Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (17807 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (14807 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (11573 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (8403 dəfə baxılıb)
[12.06.2010][İSLAM MƏQALƏLƏRİ]
Namazı təkr edənin hökmü (8143 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Oktyabr » 20 » Ərəfə günü və Ərafat dağı
    Ərəfə günü və Ərafat dağı
    16:24
    “Allah qatında Arafa günündən daha fəzilətli gün yoxdur. Allah təala dünya səmasına enər və yer əhli ilə göy əhlinə qarşı fəxr edərək deyər:

    “Qullarıma baxın! Pərişan bir vəziyyətdə, toz və tər içində uzaq yoldan Mənə gəldilər.

    Rəhmətimi umurlar, halbuki əzabımı görmədilər” Zamanlar içindən zamanları, məkanlar içindən məkanları seçib yüksəldən sonsuz mərhəmət sahibi Allaha həmd olsun! Allah yeri və göyləri yaratdığı andan zamanlar içində Zil-Hiccə ayını, məkanlar içində də Məkkə və onun ətrafını haram elan etmişdir.

    Haram — qadağan olunmuş, qorunmuş, toxunulmaz dərəcəyə malik olmaq mənalarını daşıyır. Yəni, bu aylara və məkanlara sayğısızlıq, hörmətsizlik göstərməklə bunların məhrəmiyyət sərhədini aşmaq, haram pərdəsini yırtmaq yol verilməz dərəcədə qadağandır. Bu aylar və məkanlar xüsusi ehtiram, sayğı, təzim göstərilməsi gərəkən möhtərəm zaman və məkanlardır.
    Rəsulullah (s) Ərəfə günü (9 Zil-Hiccə) Ərafatda (Məkkənin yaxınlığındakı yer) məşhur vəda xütbəsində söylədiyi bu sözlər də bunu əks etdirir: “Biz hansı aydayıq? Haram ayda deyilikmi? Bu hansı bölgədir? Haram bölgəsi deyilmi? Bu ayınız, bu bölgəniz, bu gününüz haram olduğu kimi qanlarınız, mallarınız da haramdır... (yəni toxunulmazdır İ. R)” (Müslim, Əbu Davud)
    Quranın gətirdiyi hökmlər sayəsində Allahın şüarı olan haram ayların bir qismi digər Allahın şüarı olan muharrəm (haram edilən, toxunulmaz olan) məkan Məscidul-Haram ilə biri birinə qovuşmaqdadır.
    "Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram (hörmətli) aya, (Kə’bəyə gətirilən) qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytül-hərama (Kəbəyə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin!..." (əl-Maidə 2)
    Bu haram aylardan Zil-Hiccə isə artıq adından da bəlli olduğu kimi həccin baş verdiyi aydır. Bu ayın ilk 10 günü bu ayın içindən seçilib xüsusi feyzi-bərəkətlə doldurulub şərəfləndirilmişdir. Bu seçim bu 10 günün içindən Ərəfə gününün seçilməsi ilə zirvəsinə çatır.Demək Allah 12 aydan 4 haram ayını seçir. Haram aylardan həcc üçün Zil-Hiccəni seçir. Zil-Hiccənin içindən ilk 10 günü seçir. Onun da içindən Ərəfə gününü seçir.
    Təsadüfi deyil ki, Allah təala hz. Adəmdən hz. Muhammədə (s) qədər gələn İslam dinini məhz Ərəfə günü, məhz insaniyyətin beşiyi haram bölgə Məkkədəki Ərafat dağında kamillik zirvəsinə çatdırır.
    "…Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim…" (əl-Maidə 3)
    Hətta bu ayə enəndə hz. Ömər ağladı. Rəsulullah (s) bunun səbəbini soruşduqda o “Bu vaxta qədər yüksəliş içində idik. Nə qədər kamala çatmış şey var ki, mütləq əskilməyə başlayır” dedikdə Rəsulullah (s) ona: “Doğru söylədin” buyurdu. (Kurtubi, Camiul-Ehkam; Buxari; Suyuti.)
    Ərəfə gününə Quranda belə işarət edilir:
    “And olsun dan yerinə; And olsun on gecəyə. And olsun cütə və təkə» (əl-Fəcr 1-3)
    Rəsulullah (s) buyurduğuna görə: “And olsun dan yerinə; And olsun on gecəyə” qurban bayramının birinci günü (ilə tamamlanan Zil-Hiccənin) 10 gecəsidir.”
    (Hakim, Darimi, Heysemi) Cabirin ® rəvayətinə görə “Cüt” və “tək” haqqında da: “Tək - Ərəfə günü (9 Zil-Hiccə), cüt - Qurban kəsmə günüdür (10 Zil-Hiccə)” demişdir” (Hakim)
    Bu günə Ərəfə deyilməsinin səbəbini bilmək üçün bu günün bağlı olduğu məkanla (Ərafat dağı) bərabər ələ alınmalıdır. Bəzi rəvayətə və açıqlamalara görə İbrahim (a) Adəmin (a) atdığı təməlləri üzrə Kəbəni bina etdikdən sonra həccin qaydalarının öyrədilməsi üçün Allaha dua etmişdir.
    “(İbrahim və İsmail dedilər:) “Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!” (əl-Bəqərə 128)”
    Bu duaya cavab olaraq Allah mələk Cəbrayılı (a) göndərmiş, o da hz. İbrahimi (a) gəzdirərək həccin bütün rüknlərini ona göstərmişdir. Nəhayət Ərafat dağına gələrək oranı ona göstərmiş və ona “araftə, araftə” (bildinmi, başa düşdünmü) demişdir. Bu səbəbdən də bu yerə “Ərafat” deyilimişdir. Digər rəvayətlərə görə isə hz. Adəm və hz. Həvva yer üzünə endirilərkən hz. Adəm Hind diyarına, hz. Həvva da Ciddəyə (Məkkənin ətrafındakı haram bölgədə bir yer) enmişdir. Onlar biri-birini uzun zaman axtarmışlar nəhayət Arafatda biri birini görüb tanımışlar. Bu səbəbdən bura “tanımaq, bilmək” mənasına gələn “Ərafat” deyilmişdir. Bu yerə “Ərafat” deyildiyi üçün Zil-Hiccə ayının 9-cu gününə də “Ərəfə” günü deyilmişdir. Çünki bu gün həcc edənlərin bu dağda olması həccin fərz olan rüknlərindəndir.
    Ərafa günü bu gün (Zil-Hiccə 9) Ərafatda baş verən yeri və göyləri lərzəyə gətirən böyük hadisə ilə ucalmışdır. Bu gün həcc ibadəti öz zirvəsinə yüksələr. Artıq dağınıq pərakəndə olan hacıların hamısı o seçilib yüksəldilmiş gündə Ərafat dağına doğru yol tutar orada bir araya gəlib uzaq yerlərdən özləri ilə gətirdikləri istəklərini Allaha ərz edərlər.
    Burada son dərəcə təsir edici, duyğulandırıcı bir hadisə baş verər. Belə ki, kimliyindən, məqamından, var dövlət geydiyi paltar, daşıdığı rütbədən asılı olmayaraq hər kəs ehramlı olaraq orada toplanır. Ehramlı olmaq bu Allahın şüarlarına etdiyi ziyarətə hörmət və ehtiram olaraq xüsusi bir statusa girməsi deməkdir. Bu status ona halal olan bir çox şeyləri haram etməkdədir. Məsələn: Dırnaq, tükləri kəsmək, ətir vurmaq, evlənmək, ailə ilə yaxınlıq etmək, nalayiq sözlər sərf edib qışqırıb bağırmaq, münaqişə, mübahisə etmək, tikişli paltar geymək, başı örtmək (kişilər üçün), ayaqqabı geymək, ov etmək və ov ətindən yemək, ağac ot yarpaq kəsmək, canlıları öldürmək və s. Bir insanın mənsub olduğu zümrəni, adamın xasiyyətini, fikir, dünya görüşünü, tutduğu yolu bir sözlə kimliyini ortaya qoyub təzahür etdirən şeylərdən əsasının əynindəki paltarı olduğunu nəzərə alsaq, ehramlının da statusunu onun “ehram” adlanan iki ağ parçadan ibarət paltarının izhar etdiyini görərik. Toz torpağın tərlə qarışması, dağınıq sac saqqalın toza bulaşması, ailə, dost, yaxınlar, vətən və evdən uzaqlaşmış olması, yerdə daş torpağın üstündə oturma uzanma, yorğunluq halsızlıq nəticəsində hacıların xarici görkəmi pərişan möhtac, zavallı birinin halını əks etdirir. Allah təala da məhz bununla fəxr edir.
    Rəsulullah (s) buyurur ki, “Allah qatında Ərəfə günündən daha fəzilətli gün yoxdur. Allah təala dünya səmasına enər və yer əhli ilə göy əhlinə qarşı fəxr edər. Və deyər: “Qullarıma baxın! Pərişan bir vəziyyətdə toz və tər içində uzaq yoldan Mənə gəldilər. Rəhmətimi umurlar, halbuki əzabımı görmədilər” (İbn Hibban) Başqa hədisdə də: “Bunlar rəzil bir paltarda toz-torpağa bulanmış olaraq Mənə gəldilər. Rəhmətimi umurlar, əzabımdan da qorxurlar. Halbuki əzabımı görmədilər. Görsəydilər nə edərdilər.” (Rəzin)
    Allah təalanın mələklər qarşısında qulları ilə fəxr etməsinin dərin mənası var. Bir vaxtlar Allah təalə ilk insanı yaradarkən bunu mələklərə bildirdikdə, mələklər bunun hikmətini tam anlaya bilmədilər.
    “Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara: ) “ Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu.” (əl-Bəqərə 30)
    Mələklər insanın yalnız haqsız qan töküb yer üzündə pozğunçuluq yayan birisi kimi təsəvvür edirdilər. Halbuki insanlardan bir qismi Allah yolunda mələklərin edə bilməyəcəyi şeylər edəcəkdi. Bir də bu hərəkətləri etməməyə hər cür imkan və ixtiyara sahib olduğu halda; könüllü olaraq sevə-sevə bu yolu seçib çətinliklər, əzaba qatlanaraq nəfsinin, dünyanın, insan və cin şeytanların təzyiqinə sinə gərməsi mələkləri daha çox heyran qoymuşdur. Mələklər itaət üzrə yaradıldıqları üçün onlarda seçim olmadığı bu səbəbdən də insanların bu cür davranışı mələklər üçün yad bir hərəkətdir. Allah təala öz qulları ilə mələklərə fəxr etməsi mələklərin vaxtı ilə başa düşmədiyi şeyi onlara xatırlatmış olur.
    Digər tərəfdən Rəsulullah (s) “Allah Ərəfə günündə olduğu qədər, heç bir gündə qullarını atəşdən azad etməmişdir.” (Muslim) buyurmaqla bundan dolayı şeytanın rəzil olmasını bildirmişdir.
    “Şeytan Ərəfə günündən daha alçalmış, daha qovulmuş, daha qəzəbli heç vaxt görülməmişdir. Bunun belə olması Allahın rəhmətinin endiyi və Allahın böyük günahları bağışladığını görməsindən başqa bir şey deyildir. Ancaq Bədir günü gördüyü bundan müstəsnadır.” Camaat: “Ya Rəsulullah! Bədir (döyüşü) günü şeytan nə gördü?” soruşduqda, Rəsulullah (s): “Cəbrayılın mələklər ordusuna rəhbərlik etdiyini gördü” buyurdu.
    Bütün bu xəbərlər Ərəfə gününün çox fəzilətli bir gün olduğunu göstərir. Hətta, demək olar ki, Ərəfə günü Qədr gecəsi ilə rəqabət apara biləcək bir gündür. Belə ki, əgər Qədr gecəsi gecələrin ən fəzilətlisidirsə, Ərəfə günü il ərzindəki günlərin ən fəzilətlisidir. Rəsulullah (s) buyurur: “Allah qatında Ərəfə günündən daha fəzilətli gün yoxdur...” (İbni Hibban)
    Ərəfə günü dünyanın dörd tərəfindən müsəlmanlar axışıb bir araya gəlirlər. Bənzəri hadisə daha kiçik miqyasda Cümə günləri də olur. Buna görə Rəsulullah (s) buyurmuşdur ki, “Üzərinə günəş doğan ən xeyirli gün cümə günüdür...” (Müslim, Tirmizi, Nəsayi) Cümə günü həftənin, Ərəfə günü ilin ən fəzilətli günüdür.
    Allah hər zaman insanları cəhənnəmdən azad edir, amma bu gün daha çox azad edir. Hər zaman dua etmək gərəkdir, amma bu gün daha çox dua etmək gərəkdir. “Günlərin ən fəzilətlisi Ərəfə günüdür. Duaların ən fəzilətlisi də Ərəfə günü edilən duadır. Mənim və məndən əvvəlki peyğəmbərlərin söylədiyi ən fəzilətli söz: “Lə iləhə illəllah. Vəhdəhu lə şərikə ləh. Ləhul-mulku və ləhul-hamdu və huvə alə kulli şeyin qadir” sözləridir.” (Rəzin)

    Bu günün dəyərləndirmə yollarından biri də, bir çox əlamətdar günlərdə olduğu kimi, bu gün də oruc tutmaqdır.Rəsulullah (s) buyurur: “Bu günün orucu keçmiş bir il və gələcək bir ilin günahlarına kəffarət olur” (Müslim, Əbu Davud, Tirmizi, İbni Macə)

    Nəticə olaraq bunları demək olar.

    **Ərəfə günü günlərin ən fəzilətlisidir.
    ** Ərəfə günü Allahın qulu ən çox cəhənnəmdən azad etdiyi gündür.
    ** Ərəfə günü Allahın yer əhli ilə göy əhli qarşısında fəxr etdiyi gündür.
    ** Ərəfə günü şeytanın ən çox alçaldığı, qovulmuş və qəzəbləndiyi gündür.
    ** Ərəfə günü həcc mərasiminin zirvə nöqtəsinə çatdığı gündür.
    ** Ərəfə günü bayram ərəfəsi olub Zil-Hiccə ayının seçilmiş mübarək ilk 10 gününün zirvəsidir.
    ** Ərəfə günü edilən dua duaların ən fəzilətlisidir.
    ** Ərəfə günü tutulan oruc əvvəlki bir ilin və sonrakı bir ilin günahlarına kəffarətdir.
    ** Ərəfə günü Allahın dini İslamın kamillik zirvəsinə çatdığı gündür.
    **Ərəfə günü Rasulullahın (s) vəda xütbəsini söylədiyi gündür.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 684 | Tarix: 22.11.2017
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 2
    21.10.2012 Спам
    2. XEDICE (XEDICE73)
    biggrin biggrin biggrin biggrin biggrin biggrin biggrin

    21.10.2012 Спам
    1. XEDICE (XEDICE73)
    [qqqqqee

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Oktyabr 2012  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6311, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 1

    Yeni istifadəçilər
  • Kamil633 (Kamil Bayramov)
  • Serxan9598 (Serxan)
  • zehra1984 (zehra)
  • OmarOmar (Senan)
  • Mikrotiksi (Mikrotiksi)

  • Bu gün saytda olanlar
    HatthewVop
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru