[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Sual-cavab » Nə üçün bəzilərimiz namazı möhürlə bəzilərimiz isə möhürsüz? (Nə üçün bəzilərimiz namazı möhürlə bəzilərimiz isə möhürsüz?)
Nə üçün bəzilərimiz namazı möhürlə bəzilərimiz isə möhürsüz?
TeraneTarix: Cümə, 22.06.2012, 13:36 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Allahın səlamı olsun onun abid qulları üzərinə. Allah Təala kainatda olan hər bir şeyi fərqli yaratmışdır. Demək olar ki, onun yaratma sənətində oxşar bir məxluq, canlı və ya cansız yoxdur. Bu onun əzəmətini və qüdrətini sübut edən yaratma dəlilidir. Bu mənada hər bir insan ən yaxınından,əkiz iki uşaq bir-birindən hər hansı bir əlamətinə, eyni ailənin fərdləri fikirləri və başqa xüsusiyyətlərinə görə fərqlənir. Əslində burada təəccüblü heç bir şey yoxdur. Çünki nəinki insanların fikirləri arasında hətta mələklər, peyğəmbərlər, səhabələr arasında müxtəliflik, yaxşı mənada mübahisə, ixtilaf olmuşdur. Məsələn Hz.Musa ilə qardaşı Hz.Harun arasında olan mübahisə, mələklərin hədislərdə keçən bir qatilin hökmü barəsindəki mübahisələri,səhabələrin bir məsələ barəsində müxtəlif fikirdə olmaları v.s. Bütün bunlar bir mənada həyatımızı zənginləşdirən çalarlardır, necə ki rəbbimiz dünyanı ancaq bir rənglə deyil müxtəlif rənglərlə bəzəmişdir, eləcə də müxtəlif fikirlərlə...
Ümumiyyətlə ibadətdə olan fərqlərə toxunmuş olsaq, ilk növbədə tarixi bağlara baxmaq lazımdır, hətta bundan da əsaslı suallar çıxır. Məs: Niyə görə bir çox məzhəblər var; niyə görə sünnilərin islami anlayışları fərqlidir, şiələrdə fərqli; nəyə görə tarixdə səhabələr arasında münaqişələr olmuşdur, niyə görə bu gün müsəlmanlar bir bayraq altında birləşə bilmir, niyə görə müsəlmanlar hələ də kor kimi özlərini təkfir edib, bir-birlərini "Allah rizası" üçün öldürürlər v.s. Bəlkə də sualları artırmaq olar, görürsünüz dediyiniz məsələdən də ciddi problemlərimiz var. Ən əsası isə həyatımızda ən vacib məsələlər üçün özümüzü, zehnimizi yormaqdır. Məzhəblər arasında olan bu kimi xırda məsələlər isə fərqli təfsir, hədis anlayışından; alimlərin müxtəlif fikirlərindən; tarixi, siyasi məsələlərdən v.s. hadisələrdən qaynaqlanır. "Möhürsüz namaz qılınması daha doğrudur" iddiasını sübut etmək nə qədər mümkündürsə, "möhürlə namaz qılmaq doğrudur iddiasını" da o qədər sabit rəvayətlə sübut etmək olar...Allah bizi bildiyimizlə əməl edənlərdən etsin!!! Şübhəsiz hər bir şeyin ən doğrusunu aləmlərin rəbbi bilir...



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Bazar, 22.07.2012, 19:38 | Yazı # 2
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Amin Ecmein!...


انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » Nə üçün bəzilərimiz namazı möhürlə bəzilərimiz isə möhürsüz? (Nə üçün bəzilərimiz namazı möhürlə bəzilərimiz isə möhürsüz?)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru