[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Страница 2 из 5«12345»
Forum » İslam » Hədis » HƏDİSLƏR (HƏDİSLƏR)
HƏDİSLƏR
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:12 | Yazı # 21
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Allaha qovuşmaq
Ubadə ibn Samit (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kim Allah Təalaya qovuşub onu görməyi sevərsə Allah Təala da ona qovuşub onu görməyi istəyər. Hər kim də Allah Təalaya qovuşmaqdan xoşlanmazsa, Allah Təala da ona qovuşmağı istəməz.” (Səhihi-Buxari, Riqəq Kitabı, c. VII, səh. 191; Səhihi-Müslim, Zikr və Dua Kitabı, Hədis: 2683).



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:13 | Yazı # 22
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Təmizlik İmanın yarısıdır
Əbu Malik əl-Əşəri (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Təmizlik imanın yarısıdır. “Əlhəmdülillah” mizanı doldurar. “Sübhənallahi vəl-həmdü lillah” göylərlə yer arasını doldurarlar. Namaz bir nurdur. Sədəqə bir burhandır. Səbr bir işıqdır. Quran sənin lehinə və ya əleyhinə olan bir hüccətdir.” (Səhihi-Müslim, Kitabut-Taharə, Hədis № 1)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:15 | Yazı # 23
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Rəhmət peyğəmbəri
Əbu Hureyrə radıyallahu anh rəvayət edir;
Allah Rəsulu sallallahu aleyhi və səlləmə dedilər ki:
"Müşriklərə qarğış et və onları lənətlə!"
Cavab olaraq belə buyurdu:
"Mən, rəhmət olaraq göndərildim, lənətləyici olaraq deyil."

Hədis Şərif (Müslim)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:18 | Yazı # 24
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Sonumuz ya cənnətdər ya da cəhənnəm
Əli - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən heç bir kimsə və yaradılmışlardan heç bir nəfs müstəsna olmaq üzərə şübhəsiz ki, Cənnətdəki və Cəhənnəmdəki yerini Allah yazmış (təqdir və təyin) etmişdir. Hər kəsin xoşbəxt və ya bədbəxt olduğu şübhəsiz ki, yazılmış-dır». Səhabələrdən biri: «Ya Rəsulallah! O, halda nə üçün əməl edib çalışırıq? Hər şey bilindiyi halda (əməlin faydası nədir?) dedi. Peyğəmbər: «Xoşbəxt olanlardan olan kimsə, xoşbəxt kimsələrin əməli ilə əməl edəcəkdir. Bədbəxt olanlar da, bədbəxt olan kimsələrin əməli ilə əməl edəcəkdir. Xeyr, siz o bilinmiş olan yazıya görə dayanmayın, əməl edib çalışın. Çünki hər kəs nə üçün yaradılıbsa o da onun üçün asantlaşdırıla-caqdır. Xoşbəxt olan kimsələrə, xoşbəxt kimsələrin əməllərini etmək asantlaşdırılacaqdır. Bədbəxt olan kimsələrə də, bədbəxt olan kimsələrin əməlini etmək asantlaşdırılacaqdır». Sonra bu ayəni oxudu: «Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa və ən gözəl sözü təsdiq etsə biz ona Cənnəti müyəssər edəcəyik. Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa və ən gözəl sözü yalan saysa biz onu Cəhənnəm üçün hazırlayacağıq» (əl-Leyl 5-10) .

K.Hüseyn "Qəza və qədər"kitabı (hədis: Buxari ve Muslim)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:20 | Yazı # 25
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Insanı həlak edən bu yeddi şeydən çəkinin:
"Allaha şərik qoşmaq, sehr, Allahın haram qıldığı cana qıymaq, faiz yemək, yetim malı yemək, döyüşdən qaçmaq, günahsız və namuslu mömin qadınlara iftira etmək." [Muslim, Iman, 144]



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:20 | Yazı # 26
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Namazı unudan barədə
Zeyd ibn Әrqam (r.a) rәvayәt edir ki, «Biz İslamın әvvәlindә namaz әsnasında danışardıq. Bu hal ayә («әl-Bәqәrә» surәsi, 238) nazil olana qәdәr davam etdi. (Bu ayәdә Uca Allah buyurur): "Namazlara, xüsusilә dә orta namaza (әsr namazı) riayәt edin vә Allaha itaәt etmәk üçün ayağa qalxın vә sükutla namaz qılın!". Belәliklә, sükutla namaz qılmaq vә namaz әsnasında danışmamaq bizә әmr olundu» (әl-Buxari, 4534; Müslim, 1203).

Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (sallallahu aleyhi va səlləm): "Namazını unudan onu yadına saldığı zaman qılsın! Unutduğu namazın cәrimәsi belәdir" – deyib bu ayәni oxudu: "Mәni yad etmәk üçün namaz qıl!"(Ta ha surәsi, 14)» (әl-Buxari, 597).
Başqa rәvayәtdә: «Namazı unudanın vә ya yatıb qalanın (namaz) cәrimәsi, yadına düşdüyü zaman onu qılmasıdır» (Müslim, 1558).

Әbu Qәtadә әl-Әnsari (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (sallallahu aleyhi va səlləm)
Ümamәni (Zeynәbin qızı) qucağında tutaraq namaz qıldı» (әl-Buxari, 516; Müslim, 1212).



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:21 | Yazı # 27
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Nəsihətlər
Əbu Məsud Uqbə(r.a) rəvayət edir ki, Peyğəmbər(sallallahu aleyhi va səlləm)dedi: “İlk peyğəmbərlik kəlamından insanların yadında qalan (zamanımıza qədər gəlib çatan) söz: “Utanmırsansa, istədiyini et” (sözüdür). (Buxari)

İmran ibn Huseyn (r.a) rəvayət edir ki, Peyğəmbər(sallallahu aleyhi va səlləm)dedi: “Həya (insana) ancaq xeyir gətirir”. Buşeyr ibn Kə'b dedi: “Hikmətli sözlərdə (məndəki vərəqdə) belə yazılıb: “Vüqarlı olmaq həyadandır, sakitləşmək həyadandır”. İmran (r.a) ona dedi: “Mən sənə Peyğəmbərdən(sallallahu aleyhi va səlləm) hədis danışıram, sən də mənə vərəqdən danışırsan”. (Buxari)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər(sallallahu aleyhi va səlləm) dedi:
“Zənnə qapılmaqdan çəkinin! Çünki zənn ən yalan söhbətdir. Cəsusluq etməyin, bir-birinizlə rəqabət aparmayın, bir-birinizə arxa çevirməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin. Ey Allahın qulları, qardaş olun!”(Buxari)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:22 | Yazı # 28
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Dəccalın Fitnəsi)
Rəvayət edilir ki, Nəvvas ibn Səman  demişdir: «Bir gün Allah Elçisi  Dəccal haqqında danışırdı. Onun haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışdı ki, biz onun xurmalıqlarda olduğunu güman etdik. (Təkrarən) onun yanına gəldiyimiz zaman o, bizim halımızı görüb soruşdu: «Sizə nə olub?» Biz dedik: «Ey Allahın Elçisi! Bu gün səhər sən Dəccal haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışdın ki, biz onun xurmalıqlarda olduğunu güman etdik». O dedi: «Sizə görə Dəccaldan başqa şeylərdən daha çox qorxuram. Əgər o, mən sizin aranızda ikən çıxarsa, mən sizə görə onunla mücadilə edəcəm. Yox əgər mən aranızda yox ikən çıxarsa, onda hər kəs özü (onunla) mücadilə etməlidir. Allah da hər bir müsəlman üçün məni əvəz edəcək. Həqiqətən o, qıvrım saçlı, bir gözü əyri, Abduluzza ibn Qatana bənzəyən bir gəncdir. Sizdən kim onu görərsə, Kəhf surəsinin əvvəl ayələrini ona qarşı oxusun. Həqiqətən o, Şamla İraqın arasında olan bir yolda peyda olacaq və sağa-sola (hər yana) fitnə-fəsad yayacaq. Ey Allahın qulları, (dininizdə) sabit olun!» Biz soruşduq: «Ey Allahın Elçisi! O, yer üzərində nə qədər müddət qalacaqır?» O dedi: «Qırx gün (qalacaq, onlardan) bir günü il, bir günü ay, bir günü cümə (bir həftə) kimi, digər günləri isə, sizin günləriniz kimi olacaqdır». Biz soruşduq: «Ey Allahın Elçisi! İl kimi olan o gündə bizə bir günün namazını qılmaq kifayət edərmi?» O dedi: «Xeyr, (özünüz) onun üçün vaxt təyin edin!» Biz soruşduq: «Ey Allahın Elçisi! Onun yer üzərində sürətlə hərəkət etməsi necə olacaq?» O dedi: «Küləyin qovduğu yağış buludlarının (sürəti) kimi. O, bir qövmün yanına gəlib onları çağıracaq, onlar da ona iman gətirəcək və ona boyun əyəcəklər. O zaman o göyə əmr edəcək və (göy dərhal) yağış yağdıracaq, yer də onun əmri ilə bitkilər bitirəcəkdir. (O qövmün) otlağa çıxmış heyvanları axşam otlaqdan hörgücləri heç vaxt olmadığı kimi hündür, məmələri südlə dolu və böyürləri uzadılmış vəziyyətdə geri qayıdacaqlar. Sonra o, (digər) bir qövmün yanına gəlib onları da çağıracaq. (Lakin həmin qövm) onun sözünü rədd edəcəkdir. O, (qövmdən) üz çevirib getdikdən sonra onları quraqlıq basacaq, əllərində olan bütün mal-dövlətləri tələf olacaqdır. O bir xarabalığın yanından keçəndə ona: «Öz xəzinələrini üzə çıxart!» - deyəcək və (bal arılarının) başçı arının ardınca düşdükləri kimi oranın xəzinələri də onun ardınca düşəcəklər. Sonra o, gəncliyinin bahar çağında olan bir cavan oğlanı çağıracaq və onu qılıncla vurub iki hissəyə böləcəkdir. Onun bədəninin hissələri oxun hədəfə çatdığı məsafə qədər bir-birindən ayrılacaqlar. Sonra o, (cavan oğlanı) çağıracaq, o da (həmin anda dirilib) üzü gülərək onun yanına gələcəkdir. Elə o, vaxt Allah Məryəm oğlu Məsihi göndərəcəkdir. O, iki sarı paltara bürünmüş və əllərini iki mələyin qanadlarına qoyaraq Dəməşqin şərqindəki ağ minarəyə enəcəkdir. O, başını aşağı saldıqda (saçından) su damcıları, (başını) qaldırdıqda isə, inci tək mirvarilər düşəcəkdir. Onun nəfəsinin qoxusunu hiss edən hər bir kafir mütləq öləcəkdir. Onun nəfəsi gözünün gördüyü məsafəyə qədər çatacaqdır. (İsa Dəccalı) axtaracaq və onu Ludd qapısının yanında yaxalayaraq öldürəcək. Sonra, Məryəm oğlu İsa Allahın (Dəccalın şərindən) qoruduğu bir qövmün yanına gələcək, əlini onların üzünə sürtəcək və onların Cənnətdəki dərəcələrini söyləyəcəkdir. Elə o vaxt Allah İsaya belə vəhy edəcək: «Mən öz qullarımı çıxardıram. Onlarla vuruşmağa heç kəsin gücü çatmaz. Qullarıma Tur (dağında) sığınacaq ver!» Allah Yəcuc və Məcuc (tayfalarını) göndərəcək və onlar təpələrdən axışıb gələcəklər. Onların birinciləri Tabəriyyə gölündən keçərək onun suyunu içəcək, axırıncıları isə oradan keçərək belə deyəcəklər: «Nə vaxtsa burada su var idi». Allahın peyğəmbəri İsa və onun səhabələri mühasirədə o qədər qalacaqlar ki, hətta onlardan biri üçün öküz başı bu gün sizdən biriniz üçün yüz dinardan daha xeyirli olacaqdır. Bundan sonra Allahın Peyğəmbəri İsa və onun səhabələri dua edəcəklər və Allah (Yəcuc və Məcuc tayfalarının) boyunlarına qurdlar göndərəcək və səhəri hamısı bir nəfər kimi öləcəklər. Bundan sonra Allahın peyğəmbəri İsa və onun səhabələri yerə enəcəklər. Onlar yer üzündə (Yəcuc və Məcuc tayfalarının cəsədlərinin) piylərindən və çürüntülərinin qoxusundan bir qarış da olsun yer tapa bilməyəcəklər. Belə olduğu halda Allahın Peyğəmbəri İsa və onun səhabələri dua edəcəklər və Allah onların üzərinə dəvələrin boyunlarına bənzər (uzun boylu) quşlar göndərəcək. (Quşlar cəsədləri) götürüb Allahın istədiyi yerə aparacaqlar. Sonra Allah gildən düzəldilmiş heç bir evin qoruna bilməyəcəyi (güclü) yağış göndərəcəkdir. (Yağış) yer üzündə (nə varsa) yuyub aparacaq, hətta (yer üzünü) güzgüyə bənzər bir halda tərk edəcəkdir. Sonra yer üzünə: «Meyvələrini bitir və bərəkətini ver!» - deyiləcək. Elə o gün bir dəstə insan bir dənə narı yeyib doyacaq və onun qabığının altında kölgələnəcək. Süd isə (o qədər) bərəkətli olacaqdır ki, bir dəvənin südü bir qrup insana kifayət edəcəkdir. Bir inəyin südü bir qəbiləyə, bir qoyunun südü isə bir neçə ailəyə kifayət edəcəkdir. Belə olduqda Allah xoş bir külək göndərəcək, o da (möminləri) qoltuqlarının altından yaxalayacaq və hər bir möminin və müsəlmanın ruhunu (özü ilə) aparacaqdır. (Yer üzündə) insanların ən şər olanları qalaraq orada eşşəklər kimi cinsi əlaqədə olacaqlar. Qiyamət saatı da belələrinin üzərində qopacaqdır».

(Muslim 110/ 2937, 5228, 7560.)

Abdullah ibn Amr ibn əl-As (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Dəccal ümmətim arasında peyda olacaq və mən bilmirəm ki, o (yer üzərində) qırx gün, qırx ay, yoxsa qırx il qalacaq. Sonra Allah İsa ibn Məryəmi (yer üzərinə) göndərəcək, o da (Dəccalı) axtarıb onu öldürəcək. Bundan sonra insanlar aralarında heç bir düşmənçilik olmadan yeddi il yaşayacaqlar. Daha sonra Allah Şam tərəfdən sərin bir külək göndərəcək və yer üzərində qəlbində zərrə qədər xeyir və ya iman olan hər bir kəsin (ruhunu külək) alıb aparacaq. Hətta biriniz dağın içinə girsə belə, (külək) mütləq ora girib onun (ruhunu) alacaq. (Bundan sonra yer üzərində ancaq) quş yüngüllüyündə, vəhşi heyvanlar kimi ən şər insanlar qalacaq. Onlar nə bir yaxşılıq anlayacaq, nə bir pisliyi inkar edəcəklər. Şeytan da (insan qiyafəsində) onlara görünəcək və deyəcək: «Mənə tabe olacaqsınızmı?» Onlar: «Bizə nə əmr edirsən?» - deyə soruşacaqlar. (Şeytan) onlara bütlərə ibadət etməyi əmr edəcək, onlar da buna (tabe olacaqlar və bir müddət) ruziləri bol olacaq, güzəranları xoş keçəcəkdir. Sonra Sur üfürüləcək və onu eşidən hər kəs boynunu dikəldib əyərək onu dinləyəcək. Onu birinci eşidən dəvəsinin (su içməsi üçün) ovdanına gil ilə suvaq vuran bir kişi olacaqdır. (Bu səs) onu və bütün insanları öldürəcək. Sonra Allah çiskin bir yağış göndərəcək və onunla insanların bədənləri bitəcək. Sonra bir daha (Sur) üfürülən kimi onlar qalxıb baxacaqlar. Sonra deyiləcək: «Ey insanlar! Rəbbinizə doğru gedin! Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar!» Sonra belə deyiləcək: «Cəhənnəm əhlini çıxardın!» və «nə qədər?» - deyə soruşulacaq. «Hər min (nəfərdən) doqquz yüz doxsan doqquzu!» - deyə cavab verəcəklər. Məhz o gün uşaqların saçlarının ağaracağı və baldırın açılacağı gündür!»

(Muslim 7568.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:23 | Yazı # 29
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Uca Allah bir bəndədə iki qorxu ilə iki arxayınşılığı cəm etməz)
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) Uca Rəbbindən rəvayət edərək belə buyurur: «İzzətimə and olsun ki, quluma eyni zamanda iki qorxu və iki arxayınlıq verməyəcəyəm. Əgər bu dünyada Məndən qorxsa, Qiyamət günü ona əmin-amanlıq bəxş edərəm. Yox, əgər bu dünyada Məndən qorxmayıb arxayın yaşasa, Qiyamət günü onun canına vəlvələ salaram».

(İbn Hibban 640. Şueyb əl-Arnavut isnadının həsən olduğunu bildirmişdir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:24 | Yazı # 30
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Pislikdən çəkindirməyə təşviq)
Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Qiyamət günü Allah qulu sorğu-sual edəcək, hətta belə buyuracaq: «Münkər (günah) gördükdə onu inkar etməyə sənə nə mane oldu?» Allah qula dəlilini təlqin etdikdə o, deyəcək: «Ey Rəbbim! İnsanlardan qorxub, ümidimi Sənə bağladım!»

(İbn Macə 4017, 4153. əl-Albani səhih demişdir.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:25 | Yazı # 31
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Hər kəs dünyada qulluq etdiyi şeyə tabe olsun)
Əbu Səid əl-Xudri (r.a) rəvayət etmişdir ki, Peyğəmbərin (s.a.v) dövründə bir dəstə adam Peyğəmbərə (s.a.v) dedi: «Ya Rəsulullah, Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?» Peyğəmbər (s.a.v) dedi: «Bəli, məgər sizə günortaüstü, gün işığının qabağını bulud örtmədiyi bir vaxtda günəşi görməyinizə nəsə mane olurmu?» Onlar: «Xeyr!» - dedilər. Peyğəmbər (s.a.v) soruşdu: «Məgər sizə on dördüncü gecədə, ay işığının qabağını bulud örtmədiyi bir vaxtda ayı görməyinizə nəsə mane olurmu?» Onlar: «Xeyr!» - dedilər. Peyğəmbər (s.a.v) buyurdu: «Bu ikisini görməyə sizə heç bir şey mane olmadığı kimi Allahı  da Qiyamət günü beləcə, görəcəksiniz. Qiyamət günü yetişdiyi zaman carçı səsləyib deyəcək: «Hər bir ümmət nəyə ibadət edirdisə, qoy onun ardınca getsin!» Bundan sonra Allahdan qeyrisinə - bütlərə və dikinə qoyulmuş daşlara ibadət edən elə bir kimsə qalmayacaq ki, Cəhənnəm oduna düşməsin. Axırda isə ancaq Allaha ibadət edənlər, - xeyirxah, yaxud günahkar adamlar, - habelə Kitab əhlindən (peyğəmbərlərinə sadiq qalmış kimsələr) qalacaqdır. (O, vaxt) yəhudiləri çağırıb onlardan soruşacaqlar ki: «Siz nəyə ibadət edirdiniz?» Onlar deyəcəklər: «Biz Allahın oğlu Üzeyirə ibadət edirdik». Onlara deyiləcək: «Yalan danışırsınız, Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür. (Bir deyin görək) siz nə istəyirsiniz?» Onlar deyəcəklər: «Susamışıq, ey Rəbbimiz, bizə su ver». (Onda onlara Cəhənnəm) göstəriləcək (və deyiləcək): «(Bundan) içmək istəmirsinizmi?» Onlar ilğıma bənzər, alovlanan atəşin (kənarına) toplanacaq və Cəhənnəmə düşəcəklər. Sonra xristianları çağırıb onlardan soruşacaqlar ki: «Siz nəyə ibadət edirdiniz?» Onlar deyəcəklər: «Biz Allahın oğlu Məsihə(Burada Məryəm oğlu İsa nəzərdə tutulur) ibadət edirdik». Onlara deyiləcək: «Yalan danışırsınız, Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür». Sonra onlardan: «Siz nə istəyirsiniz?» - deyə soruşulacaq və beləliklə də, əvvəlkilərin başına gələnlər onların da başına gələcəkdir. Nəhayət, ancaq Allaha ibadət edən kimsələr - xeyirxah, yaxud günahkar adamlar qaldıqda, aləmlərin Rəbbi onların yanına bildikləri ən yaxın surətdə (YəniAllahın isim və sifətlərinə dair Quran və Sünnədə varid olan dəlillərdən bildikləri vəsflərə uyğun surətdə gələcək.) gələcək. Sonra onlara deyiləcək: «Nə gözləyirsiniz?! Qoy hər bir ümmət ibadət etdiyi (məbudun) ardınca getsin!» Onlar deyəcəklər: «Biz dünyada ikən insanlara ehtiyacımız ola-ola onlardan ayrıldıq, əsla onlarla birlikdə olmadıq. İndi isə biz ibadət etdiyimiz Rəbbimizi gözləyirik». Onda Allah buyuracaq: «Mən sizin Rəbbinizəm!» Onlar iki və ya üç dəfə: «Biz heç nəyi Allaha şərik qoşmuruq!» - deyəcəklər».

(əl-Buxari 65. Kitəbut-Təfsir 4215, 4305, 4581.)

Digər rvayətdə isə belə deyilir: «…Biz bir carçının: «Hər qövm vaxtı ilə ibadət etdiyi nə idisə ona qovuşsun!» - səsləndiyini eşitdik. Ona görə biz Rəbbimizi gözləyirik» - deyirlər. Cabbar olan Allah meydanda qalan möminlərə ilk dəfə gördükləri, tanıdıqları surətdən başqa bir surətdə gələrək deyir: «Mən sizin Rəbbinizəm!» Onlar da: «Sən bizim Rəbbimizsən!» - deyirlər. Onunla peyğəmbərlərdən başqası danışmaz. Uca Allah: «Rəbbinizi tanımaq üçün aranızda bir əlamət vardırmı?» - buyurur: «Sağ ayaq» - deyirlər. (Allah) ayağını göstərir. Hər mömin Ona səcdə edir. Allaha riya və şöhrət üçün səcdə edənlər isə olduqları kimi qalırlar. Bunlar səcdə etmək istəyəcəklər, ancaq onurğa sümüklərinin oynaq yerləri bitişdiyi üçün səcdə edə bilməyəcəklər. Sonra Sırat körpüsü Cəhənnəmin üstündən qurulacaq». Ravi deyir ki: «Ya Rəsulallah! Körpü nədir?» - deyə soruşduq. Belə buyurdu: «Ayaqların sürüşdüyü bir yerdir ki, üzərində başları əyri dəmirdən çəngəllər, tikanlar, sərt, kəskin enli şeylər vardır. Bunların Nəcddə olan və sədan deyilən tikanlar kimi ucları qıvrıq, əyri tikanları vardır. Möminlərdən kimisi onun üzərindən göz qırpımı qədər zaman anında, kimisi şimşək kimi, kimisi külək kimi, kimisi yaxşı cins at və dəvələr kimi sürətlə keçərlər. Bunların kimisi salamat olaraq qurtular. Kimisi dırmıxlar içində pərişan olaraq qalır. Kimisi də Cəhənnəm alovu içinə düşür. Nəhayət sonuncuları sürünə-sürünə keçib qurtulurlar. Siz haqqı məndən çox axtaran deyilsiniz. O gün kimin Cabbar olan Allaha həqiqətən inandığını görəcəksiniz. Cənnətə girən möminlər saraylarında məskunlaşdıqdan sonra, müsəlman qardaşlarının bir qismini görmədikdə: «Ya Rəbbi! Onlar bizimlə namaz qılır, oruc tutur, bizimlə birlikdə (hər cür yaxşı) işlər görürdülər» - deyəcəklər. Uca Allah: «Gedin qəlbində dinar ağırlığında iman olanları Cəhənnəmdən çıxarın!» - buyuracaq. Allah bu möminlərin vücudlarını Cəhənnəmə haram edir. Möminlər Cəhənnəmdə yanan qardaşlarının yanına gəlirlər. Baxırlar ki, bunların kimisi topuqlarına qədər, kimisi ayaqlarına qədər Cəhənnəm alovuna batmışlar. Onlardan tanıdıqlarını tutub çıxararaq geri qayıdırlar. Uca Allah buyurur: «Gedin qəlbində yarım dinar ağırlığında iman olanları çıxarın!» Cənnətdəki möminlər gəlib tanıdıqlarını çıxarıb qayıdırlar. Uca Allah yenə buyurur: «Gedin qəlbində zərrə qədər imanı olanları çıxarın!» Onlar da gəlib tanıdıqlarını çıxaracaqlar». Ravi Əbu Səid əl-Xudri (r.a) deyir ki: «Mənə inanmırsanız bu ayəni oxuyun: «Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırar». (ən-Nisa 40) Peyğəmbərlər, Mələklər, Möminlər şəfaət edirlər. Bundan sonra Cabbar olan Allah: «İndi növbə Mənim şəfaətimədir» - deyir və Cəhənnəmdən bir ovuc çıxarır. Buradan vücudları tamamilə yanmış insanları çıxarır. Sonra bunlar Cənnətin çölündə bir çaya salınırlar. Bu çaya «Həyat suyu» deyilir. Onlar selin gətirdiyi yığınlar arasında qalan yabanı reyhan toxumları necə sürətlə bitərsə, elə bitəcəklər. Bu yabanı reyhan otlarını bir qaya ilə ağac arasında görmüsünüz. Bu otun günəşə baxan tərəfi yaşıl, kölgəyə baxan tərəfi isə ağdır. Çaya salınan bu kimsələr çıxarılarkən ağlıq və parlaqlıq baxımından sanki mərcan kimi parıldamaqdadırlar. Onların boyunlarına boyunbağılar taxılır. Beləliklə Cənnətə girirlər. Cənnətliklər bunlar haqqında: «Bunlar Rahmən olan Uca Allahın azad etdiyi qullarıdır. Bunların etdikləri bir əməl, göndərdikləri bir xeyir olmadan Allah onları Cənnətə qoymuşdur» - deyirlər. Bunlara: «Gördükləriniz və bir o qədəri sizindir» - deyilir».

Əbu Hureyradan (r.a) rəvayət edildiyinə görə, Allah Elçisi (s.a.v) belə dedi: «Qiyamət günü Allah insanları böyük bir meydanda toplayacaq və aləmlərin Rəbbi olan Allah onlara belə deyəcək: «Hər kəs dünyada qulluq etdiyi şeyə tabe olsun». Bundan sonra xaça ibadət edənlər xaçı, bütə ibadət edənlər bütləri, oda ibadət edənlər də odu təmsil edəcək, beləcə onlar ibadət etdikləri bu şeylərə tabe olacaqlar. Geridə sadəcə müsəlmanlar qalacaq və aləmlərin Rəbbi olan Allah onlara belə buyuracaq: «Siz bu insanlara tabe olmayacaqsınızmı?» Onlar deyəcəklər: «Səndən Sənə sığınırıq, Səndən Sənə sığınırıq. Bizim Rəbbimiz Allahdır. Rəbbimizi görənə qədər bizim yerimiz bu yerdir». Allah onlara əmr edər və onları sabitqədəm edər». Səhabələr: «Ey Allahın Elçisi! Allahı görəcəyikmi?» Allah Elçisi (s.a.v): «Aylı gecədə bədrlənmiş ayı görməkdə əziyyət çəkirsinizmi?» - (deyə soruşdu). Səhabələr: «Xeyr» - dedilər. (Bundan sonra) Allah Elçisi (s.a.v) belə davam etdi: «Siz o gün Onu görməkdə heç bir çətinlik çəkməyəcəksiniz». Sonra Allah o qullarının qarşısına çıxıb Özünü tanıdacaq və: «Mən sizin Rəbbinizəm, Mənə tabe olun!» - deyəcək. Müsəlmanlar qalxaraq qurulan Sıratın üzərindən sürətlə gedən at və dəvələr kimi keçəcək və: «Salamat et, salamat et!» - deyə dua edəcəklər. Axıra Cəhənnəm əhli qalacaq. Onlardan bir qrup Cəhənnəmə atıldıqdan sonra (Cəhənnəmə) belə deyiləcək: «Doldunmu?» Cəhənnəm də deyəcək: «Yenə varmı?» Sonra bir qrup da atılacaq və yenə: «Doldunmu?» - deyiləcək. Cəhənnəm: «Yenə varmı?» - deyəcək. Cəhənnəm əhlinin hamısı Cəhənnəmə dolduqda Rahmən (Allah) ayağını Cəhənnəmə qoyacaq və ondakılar bir-birlərinə sıxılacaq, sonra Allah: «Yetərmi?» - buyuracaq. Cəhənnəm də: «Yetər, yetər!» - deyəcək. Allah Cənnət əhlini Cənnətə, Cəhənnəm əhlini də Cəhənnəmə qoyduqda ölüm (boynundan) dartılaraq gətiriləcək və Cənnət əhlilə Cəhənnəm əhli arasında olan bir divar üzərində qoyulacaq. Sonra: «Ey Cənnət əhli, (artıq) əbədilik var, ölüm yoxdur!» - deyiləcək. Sonra: «Ey Cəhənnəm əhli, (artıq) əbədilik var, ölüm yoxdur!» - deyiləcək».
(ət-Tirmizi 2557, 2755. əl-Albani səhih adlandırmışdır.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:26 | Yazı # 32
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Qiyamət gününün bəzilərinə günün bir saat qədər qısa olması)
Abdullah ibn Amr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Siz Qiyamət günü bir yerə toplanacaqsınız. Belə deyiləcək: «Bu ümmətin kasıb və miskinləri hardadır?» Onlar ayağa qalxacaqlar və onlara deyiləcək: «Nə etdiniz?» Onlar deyəcəklər: «Ey Rəbbimiz! Sən bizi sınağa çəkdin, biz də səbr etdik. Sən var-dövləti və hakimiyyəti başqalarına verdin». Allah deyəcək: «Doğru dediniz!» Onlar (bütün) insanlardan qabaq Cənnətə daxil olacaqlar. Var-dövlət və hakimiyyət sahibi olub şiddətli sorğu-sual olunanlar isə qalacaqlar. Səhabələr Peyğəmbərdən  soruşdular: «O gün möminlər harada olacaqlar?» O buyurdu: «Onlar üçün nurdan kürsülər qoyulacaq və buludlar onların üstünə kölgə salacaq. O gün möminlərə günün bir saatı qədər qısa olacaq».

(İbn Hibban 7419; Məcməuz-Zəvaid 18350. əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (№ 3187, 3590) həsən adlandırmışdır.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:27 | Yazı # 33
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Allaha Şükür
Davud (aleyhissalam) buyurur: "Ey Rəbbim! Sənə necə şükr edim ki, neməti verən, onunla ruziləndirən, sonra da nemət üstünə nemət verərək artıran Sənsən. Nemət də Səndən, şükr də Sənədən. (şükrüm belə Sənin bir nemətindir) Necə bunlara şükr edim". Allah: "İndi Məni tanıdın və Mənə şükr etdin, ey Davud! Çünki, şükr etməyin də Mənim bir nemətim olduğunu bildin". (Başqa rəvayətdə: "Ey Rəbbim! Vücudumdakı tüklərdən hər birinin iki dili olsa, gecə və gündüz bütün vaxtlarda Səni zikr etsələr də belə, yenə də mənə verdiyin nemətin haqqını vermiş olmaram"

(İmam Əhməd "Kitəbuz-Zuhd" 361, 362. )



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:27 | Yazı # 34
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Günəşin Məğribdən Çıxması)
Əbu Zərrdən (r.a) belə rəvayət edilir: «(Bir dəfə) günəşin batdığı zaman mən Peyğəmbərlə (s.a.v) uzunqulağın tərkində gedirdik. O, mənə dedi: «Ey Əbu Zərr! Günəşin harada batdığını bilirsən?» Mən: «Allah və Elçisi daha yaxşı bilir!» - dedim. O dedi: «O qara palçıqlı çeşmədə batır. Sonra o öz Rəbbinə ərşin altında səcdə edir. Onun çıxmaq vaxtı gəldikdə Allah ona izn verir, o da çıxır. (Qiyamət günü) Allah onu batdığı yerdən çıxarmaq istədikdə isə o, belə deyəcək: «Ey Rəbbim! Mənim yolum uzandı». Allah ona deyəcək: «Batdığın yerdən çıx! Bu imanın heç bir kəsə fayda vermədiyi bir vaxtdır».

(Əhməd 20486, 21459, 21497, 22076. əl-Albani oxşar hədisi «Silsilətul-Əhədisis-Sahiha»da (№ 2403) səhih adlandırmışdır. Şueyb əl-Arnavut isə isnadına səəhih demişdir.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:28 | Yazı # 35
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Uca Allah qiyamət günü üç sinif insanı danişdırmayacaq və üzlərinə baxmayacaq)
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Üç sinif insan vardır ki, Qiyamət günü Allah onları danışdırmayacaq və üzlərinə baxmayacaqdır:
- (müştəriyə) yalandan and içib, (guya) satdığı mala onun verdiyi puldan daha çox pul verildiyini deyən kimsə;
- axşamçağı (bayıra çıxıb) bir müsəlmanın malını mənimsəmək məqsədilə yalandan and içən kimsə;
- (cürdəyində qalmış) artıq sudan başqalarına verməyən kimsə. (Beləsinə) Allah buyuracaq: «Sən əllərinlə yaratmadığın bir şeyin artığını (başqasından) əsirgədiyin kimi, bu gün də Mən Öz mərhəmətimi səndən əsirgəyəcəm!»

(əl-Buxari 97. Kitəbut-Tövhid 24 (2369, 6892, 7446).



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:30 | Yazı # 36
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər ( Uca Allahın qiyamət günü bəndəsini nemətlər barədə sorğu-sual etməsi)
Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) buyurmuşdur: «Şübhəsiz ki, Qiyamət günü bəndədən nemətlərdən ilk soruşulacağı Allahın ona: «Sənin bədənini sağlam etmədimmi və səni sərin su ilə bəsləmədimmi?» - deməsidir».

(ət-Tirmizi 3358, 3683; ət-Tabərani «əl-Kəbir» 12289. əl-Albani səhih demişdir.)

Əbu Hureyra və Əbu Səid (r.a) rəvayət edirlər ki, Allah Elçisi (s.a.v) demişdir: «Qiyamət günü bir qul (Allahın hüzuruna) gətiriləcək və Allah ona deyəcək: «Sənə qulaq, göz, mal və övlad vermədimmi? Həmçinin heyvanları və əkin yerlərini sənin ixtiyarına vermədimmi? Səni başqaları tərəfindən itaət olunan və qənimətin dörddə birini alan başçı təyin etmədimmi? Bu gün Mənimlə görüşəcəyini güman edirdin?» O: «Xeyr!» - deyə cavab verəcək. Allah ona deyəcək: «Məni unutduğun kimi, bu gün Mən də səni unuduram».

(ət-Tirmizi 2428, 2615. əl-Albani hədisi səhih adlandırmışdır.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:32 | Yazı # 37
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər( Göylər isə onun əli ilə büküləcəkdir)
Rəvayət edilir ki, İbn Ömər (r.a) demişdir: Bir gün Allah Elçisi (sşaşv) minbərin üzərində bu ayəni oxudu: «Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən ucadır» (əz-Zumər 67).
Allah Elçisi (s.a.v) bu ayəni oxuyarkən əlini (yumruğunu) silkələyərək: «Rəbb özünü öyərək buyurur: «Mənəm Qadir (Cəbbar), Mənəm Məğrur (Mutəkəbbir), Mənəm Hökmran (Məlik), Mənəm Qüdrətli (Əziz), Mənəm Səxavətli (Kərim)» - dedi». Bu sözləri deyərkən minbər elə silkələndi ki, biz onun yıxılacağını güman etdik».

(Əhməd 5157, 5414, 5542. Şueyb əl-Arnavut Muslimin şərtlərinə əsasən isnadının səhih olduğunu bildirmişdir.)

Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) minbərin üzərində ikən bu ayəni oxudu: «…Göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən ucadır» (əz-Zumər 67) və dedi: «Allah Özünü öyərək buyurur: «Mən Qadirəm, Mən Məğruram, Mən Hökmranam, Mən Ucayam!» Allah Elçisi (s.a.v) bunu o qədər təkrar etdi ki, hətta minbər silkələndi və biz onun yıxılacağını güman etdik».

(Əhməd 5351, 5608, 5741. Şueyb əl-Arnavut Muslimin şərtlərinə əsasən isnadının səhih olduğunu bildirmişdir.)

Əbu Hureyra (r.a) demişdir: «Mən Allah Elçisinin (s.a.v) belə dediyini eşitmişəm: «Allah yeri (bütünlüklə) ovucuna alacaq, göyləri də sağ əli ilə bükəcək, sonra da belə buyuracaq: «Mənəm Hökmdar! Hanı yer üzünün hökmdarları?!»

(əl-Buxari 65. Kitəbut-Təfsir 6 (4812, 6519, 6834, 7382)

Rəvayət edilir ki, Abdullah ibn Ömər (r.a) demişdir: «Allah Elçisi (s.a.v) buyurdu: «Qiyamət günü Uca Allah göyləri bükəcək, sonra onları sağ əlinə götürəcək və deyəcək: «Mənəm Hökmdar. Hardadır lovğalar? Hardadır təkəbbürlülər?» Sonra sol əli ilə yerləri bükəcək və deyəcək: «Mənəm Hökmdar. Hardadır lovğalar? Hardadır təkəbbürlülər?»

(Muslim 2788 (4995, 7228).



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:32 | Yazı # 38
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Qiyamət günü insanın əzakarının şahidlik etməsi)
Rəvayət edilir ki, Əbu Hureyra (r.a) demişdir: «Soruşdular: «Ey Allahın Elçisi , Qiyamət günü Rəbbimizi görəcəyikmi?» Allah Elçisi (s.a.v) soruşdu: «Günorta vaxtı bulud olmayanda günəşi görməkdə çətinlik çəkirsinizmi?» Dedilər: «Xeyr». O soruşdu: «Bulud olmayan gecədə bədrlənmiş ayı görməkdə çətinlik çəkirsinizmi?» Dedilər: «Xeyr». O, belə buyurdu: «Nəfsim Əlində olan Allaha and olsun ki, bu ikisindən birini görməkdə çətinlik çəkmədiyiniz kimi, Rəbbinizi görməkdə də çətinlik çəkməyəcəksiniz. Qiyamət günü Allah bir qul ilə qarşılaşacaq və ona belə deyəcək: «Ey filankəs, Mən sənə yaxşılıq etmədimmi? Səni başqaları arasında mövqe sahibi etmədimmi? Sənə evlilik nəsib etmədimmi? Sənə at, dəvə vermədimmi? Səni başqaları tərəfindən itaət olunan və qənimətin dörddə birini alan başçı təyin etmədimmi?» Qul: «Bəli» - deyə cavab verəcək. Allah deyəcək: «Mənimlə qarşılaşacağını bilirdinmi?» Bəndə: «Xeyr» - deyə cavab verəcək. Allah buyuracaq: «Məni unutduğun kimi, Mən də səni unuduram».(Yəni sən Mənə itaət etmədiyin kimi Mən də sənə Öz rəhmətimi qadağan edirəm.) Sonra ikinci bir qul ilə qarşılaşacaq və ona deyəcək: «Ey filankəs, Mən sənə yaxşılıq etmədimmi? Səni başqaları arasında mövqe sahibi etmədimmi? Sənə evlilik nəsib etmədimmi? Sənə at, dəvə vermədimmi? Səni başqaları tərəfindən itaət olunan və qənimətin dörddə birini alan başçı təyin etmədimmi?» Qul: «Bəli» - deyəcək. Allah buyuracaq: «Mənimlə qarşılaşacağını bilirdinmi?» Qul: «Xeyr» - deyə cavab verəcək. Allah buyuracaq: «Məni unutduğun kimi, Mən də səni unuduram». Sonra üçüncü bir (qul ilə) qarşılaşacaq və ona əvvəlkilərə dediklərini söyləyəcəkdir. Qul: «Ey Rəbbim! Mən Sənə, Kitabına və Peyğəmbərlərinə iman etdim, namaz qıldım, oruc tutdum, sədəqə (zəkat) verdim» - deyəcək və bacardığı qədər yaxşılıqlarını sayacaqdır. Allah ona: «Elə isə, sən dur!» - deyəcək. Sonra ona: «İndi sənin əleyhinə şahidimizi göndəririk» - deyiləcək. O öz-özünə: «Görəsən kim mənim əleyhimə şahidlik edəcək?!» - deyə fikirləşəcək. Bu zaman onun ağzına möhür vurulacaq. Buduna, ətinə və sümüklərinə: «Danışın!» - deyiləcək. Budu, əti və sümükləri də onun əməlləri haqqında danışacaq. Bu söylədikləri özünə üzrxahlıq qazanması üçündür. Bu münafiqdir, bu Allahın qəzəbinə düçar olan kimsədir!» (Muslim 2968, 5270, 7628.)

Rəvayət edilir ki, Ənəs ibn Məlik (r.a) demişdir: «Bir gün Allah Elçisinin (s.a.v) yanında ikən o güldü və dedi: «Nəyə güldüyümü bilirsinizmi?» Biz: «Allah və Elçisi daha yaxşı bilir!» - dedik. Allah Elçisi (s.a.v) buyurdu: «Bir qulun Rəbbinə belə müraciət etməsinə (gülürəm). Qul deyəcək: «Ey Rəbbim, Məni zülmdən qorumadınmı?» Allah buyuracaq: «Bəli». Qul deyəcək: «Bu gün mən əleyhimə özümdən başqa («Özümdən başqa», yəni «insanlardan başqa». Çünki bundan əvvəl mələklər Adəm övladının əleyhinə şahidlik etmişlər. Bəqərə surəsinin 30-32-ci ayələrində buyurulduğu kimi.) şahid qəbul etmirəm». Allah buyuracaq: «Bu gün sənin öz əleyhinə şahidliyin və «Kiramən-Kətibin»in (əməlləri yazan mələklərin) də sənin əleyhinə şahidlik etmələri yetər». Allah Elçisi (s.a.v) buyurdu: «Bundan sonra onun ağzı möhürlənəcək və əzalarına: «Danışın!» - deyiləcək. Əzaları da onun əməlləri haqqında danışacaqlar. Sonra ona (əzaları ilə) danışmasına icazə veriləcək və o, əzalarına deyəcək: «Həlak oldunuz! Axı mən sizi müdafiə edirdim!»

(Muslim 17/ 2969 (5271, 7629)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:34 | Yazı # 39
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Cənnət və Cəhənnəm əhlinin sayı)
Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Qiyamət günü Uca Allah: «Ey Adəm!» - deyə buyuracaq. Adəm deyəcək: «Buyur, hüzurundayam və əmrinə müntəzirəm. Xeyir yalnız Sənin Əlindədir!» Allah buyuracaq: «Cəhənnəmə vasil olacaq kimsələri ayır!» Adəm deyəcək: «Cəhənnəmə vasil olanların (sayı) nə qədərdir?» Allah buyuracaq: «Hər min nəfərdən doqquz yüz doxsan doqquzu (Cəhənnəmə gedəcək)». «O zaman uşaqların saçları ağaracaq, hamilə qadın bətnindəkini salacaq, insanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Ancaq Allahın əzabı çox şiddətlidir» (əl-Həcc 2). (Əshabələr) dedilər: «Ya Rəsulullah, hansımız o bir nəfərlərdən olacaq?» Peyğəmbər (s.a.v) buyurdu: «Sevinin! Heç şübhəsiz ki, bir nəfər sizdən, doqquz yüz doxsan doqquz nəfər isə Yəcuc və Məcuc tayfalarından olacaq». Sonra davam edib dedi: «Canım Əlində olan Allaha and olsun ki, mən sizin Cənnət əhlinin dörddə birini təşkil edəcəyinizə ümid edirəm». Biz: «Allahu Əkbər» - dedik. Peyğəmbər (s.a.v) dedi: «Mən sizin Cənnət əhlinin üçdə birini təşkil edəcəyinizə ümid edirəm». Biz (yenə): «Allahu Əkbər» - dedik. Peyğəmbər (s.a.v) dedi: «Mən sizin Cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm». Biz (yenə): «Allahu Əkbər» - dedik. Peyğəmbər (s.a.v) dedi: «(O gün) siz (say etibarilə) insanlar arasında, ağ öküzün dərisindəki qara tük və ya qara öküzün dərisindəki ağ tük kimi olacaqsınız».

(əl-Buxari 60. Kitəbu Əhədisil-Ənbiyə 7 (3099, 3170, 3348); ət-Tirmizi 3169, 3467.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə, 08.08.2012, 09:36 | Yazı # 40
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Səhih Qüdsi hədislər (Dünyada nemət görən kafirin axirətdə əzab görməsi barədə)
Ənəs ibn Məlik (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Qiyamət günü Cəhənnəm əhlindən olan, dünyada ən çox nemət verilən (bir adam) gətiriləcək və Oda salınacaq. Sonra da: «Ey Adəm oğlu! Bir xeyir gördünmü? Sənə bir nemət gəldimi?» - deyiləcək. O da: «Xeyr! Vallahi, ya Rəbb!» - deyəcək. Sonra Cənnət əhlindən dünyada insanlar arasında ən çox müsibət görən (bir adam) gətiriləcək və Cənnətə salınacaq. Ona: «Ey Adəm oğlu! Bir müsibət gördünmü? Sənə bir sıxıntı üz verdimi?» - deyiləcək. O da: «Xeyr! Vallahi, ya Rəbb! Mənə heç bir müsibət gəlmədi və heç bir sıxıntı da görmədim» - deyəcək».

(Muslim 2807 (5021, 7266).



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Hədis » HƏDİSLƏR (HƏDİSLƏR)
Страница 2 из 5«12345»
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru