[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 2 из 2
  • «
  • 1
  • 2
Forum » İslam » Sual-cavab » “İftar müsəlmanın zifafıdır” (“İftar müsəlmanın zifafıdır”)
“İftar müsəlmanın zifafıdır”
TeraneTarix: Bazar, 29.07.2012, 17:25 | Yazı # 21
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Nə ilə iftar açmaq yolverilməzdir?
Hər şeydən əvvəl tərkibi müxtəlif qatqı maddələri ilə “zəngin” qazlı sularla iftar açmaq yolverilməzdir. Tərkibində haram və təmiz olmayan qidalarla da oruc açmaq doğru deyildir. Ən yaxşısı su və xurma ilə iftar etməkdir. Axı, peyğəmbərimiz də elə bunu buyurmuşdur. Orucunuzun mənasını itirməməsi və mənəvi dəyəri olması üçün yeyib-içdiklərimizə diqqət etmək məcburiyyətindəyik.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Bazar, 29.07.2012, 17:26 | Yazı # 22
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Son dövrlərdə insanlar yeni dəb pəhrizlərlə xeyli pul xərcləyirlər. Siz də fəaliyyətinizi maddiyyata çevirmək niyyətindəsinizmi?
Xeyr, qətiyyən. Mən və rəhbərlik etdiyim hərəkat bu məsələnin ticarət tərəfi ilə maraqlanmırıq. İnsan sağlamlığının pula indeksləndirilməsi çirkin bir yanaşmadır. İnsanlara az və keyfiyyətli məhsul yeyərək, sağlam ömür sürmələrini tövsiyə edirik. Pəhriz əslində elə budur – sağlam yaşamaqdır, arıqlamaq deyildir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Bazar, 29.07.2012, 17:26 | Yazı # 23
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Şişman olmaq günahdırmı?
İsraf Qurani-Kərimdə açıq şəkildə haram qılınan bir xüsusdur. Qədərindən artıq qəbul edilən və ya alınan hər bir şey digər insanların və canlıların haqqına təcavüz etməkdir. Allahın rəsulu (Ona Allahın salamı və xeyir-duası olsun!) belə buyurur: “İştaha çəkən hər bir şeyi yeməyin israfdır”.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Bazar, 29.07.2012, 17:27 | Yazı # 24
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Dövrümüzdə artıq populyarlaşmış bir çox pəhriz növü vardır. Bunların hansına inanmalıyıq?
Məgər dediyiniz pəhrizlərdən hansı birinə isə inanmaq mümkündürmü? Dünən: “Yumurta yeməyin!” – deyənlər bugün: “Yeyin”, - deyirlər. Əvvəllər: “Ət yeməyin!” – deyənlər indi əksini söyləyirlər. Qeyri-müsəlmanlara xas mətbəxdən qidalanaraq, müsəlman qalmaq çətindir, ən azı öz-özünü aldatmadır.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Bazar, 29.07.2012, 17:27 | Yazı # 25
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Bu məsələyə bir qədər aydınlıq gətirə bilərsinizmi?
İslamın bizdən tələbi açıq-aydındır: “Sərhədlərini müəyyən etdiyim mətbəxdən münasib bildiyim şərtlər daxilində və qədərində istehlak et”. Müsəlman islam mətbəxindən qidalanmaq məcburiyyətindədir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Bazar, 29.07.2012, 17:29 | Yazı # 26
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
İcazə verin, sualı daha açıq ifadə edim: “Qərb yeməklərini yemək haramdırmı?”
Yeməyin qərbi-şərqi yoxdur. Quran qidalardan bəhs etdikdə halal və ya haram deyil, “təmiz” məfhumuna toxunur. Əgər qida təmizdirsə, onda burada heç bir problem yoxdur. Həmçinin, süfrəyə donuz, qan, alkoqollu içki və ya Allahın adı çəkilmədən kəsilmiş ət verilməməlidir.

Necə düşünürsünüz, biz təmiz məhsul yemək məsələsində bivecmi davranırıq?

Bəli, şübhəsiz ki, bu, belədir. Müğənnilərin, aktyorların nə vaxt evlənib boşandıqlarını, adını düzgün tələffüz edə bilmədikləri futbolçuların hansı nömrə altında çıxış etdiklərini əzbərləyənlərin çox təəssüf ki, hər gün yedikləri çörəyin tərkibi haqda ən kiçik məlumatları belə yoxdur. Bu biveclik deyil, nədir?



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » “İftar müsəlmanın zifafıdır” (“İftar müsəlmanın zifafıdır”)
  • Страница 2 из 2
  • «
  • 1
  • 2
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru