[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » ALLAHDAN QEYRİSİNƏ QURBAN KƏSMƏK, BU ƏMƏL BÖYÜK ŞİRKDİRMİ? (BİSMİLLAH)
ALLAHDAN QEYRİSİNƏ QURBAN KƏSMƏK, BU ƏMƏL BÖYÜK ŞİRKDİRMİ?
Muslimah_92Tarix: Bazar ertəsi, 18.06.2012, 22:20 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Ölkəmizdə müzakirə edilən aktual mövzulardan biri də Uca Allahdan başqa birisi üçün qurban kəsməyin şirk sayılıb sayılmadığıdır.
Ümumiyyətlə Allahdan başqası üçün qurban kəsməyin mahiyyəti nədən ibarətdir? Bu sualın cavabı verilmədən bu işin praktik hökmünü öyrənmək mümkün deyil.
Çünkü bu qurbanı kəsən insanlar müxtəlif niyyətlərlə kəsirlər, hətta bir çox hallarda öz niyyətlərini formalaşdırıb izhar eləməkdən belə aciz olurlar. Bu məsələnin həddləri müəyyən edilmədən hökmünə varılmaz.

Biz, Allahın iznilə bu mövzunun həlli üçün alimlərin sözlərindən müəyyən qaydalar çıxarmağa çalışacayıq. Mövzunu bu şəkildə təsnif etməmiz məncə anlaşılması üçün faydalı olar.
1. Allahdan başqasına ibadət məqsədilə qurban kəsilməsi.
2. Allahdan başqasına ibadət deyil, ümumiyətlə hörmət mənasında və ya ibadət qəsdi olmayan digər bir mənada qurban kəsilməsi.
3. Savabını hədiyyə etmək üçün Allaha qurban kəsilməsi.
4. Qurban kəsərkən üzərində mücərrəd olaraq Allahdan qeyrisinin ismini zikr eləmək.

Bu siniflərdən bəzilərinin hökmü aydındır. Məsələn Allahdan başqasına ibadət niyyətilə qurban kəsən adamın müşrik olacağı, sadəcə savabını ölüyə hədiyyə etmək üçün kəsənin isə olmayacağı məncə mübahisə mövzusu belə olmaz.
Digər iki kateqoriyanın hökmü ilə bağlı alimlərimiz nə deyib? İbadət qəsdi olmadan Allahdan başqasına qurban kəsən və ya kəsimdən Ondan qeyrisinin adını mücərrəd olaraq zikr edənin hökmü nədir?



Yazını Muslimah_92 - Bazar ertəsi, 18.06.2012, 22:21
 
Muslimah_92Tarix: Bazar ertəsi, 18.06.2012, 22:21 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi fəqihlərindən Şəmsuddin Əş Şirbini (v. 977 h/1570 m) "Muğnil Muhtac" adlı şərh çalışmasında belə deyir:

لا تحِلُّ ذبيحةُ مسلمٍ ولا غيرِه لغير الله ؛ لأنه مما أُهِلَّ به لغير الله ، بل إن ذبَح المسلمُ لذلك تعظيماً وعبادةً كفَر كما لو سجَد له لذلك

قال الرُّوياني : من ذبح للجِنِّ وقصَد التقرُّبَ إلى الله تعالى ليصرِفَ شرَّهم عنه فهو حلالٌ ، وإن قصد الذبْحَ لهم فحرامٌ ، وإنْ ذبَح للكعبة أو للرُّسُل تعظيماً لكوْنها بيتَ الله أو لكونهم رُسُلَ الله جازَ

"Nə bir müsəlmanın, nə də başqasının Allahdan qeyrisi üçün kəsdiyi halal deyil. Çünki bu, kəsilərkən üzərində Allahdan başqasının adı çəkilənlərdəndir.
Əksinə, əgər müsəlman ona təzim və ibadət qəsdilə kəsərsə kafir olar. Necəki, ona bunun üçün səcdə etsəydi.

Ruyani dedi: Kim cinlər üçün kəsər və bununla onların şərlərini ondan dəf etsin deyə Uca Allaha yaxınlaşmağı qəsd edərsə bu halaldır.
Yox əgər cinlərə kəsməyi qəsd edərsə bu haramdır.
Əgər, Kəbəyə - Allahın evi olduğu üçün - və ya Rəsullara - Allahın elçiləri olduqları üçün - kəsərsə caiz olar."

Qaynaq: Şəmsuddin Əş Şirbini: Muğnil Muhtac: 4/363-364
Beyrut: Darul Mərifə: 1418/1997
 
Muslimah_92Tarix: Bazar ertəsi, 18.06.2012, 22:22 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi məzhəbindən Hindistanlı alim Zeynuddin Əl Məlibəri (v. 987 h/1579 m) özünün "Qurratul Ayn bi Muhimmətid Din" adlı kitabını şərh etdiyi "Fəthul Muin" əsərində bu mövzu haqqında belə demişdir:

مَن ذبَح تقربًا لله تعالى لدفْع شرِّ الجن عنه لم يحرُمْ أو بقصْدِهم حرُم

"Hər kim ondan cinlərin şərrini dəf etməsi üçün Uca Allaha yaxınlaşma olaraq heyvan kəsərsə bu haram olmaz. Cinlərə kəsərsə haram olar."

Qaynaq: Zeynuddin Əl Məlibəri: Fəthul Muin: 308
Beyrut: Dar İbnil Cəvzi: 1424/2004

 
Muslimah_92Tarix: Bazar ertəsi, 18.06.2012, 22:22 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Alləmə Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) "Ravdatut Talibin" isimli əsərində deyir:

ققال ابنُ كَجٍّ : من ذبَح شاةً وقال "أذبَحُ لرضى فلانٍ" حلَّتِ الذبيحةُ , لأنه لا يتقرَّب إليه بخلاف مَن تقرَّب بالذبح إلى الصنَم

وذكر الرُّوياني أنَّ مَن ذبَح للجن وقصَد به التقرُّبَ إلى الله تعالى ليصرِفَ شرَّهم عنه فهو حلالٌ ، وإن قصَد الذبْحَ لهم فحرامٌ

"İbn Kəcc belə demişdir: "Bir kimsə qoyun kəsər və "filankəsin rizası üçün kəsdim" deyərsə kəsdiyi halaldır. Çünki o, kəsimlə bütə yaxınlaşandan fərqli olaraq, bununla ona (filan adama) yaxınlaşmır."

Ruyani dedi: Kim cinlər üçün kəsər və bununla onların şərlərini ondan dəf etsin deyə Uca Allaha yaxınlaşmağı qəsd edərsə bu halaldır.
Yox əgər cinlərə kəsməyi qəsd edərsə bu haramdır."

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Ravdatut Talibin: 2/496
Səudiyyə: Daru Aləmil Kutub: 1423/2003

 
Muslimah_92Tarix: Bazar ertəsi, 18.06.2012, 22:23 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Muhəmməd bin Abdil Vəhhəbın qardaşı, Hənbəli alimi Süleyman bin Abdil Vəhhəb (v. 1210 h/1795 m) öz qardaşının batil fikirlərinə qarşı yazdığı "Əs Savəiqul İləhiyyə fir Rəddi aləl Vəhhəbiyyə" adlı məşhur rəddiyəsində deyir:

وأَمّا الذّبْحُ لغَيْر الله : فقَد ذكَره في المُحَرَّماتِ ، ولمْ يذكُره في المُكفَّرات ، إلا إنْ ذُبِح للأصْنام ، أو لِما عُبِد مِن دونِ الله ، كالشّمس ، والكواكب
وعدَّه الشّيخُ تقِيُّ الدّين في المُحَرَّمات المَلْعونِ صاحبُها ، كمَن غيَّر مَنار الأرْض ، أومَن ضارَّ مُسلِما - كما سيأتي في كلامِه إنْ شاء الله تعالى
وكذلك أهْلُ العِلْم ذكَروا ذلك مِمّا أُهِلَّ بِه لغير اللهِ ونهَوا عن أكْله ، ولمْ يكفِّروا صاحبَه
وقال الشيخ تقيُّ الدين : كما يفعَله الجاهلون بمكةَ - شرَّفها الله تعالى - وغيرِها مِن بِلاد المُسلمين ، مِن الذّبح للجِنّ ، ولذلك نهَى النّبيُّ صلى الله عليه وسلم عَن ذَبائحِ الجِنِّ
ولَم يقُل الشيخُ : مَن فعَل هذا فهو كافرٌ ، بل مَن لَم يكفِّرْه فهو كافرٌ . - كما قلتم أنتم

"Allahdan qeyrisi üçün qurban kəsməyə gəlincə, (İbn Teymiyyə) bunu küfrə səbəb olacaq əməllər arasında deyil, haramlar arasında zikr etmişdir. Bütlər və yaxud günəş, ulduzlar kimi, Allahdan başqa ibadət olunan şeylər üçün kəsilərsə bu başqa.
Şeyx Təqiyyuddin (İbn Teymiyyə) bu əməli, torpaq sahəsinin sərhədlərini dəyişən, müsəlmana zərər verən kimsənin əməli kimi, sahibinin lənətləndiyi haramlardan saymışdır.
Allahu Təalanın izniylə irəlidə (İbn Teymiyyənin) sözündə gələcəyi kimi.
Həmçinin elm əhli bunu Allahdan qeyrisinin adı zikr edilərək kəsilənlər haqda söyləmiş və ondan yeməyi qadağan etmişlər. Lakin, bu əməlin sahibini təkfir etməmişlər.
Şeyx Təqiyyuddin (İbn Teymiyyə) belə demişdir: "Cahillərin Məkkədə - Uca Allah onu şərəfləndirsin – və başqa müsəlman diyarlarında cinlər üçün kəsdikləri qurbanlar kimi. Buna görə də Peyğəmbər – salləllahu aleyhi və səlləm – cinlərə kəsiləni yeməyi qadağan etmişdir."
Şeyx (İbn Teymiyyə) sizin dediyiniz kimi "bunu edən kafirdir, hətta onu təkfir etməyən də kafirdir" deməmişdir."

Qaynaq: Süleyman bin Abdil Vəhhəb: Əs Savəiqul İləhiyyə: 49
Beyrut: Zul Fəqar: 1998

Qeyd: Daha öncə qeyd edilmişdi ki, Şeyx Suleymanın bu rəddiyəsi digər rəddiyələrdən fərqli olaraq məhz İbn Teymiyyə, İbn Qeyyim və digər Hənbəli şeyxlərinin görüşləri əsas alınaraq yazılıb. Çünki, onun qardaşı olan Muhəmməd bin Abdil Vəhhəb onların məzhəbində olduğunu iddia edirdi. Bu kitabla onun nə adı çəkilən şeyxlərlə, nə də Hənbəli məzhəbiylə əlaqəsi olmadığını isbat etmişdir.

 
Muslimah_92Tarix: Bazar ertəsi, 18.06.2012, 22:24 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Müfəssir Fəxruddin Ər Razi (544-606 h/1150-1210 m) "Bəqərə-173" ayəsinin təfsirində bu barədə deyir:

قال العلماء : لو أنَّ مسلماً ذبَح ذبيحةً ، وقصَد بذبحِها التقرُّبَ إلى غير اللهِ صار مرتداً , وذبيحتُه ذبيحةُ مرتدٍّ

"Alimlər dedilər: Əgər bir müsəlman heyvan kəsər və bu kəsimlə Allahdan başqasına (ibadət mənasında) yaxınlaşmağı qəsd edərsə mürtəd olar. Kəsdiyi mürtədin kəsdiyidir (yəni yeyilməz)."
 
Muslimah_92Tarix: Bazar ertəsi, 18.06.2012, 22:24 | Yazı # 7
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) Muslim şərhində "Allahdan başqası üçün heyvan kəsənə Allah lənət etsin" hədisini açıqlayərkən belə deyir:

وأما لذبح لغير الله فالمراد به أن يذبَحَ باسم غير الله تعالى كمن ذبَح للصنَم أو الصلِيب أو لموسى أو لعيسى صلى الله عليهما أو للكعبة ونحوِ ذلك فكلُّ هذا حرامٌ , ولا تحل هذه الذبيحة سواءٌ كان الذابح مسلما أو نصرانيا أو يهوديا , نص عليه الشافعي واتفق عليه أصحابُنا

فإن قصَد مع ذلك تعظيمَ المذبوح له غيرِ الله تعالى والعبادةَ له كان ذلك كفراً , فإن كان الذابح مسلما قبْلَ ذلك صار بالذبْح مرتدًّا , وذكَر الشيخ ابراهيم المرْوَزى مِن أصحابنا أنَّ ما يُذبَح عند استقبال السلطان تقربًّا إليه , أفتى أهلُ بُخارةَ بتحريمه , لأنه مما أُهِلَّ به لغيرِ الله تعالى , قال الرافعي : هذا إنما يذبَحونه استبشاراً بقدومِه , فهو كذبْح العقيقة لوِلادة المولود , ومثْلُ هذا لا يُوجِب التحريمَ والله أعلم

"Allahdan başqasına heyvan kəsməyə gəlincə, bundan murad: uca Allahdan başqasının adı ilə kəsməkdir. Bütlərə, xaça, Musaya və İsaya - sallallahu aleyhimə - Kəbə və bənzərinə kəsən kimsə kimi. Bütün bunlar haramdır.
Bu kəsilmiş heyvan halal deyil. Kəsənin Müsəlman, nasrani və ya yəhudi olması arasında fərq yoxdur.
İmam Şafidə belə qeyd etmişdir. Əshabımız da (Şafii məzhəbindən olan alimlər) bunun üzərində ittifaq etmişdir.

Əgər, bununla bərabər uca Allahdan başqasına, kəsilənə təzim/ucaltma və ibadət qəsd edərsə, bu küfr olar. Əgər heyvanı kəsən bundan öncə müsəlman idisə, bu kəsimlə mürtəd olar.
Əshabımızdan Şeyx İbrahim Əl Mərvəzi belə demişdir: "Buxara əhli, sultanın qarşılanmasında, ona yaxınlaşmaq üçün kəsilən heyvanın haramlığına fətva vermişdir. Çünki bu, üzərində uca Allahdan başqasının adı anılanlardandır".
Ər Rafi isə belə demişdir: "Bunu sadəcə, sultanın gəlişinə sevindikləri üçün kəsirlər.
Bu doğulmuş uşaq üçün aqiqa (qurbanı) kəsmək kimidir və bu kimi şeylər haram olmasını gərəkli qılmaz". Allah daha gözəl bilir."

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Sahihu Muslim bi Şərhin Nəvəvi: 13/205
Muəssəsətu Qurtuba: 1414/1994

Təliq: İmam Nəvəvinin sözündə diqqət yetirilməli iki önəmli xüsus vardır:
1. O, Allahdan başqasına heyvan kəsməyin mahiyyətini "Ondan başqasının adıyla kəsmək" olaraq izah edir.
2. İmam Nəvəvi, mücərrəd olaraq Allahdan başqası adına kəsməyi haram, bu kəsimlə ibadəti qəsd edərsə küfr olacağını söyləyərək iki hal arasındakı fərqə işarə edir.

 
Forum » İslam » Tövhid və Əqidə » ALLAHDAN QEYRİSİNƏ QURBAN KƏSMƏK, BU ƏMƏL BÖYÜK ŞİRKDİRMİ? (BİSMİLLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru