Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (17807 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (14807 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (11573 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (8403 dəfə baxılıb)
[12.06.2010][İSLAM MƏQALƏLƏRİ]
Namazı təkr edənin hökmü (8143 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Dekabr » 4 » Axirətə imanın davranışlara təsiri
    Axirətə imanın davranışlara təsiri
    08:12
    Axirətə iman hər şeydən əvvəl insanın hədəf və istiqamətini müəyyən etməsinə imkan verir, yaradılmasındakı məqsədi, hikmət və qayəni öyrədir. Belə inanc sahibi insanlardan ibarət cəmiyyət doğru yoldan ayrılmaz, qazancını halal yollarla əldə etməyə çalışar, hiyləyə, yalana və rüşvətə yaxın durmaz. Öz haqqını bildiyi kimi başqalarının haqqını qəsb etməz, heç kimə haqsızlıq etməz.

    Həmçinin, axirətə inanan kəs həm dininin buyruqlarını, həm də məsul olduğu dünyəvi işləri qüsursuz şəkildə yerinə yetirir. Çünki o, mükafat və cəza gününün mövcudluğuna inanmaqla hər bir insanın bu dünyada etdiyi əməllərin hesabını Allahın hüzurunda verəcəyinin fərqinə varır. Bu inanc insanların qəlbində sülh hissinin yaranmasına və təkmilləşməsinə gətirib çıxarar. İnsan sülh hissi ilə ədaləti bərqərar edir. Ədalət hissinə sahib insan isə özünü mütləq ədalətin tam bərqərar olacağı qiyamət gününə hazır vəziyyətə gətirir.

    Axirətə, qiyamət gününə iman insanların ümidlərini təzələyir, ağrılarını azaldır və yüngülləşdirir, habelə həyatı boyu üzləşdiyi çətinliklərə dözüb tab gətirməsinə imkan verir. Axirətə iman, insanı yalnız xeyirli əməlləri işləməyə, pisliklərdən çəkinməyə və məziyyəti mənimsəməyə yönəldir. Qiyamət gününə inanan insan son nəfəsini verdiyi an keçmişini xatırlayaraq, gördüyü xeyirli əməllərdən dolayı rahatlıq tapır. Çünki ölüm onun üçün bir yox olub getmək deyil, sonsuz bir həyatın başlanğıcı, bu aləmin qapısını açmaqdır. Axirət inancı dünya həyatına həddən artıq bağlanmanın qarşısını alır, eləəc də başqalarına yaxşılıq etmə düşüncəsini formalaşdırır.

    Axirətə iman insanda məsuliyyət hissi yaradır. Bu, hüquqi və əxlaqi baxımdan mühüm sərmayədir. Davranış və hərəkətlərini izləmək üçün hər insan üçün nəzarətçi ayrılması qeyri-mümkün olduğuna görə axirətdə hesab vermə duyğusu insanların əməllərində diqqətli davranmalarını təmin edər, cəmiyyətdə zorakılıq və terror hadisələri azalar. Etdiyi hər əməlin, söylədiyi hər bir sözün qeydə alındığına və axirətdə hesab verəcəyinə inanan kəs daha diqqətli davranar, sözlərinin naxoş və ürəksındırıcı olmamasına səy göstərər.

    Unutmamalıyıq ki, insan cənnəti və ya cəhənnəmi bu dünya ikən qazanır. Bu səbəbdən dünya axirət yurdunun tarlasıdır. Dünya tarlasına nə əkilərsə, axirətdə o biçiləcəkdir. Ona görə də insan ölüm gəlməzdən qabaq düşünərək, dünyanın dəyərini doğru bilməlidir. Axı insan dünyaya bir dəfə gəlir və ölənədək etdiyi əməlləri azuqə kimi axirətə aparır. Bu dünyada yaxşı əməl sahibi olan kəs axirətdə xeyirli əməllərinin savab və mükafatını tapacaqdır. Dünya həyatında pis əməllə yadda qalanlar isə axirətdə etdiklərinin cəzasını çəkəcəklər. Bu səbəbdən axirət azuqəmizi indidən yaxşı hazırlamağa çalışmalı və orada dadımıza çatacaq xeyirli əməllər görməliyik.

    Axirəti qazanmaq üçün dünyanı xor görməyə və həqir hesab etməyə lüzum yoxdur. Şübhəsiz ki, dünya həyatı axirətlə müqayisədə daha qısadır. O, bir göz qırpımında ötüb keçir. Dünya həyatının insanlara verdiyi xoşbəxtlik məhduddur, amma qazanmaq istədiyimiz axirətin yolu da elə bu dünyadan keçir. İnsan məhz bu səbəbdən bu dünyanı əldə etmək üçün çalışmalıdır. Həqiqi müsəlman heç ölməyəcəkmişcəsinə bu dünya üçün, sabah öləcəkmişcəsinə axirət üçün çalışandır. İnsan axirəti qazanmaq üçün dünya nemətlərindən uzaqlaşmamalı, dünyalığı əldə etmək üçün isə axirət səfərinə hazırlıqda laqeyd davranmamalıdır. O, nə bu dünya üçün axirəti, nə də axirət üçün dünya həyatını tərk etməli, hər ikisinə bərabər səviyyədə yanaşmalı, tarazlığı qoruyub saxlamalıdır.

    Axirətə inanan insanlar rahatlıq tapan və xoşbəxt kəslərdir. Belələri qiyaətdə verəcəyi hesabdan çəkinərək, heç kimə zülm və pislik etməz, insanları sevər və kömək edərlər. Həmçinin, belələri acgözlü olmaz, pis niyyətləri reallaşdırmaq arxasınca qaçmazlar. Allahın razılığını qazanmaq və cənnətlə mükafatlandırılmaq üçün davamlı surətdə yaxşı əməllər görərlər. Axirətə iman gətirən ona verilən vəzifəni əksiksiz və vaxtında yerinə yetirməyə çalışır, əks təqdirdə hesabını axirətdə verəcəyini dərk edir.

    Ona bir şey əmanət edildikdə xəyanət etməz, etibarlı insan olar. Başqalarının malına, canına, namusuna, hüquq və azadlığına zərər toxundurmaz. Belə insanlardan ibarət cəmiyyətdə qarşılıqlı sevgi, hörmət və etimad olmaqla yanaşı, rahatlıq, hüzur və xoşbəxtlik də vardır. Axirət inancı insanlar arasında yardımlaşmaya, birlik və həmrəyliyə töhfə verir. İnsan daim yaxşı və doğru olanın axtarışındadır. Hazırı, kəsə yoldan haqsız qazanc əldə etməyi düşünməz, dinin əmr və qadağanlarına riayət edər, gözəl əxlaqı tərk etməz, heç kimə zərər verməz, vaxtını və ona verilən nemətləri əbəs yerə sərf etməz. Habelə axirətə iman gətirən kəs ağlını, biliyini və gücünü israf edərək pis işlər görməz, insanlara hörmət və mərhəmətlə yanaşar.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 376 | Tarix: 22.11.2017
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Dekabr 2012  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6311, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 1

    Yeni istifadəçilər
  • Kamil633 (Kamil Bayramov)
  • Serxan9598 (Serxan)
  • zehra1984 (zehra)
  • OmarOmar (Senan)
  • Mikrotiksi (Mikrotiksi)

  • Bu gün saytda olanlar
    HatthewVop
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru