Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (17698 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (14719 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (11480 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (8385 dəfə baxılıb)
[12.06.2010][İSLAM MƏQALƏLƏRİ]
Namazı təkr edənin hökmü (8124 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (271)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Oktyabr » 25 » Uşaqlar və Qurban bayramı
    Uşaqlar və Qurban bayramı
    09:09
    Bayramlar uşaqların ən çox sevinib xoşbəxt olduqları günlərdir. Belə ki, bayram vaxtı təzə paltar geyən uşaqlar böyüklərlə bayramlaşıb onların xeyir-dualarını alır, cib xərcliyi toplayırlar... Ramazan bayramından fərqli olaraq Qurban bayramında həm də məhz bayram üçün alınan qurbanlıq heyvanlar qurban kəsilir...

    Bəs, bəşəriyyətin sevgi və yardımlaşma ilə bir-birinə yaxınlaşdığı Qurban bayramından uşaqlara necə bəhs edilməli, bu bayramın mahiyyəti onlara hansı formada çatdırılmalıdır?

    Həmrəylik, sevgi və yardımlaşma ilə qəlblərin bir-birinə yaxınlaşıb isinişdiyi daha bir Qurban bayramının ərəfəsindəyik. Peyğəmbərimiz (Ona Allahın salamı və xeyir-duası olsun!) bu bayram günlərində ediləcək ən böyük ibadətin qurban kəsmək olduğunu buyurur: “İnsan oğlu Qurban bayramı günü Allah üçün Qurban kəsməkdən daha sevimli bir iş etmiş olmaz”.

    Valideynləri Qurban bayramı ilə bağlı düşündürdükləri sual isə belədir: “Görəsən,övladıma qurbanın mahiyyətini necə izah etməliyəm?” İlahiyyatçı, prof. Mehmed Əmin Ay Hz. İbrahim və Hz. İsmayıl qissəsinin uşaqlara gözəl bir hekayə şəklində danışılmasının doğru olacağını bildirir. Psixoloq Fariqa Teymur Artır isə uşaqlara yaşlarına uyğun və proqramlı şəkildə öyrədilən dini biliklərlə bu sualı cavablandırmanın mümkünlüyünü qeyd edir.

    Prof. M.Ə.Ay pedaqoq və valideynlərin uşaqlarına qurban ibadətindən bəhs etməzdən qabaq mövzuya dair doğru-dürüst və kifayət qədər məlumata sahib olmalarının vacibliyini qeyd edir. Hz. İbrahim və Hz. İsmayıl arasında baş verən bu hadisəni xoş üslubla və hekayə formasına salaraq nəql etməklə belə uşaqlar üçün “Nə üçün qurban kəsirik?” sualına cavab verilməsi baxımından kifayət olacağını deyən ilahiyyatçı vurğulayır: “Uşaqlar sözügedən və digər peyğəmbərlərin adları və həyat hekayələri barədə nə qədər çox məlumatlı olsalar qurban məfhumunu bir o qədər daha yaxşı dərk edəcəklər. Belə ki, uşaq qurbanı çox sevdiyi peyğəmbəri Hz. İsmayılın həyatı müqabilində cənnətdən göndərilmiş bir hədiyyə sayaraq və ona qarşı sevgi hiss edə bilir. Bununla həm də uşağın heyvanlara qarşı mərhəmət duyğusu da itmir. O, bu əməlin Allahın əmri olduğunu düşünür. Bu isə onun qurban kəsimini qəbul etməsini asanlaşdırır”.

    Psixoloq Fariqa Teymur Artır isə azyaşlıları qurban və onun mahiyyəti haqda məlumatlandırmada doğru-düzgün dini təhsilin əhəmiyyətini vurğulayır. Artır ailə daxilində öyrədilən dini biliklərlə yanaşı, valideynin uşaqları ilə birlikdə ibadət etməsi və yaradılan mənəvi mühitin bu məsələdə azyaşlıya müsbət təsirini qeyd edir: “Sahib olduğu nemətlərin davamlı olması üçün Allaha şükür və dua etməyə vərdiş edən uşaq qurban ibadətini düzgün başa düşəcək, onu bir canlını öldürmək kimi qəbul etməyəcəkdir. Uşaq qurbanlıq heyvanı kəsməyi bir canlının öldürülməsi kimi qəbul etməməsi üçün gördüyü bütün gözəlliklərin Allahdan gəldiyinin fərqinə varmalıdır. Bu, olduqca vacib xüsusdur”. Psixoloq mövzunun düzgün izahı və çatdırılmasında valideynlərə və müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyir. Uşaqların görüb hiss etdiklərini düzgün şəkildə qavrayacağı bünövrə yaradılmadan qurban və ölüm kimi izahı çətin məfhumlardan danışmanın azyaşlının şüurunda və psxikasında mənfi iz qoya biləcəyini vurğulayan Artır: “Hər şeydən əvvəl valideyn uşağın verdiyi suallara onun yaşına və şəxsi keyfyyətlərinə müvafiq cavablar verməli, onların başa düşəcəyi konkret açıqlama və izah gətirməlidir”, - bildirir.

    Uşaqda Allah inancının bünövrəsi 3 yaşında ikən qoyulur!

    0-3 yaş qrupu uşaqlarda məfhumların oturuşmağa başladığı dövrdür. Qurban bayramı məfhumunun uşağın şüuruna yerləşməsi də onun digər məfhumlar kimi valideynin davranışlarını izləməsi nəticəsində baş verdiyinə görə, bayram ziyarətlərinə xüsusi əhəmiyyət verilməlidir. Bayramda ata-ana və qohum-əqrəbaların xoşbəxt olduqlarını görən uşaq bayram sevincini paylaşarkən həmrəylik hissini yaşayacaqdır. Həmçinin, bayram günü uşaq kiçik hədiyyələrlə sevindirilməlidir. Onda Allah inancının bünövrəsi 3 yaşında ikən verdiyi suallara aldığı cavablarla qoyulur. Beləliklə, sonralar Allah üçün qurban kəsilməsindən danışıldıqda azyaşlının bunu başa düşməsi Allaha iman duyğusu ilə mümkün olacaqdır.

    Qurban bayramı 3-6 yaş qrupuna daxil olan uşaqlara paylaşma və yardımlaşma hissini aşılamaq üçün əla fürsətdir. Belə ki, bayramın sosial yönlərindən danışarkən Qurban bayramında qoyun, inək və s. heyvanların kəsilərək, yardıma möhtac olan insanlara paylanıldığı ifadə edilməlidir. Bu yaş qrupuna aid olan uşaq habelə faydalı qidalar haqda məlumat sahibi olmağa başlayır. Ət yemənin insan sağlamlığı üçün əhəmiyyətli olduğu, bəzi heyvanların insanların ərzaq ehtiyacını qarşılamaq üçün yaradıldıqları və kəsim əsnasında ağrı hiss etmədikləri də bu dövrdə uşağa izah edilə bilər. Qoyun, keçi kimi qurbanlıq heyvanların onları bəsləyən və qurban kəsən insanları sağlam saxladıqları üçün xoşbəxt olduqları da deyilə bilər.

    7-12 yaş qrupuna daxil olan uşaq həyat və ölüm məfhumunu dərk etməyə başlayır. Bu dövrdə uşağa Allahın əmri ilə qoç və qoyun kimi heyvanların qurban edilməsi surətilə ətlərinin ehtiyacı olan şəxslərə veriləcəyi də münasib formada izah edilməli, müsəlmanların qurban ibadətini yerinə yetirməklə savab qazandıqları izah olunmalıdır. Həmçinin, bu yaş dövründə qurbanın Allahın verdiyi həyat nemətinə şükür məqsədilə kəsildiyi, Hz. İbrahimə qurban kəsməsi üçün qoç göndərildiyi münasib formada uşağa çatdırılmalıdır. Hekəyələr uşaqların bəzi məfhumları daha yaxşı öyrənmələrinə imkan verir. Bu məsələdə azyaşlının şəxsi keyfiyətləri ilə birlikdə onun mənəvi və psixi inkişafı da nəzərə alınmalıdır. Digər tərəfdən, qeyd edilən yaş dövründəki uşaqlardan qurban ətinin paylanılması işində kömək istənilə bilər. Qurban kəsiminin yaşları az olan uşaqlara izlədilməsi düzgün deyildir. Uşaq 9 yaşına çatdıqdan sonra öz istəyi ilə bu prosesə baxa bilər.

    Uşaq valideynin onun inkişaf səviyyəsinə uyğun olaraq qurban kəsimi haqqında açıqlama verməzdən qabaq gözləmədiyi bir vaxtda kəsimə şahid olmuşsa bu, onda psixoloji travma yarada bilər. Həssas və ürkək xarakterli uşaqlara xüsusi diqqət yetirilməlidir. Uşaq yaşından asılı olmayaraq, qurban kəsimi prosesinə baxmağa məcbur etdirilməməlidir. Valideynin uşağın hisslərinə laqeyd yanaşaraq: “Heyvan onsuz da öləcəkdi. Burada şişirdiləsi nə var ki?” - deməsi övladına biganə münasibət bəsləyərək, onu əvvəlcədən başa salmaması uşağa hər baxımdan mənfi təsir göstərəcəkdir.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 328 | Tarix: 21.09.2017
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Oktyabr 2012  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6310, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Serxan9598 (Serxan)
  • zehra1984 (zehra)
  • OmarOmar (Senan)
  • Mikrotiksi (Mikrotiksi)
  • ZAPLinYA (ZAPLinYA)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru