[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Страница 1 из 11
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » QÜSURLARIMIZI NECƏ ÖYRƏNƏK?, HANSI METODLARLA? (BİSMİLLAH)
QÜSURLARIMIZI NECƏ ÖYRƏNƏK?, HANSI METODLARLA?
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 20:37 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Qüsur və günahlarımız Axirətdə əzaba düçar olmağımızın səbəbidir. Uca Allaha haqqıyla ibadət etmək və Axirət əzabından qurtulub səadətinə nail olmaq üçün bu qüsurlardan qurtulmalıyıq.
Qüsurlardan qurtulma prosesinin birinci mərhələsi onların təsbitidir. Çünki, təsbit edilməyən xəstəliklər müalicə edilə bilməz.
Bəs bu təsbit hansı metodlarla həyata keçirilməlidir?
Nəfs tərbiyəsi mövzusunda geniş elm sahibi olan İmam Əbu Həmid Əl Ğazali "Əl İhyə" adlı əsərində nəfsin qüsurlarını öyrənmək üçün dörd yol göstərir. Onları qısa şəkildə oxucularımızla paylaşmaq istərdik:

1. Mürşidə bağlanmaq. Mürşid, irşad edən və yol göstərəndir. Bununla qəsd edilən elmlərdə, xüsusilə nəfs tərbiyəsi elmində üstün mərtəbə əldə etmiş kimsələrə tabe olmaqdır. Beləcə onlar insana həm qüsurlarını, həm də müalicə yollarını öyrədərlər. Bu ən effektiv yollardan olsada İmam Ğazali, artıq belə kimsələrin qalmadığını ifadə edir. Onun zamanında belə "qəlb həkimləri" artıq qalmamışdısa, bizim zamanımızda olması ehtimalı çox uzaqdır. Sözdə bu işlə məşğul olan "mürşidlərin" lüks, israf, dünya sevgisi içində boğulduğu və özlərinin ciddi müalicəyə ehtiyacı olduğu bir həqiqətdir.

2. Dost və yaxınlardan qüsurlarımızı söyləmələrini istəmək. Bu da effektiv olma etibarilə ikinci metoddur. Ünsiyyətdə olduğumuz insanlardan, bizdə gördükləri mənfi əxlaq örnəklərini və qüsurlarımızı bizə bildirmələrini rica edib, bu yolla qüsurlarımızı öyrənmiş olarıq. Bu metod xüsusilə daha çox ünsiyyətdə olduğumuz kimsələrlə əlaqəli istifadə edilməlidir. Çünki, ünsiyyət artdıqca daha çox qüsurlarımız ortaya çıxır. Bu insanların öz ailəmiz, dostlarımız olması mümkündür. Bu metodda bir xüsusa diqqət etmək lazımdır: bizə qüsurlarımızı söylədikləri zaman onlara düşmən kimi baxıb mənfi münasibət bəsləməyək, əksinə bizə xəstəliyimizi söyləyərək bir mənada qurtuluşumuza vəsilə olan həkim kimi baxaq.

3. Düşmənlərimizin bizim haqqımızda dediklərini dəyərləndirmək. Sevgi insana sevdiyinin qüsurlarını görməyə və söyləməyə mane olduğu kimi, nifrət də insana düşmənin qüsurlarını tez aşkarlamağa və söyləməyə kömək edir. Bu təbii axarı dəyişə bilməsəkdə onu dəyərləndirə bilərik. Düşmənlərimizin haqqımızda dedikləri nöqtələrdə nəfsimizi bir daha ciddi müayinədən keçirər, qüsurlarımızı tapar və bu yolla düşmənimizdən belə fayda əldə edərik.

4. İnsanlarda gördüyümüz qüsurların özümüzdə də olub olmadığına baxmaq. Bir sözlə "ədəbi gözü çıxmış qardaşımızdan öyrənmək".

Allahın iznilə mən də bu metodlara bir metod əlavə edərək sayını beşə çıxarmaq istəyirəm. Əslində təklif etdiyim metod İmam Ğazalinin saydığı metodların demək olar ki, hamısını əhatə edən universal bir yoldur.
Acizanə təklif etdiyim yol, insanın bir siyahı tərtib edib mütəmadi olaraq o siyahıya görə özünü müxtəlif yönlərdən yoxlamasıdır.
Bu siyahının bir neçə qaynağı ola bilər.

1. Quran və Sünnətdə möminlərin əxlaqı olaraq zikr edilən şeylər və münafiqlərin əlamətləri.
2. İnsanın əql vasitəsilə anladığı insani əxlaq normaları.
3. İmam Ğazalinin təklif etdiyi metodlarla əldə edilən bilgilər.

Bir sözlə bu metod, istifadə edilə biləcək bütün informasiya qaynaqlarını tək koordinasiya mərkəzində cəmləyib, gələn məlumatları analiz edərək tələb ediləni həyata keçirmək, yəni qüsurları düzəltməkdən ibarətdir.
Təklif etdiyim metodun üstünlüklərindən biridə sadəcə zahiri qüsurları deyil, Allahdan başqa kimsənin bilmədiyi riya, həsəd kimi batini şeyləridə təsbitə imkan verməsidir. Bu metod insanın həkimə gedib ümumi müayinədən keçməsinə bənzəyir. Buna nə qədər də ehtiyacımız var...
Ancaq İmamın təklif etdiyi yolların da üstünlüklərindən biri, bizim metoda nisbətdə daha praktik və sadə şəkildə həyata keçirilə bilməsidir. Ən gözəl olan bu metodların hamısından imkan nisbətində istifadə etməkdir.
Rəbbim bizləri qüsurlarını idrak edib, onları düzəldənlərdən etsin.
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » QÜSURLARIMIZI NECƏ ÖYRƏNƏK?, HANSI METODLARLA? (BİSMİLLAH)
Страница 1 из 11
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru