Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (17698 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (14719 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (11479 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (8385 dəfə baxılıb)
[12.06.2010][İSLAM MƏQALƏLƏRİ]
Namazı təkr edənin hökmü (8124 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (271)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Noyabr » 10 » “Allahdan qorxun! Nəfsinizə nəzarət edin ki, əlimdən qurtula biləsiniz”
    “Allahdan qorxun! Nəfsinizə nəzarət edin ki, əlimdən qurtula biləsiniz”
    07:26
    Onun pak vicdanında məsuliyyət müqəddəs anlayış idi. Bütün qiymətləndirmələr bu məsuliyyətə uyğun olaraq aparılırdı. Ömərdəki məsuliyyətə heç bir vəziyyət, mövqe təsir edə bilməzdi.

    Xəlifə olduğu dövrdə oxuduğu bu xütbə onun nə qədər məsuliyyətli olduğunu göstərir:

    “... Eşitdiyimə görə, insanlar sərtliyimdən, qəlizliyimdən qorxmuşlar. Onlar deyirlər ki: “Ömər hələ Peyğəmbərin sağlığında sərt idi. Əbubəkr xəlifə olanda da Ömər bizə sərt davrandı. İndi isə işlər onun əlinə keçib, gör bir halı necə olacaq?!” Bəli, bunu deyən doğru deyir. Peyğəmbərlə (Ona Allahın xeyir-duası və salamı olsun!) birlikdə olduğum zaman onun köməkçisi və xidmətçisi idim. O isə heç kimdə olmadığı qədər həlim xasiyyət və rəhmli idi. Allahın da buyurduğu kimi: “Möminlərə şəfqətli və mərhəmətlidir”[1]. Onun əlində sıyrılmış qılınc kimi idim. Məni qınına qoyduğunda sakitləşir, əks halda isə (insanların üstünə) gedirdim. Bu hal Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) vəfat edənədək davam etdi. O isə məndən razı halda dünyadan köçdü. Bunun üçün Allaha çox şükür olsun! Mən buna görə çox xoşbəxtəm...

    Sonra Əbubəkr müsəlmanların başına keçdi. O da ki mülayimliyi və comərdliyini yaxşı bildiyiniz birisi idi. Onun da köməkçisi və xidmətçisi oldum. Sərtliyimi onun mülayimliyinə qatırdım. Əlində qınından çıxarılmış qılınc kimi idim. Məni qınına qoyduğunda sakitləşir, əks halda isə (insanların üstünə) gedirdim. Bu hal Qüdrətli və Böyük Allah onun canını alanadək davam etdi. Məndən razı halda vəfat etmişdi. Bunun üçün Allaha çox şükür olsun! Mən buna görə çox xoşbəxtəm...

    Sonra mən, ey insanlar, sizə başçı oldum. Bilin ki, həmin sərtlik birə-iki qat artmışdır. Amma zalım və azğınlara qarşı! Təhlükəsiz, dindar və hərəkətlərini bilən kəslərə gəlincə, onlara özlərindən daha çox mülayimlik göstərəcəyəm. İcazə vermərəm ki, kimsə kiməsə zülm və təcavüz etsin. Bunu edənin üzünü haqqa tabe olana qədər torpağa sürtərəm. Bu cür sərtlikdən sonra mən iffətli və ədalətli şəxslər üçün öz üzümü torpağa qoyaram...

    Boynumda bəzi haqlarınız vardır. Onları sizə xatırladıram ki, biləsiniz: Haqqınızdır ki, sizdən alınan vergilərdən, Allahın sizə əta etdiyi şeylərdən özümə nəyisə seçib götürməyim. Etsəm də, bunu Allah yolunda (xərcləmək üçün) edərəm. Haqqınızdır ki, əlimə (qənimət, vergilər...) keçərsə, ondan layiqli şəkildə istifadə olunsun. Haqqınızdır ki, Uca Allahın köməyi ilə yaşayışınızı yaxşılaşdırım, ruzinizi çoxaldım, ehtiyaclarınızı təmin edim. Haqqınızdır ki, sizi təhlükələrə almayım, sizi harasa göndərdiyim təqdirdə qayıdanadək ailələrinizə baxım...

    Allahdan qorxun! Nəfsinizə nəzarət edin ki, əlimdən qurtula biləsiniz. Yaxşılığa çağırıb pis işlərdən çəkindirməkdə mənə kömək edin, Allahın mənə yüklədiyi işlərinizi idarə etməyimdə mənə tövsiyələr verin!”

    Bu çıxış (xütbə) Ömərin ən mənalı, ən gözəl çıxışlarından biri deyildir. Amma məqamına görə o, bu böyük insanı hərəkətə keçirən, addımlarına istiqamət verən gizli təhrikləri işıqlandırıb gün üzünə çıxaracaq məzmuna malikdir...

    Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) sağlığında hər bir saxtakarlığa, batil və haqsızlığa qarşı qınından sıyrılmış qılınc idi Ömər. Allahın elçisi bu qılıncı əlində tuturdu...

    Əbubəkrin zamanında da bu qılınc Peyğəmbərin xəlifəsinin əlində sıyrılmış qılınc oldu... O bir əsgər idi, komandiri ilə bəzən razılaşmasa da, axır məqamda itaətkar və sözəbaxan olurdu...

    Bugün isə həm qılıncdır, həm də – onu tutan əl! Həm əsgərdir, həm də – komandir! Bu səbəbdən hər şeydə məsuliyyət daşıyırdı...

    O özünü insanlar, tarix və ya bu qəbil şeylər qarşısında məsul hesab etmirdi. O Açıq Haqq – Allah qarşısında məsul idi... Hər bir şeydən xəbər tutan Allah qarşısında!
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 433 | Tarix: 21.09.2017
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Noyabr 2012  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6310, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Serxan9598 (Serxan)
  • zehra1984 (zehra)
  • OmarOmar (Senan)
  • Mikrotiksi (Mikrotiksi)
  • ZAPLinYA (ZAPLinYA)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru