[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Страница 1 из 11
Forum » İslam » Müasir məsələlər » YENİ DÜNYA DÜZƏNİ, FAKTLAR VƏ BİZİM REAKSİYAMIZ (BİSMİLLAH)
YENİ DÜNYA DÜZƏNİ, FAKTLAR VƏ BİZİM REAKSİYAMIZ
Muslimah_92Tarix: Bazar, 17.06.2012, 00:46 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Aləmlərin Rəbbi Allah Azzə və Cəllə yaratdığı mömin qullara, yer üzərində xəlifə olmağı, Onun Dinini Hakim etmək vəzifəsini vermişdir. Lakin bu mömin qulların mütləq əksəriyyəti, faydasız və puç işlərlə məşğul olduqları üçün, bu vəzifəni yerinə yetirmir və ya yetirə bilmirlər. Buna dəlil isə, əsrlərdir müsəlmanların kütləvi qırğını, mənəvi və fiziki məhv edilməsi, əzilməsini göstərmək olar. Belə ki, tarixə nəzər salan hər bir şəxs belə bir qanunauyğunluğu sezmiş olar – dünya hər zaman müəyyən qüvvə tərəfindən idarə olunur, və bu qüvvələr yalnız qarşı tərəfin daha güclü olduğu zaman devrilib. Tarix boyu qurulan və bir-birini davam etdirən imperiyalar, xilafət və müasir Dünya Düzəni buna bariz sübutdur.
Rəşidi xəlifələrdən sonra İslam dövlətinin başına keçən, və səltənət sistemini İslama gətirən, müsəlmanlara zalım, facir və sapıq idarəçiləri ümmətə musallat edən insanlardan qiyabi istifadə edən Küfrün bayraqdarları, yer üzərində Müsəlmanların İzzət və Şərəfini tapdalamaq, onun müqəddəs kitabını işləvsiz hala salmaq üçün hərəkata keçdilər. Nəhayət istədikləri məqam yetişəndə, içdən sındırılmış son İslam Dövləti təmsilçisi Osmanlı xilafətini devirib, ərazisini parçalayıb, ümməti başsız qoydular. Və şeytanın qulları, bu hadisədən sonra daha sərbəst şəkildə Iblisin hakimiyyətini qurma vəzifəsini həyata keçirmiş oldular.

Beləliklə bu mövzuda aşağıdakı suallara cavab tapmağa çalışacağıq:
Dövrümüzdə dünyanı idarə edən, ona yön verən qüvvələr kimlərdir?
Bu qüvvələrin təsir mexanizmləri nələrdir?
Hədəfi olmayan müsəlmanlardan fərqli olaraq, onların hədəfləri nədir?
Müsəlman olaraq biz özümüzü və ailəmizi, cəmiyyətimizi bu qüvvələrdən necə qoruya bilərik?
Bu qüvvələrə qarşı əks-mübarizəmiz nədən ibarət olmalıdır?
 
Muslimah_92Tarix: Bazar, 17.06.2012, 00:46 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Mövzu ilə əlaqədar İnternetdə dolaşan bəzi materiaların adını vermək istəyirəm.
Gelenler (The Arrivals)
Esoteric agenda
Американская шоу (American show)
История любви: Капитализм (A love history: Capitalism)
Путь к войне
 
FurkanvakfiazerbaycanTarix: Çərşənbə, 13.11.2013, 14:31 | Yazı # 3
Qrup: İstifadəçi
Yazı: 1
Reputasiya: 0
Status: Saytda deyil
ORTA ŞӘRQ HӘQİQӘTİ VӘ ÜMMӘTİMİZİN DOĞUM SANCISI -1 (Türk dilindən tərcümə)

Müəllif:Alparslan Kuytul Hocaəfəndi

https://www.facebook.com/orxan.rasulov.50
http://www.furkanvakfi.net/videolar/soru-cevaplar-bolumu.html

Həmd və şükür - bizi ümmət edən, göndərdiyi kitabıyla güclü bir ümmət olmağın yolunu göstərən, buna baxmayaraq xətalar edib ümmət olaraq çökdüyümüzdə bizi yenidən oyandıran Allaha, səlatu salam - hidayətimiz üçün gecə-gündüz mücadilə edən və qısa zamanda dünya dövlətinin əsaslarını qoyan Hz. Muhəmməd Sallallahu Aleyhi və Səlləmə, salam isə ümmətin halını özünə dərd edən və yenidən diriltmək üçün səy göstərən bütün qardaşlarıma olsun.
Dəyərli qardaşlarım, bir ilə yaxındır ki, ümmətimizin çökməsi və çökmə səbəbləri ilə bağlı fikirlərimi sizlərlə paylaşırdım. Ancaq Misirdə xalqın səs verməsi ilə hakimiyyətə gələn "İxvani-Müslimin"ə
(Müselman Qardaşlar təşkilatına)qarşı edilən çevriliş və ardıyla təxminən 5000 Müsəlmanın alçaqca şəhid edilməsiylə davam edən müddət və Suriyada Bəşər Əsədin iki ildir davam edən zülmü və 100-150 min Müsəlmanın şəhid edilməsi və sonda kimyəvi silahlarla edilən qorxunc qətliamda 1300-ə qədər məsum insanların vəhşicəsinə şəhid edilməsi jurnalın bu sayında Orta Şərq üzərində durmağı zəruri etdi. Ümmətimizin çökmə səbəblərinə qismət olarsa gələcəkdə də davam edəcəyəm.
Birinci dünya müharibəsindən əvvəl və sonra İslam torpaqlarını haqsız və qeyri-qanuni olaraq işğal edən Qərb qüvvələri, müharibədən sonra Orta Şərqin xəritəsini yenidən çəkdilər. Bunu edərkən bütün dövlətlərdə daxili qarışıqlıqlar, separatçı və irqçi hərəkatlar meydana gəlsin deyə bir irqdən gələn insanları üç-dörd dövlətə paylaşdırdılar. Kürd xalqının Türkiyə, Suriya, İraq və İrana paylanması kimi. Bundan başqa, əslində tarix boyu mövcud olmayan bəzi süni dövlətlər quraraq daha da parçaladılar. Bütün bunlarla yanaşı, xəritələri, Orta Şərq dövlətləri arasında daimi olaraq sərhəd problemləri olacaq şəkildə çəkdilər.
Bütün bunlar bəs deyilmiş kimi, bunlardan daha çox önəmli və zərərli olan bir şey də etdilər. Orta Şərqin hər yerində diktator sistemlər və rejimlər qurdular. Hər tərəfdə diktator bir kral və ya diktator tapıb onu dəstəklədilər. Qərbə heyranlıq duyan və zalım olan kadrlar hazırlanmasını təmin etdilər və ölkəni o kadrlara təslim etdilər. İndi diktatorluğa və diktatorlara qarşıylarmış və Orta Şərqdə demokratiya istəyirlərmiş kimi danışdıqlarına baxmayın. Yalançı olduqlarına, 90 ildir bu diktatorları dəstəkləmələri sübutdur.Səudiyyə Ərəbistanı, İordaniya və Qətər kimi krallıqlar başda olmaqla, Orta Şərqin kral və diktatorlarının demək olar ki, hamısı ilə münasibətləri ən yüksək səviyyədədir. Səddam və Qəddafi kimi bəzi diktatorlarla aralarının dəyməsi isə müəyyən siyasi səbəblər, bəzi məsələlərdə Amerikaya tabe olmamaları və bu diktatorların sonradan Amerikadan çox Rusiyaya yaxınlaşmaları ilə əlaqədardır. Diktator olmaları ilə əlaqəsi yoxdur. Diktator olduqları üçün olsaydı digər diktatorlarla da münasibətləri pis olmalı deyildimi? Həmçinin, daha əvvəl Səddamı dəstəkləyən və zor gücünə İraqda hakimiyyətə gətirən yenə də Amerika deyildimi? Devirdikləri Səddam və Qəddafinin yerinə gələnlər nə qədər demokratdırlar və buralara həqiqətdə demokratiyanı gətirdilərmi?
Bunları demokratiyanın tərəfdarı olduğumuz üçün deyil, Qərbin iç üzünü ortaya çıxarmaq üçün söyləyirik. Yoxsa ki, bir Müsəlman olaraq demokratiyaya tərəfdar ola bilmərik. Çünki:
1 - Demokratiyada Allahın dediyi deyil, insanların dediyi olur. Halbuki, Allahın dünyasında Allahın dediyi olmalıdır və bu, Onun haqqıdır. Çünki O, hər şeyin sahibi, insanların yaradıcısı, ruzi verəni, kainatı idarə edən və ən yaxşı biləndir. Ondan daha çox haqq sahibi olan və Ondan daha yaxşı bilən varmı? Qullarının yaxşılığını Ondan daha çox istəyən ola bilərmi? Bir Müsəlman "Allahın dediyi yox, xalqın dediyi olsun" deyə bilərmi ki demokratiyanı da müdafiə edə bilsin?
2 - Demokratiyada Allahın hökmlərinə, qadağalarına və fərzlərinə önəm verilmir. Quranın haram etdiyi sərbəst buraxılarkən, yeri gəldikdə Quranın fərz etdikləri qadağan olunur. Demokratik ölkələrdə içki, qumar, faiz, zina, çılpaqlıq, homoseksuallıq və abort kimi bütün haramlar sərbəst və geniş yayılmış deyilmi? Bir Müsəlman haramların sərbəst olmasını müdafiə edə bilərmi ki, demokratiyanı da müdafiə edə bilsin?
3 - Demokratiyanın azadlıq şüarlarına gəlincə; o sadəcə bir yalandır. Yuxarıda qeyd etdiyim kimi demokratik deyilən ölkələr, Orta Şərqdə diktatorluq və krallıqlar meydana gətirmiş, bir əsrə yaxındır ki, onları dəstəkləmiş və Orta Şərq ölkələrində tez-tez çevrilişlər törətmişlər. Türkiyədə edilən bütün çevrilişləri və ən son Misirdə edilən qeyri-qanuni çevrilişi də açıqca dəstəkləmiş və çevrilişə "çevriliş" belə deməyiblər. Fərz edək ki, bizdə və Orta Şərq ölkələrində demokratiya yoxdur. Bəs Qərb ölkələrində necə? Onlarda da yoxdur? Deməli, demokratiya, çevrilişləri qəbul edən və həzm edə bilən bir nizamdır. O halda xalqın hakimiyyəti və xalqın iradəsinə hörmət bir yalandan ibarətdir.

Demokratiyada böyük güclər medianı, media isə xalqı yönləndirir və sonra xalq səsverməyə dəvət edilir. Kütlələr səs verərkən azad iradələri ilə səs verdiklərini zənn etsələr də həqiqət belə deyildir,əslində onlar yönləndiriliblər. Media dalğasına və bütün növ yönləndirilmələrə aldanmayan, şüur səviyyəsi yüksək olan bir qrup insan istisna olmaqla qalan bütün geniş kütlələr üçün bu belədir. Medianı və bütün güc orqanlarını yönləndirən bu dərin dövlət və ya real qüvvələr, öz planlarını həyata keçirir, strategiyalarını müəyyənləşdirir və istədiklərini hakimiyyətə gətirirlər.

Demokratik sistemlərdə hökumətlər ölkənin hambalı və ya yumşaq ifadəylə desək, müdiri vəziyyətindədirlər. Əsla ağa (həqiqi iqtidar, mütləq hakim) deyildirlər. Ağa olanlar o dərin dövlət və gerçək güclərdir. Hökumətlər onların dediyini edər və hamballığa razı olarlarsa problem yoxdur. Amma səhvliklə"xalq bizə səs verdi, o halda güclüyük və sistemdə bəzi şeyləri dəyişdirə bilərik" kimi düşüncələrə qapılıb özlərini iqtidar kimi görməyə başlayarlarsa o zaman gerçək güclər öz qüvvələrini göstərəcək və ölkədə həqiqi iqtidarın xalq və xalqın seçdiyi hökumət deyil, əslində özlərinin olduğunu isbatlayacaq və hər hansısa bir yolla çevriliş edəcəklər. O zaman hökumət rəsmiləri də özlərinə gerçək gücün verilməmiş olduğunu və sadəcə hamballıq ilə vəzifələndirilmiş olduqlarını acı bir həqiqət olaraq anlayacaqlar.
O halda demokratiyanı müdafiə etməklə azadlıq mühiti əldə edəcəklərini və bundan istifadə edəcəklərini zənn edən Müsəlmanlar, gerçək olmadığı dəfələrlə sınaqdan keçirilmiş və görülmüş bir şeyi bir daha sınamış olmaqdadırlar. Yapon atalar sözündə "Sınanmışı sınamaq axmaqlıqdır" deyilir. Bir halda ki, Osmanlını "bərabərlik, qanunilik və azadlıq kimi bəzəkli sözlərlə yıxdılar, o halda biz də demokratiya və azadlıq deyərək davamıza xidmət edək, onların səltənətini bitirək" deyənlər, ya da belə düşünənlər bilməlidirlər ki, onlar bizi o yalanlara inandırmışdılar. Ona görə də müvəffəqiyyət qazandılar. Amma indi siz onları demokratiyaya inandıra bilərmisiniz ki, bu bəzəkli kəlmə ilə hədəfə çata biləsiniz? Bax, anlaya bilmədiyimiz budur. Demokratiyaya bizdən bir çoxları inanmış olsa belə, pərdə arxasındakı gerçək güclər əsla inanmadılar və inanmayacaqlar. Onlar "Xalq bizi istəmirsə, istədiyi yerə gedə bilər" düşüncəsi içərisindədirlər.
Bu və buna bənzər səbəblərdən dolayı Müsəlmanlar demokratiya tərəfdarı ola bilməzlər, amma cəsarətli danışaraq məmləkətlərində azadlıq mühitini təmin etməlidirlər. Eyni zamanda, Qərb qüvvələri tərəfindən "utanma bəlası"olan bəzi azadlıqlar verilərsə ondan da istifadə etməlidirlər. İstifadə etmələri demokratiyanı müdafiə etmələrini zəruri etməz.
Yuxarıda sadalanan səbəbləri xatırlayarsaq, demokratiyanı müdafiə etməyin bir Müsəlman üçün doğru ola bilməyəcəyi aydın olacaqdır. Demokratiyanı müdafiə edən bir Müsəlmana "Siz İslam Mədəniyyətində hər şeyə icazə verəcəksinizmi? Haramları etməmizə qarışmayacaqsınızmı?" deyildiyində nə cavab verəcəklər? "İslam Mədəniyyətində istədiyiniz kimi yaşaya bilər və istədiyiniz haramları edə bilərsiniz" deyə bilməyəcəklərinə görə, demokratiyanı müdafiə edərək ziddiyyətlərə düşməməli və çıxılmaz yollara girilməməlidir. Demokratiya deyərək deyil, "Lə İləhə İlləllah" deyərək insanları İslam Mədəniyyətinə dəvət etməklə mücadilə edilməlidir.

Orta Şərqdə diktatorluqlar və krallıqlar meydana gətirən Qərb dövlətləri bunu aşağıdakı səbəblərdən dolayı etmək məcburiyyətində idilər:
1 - Arxasında xalqın dəstəyi olan və həqiqi güclü iqtidarlar, dünyaya ağalıq edən dövlətlərə bəzi məsələlərdə tabe olmaya bilər və öz bildiyini edə bilər. Amma diktatorlara gəlincə, həqiqətdə xalq dəstəyindən məhrum və xalq tərəfindən sevilməyən kimsələr olduqlarından, daim, onları iqtidara gətirən güclərə söykənmək və onlara itaət etmək məcburiyyətindədirlər. Diktatorlar, öz xalqlarına qarşı qəddarlıqla hər zülmü edəcək cəsarəti göstərsələr də Qərb qüvvələri qarşısında ikiqat bükülmüş aciz varlıqlardır. Ona görə də Qərb qüvvələri tərəfindən dəstəklənirlər.
2 - Orta Şərqdə krallıqlar quranların bunu etmələrinin səbəblərindən biri də bu ölkələrin geri qalmasını təmin etməkdir. Çünki diktatorluğun olduğu yerdə tənbəllik olur. Özünü azad hiss etməyən və bir işə başladığı zaman dövlətini yanında deyil, qarşısında görən və daima qorxu içərisində olan insanlar cəsarətli ola bilməzlər. Azadlığın olmadığı yerdə inkişaf olmaz, olsa da az olar və qısa sürər.
Bu gün Orta Şərqin geri qalmasında, xalqlarına daim təzyiq göstərən, zülm edən, zorla qəbul etdirən, geniş kütlələri kölə ruhlu hala gətirən, onların şəxsiyyətini və təşəbbüs ruhlarını öldürən, onlara hədəf göstərməyən, hətta hədəf göstərənlərdən belə narahat olan bu diktatorlar və onları başa gətirən qərblilər məsuliyyət daşıyırlar. Bu ölkələrin geri qalmalarına görə bu ölkələrin idarəçiləri məsul olmayacaqlarsa bəs kim məsul olacaq? Müsəlman xalqlar bu zalımlara səssiz qaldıqları, onlara səs verdikləri və məmləkətlərində İslamı hakim qılmaq üçün çalışmadıqları üçün əlbəttə ki, onlar da məsuliyyət daşıyırlar, amma Orta Şərqin geri qalmasından nə İslam, nə də İslamçılar birbaşa məsul ola bilməzlər. Çünki, bu ölkələr yüz ildir nə İslama görə, nə də İslamçılar tərəfindən idarə edilmirlər.
Mövzuya davam etmək diləyi ilə Allaha əmanət olun.
 
Forum » İslam » Müasir məsələlər » YENİ DÜNYA DÜZƏNİ, FAKTLAR VƏ BİZİM REAKSİYAMIZ (BİSMİLLAH)
Страница 1 из 11
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru