[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Страница 1 из 11
Forum » İslam » Tövhid və Əqidə » ALLAHDAN BAŞQASINA SƏCDƏ, KÜFR YOXSA HARAM? (BİSMİLLAH)
ALLAHDAN BAŞQASINA SƏCDƏ, KÜFR YOXSA HARAM?
Muslimah_92Tarix: Çərşənbə, 11.07.2012, 17:25 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil

بسم الله الرحمن الرحيم

Allahdan başqasına səcdə... Bu mövzuda alimlərin görüşləri nədir?
Allahdan başqasına səcdə edən təkfir edilərmi? Yoxsa fasiq sayılar...
İbadət və Salamlama səcdələri...Valideynə və ya bütə səcdə etmək arasında fərq...
Allahın iznilə bu mövzuda elm əhlinin görüşlərini sizə təqdim edərək məsələnin həqiqətini ortaya qoymağa çalışacayıq
.


Yazını Muslimah_92 - Çərşənbə, 11.07.2012, 17:26
 
Muslimah_92Tarix: Çərşənbə, 11.07.2012, 17:27 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Alləmə Şəmsuddin Əz Zəhəbi (673-748 h/1274-1348 m) bu məsələ haqda deyir:
ألا ترى الصحابة من فرط حبهم للنبي صلى الله عليه وسلم قالوا : ألا نسجد لك ؟ فقال : لا ، فلو أذن لهم لسجدوا له سجود إجلال وتوقير ، لاسجود عبادة ، كما قد سجد إخوة يوسف عليه السلام ، وكذلك القول في سجود المسلم لقبر النبي صلى الله عليه وسلم على سبيل التعظيم والتبجيل لا يكفر به أصلا ، بل يكون عاصيا فليُعَرَّفْ أن هذا منهيٌ عنه ، وكذلك الصلاة إلى القبر

“Görmürsənmi ki, səhabə Nəbiyə – sallallahu aleyhi və səlləm – olan sevgilərinin yüksək səviyyədə olması səbəbilə ona: “Sənə səcdə edəkmi?” deyirdilər?
O da: Xeyr! Deyə cavab verdi.
Əgər onlara izin versəydi, ona ululama/ucaltma və hörmət səcdəsi edərdilər. İbadət səcdəsi deyil. Necəki, qardaşları Yusufa – aleyhissəlam – səcdə etmişdilər.
Müsəlmanın, Nəbinin – sallallahu aleyhi və səlləm – qəbrinə ucaltma və təzim məqsədilə səcdə etməsindəki görüş də bunun kimidir və bu səbəblə əsla təkfir olunmaz!
Əksinə asi/fasiq olar. Bunun nəhy/qadağan olduğu ona öyrədilsin.
Nəbinin – sallallahu aleyhi və səlləm – qəbrinə doğru namaz da bunun kimidir.”

Qaynaq: Şəmsuddin Əz Zəhəbi: Mucəmuş Şuyux Əl Mucəmul Kəbir: 1/73-74: Əlif Hərfi: Nömrə 58.
Taif: Məktəbətus Siddiq: 1408/1998
 
Muslimah_92Tarix: Çərşənbə, 11.07.2012, 17:28 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Əndəluslu Əbu Ömər, İbn Abdil Bərr Əl Qurtubi (368-463 h/978-1071 m) Muvatta şərhi olan “Ət Təmhid” adlı kitabında deyir:

اللَّهُمَّ لَا تَجْعَلْ قَبْرِي وَثَنًا يُعْبَدُ اشْتَدَّ غَضَبُ اللَّهِ عَلَى قَوْمٍ اتَّخَذُوا قُبُورَ أَنْبِيَائِهِمْ مَسَاجِدَ

الوثن: الصنم وهو الصورة من ذهب كان، أومن فضة، أوغيرذلك من التمثال.وكل ما يعبد من دون الله فهو وثن صنماً كان، أو غيرصنم.
وكانت العرب تصلي إلى الأصنام وتعبدها فخشي رسول الله على أمته أن تصنع كما صنع بعض من مضى من الأمم، كانوا إذا مات لهم نبي عكفوا حول قبره كما يصنع بالصنم فقال اللهم لا تجعل قبري وثناً يصلى إليه،ويسجد نحوه، ويعبد، فقد اشتد غضب الله على من فعل ذلك. وكان رسول الله يحذر أصحابه وسائر أمته من سوء صنيع الأمم قبله الذين صلّوا الى قبور أنبيائهم، واتخذوها قبلة ومسجداً،كماصنعت الوثنية بالأوثان التي كانوا يسجدون لها ويعظمونها، وذلك الشرك الأكبر

“Hədis: Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu:
“Allahım! Qəbrimi ibadət edilən büt qılma. Nəbilərinin qəbirlərini məscid edən qövmə Allahın qəzəbi (əzabı) şiddətli olar.”

Şərh:

Əl Vəsən: Əs Sanəm, qızıldan, gümüşdən və ya başqa bir şeydən hazırlanmış heykəl qismindən surətdir. Allahdan başqa ibadət edilən istər sanəm (büt) cinsindən olsun istər sanəm cinsindən olmasın vəsəndir/bütdür.
Ərəblər bütlərə doğru namaz qılar və ona ibadət edərdilər. Rəsulullah, ümmətinin keçmiş ümmətlərin etdiyini etmələrini etməsindən çəkindi. Onlar, Nəbiləri öldüyü zaman bütlərlə rəftar etdikləri kimi, onun qəbri ətrafında ibadət edirdilər.
Rəsulullah buyurdu: “Allahım! Qəbrimi, ona doğru namaz qılınan, ona doğru səcdə edilən və ibadət edilən büt qılma. Bunu edənin üzərinə Allahın qəzəbi (əzabı) şiddətli olar.”
Rəsulullah səhabələrini və ümmətindən olan digərlərini, özündən əvvəlki ümmətlərin etdikləri pis əməllərdən çəkindirmişdir. O ümmətlər ki, Nəbilərinin qəbirlərinə doğru namaz qılar, qəbri qiblə və məscid edərdilər. Necəki. Bütpərəstlər səcdə edib böyütdükləri bütlərinə bunu edirlər. Bu böyük şirkdir.”

Qaynaq: İbn Abdil Bərr: Ət Təmhid: 5/45
1387/ 1967
 
Muslimah_92Tarix: Çərşənbə, 11.07.2012, 17:29 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Böyük Üsulçulardan, Şihabuddin Əhməd bin İdris Əl Qarafi Əl Məliki (v. 684 h/1285 m) məşhur “Ənvərul Buruq fi Ənvəil Furuq” adlı kitabında bu məsələyə əsaslı şəkildə toxunmuş, həmçinin kitaba şərh və haşiyə yazanlar da bu haqda fikirlərini bildirmişlər ki, Uca Allahın iznilə bu barədə həm İmam Qarafinin həm də digərlərinin sözlərini sizlərə təqdim edəcəyəm. İmam Qarafi deyir:

اتفق الناس على أن السجود للصنم على وجه التذلل والتعظيم له كفر ولو وقع مثل ذلك في حق الولد مع والده تعظيما له وتذللا أو في حق الأولياء والعلماء لم يكن كفرا والفرق عسير فإن قلت السجود للوالد والعالم يقصد به التقرب إلى الله تعالى فلذلك لم يكن كفرا قلت : وكذلك السجود للصنم فقد كانوا يقولون { ما نعبدهم إلا ليقربونا إلى الله زلفى } فقد صرحوا بقصد التقرب إلى الله تعالى بذلك السجود فإن قلت الله تعالى أمر بتعظيم الآباء والعلماء ولم يأمر بتعظيم الأصنام بل نهى عنه فلذلك كان كفرا قلت إن كان السجودان في المسألتين متساويين في المفسدة استحال في عادة الله أن يأمر بما هو كفر في بعض المواطن لقوله تعالى { ولا يرضى لعباده الكفر } أي لا يشرعه دينا ومعناه أن الفعل المشتمل على فساد الكفر لا يؤذن فيه ولا يشرع فلا يقال : إن الله تعالى شرع ذلك في حق الآباء والعلماء دون الأصنام .
وحقيقة الكفر في نفسه معلومة قبل الشريعة وليست مستفادة من الشرع ولا تبطل حقيقتها بالشريعة ولا تصير غير كفر فحينئذ الفرق مشكل وقد كان الشيخ عز الدين بن عبد السلام يستشكل هذا المقام ويعظم الإشكال فيه

“İnsanlar ittifaq etdilər: Təzəllül (zillət) və təzim məqsədilə bütə səcdə etmək küfrdür. Əgər belə bir şey oğul və ata arasında olsa və yaxud övliyalara və alimlərə olsa və bununla təzim və təzəllül qəsd edilsə bu küfr olmaz.
Buradakı fərqi anlamaq çətindir. Əgər sən desən ki, ataya və alimə səcdə etməklə qəsd edilən şey Uca Allaha yaxınlaşmaqdır və bu səbəbə görə küfr olmaz, mən deyərəm ki, bütlərə səcdə də belə idi. Onlar deyirdilər: “Biz onlara, ancaq bizi Allaha daha da yaxınlaşdırsınlar deyə ibadət edirik.” (Əz Zumər: 39/3) Bu səcdəylə Uca Allaha yaxınlaşmağı qəsd etdiklərini açıq şəkildə ifadə edirdilər.
Əgər sən desən ki, Uca Allah atalara və alimlərə təzimi əmr etmiş, lakin bütlərə təzimi əmr etməmiş, əksinə bunu qadağan etmişdir ki, bu səbəblə bu əməl küfrdür, mən deyərəm ki, əgər bu iki haldakı səcdə, məfsədət/zərər baxımından eyni qəbul edilsə, Allahın adətində “bəzi yerlərdə küfr olan” şeyləri əmr etmək muhaldır/imkansızdır. Çünki, Uca Allah buyurur: “Qulları üçün küfrə razı olmaz” (Əz Zumər: 39/7) yəni bunu din olaraq təşri etməz. Bunun mənası budur ki, tərkibində küfrün fəsadı olan felə icazə verilməz və bu təşri edilməz. Həmçinin belə deyilməz: “Uca Allah bunu atalar və alimlər haqda təşri edib, bütlər üçün etmədi.”
Küfrün həqiqəti şəriətdən öncə, özlüyündə bilinən bir şeydir, şəriətdən alınmamışdır, onun həqiqəti şəriətlə ibtal edilməz və küfr olmayan bir şeyə çevrilməz. Elə isə, buradakı fərq müşkildir, anlaşılması çətindir.
Şeyx İzzuddin bin Abdis Səlama bu məqam çətin gəldi və bu məsələki problemi ciddi gördü.”

Qaynaq: Şihabuddin Əl Qarafi: Əl Furuq: 1/227
Beyrut: Darul Kutubil İlmiyyə: 1418/1998
 
Muslimah_92Tarix: Çərşənbə, 11.07.2012, 17:30 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam Şihabuddin Əl Qarafinin “Əl Furuq” kitabına “İdraruş Şuruq Alə Ənvəil Furuq” adlı şərh yazan maliki alimlərindən Siracuddin İbn Əş Şat (632-723 h/1245-1323 m) İmamın bu sözlərini şərh edərkən dedi:

قال : ( وأكمل البحث في هذا الموطن بذكر مسألتين : الأولى اتفق الناس على أن السجود للصنم على وجه التذلل له والتعظيم كفر ولو وقع ذلك في حق الولد مع والده تعظيما له وتذللا أو في حق الأولياء والعلماء لم يكن كفرا والفرق عسير ) قلت : أغفل الوصف المفرق فعسر عليه الفرق والوصف المفرق أن سجود من سجد للأصنام لم يسجد لها لمجرد التذلل والتعظيم بل لذلك مع اعتقاد أنها آلهة وأنها شركاء لله تعالى ولو وقع مثل ذلك مع الوالد أو العالم أو الولي لكان ذلك كفرا لا شك فيه وأما إذا وقع ذلك أو ما في معناه مع الوالد لمجرد التذلل والتعظيم لا لاعتقاد أنه إله وشريك لله عز وجل فلا يكون كفرا وإن كان ممنوعا سدا للذريعة .
قال : ( فإن قلت : السجود للوالد والعالم إلى قوله ... فحينئذ الفرق مشكل وقد كان الشيخ عز الدين بن عبد السلام رحمه الله تعالى يستشكل هذا المقام ويعظم الإشكال فيه )
قلت : إغفاله ما نبهت عليه أوقعه في هذا الخبال وعظم عنده وعند شيخه أمر الإشكال وقد تبين الحق في ذلك على الكمال والحمد لله الواقي من الضلال

“(Qarafi) Dedi: “Burada iki məsələni zikr etməklə bəhsi kamala çatdırdım. Birinci: İnsanlar ittifaq etdilər: Təzəllül (zillət) və təzim məqsədilə bütə səcdə etmək küfrdür. Əgər belə bir şey oğul və ata arasında olsa və yaxud övliyalara və alimlərə olsa və bununla təzim və təzəllül qəsd edilsə bu küfr olmaz. Buradakı fərqi anlamaq çətindir.”

İbn Əş Şatın Şərhi: Deyirəm: Ayırıcı fərqdən qafil qaldı və fərqi anlamaq ona ağır gəldi. Ayırıcı fərq budur ki, bütə səcdə edən ona mücərrəd təzəllül və təzim üçün səcdə etmir, əksinə bunun üçün, ancaq onların ilahlar və Uca Allahın şərikləri olduğuna etiqadla bərabər səcdə edir. Əgər bunun kimi hal ata, alim və vəli haqqında olarsa küfr olar, bunda şəkk yoxdur.
Lakin, bu və ya bu mənada olan şey ataya mücərrəd təzəllül və təzim olub, onun ilah və Allahın - azzə və cəll - ortağı olduğuna etiqad üçün olmadığı zaman, “zərərə götürən şeylərə sədd olma” babında qadağan edilmiş olsa belə küfr olmaz.

(Qarafi) dedi: “Əgər desən ki, ataya və alimə səcdə... o zaman fərqi anlamaq çətin olar... Şeyx İzzuddin bin Abdis Səlama bu məqam çətin gəldi və bu məsələki problemi ciddi gördü.”

İbn Əş Şatın Şərhi: Deyirəm: Onun qafilliyi mənim diqqət çəkdiyim nöqtədir ki, bu qarışıqlıqda onu çətin vəziyyətə qoydu, onun üçün və şeyxi (İzzuddin) üçün problem ciddiləşdi.
Bu mövzuda haqq olan kamil bir şəkildə ortaya çıxdı. Həmd sapıqlıqdan qoruyan Allaha məxsusdur.”

Qaynaq: Şihabuddin Əl Qarafi: Əl Furuq: 1/227
Beyrut: Darul Kutubil İlmiyyə: 1418/1998

 
Muslimah_92Tarix: Çərşənbə, 11.07.2012, 17:30 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
“Əl Furuq” kitabına yazılmış şərhə “Təhzibul Furuq vəl Qavaidis Sunniyyə fi Əsraril Fiqhiyyə” adlı haşiyə yazan , əslən Məğribli Muhəmməd Əli bin Huseyn Əl Məkki Əl Məliki (1287-1367 h/1870-1948 m) yuxarıdakı ifadələrin izahında deyir:

الفرق بين السجود للصنم على وجه التذلل والتعظيم له اتفق الناس على أنه كفر وبين السجود للوالدين والأولياء والعلماء تعظيما وتذللا اتفقوا على أنه ليس بكفر هو أن السجود للأصنام ليس لمجرد التذلل والتعظيم بل له مع اعتقاد أنه آلهة وأنهم شركاء لله تعالى حتى اقتضى بذلك الجهل بالربوبية بخلافه للوالدين والأولياء والعلماء فإنه لما كان لمجرد التذلل والتعظيم لا لاعتقاد أنهم آلهة وشركاء لله عز وجل لم يكن كفرا وإن كان ممنوعا سدا للذريعة نعم لو وقع مع الوالد أو العالم أو الولي على وجه اعتقاد أنه إله وشريك لله تعالى لكان كفرا لا شك فيه

“Bütə təzəllül və təzim məqsədilə səcdəylə ki, insanlar bunun küfr olduğu üzərində ittifaq ediblər, valideynə, vəlilərə, alimlərə təzim və təzəllül məqsədilə səcdə ki, insanlar bunun küfr olmadığında ittifaq ediblər, fərq budur: Bütlərə səcdə mücərrəd təzəllül və təzim məqsədilə deyil, əksinə valideyn, vəlilər və alimlərə olan səcdədən fərqli olaraq onların ilahlar və Uca Allahın ortaqları olduğu etiqadıyla olur. Hətta bu hərəkət rububiyyətin bilinməməsini göstərir. Bu səcdə mücərrəd təzəllül və təzim üçün olub, onların ilahlar və Allahın – azzə və cəll – ortaqları olduğuna etiqadsız olarsa, zərərə qarşı sədd olma babında qadağan edilmiş olsa belə, bu küfr olmaz.
Bəli! Əgər bu səcdə, onun ilah və ya Uca Allahın şəriki olduğu etiqadıyla ataya, alimə və ya vəliyə olarsa əlbətdəki bu küfr olar və bunda şübhə yoxdur.”

Qaynaq: Şihabuddin Əl Qarafi: Əl Furuq: 1/223
Beyrut: Darul Kutubil İlmiyyə: 1418/1998
 
Forum » İslam » Tövhid və Əqidə » ALLAHDAN BAŞQASINA SƏCDƏ, KÜFR YOXSA HARAM? (BİSMİLLAH)
Страница 1 из 11
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru