[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Sual-cavab » Namaz təqlid olunan məzhəbə görə qılınmalıdırmı? (Namaz təqlid olunan məzhəbə görə qılınmalıdırmı?)
Namaz təqlid olunan məzhəbə görə qılınmalıdırmı?
TeraneTarix: Cümə, 22.06.2012, 13:38 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Allahın səlamı onun sadiq qulları üzərinə olsun. Allah Təala dinin rahatlığı və genişliyi üçün dünyada yaratdığı hər bir şeyi, hər bir müsəlmanı, alimi, hətta ailə üzvlərini də fərqli yaratmışdır. Düşüncə, zehniyyət, iman fərqliliyi ilə şahid olduğumuz bu fərqliliklər həyatımızı olduqca əsrarəngiz və ibrətamiz edir. Məhz bu Allah Təalanın yaratma sənətidir ki, ancaq ona məxsusdur. Hətta yaratdıqları ilə varlığını açıq aşkar ortaya qoyan aləmlərin rəbbi nə qədər də əzəmətlidir. Buna görə də nəinki alimlər, məzhəblər arasında fərqliliklər var, hətta mələklər, peyğəmbərlər, səhabələr arasında da fərqliliklər, mübahisələr olmuşdur. Bu dediklərimizdən doğan təzahürlərdir ki, müxtəliflik heç vaxt haram hesab oluna bilməz. Sanki buy dəfələrlə "siz heç düşünmürsünüz, "siz heç dərk etmirsiniz" deyən aləmlərin rəbbinin alimlərə düşünməyin deməsinə bənzəyir haşa lilləh. Bu baxımdan islam məzhəbləri arasında da alimlər arasında fərqliliklər var. Bunun əsli onların metodlarına, hədis qaynaqlarına, gətirdiyi dəlillərə, yaşadıqlara dövrə və məkana görə dəyişkən yaxud müxtəlif olur. İbadətə gəlincə isə təbii ki, məzhəblərdə sünnət namazlarının qılınmasında, birləşdirilməsində fərqlilik var. Amma bir şey də var ki, digər məzhəbləri öyrənmək hər dəfə bir cürə namaz qılmağı ifadə etmir. Bu fərqlilikləri davamlı ibadətlərdə deyil müəyyən məsələyə və ya vaxta bağlı olan şəri hökmlərə bağlamaq lazımdır. Məsələn məscidə girərkən təhiyyətul məscid (məscid namazı 2 rükət) qılınması, təravih namazının 8 (şafi məzhəbi ) yaxud 20 (hənəfi məzhəbinə görə ) rükət qılınması, əsr namazını ilk sünnəti kimi hökmlərdə rahat olanı istifadə etmək mümkündür. İstəyinə görə ramazan ayında əgər istəyərsə 8 rükət, yaxud 20 rükət namaz qılına bilər və ya məscidə girərkən ya təhiyyətul məscid namazı qılınar ya da yox....Məzhəblərdə fərqliliik bu şəkildə başa düşülməlidir...Şübhəsiz hər şeyin doğrusunu Allah bilir....


انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » Namaz təqlid olunan məzhəbə görə qılınmalıdırmı? (Namaz təqlid olunan məzhəbə görə qılınmalıdırmı?)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru