Ana Səhifə » 2012 » Dekabr » 4 » Kart və qəhvə ilə fala baxanlar cinayət məsuliyyətinə cəlb ediləcək
Kart və qəhvə ilə fala baxanlar cinayət məsuliyyətinə cəlb ediləcək
08:18
Türkiyə polisi kafe və evdə fala baxanlarla mübarizəyə başlayır.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Türkiyədə kafe və evlərdə fala baxanların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qərar qəbul olunub.
Qərarda maddi mənfəət məqsədilə kart, qəhvə və su ilə fala baxan şəxslərin polis tərəfindən saxlanılması, eləcə də ictimai iaşə obyektlərinə qəhvə falının reklamı ilə məşğul olmanın qadağan edildiyi bildirilib.
Xəbərlərdə “Qəhvə sizdən, fal bizdən”, “Fala inanma, faldan da qalma” kimi elanların yazıldığı kafelərin cərimələnəcəyi bildirilib. Habelə xəbərlərdə bir müddət əvvəl ölkənin Adana şəhərində qəhvə və telefon falına baxan şəxsin 2 ay 15 gün müdətinə azadlıqdan məhrum edildiyi də öz əksini tapıb.