Cavab: Həmd Allaha məxsusdur. Nəhc
əl-Bələğə kitabı Əmirəl Möminin Əli ibn Əbu Talibə (Allah ondan razı
olsun) nisbət edilən kitablardan biridir. Lakin bu kitabda bir çox
şeylər var ki, özlərini islama mənsub edənlər bu barədə ixtilaf
etmişdirlər. Rəvayətlərin mənbəyini yoxlamaq üçün şəriətdə buyurulan
əmrə itaət edərək elm əhlinin əməl etdikləri böyük elmi qaydaya tabe
olaraq Əliyə Allah ondan razı olsun nisbət edilən məsələlərin
doğruluğunu yoxlamaq üçün bu məsələdə alimlərə və mütəxəssislərə
müraciət etməkdən başqa seçimimiz yoxdur. Çünki səhabələrdən rəvayət
olunanların şəriət məsələlərinə təsiri var, xüsusilə də bəzi insanların
onu tərifdə ifrata, bəzilərinin isə təfritə vardıqları Möminlərin Əmiri
Əli Allah ondan razı olsun kimi şəxsdən söhbət gedirsə bu daha qabarıq
nəzərə çarpır. Lakin Allah təala Əhli Sünnəni bu məsələdə orta yolu
tutmağa müvəffəq etmişdir.
Bu
kitab ilə bağlı elm əhlinin sözlərinə müraciət etsək və içindəkiləri
Əlidən Allah ondan razı olsun rəvayət olunan səhih isnadlar ilə
müqayisə etsək aydın olur ki, bu kitabda elə materiallar var ki, Əlidən
sabit olan məsələlər ilə ziddiyyət təşkil edir. Bu məqsədlə ağıl və elm
sahiblərinin bu barədə söylədiklərinə nəzər salaq:
İmam
əl-Zəhəbi Allah ondan razı olsun Əl-Murtada “Əli ibn Hüseyn ibn Musa
əl-Musavinin (Hicrətin 436-cı ilində vəfat etmişdir) tərcümeyi halında
demişdir: “Mən demişəm ki, o İmam Əliyə Allah ondan razı olsun nisbət
edilən Nəhc əl-Bələğə kitabının tərtibçisidir (toplayan). Lakin bu
kitabın içində olan rəvayətlərin heç bir isnadı (sənədi) yoxdur.
Bunlardan bəziləri batildir Doğru olan da var. Lakin orada bəzi uydurma
rəvayətlər var ki, imam onları dilinə gətirməkdən uzaqdır, heç vaxt
bunu söyləyə bilməz. Bununla yanaşı, məsələyə obyektiv şəkildə
yanaşacaq insaflı kəs haradadır? Deyilmişdir ki, bu kitab onun qardaşı
Şərif əl-Radiy tərəfindən tərtib edilmişdir. Bu kitabda Allah Rəsulunun
sallallahu aleyhi və səlləm səhabələrinə qarşı böhtanlar var. Heç bir
faydası olmayan elmdən Allaha pənah aparırıq. Siyar A`lam əl-Nubala 17/589
Şeyxul
İslam ibn Teymiyyə Allah ona rəhmət etsin demişdir: “Nəhc əl-Bələğə
sahibinin kitabında daxil etdiyi xütbələrin əksəriyyəti Əliyə qarşı
yalanlardır. Əli Allah ondan razı olsun bu cür sözləri dilinə
gətirməkdən çox uca və çox dəyərlidir. Lakin bu insanlar yalanlar
uydurdular və zənn etdilər ki, bu sözlər tərif, mədhdir, lakin onlar nə
doğru, nə də mədhdir. Hər kim Əli və yaxud hər hansı bir məxluqun
kəliməsinin hər hansı bəşər kəliməsindən uca olduğunu söylərsə xəta
etmişdir, çünki Peyğəmbərin sallallahu aleyhi və səlləm sözləri onun
sözlərindən üstündür və onların hər ikisi məxluqdur... Həmçinin, Əlinin
sözlərində rast gəlinən doğru mənalara digərlərinin də sözlərində rast
gəlmək mümkündür, lakin Nəhc əl-Bələğə sahibi və onun bənzərləri
insanların söylədiyi bir çox şeyləri götürüb Əlinin sözləri etdilər.
Orada Əlidən rəvayət olunan bəzi kəlimələr var. Bəzi doğru sözlər də
var ki, Əli onları söyləmiş olsaydı bunları söyləmək onun üçün münasib
olardı (yaraşardı), lakin faktiki olaraq bunlar başqalarının
sözləridir. Belə ki, Əl-Hafizin müəllifi olduğu “Kəlam əl-Bəyan vəl
Təbyin” və digər kitablarda Əlinin deyil,başqa insanların söylədiyi
sözlər var və Nəhc əl-Bələğənin sahibi bunları Əliyə nisbət etmişdir.
Nəhc əl-Bələğədə nəql olunan bu xütbələr həqiqətən də Əli tərəfindən
söylənilmiş olsa idi, bunlara bu kitab təsnif olunmamışdan əvvəl olan
digər kitablarda da rast gəlmək olardı və bunlar Əlidən isnadlarla və
digər şəkildə rəvayət olunardı. Rəvayətlərin təhqiqində dərin elmə
malik olan kəslərə məlumdur ki, bu xütbələrin çoxu-əslində
əksəriyyəti-bundan əvvəl məlum olmamışdır, ona görə də belə nəticəyə
gəlmək olar ki, onlar uydurmadır. Ona görə də, rəvayətçi onların hansı
kitablarda qeyd olunduğunu bildirməlidir, bunları Əlidən kim rəvayət
etmişdir və isnadları nədir. Əks halda istənilən bir kəs bir söz
söyləyə və bunun Əli tərəfindən deyildiyini iddia edə bilər (Bu cür
etməkdən, yəni boş iddia etməkdən heç kəs aciz deyil). Hədis əhlinin
(elm) sahəsindən məlumatı olanlar, isnadları ilə rəvayət və nəqlləri
bilənlər və səhihi qeyri-səhihdən (doğru olanı yalandan) ayırmağı
bacaranlar, bu cür şeyləri Əlidən rəvayət edənlərin rəvayətləri nəql
etməkdə və doğrunu yalan olandan fərqləndirməkdə insanların ən uzaq
olduqlarını bilmiş olarlar.
Mənhəc əl-Sünnə əl-Nəbəviyyə, 8/55
Bu
kitabda olan yalanları qeyd edən digər alimlər Xatib əl-Bağdadi,
Əl-Camili Əxlaq əl-Ravi va Ədəb əl-Səmi əsəri, 2.161; Əl-Qadi ibn
Kalkan; Əl-Səfədi və digərləridir. Bu kitabın əleyhinə söylənilənləri
aşağıdakı məqamlara görə ümumiləşdirmək olar:
1. Əli (Allah
ondan razı olsun) ilə bu kitabın müəllifi arasında yeddi rəvayətçi
nəsli var. O heç bir ad belə qeyd etməmişdir. Nəticə etibarilə, onun
sözlərini “isnadsız” qəbul edilə bilməz.
2. Bu rəvayətçilər qeyd olunsa belə, onları araşdırmaq və onların ədalətli olub-olmadıqlarını aşkar etmək vacibdir.
3. Bu xütbələrin əksəriyyətinin özündən əvvəlki kitablarda yazılmış olmaması həqiqəti dəlalət edir ki, bunlar uydurulmuşdur.
4.
Əl-Murtada-kitabının müəllifi-rəvayət əhlindən (ravilərdən) biri
olmamışdır, əksinə o dini bağlılığı və ədalətli olması mübahisə olunan
biri olmuşdur.
5. Səhabələrin öndə gedənləri, başçılarına
qarşı kitabda olan iftiralar bu kitabın yalan, batiil hesab edilməsi
üçün kifayət edir.
6. Kitabda olan təhqirlər və iftiralar
möminlərin sifətləri deyil, hələ qalmışdı ki, bunları Əli (Allah ondan
razı olsun) kimi imamlara, rəhbərlərə nisbət etmək.
7. Kitabda
ziddiyyətlər və yersiz ifadələr keçir. Bundan da yəqinliklə bilmək olar
ki, bu kitab bəlağət və dildə məşhur olan biri tərəfindən yazıla
bilməz.
8. Qeyd olunan bütün bu etirazlara baxmayaraq,
rafizilərin bu kitabı qəbul etməsi və bunun Quran kimi ən səhih
olduğuna əmin olmaları həqiqəti göstərir ki, onlar dini “məsələlərin
mənbələrini” sübuta yetirmək və dini işlərinin doğru olub-olmamasına
fikir vermirlər.
Yuxarıdakılara əsaslanaraq, aydın olur ki, bu
kitab Əliyə (Allah ondan razı olsun )nisbət edilə bilməz. Ona görə də,
nə olursa olsun şəriət məsələlərində bu kitabda olanların heç birini
dəlil olaraq istifadə edilməsinə ehtiyac yoxdur. Lakin, kim kitabın
içində olan bəlağətli kəlimələri mütaliə məqsədilə oxumaq istəyirsə
bunun hökmü digər Ərəb dili kitablarında olduğu kimidir. Bir şərtlə ki,
kitabın içindəkilər Əliyə (Allah ondan razı olsun) nisbət
edilməməlidir.
Bax: Kutub həddərə minhə əl-Ulamə, 2/250
Muhammad Saleh əlMunəccid DİNİFƏTVALAR
|