Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (17807 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (14807 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (11573 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (8403 dəfə baxılıb)
[12.06.2010][İSLAM MƏQALƏLƏRİ]
Namazı təkr edənin hökmü (8143 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Noyabr » 4 » RIZA VƏ İXLAS
    RIZA VƏ İXLAS
    07:54
    İslam dinində niyyət ibadət etmək məsələsində böyük əhəmiyyətə malikdir. Belə ki, yerinə yetirilən hər bir əməlin İslam dini baxımından münasib olub-olmaması niyyət sayəsində məlum olur. Uca Allah Cəhənnəmdən qurtulmağın və Cənnətə daxil olmanın vəzifə olduğunu bildirməsəydi, yalnız Cənnəti qazanmaq və Cəhənnəmdən uzaqlaşmaq məqsədilə yerinə yetirilən ibadətlər də qəbul edilməzdi.

    Ancaq dərəcə baxımınından daha üstün insanlar isə ibadət etdiyi zaman bunları deyil, yalnız Allah-təalanın razılığını qazanmaq barəsində fikirləşirlər.

    Allahın razılığı və sevgisini qazanmaq üçün və savab qazanmaq niyyəti ilə fərzləri yerinə yetirməyə, haramlardan çəkinməyə, Sünnəyə əməl etməyə, məkruhlardan uzaq durmağa və mübahları Allahın razılığı üçün yerinə yetirməyə, bir sözlə İslamın hökmlərini yerinə yetirməyə ibadət deyilir. Alimlərindən Abdullah ibn Mübarək bu barədə belə deyir: “Bəyənilən əməlləri yerinə yetirmək xüsusunda laqeydlik nümayiş etdirən kəs Peyğəmbərin (s) sünnəsi ilə əməl edə bilməz. Sünnə ilə əməl etmək məsələsində tənbəllik etmək isə fərzlərin yerinə yetirilməsini çətinləşdirər. Fərzlərdə laqeyd davranan da Uca Allahın razılığını əldə edə bilməz”.

    Niyyətsiz ibadət mümkün deyildir. Allahın razılığına və sevgisinə qovuşmaq istəyən insanın niyyətinin və məqsədinin saf olması lazımdır. İnsan ibadət edərkən yalnız Onun razılığını istəməli, Ona qovuşduran vasitəni taparaq, yalnız Ona bağlanmalıdır. Peyğəmbər (s) hədislərinin birində bununla bağlı olaraq “Allah yalnız Onun razılığını qazanmağı düşünən şəxsi dünya və axirət arzularına qovuşdurar” buyurub.

    Hər hansı bir ibadətin səhih və məqbul ola bilməsi, yəni dürüstlüyü və Allahın bu əməli bəyənməsi üçün elm, yəni doğru-düzgün bir şəkildə yerinə yetirməyin şərtlərini öyrənmək, əməl, yəni şərtlərinə uyğun formada ixlasla yerinə yetirmək lazımdır. İxlas isə pul, mövqe, şan-şöhrət kimi dünyəvi mənfəətlər haqqında düşünməyib ibadəti Allah əmr etdiyi üçün, Onun razılığını və sevgisini qazanmaq üçün yerinə yetirmək deməkdir. Sufilərdən Əli ibn Vəhb Sincari deyib: “İxlas bütün işləri insanların razılığı üçün deyil, Allahın razılığı üçün yerinə yetirmək deməkdir”.

    Allah-təalanın razılığını qazanmaq üçün dua etmək gərəkdir. İbadət razılığın və məhəbbəttin səbəbdir. Səbəblərə möhkəm yapışmadan edilən dua qəbul edilməz. Buna dua deyil, faydasız arzu deyilir. Rəvayət olunan hədislərin birində Allahın rəsulu (s) buyurub: “Çalışmayıb dua edən adam silahsız döyüşə gedən şəxs kimidir”.

    Allah Onun razılığını əldə etmək istəyən insanlara bunun yollarını göstərir. Allah-təala iman edənləri və imanın vacib gördüyü ibadəti yerinə yetirənləri qaranlıqlardan və çətinliklərdən xilas edər, onları nura və səadətə qovuşdurar. Belə insanlar daim öz işlərində rahat və əmin-amanlıq içərisində olarlar.

    İbadət Allahın razılığını əldə etmək üçün yerinə yetirilir. Başqasının rəğbətini qazanmaq üçün edilən ibadət isə həmin şəxsə sitayiş etmək deməkdir. İnsanlara Allah-təalaya ixlasla ibadət etmək əmr olunub. Hədislərin birində oxuyuruq: “Allah Onun bir olmasına iman edən, namaz qılan və ixlasla zəkat verən insanlardan razı qalar”.

    Tanınmış alimlərdən Şeyx Rüknəddin Əlaüddövlə Əli Ramitəniyə bir məktub göndərərək, “Biz bizə gələnlərə istənilən xidməti göstərdiyimizə rəğmən, onlar yenə sizin yanınıza gedirlər. Biz onlara gözəl süfrələrə, çeşidli yeməklərə qonaq edirik. Sizdə isə belə bir imkan olmadığı halda insanlar yenə də sizdən razı, bizdən isə razı deyillər. Bunun səbəbi nədir?” deyə soruşur.

    Əli Ramitəni Rüknəddin Əlaüddövləyə cavabında “Minnətlə xidmət göstərənlərin sayı çoxdur. Xidmətini minnət hesab edənlər isə azdır. Biz insanlar deyil, rəbbimiz bizdən razı olsun deyə, xidmət göstəririk. Rəbbimiz razı olduğu təqdirdə Onun qulları olan insanlar da razı qalır və bizi sevirlər” deyir.

    Nəticə etibarı ilə demək mümkündür ki, dünya və axirət səadətinin ən üstünü Allahın razılığını qazanmaq və Onun bizi sevməsinə nail olmaqdır. Allaha yaxın olmaq Onun bizi sevməsinə gətirib çıxarar. İslam alimləri bu məsələni qısaca aşağıdakı kimi bildirmişlər: “İnsana vacib olan ilk vəzifə iman, əməl və ixlas sahibi olmaqdır. Dünya və axirət səadəti ancaq bu üç şeyə qovuşmaqla əldə edilir. Əməl isə qəlb, dil və əzalarla edilən işlər deməkdir. Qəlbin əməlləri əxlaqla bağlıdır. İxlas isə bütün işlərini və ibadətlərini yalnız Allahın razılığını əldə etmək üçün etmək deməkdir”.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 344 | Tarix: 22.11.2017
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Noyabr 2012  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6311, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 1

    Yeni istifadəçilər
  • Kamil633 (Kamil Bayramov)
  • Serxan9598 (Serxan)
  • zehra1984 (zehra)
  • OmarOmar (Senan)
  • Mikrotiksi (Mikrotiksi)

  • Bu gün saytda olanlar
    HatthewVop
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru