[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Hədis » BİR SATIŞDA İKİ SATIŞ, TAQSİTLƏ VƏ KREDİTLƏ SATIŞ (BİSMİLLƏH)
BİR SATIŞDA İKİ SATIŞ, TAQSİTLƏ VƏ KREDİTLƏ SATIŞ
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 19:47 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Taqsitli satışdan qəsdimiz budur: Məsələn: nəqd ödəmə zamanı 10 manat olan mal, 6 aya ödəmə şərtilə satılarsa 15 manat olur.
Eşitdiklərimizə görə Azərbaycanda da bu şəkil satışlar yayğın hal alıb. Bu səbəblə məsələ haqqında Elm Əhlinin – Allahın geniş rəhməti üzərlərinə olsun – görüşlərini zikr edəcəyik.
Məsələ əsasən məşhur bir hədis üzərində qurulduğu üçün hədis şərhlərini zikr edərək məsələni aydınlatmağa çalışacağam. Tövfiq Allahdandır.

Hədis belədir:


نَهَى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ بَيْعَتَيْنِ فِي بَيْعَةٍ

“Allahın Elçisi – sallallahu aleyhi və səlləm – bir satışda iki satış müqaviləsini qadağan elədi.”
 
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 19:48 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Böyük Muhaddislərdən Əbu İsa Ət Tirmizi (209-279 h/824-892 m) “Əl Camiul Kəbir” əsərində hədisi qısa bir şərhlə nəql edir:

حدثنا هَنّاد حدثنا عَبْدة بن سليمان عن محمد بن عمرو عن أبي سَلَمة عن أبي هريرة قال
نَهَى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ بَيْعَتَيْنِ فِي بَيْعَةٍ
وفي الباب عن عبد الله بن عمرو, وابن عمر, وابن مسعود. قال أبو عيسى: حديث أبي هريرة حديث حسن صحيح.
والعمل على هذا عند أهل العلم. وقد فسّر بعض أهل العلم, قالوا: بيعتين في بيعة, أن يقول: أبِيعك هذا الثوب بنقد بعشرة, وبنَسِيئة بعشرين, ولا يفارقه على أحد البيعين, فإذا فارقه على أحدهما, فلا بأس إذا كانت العقدة على أحد منهما.
قال الشافعي: ومِن معنى نهي النبي صلى الله عليه وسلم عن بيعتين في بيعة, أن يقول: أبِيعك داري هذه بكذا, على أن تَبِيعني غلامَك بكذا. فإذا وجب لي غلامُك وجبت لك داري. وهذا يفارق عن بيع بغير ثمنٍ معلومٍ, ولا يدري كل واحد منهما على ما وقعتْ عليه صَفْقته

“...Əbu Hureyrədən: “Allahın Elçisi – sallallahu aleyhi və səlləm – bir satışda iki satış müqaviləsini qadağan elədi.”
Abdullah bin Amr, İbn Ömər və İbn Məsuddan da bu babda/mövzuda hədislər var.
Əbu İsa (Ət Tirmizi) dedi: Əbu Hureyrənin hədisi həsən səhih hədisdir. Elm Əhli qatında da əməl buna görədir.
Elm Əhlindən bəziləri “bir satışda iki satış müqaviləsini” belə açıqlamışlar: “Birisi, mən bu paltarı sənə nəqd olaraq 10 kreditə isə 20 yə sataram deyər və bu iki qiymətdən birində razılaşmadan ayrılarlar. Bu iki qiymətdən birində razılaşaraq ayrıldıqları və müqavilənin iki qiymətdən biri üzrə bağlandığı zaman bunda bir bəis yoxdur.”
İmam Şafi dedi: Nəbinin – sallallahu aleyhi və səlləm – “bir satışda iki satış müqaviləsini” qadağan etməsinin mənalarından biri budur: Birisi belə deyər: mən evimi sənə filan qiymətə satıram, lakin bu şərtlə ki sən köləni mənə filan qiymətə satasan. O zaman kölən mənim, evim sənin olar. Bu cür satış, tərəflərin ticari anlaşmalarının nə üzərə olduğunu bilmədən, məlum olmayan bir qiymət üzərə ayrılmalarıdır.”

Qaynaq: Əbu İsa Ət Tirmizi: Əl Camiul Kəbir: 2/513: 18-1231
Darul Ğarbil İslami: 1416/1996
Təhqiq: Bəşşar Avvad

Qeyd: Hədisdə qəsd edilən satışın məhz hansı satış olması xilaf mövzusudur. Laki, bir çox fəqihin görüşünə görə hədisdə qadağan edilən “Nəqd olaraq az, nisyə olaraq çox məbləğ” deməkdir. Lakin, diqqətə layiq nöqtə budur ki, qəsd edilən bu ticarətin əslən qadağan olmasımı yoxsa bir anlaşmaya varmadan, yəni nəqdmi nisyəmi aldığını bildirmədən ayrılmaqdırmı?
İmam Tirmizinin bir qrup alimdən nəql etdiyi görüşdə bu metodun özünün deyil, bu müqavilədə anlaşmadan ayrılmanın qadağan olduğu aydın olur.
Mövzunu doğru anlamaq üçün bu nöqtəyə diqqət edin!
 
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 19:49 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Muhaddislərdən İmam Əbu Abdir Rahman Ən Nəsai (215-303 h/830-915 m) “Əs Sunənul Kubra” adlı əsərində deyir:

باب : شرطان في بيع
وهو أن يقول أبيعك هذه السلعة إلى شهر بكذا وإلى شهرين بكذا

أخبرنا زياد بن أيوب قال حدثنا ابن علية قال حدثنا أيوب قال حدثنا عمرو بن شعيب قال حدثني أبي عن أبيه حتى ذكر عبد الله بن عمرو قال
قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَا يَحِلُّ سَلَفٌ وَبَيْعٌ وَلَا شَرْطَانِ فِي بَيْعٍ وَلَا رِبْحُ مَا لَمْ يُضْمَنْ

أخبرنا محمد بن رافع قال حدثنا عبد الرزاق قال حدثنا معمر عن أيوب عن عمرو بن شعيب عن أبيه عن جده قال
نَهَى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ سَلَفٍ وَبَيْعٍ وَعَنْ شَرْطَيْنِ فِي بَيْعٍ وَاحِدٍ وَعَنْ بَيْعِ مَا لَيْسَ عِنْدَكَ وَعَنْ رِبْحِ مَا لَمْ يُضْمَنْ

باب : بيعتين في بيعة
وهو أن يقول أبيعك هذه السلعة بمائة درهم نقدا وبمائتي درهم نسيئة

أخبرنا عمرو بن علي ويعقوب بن إبراهيم ومحمد بن المثنى قالوا حدثنا يحيى بن سعيد قال حدثنا محمد بن عمرو قال حدثنا أبو سلمة عن أبي هريرة قال
نَهَى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ بَيْعَتَيْنِ فِي بَيْعَةٍ

Bab 73 : Bir Satışda İki Şərt ki, bu satıcının belə deməsidir: “Bu malı sənə bir aya ödəmək şərtilə filan qiymətə, iki aya qədər isə filan qiymətə satıram.”

6181 - ... Abdullah bin Amr belə dedi: ”Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurdu: “Sələf və Bey” (Borclu Satış), bir satışda iki şərt, təzmin edilməmiş şeyin qazancı halal deyil.”

6182 - ... Amr bin Şuaybın babasından: ”Allah Rəsulu – sallallahu aleyhi və səlləm – “Sələf və Bey” satışını (Borclu Satış), bir satışda iki şərti, əlində olmayan şeyin satışını və təzmin edilməyən şeyin satışını qadağan etdi.”

Bab 74 : Bir satışda iki satış anlaşması ki, bu satıcının belə deməsidir: “Bu malı sənə nəqd pulla 100 dirhəm, nisyə olaraq 200 dirhəmə satıram.”

6183 – ... Əbu Hureyrədən: ”Allah Rəsulu – sallallahu aleyhi və səlləm – bir satışda iki satış müqaviləsini qadağan etdi.”

Qaynaq: Əbu Abdir Rahman Ən Nəsai: Əs Sunənul Kubra: 6/66-67
Beyrut: Muəssəsətur Risələ: 1421/2001

Qeyd: “Sələf və Bey” (Borclu Satış): İmam Nəsainin açıqlamasına görə bu birisinin malı alıcıya, ona borc verməsi şərtilə satmasıdır.


Yazını Muslimah_92 - Cümə axşamı, 28.06.2012, 19:50
 
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 19:50 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Əbu Davud şarihlərindən Əbu Suleyman Əl Xattabi (319-388 h/931-998 m) bu məsələ haqqında deyir:

وتفسير ما نهى عنه مِن بيعتين في بيعة على وجهين أحدهما أن يقول بِعتك هذا الثوب نقدًا بعشرة أو نَسِيئة بخمسة عشر فهذا لا يجوز لأنه لا يدري أيهما الثَمَن الذي يختاره منهما فيقَع به العقد وإذا جهل الثمن بطل البيْع.

وحكي عن طاووس أنه قال: لا بأس أن يقول له بِعتك هذا الثوب نقدًا بعشرة وإلى شهرين بخمسة عشر فيذهب به إلى إحداهما.
وقال الحَكَم وحَمَّاد: لا بأس به ما لم يفترقا. وقال الأوزاعي: لا بأس بذلك لكن لا يفارقه حتى يُباتّه بأحد المعيين فقيل له فإنه ذهب بالسِلْعة على ذَيْنِك الشرطين، فقال هي بأقل الثمنين إلى أبعد الأجَلين.
قال الشيخ: هذا ما لا يشكّ في فساده فأما إذا باتّه على أحد الأمرين في مجلس العقد فهو صحيح لا خلاف فيه وذكْر ما سواه لغو لا اعتبار به

“Bir satışda iki satışı qadağan etməsinin təfsiri iki cürdür:
1. Satıcının belə deməsidir: Sənə bu paltarı nəqdən 10-a və ya nisyə 15-ə sataram. Bu caiz deyil. Cünki, o alıcının bu iki qiymətdən seçdiyini və ticarət əhdinin hansı qiymətlə bağlandığını bilməz. Qiymət bilinmədiyi zaman alış veriş batil olar...
... Xattabi sözlərinə davam edərək deyir:
Tavusdan belə dediyi nəql edilmişdir: Satıcının, bu paltarı sənə nəqdən 10-a, iki aya ödəmən halında 15-ə verərəm deyib, bu iki qiymətdən biri üzərində malı götürməsində bəis yoxdur.
Hakəm və Hammad dedi: bu məchulluq üzərində ayrılmadıqca bir bəis yoxdur.
Əvzai dedi: Bunda bir bəis yoxdur, lakin bu iki qiymətdən birinə qərar vermədən ayrılmamalıdırlar. Əvzaiyə deyildi: Deyək ki, o malı bu iki şərt üzərində aldı? Cavabən dedi: Bu mal iki qiymətdən daha ucuzu və iki möhlətdən ən uzunu üzrə hesab edilər.
Şeyx (Xattabi) dedi: Bu (yəni Əvzainin görüşü) fasidliyində şübhə olmayan bir şeydir. Fəqət, əhd məclisində bu iki qiymətdən biri üzərində anlaşarlarsa bu səhihdir, bunda ixtilaf yoxdur. Bundan başqa görüşün zikri boş sözdür, ona etibar edilməz.”

Qaynaq: Əbu Suleyman Əl Xattabi: Məalimus Sunən: 3/123
1351/1932

Qeyd: İmam Əvzainin, anlaşmadan ayrılma halında belə əhdi mükün görməsi haqqında Xattabi eyni mövzuda belə deyir: “fasid görüşdür və fəqihlərdən heç kimsənin bu satışı səhih saydığını bilmirəm”.
Xattabinin sözlərindən aydın olan budur ki, qadağan olunan iki qiymətin söylənilib birinə qərar verilmədən, yəni malı məchul qiymətdə alıb getməsidir. Fəqət, iki qiymətdən birinə qərar verilmələri halında nəqd və nisyə arasında fərq qoyulması qadağan deyildir. Ən doğrusunu Allah bilir.
 
Forum » İslam » Hədis » BİR SATIŞDA İKİ SATIŞ, TAQSİTLƏ VƏ KREDİTLƏ SATIŞ (BİSMİLLƏH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru