[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Страница 1 из 11
Forum » İslam » Hədis » NÜZUL HƏDİSİ, ƏHLİ SÜNNƏT FƏHMİNDƏ (BİSMİLLAH)
NÜZUL HƏDİSİ, ƏHLİ SÜNNƏT FƏHMİNDƏ
Muslimah_92Tarix: Cümə axşamı, 21.06.2012, 20:21 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Əssəlamu aleykum və rahmətullah!
Yanlış anlaşılan və fəhmində kobud səhvlərə yol verilən hədislərdən biri də Allah rəsulunun - sallAllahu aleyhi və əlihi və səlləm - bu hədisidir:
ينزل ربنا تبارك وتعالى كل ليلة إلى سماء الدنيا حين يبقى ثلث الليل الآخر
"Rəbbimiz - təbərakə və təala - hər gecə, gecənin son üçdəbirində dünya səmasına enər"

Əhli Sünnət alimləri bu hədisi necə anlayıblar? Onların fəhmiylə günümüzdəki bir çox müsəlmanların fəhmi arasında nə dərəcədə fərqlilik var? Məhz bu mövzuda uca Allahın izni ilə Əhli Sünnət alimlərinin bu hədisə verdikləri şərhləri bölüşəcəyik. Müvəffəqiyyət Allahdandır.
 
Muslimah_92Tarix: Cümə axşamı, 21.06.2012, 20:22 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Maliki alimlərindən olan İbn Abdil Bərr (368-463 h/978-1071 m) özünün "Ət Təmhid" kitabında "nüzul hədisi" haqda deyir:

فقدْ أكثَر الناسُ التنازُع فيه والذي عليه جمهور أئمةِ أهل السُّنة أنّهم يقولون ينزِل كما قال رسول الله صلى الله عليه وآله وسلم ويصدِّقون بهذا الحديث ولا يكيِّفون , والقول في كيفية النزولِ كالقولِ في كيفية الاستواء والمجيءِ , والحُجة في ذلك واحدةٌ
وقد قال قومٌ مِن أهل الأثَر أيضاً أنه ينزِل أمرُه وتنزِل رحمتُه ورُوِي ذلك عن حبيبٍ كاتبِ مالك وغيره وأنكَره مِنهم آخرون وقالوا هذا ليس بشيءٍ لأنّ أمرَه ورحمتَه لا يزالانِ ينزِلان أبدا في الليْل والنَّهار وتعالى الملِك الجَبّار الذي إذا أراد أمراً قال له كنْ فيكون في أيِّ وقتٍ شاء ويختَص برحمتِه مَن يشاء متى شاء لا إله إلا هو الكبيرُ المتعال وقدْ روى محمد بن علي الجبلي وكان من ثقات المسلمين بالقيْروانِ قال حدثنا جامعُ بن سوادة بمصرَ قال حدثنا مطرِّف عن مالك بن أنس أنه سئل عن الحديث "إنّ الله ينزِل في اللّيل إلى سماء الدنيا" فقال مالك : يتنزَّل أمرُه , وقد يحتَمل أن يكونَ كما قال مالك رحمه الله على معنى أنه تتنزّل رحمته وقضاؤه بالعفوِ والاستِجابة وذلك مِن أمرِه , أي أكثرُ ما يكون ذلك في ذلك الوقت , والله أعلم , ولذلك ما جاء فيه الترغيب في الدّعاء وقد روِي مِن حديث أبي ذر أنه قال يا رسول الله أي الليل أسمَع قال "جوفُ الليل الغابِر" يعني الآخر وهذا على معنى ما ذكرنا , ويكون ذلك الوقت مندُوبا فيه إلى الدّعاء كما نُدِب إلى الدعاء عند الزّوال وعند النِّداء وعند نزول غيثِ السماءِ وما كان مثلَه مِن السّاعات المستجابِ فيها الدُّعاء والله أعلم
وقال آخرون ينزِل بذاتِه , أخبرنا أحمدُ بن عبدِ الله أنّ أباه أخبرَه قال حدثنا أحمد بن خالد قال حدثنا يحيى بن عثمانَ بن صالح بمصرَ قال سمِعت نعيمَ بن حمادٍ يقول حديثُ النّزولِ يرُد على الجهمِيّة قولَهم قال وقال نعيم : ينزِل بذاتِه وهوَ على كرسِيّه
قال أبو عمر:
ليس هذا بشيءٍ عند أهل الفهمِ مِن أهلِ السُّنة لِأنّ هذا كيفية وهُم يفزَعون مِنها لأنّها لا تصلُح إلا فِيما يُحاط به عيانا وقد جلّ الله وتعالى عن ذلك , وما غاب عن العُيون فلا يصِفه ذَوُو العُقولِ إلا بخبرٍ , ولا خبرَ في صفاتِ اللهِ إلا ما وصَف نفسَه به في كتابِه أو على لِسان رسولِه صلى الله عليه وسلَّم فلا نتعدّى ذلك إلى تشْبيهٍ أو قِياسٍ أو تمثيلٍ أو تنظيرٍ فإنه ليس كمِثله شيءٌ وهوَ السميع البصير
قال أبو عمر:
أهل السّنة مجمعون على الإقرار بالصِّفاتِ الواردةِ كلِّها في القرآنِ والسُّنة والإيمانِ بها وحملِها على الحقيقةِ لا على المجازِ إلا أنّهم لا يكيِّفون شيئاً مِن ذلك ولا يحُدّون فيه صفة محصورةً

"İnsanlar bu məsələdə çox fərqli fikirlərdədirlər:

1. Əhli Sünnə imamlarının cumhuru deyirlər ki Allah rəsulunun – sallAllahu aleyhi və əlihi və səlləm – dediyi kimi nüzul edir. Bu hədisi təsdiq edir, keyfiyyət vermirlər. Nüzulun keyfiyyəti haqda deyiləcək söz, istiva və məci haqda deyiləcək söz kimidir (keyfiyyət verilməz). Bunun dəlili birdir.

2. Hədis əhlindən digər bir qrup isə Allahın əmri və rəhməti enir demişlər. Bu qövl Malikin katibi olan Həbibdən və başqasından rəvayət olunur. Bu görüşü digərləri inkar etmiş və demişlər ki, bu görüşə fikir verilməz. Çünki Allahın əmri və rəhməti gecə və gündüz enməkdədir. Bir işin hasil olmasını istədikdə istədiyi zaman"ol" deyən –bunu deməklə də o iş dərhal olar – istədiyini istədiyi zaman rəhmətiylə xas qılan, özündən başqa ilah olmayan, Malik, Cabbar, Kəbir, Mütəal olan Allah uca və müqəddəsdir.
Qayravanda siqa/güvənilən müsəlmanlardan olan Muhəmməd bin Əli Əl Cəbəli rəvayət edərək deyir: Bizə Cami bin Səvadə Misirdə ikən rəvayət etdi və dedi: Bizə Mutarrif İmam Malikdən rəvayət edərək dedi ki İmam Malik bin Ənəsdən "Allah gecə dünya səmasına nüzul edər" hədisi haqda soruşulmuş, İmam Malik isə demişdir: "Onun əmri enər".
Rəhmətinin, əfv və dualara cavab vermək haqda hökmünün enməsi mənasında – ki bu da əmrindəndir – İmam Malikin dediyi mümkün ehtimaldır. Yəni bu sadalananlar (duaya cavab vermək və əfv etmək) ən çox bu vaxt olur. Allah daha gözəl biləndir.
Bu səbəbdən də (bu vaxtı) dua etməyə təşviq gəlmişdir. Əbu Zərdən gələn hədisdə onun belə dediyi rəvayət olunur: "Ey Allahın rəsulu! Duaya ən çox cavab verilən vaxt gecənin hansı hissəsidir?" Allah rəsulu – sallAllahu aleyhi və əlihi və səlləm – "Gecənin son ortası" yəni axırı deyə buyurdu. Bu (hədis) az öncə zikr etdiyimiz məna (bu vaxtı Allahın bağışlama və isticabə əmrinin enməsi) üzərədir. Buna əsasən zəval (zöhrün girişi), azan, yağış yağması və bənzəri kimi duanın qəbul olunacağı vaxtlarda dua etməyin məndub olduğu kimi bu vaxtda da dua etmək məndub olur. Allah daha gözəl biləndir.

3. Bir qrup isə "zatıyla enər" demişlər. Bizə Əhməd bin Abdillah atasından xəbər verib demişdir ki atası ona bu cür xəbər vermişdir: Bizə Əhməd bin Xalid, Yəhya bin Osman bin Salehdən misirdə ikən belə rəvayət etmişdir: Nəim bin Həmmadı belə deyərkən eşitdim: "Nüzul hədisi cəhmiyyənin məzhəbinə rəddiyyədir." (Yəhya bin Osman) deyir: Nəim bin Həmmad belə dedi: "Özü kürsüsündə olduğu halda zatıyla enər".
Əbu Ömər (İbn Abdil Bərr) deyir: Əhli Sünnətdən fəhm edən bir topluluq qatında bu görüş hesaba alınmaz. Çünki bu keyfiyyət vermədir. Əhli Sünnət isə bundan şiddətlə qaçır. Çünki keyfiyyət, açıq aydın (elmlə) əhatə olunan bir şey haqda mümkündür. Allah isə bundan ucadır. Gözlərə görünməyəni (Allahı) ağıl sahibləri yalnız xəbərlə (nasla) vəsf edə bilərlər. Allahın sifətləri barədə isə Özünü Öz kitabı və yaxud da rəsulunun – sallAllahu aleyhi və əlihi və səlləm – diliylə vəsf etdiyi şeydən başqa bir xəbər yoxdur. Bu həddi təşbih, qiyas, təmsil yaxud da tənzir/bənzətmə kimi şeylərlə keçmərik. Ona bənzər heç nə yoxdur, o eşidən və görəndir.
Əbu Ömər (İbn Abdil Bərr) deyir: Əhli Sünnət Quranda və Sünnədə gələn sifətlərin hamısını təsdiq edib onlara iman etmək, məcaza deyil həqiqətə həml etmək üzərə icma etmişlər. Sadəcə olaraq onlar bu cür şeylərdən nəyəsə keyfiyyət vermir, müəyyən bir sifətlə hədləndirmirlər."

Qaynaq: İbn Abdil Bərr: Ət Təmhid: 7/143-145
Darul Hədisil Həsəniyyə: 1387/1967

Təliq: İbn Abdil Bərrin sözlərindən çıxan faydalara nəzər salaq.
1. İlkin olaraq İbn Abdil Bərr təfvid görüşün zikr etsə də bunun cumhurun görüşü olduğunu dedi. Daha sonra isə Əhli Hədisin digər bir qrupunun təvil etdiyini qeyd etdi. Qarşı tərəfin bu təvili rədd etdiyini desə də, İbn Abdil Bərr özü duaya cavab verilmək və əfv hökmünün enməsi təvilinin mümkün olduğunu qeyd edir. Həm də təvil görüşünü İmam Malikə nisbət edir. Əgər təvil etmək zəlalət və bidət olsaydı İbn Abdil Bərr kimi bir hafiz bunu İmam Malikə heç cür nisbət etməzdi. Nə də özü bunun mümkünlüyünü qeyd etməzdi.
2. İbn Abdil Bərr "zatıyla" enir görüşünü, İbn Həmmaddan, yəni ilk üç əsrdən olan bir elm əhlindən gəlməsinə baxmayaraq Əhli Sünnətdən olan fəhm əhlinin hesaba almadığını qeyd edir. Səbəb olaraq da bunun açıq aydın təşbih olduğunu qeyd edir. Bundan da anlaşılır ki ilk üç əsrdə yaşayan hər elm əhlinin sözünə etibar edilməz, çünki onlar arasında İbn Hammad kimi təşbihə düşənləri də mövcuddur.
3. İbn Abdil Bərr Allahın sifətlərini isbat etmək üçün alim sözlərinə deyil, nassa ehtiyac olduğunu deyir.
4. Zatıyla eniş fikrini təşbih adlandıran İbn Abdil Bərr bir neçə sətr sonra Əhli Sünnətin bu sifətləri məcaza deyil həqiqətə həml edilmənin vacibliyində icma olduğunu qeyd etmişdir. Bundan da anlaşılır ki həqiqətə həml etmək, bizim ağlımıza ilk gələn mənaya deyil, məcazı nəfy edən mənaya götürməkdir. Bu da oxuyub keçməklə olur. Yəni təfvidlə. Çünki bizim ağlımıza təbadür edən məna bir şeyin nüzul etdiyində zatıyla nüzul etməsi mənasıdır ki bu da İbn Abdil Bərrin dediyi kimi açıq aydın təşbihdir. Yəni "zatıyla enir lakin keyfiyyətin bilmirik" sözü, özü bir keyfiyyət vermə, bir təşbihdir. Çünki zatla enməyin özü müstəqil bir keyfiyyət vermək, müstəqil bir təşbihdir. Bundan qaçan Əhli Sünnənin isə qaçdığı şey üzərə icma etməsi qeyri mümkündür.
5. İcma nəql edən İbn Abdil Bərr bir neçə sətr öncə təvil görüşünün Əhli Hədisdən digər bir qrupun görüşü olduğunu qeyd edir, daha sonra isə bu görüşü İmam Malikə nisbət etmiş və bunun mümkün olduğunu demişdir. İcmanı pozacaq bir şeyin mümkünlüyü isə qeyri mükündür. Burdan anlaşılan budur ki digər nasların izah etdiyi bir təvil, icmaya müxalif bir rəy deyil. Necə ki İbn Abdil Bərr bu təvili Əbu Zərrin hədisiylə açıqlamışdır.
6. Sonda isə İbn Abdil Bərr Əhli Sünnətin bu nasları qəbul etməsinə rəğmən müəyyən bir sifət vermədiklərini qeyd edir. Bu isə təfviddir.
Allah daha gözəl biləndir.
 
Muslimah_92Tarix: Cümə axşamı, 21.06.2012, 20:23 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən olan Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) rahiməhullah, İmam Muslimin "Səhih"inə verdiyi şərhdə "nüzul" hədisi haqda deyir:

هذا الحديث مِن أحاديثِ الصّفاتِ وفيه مذهَبانِ مشهورانِ للعُلماء سبَق إيضاحُهما في كِتاب الإيمانِ ، ومختصَرهما أنّ أحدَهما وهوَ مذهَب جمهورِ السّلفِ وبعضِ المُتكلِّمين أنّه يؤمَن بأنّها حقّ على ما يليق بالله تعالى ، وأنّ ظاهرَها المتعارِف في حقِّنا غيرُ مرادٍ , ولا يُتكلَّم في تأويلِها مع اعتقاد تنزيه الله تعالى عن صفاتِ المخلوقِ وعن الانتِقال والحَركاتِ وسائرِ سِماتِ الخلق
والثّاني : مذهب أكثرِ المُتكلِّمين وجماعاتٍ مِن السّلف وهوَ مَحكِيّ هنا عن مالكٍ والأوزاعِي أنّها تُتأوَّل على ما يليق بها بحسَب مواطِنها، فعلى هذا تأوَّلوا هذا الحديث تأويليْن : أحدُهما : تأويل مالكِ بن أنسٍ وغيره معناه "تنزِل رحمتُه وأمرُه وملائكتُه ، كما يقال : فعل السّلطان كذا إذا فعله أتباعُه بأمرِه . والثاني : أنّه على الاستِعارة , ومعناه الإقبالُ على الدّاعينَ بالإجابةِ واللُّطف , والله أعلم

"Bu hədis sifət hədislərindəndir. Bu haqda alimlərin iki görüşü var. Bunun izahı "İman kitabı"nda keçdi. Müxtəsər olaraq deyirik:

Birinci məzhəb: Bu sələfin cumhurunun və bəzi mütəkəllimlərin məzhəbidir. Bunların Allahın şanına layiq haq olduqlarına və bizim bildiyimiz zahiri mənanın murad edilmədiyinə iman edilər. Allah Təalanı məxluqatın sifətlərindən, intiqal/yerdəyişmə, hərəkət və məxluqatın digər sifətlərindən tənzih etməklə bərabər bu hədislərin təvilinə girilməz.

İkinci məzhəb: Bu mütəkəllimlərin çoxunun və sələfdən bir neçə camaatın məzhəbidir. Bu məzhəb Malikdən və Əvzaidən nəql olunmuşdur. Bu görüş, bu hədislərin Allaha layiq olan şəkildə yerlərinə görə təvil ediləcəyini deyir. Buna əsasən bu hədisi iki cür təvil etmişlər:
Birinci təvil Malik bin Ənəsin və başqasının təvilidir. Mənası, "Onun rəhməti, əmri və mələkləri enir" təvilidir. Necə ki təraftarlarının etdiyi halda "sultan bu cür etdi" deyilər.
İkinci təvil bu ayətdə istiarə olması rəyidir. (Yəni ayənin) mənası dua edənlərə icabət və lütflə yönəlməkdir. Allah daha gözəl biləndir."

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Sahihu Muslim bi Şərhin Nəvəvi: 6/54
Muəssəsətul Qurtuba: 1414/1994

Təliq: İmam Nəvəvinin bu nəqlindəki bəzi faydalara toxunaq:
1. İlk başda İmam Nəvəvi sələfin cumhurunun görüşünün bu naslara Allahın şanına layiq şəkildə iman etmək, bizim üçün zahir olan mənaları Allahdan nəfy etmək olduğunu qeyd edir. Buna/Allahın şanına uyğun olmayan mənaları nəfy etməyə, üsuluddin alimləri icmali təvil deyirlər ki bu təvil növündə sələf də xələf də ittifaq edib.
2. İmam Nəvəvi "nüzul" sifətindən intiqal və hərəkətin nəfyinin sələfin məzhəbi olduğunu qeyd etmişdir. Burada çox incə bir məqama toxunmaq istəyirəm. İmam Nəvəvinin bu sözündən bir daha anlaşılır ki, sələf "zahir" dedikdə, ağla mütəbadir mənanı deyil, yalnız və yalnız məcazın naqidi/əksi olan zahiri qəsd etmişlər. "Məcazın naqidi olan zahir ağla mütəbadir mənadır" deyənlərə cavabımız odur ki, bizim ağlımıza mütəbadir olan "nüzul" intiqaldan və hərəkətdən xali deyil. Əgər "zahir" sözündən ağla mütəbadir məna qəsd olunsa idi, sələfin intiqal və hərəkəti nəfy etməsində bir məna olmazdı. Çünki bizə mütəbadir olan məna bu iki şeydən xali olmur. Bundan da anlaşılır ki "zahir" dedikdə, sadəcə məcazın nəfyi qəsd olunur ki bu da ayələri olduğu kimi oxuyub keçməkdir. Və bu da təfvid inancının tam özüdür. Çünki bizim anladığımız "nüzul" eniş və hərəkətlə olur. Bu məna da məhcur olduqdan sonra "nüzul"dan nəyin qəsd olunduğunu bir tək Allah bilər.
3 İmam Nəvəvi təfvid inancıyla təvil inancını zikr etsə də, digər görüşləri zikr etmir. Bu da onun bu iki görüşdən başqa hər hansı bir məzhəbi və sahiblərini önəmsəmədiyi anlamına gəlir. Doğrusunu Allah bilir.
 
Muslimah_92Tarix: Cümə axşamı, 21.06.2012, 20:24 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən olan Hafiz Əbu Bəkr Əl Beyhəqi (384-458 h/994-1066 m) rahimahullah özünün "Əl İtiqad" kitabında "Nüzul hədisi"ni zikr etdikdən sonra deyir:

وهذا حديثٌ صحيحٌ رواه جماعةٌ مِن الصحابةِ عن النبي صلى الله عليه وآله وسلم وأصحابُ الحديثِ فيما ورَد به الكتاب والسنة مِن أمثالِ هذا , ولم يتكلمْ أحدٌ مِن الصحابةِ والتابعينَ في تأويله , ثم إنّهم على قسميْن
مِنهم مَن قبِله وآمن به ولم يؤوِّلْه , ووكَّل علمَه إلى الله , ونفى الكيفِية والتشبيه عنه
ومِنهم مَن قبِله وآمن به وحمَله على وجهٍ يصِح استعماله في اللغةِ , ولا يناقض التوحيد

"Bu səhih hədisdir. Bunu peyğəmbərdən – sallAllahu aleyhi və əlihi və səlləm – bir qrup səhabə və hədis əshabı, Quran və Sünnədə bu kimi şeylərin varid olduğu babda rəvayət etmişlər. Səhabə və tabiundan heç kim bu hədisin təvili barədə danışmayıb. Sonra isə onlar (bu hədisi anlamaqda) iki yerə bölünürlər:
1. Onlardan (səhabə, tabiun və hədis əhlindən) bəziləri bunu qəbul etmiş, ona iman etmiş, onu təvil etməmiş, elmin Allaha həvalə/təfvid etmişdir. (Bununla belə) keyfiyyəti və təşbihi/bənzətməni Ondan (Allahdan) nəfy etmişlər.
2. Bəziləri də onu qəbul etmiş və ona iman etmiş və onu lüğətdə istifadəsi səhih olub tövhidə müxalif olmayan vəchə/mənaya həml etmişlər."

Qaynaq: Əbu Bəkr Əl Beyhəqi: Əl İtiqad: 55-56
Beyrut: Dar İbn Həzm: 1424/2003
 
Forum » İslam » Hədis » NÜZUL HƏDİSİ, ƏHLİ SÜNNƏT FƏHMİNDƏ (BİSMİLLAH)
Страница 1 из 11
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru