[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Страница 1 из 11
Forum » İslam » Sual-cavab » “Quranı ərəbcədən oxumaqla rahatlıq tapırıq... (Türkiyəli tanınmış hafiz Fateh Çollak ilə müsahibə)
“Quranı ərəbcədən oxumaqla rahatlıq tapırıq...
TeraneTarix: Cümə axşamı, 16.08.2012, 11:42 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil

Fateh müəllim, bir müsəlman üçün Quran nəyi ifadə edir?
Qurani-Kərim hər şeydən əvvəl müsəlmanın ibadət kitabıdır. Bu kitab müsəlmanın islama dair biliklərinin ilk qaynağıdır. Quran müsəlmanın xüsusilə namazda oxumalı olduğu və oxunuşu üzərinə fərz qılınan kitabdır. İstər qiraəti, istərsə də dərk edilməsi, əmr və qadağalarına riayət edilməsi və bir həyat tərzi kimi yaşanması baxımından Quran müsəlmanın belə demək mümkünsə, 24 saat yanından ayırmayacağı əl kitabıdır, rəhbəridir.

Quran yalnız qiraət kitabı deyildir. Belə ki, onu oxumaq və ayələri haqda düşünmək ibadətdir. Bu xüsusda səy göstərmək isə öz-özlüyündə ayrıca bir ibadətdir. Bütün bunlarla yanaşı, müsəlman üçün əsas əhəmiyyət daşıyan məsələ onun öz həyatını Quranın əmr və qadağalarına görə formalaşdırması, uyğunlaşdırmasıdır. Çünki bir müsəlmanın həyat kitabı olan Quran onun üçün həm bu dünyada, həm də axirətdə arzu etdiyi xoşbəxtliyə qovuşa bilməsi üçün yeganə rəhbərdir.

Quran ilk müsəlmanlara bilavasitə peyğəmbərimiz Həzrəti Məhəmməd (Ona Allahın salamı və xeyir-duası olsun!) tərəfindən oxudulub. Səhabələr həyatları boyu Quranı oxumuş, dərk etməyə çalışmış, bu müqəddəs kitabın buyruqlarını öz həyat tərzinə çevirmişlər. Bir sözlə, Quran müsəlman üçün bir həyat kitabıdır. O, Allahdan göndərilən məktubdur. Quran bir insana açılıb oxunması, başa düşülməsi və orada göstərilənlərin həyata keçirilməsi vacib olan bir məktub kimidir. Bu mənada o bir müsəlmanın həyatının ayrılmaz parçası, onu həm maddi, həm də mənəvi baxımdan formalaşdıran, həyatına doğru-düzgün istiqamət verən həyat kitabıdır.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.


Yazını Terane - Cümə axşamı, 16.08.2012, 20:18
 
TeraneTarix: Cümə axşamı, 16.08.2012, 11:43 | Yazı # 2
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Peyğəmbərimizin Quranla qurduğu münasibətdən bəhs edə bilərsinizmi?
Quranın müraciət etdiyi ilk insan islam peyğəmbəridir. Biz isə müqəddəs kitabın Allahın rəsulundan sonrakı həmsöhbətləriyik. Uca Allah vəhy ilə nazil etdiyi Quranın oxunuş şəklinin, ayələrinin izahının, qəlbində və yaddaşında saxlanılmasının təminatını Peyğəmbərə vermişdir. Nazil olan hər bir ayə əvvəlcə Allahın rəsuluna əzbərlətdirilmişdir. Peyğəmbər hər bir ayəni özü oxumuş, səhabələrinə oxutmuş, həmçinin, nazil olan ayələri vəhy katiblərinə yazdırmışdır. Həzrəti Məhəmməd 23 illik peyğəmbərlik müddəti ərzində hər il Ramazan ayında vəhy mələyi Cəbrayıl ilə Quranı başdan sonadək qarşılıqlı şəkildə (müqabələ) oxumuşdur.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 16.08.2012, 11:43 | Yazı # 3
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Müsəlmanlar Quranı necə başa düşülməlidir? Başqa cür desək, müsəlmanlar Quranı necə yaşamalıdırlar?
Peyğəmbər şəxsən Quranın başa düşülməsini və bu kitabın necə həyat tərzinə çevrilməli olduğunu yaşadığı müddətdə nümayiş etdirmişdir. O, Quranı oxuyaraq, ayələrini izah edərək, əmr və qadağalarına riayət edərək, səhabələrə örnək olmuşdur. Həcc, zəkat, namaz və s. bütün ibadətlərin ifa ediliş formasını da yenə Peyğəmbər göstərmişdir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 16.08.2012, 11:44 | Yazı # 4
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Müsəlman həyatına Quranla necə məna qatmalıdır?
Hər şeydən əvvəl müsəlman bilikli olmalıdır. Başda inanc əsasları olmaqla ibadətlər və Quranın digər təlimlərini öyrənməlidir. Müsəlman Quranı ərəbcəsindən oxuya bilməklə yanaşı, surə və ayələrin mənasını da elə “əl-Fatihə” surəsindən başlayaraq, öyrənməyə, başa düşməyə səy göstərməlidir. Başqa sözlə desək, Quranı yalnız ərəb dilində oxuya bilməklə kifayətlənməməlidir. Təbii ki, Quranı oxuya bilmək gözəl bir əməldir, ibadətdir. Ancaq insan bununla kifayətlənməməli, pilləkənin daha üst pillələrinə qalxmağı bacarmalıdır.

Uca Yaradanın əmr və qadağalarını göndərdiyi dildə bilirsə ərəbcədən, bilmirsə Quranın və təfsir kitablarının tərcüməsinə müraciət edərək, öyrənməlidir. Bu, ikinci pillədir. Növbəti pillə isə bu öyrənilənlərin həyatda tətbiqidir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 16.08.2012, 11:45 | Yazı # 5
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Bəziləri: “Quranı ərəb dilində oxumağın nə mənası var? Onsuz da başa düşmürük”, - deyib müqəddəs kitabı öz dillərində oxumağa üstünlük verirlər. Bu barədə nə deyə bilərsiniz?
Bir insanın Quranı öz dilində və ərəbcə oxuması fərqli şeydir; yəni, biri digərinin yerini tuta bilməz. Hər ikisi ibadətdir. Müsəlman bunlardan birini yerinə yetirərkən, digərini özündən uzaq hesab edə bilməz. Allahın kitabını ərəbcə oxumağın verdiyi imkanlar başqa, öz dilimizdə oxuyub götürdüyümüz faydalar başqadır. Quranı ərəbcədən oxuyaraq, dilimizin haqqını veririk, oxuduqlarımızdan rahatlıq tapırıq, Yaradanın sözlərini oxumanın zövqünü yaşayırıq. Bu hissləri sözlə ifadə etmək qeyri-mümkündür, onu yaşamaq gərək! Quranın tilavətini dinləmək də elədir.

Şübhəsiz ki, Quranı nazil olduğu dildə oxuyub bir müddət zövq almaq kifayət deyildir. Bir neçə dəqiqəlik zövqdən sonra onu bir kənara qoymamaq, başa düşməyə çalışmaq lazımdır. Bunun üçün isə Quranın tərcümələrinə, təfsir kitablarına müraciət edilməldidir. Məscidlərdə moizələrdən faydalanılmalıdır.

İnsan müqəddəs kitabı öz dilində oxumaqla onu başa düşmənin zövqünü yaşayır; ərəbcə oxumaqla isə Allahın kəlamı ilə bütövləşmənin rahatlığını hiss edir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 16.08.2012, 11:45 | Yazı # 6
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Quranın əmr etdiyi kimi yaşamaq üçün nə etməliyik? Gündəlik həyatımızda Quranla necə daha da bütövləşə bilərik?
Bunun üçün ilk növbədə Quranla tanış olmaq lazımdır. Tanışlıq isə onun səhifələrini açmaq, hərf və sözlərini oxumaqla mümkündür. Daha sonra isə orada Allahın insandan istədiyi şeylərə, əmr və qadağalara, buyruqlara riayət etməklə müqəddəs kitabın görmək istədiyi şəxsiyyətə çevrilmək olar… Madam ki, Rəbbim filan şeyi mənə əmr edir, deməli, əmr edilən şey doğrudur. Yox əgər Rəbbim filan şeyi mənə qadağan edirsə, deməli, qadağan etdiyi şey mənim üçün zərərlidir. Müsəlman Qurana bu cür düşünərək sarılmalıdır.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 16.08.2012, 11:48 | Yazı # 7
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Quranı gözəl bir şəkildə oxumağın sirri nədir? Yoxsa bu Allahın insana verdiyi istedaddırmı?
Gözəl Quran oxumaq özü bir incəsənətdir. Allahın rəsulu (Ona Allahın salamı və xeyir-duası olsun!) Quranı gözəl oxuyanları təqdir etmiş, onu gözəl oxuyan səhabələrin ifasında dinləmişdir. Quranı özünəməxsus qaydaları çərçivəsində oxumaq onu gözəl oxumaq deməkdir. Bu kitabı gözəl oxumağın sirri budur. Gözəl səs isə Allah vergisidir. Quranı gözəl oxumaq bacarıqdır. Ancaq bacarıqları təkmilləşdirmək gərəkdir. İnsan çalışaraq, səy göstərərək, gözəl səslə, uzun nəfəslə Quran oxumaq bacarığı əldə edə bilər.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 16.08.2012, 11:48 | Yazı # 8
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Quranı gözəl oxuma formaları, məqamları necə yaranıb?
Bilirsinizmi, Quranın özünəməxsus məqamı yoxdur. Musiqidən məlum olan məqamlardan hər hansı biri və münasib olanı qiraətə uyğunlaşdırıla bilər. Ancaq burada doğru-düzgün oxunuş qaydaları adlandırdığımız “təcvid” qaydalarından uzaqlaşmamaq tələb olunur.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 16.08.2012, 11:49 | Yazı # 9
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Quranı başdan sonadək əzbərləmək – hafizlik nə üçün əhəmiyyətlidir? Sizcə, bir insanın Quranı əzbərdən bilməsi hansı mənanı ifadə edir?
Hafiz sözü lüğəvi mənası etibarilə “qoruyan” deməkdir. Quran ayələrini əzbərləyən insan bununla əzbərlədiyi ayələri və surələri bir növ qorumuş olur. Bizdən əvvəlki nəsillər Quranı yazı ilə və digər yollarla bizə necə ötürübsə, hafiz Quranı əzbərləməsi ilə onu özündən sonrakı nəsillərə dildən dilə ötürmüş sayılır.

Əzbərləmək qorumaq deməkdir. Hafiz qoruyandır. Nəyi qoruyandır? - Allahın ayələrini. Hafiz Quranı hər bir hərfini yerli yerində öyrənərək, qoruyur. Bu baxımdan hafiz olmağa çalışmaq Quranı qorumaq missiyasını öz üzərinə götürmək deməkdir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 16.08.2012, 11:50 | Yazı # 10
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
İslam dünyasında müsəlmanların Qurana münasibəti sizi qane edirmi?
Təəssüf ki, müsəlmanların az bir qismi istisna olmaqla əksər hissəsinin Quranla münasibəti arzuolunan səviyyədə, Allahın və Onun rəsulunun istədiyi kimi deyildir.

Dövrümüzdə Quran yalnız müəyyən günlərdə xatırlanan, müəyyən insanların oxuduğu və oxumalı olduğu bir kitab sayılır. Təəssüf ki, hazırda insanlar Quranı yalnız Ramazanda və xüsusi günlərdə oxuyub dinlənilən kitab hesab edirlər. Bu, bir xəstəlikdir.

Halbuki Quran divarda, sandıqda saxlanılması üçün göndərilən kitab deyildir. Bu kitab müsəlmanın həyatının hər bir anında yanında olmalıdır. Müsəlman addımını atanda, oturub qalxanda, yeyib-içəndə, ibadət edəndə, işinə və evinə gedəndə Quranla harmoniya içərisində olmalıdır. Çünki qeyd edilən bütün xüsuslarda Quran bizə yol göstərir,: “Addımını belə at!”, “Evinə belə daxil ol!”, “Bazarda belə hərəkət et!”, “Danışarkən diqqətli ol!” və s. deyir. Təəssüflə qeyd etməliyəm ki, dövrümüzdə bunun tamamilə əksi olduğuna görə, müsəlmanların vəziyyəti bu gün heç də ürəkaçan deyildir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » “Quranı ərəbcədən oxumaqla rahatlıq tapırıq... (Türkiyəli tanınmış hafiz Fateh Çollak ilə müsahibə)
Страница 1 из 11
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru