[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Страница 1 из 11
Forum » İslam » Müasir məsələlər » QADIN QIZIL TAXA BİLƏRMİ?, ƏLBƏNİYƏ CAVAB...
QADIN QIZIL TAXA BİLƏRMİ?, ƏLBƏNİYƏ CAVAB...
Muslimah_92Tarix: Çərşənbə, 25.07.2012, 04:49 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Toxunmaq istədiyim məsələlərdən biri Nasiruddin Əl Əlbəninin “Qadınların qızıl bəzək əşyaları taxmasının qadağan” olması haqda sözləridir. Bu sözün dəyəri nədir? Elm Əhli – Allahın rəhməti üzərlərinə olsun – bu mövzuda nə deyiblər?

Nasiruddin Əl Əlbəni “Ədəbuz Zifaf” adlı kitabinda – bu kitab dilimizə də çevrilib – belə deyir:

39 - تحريم خاتم الذهب ونحوه على النساء :
واعلم أن النساء يشتركن مع الرجال في تحريم خاتم الذهب عليهن ومثله السُوار والطَوْق من الذهب

"Qızıl üzük və bənzəri şeylərin qadınlara haram olması:
Bil ki, qızıl üzüyün haramlığı mövzusunda qadınlar kişilərlə müştərəkdir. Qızıl bilərzik və boyunbağıda bunun kimidir."

Nasiruddin Əl Əlbəni: Ədəbuz Zifaf: 150

 
Muslimah_92Tarix: Çərşənbə, 25.07.2012, 04:49 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Alləmə Muhyiddin Ən Nəvəvi (631-676 h/1233-1277 m) Muslimin Səhihini şərh edərkən belə dedi:

أجمع المسلمون على إباحة خاتم الذهب للنساء وأجمعوا على تحريمه على الرجال إلا ما حكي عن أبي بكر بن عمر بن محمد بن حزم أنه أباحه , وعن بعض أنه مكروه لا حرام , وهذان النقلان باطلان وقائلهما محجوج بهذه الأحاديث التي ذكرها مسلم مع إجماع من قبله على تحريمه مع قوله صلى الله عليه وسلم في الذهب والحرير : إِنَّ هَذَيْنِ حَرَامٌ عَلَى ذُكُورِ أُمَّتِي ، حِلٌّ لإِنَاثِهِمْ

“Müsəlmanlar, qadınlara qızıl üzüyün mübah olduğunda, kişilərə isə haram olduğunda icma etmişlər. Lakin, Əbu Bəkr bin Ömər bin Muhəmməd bin Hazmdan kişilər üçün də qızılı mübah görməsi rəvayət edilmişdir. Bəzilərindən isə bunun haram deyil məkruh olduğu nəql edilmişdir.
Bu iki nəql batildir və bu iki görüşün sahibinə özündən əvvəlkilərin bu işin haram olması üzərində icmasıyla bərabər Muslimin zikr etdiyi hədislər və Nəbinin – sallallahu aleyhi və səlləm - qızıl və ipək haqda bu sözlərilə dəlil gətirilər: “Bu ikisi Ümmətimin kişilərinə haram, onların qadınlarına isə halaldır.”.”

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Sahihu Muslim bi Şərhin Nəvəvi: 14/65
Misir: 1347/1929
 
Forum » İslam » Müasir məsələlər » QADIN QIZIL TAXA BİLƏRMİ?, ƏLBƏNİYƏ CAVAB...
Страница 1 из 11
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru