tərk edərək, qeyri-qanuni münasibətlərə yönəlirlər. Buna görə cəmiyyətdə zina, fuhuş yayılmaqdadır.Gələcəyimizin təminatı olan gəncliyimizə bu cür əxlaqsız münasibətlər haqqında məlumat vermək ən birinci vəzifələrimizdəndir. Fuhuşun və əxlaqsızlığın yayılması ilə ailə münasibətləri pozularsa cəmiyyətin tarazılığı da pozular. Bu səbəbə görə İslamın necə bir ailə istədiyini və ailəyə verdiyi əhəmiyyəti bu yazıda açıqlamaq istəyirik.

Hər şeydən öncə bunu rahatlıqla ifadə edə bilərik ki, ailə kəlməsi, insan zehnində bir növ dini, sosial və hüquqi qavrayışları canlandıran sosial mənalı bir kəlmədir.
Ailəni qısa olara bu şəkildə tərif edə bilərik: Ailə, ər-arvad və uşaqlardan meydana gələn və yaradılışdan gələn bağlar üzərində qurulan kiçik sosial bir cəmiyyətdir. İnsanlar ailə adlı yuvada göz açır. Daha doğrusu ailə insanın ilk elm ocağı, ilk məktəbi, ilk sevgi qaynağı və ilk dostlarının tanıdığı bir yuvadır.
Ailə kiçik sosial cəmiyyətdir. Cəmiyyət ailədən meydana gəlir. Cəmiyyətin xoşbəxt və sakit olması ailələrin xoşbəxt və sakit olmağı ilə bilavasitə əlaqəlidir. Ailə, insanları Yaradan Uca Yaradıcının qoyduğu qanunlara görə qurularsa sağlam, sakitlik və xoşbəxtlik qaynağı olar.
İslama görə ailənin təməli, nigah dediyimiz müqəddəs bir bağla ayrı cinsdən olan iki insanın bərabərliyi ilə meydana gəlir.Nigah sazişi, cəmiyyətin çəyirdəyi sayılan bu kiçik yuvanın qanuni sayılmasının ilk şərtidir. Qanuni olmayan səbəblərlə birlikdə olan insanlar ailə sayılmaz. Çünki bu bərabərliyin təməlində nigah deyil, iffətsizlik vardır.
İslam dini, iffətsizlik sayılan zina, fuhuş və cür qeyir-qanuni münasibətləri haram saymış və şiddətlə qadağan etmişdir.
Daha əvvəl ifadə etdiyimiz kimi ailə nigahla başlayır. Nigah kəlməsi, lüğətdə; “toplamaq” və ya “saziş və cinsi münasibət” mənalarında işlənir. Evlənmək, ər-arvad arasında birlikdə yaşamağa və yardımlaşmağa imkan verən və tərəflərə qarşılıqlı hüquq və tapşırıqlar verən bir müqavilədir. Biri-birinə haram olan qadın və kişi, bu sazişlə halal olarlar.
İnsan nəslinin davamı, cəmiyyəti meydana gətirən və cəmiyyətin təməl daşı olan ailə müəssisəsinin qurulması nigahla mümkün olur. İslam dini ailənin sağlam təməllər üzərində qurulması, fəzilətli nəsillərin yetişməsi üçün qanuni ölçülərlə evlənməyi əmr etmişdir. Allahu Təala bir ayədə belə buyurmuşdur:
“Alla sizə özünüzdən qadınlar var edər. Qadınlarınızdan da oğullar və nəvələr var edər. Sizə təmiz şeylərdən ruzi verər. Elə isə batilə inanırlar və Allahın nemətlərini inkar edirlərmi? “İçrənizdəki subayları, kölələrinizdən və cariyələrinizdən saleh olanları evləndirin. Əgər yoxsuldularsa, Allah onları lütfü ilə zənginləşdirər. Allah lütfü bol olandır, biləndir.”
İslam peyğəmbəri də gəncləri nigaha təşviq edərək belə buyurmuşdur:
“Gənclər, sizdən gücü çatan evlənsin. Çünki evləmək, gözü harama qarşı qoruyar, namusu mühafizə edər. Evlənməyə gücü çatmayan oruc tutsun, çünki oruc şəhvəti qırar.”
“Nigah mənim sunnətimdir. Sunnətimi tərk edən məndən deyildir. Evlənin, çoxalın, çünki mən digər ümmətlər yanında sizin çoxluğunuzla öyünəcəm. Halı, vaxtı yerində olan evlənsin, əli dar da oruc tutsun. Oruc şəhvəti qırar.”
Saleh qadını dünyanın ən gözəl neməti sayan Hz. Peyğəmbər səllallahu aləyhi və səlləm bir hədisində belə buyurmuşdur:
“Dünya keçicidir. Bu keçici dünyanın ən gözəl neməti də saleh qadındır.”
“Mömin, Allah qorxusundan və Ona itaətdən sonra, saleh qadından yararlandığı qədər daha heç bir şeydən yararlanmamışdır.Çünki ona əmr etsə sözünü dinləyər, üzünə baxsa özünü sevindirər, and içərsə andı düz çıxar, başqa tərəfə getsə öz namusunu və malını qoruyar.”
Evlilik, insanları harama düşməkdən qoruyar. Buna görə Qurani Kərim, insanları evlənməyə təşviq etmişdir.
Ailə həyatının məqsədi, sadəcə qadın və kişinin şəhvət duyğularını deyil, həmçinin insanların artımı təmin etməkdir. Şəhvət duyğusu, nəslin davamı üçün sadəcə bir vasitədir. Həmçinin Hz. Peyğəmbər Əfəndimiz:
“Evlənin, çünki mən sizin çoxluğunuzla öyünəcəm” sözündə bunu vurğulamış və evlənməyin həqiqi məqsədinin çoxalma olduğunu açıqlamışdır.
Məlum olduğu kimi hər şey Allahın mülküdür. Onun istədiyi tərzdə istifadə etməyən harama yol vermiş olur. Elə isə, qadın-kişi münasibətləri Allahın dilədiyi tərzdə və qoyduğu şərtlər çərçivəsində olmalıdır. Qadın-kişi münasibətlərində halal olmayan münasibətə dinimiz zina demiş və bütün cinayətlər arasında zinaya ən ağır cəza təqdir etmişdir. Allaha və axirətə inanan bir insanını nigah mövzusunda cox həssas olmalı, zəndən, şübhəli vəziyyətlər qaçmalıdır.
İslam evlənib yuva quracağımız insanı seçərkən bəzi xüsusiyyətlərə diqqət yetirməyimizi istəyir. Kişi ailənin dirəyidir. “Yuvanı quran dişi quşdur”,”Yuvanı quran, uşaqları yetişdirən həyat yoldaşını seçərkən gözəlliyindən, nəslindən və malından daha çox dindarlığına və yaxşı əxlaq sahibi olduğuna diqqət yetirmək gərəkdir. Həmçinin Hz. Peyğəmbər səllallahu aləyhi və səlləm bu xüsusda belə buyurmuşdur:
“Qadın dörd şey üçün nigahlanar. Malı, nəsli, gözəlliyi və dini. Siz dindar olanını seçin ki, əlləriniz xeyir görsün.”
Yəni kişilər evlənərkən bu dörd xüsusiyyəti nəzərə alırlar. Bu xüsusiyətləri axtarmayan heç bir kişi yoxdur deyə bilərik.Bunların içərisində ən az rəğbət görən xüsusiyyət isə dindarlıqdır.Halbuki qadının gərəkli xüsusiyyəti dindarlığıdır. Hədisdə bu xüsusiyyət son olaraq zikr edilmişdir. Bunun hikməti isə, xalqın ilk üç xüsusiyyətə rəğbətinin yersizliyinə və sonuncu xüsusiyyətə əhəmiyyət verməyinə işarə etmişdir.
Abdullah b. Əmr (r.a.) rəvayət edilən başqa bir hədisdə Rəsulullah səllallahu aləyhi və səlləm malın və gözəlliyin törədə biləcəyi pis nəticəyə diqqət yetirərək, evlənərkən dindarlıqdan başqa xüsusiyyətləri nəzərə almağı açıq şəkildə qadağan etmişdir.
“Sırf gözəlliyinə görə qadınla evlənməyin. Çünki gözəllikləri onları (təkəbbür və qürur) alçaldacağından qorxular. Onlarla sırf mal və mülklərinə görə evlənməyin, mal və mülkün onları azdıracağından qorxular. Fəqət onlarla dindarlıqlarına görə evlənin. And olsun ki burnu kəsik, qulağı deşik, qara dindar kölə (dindar olmayan huri qadınlardan) daha üstündür.
Əbul-Əsvəd əd-Düəli, uşaqlarına belə deyib öyünərmiş: “Kiçikliyinizdə, böyüklüyünüzdə və siz doğulmamışdan əvvəl sizə yaxşılıq etdim”. Doğulmamışdan əvvəl onlara necə yaxşlıq etdiyini soruşan uşaqlarına: “Sizə yaxşı ana seçdim” demişdir.
Evlilik həyatının uğurlu olması və hər iki tərəfdə xoşbəxtlik və rahatlığın hökm sürməyi üçün ər-arvad biri-birinə qarşı xoş münasibətdə olmalıdırlar.
İslama görə qurulan ailənin daha sağlam və uzunömürlü olmağı üçün evlənən cütlüyün biri-birini görməyi və danışmağı caizdir. Həmçinin Peyğəmbər səllallahu aləyhi və səlləm, evlənmək istəyənlərə, alacaqları qızı əvvləcədən görməklərini, bunu gələcəkdə onların biri-birini daha yaxşı başa düşməyi üçün gərəkli olduğunu söyləmişdir:
“Allah kişinin qəlbinə bir qadınla evlənməyi salarsa, o kişinin, evlənəcəyi qadına baxmağında bir günah yoxdur.”
Bir qızla evlənəcəyini söyləyən Muğirə İbn Şubəyədən, Hz. Peyğəmbər səllallahu aləyhi və səlləm alacağı qızı görüb görmədiyini soruşur, o görmədiyini söyləyəndə: “Get onu gör, bu gələcəkdə biri-birinizi başa düşməyinizdə ikiniz üçün də yaxşıdır.” demişdir.
Ancaq İslama görə qızla oğlan sadəcə bir məhrəm yanında biri-birilərini görə bilərlər. İkisinin tək birlikdə qalmaqlarına, gəzməklərinə islam icazə vermir. Bu günümzdə gənclər biri- birilərini daha yaxşı tanımaq üçün birlikdə gəzmək, səyahət etmək kimi bəhanələr gətirir. İslamın uyğun gördüyü “görmə” ilə bu cür bərabərlik arasında heç bir əlaqə yoxdur. Həmçinin Hz. Peyğəmbər səllallahu aləyhi və səlləm bu xüsusda belə buyurmşdur:
“Bir kişi, bir qadın ancaq qadının bir məhrəmi olmaq şərti ilə birlikdə ola bilərlər”
Dünya və axirət xoşbəxtliyini hədəf alan dinimizdə, cəmiyyətin ən vacib təməli olan və nigah sazişi ilə qurulan ailə, sevgi və hörmət əsasında qurulmalıdır.Qarşılıqlı sevgi və hörmətin hökm sürdüyü ailədə rahatlıq və xoşbəxtlik vardır. Sevgi və hörmətin omadığı ailədə xoşbəxtlik və rahatlıqdan söhbət etmək mümkün deyildir. Həmçinin Qurani Kərimdə də həyat yoldaşları arasında var olan sevgi, hörmət və dərin dostluq “Allahın ucalığını göstərən ayələr” olaraq səciyyələnir.
Ailədə ər-arvadın bir-birinə qarşı hüquq və məsuliyyətləri vardır.Ailədə hər kəs vəzifəsini tam olaraq yerinə yetirməlidir. Ailə üzvləri qarşılıqlı hüquq və vəzifələrini bilər və buna görə hərəkət edərlərsə, ailə ocağı xoşbəxtlik və sevinc qaynağı olar. Ailədə kişinin qadına qarşı necə davranmalı mövzusunda Peyğəmbərimiz belə buyumuşdur: “İmanı ən kamil mömin, əxlaqca ən gözəl olanıdır. Sizin ən xeyirliniz qadınlarına ən yaxşı davrananızdır. “
Kişi və qadın yuvada xoşbəxtliyi təmin etmək üçün lazımi fədakarlığı göstərməli, rahatlığı pozan bütün davranışlardan qaçmalıdırlar. Kişi qadınla xoş və incə rəftar etməli və mərhəmət duyğuları ilə hərəkət edərək ailəsini qorumalı, ailə üzvlərinə sevgi göstərməlidir. Qadın ərinə hörmət, uşaqlarına sevgi göstərməli; evdəki işləri vaxtında və həvəslə görməlidir. Qadın evini, malını, özünün, ərinin və uşaqlarının iffət və şərəfini qorumalı, ərinə sevgiylə bağlanmalı və etdiyi xərclərdə israfdan qaçmalıdır. Uşaqlarda ata-anasına hörmət etməli, onların istədiyi şəkildə təhsil və bilik almalıdırlar.
Ailədə istənilən mübahisə ciddi şəkil almamalı və mübahisəyə yol verilməməlidir. Şiddətli mübahisələr nəticəsində dağılan ailələr az deyildir. Son illərdə boşanmaların sayı artmışdır. Boşanma nəticəsində ailələr pərişan olur, uşaqların həyatında fəsadlar buraxır , ailə mütihindən uzaq olan uşaqlar istədiyi şəkildə təhsil almaqdan məhrum olurlar.Nəticədə, ozünə yetəri qədər inanmayan, problemlər qarşısında aciz qalan, səviyyəsi yüksək olmayan gənclik meydana gəlir.
Ailədə xoşbəxtliyi və rahatlığı təmin etmək üçün sevgi və hörmət şərtdir. Ailə üzvləri arasında sevgi, hörmət və bağlılıq təktərəfli deyil qarşılıqlı olmalıdır.
Nəticə olaraq deyə bilərik ki, İslam fitrətin gərəyi olan evlənməyi, sağlam nəsillər yetişdirməyə vasitə olan ailə müəssisəsinin qurulmasını gərəkli və vacib bilmiş, qarşılıqlı sevgi və hörmət əsasında qurulan, hüququ və məsuliyyətlərini dərk edən ailə yuvasının qurulmasını hədəf almışdır. Gəncləri evlənməyə və ailə qurmağa təşviq edən Sevgili Peyğəmbərimiz bizə necə ailə qurmaq mövzusunda nümunə, örnək olmuşdur. Qeyri-qanuni münasibətlərin yayıldığı bir dövrdə özümüzü və uşaqlarımızı qorumağın ən gözəl yolun xoşbəxt ailə yuvasının olduğuna şübhə yoxdur.


ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Cümə axşamı, 03.09.2009, 03:06 | Yazı # 3
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Ey Allahın qulları!.. Allahdan haqqı ilə qorxun və ancaq müsəlman olaraq ölün! "(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!" (ən Nisa surəsi, 1)

Bilin ki, ey Allahın qulları. Allah əzzə və cəllə bizlərə nemətlərini xatırlatmaqda, lütfünə və ehsanına dəlalət edən ayələrini açıqlamaqdadır. Allah Sübhanahu və Təala belə buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!" (Rum surəsi, 21) Bu ayədə Allah, qullarına bağışladığı böyük bir nemətə işarət etməkdədir. Bu nemət, bu dünyada yaxınlıq və sevincin, sakitçiliyin həyata keçməsi üçün ər-arvad arasındakı ailə əlaqəsidir. Bu səbəblə qul bu əlaqəni haqqı ilə qorumalı, bu əlaqənin qurulduqdan sonra dağılmasına səbəb olmamalıdır.
Ey Allahın qulları!.. Allah qullarını dünyalıq işlərini düzəltməkdə və onları idarə etmə nöqtəsində və dünya və axirət xöşbəxtçiliyinə çatdıracaq faktorlar baxımından fərqli fərqli yaratmışdır. Bu fərqlilik səbəbilə Allah, insanları idarə edən və idarə olunan yaratmış, millətlərinin işlərini idarə edən idarəçilər seçmişdir. Kişini ev əhlinə idarəçi təyin etmişdir, qadına da ərinə evinin idarəsini vermişdir.
Ailə, həyatın dirəyi və xöşbəxtçiliyin təməlidir. Nəfslərin sakitçiliyidir. Ailə, ancaq kişi vəzifəsini yerinə yetirdiyində islah olur. Ev əhlinin işləri düzəlir və həyatları gözəl olur. Qadın üçün də eyni vəziyyət vardır. Müsəlman qadına düşən vəzifə, uşaqlarına və yoldaşına qarşı vəzifələrini yerinə yetirərək yoldaşı ilə bir olmalıdır. Ev, həyatın ilk məktəbidir. Allahın izni ilə yeni yetişən nəsilləri islah edən, onları təmiz yaşama və dünya və axirət xöşxbətçiliyinə düzgün bir İslami tərbiyə ilə tərbiyələndirən təməl faktordur.
Ey Allahın qulları! İnsanlardan bir çoxu bu gün boşanma xəstəliyinə tutulmuş, boşanmanı bəsit bir iş saymaqdadırlar. Onlardan biri ən kiçik bir səbəblə yoldaşını boşayır. Etdiyi bütün yaxşılıqları unudur və ona zülm edir. Özünə və uşaqlarına zülm edir. Sonra etdiyi bu əmələrə görə peşman olub dərd çəkər. Bunun səbəbi çox halda tez qəzəblənmək, ani reaksiya göstərmək və pis əxlaqdır. Bununla yuva yıxılar və ailə dağılar.
Kişi, özünə və sinirlərinə hakim olmalı və yoldaşına qəzəblənməməlidir. Həddini aşmış əsəbdən qaynaqlanan bunun kimi hallarda, olduğu vəziyyəti dəyişdirməlidir. Peyğəmbər (s.ə.s), kişini əsəb anında vəziyyətini dəyişdirməyə yönləndirmişdir. Ayaqdadırsa oturar, oturursa uzanar və ya işlər düzəlincəyə qədər, əsəbi keçib əvvəlki halına dönüncəyə qədər evdən çıxar. Buna əlavə olaraq Peyğəmbər (s.ə.s)-in qadın haqqındakı nəsihətini xatırlamalıdır. Muslimin Əbu Hureyrə (r.a)-dan rəvayət etdiyi hədisdə, Rəsulallah (s.ə.s) belə buyurur: "Qadınlarla yaxşı davranın, çünki onlar qabırğa sümüyündən yaradılmışdır. Şübhəsiz qabırğa sümüyünün ən əyri yeri ən üstüdür. Düzəltmək istəsən sındırarsan. Olduğu kimi buraxsan əyri olaraq qalar. Qadınlarla yaxşı davranın" Və belə buyurur: "Mömin kişi mömin qadına qəzəblənməz. Onun bir xasiyyətindən xoşlanmazsa bir digərindən xoşlanar" Bu Peyğəmbər nəsihəti gözəl əxlaqa və yaxşı davranmağa sövq edən böyük bir vasitədir. Kişi, yoldaşındakı gözəl xasiyyətlərə və ona uyğun olan yönlərə diqqət çəkməli və xoşlanmadığı xasiyyətləri qarşısında bunları yada salmalıdır. Kişi, yoldaşındakı gözəl xasiyyətləri və sevdiyi yönləri düşününcə və ona qəzəblənib pis müamələ etmə səbəbinə baxdığında, əgər insaf sahibidirsə bir çox gözəl xasiyyətin yanında əriyib gedən pis xasiyyətlərini görməmiş olar.
Ağıllı adam, mükəmməlliyinin imkansız olduğunu bilməlidir. Kişi öz xasiyyətlərinə baxsa və özünə diqqət yetirsə, yoldaşındakı kimi və bəlkə də daha çox qüsur tapar. Bu səbəblə, Allah əzzə və cəllənin bu əmrini xatırlamalıdır: "Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun" (ən Nisa surəsi, 19)
Ey Allahın qulları! Ağlı başında olan, pozulmamış fitrətə və insaflı qəlbə sahib kişi, qadının haqqını yeməkdən imtina edər. Şərəfli bir insan, özündən uzaqda böyüyən, sonra onunla arasında əlaqə qurulan və onlardan hər birinin nəfsi digərindən rahatçılıq tapan gücsüz bir qadına zülm etməyi döğru görməz. Allah Sübhanahu və Təala belə buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!" (ər Rum surəsi, 21)
Bu sevgi və mərhəmətlə birlikdə qadın, ərinə itaətdə bağlı qalmalıdır. Evinin işlərini görməli və ərinin könlünü xoş tutmalı, onu rahat etməlidir. Bütün bunlardan sonra da kişi, yoldaşına zərər və darlıq verməyə, onu alçaldmağa, haqqını yeməyə və döyməyə, kiçik bir səbəblə ondan ayrılmağa və boşanmağa cürət etməməlidir.
Ey Allahın izzət və şərəf, qorunma və iffət bağışladığı qadın! Allah, qadını ailənin tərbiyəçisi və təməl dirəyi olaraq yaradmışdır. Əxlaqını gözəlləşdirərək və yoldaşına yaxşı davranaraq sənə verilən neməti qoru! Şübhəsiz ərinin haqqı böyükdür. Ərinə itaətinin və qulluğunun, onun işlərini görmənin və ona səbr etmənin, pis zənnlərdən, heç bir əslə dayanmayan ittihamlardan və əziyyət verici sözlərdən uzaq durmanın qarşılığını Allahdan gözlə. Eşitdiyin ər-arvad problemlərindən, nəticənin də ailələrin parçalanmasından və uşaqların darmadağın olmasından ibrət al!..
Ey kişilər və qadınlar! Sizdən hər biriniz aradakı gözəl münasibəti qorusun. Həyat yoldaşından gələn şeylərə səbr etsin. Həyat yoldaşında xoşlanmadığı bir şey görərsə yumşaqlıqla reaksiya göstərsin və əsəbi keçənə qədər onu bağışlasın. Həyat yoldaşının yaxşılığını etiraf etsin. Yoldaşların hər birinin digəri üzərində haqqları olduğunu və bunların mütləq yerinə yetirilməsi lazım olduğunu xatırlayın. Allah əzzə və cəllə belə buyurur: "(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər." (əl Bəqərə surəsi, 228)
Allahdan haqqı ilə qorxun ey Allahın qulları!.. Səbrli və yumşaq olun. Bəzi şeylərə diqqət yetirməyin. Çünki mükəmməl olmaq imkansızdır! Bağışlamaq isə, dəyərli insanların xüsusiyyətlərindəndir.
Qovulmuş şeytandan Allaha sığınıram "Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun" (ən Nisa surəsi, 19)
Allahdan haqqı ilə qorxun ey Allahın qulları. Ondan haqqı ilə qorxun və öləndə müsəlman olaraq ölün.


ALLAH BIZLÄRI GORUSUN
 
Forum » İslam » Müxtəlif məsələlər » Ailə səadəti
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru