[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » NİYƏ İBADƏT EDİRİK?, CƏNNƏT ÜÇÜN İBADƏT EDİLƏRMİ? (BİSMİLLAH)
NİYƏ İBADƏT EDİRİK?, CƏNNƏT ÜÇÜN İBADƏT EDİLƏRMİ?
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 20:15 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Müfəssirlərdən Faxruddin Ər Razi (544-606 h/1150-1210 m) Fatihə surəsinin təfsirində ibadətdən danışarkən məsələylə əlaqəli bunları deyir:

قال أهل التحقيق : العبادة لها ثلاث درجات : الدرجة الأولى : أن يعبد الله طَمَعاً في الثواب أو هَرَباً من العقاب ، وهذا هو المسمى بالعبادة ، وهذه الدرجة نازلة ساقطة جداً ، لأن معبوده في الحقيقة هو ذلك الثواب ، وقد جعل الحقَ وسيلة إلى نيْل المطلوب ، ومَن جعل المطلوب بالذات شيئاً من أحوال الخلق وجعل الحق وسيلة إليه فهو خسيس جداً .
والدرجة الثانية : أن يعبد الله لأجل أن يتشرّف بعبادته ، أو يتشرف بقبول تكاليفه ، أو يتشرف بالانتساب إليه ، وهذه الدرجة أعلى من الأولى ، إلا أنها أيضاً ليست كاملة ، لأن المقصود بالذات غير الله .
والدرجة الثالثة : أن يعبد الله لكونه إلهاً وخالقاً ، ولكونه عبداً له ، والإلهية تُوجِب الهيبة والعزّة ، والعبودية توجب الخضوع والذلّة ، وهذا أعلى المقامات وأشرف الدرجات ، وهذا هو المسمى بالعبودية ، وإليه الإشارة بقول المصلي في أول الصلاة أصلي لله ، فإنه لو قال أصلي لثواب الله ، أو للهرب من عقابه فسدت صلاته

“Təhqiq əhli dedi: İbadətin üç dərəcəsi/mərtəbəsi var:

Birinci dərəcə: Birisinin Allaha savab arzusu və cəzadan qaçmaq üçün ibadət etməsidir. İbadət olaraq isimləndirilən şey budur. Bu dərəcə çox düşük bir dərəcədir. Çünki, həqiqətdə onun ibadət etdiyi şey məhz bu savabdır. O Haqqı (Allahı) tələb etdiyi şeyə çatmaqda vəsilə etmişdir. Kim də mətlubu özlüyündə yaradılmışların halından bir şey olar və Haqqı isə ona çatmaqda vəsilə olaraq görərsə çox alçaq biridir. (yəni məqsədi sadəcə savab olarsa)

İkinci dərəcə: Birisinin Allaha, Ona olan ibadətilə və ya Onun yüklədiyi mükəlləfiyyətləri qəbul etməsilə və ya Ona intisab etməklə şərəflənmək üçün ibadət etməsidir.
Bu dərəcə birinci dərəcədən daha üstündür. Lakin, bu da həmçinin kamil bir dərəcə deyil. Çünki özlüyündə qəsd edilən Allahdan başqasıdır.

Üçüncü dərəcə: Birisinin Allaha, Onun İlah (İbadətə layiq olan) və Xaliq (Yaradıcı) olduğu və özünün də Allahın qulu olduğu üçün ibadət etməsidir.
İlahiyyət heybət və izzəti, Ubudiyyət (qulluq) isə itaət və zilləti gərəkli qılar.
Bu dərəcə məqamların ən üstünü və dərəcələrin ən şərəflisidir. Ubudiyyət olaraq adlandırılan şey budur.
Namaz qılan, namazın girişində “Allah üçün namaz qılıram” dediyi zaman buna işarə etmiş olur. Əgər “Allahın mənə verəcəyi savab və ya verəcəyi əzabdan qaçmaq üçün qılıram” desə namazı fasid/boş olar.”

Qaynaq: Faxruddin Ər Razi: Məfatihul Ğeyb: 1/253-254
Beyrut: Darul Fikr: 1401/1981: Birinci Nəşr
 
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 20:16 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Müfəssirlərdən Faxruddin Ər Razi (544-606 h/1150-1210 m) Bəqərə surəsi 112 ci ayənin təfsirində məsələylə əlaqəli bunları deyir:

المسألة السادسة : اعلَم أن نيات الناس في الطاعات أقسام : فمِنهم من يكون عملهم إجابة لباعث الخوْف فإنه يتّقي النارَ ، ومِنهم مِن يعمَل لباعث الرَجاء وهو الرَغبة في الجنة, والعامل لأجْل الجنة عامل لبَطْنه وفَرْجه ، كالأجير السُّوءِ, ودَرَجته درجة البُلْه ، وأما عبادة ذوي الألباب فلا تجاوز ذكر الله والفكر فيه حباً لجلاله, وسائر الأعمال مؤكدات له, وهم الذين يدعون ربهم بالغَداة والعَشِيِّ يُريدون وجهه.
وثوابُ الناس بقدْر نياتهم, فلا جَرَمَ صار المقرَّبون متنعّمين بالنظر إلى وجهه الكريم, ونسبة شرَف الالتذاذ بنعيم الجنة إلى شرف الالتذاذ بهذا المقام كنسبة نعيم الجنة إلى وجهه الكريم

“Altıncı Məsələ: Bil ki, itaət olan əməllərdə insanların niyyətləri bir neçə qismdir:
Onlardan elələri var ki onların əməli qorxu səbəbilədir, çünki o atəşdən qorxar.
Onlardan elələri var ki onların əməli ümid/rəca səbəbilədir ki, bu cənnətə rəğbətdir.
Cənnət üçün əməl edən, pis bir işçi kimi öz bədəni və cinsi organı üçün əməl edər (yəni cənnətdə əldə edəcəyi maddi ləzzətlər və hurilərlə əlaqədən alacağı zövq üçün). Onun dərəcəsi axmaqların dərəcəsidir.
Ağıl sahiblərinin ibadətinə gəlincə, onların ibadəti Onun Cəlalını sevdikləri üçün Allahın zikrindən və Onun haqqında düşünməkdən/təfəkkürdən o tərəfə keçməz. Digər əməllər isə bunu möhkəmləndirən şeylərdir.
Onlar o kimsələrdir ki, səhər axşam Onun vəchini/rızasını diləyərək Rəblərinə dua edərlər.
İnsanların savabı niyyətləri nisbətindədir.
Şübhəsiz ki, muqarrablar Uca Allahın Kərim vəchinə baxmaqla nemətləndiriləcək kimsələr olarlar.
Cənnət nemətlərindən ləzzət almanın şərəfinin, bu məqamdan ləzzət almağa olan nisbəti, Cənnət nemətlərinin Onun Kərim vəchinə nisbəti kimidir.”

Qaynaq: Faxruddin Ər Razi: Məfatihul Ğeyb: 4/7
Beyrut: Darul Fikr: 1401/1981: Birinci Nəşr

 
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 20:18 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Müfəssirlərdən Faxruddin Ər Razi (544-606 h/1150-1210 m) Araf surəsinin 56-ci ayəsinin təfsirində ibadətdən danışarkən məsələylə əlaqəli bunları deyir:

إن المتكلمين اتفقوا على أن من عبد ودعا لأجل الخوف من العقاب والطمع في الثواب لم تصح عبادته ، وذلك لأن المتكلمين فريقان : منهم من قال التكاليف إنما وردت بمقتضى الإلهية والعبودية ، فكونه إلهاً لنا وكوننا عبيداً له يقتضي أن يحسن منه أن يأمر عبيده بما شاء كيف شاء ، فلا يعتبر منه كونه في نفسه صلاحاً وحسناً ، وهذا قول أهل السنة . ومنهم من قال : التكليف إنما وردت لكونها في أنفسها مصالح؛ وهذا هو قول المعتزلة .
إذا عرفت هذا فنقول : أما على القول الأول : فوجه وجوب بعض الأعمال ، وحرمة بعضها مجرد أمر الله بما أوجبه ونهيه عما حرمه ، فمن أتى بهذه العبادات صحت . أما من أتى بها خوفاً من العقاب ، أو طمعاً في الثواب ، وجب أن لا يصح ، لأنه ما أتى بها لأجل وجه وجوبها ، وأما على القول الثاني : فوجه وجوبها هو كونها في أنفسها مصالح ، فمن أتى بها للخوف من العقاب ، أو للطمع في الثواب فلم يأت بها لوجه وجوبها ، فوجب أن لا تصح ، فثبت أن على كلا المذهبين من أتى بالدعاء وسائر العبادات لأجل الخوف من العقاب ، والطمع في الثواب ، وجب أن لا يصح .
إذا ثبت هذا فنقول : ظاهر قوله : {وادعوه خَوْفًا وَطَمَعًا} يقتضي أنه تعالى أمر المكلفَ بأن يأتي بالدعاء لهذا الغرض ، وقد ثبت بالدليل فساده ، فكيف طريق التوفيق بين ظاهر هذه الآية وبين ما ذكرناه من المعقول. والجواب : ليس المراد من الآية ما ظننتم ، بل المراد : وادعوه مع الخوف من وقوع التقصير ، في بعض الشرائط المعتبرة في قبول ذلك الدعاء ، ومع الطمع في حصول تلك الشرائط بأسْرِها

“Kəlamçılar ittifaq ediblər ki, kim əzabdan qorxduğu və savab əldə etmək istədiyi üçün ibadət və dua edərsə, onun ibadəti səhih deyil. Bunun səbəbi budur ki, kəlamçılar bu mövzuda iki qrupdurlar:

Onlardan bir qrupu “mükəlləfiyyət sadəcə İlahiyyətin və Ubudiyyətin gərəyi olaraq varid olmuşdur. Onun bizim İlahımız və bizim də Onun qulları olmamız, Onun qullarına istədəyini istədiyi şəkildə əmr etməsinin gözəl olmasını gərəkli qılar və dolayısıyla bu işin özlüyündə məsləhətli və yaxşı olmasına baxılmaz” demişlər. Bu Əhli Sünnətin görüşüdür.

Onlardan bir qrupu isə “mükəlləfiyyətlər sadəcə onlarda məsələhət olduğu üçün varid olmuşdur” demişlər. Bu Mötəzilənin görüşüdür.

Bunu anladınsa deyirik: Birinci görüşə görə bəzi əməllərin vacib, bəzilərinin isə haram olmasının səbəbi, sırf Allahın vacib qıldığı şeyləri əmr edib, haram qıldıqlarını isə qadağan etməsidir.
Kim bu ibadətləri yerinə yetirərsə onun əməlləri səhihdir. Lakin, kim cəzadan qorxduğu və savab əldə etmək istədiyi üçün bu əməlləri edərsə, əməllərinin səhih olmaması lazımdır. Çünki, o bu əməlləri vacib olduqları üçün etməmişdir.
İkinci görüşə görə isə, əməllərin vacib olma səbəbi onlarda məsləhətlərin olmasıdır. Kim cəzadan qorxduğu və savab əldə etmək istədiyi üçün bu əməlləri edərsə, bunları vacib olduğu üçün etməmişdir və bu əməllərin səhih olmaması lazımdır.
Hər iki məzhəbin dediyinə görə, kim dua və sair ibadətləri cəzadan qorxduğu və savab əldə etmək istədiyi üçün edərsə, bu əməllərin səhih olmaması lazımdır.
Bu sabit oldusa/anlaşıldısa deyirik: “Ona qorxaraq və umaraq dua edin” ayəsi Uca Allahın mükəlləfə bu məqsədlə dua etməsini əmr etdiyi mənası verir. Lakin, az öncə dəlillə bunun fasid olduğu sabit oldu. Bu ayənin zahiriylə bizim dediyimiz uzlaşdırmanın yolu nədir?
Cavab budur ki, ayədə sizin zən etdiyiniz qəsd edilməyib! Əksinə məna belədir: Bu duanın qəbul olması üçün, mötəbər şərtlərin bəzilərində təqsir meydana çıxmasından qorxaraq, bu şərtlərin hamısının hasil olmasına ümid edərək dua edin.”

Qaynaq: Faxruddin Ər Razi: Məfatihul Ğeyb: 14/140-141
Beyrut: Darul Fikr: 1401/1981: Birinci Nəşr

Faxruddin Ər Razi (544-606 h/1150-1210 m) təfsirinin başqa bir yerində, Zumər surəsini açıqlarkən mövzuya bu sözlərini də əlavə edir:

وأما بيان الوجوه المنافية للإخلاص فهي الوجوه الداعية للشريك وهي أقسام أحدها : أن يكون للرياء والسُمْعة فيه مدخل, وثانيها : أن يكون مقصودة من الإتيان بالطاعة الفوز بالجنة والخلاص من النار وثالثها : أن يأتي بها ويعتقد أن لها تأثيراً في إيجاب الثواب أو دفع العقاب ورابعها : وهو أن يخلص الطاعات عن الكبائر حتى تصير مقبولة ، وهذا القول إنما يعتبر على قول المعتزلة

“İxlası yox edən səbəblərin bəyanına gəlincə, bunlar şirkə dəvət edən səbəblərdir ki, qismləri vardır:
1. Əmələ riya və şöhrət hissinin bulaşmış olması.
2. İtaət olan əməlləri yerinə yetirməklə qəsdin cənnəti əldə edib, cəhənnəmdən qurtuluş olması.
3. Bu əməllərin savaba çatmaqda və ya əzabın dəfində bir təsirinin olduğuna inanaraq onları etmək.
4. Bu itaətlərin böyük günahlardan arınmasıdır ki, əməlləri qəbul olsun. Bu görüş, sadəcə Mötəzilənin qövlünə görə mötəbərdir.“

Qaynaq: Faxruddin Ər Razi: Məfatihul Ğeyb: 26/240
Beyrut: Darul Fikr: 1401/1981: Birinci Nəşr
 
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 20:18 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Mulla Əli Əl Qari (v. 1014 h/1606 m) "Əl Fiqhul Əkbər" adlı əsərə yazdığı şərhdə mövzuyla bağlı Fəxruddin Ər Razidən (544-606 h/1150-1210 m) bir nəql edir:

قال الإمامُ الرَّازي: مَن عبَد اللهَ لرَجاءِ جَنّتِه أو خَوْفِ نارِه بحيْثُ أنه لو لمْ يَخلُقْ جنةً ولا نارًا ما كان يعبُد اللهَ سبحانه, فهو كافرٌ. لأنه تعالى يستحِقُّ أن يُعبدَ لذاتِه وطَلَبِ مرْضاتِه

"İmam Razi dedi: Kim Allaha – Subhanəhu – Onun cənnətini ümid edərək və ya cəhənnəmindən qorxaraq ibadət edərsə o kafirdir. Beləki, əgər Allah cənnət və cəhənnəmi yaratmasaydı ona ibadət etməzdi (Yəni ibadəti sırf cənnət üçün olub, Allahın ibadətə layiq olması səbəbilə ibadət etməyən kimsə).
Çünki Uca Allah Zatıyla və razılığının tələb edilməsi üçün ibadətə layiqdir."

Qaynaq: Mulla Əli Əl Qari: Minahur Ravdil Əzhər Şərhu Fiqhil Əkbər: 465
Darul Bəşairil İslamiyyə: 1419/1998
 
Forum » İslam » Tövhid və Əqidə » NİYƏ İBADƏT EDİRİK?, CƏNNƏT ÜÇÜN İBADƏT EDİLƏRMİ? (BİSMİLLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru