[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Страница 1 из 11
Forum » İslam » Sual-cavab » Yol uzaqdırsa səfər namazını qılmaq olarmı? (Yol uzaqdırsa səfər namazını qılmaq olarmı?)
Yol uzaqdırsa səfər namazını qılmaq olarmı?
TeraneTarix: Cümə, 22.06.2012, 13:39 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Allahın səlamı və bərəkəti onun sadiq qullarının üzərinə olsun. Allah Təala ibadətlərində insanlara bir rahatlıq üçün səfər ərəfəsində namazlarını qısaldaraq qılma imkanı vermişdir. Bu Allahın müsəlmanlara verdiyi hədiyyə kimidir. İstəyən ya bu hədiyyəni qəbul edər, ya da namazına sünnətlərini belə əksiltmədən davam edə bilər. Dediyiniz səfəri namazı qılmaq da belədir. Amma bu səfərilik gedilən vaxtdan deyil, məsafədən asılıdır. Məzhəblərə görə fərqli olan bu məsafə 48, 72, 90 km-dən daha çox hesablana bilər. Ümumiyyətlə səfərdə olmağın da bir müddəti var. Səfərdə olan şəxs 5, 10 və yaxud 2 həftə səfərdə qaldıqdan sonra səfəri müddəti qurtarar, artıq orda olan adi müsəlmanlar kimi namazını qılar... Amma hər gün müəyyən və səfərilik məsafəsini keçən yolu qət edən müsəlmanlara bu hökmü yəni səfəriliyi aid etmək olarmı!? Səfərilik müəyyən bir yerə getməyə və həmin yerdə xüsusilə bir müddət qalmaqla bağlıdır. Yox əgər bu səfər davamlıdırsa, həmin şəxs müsafir hökmündə deyil və namazlarını tam olaraq həyata keçirməlidir. Təbii ki, tələbədirsə bu onun üçün bir qədər çətin olsa da etdiyi əməllər, ibadətlərini əksiltmədən yerinə yetirməsi onun üçün böyük səvabdır. İbadətlərin ən üstünləri də ən imkansız şəraitdə edilə bilənənləridir. Xüsusilə müsəlman xanımlar üçün bu çətin olsa tam namaz qılmaq imkanı yoxdursa işarələrlə, yaxud oturularaq namaz qılına bilər. Bu da həmin rahatsızlığı aradan qaldırmağa kömək edən rahatlıqdır. Namaz qılmaq üçün əsas şərtlərdən biri olan dəstəmaz olmazsa, heç cür sudan istifadə edilməsi mümkün deyilsə, torpaqla, divardan yaxud qumdan olan materiallarla təyəmmüm almaq olar.
Saytın məzhəbinə gəlincə bu cavabı verənin məzhəbindən asılıdır. Məni soruşunursunuzsa mən də əksərən hənəfi məzhəbi üzərinəyəm. Amma bütün həqiqi islam alimlərinə, onların fiqhi görüşlərinə hörmətim var. Onların hər birindən dindəki genişlik və rahatlıq üçün istifadə edirəm. Məzhəblərdən istifadə məsələsində əsas fikrim bütün haqq məzhəblərin dindən olduğunu, dinimizin isə ancaq hər hansı bir məzhəb olmadığını qəbul etməkdir....Yəni bütün məzhəblər dindir, lakin din məzhəb deyil...Allahdan ibadətlərinizdə sabitlik və rahatlıq arzu edirəm...Şübhəsiz hər şeyin doğrusunu Allah bilir...



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » Yol uzaqdırsa səfər namazını qılmaq olarmı? (Yol uzaqdırsa səfər namazını qılmaq olarmı?)
Страница 1 из 11
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru