İRAN Kəşfiyyatının agenti RAFİZİ ŞEYX CAVİD Həbs olunub
04:46
Xəbər saytlarının yazdığına görə 5 oktyabr tarixində keçirilən hicab aksiyasını təşkil edən şəxs Şeyx Cavid Məmmədov adlı rafizidir.
Hər zaman cəsarətdən , qeyrətdən dəm vuran bu şəxs akisiyanı təşkil etmiş lakin özü aksiyada iştirak etməmişdir.Budurmu bunun qeyrəti?
-----Yeni Musavatda bu barədə olan xəbəri olduğu kimi sizinlə paylaşıram
Oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında keçirilən və ilk dəfə olaraq polisə qarşı ciddi müqavimətlə müşahidə edilən “hicab aksiyası”nın əsas təşkilatçısı sayılan şəxs dünən gecə həbs edilib.
Daxili İşlər Nazirliyinə yaxın mənbədən azpolitika.info-ya daxil olan məlumata görə, uzun müddət imiş ki, hüquq-mühafizə orqanları təşkilatçının kimliyini, hansı dini icmaya yaxınlığını tapa bilmirlərmiş. Buna da səbəb sıravi aksiya iştirakçılarının əsas təşkilatçını tanımamaları olub. Mənbənin məlumatına görə, saxlanılanlardan yalnız bir nəfərin ziddiyyətli ifadələri hüquq-mühafizə orqanlarına əsas təşkilatçılardan birinin - Cavid Məmmədhüseyn oğlu Məmmədov adlı şəxsin izinə düşməyə imkan verib. Dərhal keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, dünən gecə Cavid Məmmədov Nəsimi rayonu ərazisində gizləndiyi mənzildə həbs edilib.
DİN-dəki mənbə Cavid Məmmədovun kimliyi barədə də ətraflı məlumat verib. Məlumata görə, Cavid Məmmədov Neftçala rayonunda anadan olub. Düz 10 il Suriyada və İranda yaşayıb, həmin ölkələrdə dini təhsil alıb. Qısa müddət ərzində aparılan araşdırmalar Cavid Məmmədovun Suriya və İrandakı radikal təmayüllü dini təşkilatlarla ciddi bağlantılarının olduğunu üzə çıxarıb. Gizləndiyi evdə axtarış zamanı isə silah, ölkəyə qanunsuz yolla gətirilmiş dini ədəbiyyat və külli miqdarda İran və Suriyanın milli valyutası aşkarlanıb.