[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » KIMLƏR TƏKFİR EDƏR? (BISMILLAH)
KIMLƏR TƏKFİR EDƏR?
Muslimah_92Tarix: Çərşənbə, 01.08.2012, 18:54 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Heç kimə sirr deyil ki hal hazırda müsəlmanlar bir zillət dönəmi yaşayır. Bu zilləti ortaya çıxaran bir çox səbəblər vardır ki, bu ayrıca bir mövzuda işlənməlidir.
Bu yazımda toxunmaq istədiyim məsələ müsəlmanlar arasında ciddi parçalanma və düşmənçiliyə səbəb olan təkfir məsələsidir.
Təəssüflər olsun ki, bu bəla müsəlmanlar arasında geniş yayılıb.
Daha öncə də qeyd etdiyimiz kimi, xəstəliyin müalicəsindəki ana qaydalardan biri xəstəliyin qaynağını tapıb onu qurutmaqdır... Təkfir isə çoxqaynaqlı bir xəstəlikdir..
Xəstəliyin tamamən aradan qaldırılması kompleks bir müalicəyə möhtacdır...
Bu yazıyla qurutmağa çalışacağımız qaynaq isə səthi ama önəmli qaynaqdır.
Azərbaycanda təkfirin "başını çəkənlər" yerli "elm tələbələridir"... Kimin nə olduğuna onlar qərar verər, tənbəlliyi səbəbilə dini araşdırmayan avama da onlara tabe olmaqdan başqa yol qalmaz...

Bəs görəsən sözdə "hakim" qəbul elədiyimiz İslam dini "elm tələbələrinə" bu haqqı tanıyıbmı?
Müctəhid olmayan bir kimsə təkfir məsələsində söz sahibi ola bilərmi?
Təkfir edən şəxsdə hansısa xüsusiyyətlərin olması gərəklidirmi?
Yoxsa dinimiz "yolkəsənlərə" insanların taleyi haqda qərar vermə haqqları verib?
Təkfir haqda qərar çıxarma haqqı kimindir?
 
Muslimah_92Tarix: Çərşənbə, 01.08.2012, 18:55 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən Kəməluddin İbn Huməm Əs Sivasi (790-861 h/1388-1457 m) xəvariclərin təkfirindən danışarkən təkfir məsələsində müctəhid olmayan bir fəqihin sözünə etibar edilməyəcəyini açıq şəkildə ifadə edir:

قال ابنُ المنذِرِ : ولا أعْلمُ أحدًا وافقَ أهلَ الحديثِ على تكفيرِهم ، وهذا يَقتضي نقلَ إجماعِ الفقهاءِ .
وذكَر في المُحِيطِ أنَّ بعضَ الفقهاءِ لا يكفِّر أحدًا مِن أهلِ البِدَعِ ، وبعضُهم يكفِّرون بعضَ أهلِ البدَعِ وهو مَن خالفَ ببدعته دليلاً قطْعيًا ونسَبه إلى أكثرِ أهلِ السُّنة ، والنقْلُ الأولُّ أثْبَتُ ، نَعَمْ يقَعُ في كلامِ أهلِ المذاهبِ تكفيرٌ كثيرٌ , ولكن ليس مِن كلامِ الفقهاءِ الذينَ هُم المجتهِدون بل مِن غيرِهم ، ولا عبرةَ بغيرِ الفقهاءِ ، والمنقولُ عن المجتهدينَ ما ذكَرْنا ، وابنُ المنذرِ أعْرفُ بنقْلِ مذاهبِ المجتهِدينَ

"İbn Əl Munzir dedi: "(Xəvariclərin) təkfiri mövzusunda əhli hədislə həmfikir olan bir kimsə bilmirəm".
Bu cür ifadə fəqihlərin icmasını nəql etmək deməkdir.
"Əl Muhit" adlı kitabın müəllifi, fəqihlərdən bəzilərinin bidət əhlindən heç kimi təkfir etmədiklərini, onlardan bəzilərinin isə bidətiylə qəti dəlilə müxalifət edən bidətçiləri təkfir etdiklərini zikr etmişdir. Bu görüşü də əhli sünnətin çoxuna nisbət etmişdir.
Birinci nəql daha doğrudur.
Bəli, məzhəb alimlərinin sözlərində çoxlu təkfir ifadələri vardır. Lakin, bu sözlər müctəhid mərtəbəsində olan fəqihlərin sözləri deyildir, başqalarının sözləridir.
(Müctəhid olmayan) fəqihlərin sözünə isə etibar edilməz!
Müctəhidlərdən nəql edilən (xavariclərin təkfir edilmədiyi haqqqında) zikr etdiyimiz görüşdür.
İbn Əl Munzir müctəhidlərin görüşlərini daha yaxşı bilən biridir."

Qaynaq: Kəməluddin İbn Huməm: Fəthul Qadir lil Acizil Faqir: 6/93
Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2003
 
Muslimah_92Tarix: Çərşənbə, 01.08.2012, 18:56 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən İbn Nuceym Əl Misri (v. 970 h/1563 m) təkfir mövzusunda hökm verməyin sadəcə müctəhidin haqqı olduğu barədə deyir:

فهذا وما قبْلَه صريحٌ في أنَّ ألفاظَ التكفيرِ المعروفةَ في الفتاوى مُوجِبةٌ للردّةِ عن الإسلام حقيقةً , وفي البزَّازيةِ : ويُحكى عن بعضِ مَن لا سلَفَ له أنه كان يقول ما ذُكِر في الفتاوى أنه يكفُر بكذا وكذا فذاك للتخويف والتهويل لا لحقيقةِ الكفرِ , وهذا كلام باطلٌ إلى آخره
والحقُّ أنَّ ما صحَّ عن المجتهدِ فهو على حقيقتِه وأما ما ثبَت عن غيرِه فلا يُفتى به في مثلِ التكفير

"Yuxarıda və ondan öncə zikr etdiyim açıq şəkildə ifadə edir ki, fətvalarda qeyd edilən məlum təkfir ləfzləri həqiqi mənada İslamdan çıxmağa səbəbdir.
"Əl Bəzzəziyyə" adlı kitabda deyilir: "Daha öncə analoji görüşdə bənzərləri olmayan kimsələrdən nəql edildiyinə görə, fətvalarda "filan şey səbəbilə küfrə düşər" şəklində zikr edilən görüşlər sadəcə qorxutmaq və çəkindirmək üçündür, həqiqi mənada küfr deyil. Bu tamamilə batil bir görüşdür."
Doğru olan budur ki, müctəhidlərdən səhih olaraq sabit olanlar həqiqi mənasındadır. Müctəhid olmayanlardan sabit olana gəlincə, təkfir kimi məsələlərdə belə şeylərlə fətva verilməz.
(Daha sonra İbn Huməmin yuxarıdakı sözlərini nəql edir)."

Qaynaq: İbn Nuceym: Əl Bəhrur Raiq Şərhu Kənzid Dəqaiq: 5/202
Beyrut: Darul Kutubil İlmiyyə: 1418/1997

Gördüyümüz kimi, üsulçu alim İbn Nuceym də təkfir mövzusunda qərar verməyin ancaq müctəhidlərin haqqı olduğunu açıq şəkildə zikr edir.
Hənəfi alimlərindən Əhməd Əl Həməvi "Ğamzu Uyunil Bəsair" adlı şərhinin riddət babında eyni sözləri təqrir mahiyətində zikr etmişdir.
 
Muslimah_92Tarix: Çərşənbə, 01.08.2012, 18:57 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən, böyük mühəddis Muhəmməd Ənvər Əl Kəşmiri (1292-1352 h) Buxarinin səhihini şərh etdiyi "Feyzul Bari alə Sahihil Buxari" adlı kitabında deyir:

أما محمدُ بنُ عبد الوهّابِ النجْدي فإنه كان رجلاً بَليداً قليلَ العلمِ ، فكان يتسارَع إلى الحكمِ بالكفرِ ، ولا ينبغي أنْ يقتحِمَ في هذا الوادي إلا مَن يكون متيَقِّظاً مُتقِناً عارفاً بوجوهِ الكفر وأسبابه

"Muhəmməd bin Abdil Vəhhab Ən Nəcdiyə gəlincə, şübhəsiz ki o, axmaq və elmi qıt bir adam olmuşdur. Küfr hökmü verməyə tələsərdi.
Halbuki, bu vadiyə ancaq diqqətli, mahir, küfrün forma və səbəblərini yaxşı bilən kimsənin girməsi lazımdır."

Qaynaq: Ənvər Şah Əl Kəşmiri: Feyzul Bari: 1/252
Beyrut: Darul Kutibil İlmiyyə: 1426/2005

Günümüzdə təkfir mövzusunda ən tələskən olanların məhz "sələfiyyə" qaynaqlı kimsələr olduğu günəş kimi açıqdır.
Əgər Ənvər Şah Kəşmiri kimi küfr məsələrində mütəxəssis bir alim, "mücəddid" Muhəmməd bin Abdil Vəhhəbı təkfir məsələsində söz deməyə haqlı saymayıbsa, onun təqlidçilərinin təkfir əhliyəti haqda düşünməliyik?
 
Muslimah_92Tarix: Çərşənbə, 01.08.2012, 18:58 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən İmamul Harameyn Əbul Məali Əl Cuveyni (419-478 h/1028-1080 m) "Ğiyəsul Uməm fit Tiyəsiz Zuləm" adıı kitabında deyir:

فإِنْ قيلَ : فَصِّلُوا مَا يَقْتَضِي التكْفيرَ وما يُوجِبُ التبديعَ والتضليلَ
قلنا: هذا طَمَعٌ فِي غَيْرِ مَطْمَعٍ ؛ فإِنَّ هذا بَعِيدُ الْمَدْرَكِ وَمُتَوَعِّرُ الْمَسْلَكِ ، يَسْتَمِدُّ مِنْ تَيّارِ بِحارِ عُلُومِ التَّوْحِيدِ ، ومَن لمْ يُحِطْ بِنِهاياتِ الْحَقَائِقِ ، لَمْ يَتَحَصَّلْ فِي التَّكْفِيرِ عَلَى وَثَائِقَ ، وَلَوْ أَوْغَلْتُ فِي جَمِيعِ ما يتعلَّق به أَطْرافُ الكلامِ في هذا الكتابِ ، لَبلَغ مُجَلّدَاتٍ ؛ ثمّ لا يَبْلُغ مُنْتَهَى الغاياتِ

"Əgər – "Təkfir etməyi tələb edəni və (sahibini) bidətçi, zəlalət əhli saymağı vacib qılanı bir-birindən ayıraraq izah edin!" – desələr, (cavabında) deyərik: “Bu, çox çətin bir şeyi istəməkdir. Çünki bu, çətin dərk olunan bir mövzu, ağır bir məsləkdir. Tövhid elmlərindən ibarət dəryaların axıntısından uzanan bir mövzudur.
Kim həqiqətləri biliyi ilə tamamilə əhatə etməyibsə, təkfir məsələsində vəsiqələri/dəlilləri əldə etməmişdir.
Bu kitabdakı söhbətin toxunduğu bütün kənar mövzuların daha da dərininə dalsaydım (kitab) neçə-neçə cildlər olardı, lakin yenə də hədəf tam hasil olmazdı."

Qaynaq: İmamul Harameyn Əl Cuveyni: Ğiyəsul Uməm: 137
İskəndəriyyə: Darud Dəava

Təliq: Bu sözlərdən anlayırıq ki, sahibini kafir etməyi gərəkdirən sözlər və əməlləri, sahibini kafir etməyi gərəkdirməyən sözlər və əməllərdən ayırmaq çox çətin bir məsələdir.
O qədər çətindir ki, iki Haramın imamı Əl Cuveyni kimi bir alim bu işin ağırlığından söz açır. Alləmə Əl Cuveyni vurğulayır ki, təkfirdə sağlam zəmin üzərində durmaq üçün sadəcə olaraq fiqh və bəzi digər elmləri oxumaq kifayət etmir. Ona görə bu məsələ tövhid elminin dərinliklərinə vaqif olmuş mütəxəssis alimlərin girişə biləcəkləri bir məsələdir.

İmamul Harameyn Əbul Məali Əl Cuveyni – rahmətullahi aleyhi – bu işin yüzdə yüz mütəxəssis alimlərin işi olduğunu, fəqihlərin işi olmadığını digər kitabında belə ifadə edir:

ولا حاجةَ إلى تفْصيلِ القوْلِ فيما يَكُونُ رِدَّةً مِنَ الأَقْوَلِ وإنما يَغمُضُ الكلامُ في تكْفيرِ المتَأَولينَ مِن أَهْلِ البِدَعِ , وليس ذلك مِن فَنّ الفقهِ

"Sözlərdən nəyin riddət olması haqqında məsələnin təfsilatına girməyə ehtiyac yoxdur.
Bidət əhlindən təvil edənlərin təkfiri haqqındakı söhbət sadəcə olaraq çox qarışıqdır və bu, fiqh fənninə aid deyildir."

Qaynaq: İmamul Harameyn Əl Cuveyni: Nihəyətul Mətləb: 17/162
Darul Minhəc: 1428/2007

Təliq: Bu sözlərində yenə İmam Cuveyni təkfir mövzusunun qarışıq və qəliz bir mövzu olmasına diqqət çəkir.
Əgər belə böyük bir alim üçün, dahi bir İslam zəkası üçün təkfir mövzusu qəliz və qarışıq görünürsə o zaman bizim bu sağa-sola təkfir edən cahillərin halı necə olmalıdır?
Cuveyninin bu sözlərindən yenə anlaşılır ki, bu məsələ fəqihlərin altından çıxa biləcəkləri məsələ deyildir, çünki bunun öyrənildiyi fənn fiqh fənni deyildir.
Elə isə fiqhdən daha təharət bölümünə belə yetərincə vaqif ola bilməmiş cahillərin təkfir əhliyəti varmı? Əsla!
 
Muslimah_92Tarix: Çərşənbə, 01.08.2012, 18:59 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Maliki məzhəbindən olan böyük üsulçu Şihabuddin Əl Qarafi (v. 684 h/1285 m) məşhur "Əl Furuq" adlı əsərində küfr olan günahla, küfr olmayan günah arasında fərqi izah edərkən təkfir məsələsində əhliyyətin vacibliyi haqda deyir:

بل التعرُّض إلى الحدِّ الذي يمتازُ به أعلى رُتَبِ الكبائر مِن أدنى رُتَبِ الكفْرِ عَسيرٌ جدًا , بلِ الطريقُ المحصِّل لذلك أن يُكثِرَ مِن حفْظِ فتاوى المتقدِّمِين المقتدَى بهم مِن العلماءِ في ذلك وينظُرَ ما وقَع له هل هو مِن جنْسِ ما أفتوا فيه بالكفر أو مِن جنْس ما أفتوا فيه بعدَمِ الكفرِ , فيُلحِقَه بعدَ إمْعانِ النظَرِ وجوْدة الفكْرِ بما هو مِن جنْسِه
فإنْ أشكَل عليه الأمرُ أو وقَعتِ المشابهةُ بين أصْلَين مُختلفَين أو لم تكن له أهليةُ النظْرِ في ذلك لقصورِه وجَب عليه التوفيقُ ، ولا يُفتي بشيءٍ فهذا , هو الضابطُ لهذا الباب

"Böyük günahların ən üst səviyyəsinin küfrün ən alt səviyyəsindən ayrıldığı həddi müəyyən etmək çox çətindir. Bu bacarığı əldə etməyə götürən yol, tabe olunan qədim alimlərin bu haqdakı fətvalarını bolca hifz etmək və vaqe olan işin alimlərin küfr olduğuna fətva verdiyi cinsdənmi yoxsa, küfr olmadığına fətva verdikləri cinsdənmi olduğuna baxmaqdır ki, beləcə diqqətli incələmədən və dərin təfəkkürdən sonra o işi öz cinsinə qatsın.
Əgər məsələ ona problemli gələrsə və ya iki müxtəlif əsl arasında bənzərlik ortaya çıxarsa və ya o adamın öz qüsuru səbəbilə incələmə əhliyyəti olmazsa, onun üzərinə vacib olan susmaqdır və bu haqda heç bir fətva verməməlidir! Bu dediyimiz sözügedən bab (təkfir) üçün qaydadır/prinsipdir."

Qaynaq: Şihabuddin Əl Qarafi: Əl Furuq: 4/268
Beyrut: Darul Kutubil İlmiyyə: 1418/1998

Təliq: İmam Qarafinin sözlərindəki faydaları belə tərtibləmək olar:
1. Bu məsələ hətta fətva əhli üçün belə ağır məsələlərdəndir.
2. Bu barədə qənaətə varmaq iki cür bilgiyə möhtacdır:
a ) Qədim alimlərin bu haqda görüşlərini incələmək.
b ) Vaqe olan hadisəyə vaqif olub verilmiş fətvaya uyğunluğunu kontrol etmək.
3. Bu babda söz, uyulan qədim mötəbər alimlərindir. Hətta sonrakı fəqihlər belə onların fətvalarına uymalıdır.
4. Bu məsələdə ümumi elmi əhliyyət şərtdir ki, bunun qazanılması uzun illərin zəhmətinin nəticəsidir və buna çox az insan nail ola bilir. Dolayısıyla avamın bu barədə danışması qətiyyən caiz deyil.
5. Bir şeyin küfr olub olmadığında qarışıqlıq meydana gələrsə, o məsələdə susmaq vacib, fətva vermək haramdır.


Yazını Muslimah_92 - Çərşənbə, 01.08.2012, 18:59
 
Forum » İslam » Tövhid və Əqidə » KIMLƏR TƏKFİR EDƏR? (BISMILLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru