[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » ZARAFATLA KÜFR SÖYLƏMƏK, BU İNSANI KAFİR EDƏRMİ? (BİSMİLLAH)
ZARAFATLA KÜFR SÖYLƏMƏK, BU İNSANI KAFİR EDƏRMİ?
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 22:50 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil

بسم الله الرحمن الرحيم

Yaşadığımız toplumda insanlarımız elm öyrənməkdən çox, olmayan elmlərilə digərlərinə dərs vermə, cədəlləşmə həvəskarıdırlar.
Onların bir çoxu üzərlərinə fərz olan şeyləri öyrənməkdən boyun qaçırdıqları üçün, zaman zaman bilmədikləri şərrin tam ortasına düşürlər.
Daha öncə forumda "Küfrü Bilmək Lazımdırmı" adlı mövzuda, hər mükəlləfin, onu İslam xaricinə çıxaracaq şeyləri müəyyən mərhələdə bilməsinin fərz olduğu izah edilmişdi.
Bu günkü müzakirəmiz də o mövzunun bir qolu sayıla bilər. Bu mövzuda "doğru sanılan yanlışlar" babından bir məsələni daha təshih etmək istəyirik.
Bir çox insan küfr sayılan kəlimələri zarafatla söyləyib, qəlbində buna inanmadığı halda, bunun ona zərər verməyəcəyini və kafir olmayacağını sanar. Bu tərz şeylərə şahid olduğumuz üçün mövzu haqda yanlış düşüncələri düzəltməyə qərar verdik.
 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 22:50 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Maliki fəqihlərindən olan Əbu Bəkr İbnul Arabi (468-543 h/1076-1148 m) özünün "Əhkamul Quran" adlı təfsirində, Tövbə surəsinin 65-ci ayəsini açıqlarkən deyir:

لا يخلو أنْ يكونَ ما قالوه مِن ذلك جدا أو هزْلا وهوَ كيفما كان كُفْرٌ , فَإنّ الهَزْلَ بالكفر كُفر ، لا خِلافَ فيه بيْنَ الأمّة

"Onlar bu sözü ya ciddi şəkildə ya da zarafatla söyləmişdilər. Bu, nəcür olursa olsun küfrdür. Küfr (sözü və əməli) ilə zarafat küfrdür. Bu məsələdə ümmət arasında ixtilaf yoxdur."

Qaynaq: Əbu Bəkr İbnul Arabi: Əhkamul Quran: 2/543
Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2003

Qeyd: Gördüyümüz kimi, İbnul Arabi küfr olan kəlimənin ciddi və ya zarafatla deyilməsi arasında bir fərq olmadığı haqda Ümmətin icmasını nəql edir.
 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 22:51 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən olan məşhur müfəssir Şihəbuddin Əl Alusi (1217-1270 h/1802-1854 m) özünün "Ruhul Məani" adlı təfsirində, Tövbə surəsinin 65-ci ayəsini açıqlarkən deyir:

واستدَلّ بعضُهم بالآية على أنّ الجِدَّ واللَّعِبَ في إظهار كلمةِ الكُفرِ سواءٌ ولا خِلافَ بين الأئِمَّة في ذلك

"(Alimlərdən) Bəziləri bu ayəti, küfr kəliməsini izhar etməkdə/söyləməkdə ciddiliklə, zarafatın eyni olduğuna dəlil gətirmişlər. Bu məsələdə imamlar arasında ixtilaf yoxdur"

Qaynaq: Şihəbuddin Əl Alusi: Ruhul Məani: 10/131
Qahirə: İdəratut Tibəatil Muniriyyə

 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 22:51 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən İbn Nuceym Əl Misri (v. 970 h/1563 m) bu barədə icma nəql edir:

والحاصل أنَّ مَن تكلَّم بكلمةِ الكفر هازلاً أو لاعباً كفَر عند الكلِّ ولا اعتبارَ باعتقاده كما صرَّح به قاضيخان في فتاواه

"Nəticə olaraq: Qadixanın da fətvalarında ifadə etdiyi kimi, kim zarafatla və ya əyləncə üçün küfr olan bir kəlimə söylərsə, hər kəsə görə kafirdir və etiqadına baxılmaz."

Qaynaq: İbn Nuceym: Əl Bəhrur Raiq Şərhu Kənzid Dəqaiq: 5/210
Beyrut: Darul Kutubil İlmiyyə: 1418/1997
 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 22:52 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi fəqihlərindən Kəməluddin İbn Huməm Əs Sivasi (790-861 h/1388-1457 m) "Fəthul Qadir" isimli şərhində deyir:

ومَن هزَل بلفظِ كفْرٍ ارتدَّ وإن لم يعتقِدْه للاستخفافِ فهو ككفْر العناد

"Kim küfr olan sözü zarafatla söylərsə - öz dediyinə inanmasa belə - dini xəfifə aldığı üçün mürtədd olar. Bu küfr inad küfrü kimidir."

Qaynaq: Kəməluddin İbn Huməm: Fəthul Qadir: 6/91
Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2003

 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 22:52 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən olan Bədruddin Əz Zərkəşi (745-794 h/1344-1392 m) özünün "Əl Mənsur fil Qavaid" adlı kitabında deyir:

فمَن تكلّم بكلِمة الكُفر هازِلاً ، ولم يقصِد الكُفرَ كفَر

"Kim zarafatla küfr kəliməsi söylərsə (bununla) küfrü qəsd etməzsə (belə) kafir olar"

Qaynaq: Bədruddin Əz Zərkəşi: Əl Mənsur fil Qavaid: 2/380
Vizəratul Əvqaf vəş Şuunil İsləmiyyə

Qeyd: Göründüyü kimi İmam Bədruddin Əz Zərkəşi küfr sözünü zarafatla söyləyənin qəsdini etibarsız sayır.

 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 22:53 | Yazı # 7
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənbəli fəqihlərindən olan Əbul Fərəc İbnul Cəvzi (508-597 h/ 1114-1201 m) rahiməhullah özünün "Zədul Məsir" adlı təfsirində Tövbə surəsinin 65-ci ayəsini açıqlarkən deyir:

وهذا يدُلّ على أنّ الجِدَّ واللعِب في إظْهارِ كلِمة الكُفر سَواءٌ

"Bu, küfr kəliməsini izhar etmədə/söyləmədə ciddiyyətin və zarafatın eyni olduğuna dəlilət edir."

Qaynaq: Əbul Fərəc İbnul Cəvzi: Zədul Məsir: 3/465
Əl Məktəbul İsləmi

 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 22:53 | Yazı # 8
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən Fəxrul İslam Əl Bəzdəvi (400-482 h/1010-1089 m) öz məşhur üsulunda küfrün səbəbinin məhz zarafatın özü olduğunu qeyd edir:

فإنّ الهزْلَ بالرِّدّة كفرٌ لا بِما هزَل به , لكنْ بعَينِ الهزْلِ ؛ لأنّ الهازِلَ جادٌّ في نفْس الهزْلِ مختارٌ راضٍ , والهزْلُ بكلمة الكفر استخفافٌ بالدينِ الحقِّ فصار مرتداً بعيْنه لا بما هزَل به

"Riddətə səbəb olacaq şeyi zarafatla demək küfrdür. Zarafat etdiyi şeylə/o səbəblə deyil, məhz zarafatın özü səbəbilə küfrdür. Çünki zarafat edən, zarafatın özündə/onu etmədə ciddi, ixtiyar sahibi və razı birisidir
Küfr kəliməsini zarafatla söyləmək haqq olan dini xəfifə almaqdır və belə birisi zarafatla dediyi şey səbəbilə deyil məhz bu zarafat səbəbilə mürtəd olar."

Qaynaq: Fəxrul İslam Əl Bəzdəvi: Kənzul Vusul ilə Mərifətil Usul: 351
Mir Muhəmməd Kitabxanası
 
Forum » İslam » Tövhid və Əqidə » ZARAFATLA KÜFR SÖYLƏMƏK, BU İNSANI KAFİR EDƏRMİ? (BİSMİLLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2018 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru