[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 2 из 3
  • «
  • 1
  • 2
  • 3
  • »
Forum » İslam » Sahabilər » SAHABILERIN HEYATI (sahabeler)
SAHABILERIN HEYATI
medineTarix: Çərşənbə axşamı, 23.06.2009, 05:43 | Yazı # 21
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
]

Umm Sələmə... Əgər bilsəydiniz Umm Sələmə kimdir!

Onun atası Məhzum qəbiləsinin adlı-sanlı və yüksəkmövqeli başçılarından biri idi. Bundan əlavə, ərəblər arasında o öz səxavətliliyinə görə nadir olan bir insan idi. Buna görə onu hətta “müsafirlərin hamisi” adlandırmışdılar. Çünki səfərə çıxanlar onun yanına gəldikdə və ya onunla birlikdə səfərə çıxdıqda özləri ilə böyük ərzaq ehtiyatı götürməyə ehtiyacları olmurdu.
Onun əri Abdulla ibn Əbd əl-Əsəd ilk on müsəlmanın siyahısına daxil idi. Ona qədər Islamı ancaq Əbu Bəkr Sıddıq (Allah ondan razı olsun) və sayını barmaq hesabı saymaq mümkün olan kiçik bir qrup insanlardı.
Bu qadının adı Hind idi, amma hamı onu Umm Sələmə kimi tanıyırdı və bu ləqəb sonradan onun əsil adını əvəz etdi.

* * *
Umm Sələmə Islamı əri ilə birlikdə qəbul etmişdir və beləliklə, ilk müsəlman qadınlardan biri olmuşdur. Umm Sələmənin və onun ərinin Islam dinini qəbul etməsi barədə xəbər yayılmağa macal tapmamış qureyşlilər arasında narazılıq və həyəcanlar başladı. Başqalarına ibrət dərsi vermək üçün onlara qarşı əsil təqib və böhtan kompaniyası təşkil olundu və bu o qədər güclü idi ki, böyük bir dağı parçalaya bilərdi. Lakin onlar ruhdan düşmədilər, geriyə çəkilmədilər və qibtə edilə bilən səbat və yenilməzlik göstərdilər.
Böhtan və təqiblər müsəlmanlar üçün dözülməz hala çevrildikdə, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) onları vətəni tərk edib Həbəşistana köçməyə icazə verdi. Umm Sələmə və onun əri mühazirlərin ilk qrupunda idilər.
Beləliklə, Umm Sələmə və onun əri doğma evlərini, cah-cəlallı yaşayışlarını, adlı-sanlı qohum-əqrabanı Məkkədə qoyub, oranı tərk etdilər və mükafatlarını Allahdan umub, Onun iltifat göstərəcəyinə bel bağlayaraq yad bir ölkəyə köçdülər.
Həbəş kralının onları müdafiə etməsinə baxmayaraq (Allah buna görə onu cənnətlə mükafatlandırmışdır), Umm Sələmə və digər mühacirləri vətən həsrəti özünə çıkirdi.
Onlar məsləhət verən və və düz yola yönəldən Allah Elçisinin (ona Allahın salavatı vı salamı olsun) onlarla bir yerdə olmamasına görə çox narahat idilər. Belə vəziyyət Umm Sələmədə və onun ərində dərin kədər və qəm-qüssə oyadırdı.
Sonralar Həbəşistanda olan mühacirlərə xəbər gəlməyə başladı ki, Məkkədə müsəlmanların sayı əhəmiyyətli dərəcədə artmışdır.
Həmzə ibn Əbdülmütəllibin və Ömər ibn əl-Xəttabın Islam dinini qəbul etməsi onların gücünü, mətanətliyini və dözümlülüyünü artırırdı. Qureyşlilər onlara qarşı edilən təqibləri azaltmışdılar. Bu, vətən həsrəti çəkən bir qrup mühacirin Məkkəyə qayıtmasına qəti qərar verməyə səbəb oldu.
Vətən həsrəti onları özünə qayıtmağa səsləyirdi... Umm Sələmə və əri qayıdan¬la¬rın ilk qrupunda idilər.

* * *
Lakin çox keçmədi ki, qayıdanlar, onlara gəlib çatan xəbərlərin şişirdildiyini anladılar.
Həmzə və Osmanın Islamı qəbul etməsi ilə müsəlmanların irəli atdığı addım qureyşlilər tərəfindən ciddi müqavimətlə qarşılandı.
Bütpərəstlər müsəlmanlara işgəncə verməkdə, onları təhqir etməkdə və qorxutmaqda hər dəfə daha yeni üsullardan istifadə edirdilər.
Onlar müsəlmanları o vaxtadək görünməmiş əzab və məhrumiyyətlərə məruz qoyurdular.
Belə bir şəraitdə Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) öz səhabələrinə Mədinəyə köçməyə razılıq verdi. Umm Sələmə də onun əri, dinini və şəxsən özünü qureyşlilərin şərindən xilas edərək ilk köçgün olmağı qərara aldılar.
Lakin Umm Sələmə və onun ərinin köçməsi, onların düşündüyü kimi, o qədər də sadə və asan bir iş olmadı.

Bu köç, başqaları ilə müqayisə oluna bilməyən müsibətli, ağır və kədərli oldu.
Qoy Umm Sələməyə söz verək özü bu faciəli əhvalatı bizə danışsın. Onun keçirdiyi hisslər daha güclü və dərin, təsviri isə daha dəqiq və mənalı idi.
Umm Sələmə rəvayət edir:
“Mədinəyə getməyə yığışaraq, Əbu Sələmə mənə bir dəvə hazırlayıb məni onun üstünə oturtdu, oğlumuz Sələməni isə mənim qabağımda qoydu. Heç kimə müraciət etmədən və diqqət yetirmədən Əbu Sələmə üstündə oturduğumuz dəvəni irəli sürdü. Biz hələ Məkkə şəhərinin hüdudlarından kənara çıxmamış mənim qəbiləm olan bəni Məhzum bütpərəstləri yolumuzu kəsdilər. Onlar Əbu Sələməyə dedilər:
- Əgər sən öz ruhunu satmısansaŞ bu qadının – sənin arvadının günahı nədir?! O bizim qəbilədəndir və biz niyə sənə imkan verməliyik ki, onu bizdən ayırıb yad bir yerə aparasan?!
Sonra onlar onun üstünə hücum çəkib məni güclə ələ keçirtdilər.
Ərimin bəni Əbd-əl-Əsəd nəslindən olan adamlar məhzumluların məni oğlum ilə tutduqlarını görüb dəhşətli dərəcədə qəzəbləndilər və dedilər:
- Biz heç vaxt yol verə bilmərik ki, siz uşağı güclə qohumumuzun əlindən aldıqdan sonra onu sizdə qoya bilmərik... Bu bizim oğlumuzdur və bizik onun himayəçisi. Bundan sonra hər iki tərəf oğlum Sələməni ələ keçirtmək üçün elə güclə dartmağa başladılar ki, axırda uşağın qolunu çəkib burxutdular. Bütün bunlar gözümün qabağında baş verirdi. Axırda uşağı Əbd-əl-Əsəsd qəbiləsindən olan adamlar apardılar.
Bir-neçə andan sonra mən özümü bədbəxt və tənha hiss etdim.
Mənim ərim öz dininin çağırışı ilə Mədinəyə getdi, mənim oğlum isə əldən düşmüş və şikəst edilmiş halda Əbd-əl-Əsəd nəslinin adamlarının yanında qaldı...
Məni isə mənsub olduğum bəni Məhzum qəbiləsinin adamları tutub özləri ilə saxladılar…
Bir saat ərzində məni ərimdən və doğma oğlumdan ayrı saldılar.
Həmin gündən başlayaraq mən hər səhər vadiyə çıxıb bu faciənin baş verdiyi yerə gəlib orada otururdum.
Oğlumu və ərimi məndən ayırdıqları həmin anların səhnələri təkrar-təkrar gözümün qarşısında canlanırdı. Mən hönkürməyə başlayır və hər gün hava qaralanadək ümidsizliklə ağlayırdım.
Bir dəfə mənim yanımdan əmim uşaqlarından biri yanımdan keçənədək bu minvalla bir il və ya təxminən o qədər keçmişdi.
Halıma acıyaraq və mənə yazığı gələrək o, mənim qəbiləmdən olan adamlara dedi:
- Niyə siz bu zavallını buraxmırsınız?! Axı siz onu ərindən və uşağından ayrı salmısınız!
O onların ürəklərini yumşaltmağa nail olmasını davam etdirir və o qədər rəhm etmələrini yalvardı ki, axırda mənə dedilər:
- Istəyirsənsə, get ərinin yanına!
Oğlumun, can-ciyərimin Məkkədə bəni Əbd-əl-Əsəd qəbiləsinin adamlarının yanında qaldığı bir vaxtda mən necə ərimin yanına mədinəyə gedə bilərdim?!
Körpə balam Məkkədə qaldığı və mən də onun haqqında heç nə bilmədiyim halda, əgər mən Mdinəyə köçsəydim əzab-əziyyətim sakitləşər və gözlərimin yaşı quruyar¬dımı?
Məni qəm-qüssədən necə xilas etmək lazım olduğunu başa düşən adamlar tapıldı. Onlar bütün varlığı ilə mənim vəziyyətimə bələr olaraq, mənim haqqımda bəni Əbd-əl-Əsəd qəbiləsi adamları ilə danışdılar və onların da axırda mənə yazıqları gəldi və oğlum Sələməni mənə qaytardlar.

* * *
Mən qətiyyən Məkkədə qalmaq itəmirdim və gözləyirdim ki, bir yol yoldaşı tapıb onunla gedim. Mən ehtiyat edirdim ki, elə bir gözlənilməz hadisə baş verər və mən ərimə qovuşa bilmərəm... Təklikdə getməyə yığışaraq, dəvəni hazırladım və oğlumla birgə ona mindim. Yolumuz Mədinəyə, ərimin yanına idi və nənimlə bərabər, oğlumdan başqa, Allahın yaratdığı heç bir məxluq yox idi. Məkkənin üç rilometrliyində yerləşən Tanaimə çatıb, mən orada Osman ibn Təlhaya rast gəldim və o soruşdu:
“- Haraya istiqamət götürmüsən, ey “müsafirlərin havadarının” qızı?”
- Mədinəyə, ərimin yanına gedirəm, - deyə cavab verdim.
- Nə əcəb tək gedirsən, səninlə gedən bir adam yox idi? – deyə Osman soruşdu.
- Allaha and olsun, yanımda Allahdan və oğlumdan başqa heç kim yoxdur!
- Allaha and olsun, sən Mədinəyə çatana qədər səni heç vaxt tək buraxmaram! – deyə Osman ucadan dilləndi. Sonra o, dəvəmin yüyənindən tutub yolunu mənimlə birgə davam etdirdi...
Allaha and olsun, mən həyatımda onun kimi alicənab, vicdanlı və mərd yol yoldaşı görməmişdim. Biz dayanmalı olduqda, o dəvəni diz çökdürür və mən aşağı düşənə və yerbəyer olana qədər bir kənara çəkilib dayanırdı. Sonra yaxınlaşır, dəvənin qoşqularını çıxarıb onu yaxınlıqda bir ağaca bağlayırdı...
Sonra məndən kənarda olan başqa bir ağacın yanına gedib, onun kölgəsində istirahət edirdi.
Yola düşmək vaxtı çatanda, Osman dəvəni yəhərləyir və mənə yaxın gətirirdi. Sonra kənara çəkilib deyirdi: “Otur!” Mən dəvənin üstündə yerləşəndən sonra, o yaxınlaşıb, onun yüyənindən tutur və biz yolumuza davam edirdik.

* * *
Osman, biz Mədinəyə çatana qədər hər gün özünü bu qaydada aparırdı. O, Mədinənin yaxınlığında Əmr ibn Aufun qohumları yaşayan Kuba kəndini görən kimi dedi: “Sənin ərin bu kəndədir. Allahın izni ilə bu kəndə gir”. Özü isə geriyə dönüb Məkkəyə qayıtdı”.

* * *
Uzun müddətli ayrılıqdan sonra ailə yenidən birləşdi və Umm Sələmə yenə də öz ərini gördü. Əbu Sələmə arvadı və oğlu il görüşünə çox sevindi. Sonra hadisələr inanılmayacaq dərəcədə sürətlə inkişaf etməyə başladı.
Bundan sonra Əbu Sələmənin iştirak etdiyi Bədr müharibəsi oldu və müsəlmanlar parlaq qələbə qazandılar.
Bədrdən sonra Uhud yaxınlığında döyüş başladı. Burada Əbu Sələmə özünü müsbət cəhətdən göstərdi, amma ağır yaralandı. Sağaldığını hiss edənə qədər inadla müalicəsini davam etdirirdi. Lakin uzun çəkən müalicədən sonra üstü qaysaq bağlamış yara içəridən irinləmişdi. O gözlənilmədən açıldı və Əbu Sələmə yenidən yatağa düşməli oldu.
Müalicə zamanı o, arvadına deyirdi: “Ey Umm Sələmə, mən eşitmişəm ki, Allahın Elçisi buyurmuşdur:
“Kimə bədbəxtlik üz verdikdə, o: “Həqiqətən Allaha, həqiqətən Allaha qayı¬dı¬rıq”, sonra: “Ey Allah, mən bu bədbətliyi səbirlə qəbul etdim. Ey Allah, onu mənim üçün bol xeyirlə əvəz et” desə, Allah hökmən onun xahişini yerinə yetirər”...

* * *
Xəstə Əbu Sələmə günlərini yataqda keçirirdi. Bir dəfə Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) ona baş çəkdi. O (ona Allahın salavatı və salamı olsun) hələ getməmiş Əbu Sələmə keçindi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) öz mübarək əlləri ilə mərhum dostunun gözlərini başladı.

Baxışlarını göyə qaldırıb, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) belə buyurdu:
“Ey Allah, Əbu Sələmənin günahlarını bağışla və onu Özünə yaxınlaşdır. Onun uşaqlarına və yaxınlarına bu itginin əvəzini ver.
Ey Aləmlərin Rəbbi, bizim və onun günahlarını bağışla, onun qəbrini genişlət və nurlandır”.
Umm Sələmə, Əbu Sələmənin ona Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) haqqında dediklərini xatırlayaraq deyir:
“Ey Allah, mən bu itgini Səndən səbirlə qəbul etdim...” Lakin onun ürəyi gəlmədi ki: “Ey Allah, onu mənim üçün bol xeyirlə əvəz et” desin. O sadəcə başa düşə bilmirdi ki, kimsə Əbu Sələmədən yaxşı ola bilər?!
Buna baxmayaraq, Umm Sələmə duasını bitirdi...

* * *

Müsəlmanlar Umm Sələmə üz vermiş dərd-qəmə görə çox mütəəssir olmuşdular və onu “ərəblərin dul qadını” adlandırmağa başladılar.
Mədinədə onun tüklənməmiş quş balalarına bənzəyən uşaqlarından başqa bir nəfər də olsa doğma adamı yox idi.

* * *
Mühacirlər və ənsarlar hiss etdilər ki, Umm Sələmə onlardan birini ər seçə bilər. O, Əbu Sələmə üçün matəmini qurtaran kimi Əbu Bəkr siddiq (Allah ondan razı olsun) ona elçi göndərdi, lakin Umm Sələmə onun təklifini qəbul etmədi.

Sonra Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) elçi göndərdi, Umm Sələmə onu da, əvvəlki iddiaçı kimi, rədd etdi...
Sonra Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) onun yanına gəldi, Umm Sələmə isə ona dedi:
- Ey Allahın Elçisi, mənim üç əsas xüsusiyyətim var: olduqca qısqanc qadınam və qorxuram ki, sən mənə qəzəblənəsən və buna görə Allah məni cəzalandırar; bundan da əlavə, mən artıq yaşlı qadınam və mənim uşaqlarım var.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onun bu cavabına belə buyurdu:
- “Sən özünün lüzumsuz qısqanc olmağını yada saldın, mən isə vəd edirəm ki, Qüdrətli Allaha müraciət edərəm ki, səni bu xislətdən məhrum etsin. Sən yaşın haqqında dedin, lakin elə mən də sənin yaşındayam. Uşaqlara gəldikdə isə, mən onları özümünkü sayıram”.

Bundan sonra Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) Umm Sələmə ilə evləndi və bu isə o demək idi ki, Allah onun müraciətini eşitmiş və cavab vermişdi, yəni onun itirdiyini, ona bol xeyirlə əvəz etmişdi, ona Əbu Sələmədən də yaxşı ər qismət etmişdi.

Həmin gündən etibarən Məhzum qəbiləsindən olan Hind təkcə Sələmənin anası deyil, bütün möminlərin anası oldu.
Allah Umm Sələmədən razı olsun və ona Cənnətin təravətli guşəsini və Özünün mərhəmətini qismət etsin.

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Bazar, 28.06.2009, 20:36 | Yazı # 22
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
ƏN GÖZƏL QURAN OXUYAN SƏHABƏ - ABDULLAH İBN MƏSUD
[ Səhabələr / 2228 dəfə baxılıb ]

Müsəlmanlardan ilk mühəddis, fəqih və müfəssir səhabə Abdullah ibn Məsud idi.

Adı Abdullah, künyəsi Abdurrəhmandır. Atasının adı Məsud, anasının adı Ümmü Abdır. Atası haqqında geniş bir məlumat yoxdur.

Abdullah Məkkənin fəqih ailələrindən birinə mənsubdur. Gəncliyində Ukbə b. Əbi Muaytın qoyunlarını güdərək çobanlıq etmişdir. Abdullah b. Məsud Muhamməd peyğəmbər (s.a.s) ilə ilk görüşünü və necə tanış olmasını belə nəql edir: «Mən Ukbə b. Muaytın qoyunlarını güdürdüm. Bir gün Rəsulullah (s.a.s.) və Hz. Əbu Bəkir (r.a.) yanımdan keçirdilər. Rəsulullah (s.a.s) məndən südümün olub-olmadığını soruşdu. Mən də ona çoban olduğumu və qoyunların da əmanət olduğunu söylədim. Bundan sonra Rəsulullah (s.a.s): "Süd verməyən bir qoyunun varmı? Mənə göstərə bilərsənmi?" – deyə soruşdu. Mən də qoç üzü görməmiş bir qoyun verdim. Rəsulullah (s.a.s) qoyunu sağmağa başladı. Gerçəkdən də balası olmayan, südü olmayan bu qoyundan süd sağıb Əbu-Bəkirə verdi. Əbu Bəkir (r.a) içdi. Sonra qabı Rəsulullah (s.a.s) alıb o da içdikdən sonra qoyunu buraxdı.» (İbn Sad Tabaqat,111, 150-151)

Bu gündən sonra İbn Məsud Peyğəmbərin (s.a.s) yanından ayrılmadı.

İslamı qəbul edənlərin altıncısıdır. İslamı qəbul edəndən sonra həmişə Qurani-kərimi əzbərləmişdir. Əzbərlədiyi 70 surəni Peyğəmbərin (s.a.s) hüzurunda oxumuşdur. Səhabələr arasında da heç kimsə bu mövzuda onunla rəqabətə girməmişdir. Daha sonra Abdullah Quranın əvvəldən sonadək əzbərləmişdir.

İbn Məsud müsəlman olduğu zamanlarda müsəlmanlar Məhəmməd Peyğəmbər (s.a.s) ilə açıq-açığa ibadət edə bilmir, uca səslə Quran oxuya bilmirdilər. Müsəlmanların belə hərəkətləri, müşriklərin bütün cahil duyğularını qabardır, onları müsəlmanlara qarşı şiddətli və amansız hücumlara sövq edirdi. Bu çətin günlərdə Abdullah b. Məsud (r.a) Kəbədə Quran oxumaq istəmişdir. Peyğəmbər (s.a.s) və səhabələr bunun təhlükəli bir hərəkət olduğunu xüsusi ilə də Məkkədə onu himayə edəcək böyük bir ailənin olmadığını, müşriklərin onu işgəncəyə məruz qoyacaqlarını söylədilər. Fəqət ibn Məsudun iman coşqunluğu bütün bunlara qalib gəlmişdir: “Məni onların şərindən Allah qoruyar” demiş və Kəbəyə getmişdi. Bu zamanlarda da Qureyşin böyükləri toplanmış və Hərəmdə bir məsələni müzakirə edirdilər. Onlar danışdıqları zaman yüksək və gözəl bir səs Qurani-Kərimdən Rəhman surəsini oxumağa başlamışdı. Hər kəs heyrət içində idi. Bu cəsur adamın kim olduğunu öyrənmək istədiklərində onun İbn Məsud olduğunu gördülər. Qureyşlilər əsəbiləşərək onun bu hərəkətini cəzalandırmaq qərarına gəldilər. İbn Məsudu isti qumun üzərinə yatırıb İslamı tərk etməyə dəvət etdilər. Fəqat İbn Məsud bu cəzalara o qədər də önəm vermədi. Müşriklər də işgəncələrinin bir fayda verməyəcəyini anlayaraq onu buraxdılar.

Abdullah İbn Məsud (r.a) qureyşlilərin bu xain hərəkətləri üzündən xəstələndi ancaq içində yanan iman atəşi zərrə qədər sönmədi, mənəviyyatı əsla sarsılmadı. O, əlinə düşən ilk fürsətdəcə eyni hərəkəti təkrarladı: «Yenə qureyşlilərin toplandıqları yerlərdə Allah kəlamını ən yüksək səslə oxudu. Peyğəmbərdən (r.a) sonra ilk dəfə Kəbədə Quran oxuyaraq müşriklərə İslamı təbliğ etdi.» (İbnul-Əsir, Üsdul-Ğabə, III, 256, 257)

Abdullah ibn Məsudun (r.a) bu imanı və cəsarəti müşriklərin ona böyük düşmən kəsilməsinə səbəb olmuşdu. Beləliklə İbn Məsud Məkkəni tərk etməyə məcbur oldu. Daha sonra Həbəşistandan Mədinəyə hicrət edərək Muaz b. Cəbalin qonağı oldu.

İbn Məsud (r.a) bütün böyük savaşlara qatılmış və hamısında da böyük fədakarlıqlar göstərmişdir.

İbn Məsud (r.a.) Uhud, Xəndək, Hüdeybiyyə, Xeybər döyüşlərində Rəsulullah (s.a.s) ilə birlikdə iştirak etmişdir. Huneyn savaşında belə Rəsulullahı (s.a.s) tərk etməmişdir. Rəsulullah (s.a.s) onun bu hərəkətlərindən çox razı qalmışdır.

Abdullah ibn Məsud, hər döyüşdə Allah yolunda şəhid olmaq arzusu ilə yaşayan səhabələrdən idi. Ondakı iman qüvvəti, onu daima irəliyə atır, ancaq müsəlmanların zəfəri və müşriklərin məğlubiyyəti gerçəkləşdikdən sonra rahat olurdu. Hz. Peyğəmbərin vəfatından sonra qısa bir müddət kənara çəkildi. Fəqət Hz. Ömərın (r.a) zamanında yeni fəthlərə başlandığı zaman İbn Məsud cihad üçün Suriya cəbhəsinə getdi.

Hz. Ömər (r.a), hicrətin 20-ci ilində İbn Məsudu, Kufə valiliyinə təyin etdi. O, həm də oradakı müsəlmanların dini təhsilinə kömək edəcəkdi. Hz. Ömər (r.a) bununla bağlı olaraq Kufə xalqına göndərdiyi məktubda belə deyir: «Sizə Ammar b. Yasiri Əmir, İbn Məsudu da müəllim olaraq göndərirəm. Beytül-malınıza da İbn Məsudu təyin etdim. Bunların hər ikisi də Bədir əhlindəndirlər. Onları dinləyin və onlara itaət edin. İbn Məsudu yanımda saxlamaq istəyərdim, ancaq sizi daha çox düşündüm».

İbn Məsud (r.a.) üzərinə aldığı bu vəzifəni son dərəcə ləyaqətlə yerinə yetirdi. Kufə məhsullarının çoxluğu və keyfiyyəti ilə tanınmış bir mərkəz idi. Onun üçün buranın Beytül-malı önəmliydi. Çünki buradan minlərlə mücahidin ehtiyacı ödənirdi. Bu vəziyyət İbn Məsudun vəzifəsinin nə qədər çətin olduğunu göstərməyə yetərlidir.

Abdullah ibn Məsud eyni zamanda son dərəcə zahid və müttəqi idi. Dünyəvi heç bir zövq onu çəkməmişdi. Ona verilən bütün vəzifələri ən yüksək səviyyədə yerinə yetirir: beytül malı qoruyur və hər şeyi ancaq haqqı olana verirdi.

İbn Məsud altmış yaşında ikən xəstələndi. Bir gecə yuxusunda Rəsulullahı (s.a.s) gördü. Peyğəmbər (s.a.s) onu dəvət edirdi.

İbn Məsudun vəfatı yaxınlaşdığı zaman Hz. Zubeyr ilə oğlu Abdullah yanına gəlmişdilər. Hicri otuz ikinci ilində vəfat etdi. Səhih rəvayətlərə görə cənazə namazını Osman (r.a) qıldırdı.

İbn Məsud (r.a) İslam dinini qəbul etdiyi gündən elmlə məşğul olmuşdur. Rəsulullah (s.a.s) ondakı bu marağı görərək: «Sən müəllim olacaqsan» deyə buyurmuşdu. Gerçəkdən İbn Məsud bütün ömrünü elm təhsili ilə keçirmişdir.

İbn Məsud (r.a) Rəsulullahın (s.a.s) ən yaxın və məhrəm dostlarından biri idi. O Rəsulullaha (s.a.s) xidmət etməkdən qürur duyurdu. Bəzən onun misvaqını və əsasını da daşıyırdı. Rəsulullaha (s.a.s) o qədər yaxın idi ki, məclisinə icazəsiz girər, onunla söhbət edər, əmrlərini dinlər və bütün arzularını yerinə yetirərdi. (İbn Sad, Tabakat, 111, 153)

İbn Məsud (r.a) ilahi vəhyi birbaşa onu alan və tələffüz edən Peyğəmbərdən (s.a.s) öyrənmişdir. Buna görə də Qurani Kərimi ən yaxşı bilən və mükəmməl əzbərləyən səhabələrdəndir. Hər kəs onun bu xüsusiyyətini bilir və təqdir edirdi. Səhabələrin hamısı onun bu üstünlüklərini qəbul edirdilər. (Buxari, Fadailul-Ashabin–Nəbi, 37)

İbn Məsud Quranın yayılmasına səy edir, onu Rəsulullahdan aldığı şəkildə öyrətməyə çalışırdı. Bir yandan da təfsir elmində də xidmətləri olmuşdur.

İbn Məsud öz rəyi ilə Quranı təfsir etmə xüsusunda çox ehtiyatla davranardı. O, Qurani-Kərimi Allah elçisindən öyrəndiyinə görə onun qiraətində bir mükəmməllik var idi. Rəsulullah (s.a.s) onun qiraətindən bəhs edər və tərifləyərdi.

Bir gün Məsciddə İbn Məsud gözəl səslə Nisə surəsini oxuyurdu. Rəsulullah (s.a.s), Əbu-Bəkir (r.a) və Ömər (r.a) ilə birlikdə məscidə gəlmiş və onu zövqlə dinlədikdən sonra belə demişdilər: «İbn Məsud, nə diləyirsən dilə, nail olacaqsan istədiyinə».

Gerçəkdən də İbn Məsudun qiraəti son dərəcə gözəl idi. Peyğəmbərimiz (s.a.s) Quranı ona təlim etdikdən sonra, onun səsindən dinləmək istəyərdi. İbn Məsud bir gün Rəsulullaha: «Biz Quranı sizdən oxuyub, öyrənmədik mi?» demiş, Rəsulullah da belə buyurmuşdur: «Düzdür, ancaq mən Quranı başqalarından dinləməyi xoşlayıram».

İbn Məsud (r.a) deyir ki, bir gün Rəsulullahın hüzurunda Nisə surəsindən bir bölüm oxuyurdum. «Hər ümmətdən bir şahid gətirdiyimiz, səni də onların üzərinə şahid gətirdiyimiz zaman, görək onların halı necə olacaqdır.» (ən-Nisə, 4:41) ayəsini oxuduğum zaman Rəsulullahın gözləri dolmuşdu.

İbn Məsudun tələbələrinə olan ən böyük nəsihəti və vəsiyyəti Muhamməd Peyğəmbərdən (s.a.s) hədis rəvayət edərkən son dərəcə diqqətli olmaları idi.

İbn Məsud namazlarını vaxtında qılmağa o qədər adət etmişdi ki, bir gün vali Vəlid b. Ukbə Kufə məscidində xalqı bir qədər gözlətmişdi. İbn Məsud qalxaraq xalqa namazı qıldırmışdı. Vali bundan üzülərək nə üçün belə etdiyini soruşmuş və möminlərin əmirindən belə bir buyruq mu aldın? Yoxsa bir bidət mi icad etdin? demişdir. İbn Məsud ona bu cavabı vermişdir: «Mən mömünlərin əmirindən bir buyruq almadığım kimi bir bidət də icad etmədim. Fəqət sənin bir işin vardır deyə bizim də namazımızı gecikdirməyinə Allah razı olmaz».

İbn Məsud, Ramazandan əlavə başqa günlər də oruc tutar, Aşura günlərini də oruclu keçirərdi. İbn Məsud son dərəcə sadə bir həyat tərzi keçirmişdir və bunu da həyatının düsturu bilirdi. İbn Məsud, illərlə beytül-malı idarə etmiş, bir gün də olsa belə ədalət və insafdan ayrılmamışdır.

ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Bazar, 28.06.2009, 23:29 | Yazı # 23
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
ƏMR IBN ƏL-CAMUH

O: “Həqiqətən mən cənnətə can atıram!” sözləri ilə tək ayağı ilə düşmənin üstünə atıldı.
Əmr ibn əl-Camuh cahiliyyə dövründə Yəsribin başçılarından biri və bəni Sələmə əl-Müsəvvər qəbiləsinin ağsaqqalı idi. O həm də Mədinənin adlı-sanlı və ləyaqətli şəxsiyyətlərindəndi...
Cahiliyyə dövrünün adlı-sanlı varlı adamlarının evində öz bütlərinin olması bir qayda idi. Onlar hər səhər və axşam ondan xeyir-dua istəyir və müəyyən olunmuş vaxtlarda ona verir, bədbəxt hallar baş verdikdə ondan kömək umurdular.

Əmr ibn əl-Camuhun bütünün adı Mənat idi və qiymətli ağac növündən hazırlanmışdı...
Əmr ibn əl-Camuh ona hər cür qulluq edərək möhkəm ümid bəsləyir və ona qiymətli ətirli maddələr vururdu.

* * *
Əmr ibn əl-Camuhun altımış yaşı tamam olanda Yəsribə iman şüaları saçmağa başlamışdı. Bu xeyirxah addımı atan Islamın ilk dəvətçisi Museb ibn Umeyr olmuşdu. Əmrin üç uşağı – Muəvvəz, Muaz və Xallad və habelə onların Muaz ibn Cəbəl adlı yaşıdı Islamı qəbul etmişdilər.
Öz üç oğlu ilə bərabər onların anası Hind də iman gətirmişdi. Lakin Əmr ibn əl-Camuh onların Islama daxil olmaları haqqında heç nə bilmirdi.

* * *
Əmr ibn əl-Camuhun arvadı Hind görürdü ki, Islam Yəsrib camatı arasında hərtərəfli yayılır və onun başçıları arasında bütpərəst kimi təkcə onun əri kiçik bir qrupla qalmışdır.
Hind ərini çox sevir və ona ehtiram bəsləyirdi. O çox təəssüflənirdi ki, əri kafir kimi ölər və buna görə cəhənnəm oduna düçar olar.
Əmr isə, öz növbəsində, ehtiyat edirdi ki, onun oğulları ata və babalarının dinindən əl çəkib bu yeni peyda olmuş təbliğatçı Museb ibn Umeyrin ardınca gedərlər. Umeyr qısa müddət ərzində çoxlu insanları öz dinindən əl çəkməyə və Məhəmmədin (ona Allahın salavatı və salamı olsun) dininə girməyə sövq etməyi bacarmışdı.
O arvadına dedi:
- Ey Hindi, biz onun işindən baş çıxarana qədər sən uşaqlarını bu adamla (Museb ibn Umeyri nəzərdə tuturdu) görüşlərdən çəkindir.
Hind belə cavab verdi:
- Eşitdim və itaət edirəm! Sən oğlun Muazdan bu adam haqqında bir şey eşitmisənmi?
- Vay sənin halına! – deyə Əmr ucadan dilləndi. – Məgər Muaz öz dinindən əl çəksəydi mən bundan xəbər tutmazdım?
Mömin qadının ərinə yazığı gəldi və o dedi:
- Əlbəttə ki, yox, o sadəcə olaraq bu təbliğatçının bəzi yığıncaqlarında olub və onun sözlərindən bəzilərini yadında saxlayıb.
- Elə isə onu bir mənim yanıma çağır, - deyə Əmr dilləndi.
Oğlu onun yanına gəldikdə, o ondan soruşdu:
- O adamın söylədiklərindən bir şey danış.
Muaz dedi:
Mərhəmətli, rəhmli Allahın adı ilə! Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə, (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq möminlərə) rəhmli olana, Haqq-Hesab (qiyamət) gününün sahibinə! Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!
Əmr bərkdən dedi:
- Bu sözlər necə də gözəldir və qeyri-adidir! Doğrudanmı onun dediyi bütün sözlər bunlara kimidir?!
Muaz dedi:
- Hətta bunlardan da yaxşıdır, ey ata! Buna biyət gətirmək istəmirsənmi? Bütün xalqın artıq biyət gətirmişdir.
Bir qədər öz-özünə fikirləşib, şeyx dedi:
- Mənatla məsləhətləşməmiş bunu etmərəm. Görüm o nə deyəcək.
Gənc oğlan ucadan səsləndi:
- Ay ata, Mənat nə deyə bilər? O ki, ağlı və dili olmayan ölü ağacdır,
Lakin şeyx öz dediyinin üstündə durdu.
- Mən sənə dedim axı, onsuz heç bir qərar qəbul etməyəcəyəm!

* * *
Əmr ibn əl-Camuh bu söhbətdən sonra Mənatın yanına getdi. Adamlar bütlə danışmaq istəyəndə onun arxasında bir qoca qarını əyləşdirirdilər. Qarı bütdən (guya) ruhlanaraq onun əvəzinə cavab verirdi. Əmr özünün uca boyu ilə sağlam ayağı üstündə (ikinci ayağı çox əyri idi) düm-düz duraraq bütün qarşısında dayandı. O, Bütə zəruri duaları etdikdən sonra, dedi:
- Ey Mənat, şübhəsiz ki, sən Məkkədən gəlmiş bu təbliğatçının səndən başqa heç kimə pislik arzu etmədiyini bilirsən. O bizim sənə ibadət etməyimizə son qoymaq üçün gəlmişdir... Lakin baxmayaraq ki, mənə onun gözəl sözlərini eşitmək nəsib olmuşdur, mən ona, səninlə məsləhətləşməmiş, biyət etməkdən boyun qaçırtdım. Mənə məsləhət ver!
Mənat ona heç bir cavab vermədi.
- Bəlkə sən acıqlanmısan? – deyə Əmr soruşdu. – Amma mən həyatımda sənə heç bir pislik etməmişəm... Buna baxmayaraq, qorxulu bir şey yoxdur. Hirsin soyuyana kimi səni bir-neçə günlüyə tərk edirəm.

* * *
Əmr ibn əl-Camuhun oğulları onun Mənata necə bağlı olduğunu bilirdilər. O zaman keçdikcə bütün bir hissəsinə çevrilmişdi. Bununla bərabər onlar görürdülər ki, onun qəlbində bütə qarşı sədaqətli iinamı artıq tərəddüd etməyə başlamışdır. Onlar bu bütpərəstliyi onun qəlbindən qopardıb, Islamın yolunu oraya salaydılar.

* * *

Bir dəfə gecə Əmr ibn əl-Camuhun oğulları öz dostları Muaz ibn Cəballa Mənatın yerləşdirildiyi yerə girdilər və onu oradan çıxartdılar. Sonra onu sürüyüb bəni Sələmə qəbiləsinin adamlarının natəmizliklər tulladığı bir çökək yerə atdılar. Bundan sonra, onlar evlərinə gizıicə qayıtdılar ki, görən olmasın. Səhər yuxudan durandan sonra, Əmr tələsmədən, öz bütünə tərəf getdi ki, onu salamlasın. Onu yerində tapmadıqda, ucadan dedi:
- Yaxşı, özünüzü qoruyun! Bizim tanrıçanın yanında gecə vaxtı kim olub?
Lakin heç kim ona cavab verə bilmədi.
Əmr qəzəb və qeyzdən özündən çıxmış halda hədə-qorxu gələrək və lənətləyərək, bütü başıaşağı zibil çalasında tapana qədər bütün evin içərisini və bayırını axtardı. Onu yuyub təmizlədi, ona ətirli yağ çəkdi və bütü əvvəlki yerinə qoyaraq dedi:
- Allaha and olsun, bunu kimin elədiyini bilsəydim, onu bütün həyatı boyu rüsvay edərdim!
Növbəti gecə gənclər yenə də Mənatın yanına gəlib, eynilə əvvəlki gecə etdiklərini təkrarladılar. Səhər axtarış aparan şeyx, yenə də onu zibil çalasında natəmizliklərə bulaşmış halda aşkar etdi. Onu götürüb, o bütü yuyub təmizlədi, ona ətirli yağlardan sürtdü və yenə də əvvəlki yerinə taxdı.
Gənclər hər gecə eyni şeyi təkrarlayırdılar. Axırda bu Əmri bezikdirdi. Bir dəfə yatmazdan əvvəl bütün yanına gələrək, öz qılıncını götürüb onun boynundan asdı və dedi:
- Ey Mənat! Allaha and olsun, bilmirəm, kim bunu sənin başına gətirir. Lakin, əgər sən həqiqətən də tanrısansa, onda özün özünü bu şərdən xilas et. Budur, bunun üçün götür bu qılıncı.
Sonra Əmr yatmağa getdi.
Gənclər şeyxin bərk yatdığına əmin olduqdan sonra gizlicə bütə yaxınlaşdılar, qılıncı onun boynundan götürüb Mənatı küçəyə çıxartdılar. Orada onu ölü itə başlayıb, natəmizliklərin axıb töküldüyü quyuya atdılar.
Yuxudan ayılandan sonra bütünü yerində tapmayan şeyx, onun axtarışına başladı və bütü ona bağlanmış ölü itlə bərabər üzü üstə quyuya atılmış gördü. Qılıncı isə oğurlanmışdı. Bu dəfə o bütü quyudan çıxartmadı və onu oradaca da qoydu. Bu zaman o dedi: “Əgər sən tanrı olsaydın, itə bağlı halda zibil çalasına düşməzdin”.
Sonra tez bir zamanda Əmr Allahın dinini qəbul etdi

* * *
Həqiqi dinin şirinliyini və gözəlliyini hiss edərək, Əmr ibn əl-Camuh bütpərəst həyatının hər bir anı üçün vicdan əzabı və peşmançılıq çəkməyə başladı. O, bütün həyatını, mal-dövlətini və övladlarını Allaha və Onun Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun) xidmətə həsr edərək bütün varlığı ilə yeni dini qəbul etdi.

* * *
Uhud döyüşündən bir qədər əvvəl Əmr ibn əl-Camuh üç oğlunun Allahın düşmənləri ilə döyüşə hazırlaşdıqlarını gördü. Onlar vəhşi şirlərə bənzəyirdilər və şəhid olmaq arzusu ilə dolub-daşır və Allahın izni ilə qələbə çalmağa hazır idilər. Oğullarına diqqət yetirən Əmrin döyüş ruhu cuşa gəldi və o onlarla birgə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) bayrağı altında birlikdə müqəddəs müharibəyə getmək qərarına gəldi.
Lakin cavan oğlanları atalarının öz niyyətini həyata keçirməyə mane oldular...
Əmr artıq yaşı ötmüş ahıl kişi idi və həm də o, bir qıçından ağır şikəstdi. Qüdrətli Allah onun döyüşdə iştirak etməməsini bağışlayardı.
Oğulları Əmrə dedilər:
- Ey ata, Allah səni müharibədə iştirak etməkdən azad etmişdir. Niyə sən etməli olmadığın şeylə özünü çətinə salırsan?
Şeyx bu sözlərinə görə onlara bərk qəzəbləndi və o saat gedib Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) şikayət edərək dedi:
- Ey Allahın peyğəmbəri, mənim oğullarım məni bu neməti əldə etməyə buraxmırlar, deyirlər ki, sən axsaqsan. Allaha and olsun ki, mən bu topal ayağımla Cənnətə düşməyə can atıram.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) onun övladlarına belə buyurdu:
- Qoy atanız necə istəyir, elə də etsin. Ola bilsin ki, Qüdrətli Allah ona döyüş meydanında qəhrəmancasına şəhid olmağı bəxş edir...
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) əmrinə tabe olaraq övladları onu rahat buraxdılar.

* * *
Səfərə çıxmaq vaxtı yetişdikdə, Əmr ibn əl-Camuh arvadı ilə elə vidalaşdı ki, elə bil obir daha geri qayıtmayacaqdı...
Sonra o Kəbəyə tərəf çevrilərək, əllərini göyə qaldırıb dedi:
- Ey Allah, döyüş meydanında mənə qəhrəmancasına həlak olmaq qismət et və yol vermə ki, mən məyus halda ailəmin yanına qayıdım.
Sonra o özünün üç oğlu və bəni Sələmə qəbiləsindən olan çoxsaylı döyüşçülərlə yola düşdü.
Döyüşlərin ən qızğın çağında adamlar Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) ətrafında seyrəkləməyə başladılar və o təklikdə qaldı. Əmr ibn əl-Camih bu zaman döyüşçülərin ən ilk sıralarında idi. Tək bir ayağı üstə o, aşağıdakı sözlərlə irəliyə cumdu:
- Həqiqətən, mən Cənnətə can atıram! Həqiqətən, mən Cənnətə can atıram! Onun arxasında oğlu Xəllad dayanmışdı.
Şeyx və onun oğlu Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun) qəhrə¬mancasına qoruyurdular. Onlar, döyüş meydanında demək olar ki, eyni vaxtda şəhid olanadək, düşmənin həmlələrini dəf edirdilər.

* * *
Döyüş qurtardıqdan sonra Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) Uhud döyüşlərində şəhid olmuş döyüşçülərin meyidlərinə yaxınlaşaraq, onların dəfn edilməsi üçün öz səhabələrinə buyurdu:
- Onları necə var, olduqları kimi, yaralı və qana bulaşmış halda basdırın, mən onların şahidiyəm.
Sonra isə, o (ona Allahın salavatı və salamı olsun) sözünə davam etdi:
- Hər bir müsəlman, Allah üçün aparılan müqəddəs müharibədə yaralanarsa, Qiyamət günü onun qanı zəfəran rəngində və müşk təravətli olacaq. Əmr ibn əl-Camuhu Abdullah ibn Əmrlə bir yerdə dəfn edin, çünki onlar həyatda da böyük dostlar idilər.

* * *
Allah Uhud uğrunda döyüşlərdə şəhid olmuş Əmr ibn əl-Camuhdan və onun silahdaşlarından razı olsun və onların qəbrini nurla doldursun.

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Bazar, 28.06.2009, 23:31 | Yazı # 24
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
TUFEYL IBN ƏMR ƏD-DƏUSI

Ey Allah, ona elə bir əlamət göndər ki, onu xeyirxah niyyətlərini həyata keçirməyə
yönəltsin!
Allahın Elçisinin, ona Allahın salavatı və salamı olsun, Tufeyl üçün etdiyi duadan
Tufeyl ibn Əmr əd-Dəusi Islama qədərki zamanlarda Dəus qəbiləsinin başçısı, adlı-sanlı kübar ərəb nəslindən çıxmış nümayəndəsi öz səxavəti və alicənablığı ilə məşhur olan insanlardan biri idi...
Onun evində üstündə xörək bişirilən ocaq heç vaxt sönməzdi, qapıarı isə içəri girmək istəyənlərin üzünə açıq idi...

O, aca yemək verər, qorxanı sakitləşdirər və yardım istəyəni himayə edərdi. Bununla bərabər Tufeyl ağıllı, fərasətli, nəzakətli və savadlı bir adam, iti zehinli və savadlı şair, sehirli qüvvəyə malik həm şirin və həm də acı danışıqları bir-birindən məharətlə ayıran bir insan idi.

* * *

Tufeyl öz xalqının Tihamadakı[1] yurdunu tərk edərək Məkkəyə yola düşdü. Bu zaman Allahın şərəfli Elçisi (ona Allahın salavatı və salamı olsun) ilə kafir qureyşlilər arasında mübarizə qızışmaqda idi. Hər iki tərəf özünə müttəfiqlər cəlb etmək və onlara hüsn-rəğbət göstərənlərin, yardım edənlərin sayını artırmağa səy göstərirdi... Belə bir şəraitdə Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) insanları öz Allahına qayıtmağa çağırırdı. Onun silahı isə iman və həqiqət idi.
Kafir qureyşlilər Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) dəvətinə hər cür silahdan istifadə edərək müqavimət göstərir və müxtəlif vasitələrlə insanları ondan uzaqlaşdırmağa cəhd göstərirdilər.
Tufeyl gördü ki, o, bu mübarizəyə hazırlıqsız olduğu halda girərək, qarşıya məqsəd qoymadan, döyüşür...
O Məkkəyə bu məqsədlə getməmişdi, çünki bu vaxta qədər onun Məhəmmədin (ona Allahın salavatı və salamı olsun) işindən və qureyşlilərən heç xəbəri belə yoxdu.
Bu hadisələrin gedişatı nəticəsində Tufeyl ibn Əmr əd-Duasi ilə yaddan çıxmayan bir əhvalat baş verdi. Gəlin onu dinləyək, çünki o, inanılması mümkün olmayan dərəcədə qəribədir.
Tufeyl belə rəvayət edirdi:
“Mən Məkkəyə gəldim və qureyşlilərin başçıları məni görən kimi, alovlu və təntənə ilə məni salamlayaraq, o saat yanıma gəldilər, sonra da onların ən yaxşı evində yerləşdirdilər.
Bundan sonra qureşlilərin qəbilə başçıları və ağsaqqalları mənimlə görüşməyə gəldilər. Onlar mənə dedilər: “Ey Tufeyl, sən bizim ölkəmizə gəldin, amma özünü peyğəmbər elan edən bu adam isə işlərimizi pozdu, ailələrimizi bir-birindən ayrı saldı və sonra da icmamızı pərən-pərən saldı. Biz çox ehtiyat edirik ki, sənin və sənin xalqına rəhbərliyinin də başına, bizim başımıza gələnlər, gəlsin. O adamla danışma və ona qulaq asma. Həqiqətən, onun sözləri cadugərin ovsununa bənzəyir: o oğulu atadan, qardaşı qardaşdan, arvadı ərindən ayırır””.
Tufeyl sözünə davam edərək sonra deyirdi:
“Allaha and olsun, onlar onun qəribə kələkbazlıqlarını bədii şəkildə təsvir edərək, onun haqqında mənə inanılması mümkün olmayan, məni və xalqımı qorxuda bilən şeylər danışırdılar. Beləliklə, nəticədə mən qəti şəkildə qərara gəldim ki, bu adama yaxınlaşmayım, onunla danışmayım və ona qulaq asmayım.
Mən Kəbəni təvaf etmək, təriflədiyimiz və ziyarət etdiyimiz bütlərin xeyirxahlığını qazanmaq üçün, səhər ibadət yerinə gedərkən, Məhəmmədin sözlərini eşitməməkdən ötrü qulaqlarıma pambıq tıxadım.
Lakin müqəddəs əraziyə ayağımı basan kimi Kəəbənin yanında dayanmış Məhəmmədi orada namaz qılan gördüm. O, Allaha duanı, bizim etdiyimiz kimi etmirdi və onun sitayiş eyməsi də bizimkindən fərqlənirdi. Onun görkəmi məni cəlb edir, ibadəti isə, cadəcə olaraq, sarsıtdı. Mən özüm də bilmədən birdən gördüm ki, yavaş-yavaş ona yaxınlaşıram və artıq onun yanındayam...
Allah istəyirmiş ki, mən onun dediklərinin bir hissəsini eşidim. Mən gözəl bir nitq eşitdim və öz-özümə dedim:
“Nə olur olsun, ey Tufeyl...Sən ağıllı və fərasətli şairsən, gözəli çirkindən asanlıqla ayıra bilirsən. Bu adamın dediklərinə qulaq asmaqda kim sənə mane olur... Əgər onun sözlərində yaxşılıq varsa, sən onları qəbul edərsən, yox, əgər onun nitqi ədəbsizdirsə, ona qulaq belə asmayacaqsan”.
Sonra Tufeyl rəvayətini belə davam etmişdir:
“Mən orada Allahın Elçisi evə gedənə qədər dayandım və sonra onun ardıyca getdim. O, evinə girəndə, mən də onun ardıyca girdim və dedim: “Ey Məhəmməd, sənin xalqından olan adamlar mənə sənin haqqında filan-filan sözləri danışdılar. Allaha and osun, onlar məni o qədər qorxutdular ki, mən sənin sözlərini eşitməmək üçün qilaqlarıma pambıq tıxamışdım. Amma rizası ilə mən sənin orada söylədiklərinin bir qismini eşitdim və onlar mənə gözəl təsir bağışladı. Mənə öz dinin haqqında danış”. O mənə Islam haqqında danışdı və “əl-Ixlas” (“{Imanın} təmizlənməsi”) surəsini “əl-Fələq” (“Sübh çağı”) surəsini oxudu. Allaha and olsun, mən bu baxtadək bu sözlərdən yaxşısını eşitməmişdim və onun gördüyü işindən ədalətli bir iş görməmişdim.
Bundan sonra mən əlimi ona uzadaraq Allahdan başqa bir ilahın olmadığına və Məhəmmədin – Allahın Elçisi olduğuna şəhadət gətirdim. Mən Islamı belə qəbul etdim”.

* * *
Tufeyl hekayətinə davam etdi:
“Bundan sonra mən bir müddət Islaməm əsaslarını öyrənərək və Qurandan parçalar əzbərləyərək Məkkədə qaldım. Xalqımın yanına qayıtmağa hazırlaşaraq, belə dedim:
- Allahın Elçisi, mən, nəslimin mənə tabe oldiğu bir adamam. Onların yanına qayıdaraq, onları Islama dəvət edəcəyəm. Allaha dua et ki, O mənə kömək üçün elə bir nişan göndərsin ki, mən onları ona dəvət edə bilim.
Allahın Elçisi ucadan səsləndi:
“Ey Allah, ona bir əlamət göstər!”
Mən xalqımın yanına qayıdırdım və artıq onların mənzillərinin yaxınlığındakı dağın üstündə gözlərimdə güclü işıq saçan çıraq kimi parıltı əmələ gəldi. Mən bərkdən dedim:
“Ey Allah! Işığı mənim üzümə yönəltmə. Mən ehtiyat edirəm ki, camaat mənim üzümə saldığın işığı, onların dinindən döndüyümə görə, mənə bir cəza hesab etsinlər...”
Işıq mənim qırmancımın ucuna keçdi və adamlar elə qərara gəlmişdilər ki, qamçımın ucundan fənər sallanıb. Həmin vaxt sərt yoxuşlu dağ yamacından enirdim. Aşağıda məni pirani qoca olan atam qarşıladı.
Mən atma dedim:
- Ata, məndən uzaq qal! Artıq mən sənin, sən də mənim deyilsən!
- Belə niyə, oğul?! – deyə atam dilləndi.
- Mən Islamı qəbul etmişəm və Məhəmmədin dininin ardıyca gedirəm, - deyə bildirdim.
- Elə isə, oğlum, sənin dinin – mənim də dinimdir, - deyə atam söylədi.
Mən ona dedim:
- Get yuyun, üst-başını təmizlə. Sonra yanıma gələrsən və mənə öyrətdiklərini sənə də öyrədərəm.
Atam yuyunub əyin-başını sahmana saldı. Qayıdıb gələndə ona islam haqqında danışdım və o, onu qəbul etdi. Sonra arvadım mənə yaxınlaşdı. Mən ona dedim:
- Çıx get, nə mən sənin ərinəm, sən də mənim arvadımsan!
O bərkdən dedi:
- Niyə belə? Ata-anam sənə qurban!
- Islam bizi ayırmışdır. Mən onu qəbul etmişəm və Məhəmmədin dini ilə gedirəm, - söylədim.
Arvad dedi:
- Sənin dinin – mənim də dinimdir.
Mən ona dedim:
- Get Zu əş-Şərin (Zu əş-Şər – Dəus qəbiləsinin bütüdür və onun ətrafında dağlardan axıb gələn bol su olur. – Red.) suyu ilə təmizlən.
O dedi:
- Ata-anam sənə qurban olsun! Sən uşaqlarımıza görə Zu əş-Şərdən qorxmursan?!
- Zu əş-Şərlə bir yerdə batasan, - deyə mən bərkdən onun üstünə qışqırdım. – Mən axı sənə dedim: get və orada, adamlardan kənarda yuyun. Mən səni əmin edirəm ki, bu daş müqəvva sənə heç bir pislik edə bilməz.
Arvadım gedib orada çimdi. O qayıdanda ona Islam haqqında danışdım və o da onu qəbul etdi.
Sonra mən Islama dəvət ilə bütün Dəus qəbiləsinə müraciət etdim, lakin onlar, Əbu Hureyradan[2] başqa (o, Islamı birinci qəbul etdi), tərəddüd edirdilər.

* * *
Tufeyl hekayətinə davam edir:
“ Məkkədə mən Əbu Hureyrə ilə birlikdə Allahın Elçisinin yanına gəldim. Peyğəmbər məndən soruşdu:
- Tufeyl, nə kimi yeniliklər var?
Mən belə cavab verdim: “Insanların qəlbinə pərdə çəkilmişdir və o, həqiqəti onlardan gizlədir. Onlarda allahsızlıq çox qüvvətlidir... Dəus qəbiləsində azğınlıq və itaətsizlik üstünlük təşkil edir...”

Allahın Elçisi ayağa qalxdı. Dəstəmaz alaraq, əllərini göyə qaldırıb namaz qılmağa başladı”.
Tufeyl deyirdi:
“Onu bu vəziyyətdə görüb, qorxdum ki, birdən o, Allaha müraciət edərək mənim xalqıma bəla göndərməsini istəyər və xalqım onda məhv olar...
Mən dedim:
- Ah, mənim xalqım!..
Amma Allahın Elçisi duasını belə davam etdirdi:
- Ey Allah, Dəus qəbiləsini doğru yola yönəlt... Ey Allah, Dəus qəbiləsini doğru yola yönəlt... Ey Allah, Dəus qəbiləsini doğru yola yönəlt...
Sonra Peyğəmbər Tufeylə tərəf dönərək buyurdu:
· Öz xalqının yanına qayıt, onlarla yumşaq rəftar et və onları Islama çağır”.
· * *
Tufeyl deyir:
“Dəus qəbiləsinə qayıdaraq və Allahın Elçisi Mədinəyə köçənə qədər onları Islama dəvət etdim. Bədr, Uhud yaxınlığında müharibələr və Xəndək döyüşü gəlib keçdi. Bundan sonra mən Dəus qəbiləsin­dən olan və Islamı səmimi qəlblə qəbul etmiş səksən ailə ilə onun yanına gəldim. Allahın Elçisi bizim gəlişimizə çox sevindi və Xeybər döyüşü zamanı əldə edilmiş qənimətlərdən bizə də digər müsəlmanlarla bərabər pay ayırdı. Biz ondan xahiş etdik ki:
- Allahın Elçisi, çıxdığın hər yürüşdə bizi özünün sağ cinahın et.
Tufeyl sonra sözün belə davam etdi:
“Allah onun qarşısında Mədinənin (yolunu) açana qədər mən Allahın Elçisi ilə daima bir yerdə idim.
O vaxt mən ondan xahiş etdim ki:
- Ey Allahın Elçisi, məni Əmr ibn Həmama qəbiləsinin Zul-Qafeyn bütünün yanına gəndər ki, onu yandırım...”
Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) icazə alıb Tufeyl öz xalqından olan kiçik bir dəstə ilə bütün yanına yola düşdü.
O, həmin yerə gəlib çatanda və bütü yandırmaq üçün hazırlığa başlayanda qadınlar, kişilər və uşaqlar onun ətrafına yığılışaraq, Tufeyl Zul-Qafeynə zərər vuracağı halda, onu cəzalandıracaq ildırımın onun üstünə necə düşəcəyini gözləyirdilər.
Tufeyl bütə yaxınlaşaraq onu ona səcdə edənlərin gözü qabağında yandırdı. Sonra isə şer oxumağa başladı:
Ey Zul-Qafeyn mən qul deyiləm sənə.
Biz səndən qabaq doğulmuşuq,
Və mən sənin qəlbidə yandırdım odu...

Qızmar alov bütü uddu və onunla bərabər Dəus qəbiləsinin bütpərəstliyinin qalıqları da yandı. Bütün xalq Islamı qəbul etdi və onlar yaxşı müsəlmanlar oldu.
Bundan sonra Tufeyl ibn Əmr əd-Dəusi Allahın Elçisindən (ona Allahın salavatı və salamı olsun) bir an da belə ayrılmadan, Allah onu Öz dərgahına aparana qədər, onunla qaldı.
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) səhabəsi Əbu Bəkr Sıddıq (Allah ondan razı olsun) xəlifə olanda Tufeyl öz qılıncı və oğlu ilə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) xəlifəsinə beyət gətirdi.
Kafirlərlə müharibələrin başladığı zaman Tufeyl öz oğlu Əmrlə yalançı peyğəmbər Museyliməyə qarşı yürüşə çıxan müsəlman ordusunun ön sıralarında idi.
Yamamaya gedən yolda Tufeyl yuxu gördü və onu öz silahdaşlarına danışdı:
- Mən bir yuxu görmüşəm. Onu mənim üçün yozun.
Onlar soruşdular:
- Sən nə görmüsən?
Tufeyl belə cavab verdi:
- Mən özümü başı qırxılmış halda ağzımdan bir quş çıxıb uçduğunu gördüm. Hansısa bir qadın məni götürüb öz qarnına saldı, oğlum Əmr isə məni var gücü ilə çağırırdı, amma aramızda bir maneə vardı.

Adamlar dedilər:
- Ümid edirik ki, bu yaxşılığadır...
Tufeyl hekayətini davam etdirir:
“Allaha and olsun, mən bunu belə yozdum: mənim qırxılmış başım onun vurulacağını bildirir... Ağızdan şıxan quşa gəldikdə isə, o mənim ruhumdur... Məni öz qarnında yerləşdirən qadın isə - yerdir, onu qazıb məni onun dərinliyində basdıracaqlar... Mən əminəm ki, şəhid kimi həlak olacağam. Oğlumun məni çağırması isə, onun da, Allahın izni ilə məni gözləyən ölümü döyüş meydanında axtardığını bildirir, lakin o, sonrakı döyüşlərin birində həlak olacaq”.
Yamam yürüşü zamanı gedən döyüşlərdə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) görkəmli səhabəsi, döyüş meydanında şəhid olmağa can atan Tufeyl ibn Əmr əd-Dəusi, cəsurluq və qəhrəmamlıq möcüzələri göstərərək döyüşlərin birində həlak oldu.
Onun oğlu Əmr ağır yaralanana və sağ əlini biləngdən itirənə qədər döyüşlərdə qəhrəmancasına vuruşurdu. Bundan sonra o, atasını və əlini Yamama torpağında qoyaraq Mədinəyə qayıtdı

* * *
Xəlifə Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) zamanında bir dəfə Əmr ibn ət-Tufeyl onun yanına. Hamının Fəruqun[3] yanında əyləşdiyi zaman, ona yemək gətirdilər. Fəruq hamını masaya dəvət etdi, lakin Əmr dəvəti qəbul etmədi. Fəruq ondan soruşdu:
- Sənə nə olub?! Yəqin ki, sən hamı ilə bir yerdə ona görə yemək istəmirsən ki, əlinin olmamasından utanırsan.
- Elədir, ey Əmirəlmominin, - deyə Əmr cavab verdi.
Xəlifə ucadan dedi: “Allaha and olsun, öz kəsilmiş əlinlə onu qarışdırmasan mən o xörəyə əl vurmaram! Allaha and olsun, aramızda, səndən başqa elə bir adam yoxdur ki, onun bədəninin bir hissəsi Cənnətdə olsun!” Bu zaman o, Əmrin kəsilmiş əlini nəzərdə tuturdu.

* * *

Atası həlak olandan sonra, Əmri, döyüş meydanında əzablı ölüm xəyalı tərk etmirdi. Yərmuk[4] yaxınlığındakı döyüşdə Əmr döyüşçülərin ilk cərgələrində idi və atası kimi, şəhid olana qədər cəsarətlə vuruşdu.

* * *
Allah Tufeyl ibn Əmr əd-Dəusiyə rəhmət etsin, o, döyüşdə şəhid kimi həlak olmaqla bərabər, həm də şəhid atası oldu.
* *

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Çərşənbə axşamı, 30.06.2009, 01:43 | Yazı # 25
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
ALLAHIN QILINCI” LƏQƏBİNİ QAZANMIŞ SƏHABƏ
[ Səhabələr / 2626 dəfə baxılıb ]

Xalid bin Vəlid Peyğəmbər (s.a.s) haqqında “Nə Gözəl Qul” deyə buyurduğu səhabədir.

Nəsəbi Xalid b. Vəlid b. Muğirə b. Abdullah b. Amr b. Mahzum. Anasının adı Lübabə idi. Meymunənin yaxın qohumudur. Xalidin ləqəbi Seyfullah (Allahın qılıncıdır). Peyğəmbər (s.a.s) Mutə savaşındakı uğurundan sonra onu Allahın qılıncı deyə tərif etmişdi. Künyəsi Əbu Süleymandır. Hicrətin 7-ci ilində müsəlman olmuşdur. ( ibn Həcər, əl-İsabə, 1,413)

Xalidin doğum tarixi dəqiq bilinmir. Məkkənin şərəfli və etibarlı ailələrindən biri olan Mahzum oğullarındandır. Ordu başçılığı Xalidin ailəsinin bir imtiyazı idi. Uhud savaşında və Hüdeybiyyə sülhü əsnasında Xalid b. Vəlid Qureyş ordusunun başçılarından biri idi.

Hudeybiyyə anlaşmasından sonra Peyğəmbər (s.a.s) Umrə üçün Məkkəyə getdikdə Xalidin daha öncə müsəlman olan qardaşı Vəliddən Xalidi soruşdu. Peyğəmbər (s.a.s) Xalid kimi bir insanın müşriklərin içində qalmasının təəccüb ediləcək bir vəziyyət olduğunu bildirdi. Vəlid qardaşı Xalidə Peyğəmbər (s.a.s) in bu iltifatını bildirən bir məktub göndərdi. Buna görə Xalid (r.a) müsəlman olmaq üçün Məkkədən yola çıxınca, yolda Amr b. əl As ilə qarşılaşdı və bir yerdə Məkkədən Mədinəyə gəlib müsəlman oldular. (Əhməd b. Hənbəl Müsnəd IV, 158)

Xalid hicri səkkizinci ilində Mutə savaşına bir nəfər olaraq tək qatılmışdır. Ordu başçılarının bir-bir şəhid düşməsi ilə əshabələr razılığa gəlib ordu başçılığını Xalidə vermişdilər. Peyğəmbər (s.a.s) Mədinədə olub bitənləri xəbər verib başçıların şəhid olmasını dedikdən sonra komandanlığı Allahın qılınclarından birinin aldığını söyləmişdir.

Xalid Məkkə fəthində süvarilərin komandanı idi. Ordunun sağ qanadına nəzarət edirdi. (Müslim Səhih , II, 103)

Məkkə fəthində müsəlmanlara qarşı çıxan kiçik qruplarla Xalid döyüşmüşdür.

Huneyn savaşında Xalid böyük cəsarət göstərmişdir. Hətta bu savaşda yaralanınca Peyğəmbər (s.a.s) onun ziyarətinə gəldi, dua etdi. Xalid (r.a) şəfa tapdı. (İsdül-Ğabə, II, 103)

Məkkə fəthindən sonra Peyğəmbər (s.a.s) Nəhlədəki Uzza bütünü qırmağa Xalid b. Vəlidi göndərdi. Xalid Uzza bütünü qırıb geri qayıtdı.
Taif mühasirəsində işturak etdi. Peyğəmbər (s.a.s) Dəmətül Cəməlin xristian əmiri Ukaydır üzərinə Xalid b. Vəlidi göndərdi. Xalid Ukaydırı ovda ikən əsir götürdü, təslim olmayan qardaşını öldürdü. Digər qardaşı və Ukaydırı əsir alaraq qənimətlərlə birlikdə Peyğəmbərə gətirdi.

Hicri onuncu ilində Nəcrana Harisəoğullarını İslama dəvət etmək üçün göndərildi. Onları üç gün müddətində İslama dəvət etdi. Nəcranlılar müsəlman oldular.

Əbu Bəkr xəlifə olunca Xalidi komandan olaraq yalançı peyğəmbərlərin üzərinə göndərdi. Müseyləmətül Kəzzaba qarşı səfərə çıxdı və onu Yəmamə sərhəddində Akraba deyilən yerdə məğlub edərək öldürdü.

Yalançı peyğəmbərlərlə olan mübarizəsindən sonra zəkat verməyən qəbilələr üzərinə göndərildi. Daha sonra hicri on ikinci ilində İraqa İranlılara qarşı göndərildi. İki ay ərzində İran Sasani ordularını məhv edərək Hirəyi zəbt etdi və Fərat çevrəsini hakimiyyəti altına aldı.

Suriya sərhədində Bizanslıların ordu hazırladıqları xəbəri gəlincə xilafət mərkəzindən Xalidə İraq bölgəsinin komandanlığını Müsənnaya tapşıraraq Şama getməsi əmri verildi. Hicri on üçüncü ilində Bizanslıları Acnadeyndə məğlub edərək Şama doğru uzaqlaşdırdı. Xalid şəhəri mühasirə etdi və hicri on dördüncü ilin rəcəb ayında Şam (Dəməşq) şəhərini zəbt etdi. Yermuk savaşında Bizanslıları məğlubiyyətə uğratdı. Qüdsü mühasirəyə aldı. Bütün Suriya müsəlmanların əlinə keçdi.

Hicrətin 17-ci ilində Ömər (r.a) Xalid b. Vəlidi komandanlıqdan azad etdi. Xalidin komandanlıqdan azad edilməsi barədə tarixçilər arasında müxtəlif rəvayətlər vardır.

Komandanlıqdan azad edilməsi barədə səbəbləri belə sıralaya bilərik: Xalid (r.a) bir çox insana komandanlıq edirdi. Ancaq çox sərt davranırdı. Kimsənin sözünü eşitmir, öz fikrindən başqasına önəm vermirdi. Hətta bir çox işlərdə xilafət mərkəzinin görüşlərinə də müraciət etmirdi.

İraq torpaqlarını İslam torpaqlarına birləşdirdikdən sonra Xəlifə Əbu Bəkr (r.a) əmrinin əleyhinə Həccə getmiş və buna görə də Əbu Bəkr çox üzülmüşdü. Bu səbəblərə görə də Ömər (r.a) bir neçə dəfə Əbu Bəkir (r.a) Xalidin komandanlıqdan azad edilməsini istəmişdi. Əbu Bəkr (r.a) daima belə cavab vermişdir: O Allahın qılıncıdır, bu qılıncı qınına qoymaq doğru deyildir.

Ömərin xilafəti dövründə də Xalidin sərt xasiyyəti dəyişilmədi. Yenə də bildiyi kimi davranırdı. Ömər (r.a) bu hərəkətlər görə ona bir neçə dəfə xəbərdarlıq etdi, məktublar göndərdi.
Komandanlıqdan alınmasının ikinci səbəbi isə müsəlmanların ağlında belə bir fikir formalaşmışdır: fəthlərin gerçəkləşməsinin səbəbi Xalidin qabiliyyət və qəhrəmanlığından qaynaqlanmaqdadır. Fəthlərin yeganə səbəbinin Xalid olaraq göstərilməsi əlbəttə bir yanlışlıqdır. Savaşların qalibiyyətlə nəticələnməsində onun qabiliyyətini danmaq olmaz. Ancaq bu ümumiyyətlə müsəlmanların qələbələri idi.

Üçüncü səbəb; Xalid (r.a) ordu xərclərinə çox pul israf edirdi. Əsgərlərə çoxlu pul paylanması digər mücahidlərə pis örnək olurdu. Bu hadisə Ömərə çatdırıldı. Ömər (r.a) Əbu Übeydə b.əl-Cərrah ilə xəbər göndərdi. “Bu qədər çox pulu müsəlmanların malından yəni ordu xərclərindən verdisə müsəlmanlara xəyanət etmişdir. Öz cibindən vermişsə israf etmişdir. İkisi də caiz deyildir. Xəlifə Ömər (r.a) Xalidi mərkəzə çağıraraq ondan bu israfın səbəbini soruşdu. O isə bunların qənimətdən pay olduğunu dedi. Belliklə də hər şey aydın oldu. Ömər Xalid (r.a) iltifat və ikramla qarşıladı. Könlünü aldı. Yazdığı və hər tərəfə göndərdiyi fərmanlarda Xalidin qüsur və ya hər hansı qəbahətindən dolayı onu vəzifədən azad etmədiyini, ancaq bütün müsəlmanların zehinlərini aydınlatmaq üçün, yəni bu qədər İslam fəthlərinin yalnız Xalid (r.a) qolunun qüvvəti ilə meydana gəlmədiyini, əksinə bütün qələbələrin Allah tərəfindən olduğunu hər kəsin bilməsi üçün bu addımı atdığını bildirdi.

Ömər (r.a), Xalidi dövlət idarə vəzifəsinə gətirdi. Bir ilə qədər valilik etdi, sonra isə istefa etdi.

Xalid (r.a) cihad duyğusu ilə şəhidlik duyğusu ilə alışıb-yanan bir mömin idi. Cihad meydanları onun üçün Allaha ən yaxın meydanlar idi. Özü belə deyərdi: “Mən hərb meydanında cihaddan aldığım zövqü, heç zaman zifaf gecəsindən aldığım zövqə dəyişmərəm. Ən böyük arzusu cihad meydanlarında şəhid olmaq idi. İran üzərinə hücuma keçərkən İranlılara bu xəbəri göndərdi: Sizin dünyanı sevdiyiniz qədər axirəti sevən ordu ilə üzərinizə gəlirəm”.

Xalid (r.a) şirkə və küfrə qarşı çox şiddətli idi. Müsəlman olduqdan bir il sonra Uzza bütünü yıxmaq üçün getdiyində Uzzaya belə demişdir; “Ey Uzza bu gəliş səni təzim üçün deyil səni inkar üçündür”. Çünki mən gördüm ki Allah səni dəyərsiz etmişdir.
(İbn Əsir, Üsdül-Ğabə, II, 110)

Xalid (r.a) savaşçı olduğu qədərdə şəxsi fəzilət və elmdə də üstün idi. Fürsət tapdıqca Peyğəmbər (s.a.s)-in söhbətlərindən istifadə etmişdir. Üç-dörd məsələ ilə də bağlı fətva verdiyi də rəvayət edilir.

Xalidin Buxari, Müslim və digər hədis kitablarında Peyğəmbərdən (s.a.s) on səkkiz hədis rəvayət etmişdir.
(İbn Həcər əl-İsabə I, 143)

Rəsulullah (s.a.s) Xalidin şücaət və cəsarətini müxtəlif zamanlarda mədh etmişdir. Məkkə fəthindən sonra müsəlmanlar toplanıb Məkkəyə girdikləri zaman Xalid görününcə Peyğəmbər (s.a.s) Əbu Hüreyrəyə: Bu gələn kimdir? Deyə soruşmuşdu. Əbu Hüreyrə: Xalid bin Vəliddir demişdir. Peyğəmbər (s.a.s) Bu Allahın nə yaxşı quludur demişdir. (Əhməd b.Hənbəl, Müsnəd,II, 1360)

Xalid (r.a) göndərildiyi bütün səfərlərdə və müharibələrdə Allah rizasını və Allahın dininə dəvəti əsas almışdır. Belə ki, Yərmuk savaşında Romalıların komandanına savaş meydanında İslamı təbliğ etmiş və komandan Corc onun dəvəti ilə müsəlman olmuşdur.

ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Şənbə, 04.07.2009, 01:56 | Yazı # 26
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
FATİMƏNİN (r.a) FƏZİLƏTİ

1.Cəmi bin ət-Teymiyyi rəvayət edir: "Xalamla birlikdə Aişənin (r.a) yanına getmişdim. Soruşdum ki: "Hansı qadını daha çox sevirdi?" Fatiməni-deyə cavab verdi. Bəs kişilərdən kimi?-deyə soruşanda: "Fatimənin ərini! Bildiyimə görə o çox oruc tutur, çox namaz qılır" dedi. (ət-Tirmizi; Mənaqib, 3873).

2. Ummu Sələmə (r.a) rəvayət edir: "Fəth ilində Rəsulullah (s.a.s) Fatiməni (r.a) çağıraraq onunla xüsusi söhbətləşdi. Fatimə (r.a) ağladı. Təkrar söhbət etdilər, bu dəfə Fatimə (r.a) güldü. Rəsulullah (s.a.s) vəfat etdikdə Fatimədən ağlamağının və gülməyinin səbəbini soruşduqda dedi: "Əvvəlcə Rəsulullah (s.a.s) mənə öləcəyini xəbər verdi, ağladım. Sonrakı söhbətində mənim Məryəm bint İmrandan başqa Cənnət qadınlarının seyyidi (xanımı) olacağımı müjdələdi. Buna görə güldüm". (ət-Tirmizi; Mənaqib, 3872).

3. Misvər, ibn Məxrəmədən (r.a) rəvayət edir: "Rəsulullah (s.a.s) demişdir: "Fatimə məndən bir parçadır. Kim onu qəzəbləndirsə məni qəzəbləndirmiş olur" (Buxari; Kitabul-fadail əshab, 12/61, 31/107).

4. Aişədən (r.a) rəvayət olunur: "Peyğəmbər (s.a.s) vəfatından əvvəl xəstələndiyi zaman Fatiməni (r.a) yanına çağırdı və ona gizli bir şey dedi. Fatimə ağladı. Sonra bir daha çağırıb Fatiməyə yenə gizli bir şey dedi. Bu dəfə Fatimə güldü. Fatimədən bu ağlama və gülmənin səbəbini soruşduqda, Fatimə: -Peyğəmbər (s.a.s) mənə gizlincə bu xəstələyinin sonunda ruhunun alınacağını xəbər verdi. Buna görə ağladım. Sonra mənə yenə gizlincə, mənim onun əhli-Beytindən ona ilk çatan kimsə olacağımı və ondan sonra gələcəyimi xəbər verdi. Buna görə də güldüm-dedi". (Buxari; Kitabul-fadail əshab, 12/62).
Rəsulullah (s.a.s) qızlarından Fatiməni (r.a) daha çox sevirdi. Hətta Əliyə (r.a) Fatimə (r.a) ilə yaşadığı dovrdə digər bir qadınla evlənməyə icazə verməmişdir.

5. Mistər əl-Məxrəmə rəvayət edir ki: "Haşim bin Muğirə oğulları, qızlarını Əli bin Əbu Talibə vermək üçün peyğəmbərdən (s.a.s) izin istədilər. Rəsulullah (s.a.s) -İzin vermirəm! İzin vermirəm! İzin vermirəm dedi.
Əgər Əbu Talibin oğlu istəsə qızımı boşasın, sonra onların qızları ilə evlənsin. Çünki Fatimə məndən bir parçadır. Onu ikrah edən şey məni ikrah edir, ona əziyyət verən şey mənə də əziyyət verir" (Buxari; Kitabul-nigah, 110/159).

ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Şənbə, 04.07.2009, 02:04 | Yazı # 27
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
AİŞƏNİN (r.a) FƏZİLƏTİ

1. Aişə (r.a) rəvayət edir: "Peyğəmbər (s.a.s) mənə: "Ey Aişə! Bu Cəbraildir. Sənə salam deyir!"-dedi. Mən də: "Və əleyhissəlamu və rəhmatullahi və bərəkətuhu (ona Allahın salamı, rəhməti və bərəkəti olsun!) dedim". Rəsulullah (s.a.s) mənim görmədiyimi görürdü". (Buxari; Kitabul-fadail əshab 32/109, Müslim; fadailus-səhabə 91/2447; Əbu Davud, Ədəb 166/5232. Ət-Tirmizi, Mənaqib 3876, ən-Nəsai; Işretun Nisa 3/7, 69).

2. Əbu Musa (r.a) rəvayət edir: "Biz, Peyğəmbərin (s.a.s) səhabələri hədislərdə çətinliklərlə qarşılaşdıqda Aişəyə müraciət edərdik ki, ondan elm öyrənək" (ət-Tirmizi; Mənaqib, 3877).

3. Əbu Vail rəvayət edir: "Əli (r.a) əsgər toplamaq üçün Ammar bin Yasir və oğlu Həsəni Kufəyə göndərəndə Ammar xütbə edib dedi: "Qəti surətdə bilirəm ki, o, dünyada və axirətdə Peyğəmbərin (s.a.s) arvadıdır. Lakin Allah sizi, Öz hökmünə (İmama itaət edəcəyinizi) yaxud Aişəyə tabe olacağınızı imtahan edir" (Buxari; Kitabul-fadail əshab, 32/112).
Bu rəvayət Cəməl (Dəvə) döyüşü ərəfəsində Əli (r.a) və Aişə (r.a) qarşıdurması ilə əlaqədar söylənilmişdir. Əslində bu qarşıdurma düşmənçilikdən deyil, Aişədən başqa sağlığında Cənnətlə müjdələnmiş Təlha və Zubeyr kimi böyük səhabələrin, Osmanın (r.a) qatillərinin tapılması və qisasının alınması tələbindən yaranmışdı. Həm Əli (r.a), həm də Aişə (r.a) İslam dünyası üçün xeyir istəyirdilər.

4. Abdullah bin Abdurrəhman, Ənəs bin Malikdən (r.a) belə eşitdiyini rəvayət edir: "Mən Rəsulullahdan (s.a.s) eşitdim ki: "Aişənin digər qadınlardan üstünlüyü tirit aşının digər yeməklərdən üstünlüyü kimidir" (Buxari; Kitabul-fadail əshab, 32/110).

5. İbn Avn, əl-Qasim bin Məhəmməddən rəvayət edir: "Aişə (Alalh ondan razı olsun!) xəstələnmişdi. Abdullah bin Abbas (r.a) onu ziyarət etməyə gəldi və: -Ey möminlərin anası, sən Rəsulullah (s.a.s) və Əbu Bəkrin (r.a) səndən əvvəl Cənnətə girib hazırladıqarı gözəl bir məqama gedəcəksən"-dedi. (Buxari; Kitabul-fadail, 32/111).
Abdullah bin Abbas (r.a) dövrünün ən elmli şəxsiyyəti idi. Onun Aişəyə (r.a) dediyi sözlər şübhəsiz ki, Peyğəmbər (s.a.s)dən bildiyidir.

6. Aişədən (r.a) rəvayət edilir: "Aişə bacısı Əsmadan bir boyunbağı almışdı. Bu boyunmağı səfər zamanı itdi. Rəsulullah (s.a.s) səhabələrindən bəzilərini hansı ki, Useyd ibn Hüdeyr da onların arasında idi -boyunbağını axtarmağa göndərdi. Onlar namaz vaxtı olduğundan və su tapmadıqları üçün dəstəmazsız namaz qılmalı oldular. Peyğəmbərin (s.a.s) yanına gələndə vəziyyəti ona deyərkən təyəmmüm ayəsi (əl-Maidə, 6) nazil oldu. Bu zaman Useyd bin Hudeyr Aişəyə: -Allah səni xeyirlə mükafatlandırsın. Vallahi sənin başına gələcək elə bir iş yoxdur ki, onda Allahdan sənin özün və müsəlmanlar üçün bir xeyir olmasın-dedi" (Buxari; Kitabul-fadail əshab 32/113).
Rəvayətin başqa variantları Buxarinin "Təyəmmüm kitabı"nda 1-ci və 3-cü hədislərdə verilmişdir. Həqiqətən Aişənin boyunbağının itməsi müsəlmanlar üçün bir rəhmət olan təyəmmüm ayəsinin nazil olmasına vəsilə olmuşdur. Təyəmmüm ayələri əl-Maidə surəsinin 6-cı və ən-Nisa surəsinin 43-cü ayləridir.

7. Urva bin əz-Zubeyr belə demişdir: "İnsanlar Peyğəmbərə (s.a.s) hədiyyələri Aişənin növbəsi olanda verməyə çalışırdılar. Aişə dedi: "Qadın yoldaşlarım bundan qısqandıqda Ummu Sələmənin yanına toplaşdılar və: "Ey Ummu Sələmə, bilirsən ki, adamlar hədiyyələrini Peyğəmbərə (s.a.s) Aişənin evində verməyə çalışırlar. Halbuki biz də Aişə kimi xeyir istəyirik. Nə olar, Rəsulullaha (s.a.s) de, o insanlara hədiyyələrini hansı arvadının evində olsa orda verməyini tapşırsın"-dedilər. Ummu Sələmə bunu Peyğəmbərə (s.a.s) xatırlatdı. Ummu Sələmə dedi: -Mən bunu Peyğəmbər (s.a.s)ə xatırlatdım. O məndən üz çevirdi. Növbəti dəfə də xatırlatdım. O məndən üz çevirdi. Üçüncü dəfə xatırlatdım, bu dəfə mənə: "Ey Ummu Sələmə, Aişə barədə mənə əziyyət vermə. Bu bir həqiqətdir ki, vallahi Aişədən başqa sizdən heç bir qadının yanında olduğum zaman mənə vəhy enmədi"-buyurdu" (Buxari; Kitabul-fadail əshab, 32/115, Kitabul-Hibə, 6/15,16).
Bu hədislər Aişənin (r.a) fəziləti üçün kifayət qədər dəlildir. Qeyd etmək lazımdır ki, ən-Nur surəsinin 11- 20-ci ayələri, Aişəyə (r.a) səfər zamanı itirdiyi boyunbağını axtarması ilə əlaqədər yaxılmış iftiralara cavabdır:

"Həqiqətən (Aişə) barəsində yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın böyüyünü öz üstünə götürəni (Abdullah bin Ubeyyi) isə (qiyamət günü) çox şiddətli bir əzab gözləyir. Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!"-deməli deyildirmi?

(Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək doğru şahid gətirmədilər! Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və aixirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyniz sözü ağzınıza alır və onu yüngül, asan (insana günah gətirməyən) bir şey sanırsınız. Halbuki bu (Peyğəmbərin (s.a.s) əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır! Məgər siz onu eşitdiyiniz zaman: "Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman Allah Bu, çox böyük bir böhtandır!"-deməli deyildinizmi?
Allah sizə öyüd nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz. Və Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) biləndir və hikmət sahibidir. Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayələrin, atılan böhtanların doğru olub olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz! Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli və rəhmli olmasaydı, (halınız necə olardı? Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi"
(Qurani-Kərim: ən-Nur surəsi, 11-20).

ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Şənbə, 04.07.2009, 02:10 | Yazı # 28
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
XƏDİCƏ BİNT XUVEYLİD (r.a) FƏZİLƏTİ

1. Əbu Hureyrə (r.a) rəvayət edir: "Cəbrayıl (Allahın ona salamı olsun!) Rəsulullahın (s.a.s) yanına gələrək: -Ey Allahın Rəsulu! Xədicə içində qatıq, və yaxud yeyiləcək və ya içiləcək başqa bir şey olan qabla gəlir. O, yanına çatanda ona Rəbbindən salam söylə və onu təm-təraqlı və yorğunluq olmayan, incidən hazırlanmış bir evlə müjdələ". (Buxari; Kitabul- mənaqibul-ənsar 19, Kitabul tovhid 33/110, Müslim; fadailus-səhabə 71/2432).
Bu hədisə görə bəzi alimlər Xədicənin (r.a) Aişədən fəzilətli olması hökmünü vermişlər. Çünki Aişəni (r.a) Cəbrayıl (Allahın ona salamı olsun!) öz adından salamlamışsa, Xədicəni (r.a) Rəbbinin adından salamlamışdır.

2. Aişə (r.a) rəvayət edir: "Mən Peyğəmbəri (s.a.s) (Ona və ailəsinə Allaphın salavatı və salamı olsun!) arvadlarından heç birinə Xədicə (r.a) qədər çox qısqanmadım. Halbuki mən Xədicəni (r.a) dərk edəcək yaşımda görməmişdim. Fəqət Peyğəmbər (s.a.s) onu çox xatırlayırdı, hər dəfə qoyun kəsəndə Xədicənin (r.a) dostlarına göndərirdi. Bəzən mən: Sanki Xədicədən başqa bu dünyada qadın yoxdur"-deyərdim. Rəsulullah da (s.a.s): -Xədicə belə idi, Xədicə belə idi və ondan mənim övladlarım oldu" buyurdu. (Buxari; Kitabul-mənaqibul ənsar 19/43, Müslim; fadailus-səhabə 73, 74, 77, 78 (2434: 2435, 2436, 2437), ət-Tirmizi; Mənaqib, (3885, 3886)).
Əhməd bin Hənbəlin bir rəvayətində deyilir:
"Peyğəmbər (s.a.s) demişdir: "İnsanlar məni inkar edərkən, o inandı, hamı məni təkzib edəndə, o malını mənim üçün xərclədi. Allah onunla mənə uşaq nəsib etdi, digər arvadlarımdan uşağım olmadı".

3. Əli (r.a) rəvayət edir: "Peyğəmbər (s.a.s) demişdir: "Dövrünün ən xeyirli qadını İmranın qızı Məryəmdir, bu ümmətin ən xeyrili qadını Huveylidin qızı Xədicədir" (Buxari; Kitabus-səhabə 69/2430; ət-Tirmizi; Mənaqib, 3887).

4. Əbu Musa əl-Əşari (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurmuşdur: "Kişilərin çoxu kamala çatmışdır. Qadınlardan isə İmranın qızı Məryəm, Fironun arvadı Asiya, Huveylidin qızı Xədicə və Məhəmmədin qızı Fatimədən başqa heç kim kamala çatmadı. Aişənin qadınlardan üstünlüyü, tirid yeməyinin digər yeməklərdən üstünlüyü kimidir" (Buxari; Kitabul-ənbiya, 48/105, Müslim; fadailus-səhabə, 70 (2431), ət-Tirmizi; Ətimə 31/1835).
Xədicə (r.a) Huveylid bin Əsədin qızı olub, Peyğəmbərlə (s.a.s) bir neçə nəsəb əvvəl eyni nəsildəndirlər. Arvadları içərisində nəsəbi ən yaxın olan Xədicədir. İbrahimdən başqa digər övladlarının (Qasım, Zeynəb, Ruqiyyə, Gülsüm, Fatimə və Abdullah) anası Xədicə olub. Hicrətdən 3 il əvvəl, Əbu Talibdən 3 gün sonra 65 yaşında ramazan ayında vəfat etmişdir.

ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Bazar, 12.07.2009, 18:06 | Yazı # 29
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Həqiqətən, Umeyr ibn Vəhb mənim üçün mənim bəzi uşaqlarımdan doğma oldu.
Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun)

Umeyr ibn Vəhb Bədr döyüşündən sonra sağ-salamat qayıtdı, lakin orada onun müsəlmanlara əsir düşmüş oğlu qaldı. Umeyr qorxurdu ki, müsəlmanlar gənc oğlunu, Umeyrin etdiyi günahlarına görə girov götürüb, Allahın Elçisinə (ona allahın salavatı və salamı olsun) və onun səhabələrinə (Allah onlardan razı olsun) zərər vurduğu üçün, ibrət olsun deyə və başqalarını qorxutmaqdan ötrü, şiddətli işgəncələrə məruz qoysunlar.

Bir dəfə səhər çağı Kəbəni təvaf edib orada qoyulmuş bütlərdən xeyir-dua almaq üçün Umeyr səcdəgaha getdi. O orada əl-Hicarın yanında oturmuş Səfvan ibn Umayənə gördü. Umeyr ona yaxınlaşaraq dedi:
- Sabahın xeyir, ey qureyşlilərin başçısı!
- Sabahın xeyir, ey Əbu Vəhb, deyə Səvfan. – Otur, bir az cöhbət edək ki, vaxtımız keçsin.
Umeyr Safvan ibn Umayənin yanında əyləşdi və ikilikdə Bədr yaxınlığındakı döyüşün hadisələrini və onun dəhşətli sonunu yada salmağa başladılar. Onlar Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) və onun səhabələrinin əlinə düşmüş əsirlərin adlarını bir daha yad etdilər. Onlar müsəlmanların qılınc zərbələrindən həlak olmuş və Kulaibənin dərinliklərində itib-batmış adlı-sanlı qureyşlilər üçün göz yaşı axıdırdılar.
Səfvan ibn Umayə dərindən köksünü ötürərək dedi:
- Allaha and olsun, onlar bizim ən yaxşı adamlarımız idi, indi belələri artıq yoxdur. Allaha and olsun, sən haqlısan, - deyə Umeyr dilləndi. Bir qədər susub, o əlavə etdi: - Kəbənin hökmdarına and olsun, əgər mənim borclarım olmasaydı, çünki mən onları heç nə ilə ödəyə bilmirəm, həm də uşaqlarımın başsız qalacağından qorxmasaydım, gedib Muhəmmədi öldürməklə bu bəlaya birdəfəlik son qoyulardı. – Sonra, o, səsini alçaldaraq dedi: - Mənim oğlum Vəhbin onlarda qalması, mən Yəsribə getsəm, heç kimdə heç bir şübhə doğurmaz.

* * *
Səfvan ibn Umayə Umeyr ibn Vəhbin bu sözlərindən yapışaraq, belə bir gözəl fürsəti əldən buraxmağa razı olmadı. Ona tərəf dönərək, Səfvan dedi: “Ey Umeyr, gəl mən sənin borclarını ödəməyi, onlar nə qədər çox olsa da öz üstümə götürüm... O ki qaldı sənin uşaqlarına, mən onları öz ailəmə götürərəm və onlar biz sağ olana qədər mənimkilərlə birlikdə tərbiyə alarlar... Pulum kifayət qədər çoxdur və onların hamısının ehtiyacsız yaşamasına çatar”.
Umeyr dedi:
- Beləliklə, söhbətimizi gizli saxla və heç kimə danışma.
- Mən bunu sənə vəd edirəm, - deyə Safvan cavab verdi.

* * *
Umeyr ibadətgahdan gedəndə Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) qarşı nifrətinqızmış alovu onun ürəyində şılələnirdi. O öz niyyətini həyata keçirmək üçün ciddi hazırlaşmağa başladı.
Umeyr səfərə çıxanda kiminsə ondan şübhələnəcəyinə qətiyyən ehtiyat etmirdi, çünki əsir qureyşlilərin qohumları onları, pul verib əsirlikdən azad etdirmək üçün, tez-tez Yəsribə gedirdilər.

* * *
Umeyr ibn Vəhb qılıncını itiləməyi və ono zəhər sürtməyi əmr etdi. Sonra o dişi dəvəsini yəhərləməyi tapşırdı. Onu gətirəndə yəhərə əyləşdi... Umeyr ibn Vəhb aşıb-daşan qəzəb və nifrətlə Mədinəyə yola düşdü.
Mədinəyə çatdıqda, Umeyr birbaşa məscidə yollandı ki, orada Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) ilə görüşsün. Məscidin girişinin yaxınlığında o, dəvəni əyləşdirib yerə düşdü.

* * *
Bu vaxt Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) bir-neçə səhabəsi ilə məscidin qapısının yaxınlığında oturmuşdular. Onlar Bədr döyüşü haqqında xatirələrini yada salır, əsir düşmüş qureyşlərdən və düşmənin verdiyi tələfatdan danışır, müsəlman mühacir və ənsarların qəhrənancasına və igidliklə vuruşduqlarını yad edir, habelə Allahın onlara bəxş etdiyi şərəfli qələbə haqqında və düşmənlərinə göndərdiyi amansız məğlubiyyətdən danışırdılar.
Təsadüfən geriyə döndükdə Ömər dəvədən yerə sıçrayan və sonra isə qılıncla qurşanmış Umeyr ibn Vəhbi məscidə tərəf gedən gördü.
Bundan narahat olan Ömər cəld ayağa qalxdı və ucadan dedi:

- Bu it Umeyr ibn Vəhb – Allahın düşmənidir... Allaha and olsun, o şər əməl üçün buraya gəlib! O, Məkkədə bütpərəstləri üstümüzə qaldırırdı və Bədrə qədər onların casusu idi.

Sonra o öz həmsöhbətlərinə müraciət etdi:
- Allahın Elçisinin yanına tələsin və daima onun yanında olun. Diqqətlə izləyin ki, bu xain yaramazın Peyğəmbərə qarşı bir namərdlik etməsini görəsiniz.

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına hamıdan tez gələrək, Ömər ona dedi: “Ey Allahın Elçisi, Allahın düşməni Umeyr ibn Vəhb qılıncla qurşanaraq buraya gəlmişdir. Mən əminəm ki, onun nə isə bir bədxah niyyəti var”. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Onu yanıma gətirin!”

Ömər Umeyr ibn Vəhbə yaxınlaşaraq onun yaxasından yapışdı və öz qılıncının qayışını onun boynuna keçirtdi və bu vəziyyətdə onu Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) yanına gətirdi.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Umeyri görən kimi Ömərə əmr etdi ki, onu buraxsın və geriyə çəkilsin. Ömər Umeyri buraxıb geriyə çəkildi.
Umeyr ibn Vəhbə yaxınlaşaraq, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu:
- Yaxın gəl, ey Umeyr!
Umeyr yaxınlaşdı və dedi:
- Sabahın xeyir!
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) buyurdu:
- “Umeyr, Allah, sənin bizə xeyir diləməyindən daha yaxşısı ilə bizi salam¬layır... O bizə salamlaşmaq üçün “salam” sözünü bəxş etmişdir. Cənnət əhli bu sözlə bir-birini salamlayır”.

Umeyr buna belə cavab verdi:
- Allaha and olsun, sənin salamlaşman bizimkindən çox uzaq getməyib və təzəlikcə meydana çıxıb.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) ondan soruşdu:
- Səni buraya gətirən nədir, Umeyr?
O dedi:
- Mən, sizin əlinizdə olan bir əsiri azadlığa buraxmanızı xahiş etmək üçün gəlmişəm. Mənim üçün bu xeyirxah işi edin.
- Bəs o boynundan asdığın qılınc nədir?
- Allaha belə xoşdur... Məgər Bədr döyüşündə sizdən bizə bir xeyir gəldi?
- Düzünü de, Umeyr! – deyə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) uca səslə buyurdu. – Səni bura gətirən nədir?
- Məhz buna görə buradayam, - deyə Umeyr dilləndi.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu:
- Sən və Safvan ibn Umayə birlikdə Kəbənin yanında oturub öldürülmüş qureyşliləri yad edirdiniz, sonra sən dedin: “Mənim borcum və azyaşlı uşaqlarım olmasaydı, mən gedib Muhəmmədi öldürərdim...” Safvan ibn Umayə sənin borcunu verməyi və uşaqlarının qayğısını çəkməyi öz üzərinə götürdü ki, sən məni öldürəsən... Odur ki, sənin sözlərin həqiqətə uyğun deyil.
Umeyr bir anlığa heyrət içində susdu və sonra bərkdən dedi:
- Şahidlik edirəm ki, doğrudan da sən Allahın Elçisisən! – sonra o sözünə davam etdi:
- Əvvəllər səmavi nəsihətlər və vəhylərlə bizim yanımıza gəldiyin zaman biz elə bilirdik ki, sən yalan danışırsan, ey Allahın Elçisi, Mənim Safvan ibn Umayə ilə söhbətim haqqında məndən və ondan başqa bir canlı belə bilmirdi... Allaha and olsun, mən əmin oldum ki, bu barədə sənə Allahdan başqa heç kim xəbər verə bilməzdi... Allaha həmd olsun ki, məni güclə sənin yanına gətirdi ki, məni hidayət yoluna, Islam yoluna yönəldəsən.
Sonra Umeyr, Allahdan başqa ilah olmadığına və Muhəmmədin – Allahın Elçisi olduğuna şəhadət gətirdi. Beləliklə o Islam dinini qəbul etdi.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) isə öz səhabələrinə belə buyuru:
- Qardaşınızı onun dinində maarifləndirin, Quranı oxumağı öyrədin və onun əsirini də azad edin.

* * *
Müsəlmanlar Umeyr ibn Vəhbin Islamı qəbul etməsi haqqında xəbəri böyük sevinclə qarşıladılar, Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) isə hətta belə dedi:
“Əslində, Umeyr ibn Vəhb Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) yanına gələn zaman, mənə görə, donuz ondan daha arzuolunan idi. Bu gün isə o mənim üçün bəzi övladlarımdan da doğmadır”.

* * *
Umeyr ruhunu Islam elmi ilə təmizləyir, qəlbini Quranın nuru ilə doldurur, həyatının ən yaxşı və gözəl çağlarını qarşılayırdı. Bu onu elə məftun etmişdi ki, ona Məkkəni və məkkəliləri unutdurmuşdu.
Həmin vaxtlarda xoş xəyallarla gəzib-dolanan Səfvan ibn Umayə qureşlilərin izdihamlı yerlərinə baş çəkərək, hamıya belə deyirdi:
- Mən sizə yaxın vaxtlarda çatacaq və sizi Bədr döyüşündəki hətta məğlubiyyəti belə unutduracaq böyük bir xəbər haqqında qabaqcadan bildirirəm!

* * *
Lakin gözlmə müddəti uzandıqda Səfvan ibn Umayə hiss etməyə başladı ki, tədricən qəlbinə narahatçılıq dolur. O artıq bir yerdə sakit otura bilmirdi, sanki ayaqlarının altına közərmiş qor tökmüşdülər. Səfvan bütün yola çıxanlardan və süvarilərdən Umeyr ibn Vəhb haqqında soruşmuşdu, heç kim ona onu sakitləşdirən bir cavab vermidi. Axırda səfərdən qayıdanlardan biri Umeyrin Islamı qəbul etdiyini dedi...

Bu yenilik Səfvanı ildırım zərbəsi kimi sarsıtdı, çünki o dərindən əmin idi ki, Umeyr ibn Vəhb hətta bütün dünyanın camaatı müsəlman olsa da Islamı qəbul etməz.

* * *
Umeyr bin Vəhb öz dinində maariflənərək və Hökmdarının bəzi kəlamlarını əzbərləyib Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gəldı və ona dedi:
- Ey Allahın Elçisi, mən uzun müddət inadla Allahın işığını söndürməyə cəhd göstərirdim, Islam dininin tərəfdarlarına böyük zərərlər vururdum. Mən istəyirəm ki, sən mənə icazə verəsən Məkkəyə gedib qureyşliləri Allaha və Onun elçisinə dəvət edim. Onlar mənim dəvətimi qəbul etsələr, bu onlar üçün xeyirli olar, yox əgər rədd etsələr, onda mən keçmişdə Allahın Elçisinin səhabələrinə vurduğum zərəri onların dininə vuracağam.

* * *
Məkkədə Umeyr Allaha dəvəti davam etdirdi və bunun nəticəsində adamların çoxu Islamı qəbul etdilər.
Allah Umeyr ibn Vəhbi bolluca mükafatlandırsın və onun qəbrini nurla doldursun

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
selefiiiTarix: Bazar ertəsi, 24.08.2009, 01:38 | Yazı # 30
Qrup: İstifadəçi
Yazı: 2
Reputasiya: 0
Status: Saytda deyil
İnzar Günü Hz. Peygamber’in “Hadis’üd- Dar” Diye Meşhur Olan Sözüyle Hz. Ali’yi Hilafete Ataması
Hadislerin içinde en önemlisi ed-Dar hadisidir. Çünkü, Peygamber (s.a.a), peygamberliğini açıkladığı o ilk gün, Hz. Ali (a.s)’ın halifeliğini de açıkça ilan etti.
İmam Ahmed bin Hanbel “Müsned”in 1. cildinin 111, 159 ve 333. sayfalarında, imam Sa’lebi de kendi tefsirinin “İnzar” ayetinin açıklamasında, Sadr’ul- Eimme Muvaffak bin Ahmed el-Harezmi, “Menakıb”da, Muhammed bin Cerir-i-i Taberi İnzar ayetinin tefsirinde ve “Tarih’ul- Umem ve-l Müluk”un 2. cildinin 217. sayfasında çeşitli yollarla, İbn-i Ebi’l- Hadid el-Mutezili “Şerh-u Nehc’ul- Belağa”nın 3. cildinin 263. ve 281. sayfalarında Nakz’ul- Osmaniyye’den naklen, İbn-i Esir “Kamil”in 2. cildinin 22. sayfasında (mürsel olarak), Hafız Ebu Naim “Hilyet’ul- Evliya”da, Hamidi “Cem’un- Beyn’es Sahihayn”de, Beyhaki “Sünen’un ve Delail’un” da, Ebu’l- Fida “Tarih-u Ebu’l- Fida” diye meşhur olan kitabının 1. cildinin 116. sayfasında, Halebi “Siret’ul- Halebiyye”nin 1. cild, 381. sayfasında, Ebu Abdurrahman Nesai “Hasais’ul- Aleviyye”nin 6. sayfasının 65. hadisinde, Hakim Ebu Abdullah “Müstedrek”in 3. cilt, 132. sayfasında, Şeyh Süleyman Belhi el-Hanefi “Yenabi’ul- Mevedde”nin 31. babında Müsned-i Ahmed ve Tefsir-i Sa’lebi'den naklen, Muhammed bin Yusuf-u Genci eş- Şafii “Kifayet’ut- Talib”in 51. babında ve daha başka birçok büyük alimleriniz az bir farklılıkla şöyle naklediyorlar:
Şuara suresinin 214. ayeti, yani “Ve enzir aşiretek’el- akrebin” (Ve en yakınlarını korkut) ayeti nazil olduğunda, Resul-u Ekrem (s.a.a) akrabalarından ileri gelen 40 kişiyi, amcası Ebu Talib’in evine davet etti. Onlar için bir koyun putu, biraz ekmek ve bir Sa’[Yaklaşık üç kilogram olan bir ölçü kabı] süt hazırlamıştı. Onlar bu duruma gülerek; Muhammed bir kişilik yemek dahi hazırlamamıştır, dediler. (Çünkü onların içinde öyleleri vardı ki tek başına bir deve yavrusunu yiyebiliyordu.)
Resul-u Ekrem (s.a.a): “Kulu bismillah” (Bismillah diyerek yiyin) buyurdular. Onlar yiyip doyduktan sonra birbirlerine; Muhammed bu yemekle size sihir yaptı, dediler. Yemekten sonra Resulullah (s.a.a) ayağa kalkıp onlara bir konuşma yaptı. Sözü uzatmamak için bu konuşmanın giriş bölümünü getirmeyeceğim. Sadece iddiamıza delil olan bölümü aktaracağım. Orada Resulullah (s.a.a) şöyle buyurdular:
“Ey Abdulmuttalib oğulları! Allah-u Teala beni bütün insanlara ve özellikle sizlere peygamber olarak gönderdi. Ben de sizi iki kelimeyi (cümleyi) söylemeye davet ediyorum. Öyle iki kelime ki, dile hafif ve kolay, terazide ağır ve değerlidir. Siz bu iki kelimeyi söylemekle Arap’a, Aceme (Arap olmayanlara) malik olacaksınız. Onlar emrinize girecek ve bütün ümmetler (milletler) size muti olacaklar. Bu iki kelimeyle cennete girecek ve cehennemden kurtulacaksınız. O iki kelime; Allah’ın birliğine ve benim peygamberliğime şahadet etmenizdir. Kim (ilk şahıs olarak) bu davetimi kabul eder ve bana yardımda bulunursa, o benim kardeşim, benden sonra vezirim, varisim ve halifem olacaktır.”
Resulullah (s.a.a) bu son cümleyi üç kere tekrarladı. Her üçünde de Hz. Ali’den başka kimse cevap vermedi. Hz. Ali (a.s) her defasında; “Ey Allah’ın peygamberi! Ben senin yardımcın ve yaverinim” diye cevap verdi. Bunun üzerine Peygamber (s.a.a) onu halifelikle müjdeledi ve ağzının mübarek suyunu onun ağzına sürerek şöyle buyurdular:
“Bu (Ali), benim kardeşim, vasim ve aranızdaki halifemdir.”
Bazı kitaplarda Hz. Ali’nin kendisine hitap ederek şöyle buyurduğu naklediyorlar:
“Sen Ey Ali! Benim vasim ve benden sonra halifemsin.”
(((Şii ve Sünni İslam alimlerinin yanı sıra, İslam tarihi yazan başka milletlerin tarihçileri de, mezhebi (yani ne Sünni, ne de Şii) taassupları olmadığından, bu olayı tarafsız olarak nakletmişlerdir. Onlardan biri İngilizli filozof ve tarihçi Thomas Carl’dır. O, 18. asırda yaşamış ve dünyaca ünlü biriydi. O, Mısırlıların Arapça’ya çevirdiği “el-İbtal ve İbadet’ul- Mebtule” adlı meşhur kitabında, Hz. Ebu Talib’in evinde Kureyş’e verilen bu ziyafeti genişçe ele aldıktan sonra şöyle yazıyor: “Peygamber’in hutbesinden sonra Ali ayağa kalkarak ona iman etti. Böylece büyük halifelik makamı ona nasip oldu.”
Fransız bir öğretmen olan Mösyö Paul Lehjur, 1884 yılında Paris’te yayınlanan “Hatem’ul- Nebiyyin’in Yaşamı” adlı küçük kitabında, İngiliz Corcis Sal ve Şamlı Haşim-i Nasrani 1891 yılında yayınlanan “Makalet’ul- İslam”ın 83 ve 86. sayfalarında, (İslam’a ve Müslümanlara karşı o kadar taassup ve muhalif olmalarına rağmen), özellikle Mistir Can Deyvun Purt (ki insaflı biriydi) değerli eseri “Muhammed ve Kur’an” adlı kitabın 20. sayfasında bu konuyla ilgili, aydın bir görüş ve temiz bir kalple şöyle yazıyorlar: “Peygamber, daha peygamberliğinin başında Ali’yi kendisine kardeş, vezir ve halife seçti.”)))
======================================================
Hz. Peygamber (s.a.a), bu hadis-i şerifin dışında birçok yer ve zamanda da aynı manaya değinmişlerdir. Örneğin:
1- İmam Ahmed bin Hanbel “Müsned”de ve Mir seyyid Ali Hemedani eş- Şafii “Meveddet’ul- Kurba”nın 4. meveddetinin sonunda şöyle naklediyorlar: Resulullah (s.a.a) Hz. Ali’ye şöyle buyurdular:
“Ya Ali! Sen benim zimmetimi beri edeceksin (halkın üzerimdeki olan haklarını ödeyeceksin) ve sen benim ümmetime olan halifemsin.”
2- İmam Ahmed “Müsned”de çeşitli yollarla ve lafızlarla, Şafii fakihi olan İbn-i Meğazili “Menakıb”da, Sa’lebi kendi tefsirinde şöyle naklediyorlar: Resul-u Ekrem (s.a.a) Hz. Ali’ye şöyle buyurdular:
“Ya Ali! Sen benim kardeşim, vasim, halifem ve borçlarımı ödeyensin.”
3- Ebu’l- Kasım Hüseyin bin Muhammed (Rağıb-i İsfehani) “Muhazırat’ul- Udeba ve Muhaverat’uş- Şuara ve’l- Buleğa” kitabının 2. Cildinin 213. sayfasında Enes bin Malik’ten Resul-ü Ekrem (s.a.a)’in şöyle buyurduğunu nakletmiştir:
“Şüphesiz benim dostum, vezirim, halifem ve borcumu ödeyip vaatlerime vefa edecek olan kendimden sonra geride bıraktığım en hayırlı kimse, Ali bin Ebi Talib’dir.”
4- Mir Seyyid Ali Hemedani eş- Şafii “Meveddet’ul- Kurba”nın 6. meveddetinin başlarında, ikinci halife Ömer bin Hattap’tan şöyle naklediyor: Hz. Peygamber, ashap arasında kardeşlik akdi okuduğunda şöyle buyurdular:
“Bu Ali, dünya ve ahirette kardeşim, ailem arasında halifem, ümmetimin içinde vasim, ilmimin varisi ve borcumu eda edendir. Onun malı benden, benim malım ise onundur; onun menfaati benim menfaatim, onun zararı ise benim zararımdır. Onu seven beni sevmiştir, ona buğz eden bana buğzetmiştir.”
5- Yine 6. Meveddet’te Enes bin Malik’ten hadis naklediyor ki daha önce onu aktarmıştım. O hadisin sonunda söyle diyor: Resul-u Ekrem (s.a.a) açıkça şöyle buyurdu: “O (Ali), benim halifem ve vezirimdir.”
6- Muhammed bin Yusuf-u Genci eş- Şafii “Kifayet’ut- Talip”de Ebu Zer-i Ğifari’den şöyle naklediyor: Peygamber (s.a.a) şöyle buyurdu:
“Havuzun (Kevser havuzu) başında, Emir’ul- Müminin Ali’nin bayrağı, yüzü, eli, ayağı (secde yerleri) nurlu olanların İmamı ve benden sonraki halifem yanıma gelecektir.”
7- Beyhaki, Hatib-i Harezmi ve İbn-i Meğazili eş- Şafii, “Menakıb”larında Resulullah (s.a.a)’ın Hz. Ali’ye şöyle buyurduğunu nakletmişlerdir:
“Ben insanların arasından gittikten sonra, sen benim halifemsin ve benden sonra sen müminlerin velisisin.”
8- İmam Ebu Abdurrahman Nesai (Sihah-ı Sitte'nin imamlarından biri) “Hasais’ul- Aleviyye”nin 23. hadisinde İbn-i Abbas’tan, Hz. Ali (a.s)’ın faziletini genişçe naklediyor. Haruni menziletleri zikrettikten sonra Resulullah (s.a.a)’in Hz. Ali’ye şöyle buyurduğunu naklediyor:
“Sen benim halifemsin. Yani benden sonra her müminin halifesisin.”
(Açıktır ki bu cümle ve devamındaki cümleyle, Haruni bütün menzilet ve mertebeleri Hz. Ali’ye verdikten sonra Ali’nin emirliğini açıkça beyan buyurdu. “Yani sen Ey Ali! Ümmetime ve benden sonra her mümine benim halifemsin.”
Bu hadis-i şerifte ve diğer hadislerde Hz. Peygamber’in buyurduğu “min” kelimesi ya min-i beyaniyye’dir; yani “Benim ölümümden sonra...” veya min-i ibtidaiyye’dir; yani “Öldüğüm andan itibaren sen ümmetimin halifesisin.”
Her iki durumda da, Hz. Ali’nin Hz. Peygamber’den hemen sonra, bütün ümmete Allah ve Resulünün halifesi olduğu açıkça kanıtlanmış oluyor.
9- Hilkat hadisi: Bu hadis çeşitli yollarla nakledilmiştir. Örneğin: İmam Ahmed bin Hanbel “Müsned”de, Mir Seyyid Ali Hemedani eş- Şafii “Meveddet’ul- Kurba”da, İbn-i Meğazili eş- Şafii “Menakıb”da, Deylemi “Firdevs”da az bir farklılıkla, sahih senetlerle Hz. Peygamber’in şöyle buyurduğunu nakletmişlerdir:
“Allah Teala, Adem’i yaratmadan 14000 yıl önce ben ve Ali bir nurdan yaratıldık. Allah Teala, Adem’i yarattıktan sonra, o nuru Adem’in sulbüne yerleştirdi. Abdulmuttalib’in sulbüne gelinceye kadar öylece bir nur idik. Abdulmuttalib’in sulbünden ayrıldıktan sonra nübüvvet bana, hilafet de Ali’ye verildi.”
10- Hafız Ebu Cafer Muhammed bin Cerir-i Taberi (Ö: 310 H.) “el-Vilayet” adlı kitabında Resul-u Ekrem (s.a.a)’den şöyle naklediyor: “Resulullah (s.a.a) “Gadir-i Hum” hutbesinin başlarında şöyle buyurdular:
“Cebrail Rabbimden taraf bana; burada kalkıp bütün beyaz ve zencilere şunu ilan etmemi emretti: “Şüphesiz ki, Ali bin Ebi Talip benim kardeşim, vasim, halifem ve benden sonra İmamdır.” Sonra şöyle buyurdu: “Ey insanlar! Şüphesiz Allah Teala, Ali’yi sizlere veli ve İmam tayin etti; O’nun itaatini herkese farz kıldı; hükmü geçerli, sözü ise câizdir (Allah tarafındandır). Kim ona muhalefet ederse (karşı gelirse,) mel’undur; kim de onu tasdik ederse, rahmete uğramıştır.”
11- Şeyh Süleyman Belhi el-Hanefi “Yenabi’ul- Meveddet”te Ahmed’in “Menakıb”ından, o da İbn-i Abbas’tan öyle bir rivayet naklediyor ki, hilafetin yanı sıra Hz. Ali (a.s)’ın birçok özel faziletlerini de içermektedir. Onların her biri tek başına onun hilafetini ispatlamaya yeterlidir. Bu yüzden beylerin izniyle, hüccetin tamamlanması için hadisin hepsini aktarmak istiyorum.
Saygı değer beyler, bilin ki Hatem’ul- Enbiya (s.a.a)’in risalet makamından sonra, en üstün makam Hz. Ali (a.s)’ın makam ve mertebesidir. Velhasıl, İbn-i Abbas Resul-u Ekrem (s.a.a)’in şöyle buyurduğunu naklediyor:
“Ya Ali! Sen havuzumun ve bayrağımın sahibi, kalbimin habibi, benim vasim, ilmimin varisi ve halifemsin. Sen benden önceki peygamberlerin mirasının emanetçisisin. Sen Allah’ın yeryüzündeki emini ve bütün insanlara hüccetisin; Sen imanın rüknü ve İslam’ın bekçisisin. Sen karanlığın meşalesi, hidayetin nuru ve dünya ehli için yükseltilmiş nişanesin.
Ya Ali! Kim sana uyarsa, kurtulmuştur; kim de senden yüz çevirirse, helak olmuştur. Açık yol sensin; sırat-i müstakim sensin; ak yüzlülerin lideri ve müminlerin sultanı sensin. Ben kimin mevlası isem, sen de onun mevlasısın; ben bütün mümin erkek ve kadınların mevlasıyım. Seni ancak helalzade sever ve sana yalnızca haramzade düşman olur. Allah Teala beni miraca götürdüğünde şöyle buyurdu: “Ya Muhammed! Ali’ye benden taraf selam söyle ve ona bildir ki, o benim dostlarımın İmamı ve bana itaat edenlerin nurudur.” Bu keramet ve makam sana mübarek olsun ya Ali!”
12- Harezm hatiplerinin en üstün hatibi Ebu’l- Mueyyid Muvaffakuddin “Fezail-u Emir’ul- Müminin” (a.s) adlı kitabının 240. Sayfasının (1313 H.K tarihli baskısı) 19. bölümünde, kendi senetleriyle Resulullah (s.a.a)’in şöyle buyurduğunu naklediyor:
“Miraçta Sidret’ul- Müntehaya ulaştığımda bana şöyle hitap edildi: ‘Ey Muhammed! İnsanları imtihan ettin mi? Onların içerisinde en itaatkar kimi buldun?’ Ben de cevaben; ‘Evet, imtihan ettim; onların içerisinde en itaatkar Ali’yi buldum’ dedim. Allah Teala buyurdu ki; ‘Doğru söyledin ya Muhammed!’ Sonra şöyle buyurdu: ‘Senin hedeflerini insanlara ulaştıracak, benim kitabımdan kullarımın bilmediklerini onlara öğretecek bir halife kendine seçtin mi?’ Ben şöyle arz ettim: ‘Ey Rabbim! Sen kimi seçsen, ben de onu seçeceğim.’ Allah Teala buyurdu ki: ‘Ali’yi senin için halife ve vasi seçtim; ilim ve hilmimden O’na bağışladım. O, müminlerin gerçek olan emridir (Emir’ul- Müminin’dir); ne geçmişte bir kimse onun makamına ulaşmış ve ne de gelecekte bir kimse onun makamına ulaşacaktır.”
Bu çeşit hadisler, sizin muteber kitaplarınızda çoktur. Ben onlardan ancak aklımda kalabilenleri aktardım. Bu şekilde Cenab-ı Hafız bilsinler ki biz konuyu dallandırıp budaklandırmıyoruz. Aksine gerçeğin ta kendisini söylüyoruz. Sizin insaflı büyük alimleriniz de bunu aynen tasdik etmişlerdir. Onlardan biri Nezzam-i Besri’dir. Selahattin Safdi “Vafi bi’l- Vefeyat”da Elif harfinde Mütezili Nezzam diye tanınan İbrahim bin Seyyar bin Hani el-Besri’nin biyografisinde onun şöyle dediğini nakletmiştir:
“Resulullah (s.a.a), Ali’nin İmamlığını (halifeliğini) açıkça ilan etti; sahabe de bunu bilmiş oldu. Ama Ömer (r.z) Ebubekir (r.z)’ın hatırı için bunu sakladı.”
========================================================
Hatib-i Harezmi “Menakıb”da İbn-i Abbas’tan, Muhammed bin Yusuf-u Genci eş- Şafii “Kifayet’ut- Talip”de, Sibt bin Cevzi “Tezkire”de, İbn-i Sabbağ el-Maliki “Fusul’ul- Mühimme”de, Süleyman Belhi el-Hanefi “Yenabi’ul- Meveddet”te, Mir Seyyid Ali Hemedani “Meveddet’ul- Kurba”nın 5. Meveddesinde ikinci halife Ömer bin Hattab’tan Resul-u Ekrem (s.a.a)’in şöyle buyurduğunu nakletmiştirler:
“Eğer ağaçlar kalem, denizler mürekkep, cinler hesap eden ve insanlar da yazıcı olurlarsa, yine de Ali bin Ebi Talib’in faziletlerini sayamazlar.”
 
möminäTarix: Şənbə, 26.09.2009, 03:26 | Yazı # 31
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
ƏMR IBN ƏL-CAMUH
[ Oxunub: 941 ]

O: “Həqiqətən mən cənnətə can atıram!” sözləri ilə tək ayağı ilə düşmənin üstünə atıldı.
Əmr ibn əl-Camuh cahiliyyə dövründə Yəsribin başçılarından biri və bəni Sələmə əl-Müsəvvər qəbiləsinin ağsaqqalı idi. O həm də Mədinənin adlı-sanlı və ləyaqətli şəxsiyyətlərindəndi...
Cahiliyyə dövrünün adlı-sanlı varlı adamlarının evində öz bütlərinin olması bir qayda idi. Onlar hər səhər və axşam ondan xeyir-dua istəyir və müəyyən olunmuş vaxtlarda ona verir, bədbəxt hallar baş verdikdə ondan kömək umurdular.

Əmr ibn əl-Camuhun bütünün adı Mənat idi və qiymətli ağac növündən hazırlanmışdı...
Əmr ibn əl-Camuh ona hər cür qulluq edərək möhkəm ümid bəsləyir və ona qiymətli ətirli maddələr vururdu.

* * *
Əmr ibn əl-Camuhun altımış yaşı tamam olanda Yəsribə iman şüaları saçmağa başlamışdı. Bu xeyirxah addımı atan Islamın ilk dəvətçisi Museb ibn Umeyr olmuşdu. Əmrin üç uşağı – Muəvvəz, Muaz və Xallad və habelə onların Muaz ibn Cəbəl adlı yaşıdı Islamı qəbul etmişdilər.
Öz üç oğlu ilə bərabər onların anası Hind də iman gətirmişdi. Lakin Əmr ibn əl-Camuh onların Islama daxil olmaları haqqında heç nə bilmirdi.

* * *
Əmr ibn əl-Camuhun arvadı Hind görürdü ki, Islam Yəsrib camatı arasında hərtərəfli yayılır və onun başçıları arasında bütpərəst kimi təkcə onun əri kiçik bir qrupla qalmışdır.
Hind ərini çox sevir və ona ehtiram bəsləyirdi. O çox təəssüflənirdi ki, əri kafir kimi ölər və buna görə cəhənnəm oduna düçar olar.
Əmr isə, öz növbəsində, ehtiyat edirdi ki, onun oğulları ata və babalarının dinindən əl çəkib bu yeni peyda olmuş təbliğatçı Museb ibn Umeyrin ardınca gedərlər. Umeyr qısa müddət ərzində çoxlu insanları öz dinindən əl çəkməyə və Məhəmmədin (ona Allahın salavatı və salamı olsun) dininə girməyə sövq etməyi bacarmışdı.
O arvadına dedi:
- Ey Hindi, biz onun işindən baş çıxarana qədər sən uşaqlarını bu adamla (Museb ibn Umeyri nəzərdə tuturdu) görüşlərdən çəkindir.
Hind belə cavab verdi:
- Eşitdim və itaət edirəm! Sən oğlun Muazdan bu adam haqqında bir şey eşitmisənmi?
- Vay sənin halına! – deyə Əmr ucadan dilləndi. – Məgər Muaz öz dinindən əl çəksəydi mən bundan xəbər tutmazdım?
Mömin qadının ərinə yazığı gəldi və o dedi:
- Əlbəttə ki, yox, o sadəcə olaraq bu təbliğatçının bəzi yığıncaqlarında olub və onun sözlərindən bəzilərini yadında saxlayıb.
- Elə isə onu bir mənim yanıma çağır, - deyə Əmr dilləndi.
Oğlu onun yanına gəldikdə, o ondan soruşdu:
- O adamın söylədiklərindən bir şey danış.
Muaz dedi:
Mərhəmətli, rəhmli Allahın adı ilə! Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə, (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq möminlərə) rəhmli olana, Haqq-Hesab (qiyamət) gününün sahibinə! Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!
Əmr bərkdən dedi:
- Bu sözlər necə də gözəldir və qeyri-adidir! Doğrudanmı onun dediyi bütün sözlər bunlara kimidir?!
Muaz dedi:
- Hətta bunlardan da yaxşıdır, ey ata! Buna biyət gətirmək istəmirsənmi? Bütün xalqın artıq biyət gətirmişdir.
Bir qədər öz-özünə fikirləşib, şeyx dedi:
- Mənatla məsləhətləşməmiş bunu etmərəm. Görüm o nə deyəcək.
Gənc oğlan ucadan səsləndi:
- Ay ata, Mənat nə deyə bilər? O ki, ağlı və dili olmayan ölü ağacdır,
Lakin şeyx öz dediyinin üstündə durdu.
- Mən sənə dedim axı, onsuz heç bir qərar qəbul etməyəcəyəm!

* * *
Əmr ibn əl-Camuh bu söhbətdən sonra Mənatın yanına getdi. Adamlar bütlə danışmaq istəyəndə onun arxasında bir qoca qarını əyləşdirirdilər. Qarı bütdən (guya) ruhlanaraq onun əvəzinə cavab verirdi. Əmr özünün uca boyu ilə sağlam ayağı üstündə (ikinci ayağı çox əyri idi) düm-düz duraraq bütün qarşısında dayandı. O, Bütə zəruri duaları etdikdən sonra, dedi:
- Ey Mənat, şübhəsiz ki, sən Məkkədən gəlmiş bu təbliğatçının səndən başqa heç kimə pislik arzu etmədiyini bilirsən. O bizim sənə ibadət etməyimizə son qoymaq üçün gəlmişdir... Lakin baxmayaraq ki, mənə onun gözəl sözlərini eşitmək nəsib olmuşdur, mən ona, səninlə məsləhətləşməmiş, biyət etməkdən boyun qaçırtdım. Mənə məsləhət ver!
Mənat ona heç bir cavab vermədi.
- Bəlkə sən acıqlanmısan? – deyə Əmr soruşdu. – Amma mən həyatımda sənə heç bir pislik etməmişəm... Buna baxmayaraq, qorxulu bir şey yoxdur. Hirsin soyuyana kimi səni bir-neçə günlüyə tərk edirəm.

* * *
Əmr ibn əl-Camuhun oğulları onun Mənata necə bağlı olduğunu bilirdilər. O zaman keçdikcə bütün bir hissəsinə çevrilmişdi. Bununla bərabər onlar görürdülər ki, onun qəlbində bütə qarşı sədaqətli iinamı artıq tərəddüd etməyə başlamışdır. Onlar bu bütpərəstliyi onun qəlbindən qopardıb, Islamın yolunu oraya salaydılar.

* * *

Bir dəfə gecə Əmr ibn əl-Camuhun oğulları öz dostları Muaz ibn Cəballa Mənatın yerləşdirildiyi yerə girdilər və onu oradan çıxartdılar. Sonra onu sürüyüb bəni Sələmə qəbiləsinin adamlarının natəmizliklər tulladığı bir çökək yerə atdılar. Bundan sonra, onlar evlərinə gizıicə qayıtdılar ki, görən olmasın. Səhər yuxudan durandan sonra, Əmr tələsmədən, öz bütünə tərəf getdi ki, onu salamlasın. Onu yerində tapmadıqda, ucadan dedi:
- Yaxşı, özünüzü qoruyun! Bizim tanrıçanın yanında gecə vaxtı kim olub?
Lakin heç kim ona cavab verə bilmədi.
Əmr qəzəb və qeyzdən özündən çıxmış halda hədə-qorxu gələrək və lənətləyərək, bütü başıaşağı zibil çalasında tapana qədər bütün evin içərisini və bayırını axtardı. Onu yuyub təmizlədi, ona ətirli yağ çəkdi və bütü əvvəlki yerinə qoyaraq dedi:
- Allaha and olsun, bunu kimin elədiyini bilsəydim, onu bütün həyatı boyu rüsvay edərdim!
Növbəti gecə gənclər yenə də Mənatın yanına gəlib, eynilə əvvəlki gecə etdiklərini təkrarladılar. Səhər axtarış aparan şeyx, yenə də onu zibil çalasında natəmizliklərə bulaşmış halda aşkar etdi. Onu götürüb, o bütü yuyub təmizlədi, ona ətirli yağlardan sürtdü və yenə də əvvəlki yerinə taxdı.
Gənclər hər gecə eyni şeyi təkrarlayırdılar. Axırda bu Əmri bezikdirdi. Bir dəfə yatmazdan əvvəl bütün yanına gələrək, öz qılıncını götürüb onun boynundan asdı və dedi:
- Ey Mənat! Allaha and olsun, bilmirəm, kim bunu sənin başına gətirir. Lakin, əgər sən həqiqətən də tanrısansa, onda özün özünü bu şərdən xilas et. Budur, bunun üçün götür bu qılıncı.
Sonra Əmr yatmağa getdi.
Gənclər şeyxin bərk yatdığına əmin olduqdan sonra gizlicə bütə yaxınlaşdılar, qılıncı onun boynundan götürüb Mənatı küçəyə çıxartdılar. Orada onu ölü itə başlayıb, natəmizliklərin axıb töküldüyü quyuya atdılar.
Yuxudan ayılandan sonra bütünü yerində tapmayan şeyx, onun axtarışına başladı və bütü ona bağlanmış ölü itlə bərabər üzü üstə quyuya atılmış gördü. Qılıncı isə oğurlanmışdı. Bu dəfə o bütü quyudan çıxartmadı və onu oradaca da qoydu. Bu zaman o dedi: “Əgər sən tanrı olsaydın, itə bağlı halda zibil çalasına düşməzdin”.
Sonra tez bir zamanda Əmr Allahın dinini qəbul etdi

* * *
Həqiqi dinin şirinliyini və gözəlliyini hiss edərək, Əmr ibn əl-Camuh bütpərəst həyatının hər bir anı üçün vicdan əzabı və peşmançılıq çəkməyə başladı. O, bütün həyatını, mal-dövlətini və övladlarını Allaha və Onun Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun) xidmətə həsr edərək bütün varlığı ilə yeni dini qəbul etdi.

* * *
Uhud döyüşündən bir qədər əvvəl Əmr ibn əl-Camuh üç oğlunun Allahın düşmənləri ilə döyüşə hazırlaşdıqlarını gördü. Onlar vəhşi şirlərə bənzəyirdilər və şəhid olmaq arzusu ilə dolub-daşır və Allahın izni ilə qələbə çalmağa hazır idilər. Oğullarına diqqət yetirən Əmrin döyüş ruhu cuşa gəldi və o onlarla birgə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) bayrağı altında birlikdə müqəddəs müharibəyə getmək qərarına gəldi.
Lakin cavan oğlanları atalarının öz niyyətini həyata keçirməyə mane oldular...
Əmr artıq yaşı ötmüş ahıl kişi idi və həm də o, bir qıçından ağır şikəstdi. Qüdrətli Allah onun döyüşdə iştirak etməməsini bağışlayardı.
Oğulları Əmrə dedilər:
- Ey ata, Allah səni müharibədə iştirak etməkdən azad etmişdir. Niyə sən etməli olmadığın şeylə özünü çətinə salırsan?
Şeyx bu sözlərinə görə onlara bərk qəzəbləndi və o saat gedib Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) şikayət edərək dedi:
- Ey Allahın peyğəmbəri, mənim oğullarım məni bu neməti əldə etməyə buraxmırlar, deyirlər ki, sən axsaqsan. Allaha and olsun ki, mən bu topal ayağımla Cənnətə düşməyə can atıram.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) onun övladlarına belə buyurdu:
- Qoy atanız necə istəyir, elə də etsin. Ola bilsin ki, Qüdrətli Allah ona döyüş meydanında qəhrəmancasına şəhid olmağı bəxş edir...
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) əmrinə tabe olaraq övladları onu rahat buraxdılar.

* * *
Səfərə çıxmaq vaxtı yetişdikdə, Əmr ibn əl-Camuh arvadı ilə elə vidalaşdı ki, elə bil obir daha geri qayıtmayacaqdı...
Sonra o Kəbəyə tərəf çevrilərək, əllərini göyə qaldırıb dedi:
- Ey Allah, döyüş meydanında mənə qəhrəmancasına həlak olmaq qismət et və yol vermə ki, mən məyus halda ailəmin yanına qayıdım.
Sonra o özünün üç oğlu və bəni Sələmə qəbiləsindən olan çoxsaylı döyüşçülərlə yola düşdü.
Döyüşlərin ən qızğın çağında adamlar Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) ətrafında seyrəkləməyə başladılar və o təklikdə qaldı. Əmr ibn əl-Camih bu zaman döyüşçülərin ən ilk sıralarında idi. Tək bir ayağı üstə o, aşağıdakı sözlərlə irəliyə cumdu:
- Həqiqətən, mən Cənnətə can atıram! Həqiqətən, mən Cənnətə can atıram! Onun arxasında oğlu Xəllad dayanmışdı.
Şeyx və onun oğlu Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun) qəhrə¬mancasına qoruyurdular. Onlar, döyüş meydanında demək olar ki, eyni vaxtda şəhid olanadək, düşmənin həmlələrini dəf edirdilər.

* * *
Döyüş qurtardıqdan sonra Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) Uhud döyüşlərində şəhid olmuş döyüşçülərin meyidlərinə yaxınlaşaraq, onların dəfn edilməsi üçün öz səhabələrinə buyurdu:
- Onları necə var, olduqları kimi, yaralı və qana bulaşmış halda basdırın, mən onların şahidiyəm.
Sonra isə, o (ona Allahın salavatı və salamı olsun) sözünə davam etdi:
- Hər bir müsəlman, Allah üçün aparılan müqəddəs müharibədə yaralanarsa, Qiyamət günü onun qanı zəfəran rəngində və müşk təravətli olacaq. Əmr ibn əl-Camuhu Abdullah ibn Əmrlə bir yerdə dəfn edin, çünki onlar həyatda da böyük dostlar idilər.

* * *
Allah Uhud uğrunda döyüşlərdə şəhid olmuş Əmr ibn əl-Camuhdan və onun silahdaşlarından razı olsun və onların qəbrini nurla doldursun.

ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Şənbə, 26.09.2009, 03:46 | Yazı # 32
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Hər bir müsəlman Abdulla ibn Xuzafənin başını öpməlidir və mən bunu birinci edəcəyəm.
Ömər ibn əl-Xəttab, (Allah ondan razı olsun)

Bu hekayətin qəhrəmanı Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) Abdullah ibn Xuzafə əs-Səhmi adında olan səhabələrindən biridir.
Ola da bilsin ki, ona qədər milyon ərəbin yanından ötüb keçərək onlara heç bir diqqət yetirməyən tarix bu insanın yanından da ötüb keçə bilərdi.
Lakin əzəmətli Islam Abdullah ibn Xuzafə əs-Səhmiyə, öz vaxtında, yer kürəsinin iki hökmdarı ilə - Fars çarı (xosrovu) və Bizans imperatoru ilə görüşməyə imkan vermişdir.
Bu görüşlərdən hər biri mühüm hadisə olmuş və onlar həmişəlik olaraq insanların yaddaşına həkk edilmiş və ümumdünya tarixi səlnaməsinə əbədi daxil olmuşdur.

Abdullahın Fars çarı ilə görüşü hicrətin altıncı ilində, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) əcnəbi ölkələrin çarları və krallarına Islam dinini qəbul etməyə dəvət edən müraciəti ilə səhabələrindən ibarət səfarətlər göndərməyi qərara aldığı zaman baş verdi.
Bununla yanaşı Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) bu missiyaların təhlükəli olduğunu gözəl dərk edirdi...
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) elçiləri, əvvəllər ərəblərin heç bir əlaqəsi olmayan uzaq və naməlum ölkələrə getməli idilər.
Onlar həmin ölkələrin xalqlarının dilləri ilə tanış deyildilər və həmin ölkələrin hökmdarlarının xasiyyəti haqqında heç nə bilmirdilər...
Həm də onlar bu ölkələrin hökmdarlarını öz dinlərindən əl çəkməyə, qüdrət və hakimiyyətlə vidalaşmağa, yaxın vaxtlara qədər onların hökmranlığı altında olan bir xalqın dinini qəbul etməyə dəvət etməli idilər...

Belə bir addım olduqca təhlükəli iş idi və bu cür tapşırıqlarla gedən nümayəndəliklərin qayıdacağına ümid az olurdu, - qayıdanlar isə - yenidən dünyaya gəlmiş sayılırdılar.
Ona görə də, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) səhabələrini yığıb onlara müraciət etdi. Əvvəlcə o (ona Allahın salavatı və salamı olsun) Allaha həmdusənalar etdi, Ona təriflər dedi, şəhadət gətirdi və sonra buyurdu:
“Beləliklə, mənə hökm olunub ki, sizin bğzilərinizi əcnəbi çarlarının və hökmdarlarının yanına göndərim ki, onlara bildirəsiniz: “Mən istəyirəm ki, Israil oğullarının Isa ibn Məryəmlə mübahisə etdiyi kimi, siz də mənimlə mübahisə etməyəsiniz””.
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) səhabələri dedilər: “Biz, ey Allahın Elçisi, sənin istədiyin nə varsa, hamısını yerinə yetirməyə hazırıq. Ona görə, bizi hara istəyirsən, göndər”.
* * *
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) özünün səhabələri arasından altı nəfərini onun müraciətlərini ərəb və əcnəbi hökmdarlarına çatdırmaq üçün tövsiyyə etdi. Bu altı nəfər seçilmişlərdən biri Abdullah ibn Xuzafə əs-Səhmi oldu. Ona Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) müraciətini Fars qeysərinə çatdırmaq həvalə olundu.
* * *
Uzaq səfərə hazırlaşaraq, Abdullah ibn Xuzafə arvadı və oğlu ilə vidalaşdı və sonra öz məqsədinə çatmaq üçün hərəkətə gələrək dağları və düzənlikləri aşdı. Bütün yol boyu o tək-tənha gedirdi, təkcə Allah onunla idi. Axırı ki, o gəlib Fars ərazilərinə çatdı və qeysərin hüzuruna daxil olmaq üçün icazə istədi. O, saray əyanlarına özü ilə qeysərə çatdırası məktub gətirdiyini bildirdi.
Bundan sonra qeysər sarayının bəzədilməsinə, görüşə hazırlıq görülməsinə göstəriş verdi və zadəgan fars xadimlərini məşvərət üçün dəvət etdi. Onlar tezliklə taxt-tac olan iqamətgahda toplandılar. Sonra Abdullah ibn Xuzafəyə qeysərin yanına girməsinə icazə verildi.

* * *
Abdullah ibn Xuzafə, nazik örtük geymiş və üstündən çiyninə qalın parçadan bürüncək salmış fars hökmdarının hüzuruna daxil oldu. Abdullahın geyimində bədəvi ərəbinin sadəliyi açıq-aydın hiss olunurdu. Lakin bununla belə o, saraya başını dik tutaraq təzim etmədən daxil oldu. Onun zahiri görkəmində Islamın qüdrəti hiss olunur, qəlbində isə öz dininə görə fəxr duyurdu.
Abdullahın ona yaxınlaşdığını görən qeysər, özünün saray adamlarından birinə işarə edib məktubu onun əlindən almağı ona əmr etdi. Lakin Abdullah, buna etiraz etdi:
- Yox, Allahın Elçisi mənə əmr etmişdir ki, onun məktubunu şəxsən sənə təqdim edim. Mən Allahın Elçisinin hökmünü poza bilmərəm.
Qeysər öz adamlarına dedi: “Ona yol verin, qoy yanıma gəlsin”. Abdullah qeysərə yaxınlaşaraq məktubu əlbəəl ona təqdim etdi.
Qeysər əl-Xirədən olan ərəb mirzəsini çağırıb ona məktubu açmağı və sonra oxumağı əmr etdi.
Məktubda deyilirdi:
“Mərhəmətli, Rəhimli Allahın adı ilə... Allahın Elçisi Məhəmməddən Fars qeysəri Xosrova, hidayət yolu ilə gedənə salam olsun...”
Xosrov məktubun başlanğıc ifadələrini eşidən kimi qəzəbindən köksü qabardı, üzü qızardı, boyun damarları aciğdan qanla dolub şişdi.
Xosrovun qəzəbinə səbəb olan Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) məktubunu ilk növbədə öz adını çəkməklə başlaması olmuşdu...
Fars çarı məktubu mirzəsinin əlindən alib, onda yazılanlarla tanış olmadan, onu cıraraq tikə-tikə doğramağa başladı
Eyni zamanda o belə qışqırırdı: “Necə olub ki, o mənə bu tərzdə müraciət edib? Axı o mənim qulumdur!”
Sonra o Abdullahı onun yanından çıxarmağı tələb etdi və bu yerinə yetirildi.

* * *

Abdullah ibn Xuzafə zaldan çıxdı və fikirləşməyə başladı ki, görəsən Allah onunla necə rəftar edəcək: onu öldürəcəklər və ya sağ qoyacaqlar, amma öz-özünə belə dedi: “Mənə nə edəcəklərinin mənimçün fərqi yoxdur, onsuz da mən Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) tapşırığını yerinə yetirmişəm”. O öz dəvəsinə minərək sürətlə Mədinəyə tərəf getdi.
Xosrovun qəzəbi soyuyandan sonra o, Abdullahı yanına gətirməyi əmr etdi, amma Abdullah artıq getmişdi. Onlar onu axtardılar, lakin onun izi-tozu belə qalmamışdı. Ərəbistana gedən yolla onun dalısıyca çapsalar da, ona çata bilmədilər.
Peyğımbərin (ona Allahın salavatı və salamı olsun) yanına gələrək, Abdullah ona bütün olanları, Xosrovun hüzurunda baş verənləri, onun məktubu cırmasını danışdı, Peyğımbər (ona Allahın salavatı və salamı olsun) isə ancaq bunu dedi: “Allah onun şahlığını dağıtdı”.

* * *

Xosrov isə, gah özünün Yəməndəki canişini Bazana belə yazdı: “Xicazda peyda olmuş bu adamın yanına öz pəhlivanlarından ikisini göndər və qoy onlar onu mənim yanıma gətirsinlər...” Bazan özünün iki ən yaxşı adamını Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) yanına məktubla göndərdi. Məktubda deyilirdi ki, Fars ölkəsinin canişini ona qətiyyən ləngimədən onlarla birlikdə Xosrovun hüzuruna getməyi əmr edir...
O öz adamlarına Peyğımbər (ona Allahın salavatı və salamı olsun), onun dini haqqında ətraflı məlumat toplamağı və sonra da əldə edilmiş məlumatlarla onun yanına gəlməyi əmr etmişdi.
Çaparlar qətiyyən yubanmadan canişinin əmrini yerinə yetirməyə getdilər və tezliklə gəlib ət-Taifə yetişdilər. Onlar orada qurreyş tacirlərini tapıb Muhəmməd (ona Allahın salavatı və salamı olsun) haqqında soruşmağa başladılar. Adamlar bildirdilər ki, o Yəsribdədir.
Tacirlər sevincək halda Məkkəyə yollandılar. Orada onlar qurreyşliləri təbrik edərək deyirdilər:
- Sevinin! Xosrov Muhəmmədlə maraqlanır və sizi onun şərindən xilas edəcək.
Elə həmin vaxt iki çapar Mədinəyə tərəf yollarına davam edirdilər və ora gələn kimi Peyğımbəri (ona Allahın salavatı və salamı olsun) axtarıb tapdılar və Bazanın məktubunu ona verdilər və Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) dedilər:
- Şahənşah bizim canişin Bazana yazıb ki, sənin dalınca adam göndərsin və səni onun yanına aparsınlar... Budur, biz də gəlmişik ki, sən bizimlə birlikdə Xosrovun yanına gedəsən. Sən razılaşsan, biz Xosrovun qarşısında sənə görə xahiş edərik və o sənə xətər yetirməz. Əgər sən getməyə razılaşmasan, Xosrovun gücü, qüdrəti və onun səni və xalqını məhv etmək bacarığı haqqında danışmağa ehtiyac yoxdur.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) gülümsəyərək, onlara belə buyurdu:
- Gedin, düşdüyünüz yerdə gecələyin, səhər isə yanıma gəlin.
Səhərisi gün Peyğımbərin (ona Allahın salavatı və salamı olsun) yanına qayıdaraq, çaparlar ondan soruşdular: “Hə, sən bizimlə Sosrovun görüşünə getməyə hazırsanmı?”

Peyğımbər (ona Allahın salavatı və salamı olsun) onlara dedi:
- Siz Xosrovla bir daha görüşməyəcəksiniz. Allah onu oğlu Şiraveyhin əli ilə filan ayın filan günü gecə vaxtı öldürdü...
Hər iki çapar son dərəcə böyük təəccüb içində gözlərini heyrətlə Peyğımbərə (ona Allahın salavatı və salamı olsun) zillədilər.
- Sən bilirsənmi nə deyirsən? – deyə hər ikisi birdən dilləndi. – Biz nə edək, bu barədə Bazana yazaqmı?!
“Bəli, - deyə Peyğımbər (ona Allahın salavatı və salamı olsun) cavab verdi. – Bir də Bazana çatdırın ki, həqiqətən, mənim dinim Xosrovun şahlığının sərhədlərinin olduğu bütün ərazilərə yayılacaq. Əgər o, Islamı qəbul etsə, mən ona, indi əlinin altında olan hər nə varsa, hakimiyyət verərəm və onu öz xalqının hökmdarı təyin edərəm”.

* * *

Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) hüzurundan çıxaraq hər iki çapar Bazanın yanına getdilər və baş verən hadisəni ona xəbər verdilər. Bütün bunları biləndən sonra, Bazan dedi: “Əgər Muhəmməd deyənlər doğrudan da həqiqətdirsə, onda o – Peyğəmbərdir. Əgər bu belə deyilsə, onda nə edəcəyimizi qərarlaşdırarıq...”
Tezliklə Bazan Şiraveyhdən məktu aldı və onda deyilirdi:
“Beləliklə, xəbər verirəm ki, Xosrovu öldürdüm. Mən bu qətli ondan xalqımızın intiqamını almaq üçün yerinə yetirdim. Xosrov özbaşınalıq edir, ən yaxşı və əsil nəcabətli insanları öldürür, qadınları öz hərəmxanasına apartdırır və xalqın var-dövlətini mənimsəyirdi. Bu məktubu alan kimi bütün təbəələrini mənə itaət etməyə məcbur et”.
Şiraveyhin məktubunu oxuduqdan sonra, Bazan onu bir kənara atdı və elan etdi ki, o, Islam dinini qəbul etdi. Islamı onunla birlikdə həmin vaxt Yəməndə olan bütün farslar da qəbul etdilər.

* * *
Abdullah ibn Xuzeyfənin farsların qeysəri Xosrovla görüşünün tarixçəsi belə idi.
Bəs onun Bizansın imperatoru ilə görüşünün tarixçəsi necə olmuşdu?
Imperatorla bu görüş Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) xəlifəliyi zamanında baş vermişdi. O görüş haqqında hekayət ən maraqlı və gözəl tarixçələrdən biridir...
Hicrətin ondoqquzuncu ilində Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) tərkibində Abdullah ibn Xuzeyfə əs-Səhmi də olan ordunu bizanslarla müharibəyə göndərdi.
Bizansın qüdrətli imperatoruna müsəlman qoşunlarının səfərə çıxması, onların Islama fədakarcasına sadiq olması, Allah və Onun Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) naminə onların dini-imanda sarsılmazlığı və fədakarlığı haqqında xəbər verildi.
Imperator öz sərkərdələrinə əmr etdi ki, müsəlmanlardan əsir düşən olsa birini, ona xətər yetirmədən və sağ-salamat saxlayıb onun hüzuruna gətirsinlər.
Allahın qədəri belə imiş ki, bizanslara məhz Abdullah ibn Xuzeyfə əs-Səhmi əsir düşdü. Onlar onu dərhal imperatorlarının yanına aparıb dedilər: “Bu adam – Muhəmmədin ilk səhabələrindəndir. Biz onu əsir götürdük və sənin yanına gətirdik”.

* * *
Bizans imperatoru Abdullah ibn Xuzeyfəni uzun-uzadı və diqqətlə nəzərdən keçirdi və sonra birinci olaraq sakitliyi pozdu:
- Mən sənə təklif edirəm.
- Hansı təklifi? – deyə Abdullah soruşdu.
- Mən sənə xristian dinini qəbul etməyi təklif edirəm, - deyə imperator bildirdi. Sən bunu qəbul etsən, səni azad edərəm və hara istəyirsən gedə bilərsən və sənə hər cür hörmət göstərərəm.
Əsir böyük ləyaqətlə və qəti olaraq belə cavab verdi: “Yox, bu mümkün deyil! Sənin məni dəvət etdiyindən, ölüm daha əzizdir və mən onu sənin təklifindən min dəfə üstün tuturam”.
Imperator dedi: - Mən görürəm ki, sən ləyaqətli adamsan. Əgər təklifimə razılaşsan, səni dövləti idarə etməkdə özümə yaxın adam edərəm və hakimiyyətimi səninlə bölərəm.
Qandallanmış əsir gülümsəyərək dedi:
- Allaha and olsun, əgər sən mənə malik olduğun hər şeyi, ərəblərin malik olduqlarını da versən, mən Muhəmmədin dinindən bir azca belə geri çəkilim, yenə də mən bu təklifə razılaşmaram.
Imperator dedi:
- Belə olduğu halda mən səni öldürərəm.
- Ürəyin necə istəyir, elə də et, - deyə Abdullah cavab verdi. Imperatorun əmri ilə Abdillahı çarmıxa çəkdilər, sonra o, yunan dilində öz oxatanlarına dedi: “Oxları belə atın ki, onun əllərinin yanında sancılsınlar”. Bundan sonra imperator bir də ona xristianlığı qəbul etməyi təklif etdi, lakin Abdullah boyun qaçırdı.
Belə olduqda imperator əmr verdi: “Oxları belə atın ki, onun ayaqları yanında yerə sancılsınlar”. Eyni zamanda imperator yenə də Abdullaha dinindən əl çəkməsi təklifini təkrar etdi, ancaq rədd cavabı aldı.
Bundan sonra imperator öz adamlarında ox atmağı dayandırmağı və Abdullahı çarmıxa çəkildiyi xaçdan açıb götürməyi əmr etdi.
Sonra isə əmr etdi ki, yağla dolu böyük bir qazan gətirsinlər və onu odun üstünə qoysunlar. Yağ qaynamağa başlayanda, o iki nəfər əsir lüşmüş müsəlmanı gətirməyi və onları qaynar yağa atmağı əmr etdi. Adamları qazana atdıqda onların bədəni dərhal əriməyə başladı və az sonra ancaq sümükləri qaldı...
Imperator Abdullah ibn Xuzeyfəyə tərəf dönərək ona xristianlığı qəbul etməyi təklif etdi. Amma bu dəfə Abdullahın rədd cavabı daha qəti oldu.
Göstərdiyi cəhgdlərin fayda vermədiyindən məyus olan imperator Abdullahı də onun iki yoldaşının diri-diri qaynadıldığı qazana atılmasına əmr verdi. Abdullahı qazanın yanına gətirən zaman, o ağladı. Bunu görüb, imperatorun adamları öz hökmdarlarına dedilər: “O ağlayır...”
Abdullahın qorxduğunu güman edən imperator əmr etdi:
- Onu yanıma gətirin!
Abdullah onun qarşısında dayananda imperator bir də ona xristianlığı qəbul etməyi təklif etdi, amma yenədə qəti rədd cavabı ilə qarşılaşdı.
Belə olduqda imperator ondan soruşdu: “Ey bədbəxt! Bəs onda niyə ağlayırdın?!”
Abdulla belə dedi: “Gözlərimdən yaş axmasının səbəbi – öz haqqımda belə düşünməyim oldu: indi səni bu qazana atascaqlar və ruhunu Allaha tapşıracaqsan. Mən isə çox istəyirəm ki, insanın bədənində olan tükləri qədər ruhları olaydı ki, onların hər birini Allah xatirinə qazana ataydılar”.
Zalım hökmdar soruşdu:
- Yaxşı, onda sən mənim başımı öpməyə necə baxırsan? Buna görə səni azad edərəm!
Abdullah ondan soruşdu:
- Buna görə qalan bütün əsir müsəlmanları da azad edərsənmi?
Imperator dedi:
- Bəli, onda bütün digər müsəlman əsirləri də azad edərəm.
Abdullah dedi:
- Mən özlüyümdə fikirləşirəm ki, əgər mən Allahın düşmənlərindən birinin başını öpdüyümə görə o məni və bütün digər əsir müsəlmanları azad edərsə, bu işdə mənim üçün bir günah olmaz.
Sonra Abdullah əyilib imperatorun başından öpdü. Bundan sonra Bizans hökmdarı bütün əsir müsəlmanları bir yerə yığıb onları Abdullah ilə birlikdə azad etməyi əmr etdi. Bu qayda ilə onlar hamısı azad edildilər.

* * *
Abdullah ibn Xuzeyfə Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) yanına gəlib başına gələnləri ona danışdı. Xəlifə təsvirolunmaz bir sevinc hissi keçirdi və xilas edilmiş əsirləri görüb dedi: “Hər bir müsəlman Abdullah ibn Xuzeyfənin başından öpməlidir... və mən bunu birinci edirəm...”
Ayağa qalxaraq, o onun başından öpdü...

ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Bazar, 27.09.2009, 00:11 | Yazı # 33
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
TUFEYL IBN ƏMR ƏD-DƏUSI
[ Oxunub: 451 ]

Ey Allah, ona elə bir əlamət göndər ki, onu xeyirxah niyyətlərini həyata keçirməyə
yönəltsin!
Allahın Elçisinin, ona Allahın salavatı və salamı olsun, Tufeyl üçün etdiyi duadan
Tufeyl ibn Əmr əd-Dəusi Islama qədərki zamanlarda Dəus qəbiləsinin başçısı, adlı-sanlı kübar ərəb nəslindən çıxmış nümayəndəsi öz səxavəti və alicənablığı ilə məşhur olan insanlardan biri idi...
Onun evində üstündə xörək bişirilən ocaq heç vaxt sönməzdi, qapıarı isə içəri girmək istəyənlərin üzünə açıq idi...

O, aca yemək verər, qorxanı sakitləşdirər və yardım istəyəni himayə edərdi. Bununla bərabər Tufeyl ağıllı, fərasətli, nəzakətli və savadlı bir adam, iti zehinli və savadlı şair, sehirli qüvvəyə malik həm şirin və həm də acı danışıqları bir-birindən məharətlə ayıran bir insan idi.

* * *

Tufeyl öz xalqının Tihamadakı[1] yurdunu tərk edərək Məkkəyə yola düşdü. Bu zaman Allahın şərəfli Elçisi (ona Allahın salavatı və salamı olsun) ilə kafir qureyşlilər arasında mübarizə qızışmaqda idi. Hər iki tərəf özünə müttəfiqlər cəlb etmək və onlara hüsn-rəğbət göstərənlərin, yardım edənlərin sayını artırmağa səy göstərirdi... Belə bir şəraitdə Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) insanları öz Allahına qayıtmağa çağırırdı. Onun silahı isə iman və həqiqət idi.
Kafir qureyşlilər Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) dəvətinə hər cür silahdan istifadə edərək müqavimət göstərir və müxtəlif vasitələrlə insanları ondan uzaqlaşdırmağa cəhd göstərirdilər.
Tufeyl gördü ki, o, bu mübarizəyə hazırlıqsız olduğu halda girərək, qarşıya məqsəd qoymadan, döyüşür...
O Məkkəyə bu məqsədlə getməmişdi, çünki bu vaxta qədər onun Məhəmmədin (ona Allahın salavatı və salamı olsun) işindən və qureyşlilərən heç xəbəri belə yoxdu.
Bu hadisələrin gedişatı nəticəsində Tufeyl ibn Əmr əd-Duasi ilə yaddan çıxmayan bir əhvalat baş verdi. Gəlin onu dinləyək, çünki o, inanılması mümkün olmayan dərəcədə qəribədir.
Tufeyl belə rəvayət edirdi:
“Mən Məkkəyə gəldim və qureyşlilərin başçıları məni görən kimi, alovlu və təntənə ilə məni salamlayaraq, o saat yanıma gəldilər, sonra da onların ən yaxşı evində yerləşdirdilər.
Bundan sonra qureşlilərin qəbilə başçıları və ağsaqqalları mənimlə görüşməyə gəldilər. Onlar mənə dedilər: “Ey Tufeyl, sən bizim ölkəmizə gəldin, amma özünü peyğəmbər elan edən bu adam isə işlərimizi pozdu, ailələrimizi bir-birindən ayrı saldı və sonra da icmamızı pərən-pərən saldı. Biz çox ehtiyat edirik ki, sənin və sənin xalqına rəhbərliyinin də başına, bizim başımıza gələnlər, gəlsin. O adamla danışma və ona qulaq asma. Həqiqətən, onun sözləri cadugərin ovsununa bənzəyir: o oğulu atadan, qardaşı qardaşdan, arvadı ərindən ayırır””.
Tufeyl sözünə davam edərək sonra deyirdi:
“Allaha and olsun, onlar onun qəribə kələkbazlıqlarını bədii şəkildə təsvir edərək, onun haqqında mənə inanılması mümkün olmayan, məni və xalqımı qorxuda bilən şeylər danışırdılar. Beləliklə, nəticədə mən qəti şəkildə qərara gəldim ki, bu adama yaxınlaşmayım, onunla danışmayım və ona qulaq asmayım.
Mən Kəbəni təvaf etmək, təriflədiyimiz və ziyarət etdiyimiz bütlərin xeyirxahlığını qazanmaq üçün, səhər ibadət yerinə gedərkən, Məhəmmədin sözlərini eşitməməkdən ötrü qulaqlarıma pambıq tıxadım.
Lakin müqəddəs əraziyə ayağımı basan kimi Kəəbənin yanında dayanmış Məhəmmədi orada namaz qılan gördüm. O, Allaha duanı, bizim etdiyimiz kimi etmirdi və onun sitayiş eyməsi də bizimkindən fərqlənirdi. Onun görkəmi məni cəlb edir, ibadəti isə, cadəcə olaraq, sarsıtdı. Mən özüm də bilmədən birdən gördüm ki, yavaş-yavaş ona yaxınlaşıram və artıq onun yanındayam...
Allah istəyirmiş ki, mən onun dediklərinin bir hissəsini eşidim. Mən gözəl bir nitq eşitdim və öz-özümə dedim:
“Nə olur olsun, ey Tufeyl...Sən ağıllı və fərasətli şairsən, gözəli çirkindən asanlıqla ayıra bilirsən. Bu adamın dediklərinə qulaq asmaqda kim sənə mane olur... Əgər onun sözlərində yaxşılıq varsa, sən onları qəbul edərsən, yox, əgər onun nitqi ədəbsizdirsə, ona qulaq belə asmayacaqsan”.
Sonra Tufeyl rəvayətini belə davam etmişdir:
“Mən orada Allahın Elçisi evə gedənə qədər dayandım və sonra onun ardıyca getdim. O, evinə girəndə, mən də onun ardıyca girdim və dedim: “Ey Məhəmməd, sənin xalqından olan adamlar mənə sənin haqqında filan-filan sözləri danışdılar. Allaha and osun, onlar məni o qədər qorxutdular ki, mən sənin sözlərini eşitməmək üçün qilaqlarıma pambıq tıxamışdım. Amma rizası ilə mən sənin orada söylədiklərinin bir qismini eşitdim və onlar mənə gözəl təsir bağışladı. Mənə öz dinin haqqında danış”. O mənə Islam haqqında danışdı və “əl-Ixlas” (“{Imanın} təmizlənməsi”) surəsini “əl-Fələq” (“Sübh çağı”) surəsini oxudu. Allaha and olsun, mən bu baxtadək bu sözlərdən yaxşısını eşitməmişdim və onun gördüyü işindən ədalətli bir iş görməmişdim.
Bundan sonra mən əlimi ona uzadaraq Allahdan başqa bir ilahın olmadığına və Məhəmmədin – Allahın Elçisi olduğuna şəhadət gətirdim. Mən Islamı belə qəbul etdim”.

* * *
Tufeyl hekayətinə davam etdi:
“Bundan sonra mən bir müddət Islaməm əsaslarını öyrənərək və Qurandan parçalar əzbərləyərək Məkkədə qaldım. Xalqımın yanına qayıtmağa hazırlaşaraq, belə dedim:
- Allahın Elçisi, mən, nəslimin mənə tabe oldiğu bir adamam. Onların yanına qayıdaraq, onları Islama dəvət edəcəyəm. Allaha dua et ki, O mənə kömək üçün elə bir nişan göndərsin ki, mən onları ona dəvət edə bilim.
Allahın Elçisi ucadan səsləndi:
“Ey Allah, ona bir əlamət göstər!”
Mən xalqımın yanına qayıdırdım və artıq onların mənzillərinin yaxınlığındakı dağın üstündə gözlərimdə güclü işıq saçan çıraq kimi parıltı əmələ gəldi. Mən bərkdən dedim:
“Ey Allah! Işığı mənim üzümə yönəltmə. Mən ehtiyat edirəm ki, camaat mənim üzümə saldığın işığı, onların dinindən döndüyümə görə, mənə bir cəza hesab etsinlər...”
Işıq mənim qırmancımın ucuna keçdi və adamlar elə qərara gəlmişdilər ki, qamçımın ucundan fənər sallanıb. Həmin vaxt sərt yoxuşlu dağ yamacından enirdim. Aşağıda məni pirani qoca olan atam qarşıladı.
Mən atma dedim:
- Ata, məndən uzaq qal! Artıq mən sənin, sən də mənim deyilsən!
- Belə niyə, oğul?! – deyə atam dilləndi.
- Mən Islamı qəbul etmişəm və Məhəmmədin dininin ardıyca gedirəm, - deyə bildirdim.
- Elə isə, oğlum, sənin dinin – mənim də dinimdir, - deyə atam söylədi.
Mən ona dedim:
- Get yuyun, üst-başını təmizlə. Sonra yanıma gələrsən və mənə öyrətdiklərini sənə də öyrədərəm.
Atam yuyunub əyin-başını sahmana saldı. Qayıdıb gələndə ona islam haqqında danışdım və o, onu qəbul etdi. Sonra arvadım mənə yaxınlaşdı. Mən ona dedim:
- Çıx get, nə mən sənin ərinəm, sən də mənim arvadımsan!
O bərkdən dedi:
- Niyə belə? Ata-anam sənə qurban!
- Islam bizi ayırmışdır. Mən onu qəbul etmişəm və Məhəmmədin dini ilə gedirəm, - söylədim.
Arvad dedi:
- Sənin dinin – mənim də dinimdir.
Mən ona dedim:
- Get Zu əş-Şərin (Zu əş-Şər – Dəus qəbiləsinin bütüdür və onun ətrafında dağlardan axıb gələn bol su olur. – Red.) suyu ilə təmizlən.
O dedi:
- Ata-anam sənə qurban olsun! Sən uşaqlarımıza görə Zu əş-Şərdən qorxmursan?!
- Zu əş-Şərlə bir yerdə batasan, - deyə mən bərkdən onun üstünə qışqırdım. – Mən axı sənə dedim: get və orada, adamlardan kənarda yuyun. Mən səni əmin edirəm ki, bu daş müqəvva sənə heç bir pislik edə bilməz.
Arvadım gedib orada çimdi. O qayıdanda ona Islam haqqında danışdım və o da onu qəbul etdi.
Sonra mən Islama dəvət ilə bütün Dəus qəbiləsinə müraciət etdim, lakin onlar, Əbu Hureyradan[2] başqa (o, Islamı birinci qəbul etdi), tərəddüd edirdilər.

* * *
Tufeyl hekayətinə davam edir:
“ Məkkədə mən Əbu Hureyrə ilə birlikdə Allahın Elçisinin yanına gəldim. Peyğəmbər məndən soruşdu:
- Tufeyl, nə kimi yeniliklər var?
Mən belə cavab verdim: “Insanların qəlbinə pərdə çəkilmişdir və o, həqiqəti onlardan gizlədir. Onlarda allahsızlıq çox qüvvətlidir... Dəus qəbiləsində azğınlıq və itaətsizlik üstünlük təşkil edir...”

Allahın Elçisi ayağa qalxdı. Dəstəmaz alaraq, əllərini göyə qaldırıb namaz qılmağa başladı”.
Tufeyl deyirdi:
“Onu bu vəziyyətdə görüb, qorxdum ki, birdən o, Allaha müraciət edərək mənim xalqıma bəla göndərməsini istəyər və xalqım onda məhv olar...
Mən dedim:
- Ah, mənim xalqım!..
Amma Allahın Elçisi duasını belə davam etdirdi:
- Ey Allah, Dəus qəbiləsini doğru yola yönəlt... Ey Allah, Dəus qəbiləsini doğru yola yönəlt... Ey Allah, Dəus qəbiləsini doğru yola yönəlt...
Sonra Peyğəmbər Tufeylə tərəf dönərək buyurdu:
· Öz xalqının yanına qayıt, onlarla yumşaq rəftar et və onları Islama çağır”.
· * *
Tufeyl deyir:
“Dəus qəbiləsinə qayıdaraq və Allahın Elçisi Mədinəyə köçənə qədər onları Islama dəvət etdim. Bədr, Uhud yaxınlığında müharibələr və Xəndək döyüşü gəlib keçdi. Bundan sonra mən Dəus qəbiləsindən olan və Islamı səmimi qəlblə qəbul etmiş səksən ailə ilə onun yanına gəldim. Allahın Elçisi bizim gəlişimizə çox sevindi və Xeybər döyüşü zamanı əldə edilmiş qənimətlərdən bizə də digər müsəlmanlarla bərabər pay ayırdı. Biz ondan xahiş etdik ki:
- Allahın Elçisi, çıxdığın hər yürüşdə bizi özünün sağ cinahın et.
Tufeyl sonra sözün belə davam etdi:
“Allah onun qarşısında Mədinənin (yolunu) açana qədər mən Allahın Elçisi ilə daima bir yerdə idim.
O vaxt mən ondan xahiş etdim ki:
- Ey Allahın Elçisi, məni Əmr ibn Həmama qəbiləsinin Zul-Qafeyn bütünün yanına gəndər ki, onu yandırım...”
Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) icazə alıb Tufeyl öz xalqından olan kiçik bir dəstə ilə bütün yanına yola düşdü.
O, həmin yerə gəlib çatanda və bütü yandırmaq üçün hazırlığa başlayanda qadınlar, kişilər və uşaqlar onun ətrafına yığılışaraq, Tufeyl Zul-Qafeynə zərər vuracağı halda, onu cəzalandıracaq ildırımın onun üstünə necə düşəcəyini gözləyirdilər.
Tufeyl bütə yaxınlaşaraq onu ona səcdə edənlərin gözü qabağında yandırdı. Sonra isə şer oxumağa başladı:
Ey Zul-Qafeyn mən qul deyiləm sənə.
Biz səndən qabaq doğulmuşuq,
Və mən sənin qəlbidə yandırdım odu...

Qızmar alov bütü uddu və onunla bərabər Dəus qəbiləsinin bütpərəstliyinin qalıqları da yandı. Bütün xalq Islamı qəbul etdi və onlar yaxşı müsəlmanlar oldu.
Bundan sonra Tufeyl ibn Əmr əd-Dəusi Allahın Elçisindən (ona Allahın salavatı və salamı olsun) bir an da belə ayrılmadan, Allah onu Öz dərgahına aparana qədər, onunla qaldı.
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) səhabəsi Əbu Bəkr Sıddıq (Allah ondan razı olsun) xəlifə olanda Tufeyl öz qılıncı və oğlu ilə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) xəlifəsinə beyət gətirdi.
Kafirlərlə müharibələrin başladığı zaman Tufeyl öz oğlu Əmrlə yalançı peyğəmbər Museyliməyə qarşı yürüşə çıxan müsəlman ordusunun ön sıralarında idi.
Yamamaya gedən yolda Tufeyl yuxu gördü və onu öz silahdaşlarına danışdı:
- Mən bir yuxu görmüşəm. Onu mənim üçün yozun.
Onlar soruşdular:
- Sən nə görmüsən?
Tufeyl belə cavab verdi:
- Mən özümü başı qırxılmış halda ağzımdan bir quş çıxıb uçduğunu gördüm. Hansısa bir qadın məni götürüb öz qarnına saldı, oğlum Əmr isə məni var gücü ilə çağırırdı, amma aramızda bir maneə vardı.

Adamlar dedilər:
- Ümid edirik ki, bu yaxşılığadır...
Tufeyl hekayətini davam etdirir:
“Allaha and olsun, mən bunu belə yozdum: mənim qırxılmış başım onun vurulacağını bildirir... Ağızdan şıxan quşa gəldikdə isə, o mənim ruhumdur... Məni öz qarnında yerləşdirən qadın isə - yerdir, onu qazıb məni onun dərinliyində basdıracaqlar... Mən əminəm ki, şəhid kimi həlak olacağam. Oğlumun məni çağırması isə, onun da, Allahın izni ilə məni gözləyən ölümü döyüş meydanında axtardığını bildirir, lakin o, sonrakı döyüşlərin birində həlak olacaq”.
Yamam yürüşü zamanı gedən döyüşlərdə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) görkəmli səhabəsi, döyüş meydanında şəhid olmağa can atan Tufeyl ibn Əmr əd-Dəusi, cəsurluq və qəhrəmamlıq möcüzələri göstərərək döyüşlərin birində həlak oldu.
Onun oğlu Əmr ağır yaralanana və sağ əlini biləngdən itirənə qədər döyüşlərdə qəhrəmancasına vuruşurdu. Bundan sonra o, atasını və əlini Yamama torpağında qoyaraq Mədinəyə qayıtdı

* * *
Xəlifə Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) zamanında bir dəfə Əmr ibn ət-Tufeyl onun yanına. Hamının Fəruqun[3] yanında əyləşdiyi zaman, ona yemək gətirdilər. Fəruq hamını masaya dəvət etdi, lakin Əmr dəvəti qəbul etmədi. Fəruq ondan soruşdu:
- Sənə nə olub?! Yəqin ki, sən hamı ilə bir yerdə ona görə yemək istəmirsən ki, əlinin olmamasından utanırsan.
- Elədir, ey Əmirəlmominin, - deyə Əmr cavab verdi.
Xəlifə ucadan dedi: “Allaha and olsun, öz kəsilmiş əlinlə onu qarışdırmasan mən o xörəyə əl vurmaram! Allaha and olsun, aramızda, səndən başqa elə bir adam yoxdur ki, onun bədəninin bir hissəsi Cənnətdə olsun!” Bu zaman o, Əmrin kəsilmiş əlini nəzərdə tuturdu.

* * *

Atası həlak olandan sonra, Əmri, döyüş meydanında əzablı ölüm xəyalı tərk etmirdi. Yərmuk[4] yaxınlığındakı döyüşdə Əmr döyüşçülərin ilk cərgələrində idi və atası kimi, şəhid olana qədər cəsarətlə vuruşdu.

* * *
Allah Tufeyl ibn Əmr əd-Dəusiyə rəhmət etsin, o, döyüşdə şəhid kimi həlak olmaqla bərabər, həm də şəhid atası oldu.

ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Çərşənbə, 30.09.2009, 02:42 | Yazı # 34
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
TUFEYL IBN ƏMR ƏD-DƏUSI
[ Oxunub: 453 ]

__________________________________________________________
[1] Tihama – qırmızı dənizə çıxan sahil düzənliyidir.
[2] Bu buraxılışın yeddinci kitabında onun tərcümeyi-halına bax.
[3] Fəruq – Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) tituludur (“xeyiri şərdən ayıran” deməkdir).
[4] Yərmuk yaxınlığındakı döyüş – tarixdə ən böyük və həlledici döyüşlərdən biridir, hicri təqvimi ilə 15-ci ildə baş vermişdir. Bu döyüşlərdə müsəlmanlar Bizans üzərində parlaq qələbə qazanmışdılar.

ALLAH BIZLÄRI GORUSUN
 
XEDICE73Tarix: Cümə, 19.02.2010, 00:51 | Yazı # 35
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Urva ibnu-z-Zubeyr (r.a.) revayet edir ki, «Men Abdullah ibn Amrdan (r.a.) müşriklerin Peyğembere (s.a.s.) ne etdikleri baresinde soruşduqda, o dedi: "Peyğember (s.a.s.) namaz qılarken Uqbetu bin abi Muit gelib desmalı onun boynuna sarıdı ve boğmağa başladı. Bunu gören Ebu Bekr gelib onu kenara iteledi ve Allahın bu kelamını oxudu:

"Meger, siz bir adamı "Rebbim Allahdır" - demeyİne göre öldüreceksiniz?! Halbuki, o, Rebbinizden size açıq-aşkar möcüze1er getirmişdir"».

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Cümə, 19.02.2010, 00:55 | Yazı # 36
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
İbn Abbas (r.a.) revayet edir kı, «Men Omer ibnu-l-Xettabın (r.a.) vefatından sonra, onun çarpayısının etrafına toplaşıb dua edenlerin arasında dayanmışdım; Arxamda dayanan bir kişi dirseyini çiynime qoyub dedi: "Allah sene rehmet etsin! Allahdan isteyirem ki, sen yoldaşlarınla (Mehemmed (s.a.s.) ve Ebu Bekrln (r.a.) bir yerde olasan! Çünki men çox vaxt Peyğemberin (s.a.s.) "Men, Ebu Bekr ve Ömer filan yerde idik. Men, Ebu Bekr ve Ömer filan emeli etdik. Men, Ebu Bekr ve Ömer filan yere getdik" dediyini eşidirdilm . Men donüb arxamda dayanan sehabenin kim olduğuna baxdım. Bu, Eli bin Ebu Talib (r.a.) idi» «Sehihu-I-Buxari», 7/26, 3677-ci hedis.

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Cümə, 19.02.2010, 01:13 | Yazı # 37
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Ömerin (r.a.) İslam dinine ve müselmanlara menfi münasibet gösterdiyini gören Peyğember (s.a.s.) Allaha dua edib deyir: «Allahım, İslamı iki Ömerden biri (Amr bin Hişam ve ya Ömer) ile izzetlendir!» (Sehih et- Tirmiz, 3/204, 2907-ci hedis.) Uca Allah Peyğemberin (s.a.s.) duasını qebul edib, onu (Ömeri) haqq yoluna yöneltdi.
Ömer (r.a.) Peyğemberin (s.a.s.) en yaxın sehabelerinden ve cennetle müjdelenmiş on neferden biridir. Bir çox döyüşlerde iştirak etmiş, malı ve canı ile İslam dinine yardım etmişdir. Ebu Bekrin (r.a.) vefatından sonra, onun (Ebu Bekrin) vesiyyeti ve sehabelerin razılığı ile xelife seçilmişdir. O, 10 il 6 ay xelife olmuş ve İslam dinine fayda veren bir çox xeyirli işler görmüşdür.
1. Herbi teşkilat (indiki zemanede müdafie nazirliyi) ve maliyye nazirliyini yaratmışdır;
2. Müselmanlar üçün hicri teqvimini seçmişdir;
3. Rabite işlerini nizama salmışdır;
4. Feth olunmuş ölkeleri vilayetlere bölmüş ve her vilayete başçı teyin etmişdir;
5. Rum; Fars imperiyalarıı, İraqı, Şamı, Misiri ve s. yerleri feth etmişdir;
Ömerin (r.a.) zövceleri ve övladları: (Bu tarixi melumatları ibn Cerir et- Taberi «Tarixu-I-umam va-I-muluk» kitabında (4-cü cild, seh.198-l99) qeyd etmişdir.)
1. Zeyneb bint Mezun. Övladları: Abdullah, Ebdü-r-Rehman, Hefse.
2. Ummu Hekim bintu-l-Haris. Övladı: Fatimg.
3. Ümm Gülsüm bint Eli bin abu Talib (r.a.). Ovladları: Zeyd, Ruqiyye.
4. Cgmile bint Sabit (Talaqla boşandıqı zövcesi) . Övladı: Asim.
5. Muleyke bint Cerva (Talaqla boşandıqı zövcesi). Övladı: Ubeydullah.
6. Yemenli Luheyye. Övladı: Ebdü-r-Rehman.
Vefat etdiyi tarix: Hicri tarixi ile 23-cü il, zi-l-hicce ayının 23-de mecusi (ateşperest) Ebu Lu'lu Firuz onu fecr namazında 6 defe bıçaqla vurdu. O, üç gündgn sonra zi-l-hicce ayının 26-sı vefat etdi.
Ömerin (r.a.) feziletine dair aye ve hedisler:
1) Uca Allah buyurur:
«Eger Peyğembere qarşı bir-birinize kömak etseniz, (bilin ki) Allah onun hamisi, Cebrail, emelisaleh möminler ve bunlardan sonra (bütün) melekler de onun kömekçileridir!» (et-Tehrim 4)
İbn Abbas (r.a.) İbn Mesud (r.a) İbn Ömer (r.a.) ve başqaları bu ayedeki emelisaleh möminlerin Ebu Bekr (r.a.) Omer (r.a.) Osman (r.a.) Eli (r.a.) ve başqalarının olduqlarını tefsir etmişler. (Tefsir ıbn Kesir, 4/500)
2) UcaAllah buyurur:
«Allahdan qorxub pis emellerden çekinen ise ondan (ateşden) uzaqlaşdırılar. O kimse ki, malını (Allah yolunda) verib (günahlardan) temizlener. O şexsin boynunda heç kesin bir minneti yokdur ki, onun evezi veril- sin. O ancaq en Uca olan Rebbinin rizasını qazanmaq üçün bele eder. And olsun ki, o (öz Rebbinin cennetde ona vereceyi nemetlere göre) razı olacaqdır» (el-Leyl, 17-21)
Ekser tefsir alirnlerinin reyine göre bu ayeler Ebu Bekr (r.a.) üçün nazil olub ve Ömer (r.a.) da daxil olrnaqla bütün möminlere.) şamil edilir. (Tefsir İbn Kesi, 4/762.)

3) Uca Allah buyurur:

«Haqqı (Quranı) getiren ve onu tesdiq edenler esl mütteqilerdir» (ez-Zumer, 33)
Onu tesdiq edenler Ebu Bekr (r.a.) Ömer (r.a.) ve başqa möminlerdir. (et- Taberi, «Camiu-I-beyan», 3/24.)
4) Sed bin Ebi Veqqas (r.a.) revayet edir ki, «Ömer ibnu-I-Xettab (r.a.) izn alıb, Peyğemberin (s.a.s.) yanına daxil oldu. Peyğeemberin (s.a.s.) yanında seslerini onun sesinden uca qaldırıb söhbet eden qadınlar Ömeri (r.a.) gördükde, derhal hicablarını geyindiler (yeıni qadınların Peyğemberin (s.a.s.) yanında hicabsız olmaqları yalnız Peyğembere (s.a.s.) xas olan haldır.) Peyğember (s.a.s.) bu halı görüb gülümsedi. Ömer (r.a.) ondan gülümsemeyinin sebebini soruşduqda o dedi: "Bu qadınlara tecüblenirem ki, senin sesini eşiden kimi hicablannı geyindile". Öme üzünü onlara tutub dedi: "Ey nesleine düşman olanlar! Allahın elçisinden (s.a.s.) qorxmursunuz, menden qorxursunuz?" Onlar dedi: "Beli, çünki sen sert üreklisen". Peyğember (s.a.s.) ona dedi: "Ey Xettabın oğlu! Nefsim elinde olana and olsun ki, şeytan sene rast geldiyi zaman yolunu deyişdirib. başqa yol ile gedir.» (Sehihu-I-Buxari, 7/50, 7683-cü hedis.)
5) İbn Abbas (r.a.) revayet edir ki, «Men Ömer ibnu-I-Xettabın (r.a.) vefatından sonra, onun çarpayısının etrafına toplaşıb dua edenlerin arasında dayanmışdım. Arxamda dayanan bir kişi dirseyini çiynime qoyub dedi: "Allah sene rehmet etsin! Allahdan isteyirem ki, sen yoldaşlarınla (Mehemmed (s.a.s.) ve Ebu Bekrle (r.a.) bir yerde olasan! Çünki men çox vaxt Peyğemberin (s.a.s.) "Men, Ebu Bekr ve Ömer filan yerde idik. Men, Ebu Bekr ve Ömer filan emeli etdik. Men, Ebu Bekr ve Ömer filan yere getdik" dediyini eşidirdim. Men dönüb arxamda dayanan sehabenin kim olduğuna baxdım. Bu, Eli bin Ebu Talib (r.a.) idi». (Sehihu-I-Buxari, 7/26, 3677-ci hadis)
6) Ebu Musa el-Eşari (r.a.) revayet edir ki, «Bir defe Ömer ibnu-l-Xettab (r.a.) Peyğemberin (s.a.s.) yanına daxil olmaq üçün izn istedi. Men bunu Peyğembere (s.a.s.) çatdırdıqda, o dedi: "İzn ver, gelsin ve onu cennetle müjdele!".. .» (Sahihu-I-Buxar, 7/25, 3674-cü hadis.)
7) Ebu Said el-Xudri (r.a.) revayet edir ki, «Peyğember (s.a.s.) demişdir: "Menim sehabelerimi söymeyih! Heqiqeten, sizden biriniz Uhud dağı boyda qızıl sedeqe verse bele, onlardan birinin verdiyi bir ovuca (sedeqeye) hetta yarısına bele çata bilmez"». (Sahihu-I-Buxari», 7/25, 3673-cü hadis.)
8) Abu Hüreyre (r.a.) revayet edir ki, «Peyğember (s.a.s.) demişdir: "Sizden evvel yaşamış ümmetlerin içerisinde zenlerinde sadiq olan insanlar olub. Menim ümmetimde zenninde sadiq olan onlardır"» (Sehihu-I-Buxari», 7/25, 3689-cu hadis.)
9) el-Misvar bin Mexrame (r.a.) revayet edir ki, «Ömer (sübh namazını qıldığı zaman) bıçaqla vuruldu. Yarası ona ağrı verdikde, İbn Abbas (r .a.) ona teselli verib dedi: "Ey möminlerin emiri! Sen Peyğember (s.a.s.) ve Ebu Bekrin (r .a.) feziletli sehabelerinden olmusan. Onlar vefat etdikde senden razı idiler. Hemçinin sen bu camaatı onlar senden razı olduqları halda terk edirsen". Bu sözleri eşiden Ömer (r.a.) ona dedi: "Peyğember (s.a.s.) ve Ebu Bekrin (s.a.s.) sehabesi olmağım ve onların menden razı qalmalarını doğru deyirsen. Heqiqeten, bu Allahın mene bexş etdiyi feziletdir. İndi gördüyün narahatçılığım ise size göredir. Allaha and olsun ki, menim yer dolusu qızılım olsaydı, onu Allahın ezabına düçar olmlamaq üçün Onun yolunda serf ederdim"» (Sehihu-lBuxari, 7/25, 3692-ci hedis.)

10) Ömer ibnu-l-Xattab (r.a.) revayet etmişdir ki, «Men üç ayede - İbrahimin (a.s) meqamı, hicab ve Bedr esirleri haqqında olan ayelerde Rebbime müvafiq oldum».(Sehihiu-l-Müslim, 15/162, 6156-cı hedis.)
- Ömer (r.a.) Peyğembere: «Ey Allahın elçisi! Belke, İbrahimin (e.s) durduğu yeri özümüze namazgah edek?» - deyg tgklif etdikdg, Uca
Allah bu ayeni nazil etdi:

“(Ey möminler!) İbrahimin durduğu yeri özünüze namazgah edin!.....” (el-Beqere, 125)
-Ömer (r.a.) Peyğembere (s.a.s.): “Ey Allahın elçisi! Belke, zövcelerine hicab geyinmeyi emr edesen?” – deye teklif etdikde, Allah teala bu ayeni nazil etdi:
«Onlardan (Peyğemberin (s.a.s.) zövcelerinden) bir şey soruşduqda, (evlerine daxil olmadan) perde arxasından soruşduqda. Bu hem sizin, hem de onların üreklerine daha çox temizlik bexş eder». (el-Ehzab, 53)
-Ömer (r.a.) Peyğembere (s.a.s.): «Ey Allahın elçisi! Onların (yeni esirlerin) boynunu vur!» - deye teklif etdikde, Uca Allah bu ayeleri nazil etdi:
«Heç bir peyğembere yer üzünde (küfrün kökünü kesmek üçün bacardığı qeder çox kafir) öldürmeyene qeder esirleri özüne mal etmek (onları öldürmeyib fidye müqabilinde azad etmek) yaramaz. [Ey möminler!] Siz (fidye almaqla) puç dünya malıni isteyirsiniz, Allah ise (sizin) axireti qazanmağınızı isteyir. Allah yenilmez qüvvet ve hikmet sahibidir. Eger evvelce (bu barede) Allahdan bir hökm olmasaydı, aldığınız (fidye) müqabilinde size şiddetli bir ezab üz vererdi. Elde etdiyiniz qenimetleri halal ve temiz olaraq yeyin, Allahdan qorxun! Heqiqeten, Allah bağışlayan ve rehm edendir» (el-Enfal, 67-69) (Sehihu-l-Buxari)
Qeyd: Ömer ibnu-I-Xattab (r.a.) bundan elave üç ayede de Rebbine müvafiq olmuşdur:
- Ömer ibnu-I-Xattab (r.a.): «Allahım, şerabın hökmünü bize açıq- aydın beyan et!»- deye dua etdikde, Uca Allah bu ayeni nazil etdi:

«[Ey Mehemmed!] Senden içki ve qumar (meysir) haqqında sual edenlere söyle: "'Onlarda hem böyük günah; hem de insanlar üçün menfeet vardır. Lakin günahları menfeetlerinden daha böyükdür"»
- Ömer (r.a,) yene: «Allahım, şerabın hökmünü bize açıq-aydın beyan et!» - deye dua etdikde, Uca Allah bu ayeni nazil etdi:
«Ey iman getirenler! Serxoş iken ne dediyinizi anlamayana qeder, cünub olduğunuz halda qüsl edenedek namaza (namaz qılınan yere) yaxınlaşmayın!» (en-Nisa, 43)
- Ömer (r.a.) bir daha: «Allahım, şerabın hökmünü bize açıq-aydın beyan et!» - deye dua etdikde, Uca Allah bu ayeleri nazil etdi:
«Ey iman getirenler! Şerab (içki) da, qumar da, bütler de, fal oxları da şeytanın emelinden olan murdar bir şeydir. Bunlardan çekinin ki, belke nicat tapasınz! Şübhesiz ki, şeytan içki ve qumarla aranıza edavet ve kin salmaq, sizi Allahı yada salmaqdan ve namaz qılmaqdan ayırmaq isteyir. Artıq bu işe son qoyacaqsınızm?» (el-Maide, 90-91)
Bunu eşiden Ömer (r.a.): «Son qoyduq, son qoyduq» - deye tekrar etdi. (Ebu Davud “es-Sunne”i 10/76, 3665-ci hedis, “Sehihi Ebu Davudun sünnesi”, 2/699, 3117-ci hedis)
Ömer (r.a.) Peyğemberin (s.a.s.) zövcelerinin ona qarşı (heddi aşdıqlarını) görüb, onlara nesihet etdikde, Uca Allah bu ayeni nazil etdi.

«Eger o (Mehemmed sizi boşasa, ola bilsin ki, Rebbi sizin evezinize ona sizden daha yaxşı zövceler-müselman, mömin, itaetkar, tövbe eden, ibadet eden, oruc tutan dul qadınlar ve bakire qızlar versinl» «et-Tehriın» suresi, 5. ,
Ömer (r.a.) Peyğembere (s.a.s.) münafiqler üçün namaz (cenaze namazını) qılmamağı teklif etdikde, Uca Allah bu ayeni nazil etdi:

«Münafiqlerden ölen heç bir kesin namazını heç vaxt qılma, qebrinin başında durma. Çünki onlar Allahı, Onun elçisiııi dandılar ve fasiq olaraq öldüler!» «et-Tövbe» suresi, 84. «Sehihu-l-Buxari», 1/601, 402-ci he0dis.

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Çərşənbə, 21.07.2010, 00:36 | Yazı # 38
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Əbu Bəkr (Abdullah ibn Abi Qəhafə) (təqribən 568-634) - müsəlman icmasının ruhani və dünyəvi başçısı kimi birinci xəlifə olmuşdur. Məkkəli varlı tacir ailəsindən çıxmışdır.

Həzrəti Əbu Bəkr Siddiq Həzrəti Məhəmmədin (s) ən səmimi dostu idi. Məkkəlilər arasında Əbu Bəkrin nüfuz və hörməti çox, etibarı sonsuz idi. O, çox varlı bir tacir idi. Alicənab olduğu üçün, həmyerliləri onu sevər və hörmət edərdilər. Peyğəmbərimizdən iki yaş kiçik idi. Bir-birlərilə çox səmimi dost idilər. Həzrəti Peyğəmbəri axtaran Əbu Bəkirin dükanında tapardı. Elə bu səmimiyyətə görə Həzrəti Məhəmməd ailədən əlavə, kənardan ilk olaraq Əbu Bəkri islamiyyətə dəvət etdi. O da heç tərəddüd etmədən iman edərək islamiyyətə girdi. Çünki Həzrəti Məhəmmədin səmimiyyətinə inanırdı. Həzrəti Məhəmməd onu bütləri tərk edərək, Allaha ibadətə dəvət edirdi. Burada tərəddüd edəcək nə var idi? Bütlərə ibadətdən hansı ağıllı ruh həzz, hansı könül zövq alardı? Həzrəti Məhəmməd onu qəlb və ruh təmizliyinə dəvət edirdi. Bu hər yüksək ruhun sevə-sevə qəbul edəcəyi bir şey idi. Əbu Bəkir axtardığını tapmışdı. Dərhal müsəlman oldu. Əbu Bəkrin islamiyyətə girməsi ilə Həzrəti Məhəmməd özünə böyük bir arxa qazandı. Əbu Bəkrin hümməti ilə çoxları islamiyyətə girmişdi. Əbu Bəkirin onları səhv yola düşürməyəcəyindən arxayın idilər. İnandığı adamları, səmimi dostlarını o da yaxın bir qayğıkeşliklə, ətrafa hiss etdirmədən dəvətə başladı. Həzrəti Osman ibni Affan, Əbdürrəhman ibni Avf, Talha ibni Ubeydullah, Səd ibni Əbu Vakkas, Zübeyr ibni Avvam onun sayəsində müsəlman oldular. Yenə onun hümmətilə Əbi Ubeydə ibni Cərrah, Said ibni Zeyd, Habbab ibni Ərət, Abdullah ibni Məsud, Osman ibni Mazun, Suheybi Rumi, Ərkam İslam nuruna qovuşmuşdular. Onlardan hansı islamı qəbul etməyə qərar versə, Həzrəti Peygəmbərin hüzuruna gedər, Ondan dini təlimat alardı.

İlk Müsəlman olanlar belə sıralanır: Həzrəti Xədicə, Həzrəti Əli, Həzrəti Zeyd, Həzrəti Əbu Bəkr. Bəzi rəvayətlərə görə ilk müsəlman olma məsələsində ixtilaflar görünsə də, onları belə izah etmək mümkündür. Qadınlardan ilk müsəlman olan Həzrəti Xədicə, gənclərdən ilk müsəlman olan Həzrəti Əli, kölələrdən ilk müsəlman olan Zeyd, kişilərdən ilk müsəlman ilan da Həzrəti Əbu Bəkr Siddiqdir. Müxtəlif səbəblərə görə ilk müsəlman adlandırıla bilən dörd müsəlman vardır.

(Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: “Qəm yemə, Allah bizimlədir!”–dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir! (Tövbə, 9/40)

Çox böyük təqva sahibi olan Əbu Bəkr Məhəmmədin (s) üçüncü arvadı Aişənin atasıdır. O, peyğəmbərin (s) vəfatından sonra müsəlmanlar tərəfindən islam dövlətinin başçısı seçilmişdir.

Ölümündən qabaq Həzrəti Öməri yerinə xəlifə təyin edən Həzrəti Əbu Bəkr Peyğəmbərin (s) yanında dəfn olunmuşdur. Məzarı Mədinədə Peyğəmbər məscidindədir.

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Çərşənbə, 28.07.2010, 00:34 | Yazı # 39
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
MUCAHID DEMISDIR; IBN OMER R.A. SEFERDE IKEN SEHER ACILANDA SESINI QALDIRARAQ UC DEFE ; "ALLAH TAALANIN BIZIM UZERIMIZDE HAQQI OLAN HEMDINI ,NEMETLRINI VE GOZEL BELALARINI HER KES HAQQ OLARAQ BILSIN! " -DEYE SESLENERDI .SONRA "ALLAHIM BIZE YOLDAS OL! FEZILETINDEN BIZE BEXS ET .ODDAN ALLAHA SIQINIRIQ .GUNAHLARDAN DONUS VE ITAET UCUN GUC DE ANCAQ ALLAHDANDIR "-DEYEREK ,BUNU UC DEFE TEKRARLAYARDI.

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Muslimah_92Tarix: Cümə, 01.06.2012, 17:31 | Yazı # 40
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Eyer bilsem ki,butun insanlar Cennete girecek ve yalniz 1-i Cehenneme girecek gorxardim ki o 1-i men olaram,
Ve bilsem ki,butun insanlar Cehenneme girecek yalniz 1-i Cennete girecek umid ederdim ki o menem-hz.Omer(r.a)
SubhanAllah!
 
Forum » İslam » Sahabilər » SAHABILERIN HEYATI (sahabeler)
  • Страница 2 из 3
  • «
  • 1
  • 2
  • 3
  • »
Поиск:

Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru