Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (17794 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (14806 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (11570 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (8403 dəfə baxılıb)
[12.06.2010][İSLAM MƏQALƏLƏRİ]
Namazı təkr edənin hökmü (8143 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (271)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Noyabr » 4 » EY PEYĞƏMBƏR, YORULDUQ, VÜQARIMIZ QIRILDI
    EY PEYĞƏMBƏR, YORULDUQ, VÜQARIMIZ QIRILDI
    07:55
    Bilirəm, sən axırzaman peyğəmbərisən (s) və onu da bilirəm ki, hər ötən gün bizi o dəhşətli ana bir addım daha yaxınlaşdırır.

    İmanı qorumanın əldə od tutmaq kimi olduğu bir zamanda yaşayırıq.

    Səhər mömin kimi oyananlar axşam dinlərindən uzaqlaşırlar. Dilləri ilə haqqı müdafiə edənlər öz mənafelərindən söhbət getdiyi zaman söylədiklərinin əksini edirlər. Səndən ayrı keçən günlər bizdən çox şeyi alıb, götürüb, ey Peyğəmbər!

    Sənin doğuluşun ilə şənlənən həyatımız indi sənsiz çox çətin və keşməkeşlidir.

    “Deyirlər Əbu Cəhl ölüb. Xeyr, o ölməyib, qitələri dolaşır, ey peyğəmbər!”

    İnsanlar yorğun və ümidsizdirlər, öz cəlladlarını alqışlayırlar... Qəhrəmanlar xain, xainlər isə qəhrəman elan edilirlər. “Bir insana min pul, min insana bir” - ədalət anlayışları bundan ibarətir. Cahillik hər yeri bürüyüb. Elə əxlaqsızlıq da... Mafiyalar ədalət “paylayır”. Hakimlər isə vicdanları ilə cibləri arasında sıxışıblar.

    İslam dünyasında tank və təyyarə səsləri ilə hər tərəfə ölüm yayılır. Müqəddəs torpaqlarımızda kirli ayaqlar dolaşır...

    Ey peyğəmbər!

    Yorulduq, vüqarımız qırıldı...

    Onlar tarixin sonunu hazırlayırlar və mədəniyyətlərarası bir müharibədən danışırlar.

    Nə qədər ki, onların dinlərini qəbul etməmişik, onlar bizdən razı qalmayacaqlar.

    Onların bizə düşmən kəsilməsi şeytanın sənə qarşı düşmənliyinin və acığının inikasıdır.

    Övladlarımızı sənin adınla yatdırırıq. Onlar sənin adınla oyanırlar və biz sənə salam göndəririk.

    Bilirik ki, sən aləmlərə lütf olaraq göndərilmişsən. Həqiqi hökm sahibi olan isə Allahdır. Sən Onun elçisisən. O, hər şeyi, görən, eşidən və biləndir.

    Başımıza gələnlər isə yalnız bir imtahandır.

    Allahın bizi mallarımızla, canlarımızla, sevdiklərmizlə bəzən azaltmaq, bəzən də çoxaltmaq surəti ilə imtahan etdiyini və bundan sonra da edəcəyini bilirik.

    Onu da bilirik ki, biz Ondan istədiyimiz şeylərə layiq deyilik. Ona görə də tövbə edir və Onun bizi əfv etməsinə sığınırıq. Əslində biz, layiq olduğumuzdan daha yaxşı vəziyyətdəyik.

    Bilirik ki, Allah cahil və zalım bir qövmü hidayətə qovuşdurmaz. Ancaq yenə də cahillikdən və zülm etməkdən vaz keçmirik. Biz sevgi kasıbıyıq. Amma, mərhəmətimiz də yoxdur. Qorxuruq... Qorxmalı olduğumuz varlıq əslində yalnız Allahdır, ancaq biz başqalarından qorxuruq. Bununla belə, Ondan bağışlanma və yardım diləyir, öz halımızı dəyişdirməməkdə inadkarlıq göstəririk. Uca Yaradanın “etmə!” dediklərini edir, “et!” dedikləri xüsusunda isə laqeyd davranırıq.

    Ey Allahın rəsulu (s)! Biz bunlardan dolayı deyil, dilimizlə də olsa səni sevdiyimiz, özümüzü sənə nisbət etdiyimiz üçün günahlandırılırıq.

    Bizim ən böyük “günahımız” (?!) budur. Bu baxımdan, günahımız elə böyükdür ki, bizə verilən bütün cəzalar onunla müqayisədə kiçikdir.

    Ey Allahın rəsulu (s)! Bax, elə buna görə, sənə ərz edirik.

    Ey Allahım! Bizi onların əlinə, bizi onların əlinə buraxma!

    Bizə haqqı haqq, batili batil kimi göstər və haqq ətrafında toplanmağı nəsib et.

    Ey Allahın rəsulu (s)! Dünyamıza işıq saldın. Allahdan bir məktub, bir xəbərdarlıq gətirdin, bir nur gətirdin. Bizə yaşamağı öyrətdin.

    Doğuluşun bir lütf idi,

    Yenidən həyatımızda, ağlımızda, qəlbimizdə doğul, ey Nəbi (s).

    Ey Uca Allahım! Bizə ilham ver ki, yaşayan bir Quran, Peyğəmbərin (s) əxlaqı ilə tərbiyələnmiş nümunəvi bir insan ola bilək.

    Uşaqlarımız küçələrdə sənin adınla çağrılır, uşaqlarımızın dualarında həmişə sən varsan.

    Dodaqlarımız gecə-gündüz səni çağırar, ey Nəbi!

    Ey rəbbimiz! Qəlbimizi genişləndir, fəhmimizi artır, sözümüzü tutarlı et! Bizi razı qaldığın qullarından eylə!

    Ey Din Gününün sahibi! Bizi həmin gün Sənin rəsulunun (s) sancağı altında toplaşanlardan və onun şəfaətinə layiqlərdən eylə!

    Şahid ol, ya Rəbb! Biz müsəlmanlardanıq. Bizi İslamla şərəfləndirdiyin və Hz. Məhəmmədin (s) ümmətindən etdiyin üçün sənə şükürlər olsun!
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 267 | Tarix: 19.11.2017
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Noyabr 2012  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6311, Bu gün: 0, Dünən: 0, Bu həftə: 1, Bu ay: 1

    Yeni istifadəçilər
  • Kamil633 (Kamil Bayramov)
  • Serxan9598 (Serxan)
  • zehra1984 (zehra)
  • OmarOmar (Senan)
  • Mikrotiksi (Mikrotiksi)

  • Bu gün saytda olanlar
    Kamil633
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru