Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (17794 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (14806 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (11570 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (8403 dəfə baxılıb)
[12.06.2010][İSLAM MƏQALƏLƏRİ]
Namazı təkr edənin hökmü (8143 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (271)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Noyabr » 4 » NURA GEDƏN YOL
    NURA GEDƏN YOL
    07:52
    Nə üçün məhz nura gedən yol? Nə üçün insan əsrlər boyu nura və işıqlığa getməyə çalışıb?

    Nur işıqdır, işıq açıqlıq və aydınlıqdır, bu, haqqın yoludur, Allahın bizə tövsiyə etdiyi yoldur:[i] “Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır...” (əl-Bəqərə, 257).Allaha iman gətirənlər haqqın yolunu tutmuşlar və Allah təala onları budaqlanıb, şaxələnmiş azğın yollardan qurtarar, nura tərəf yönləndirər. Azğın yollar çox olduğundan Uca Allah Qurani-Kərimdə buna “zülmətlər” deyib. Haqqın yolu isə təkdir, o da nura aparar. İşıqlıq və aydınlıq bizi Rəbbimizə aparır. [i][u]“Allah göylərin və yerin nurudur...” (ən-Nur, 35).
    Bu nur insana həyatının məqsədini anladır, ona həyatda nizam-intizam və doğruluq öyrədir. Bəşəriyyət daim bu nura ehtiyac duymuşdur, bəziləri tapmış, bəziləri isə azmışlar. Amma bir şeyi anlamışlar ki, nuru görmək mümkün deyil, nur saçaraq ətrafı görmək mümkündür. Nuru adi gözlə görmək mümkün olmasa da onu qəlblə, ürəklə görmək və onun varlığını hiss etmək mümkündür. Bu həyatda nuru qəlbləri ilə görən şəxslər, o biri həyatda nur saçacaqlar:“O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara: "Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!"– deyiləcək. Bu, böyük uğurdur” (əl-Hədid, 12).
    Əgər biz nuru qəlbimizlə hiss edib onun varlığına inanmışıqsa, Ramazan ayında Allahın rəhmət və mərhəmət nurundan lazımınca yığmalı idik ki, əlimizdə il boyu saçan bir çıraq olsun. Gələn Ramazana kimi yolumuzu aydınlatmaya kifayət edən nur yığmalı idik ki, yolumuzu azmayaq, zülmətlərdə qalmayaq. Allah Öz nuru ilə qəlblərimizi oyatdı və bizi yönləndirdi, biz isə bu nurdan istifadə edərək haqq gününə çatana qədər davam etməliyik:“Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi” (əl-Ənam, 122).
    Həyatımız boyu çoxlarımız dərk etdik ki, Allah təalaya itaət və ibadət kölgəsində yaşamaq dünya kef-ləzzətində yaşamaqdan daha xeyirlidir. Allaha itaət kölgəsi hamını, hər şeyi və bütün həyatı əhatə edə biləcək qədər genişdir. “De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (əl-Ənam, 162).
    Xoş, rahat və sevinclı anlarımızda Allahın nurunu unutmayaraq Ona ibadət etməliyik ki, çətin anlarımızda O da bizə unutqanlıq göstərməsin. Ehtiyac və məşəqqət anlarında bizə ən möhkəm dayaq yalnız Rəbbimizdir. (Mutə savaşında Xalid bin Vəlidin başçılıq etdiyi müsəlman ordusu 3000 nəfərdən ibarət idi. Bu zaman onlara 200000 əsgəri olan böyük bir qoşun hücum edir və bu ağır hücumun qarşısında duruxsunub Xalid bin Vəlid düşünür ki, hansı tərəfə sığınsınlar, hansı tərəfə çəkilsinlər. Ona: “Səlma və Əca (Hail məntəqəsinin şimalında yerləşən) dağlarına tərəf" – deyilir. O isə cavabında: “Nə Səlma, nə də Əcaya, sığınmaq yalnız Allahadır” deyə bildirir.
    Həyatımız boyu gördük və anladıq ki, bu nurlu həyatda təmiz və düzgün yaşamaq, çirklərdən təmizlənib yalnız saf və pak irəliləmək lazımdır. Bu həyat bizi yalnız xalis niyyətlə qəbul edər, yoxsa etməz. Xalis niyyətlə nura tərəf yönələriksə, o da bizi qəbul edər, özünə yaxın getməyə imkan verər. Nura gedən yolu seçmək və onu istəmək özü də Allahın insana verdiyi bir fürsətdir, Allahın mərhəmətidir. İnsan elə düşünməsin ki, Allahın istəyi və izni olmadan bu yola qədəm basmışdır.
    Həyatımız boyu başa düşdük ki, tikmək yıxmaqdan asandır. Sən özünü, mənliyini, şəxsiyyətini və öz qalanı tikərkən kərpicləri ehmalca, yan-yana düz istiqamətdə düzürsən. Aralarında məsafə buraxmırsan, sıx edirsən, düz qoyursan ki, bərk dursun. Yıxmaq üçün isə düşünmək və vaxt itirməyə gərək yoxdur, tikdiyinin ortasından bir dənə kərpici vur çıxar, özü aşacaqdır.

    Min nəfər tikən olsa, yıxmağa bir nəfər də bəsdir,
    Bəs bir tikənin arxasında min yıxan olsa, nə etsin?!

    Biz daim diqqətli və ayıq olmalıyıq, amma bu, bizi nə zəiflətməli, nə də məyus etməlidir. Həyatımız boyu əmin olmuşuq ki, cəmiyyəti islah etmək, onların doğru yaşamaları üçün çalışmaq daim lazımdır. Bu mübarizəyə kef-ləzzətimizdən sonra qalıq kimi qalmış, lazımsız boş vaxtlarımızı deyil, ömrümüzün ən vacib anlarını verməliyik.
    Ramazan ayı bizə gözəl donlu insanları göstərdi, Ramazan bitdikdə isə hamısı yoxa çıxdı. Ramazan ayı çoxlarımızı öyrətdi ki, hər bir başlanğıcın bir sonu vardır. Ramazan ayının özü də, başladı, xeyir və bərəkət dolu gəldi, sonra onunla da vidalaşdıq. Sanki şirin bir yuxu idi, bitdi, ayılanda “heç ayılmayaq” - deyə arzu etdik. Özümüz də bu Ramazan kimi bitib yox olacayıq.
    Əbdürrəhman bin Əvf ® rəvayət edir ki; “Əmirəl Möminin Ömər bin əl-Xəttabla bir gün çıxmışdıq. Bəqi qəbirstanlığına çatanda dayandıq, əli ilə əlini tutmuşdu, buraxdı. Bir qəbrə yaxınlaşıb uzun-uzadı ağladı. Dedim: “Nə oldu, sənə ey Əmirəl Möminin?” Dedi: “Kaş anam məni dünyaya gətirməyəydi. Kaş bir ağac olaydım. Ey ibn Əvf, sən bu çuxuru unutmusanmı?!”
    Allahdan ümid kəsilməz, Allah bu bəşəriyyətin halını nə vaxt istəsə, hansı hala istəsə, çevirə bilər. Güman edirik ki, halımız daha yaxşı və daha xeyirli tərəfə dəyişəcəkdir, amma bu dəyişiklik üçün insanlar əvvəl özlərini dəyişməlidirlər, nəfslərində olanı dəyişməlidirlər. Bu dəyişməyə və yeniliyə, qüvvət, istək, iradə, hərəkət və birlik lazımdır. Allahsızların tayfası əsrlər boyu imanımıza həsəd aparıb və əllərindən gələn hər şeyi ediblər ki, bizi azdırsınlar, bizi yolumuzdan çıxarsınlar. Biz yolumuzdan çəkinməməyi niyyət edərək addımlamalı, camaat halında birlik yaratmalı, daim mübarizə aparmalı və inanmalıyıq ki,[i][u] “Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır” (Saff, 8).
    [/i]
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 302 | Tarix: 19.11.2017
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Noyabr 2012  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6311, Bu gün: 0, Dünən: 0, Bu həftə: 1, Bu ay: 1

    Yeni istifadəçilər
  • Kamil633 (Kamil Bayramov)
  • Serxan9598 (Serxan)
  • zehra1984 (zehra)
  • OmarOmar (Senan)
  • Mikrotiksi (Mikrotiksi)

  • Bu gün saytda olanlar
    Kamil633
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru