[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Страница 1 из 11
Forum » İslam » Sual-cavab » Gənclərə gözəlmiş kimi təqdim edilən həyat kabusdan ibarət (Gənclərə gözəlmiş kimi təqdim edilən həyat kabusdan ibarət)
Gənclərə gözəlmiş kimi təqdim edilən həyat kabusdan ibarət
TeraneTarix: Şənbə, 22.09.2012, 07:02 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil

Arayış: Sərab Axıncıoğlu 1972-ci ildə Türkiyənin İzmir şəhərində anadan olub. Orta məktəbi (lisey) İstanbulda bitirdikdən sonra İstanbul Bələdiyyəsi Şəhər Teatrında iki il təhsil alıb. Təhsilini başa vuran Axıncıoğlu iki il müxtəlif teatr tamaşalarında çıxış edib. Türkiyə Üz Gözəl Müsabiqəsində birinci seçildikdən sonra fotomodelliyə başlayıb. “Danimarkalı Gəlin” filmində baş rol ifasına görə 1993-cü ildə Birləşmiş Sənətkarlar Dərnəyi tərəfindən “Ən yaxşı qadın aktrisa” nominasiyası üzrə mükafata layiq görülüb. Daha sonra səhnə ilə vidalaşan fotomodel 1994-cü ildən model və kinoaktrisa kimi fəaliyyətinə son qoyub. “Nura Yönəliş” (1996) və “Rəbbə Daha Yaxın” (1997) kitabları işıq üzü görüb.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 22.09.2012, 07:03 | Yazı # 2
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Siz 1993-cü ildən etibarən dini həyat tərzi sürürsünüz. Ancaq daha əvvəl manken idiniz. Nədən təsirlənib dinə yönəldəniz?
“Danimarkalı gəlin” filmindəki roluma görə “Ən yaxşı qadın aktrisa” nominasiyasında mükafatına layiq görüldüyüm vaxt gənc yaşda əldə etdiyim uğurdan təsirləndim. Elə həmin illərdə qazandığım şan-şöhrətin, pulun və hər cür uğurun ötəri olduğu haqda düşündüm. Axirət həyatının da olduğunun fərqinə vardım, ölümü daha çox fikirləşməyə başladım. Beləcə, başörtüyü taxmağa və islam əxlaqına uyğun həyat tərzi sürməyə başladım.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 22.09.2012, 07:04 | Yazı # 3
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Şöhrətin zirvəsində ikən gözdən itdiniz. Nə baş verdi? Nə üçün şöhrətdən, puldan imtina etdiniz?
Həyatımda ilk dəfə Allahdan utandım. İlk dəfə həyatım boyu heç vaxt həqiqət haqda düşünmədiyimin fərqinə vardım. Məni yaradan, hər bir neməti verən, sağlamlıq və gözəllik bəxş edən Allahdır. Ancaq mən bu yaşımadək Allahı layiqilə tanımamış, düşünməmiş, Ona verdiklərinə görə şükür etməmişdim. Bir rükət olsun belə namaz qılmamışdım. Sonradan yalnız nə isə istədiym zaman deyil, hər an dua və şükür etməyin vacibliyini dərk etdim.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 22.09.2012, 07:04 | Yazı # 4
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
İnsanlar məşhurluqdan asanlıqla vaz keçməzlər. Maraqlıdır, siz necə vaz keçə bildiniz?
Kənardan gözəlmişcəsinə görünən həyatın iç üzünə yaxşı bələdəm. Sözün açığı, elə həyat tərzi sürən əksər insanlar heç kimi həqiqi mənada sevməz, heç kimin uğurundan həqiqi mənada xoşnud olmazlar. Dinini səmimi şəkildə yaşayan, əxlaqı gözəl, tər-təmiz insanlarla tanış olduğum zaman onların mühitini yaşadığım mühitlə müqayisə etmək imkanı tapdım. Nəticədə belə demək mümkünsə, öz “boşqab”ımda olmadığımı baş düşdüm. Deməliyəm ki, nəinki əvvəlki həyat tərzimdən vaz keçdim, hətta ondan qaçaraq uzaqlaşdım.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 22.09.2012, 07:05 | Yazı # 5
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Həyat tərzinizi dəyişdirdiyinizə görə dostlarınız sizdən üz döndərdimi?
Bəzi dostlarım qərarıma tərəfdar çıxdı. Onlarla hələ də münasibətim var. Əks fikirdə olanların düşüncələrinə isə hörmətlə yanaşıram. Onlara İslamın sevgi və mərhəmət dini olduğunu, qabalıqla qarışdırılmaması gərəkdiyini başa saldım. Ancaq təbii ki, hər bir kəs istədiyi kimi düşünməkdə azaddır.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 22.09.2012, 07:05 | Yazı # 6
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Bir çox müsəlman qadın ibadət etsə də başıaçıqdır. Sizin üçün örtünmək çətin idimi? Heç başörtüyünü çıxartmaq haqda düşünübsünüzmü?
Bu iki sualı birlikdə cavablandırmaq istəyirəm. Bekı ki, mövzunun çox əhəmiyyətli olduğunu düşünürəm. Bu, mənim öz seçimimdir. İslam dininin əmr etdiyi şəkildə ömür sürməyə qərar verdikdən dərhal sonra başörtüyü geyindim və bir an belə peşmanlıq hiss etmədim; çətinlik də çəkmədim. Ancaq başı açıq olan müsəlman bacılarımızın da dinimizi mükəmməl şəkildə yaşaya biləcəklərinə, hamısının səmimi müsəlman olduğuna inanıram. Başı açıq müsəlman qadınların dinlərini layiqilə yaşaya bilməyəcəklərinə dair yanlış fikir mövcuddur.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 22.09.2012, 07:06 | Yazı # 7
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Ailəniz qərarınıza qarşı çıxdı yoxsa sizi dəstəklədi?
Bəzi yaxınlarım, birlikdə işlədiyim bəzi firmalar aktrisalıqdan uzaqlaşmamağım üçün təkid etdilər. Ancaq mən Allaha sığındım, Ona güvəndim. Əsla qərarımı dəyişmədim.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 22.09.2012, 07:06 | Yazı # 8
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Dəyişdirdiyiniz həyat tərziniz barədə nə deyə bilərsiniz? Hazırda harada və necə yaşayırsınız? Vaxtınızı necə keçirirsiniz?
İslamın əmr etdiyi şəkildə həyat tərzi sürməyə başladıqdan sonra Allah mənə olan nemətini çox artırdı. Allaha yönəldikdən sonra varlı olmağı, şan-şöhrət arxasında getməyi arzulamadım. Ancaq Allah mənə həm maddi, həm də mənəvi baxımdan öz geniş nemətlərini bəxş etdi. Cənnəti andıran gözəl bir evdə yaşayıram. Təbiəti, həyət-bacada vaxt keçirməyi sevirəm. Meyvə ağacları olan bağım, ev heyvanlarım var. Bu arada İslama xidmət fəaliyyətim davam edir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 22.09.2012, 07:07 | Yazı # 9
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Dünyəvi olan hər şeydən vazmı keçdiniz?
Islamı seçən bir kəs dünyəvi olan hər şeydən imtina etmək məcburiyyətindəymiş kimi bir düşüncə yanlışdır. Mən bütün gözəlliklərin müsəlmanların olması gərəkdiyini düşünürəm.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.


Yazını Terane - Şənbə, 22.09.2012, 07:09
 
TeraneTarix: Şənbə, 22.09.2012, 07:07 | Yazı # 10
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Sizcə, hazırda dünyada əxlaqi çöküş mövcuddurmu?
Fikrimcə, hazırda əxlaqi degenerasiya başqa heç bir dövrdə olmadığı qədər çoxalıb. Bu baxımdan dünya öz qaranlıq dövrünü yaşayır. Yalnız əxlaqi deyil, iqtisadi və siyasi baxımdan da böyük bir çöküş hakimdir. Bununla belə hər qaranlıq gecədən sonra günəşli bir səhər açılır.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 22.09.2012, 07:08 | Yazı # 11
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Sizin kimi İslama uyğun həyat tərzini seçən başqa mankenlər də var. Onlarla münasibətiniz varmı? Görüşdüyünüz vaxt keçmiş günləri necə xatırlayırsınız?
Əlbəttə ki, bir çox insanla görüşürəm. Ancaq mən bütün həyatını Allaha həsr etmiş, konkret məqsədi olan, islam əxlaqının bütün dünyaya yayılması üçün gecə-gündüz çalışan bir müsəlmanam. Müsəlmanların hazırda düşdükləri vəziyyətdən çıxmaları mənim üçün də prioritet məsələdir. Söhbətlərimiz daim bu səpkidə olur.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 22.09.2012, 07:08 | Yazı # 12
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Hesab edirsinizmi ki, məşhur insanların mətbuatda işıqlandırılan həyat tərzləri gənclərə təsir göstərir?
Bəli, bu mümkündür. Sosial mətbuatın yayılmasının da bu məsələdə böyük rolu var. Gənclərə bərbəzəkli və cazibədar göstərilən həyat tərzi əslində bir kabusdan ibarətdir. Bu reallıq gənclərimizə göstərilmir. Aldadıcı görünüşə aldanıb bu həyata qədəm basanlar isə ya qısa müddət ərzində depressiyaya düşür, yaxud alkoqollu içki və ya narkotik aludəçisinə çevrilirlər.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » Gənclərə gözəlmiş kimi təqdim edilən həyat kabusdan ibarət (Gənclərə gözəlmiş kimi təqdim edilən həyat kabusdan ibarət)
Страница 1 из 11
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru