Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19630 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16749 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13830 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9577 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9100 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2013 » İyun » 14 » ZARAFAT, YOXSA YALAN?
    ZARAFAT, YOXSA YALAN?
    14:28
    Bir dəfə Peyğəmbərimizdən (s.a.s) soruşmuşdular “Mömin qorxaq ola bilərmi? Dedi: Bəli. Dedilər: Mömin paxıl ola bilərmi? Dedi: Bəli. Dedilər: Mömin yalançı ola bilərmi? Dedi: Xeyr”

    Peyğəmbərimiz (s.a.s) o səhabənin suallarına cavab verərkən, ümmətinə böyük və çox önəmli bir məlumatı çatdırmaq istəyib. Əlbəttə müsəlman, mömin bəndəyə nə qorxaq olmaq, nə paxıl olmaq, nə də bunun kimi bəyənilməyən xüsusiyyətlərə sahib olmaq yaraşmaz. Həm Peyğəmbərimiz də (s.a.s) möminin paxıl və ya qorxaq olmasını istəməyib, burada sadəcə önəmli məsələ, insanda ola biləcək bəyənilməyən əxlaqi xüsusiyyətlərin müqayisəsi vurğulanıb. Yəni mömin kəs mal-dövləti, pul-paranı o qədər sevə bilər ki, həddini aşaraq paxıllıq edə bilər. Bir çox hallarda da qorxduğu şeylər də ola bilər həyatda. Ola bilsin bu, onun imanının zəifliyindəndir. Amma mömin bəndə yalan danışa bilməz, yalan danışmamalı, yalançı olmamalıdır. İkisindən biri olmalıdır, ya mömin olmalıdır, ya da yalançı.

    Yalan danışmaq bütün millətlərdə, hər yerdə və hər ölkədə pis xüsusiyyət kimi tanınır. Özünə və hamıya hörmət edən şəxs heç bir zaman yalanı qəbul edə bilməz.

    Bu mövzumuzda biz yalan danışmaq və onun pis nəticələri haqqında müfəssəl olaraq yazmaq niyyətində deyilik. Yalan danışmaq mövzusu çox uzun olacaqdır. Niyə olmaz?! Nə vaxt olar?! Günahı nədir və s. Sadəcə xatırlatmaq istədik ki, müsəlman ölkələrində də - çox təəssüf – “yalan danışmaq günü” nü qeyd etmək kimi pis bir adət yayılmışdır. İnsanlar bundan xoşlanırlar. Kİmsə etiraz etsə belə inciyirlər və hətta həmin insanı axmaq da sayırlar.

    İldə bir dəfə yalan danışmaq, xoş zarafat kimi yola verməkdə nə qəbahət var ki?! Bəli, belə bir sualı bizə də verə bilərlər və ya şeytan öz beynimizə da sala bilər. Bəs Peyğəmbərimz (s.a.s) öz hədislərindən birində bizə bildirmişdir axı “...bəndə o qədər yalan danışar ki, sonunda Allah qatında yalançılar sırasına yazılar.”
    Bir də siz münafiqin əsas xüsusiyyətlərini bilirsinizmi?! Peyğəmbərimizdən (s.a.s) rəvayət olunan hədisi xatırladaq: “Münafiqin üç xisləti vardır (üç şeydən tanınar). Danışdısa yalan deyər, vəd etdisə, sözünü tutmaz, əmanətə xəyanət edər.”

    Sonunda bir şeyi qeyd edək. Kimlərdənsə, hansısa millətlərdənsə bizə gəlib çatan bu “1 aprel-aldatma” gününü qeyd etmək artıq adət şəklini alıbdır. Nədənsə bu gün gələndə bəzi insanlar çox sevinirlər. Bu adəti heç tərk edə bilməyənlər, daim adət-ənənəyə uyğun hər il maksimum sayda adam aldatmağı xoşlayanlar, buna səy göstərənlər var. Onlar bəlkə də bilmirlər bu adət kimdən, haradan və necə gəlib, amma bu xüsusiyyəti heç unutmurlar.
    Bizə ən gözəl nümunə və örnək, Peyğəmbərimiz Məhəmməddir (s.a.s). Zarafat etsə belə yalan danışmazdı. Onun (s.a.s) xüsusiyyətlərini, sünnətini, gözəl əxlaqını davam etdirmək yerinə, mənasız adətləri davam etdirmək müsəlman şəxsə ar deyilmi?
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 19631 | Tarix: 25.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 1
    06.07.2013
    1. Ömər (OmarSelefi) [Məqalə]
    smile MAŞAALLAH

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2013  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru